Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-240/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Əlizadə Elxan Novruz oğlu, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1, X2 və onların müdafiəçiləri Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən Gəncə Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə X3 və X2 Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 147 ci maddəsinin 147.2 və 148-ci maddəsinin 148.1 bəndi ilə cinayət məsuliyyətinə cəlb etməsinə dair və həmin maddələrin sanksiyasında nəzərdə tutlmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X12 şikayətin icraata qəbul edilməsini, X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və X5 ayrı-ayrılıqda şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 ayrı-ayrılıqda şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin hansı bəndi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması dəqiq göstərilməmişdir. Belə ki, şikayət vermiş şəxs X12 şikayətində X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Lakin Cinayət Məcəlləsində 148.1-ci maddə nəzərdə tutulmamışdır. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.5-cı cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; Şikayət vermiş şəxs X12 şikayətində X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də 148.1-ci maddə nəzərdə tutulmadığından şikayətin icraata götürülməsindən imtina olunmalıdır. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-240/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-240/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver