Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-239/2025 12.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 baş etibarnamə əsasında idarə etdiyi anası Şahid2 məxsus olan VAZ 2104 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili alması üçün razılaşdıqları 5000 manatdan 2400 manatını dərhal, qalan 2600 manat pulu isə 1 ay ərzində hissə-hissə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində və iqtidarında olmadığı halda öz cinayətkar məqsədindən çıxış edərək xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 13 ünvanında fəaliyyət göstərən ünvan 204 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərancam verməsi hüququnu verən baş etibarnamə alaraq, həmin ofisdə Zərərçəkmiş şəxs2 2400 manat pul verməklə 5000 manat dəyəri olan avtomobili ələ keçirmiş, bundan 2 gün sonra həmin avtomobili onun cinayətkar niyyətindən məlumatı olmayan Şahid1 3000 manata satmış, bununla da etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 2600 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 2600 manatını 1 ay müddətində hissə-hissə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq ələ keçirdiyi Vaz 2104 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 3000 manat müqabilində satmasına baxmayaraq, şəxsi işləri ilə bağlı onu idarə edərkən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 sözügedən avtomobilin özünə məxsus olduğunu, ona təcili pul lazım olduğu üçün real bazar qiymətindən daha ucuz satmaq istədiyini, avtomobilin mülkiyyətçisinin Bakı şəhərində olmasını səbəbindən sənədləşdirmə işləri apara bilmədiyini yalandan deyib onu aldadaraq, öz cinayətkar məqsədindən çıxış edərək xx.xx.2024-cü il tarixdə günorta saatlarında həmin avtomobili guya sonradan sənədləşdirəcəyi bəhanəsi ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında saxlamaqla sataraq həmin yerdə Zərərçəkmiş şəxs1 3500 manat pulunu ələ keçirərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 3500 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 baş etibarnamə əsasında idarə etdiyi anası Şahid2 məxsus olan VAZ 2104 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili alması üçün razılaşdıqları 5000 manatdan 2400 manatını dərhal, qalan 2600 manat pulu isə 1 ay ərzində hissə-hissə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində və iqtidarında olmadığı halda öz cinayətkar məqsədindən çıxış edərək xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 13 ünvanında fəaliyyət göstərən ünvan 204 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərancam verməsi hüququnu verən baş etibarnamə alaraq, həmin ofisdə Zərərçəkmiş şəxs2 2400 manat pul verməklə 5000 manat dəyəri olan avtomobili ələ keçirmiş, bundan 2 gün sonra həmin avtomobili onun cinayətkar niyyətindən məlumatı olmayan Şahid1 3000 manata satmış, bununla da etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 2600 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 2600 manatını 1 ay müddətində hissə-hissə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq ələ keçirdiyi Vaz 2104 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 3000 manat müqabilində satmasına baxmayaraq, şəxsi işləri ilə bağlı onu idarə edərkən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 sözügedən avtomobilin özünə məxsus olduğunu, ona təcili pul lazım olduğu üçün real bazar qiymətindən daha ucuz satmaq istədiyini, avtomobilin mülkiyyətçisinin Bakı şəhərində olmasını səbəbindən sənədləşdirmə işləri apara bilmədiyini yalandan deyib onu aldadaraq, öz cinayətkar məqsədindən çıxış edərək xx.xx.2022-ci il tarixdə günorta saatlarında həmin avtomobili guya sonradan sənədləşdirəcəyi bəhanəsi ilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında saxlamaqla sataraq həmin yerdə Zərərçəkmiş şəxs1 3500 manat pulunu ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 3500 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə VAZ-2104 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsində "Satılır" yazısını görmüş, həmin avtomobili almaq məqsədilə elanda göstərilən mobil nömrə ilə əlaqə saxlamış, nömrənin sahibi Zərərçəkmiş şəxs2la telefon danışığı zamanı avtomobili almaq istədiyini bildirmişdir. Həmin gün ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 yanına getmiş və avtomobilə baxdıqdan sonra almaq qərarına gəlmişdir. Şəxslər arasında aparılan danışıqlardan sonra VAZ- 2104 markalı avtomobili 5000 manat müqabilində alınması barədə razılıq əldə etmişlər. Razılaşmaya əsasən, məbləğin 2400 manatını nəğd ödəmiş, 2600 manat borcu qalmışdır. Həmin borcu işi alınmadığına görə borcunu ödəyə bilməmişdir. Sədrlik edənin sualına cavab olaraq Zərərçəkmiş şəxs1 Məmməd oğlunu isə təxminən 3 il əvvəl Gəncə şəhərində, "Sərçə" bazarında alver etdiyi zaman, taksi sürücüsü kimi tanımışdır. 2022-ci ilin aprel ayının əvvəllərində, VAZ-2104 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olarkən, Zərərçəkmiş şəxs1 yaxınlaşıb avtomobili almaq istədiyini bildirmiş, o isə övladının xəstə olduğuna və borclarının olduğuna görə avtomobili satmaq qərarına gəlmişdir. Onlar 3500 manat qarşılığında razılaşaraq ünvan 5 ünvanına getmiş, evdə Zərərçəkmiş şəxs1 3500 manat pul təqdim etdikdən sonra avtomobili təhvil vermişdir. O, Elxana avtomobilin Şahid1 adına olduğu və onun Bakı şəhərində yaşadığı, 10 gün ərzində Gəncəyə gələrək avtomobilin sənədləşdiriləcəyi bildirilmişdir. Lakin Şahid1 Bakıda olması, eyni zamanda ailəvi və sosial problemlərin yaranması nəticəsində vəsaitin bir hissəsi xərclənmiş, nəticədə avtomobil Zərərçəkmiş şəxs1 adına sənədləşdirə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Sərçə bazarı adlanan yerin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs da təxminən 2022-ci ilin mart ayından Gəncə şəhəri, Sərçə bazarı adlanan ərazidə ərzaq satıcısı kimi tanımışdır. Təqsirləndirilən şəxs VAZ-2104 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, övladı xəstə olduğu üçün 3500 manat qarşılığında satdığını bildirmişdir. Həmin avtomobildən xoşu gəldiyi üçün avtomobili almaq qərarına gəlmiş və təxminən 2022-ci ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxsla birlikdə yaşadığı ünvan 3 ünvanına getmiş, avtomobili həyətə saldıqdan sonra 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, etibarnaməsinin vaxtının bitməsinə 1 ay qaldığını, avtomobilinin başqa şəxsin adına olduğunu, həmin şəxsin Bakı şəhərinə yaşadığını, təxminən 10 gün müddətinə gəlməli olduğunu və etibarnamə verəcəyini bildirmişdir. Onunla razılaşmış, lakin üzərindən 15-20 gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs xəbər çıxmamışdır. Sonradan avtomobilin kimin adına olduğunu müəyyən etmiş və həmin şəxslə əlaqə saxlayarkən Şahid1 VAZ-2104 markalı 20-CE- 389 dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs girov olaraq ona məxsus lombarda qoyduğunu bildirmiş, həmin avtomobili isə Təqsirləndirilən şəxs sürmək üçün verdiyini, sonuncunun isə aylıq ödəməli olan pulu son 2 ayını ödəmədiyini qeyd etmiş, lakin həmin gündən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmişdir. O, məhkəmə iclasında dövlət ittihamçısının sualına cavab olaraq bildirmişdir ki, o, aldanaraq pulu 2022-ci ildə Təqsirləndirilən şəxs vermişdir. İfadəsinin sonunda ona dəymiş ziyanın ödənildiyini, hazırda isə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, 2022-ci ilin mart ayında VAZ-2104 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və avtomobilin qabaq alın şüşəsinin alt hissəsinə “Satılır” yazısı və nömrəsini yazılmış yarlıq vurmuşdur. Təqsirləndirilən şəxs qardaşı ilə əlaqə saxlayaraq avtomobili almaq istədiyini bildirmiş və onunla 5000 manat müqabilində razılığa gəlinməsinə baxmayaraq heç bir ödəniş olmamışdır. Belə ki, qardaşı onu tanıdığını, yaxşı adam olduğunu və pulunu 1 ay müddətinə ödəyəcəyini bildirmişdir. O, avtomobili xx.xx.2022-ci il tarixdə satmış, pulun 2500 manatını xx.xx.2022-ci il tarixdə, qalan 2.500 manatını isə 2 ay müddətinə verəcəyini bildirmişdir. Onunla razılaşmış, avtomobil anasının adına olduğu üçün anası ilə birlikdə Notarial kontoruna gedib baş etibarnamə ilə Təqsirləndirilən şəxs vermişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ona aprel ayının sonunadək ümumilikdə 2400 manat pul vermişdir. Qalan 2600 manat pulu deyilən vaxtda qaytarmadığı üçün onunla görüşdükdə övladının xəstə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs VAZ-2104 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 satacağını vəd edərək ondan 3500 manat pulu almasına baxmayaraq həmin avtomobili ona satmamışdır. Təqsirləndirilən şəxs onu aldadaraq 2600 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İfadəsinin sonunda ona dəymiş ziyanın ödənildiyini, hazırda isə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i. v.1); - xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 5 ünvanında Təqsirləndirilən şəxs verdiyi 3500 manat pulu verdiyi yeri göstərmişdir (i.v.11-14); - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatının alınması mümükün olmadığı üçün toplanmış materiala hüquqi qiymətin verilməsi mümükün olmamış və bu səbəbdən də cinayət işinin başlanması rədd edilmişdir (i.v.23); -16 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunmaqla əlavə araşdırmanın aparılması haqqında” qərardan görünür ki, toplanmış HK-1/4617 nömrəli material üzrə xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilmişdir. (i.v.27-28); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (i.v.43); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.82); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.84); - xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtyarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri BPİ-nin İTİyə təqdim edilmişdir (i.v.95); - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.96); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin tutulması haqqında” qərar və protokolundan görünür ki, CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində tutulmuşdur (i.v.99, 115); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, X1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i.v.117-119); - Gəncə şəhər Məhkəməsinin 4(125)-378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (126-134); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.135-137); - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 5836 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur(i.v.157); - Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 6068 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur (i.v.158); - Samux rayon İcra Hakimiyyəti başçısının Samux şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (i.v.159); - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.163-165); - xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtyarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri ərazisində tutularaq xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Gəncə şəhəri BPİ-nin İTİ-yə təqdim edilmişdir (i.v.171); - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.173-175); - xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tətbirinin şərtlərini pozduğu üçün tutulmuş və Gəncə ŞBPİ-nin MSY-nə göndərilmişdir (i.v.184-185); - Gəncə şəhər Məhkəməsinin 4(125)-474/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarədək həbs qətimkan tədbiri seçilmişdir. (215-219); - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahid ifadələri, baxış protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmiş və əvvəllər verilmiş itiitham dəyişdirilmədən saxlanılmışdır. (i.v.230-239); - Gəncə şəhər Məhkəməsinin 4(125)-563/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 20 gün, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək uzadılmışdır. - Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, odur ki, ona qarşı heç bir şikyət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsondən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, odur ki, ona qarşı heç bir şikyət və tələbi yoxdur. - Gəncə şəhər Məhkəməsinin 1(125)-239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. - Gəncə şəhər Məhkəməsinin 1(125)-239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar verilmişdir. - Gəncə şəhər Məhkəməsinin 1(125)-239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Qeyd edilməlidir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq epizodlarının hər birinin ayrı-ayrılıqda cəlbetmə müddətləri keçidiyindən və təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsini nəzərə alaraq təqsirləndirilən şəxsə verilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi sonuncu etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin aprel ayında 2600 manat ziyan vurmuş və sonra 2022-ci ilin aprel ayında digər Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 3500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarındakı mövqeyini rəhbər tutur. Belə ki, həmin qərara əsasən təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda bir daha vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CMin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin Zərərçəkmiş şəxs1 qarşı törədilən dələduzluq epizodu üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Həmçinin, Zərərçəkmiş şəxs2 2600 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınmaqla icraata xitam veriləcəyindən Zərərçəkmiş şəxs1 qarşı olan epizod, yəni sonuncunun etibardan sui-istifadə edərək 2022-ci ilin aprel ayında ümumilikdə 3500 manat məbləğində pulu dələduzluq yolu ələ keçirməsi epizodundan, “təkrarən” sözləri xaric edilməli və belə olduğu təqdirdə sonuncu epizod üzrə də Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi, yəni böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmçinin, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizodlar üzrə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissələrdə iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak, həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 132 (yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-239/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-239/2025
12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver