Məhkəmə qərarları › İş №1(125)-24/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-24/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-24/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,843 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 10 yanvar 2024-cü il tarixdə Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 19:40 radələrində Gəncə şəhəri, Ş.Bahəddin küçəsində, Gəncə çayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə ŞBPİ-nin 1ci Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,843 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində həmin psixotrop maddəni tutulmamışdan bir neçə saat əvvəl yerdən tapdığını, əvvəllər istifadə etdiyindən onun nə olduğunu bildiyi üçün götürüb cibinə qoymuş və təxminən 1 saat, saat yarım sonra polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək psixotrop maddəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olunduğu üçün Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-nə aparıldığını bildirmişdir. Şəxsi axtarış zamanı əynindəki şalvarın ön sağ cibindən 1 ədəd sellofana bükülmüş vəziyyətdə olan büküm aşkar olunaraq götürülmüşdür. Suallara cavab olaraq həmin vaxtlar narkotik vasitədən istifadə etmədiyini, əvvəllər ara sıra istifadə etdiyini və ona qarşı hər hansı bir zor tətbiq edilmədiyini bildirmişdir. İfadəsinin sonunda isə əməlindən peşman olduğunu, himayəsində xəstə və yaşlı valideynlərinin və 1 azyaşlı uşağının olmasını nəzərə çatdıraraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs növbəti məhkəmə iclasında onun heç bir təqsiri olmadığını, psixotrop maddəni onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirərək məcbur qalıb etiraf etdiyini bildirmiş, lakin sonrakı iclasda yenidən təqsirini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hal hazırda Samux rayon PŞ-də işləyir, Təqsirləndirilən şəxs saxlayan zaman isə Gəncə ŞBPİ-nin 1-ci PŞ-də çalışırdı. xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.Bahəddin küçəsində, Gəncə çayının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-yə dəvət edilmiş, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzədən qabaq üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmiş o, isə əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisinə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Digər Şahid1 əməliyyat olunduğundan məhkəmə iclasında iştirak edə bilməmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərimişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop əldə edib daşıyaraq saxlaması barədə məxfi mənbələrdən daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə şöbə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:40 radələrində Gəncə şəhəri, Ş.Bahəddin küçəsində, Gəncə çayının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. Həmçinin gətirilərkən Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir əşyanı kənara atmasının qarşısını almaq üçün mühafizəsini təmin etmişlər. Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzədən qabaq üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmiş o, isə əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilirsə də əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Sonra masanın üzərində olan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ kağız büküm götürülərək içərisinə baxış zamanı orada ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kağızdakının patı olduğunu, 38 saylı hərbi şəhərcikdə yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, heç kəsə vermədiyini bildirmişdir. Bundan sonra metamfetaminə oxşar maddə elektron tərəzidə çəkisi 1,59 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm bir ədəd boş zərfin içərisinə qoyularaq ağzı bağlanıb möhürlənmiş və üzərində müvafiq qeydlər aparıldıqan sonra imzalanmış, həmin zərf ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bununla da şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, HK-1/132 saylı material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır(i.v.1); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək həmin tarixdə, saat 20:30 radələrində tutulmuşdur (i.v.8, 23); - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Gəncə şəhər 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5, həmin şöbənin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, polis kiçik leytenantı Şahid2, BPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X2 və müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop madə, o cümlədən başqa hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir ədəd ağ rəngli kağız bükümünü təqdim edərək içərisində “şüşə” kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu və 2 gün əvvəl 38 saylı hərbi şəhərcikdə uşaq baxçasının yaxınlığında gəzərkən yerdən tapdığını, həmin kütlədən istifadə etmədiyini, üzərində gəzdirdiyini bildirdi. Həmin maddənin çəkisi 1,59 qram olması müəyyən edilir, büküm 01 ədəd zərfdə qablaşdırılıb möhürlənir və iştirakçılar tərəfindən imzalanır. (i.v.28); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30,40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir.(i.v.39); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli 1/132 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd ağ kağız bükümdə, təmiz çəkisi 0,843 qram olan maddə kustar üsulla hazılanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,843 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,793 qram. (i.v.40) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 57); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir. (i.v. 65-67); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsidə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v. 73); - xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Kaluj vilayətinin, Kaluj Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 3-cü hissəsinin “A” bəndi ilə (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmə) təqsirli bilinərək 01 il 04 ay məcburi əmək cəzasına məhkum edilmişdir. (i.v. 78); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 72 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomanıya xəsətliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.( i.v.85); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 218 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. ( i.v.91); - Gəncə şəhəri Psixonevroloji dispanserinin xx.xx.2024-cü il tarixli, 189 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.92); - 17.02.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DİN-in BİKİ-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarını özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı həmin nömrə ilə müxtəlif mobil nömrələri arasında çox saylı zənglər olmuş və həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olan nömrənin müxtəlif ünvanlarda olduğu müəyyən edilmişdir.(i.v.95); - 23.02.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. ( i.v.99); - 06.05.2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.102); - 06.05.2024-cü il tarixli şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir.( i.v.104); - 06.05.2024-cü il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. ( i.v.106); - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış təmiz çəkisi 0,843 qram psixotrop maddə metamfetamni, həmçinin cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olan 055 726 39 16 saylı mobil nömrəsi ilə aparılan telefon danışıqları özündə əks etdirən 1 ədəd DVD disk, iş üzrə təqsirləndirilən və şahid ifadələri, şəxsi axtarış və götürmə, baxış protokolları, ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.111-119); - Gəncə şəhər Məhkəməsinin 1(125)-303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. - Gəncə şəhər BPİ-nin 1-ci PŞ tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə saat 15:40 radələrində Gəncə şəhər ərazisində saxlanılaraq BPİ-nin MSY-yə təhvil verilmişdir. - Gəncə şəhər Məhkəməsinin 1(125)-303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; - 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. - 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, törətdiyini əməldən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində yaşlı valideyinlərinin olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı (xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) 02 ay 29 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin edilmiş cəzadan 06 ay 02 gün çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və məcburi müalicə olunmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,793 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı (xx.xx.2024-cü il tarixdən 14 yanvar 2025-ci il tarixədək) 02 ay 29 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 ay 02 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,793 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 192 (yüz doxsan iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar