Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-24/2024 06.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Kəlbəcər şəhəri Q.Nəbi küçəsi ev 16-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəlbəcər qəsəbəsi, bina 14, mənzil 37-də yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ayıq vəziyyətdə idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində sürücülük hüququ olmadan idarə etdiyi X5 məxsus VAZ 2107 minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən sürcülük hüququ olmadan, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işıqforun qadağanedici işığının yanmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi VAZ- 2107 markalı avtomobili yolayrıcına daxil olmadan piyada keçidi qarşısında dayandırmalı, avtomobili yolayrıcına daxil etməməli, svetoforun yaşıl işığında yolayrıcına daxil olmuş Chevrolet Cruze markalı avtomobilə yol verməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı və hərəkəti üçün svetoforun yaşıl işığı yandıqdan sonra hərəkətini davam etdirməli və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yolayrıcında hərəkəti üçün 1.3 üfüqi nişanlama xəttini kəsməməli olduğu halda həmin tələblərə əməl etməyərək VAZ 2107 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək 1.3 üfüqi nişanlama xəttini kəsib işıqforun qadağanedici işığında yolayrıcına daxil olaraq hərəkətini davam etdirib Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Chevrolet Cruze” markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobillə toquşmuş, nəticədə sonuncuya sol körpücük sümüyünün qapalı, yerdəyişmiş sınığı, alın nahiyyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadələrindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, qardaşı Əliyev Elgünun adına qeydiyyatda olan **-NR-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə qardaşı X11 qəsəbəsində yerləşən Leon çay evinə düşürmüşdür. Daha sonra o “Kapital Bank”-dan pul çıxarmaq üçün şəhərə qayıtmışdır. O, şəhərə qayıdarkən yolda bir nəfər sərnişin götürmüşdür. Həmin sərnişini köhnə avtovağzalın yanında düşürəçəkdi. O, Yeni Gəncədən qayıdan zaman Nizami prospekti ilə 60-70 km/saat sürəti hərəkət etmişdir. O, idarə etdiyi 07 markalı **-NR-*** dövlət nömrə nişanlı avtomobillə Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində yerləşən işıqfora yaxınlaşan zaman işıforun qırmızı işıqının yaşıl işığa keçməsinə 5 saniyə qaldığını görmüş, sürətini bir qədər azaltmış və yaşıl işığın yanacağını düşünüb hərəkətini davam etdirmişdir.O, işıqforda dayanan maşınları sol tərəfdən keçərək yoluna davam edən zaman ani məqamda qarşısına avtomobil çıxmış və toqquşma baş vermişdir. O, dərhal avtomobildən düşmüş və avtomobildə olan sərnişini taksi ilə 3 saylı xəstəxanaya aparmışdır. Daha sonra o hadisə yeinə qayıtmıdşır. Hadisə polis əməkdaşları gəldikdən sonra o sərnişinin telefonunu avtomobildən götürərək xəstəxanaya aparmışdır və telefonu vermişdir. Daha sonra polis idarəsinə gəlmişdir. Hadisə zamanı o ayağından, əlindən və çənə nahiyyəsindən xəsarət almış, avtomobildə olan sərnişində ayağında xəsarət olmuş, digər avtomobildə olan şəxslərdə xəsarət olub-olmamasını bilməmişdir. İdarə etdiyi avtomobil qardaşı X4 adına qeydiyyatdadır, onun həmin avtomobili idarə etmək hüququ verən sürüçülük vəsiqəsi yoxdur. O, hadisə zamanı spirtli içki qəbul etməmiş və spirtli içkinin təsiri altında olmamışdır. Təhlükə onun üçün həmin avtomobil işıqforu keçən zaman onun qarşısına ani çıxan zaman yaranmış və o hadisənin qarşısını almaq üçün əyləcə basmış, lakin yağış yağdığı üçün avtomobili saxlaya bilməmişdir.Toqquşma anında onun surəti təxminən 40-50 km/saat olmuşdur. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Bu halları nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, **-EK-*** dövlət nömrə nişanlı avtomobil anası Şahid4 rəsmi olaraq adma qeydiyyatdadır. O, həmin avtmobili ƏN 667154 nömrəli sadə etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvandan Məhsəti qəsəbəsində yaşayan tanışılarının evinə ad gününə getdirmişdirlər. O, idarə etdiyi **-EK-*** dövlət nömrə nişanlı “Chevrolet” markalı-avtomobillə Gəncə şəhər Eminbəyli küçəsi ilə hərəkətdə olmuşdur. Onun hərəkət sürəti 30-40 km/saat olmuşdur. O, idarə etdiyi avtomobillə Eminbəyli küçəsi ilə Nizami prospektinin kəsişməsinə çatan zaman kəsişmədə yerləşən işiqforun işıq siqnallarının yaşıl işıq siqnalında hərəkətinə davam etmişdir. O, hərəkətini davam etdirərək sol istiqamətə dönmüşdür. O, hərəkətdə olan zaman avtomobil qoşa xəttə çatan zaman ani məqamda sol tərəfdən avtomobilin yaxınlaşdığını görmüş və toqquşma baş vermişdir. Həmin zaman avtomobildə ondan başqa anası Tacirə və nişanlısı Gülxar avtomobildə olmuşdur. O, bir anlıq zərbənin təsiri nəticəsində özünü itirmişdir. Daha sonra qabaq oturacaqda əyləşmiş anasının burnunda qan gəldiyini görmüşdür. Ətrafa toplaşan adamlar onlara köməklik göstərək avtomobildən çıxarmışdırlar. Daha sonra TTY avtomobili gəlmiş və anası ilə nişanlısını xəstəxanaya aparmışdırlar. O, hadisə yerində bir qədər gözlədikdən sonra xəstəxanaya getmişdir. O, sipirtli içki qəbul etmiş və həmin zaman idarə etdiyi, avtomobili spirtli içkinin təsiri altında idarə etməmişdir. Təhlükə onun üçün həmin avtomobili üzərinə gəldiyi gördüyü andan yaranmışdır. Onun hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görməyə imkanı olmamışdır. Həmin zaman avtomobildə ondan başqa anası Tacirə və nişanlısı Gülxar olmuşdur. Hadisə zamanı anası burun və ayaq nahiyyəsindən xəsarət almışdır. O, çiyin, boğaz və baş nahiyyələrindən xəsarət almışdır. Nişanlısı Gülxar hadisə nəticəsində heç bir xəsarət almışdır, hadisə zamanı oun hərəkət sürəti 30-40 km/ saat olmuşdur. Təqsirləndirilən şəxs ilə barımışdır. Ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və onunla bir evdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində o, oğlu Təbriz və oğlunun nişanlısı Gülxar oğluna məxsus “Chevrolet” markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobillə Məhsəti qəsəbəsində yaşayan qohumları Sevincin oğlunun ad gününə getmişdirlər. Oğlu yaşadıqları ünvandan avtomobil ilə hərəkətə başlayaraq Eminbəyli küçəsi ilə hərəkət etmişdir. Onlar Eminbəyli küçəsi ilə Nizami prospektinin kəsişməsinə çatan zaman həmin küçələrin kəsişməsində yerləşən işıqfora çatan zaman işıqforun yaşıl işıq siqnalında avtomobili saxlamadan keçmişdir. Avtomobil işıqforu keçdikdən sonra Nizami prospektinə dönən zaman sol tərəfdən gələn avtomobilin oğlunun idarə etdiyi avtomobillə toqquşduğunu görmüşdür. O, hadisədən sonra avtomobildən düşmüş və burnunun qanadığını görmüşdür. Oraya toplaşan adamlar onlara köməklik göstərmişdir və daha 103 təcili tibbi yardım xidməti gəlmiş və onu Abbas Səhhət xəstəxanasına aparmış və ona ilkin tibbi yardım göstərmişdirlər. Oğlu Təbriz isə hadisə yerində qalmışdırlar. Hadisədən təxminən bir neçə saat sonra oğluda Abbas Səhhət adma xəstəxanaya gəlmiş və onada ilkin tibbi yardım göstərmişdirlər. Daha sonra Beynəlxalq xəstəxanaya gəlmiş və müayinədən keçmişdir. Hadisə nəticəsində onun burnu sınmış və hər iki diz nahiyyəsi xəsarət almış, oğlunun alın nahiyyəsində və çiyin nahiyyəsində xəsarətlər olmuşdur. Oğlunun nişanlısı Gülxarda heç bir bədən xəsarəti olmamışdır. O, oğlunun konkret olaraq hansı surətlə hərəkət etdiyini deyə bilmir, amma oğlu həmin zaman idarə etdiyi avtomobili aşağı surətlə idarə etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid2 ifadəsində göstərmişdir ki, ƏYPB-nin YPX inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. 30 noyabr 2022- ci il tarixdə Gəncə şəhəri Nizami prospektində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmək istəyirə ki, həmin gün xidmətdə olan zamanı saat 22 radələrində Növbətçi Hissədən məlumat vermişdirlər ki, Gəncə şəhəri Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. O, dərhal hadisə yerinə getmişdir. Həmin yerə çatanda hadisə yerinə tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. O, yol- nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq xəsarət alan şəxsləri xəstəxanaya «paıımşuuar. dciə ki ııaaısə yerində ona məlum olmuşdur ki, Gəncə şəhəri Nizami küçəsi ilə Eminbəyli küçəsinin kəsişməsində hərəkətdə olan “Chevrolet” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforu keçən zaman qırmızı işıq siqnalında hərəkətini davam etdirən “VAZ2107” markalı, 10-NR-36 dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş, zərbənin təsiri nəticəsində həmin “Chevrolet” markalı avtomobilin arxa hissəsi həmin yerdə hərəkətsiz vəziyyədə dayanmışdır. Hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən məlum olmuşdur ki, “VAZ2107” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücdən başqa birdə qadın olmuşdur və aldığı xəsarətlərlə əlaqədar olaraq Xəstəxanaya aparılmışdır. Həmçinin “Chevrolet” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa 2 nəfər qadın da olmuş və həmin şəxslər də Xəstəxanaya aparılmışlar. Daha sonra onlar və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. Sonra protokol ucadan oxunmuş və o hər hansısa bir etirazının olmadığını bildirərək protokolu imzalamışdır. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonar avtomobillərin DYPŞnin cərimə meydançasına aparılması təmin edilmişdir. O, və ailə üzvləri Təqsirləndirilən şəxs və ya onların ailə üzvləri ilə heç bir düşmənçilikləri yaxud ədavətləri olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə o Gəncə şəhər Humanitar kollecin yaxınlığında yaşayan rəfiqəsi evinə qonaq getmişmişdir. Saat təxminən 20 radələrində o yaşadığı evə getməyə qərar vermiş və onu evə aparması üçün tanışı Elgünə zəng edərək onu yaşadığı evə aparmasını istəmişdir. Elgün ona gələ bilməyəcəyini, onu evə aparması üçün dostunu göndərəcəyini bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra 07 markalı 90-NR- 364 dövlət nömrə nişanlı avtomobil saxlamış və onu Elgünün göndərdiyini bildirmişldir. O, həmin avtomobilə əyləşmiş və yola düşmüşdürlər. Onlar “Ramada Palace” otelinin yanında Nizami prospektinə çıxmış və hərəkətlərini davam etdirmişdirlər. Sürücü avtomobili sürətli idarə etdiyi üçün o sürücüyə bu barədə irad bildirmişdir. Daha sonra o avtomobildə olan zaman başı mobil telefona qarışdığı üçün qarşıya baxmamışdır. Həmin zaman ani məqamda toqquşma baş vermişdir. O, bir anlıq hüşünü itirmişdir. O, özünə gələn zaman artıq qəza baş verdiyini anlamışdır. Orada olan tanımadığı iki nəfər şəxs onu avtomobildən düşürmüşdürlər və başqa avtomobilə əyləşdirərək Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışdırlar. O, xəstəxanaya getdikdən sonra bu barədə anasına məlumat vermişdirlər. O, sürücüyə bu barədə öz iradımda bildirmişdir, hadisədən qabaq avtomiobilin əyləcə basmasını hiss etməmiş və tormozlama səsi eşitməmişdir. Hadisə nəticəsində ayağından, baş nahiyyəsindən və kürək nahiyyəsindən xəsarətlər almışdır. Hadisə baş verdikdən sonra onu orada olan başqa avtomobillə xəstəxanaya aparmışdırlar, hadisə zamanı onu aparan avtomobilin sürücüsünün onunla birlikdə xəstəxanaya gəlibgəlməməsini xatırlamır. Avtomobildən sürücü və ondan başqa şəxs olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Gəncə şəhər BPİ İTİ-nin müstəntiqi, polis baş leytenantı Röyal Verdizadə tərəfindən icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzlənmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR CM-nin 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmiş və özünü təqsirli bilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Baş vermiş hadisəni özündə əks etdirən video diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-NR-*** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı avtomobil Nizami prospekti ilə hərəkətdə olan zaman işıqforun qırmızı işıq siqnalında keçərək Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində Eminbəyli küçəsindən Nzami prospektinə dönən Zərərçəkmiş şəxs idarə etdiyi **-EK-*** dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobillə toqquşur. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur.. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli 3157/2022-ci il nömrəli sərxoşluq aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. Məhkəmə tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 2277 saylı rəyindən görünür ki, vət. X2 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Məhkəmə tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 2126 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ təpə, hər iki baldır nahiyələrininsəthi yarası-bərk küt əşyanm(ışyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 2140 saylı rəyindən görünür ki, Şahid4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun sümüyünün xətti sınığı. Hər iki baldır nahiyəsinin qançırları bərk küt əşyanın təsirinəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tibbi ekspertizasının 28 yanvar 2023-cü il tarixli, 2278 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – sol körpücük sümüyünün qapalı, yerdəyişmiş sınığı, alın nahiyəsinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. Məhkəmə tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 2149 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər – sağ əlin V barmağının əsas falanqasının yerdəyişməmiş sınığı, sol diz, sağ baldır nahiyələrinin sıyrıqları və alt dodağın selikli qişaının qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-avtotexniki ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 8/3614 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2107 markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobil sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuz olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən əvvəl idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun ortasınd olan qoşa bütöv xətti kəsdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olununan məlumatlara əsasən Chevrolet Cruze markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Lakin VAZ-2107 markalı avtomobil svetoforrun qadağanedici işığında dayanmadan hərəkətini düzünə davam etdirdiyindən qeyd olunan vəziyyətdə sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyində həmin hala istintaq orqanı tərəfindən qiymət verilə bilər. "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2023-cü il tarixli rəyindən məlum olur ki, yuxarıda şərh olunan yol-nəqliyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus chevrolet Cruze markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3150(üç min yüz əlli) manat maddi ziyan dəymişdir. "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2023-cü il tarixli rəyindən məlum olur ki, yuxarıda şərh olunan yol-nəqliyat hadisəsi zamanı Təqsirləndirilən şəxs məxsus VAZ21074 markalı, **-NR-*** dövlət qeydiyyat dişanlı avtomobilə ümumilikdə 3532 (üç min beş yüz otuz iki) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Gəncə RQİ və TBŞ-dən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 313-16-3/2- 1048/2023 nömrəli məktubdan məlum olur ki, Zərərçəkmiş şəxs BD 101 487 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi 12 mart 2021-ci il tarixdən 12 mart 2031-ci il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Cehvrolet Cruze” markalı, **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə xx.xx.2022-ci il taridən, xx.xx.2031-ci il tarixədək Zərərçəkmiş şəxs verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Gəncə RQİ və TBŞ-dən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 313-16-9/3- 1043/2023 saylı məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. “VAZ-2107” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ Təqsirləndirilən şəxs verilməmişdir. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, o, Goranboy rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbayan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilməklə şərti sınaq müddəti seçilmişdir. Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən daxil olmuş 186462/2021 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş 02 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanır və 1 il 07 ay şərti məhkum etmə cəzasını çəkmiş, çəkilməmiş qalan hissəsi 05 ay təşkil edir. Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən daxil olmuş 186462/2021 nömrəli məktubundan görünür ki, məhkum Əlizadə X6 Rayon Məhkəməsinin 1(045)-63/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbayan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilməklə şərti sınaq müddəti seçilmişdir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində hökmlə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmişdir. Təqsirləndirilən şəxs sınaq müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığına görə şəxsi işi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. 26 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinə üzrə “VAZ 2107” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil və **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillər və Gəncə şəhər BPİ-nin TŞX-dən götürülmüş xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Eminbəyli küçəsi ilə Nizami prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsü olan 1 (bir) DVD disk cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notorial qaydada verilmiş ərizdən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barımışdır. Ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət hadisəsini Goranboy Rayon Məhkəməsinin 1(045)-63/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş sınaq müddəti ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 27-ci bəndində əsasın Sınaq müddəti ərzində ehtiyatsızlıqdan və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət etmiş şəxs barəsində şərti məhkum etmənin ləğvi və ya qüvvədə saxlanılması məsələsinə baxarkən birinci və ya ikinci cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və sınaq müddəti ərzində davranışı barədə məlumatlar nəzərə alınmalıdır. Belə məlumatların aydınlaşdırılması üçün zəruri olduqda şərti məhkum edilmiş şəxsin davranışı üzərində nəzarəti həyata keçirən dövlət orqanının nümayəndəsi məhkəməyə çağrıla bilər. Şərti məhkum edilən şəxsin sınaq müddəti ərzində özünü mənfi tərəfdən səciyyələndirdiyi, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, ictimai qaydanı pozduğu və s. müəyyən edilərsə məhkəmə CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkumetməni ləvğ edə (qəbul edilmiş qərarı əsaslandırmaqla) və hökmlərin məcmusu üzrə cəza təyin edə bilər. Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən daxil olmuş 186462/2021 nömrəli məktubundan görünür ki, məhkum Əlizadə X6 Rayon Məhkəməsinin 1(045)-63/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbayan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il azadlıqdan məhrum etmə cəzası təyin edilməklə şərti sınaq müddəti seçilmişdir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində hökmlə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmişdir. Təqsirləndirilən şəxs sınaq müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığına görə şəxsi işi qeydiyyatdan çıxarılmışdır. Ona görə də məhkəmə belə qərara gəlir kİ, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş şərti məhkum etmə ləğv edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), maddi sübut kimi tanınmış VAZ 2107” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı və **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahibinə qaytarılması nəzərə alınmalı və Gəncə şəhər BPİ-nin TŞX-dən götürülmüş xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Eminbəyli küçəsi ilə Nizami prospektinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsinin video görüntüsü olan 1 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza xərci olan 85 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı ay) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış VAZ 2107” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı və **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahibinə qaytarılması nəzərə alınsın və Gəncə şəhər BPİ-nin TŞX-dən götürülmüş xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Eminbəyli küçəsi ilə Nizami prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsü olan 1 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 85 manat (səksən beş) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-24/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-24/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver