Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-241/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, F.Əmirov küçəsi ev 36 mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,311 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 22 noyabr 2022-ci il tarixdə, saat 18:30-da Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri X15 prospektində yerləşən 20 yanvar abidəsinin qarşısında saxlanılaraq Gəncə şəhər,H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd sellofan bükümdə , təmiz çəkisi 0,311 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, istifadəyə yaralı, Makarov və Steçkin konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən 04 ədəd ştat patronlarını və zavod üsulu il istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağı və 01 ədəd sürgüsünün üzərində ГT-8234 nömrəsi olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, 9 mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksiyalı, PM modelli tapançanı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və gəzdirmiş, barəsində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, 06 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşən Piramida şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Heydər Əliyev propekti 265 ünvanında yerləşən 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qış geyiminin altındakı qara rəngli cins şalvarının iç hissəsində kəmərə keçirili vəziyyətdə olan sürgüsünün üzərində ГT-8234 nömrəsi olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, 9 mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksialı PM modelli tapança, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli, istifadəyə yaralı, Makarov və Steçkin konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən 04 ədəd ştat patronları və zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təqsirli bilmiş, lakin CM-in 228.1-ci maddəsinə əsasən isə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, təxminən 1 ilə yaxındır ki, psixotrop maddədən istifadə edir. Onun psixotrop maddə olan, el arasında “patı” adlandırılan metamfetaminə daha çox marağı olmuş və bəzi vaxtlarda narkotik maddə heroindən də istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri X15 prospektində yerləşən “20 Yanvar” abidəsinin qarşısında olan zaman, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Gəncə şəhər 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları kimi təqdim etmişlər, daha sonra onu Gəncə şəhər 2-ci PŞ-ə dəvət etmişdirlər. O, da polis əməkdaşlarına bu barədə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 2ci PŞ-ə gəlmiş və orada xidməti iş otağında birində onun hüquqularını müdafiə etmək üçün mudafəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hərhansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O, əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd sellofan kəsiyinə bükülü kütləni təqdim etməklə həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra təqdim etdiyi kütlə aptek tərəzisində çəkildmiş və ümumi çəkisi 0,39 qram olmuşdur. Sorğu zamanı o, həmin bükülünün psixotrop maddə olan metamfetamin olduğunu və ona məxsus olduğunu, xx.xx.2022-ci il tarixdə axşam saatlarında həmin psixotrop maddə olan “metamfetamin”i Gəncə şəhər X15 prospektində yerləşən “20 Yanvar” abidəsinin qarşısında yerdən tapdığını, həmin kütlədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün o, protokola imza etmişdir. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş kütlənin təmiz çəkisinin 0,311 qram olmaqla psixotrop maddə olan metamfetamin olduğunu bilmişdir. Bundan başqa o, Emil adlı polis əməkdaşının çağırışı əsasında 06 yanvar 2023-cü il tarixdə saat 13-14 radələrində 2-ci polis şöbəsinə gəlmişdir. Orada Emil və Çingiz adlı polis əməkdaşları ona hədə-qorxu gələrək, evindən 2 kiloqram narkotik çıxaracaqları ilə onu hədələyib “Makarov” tipli tapançanı onun olmasını etiraf etməsini tələb etmişdir. O, da qorxduğu üçün məcbur olub həmin tapançanı etiraf etmişdir. Lakin müdafiəçisi Samir Əsgərov gəldikdə isə ona tapançanın ona məxsus olmadığını bildirmişdir. Ona görə də, həmin müdafiəçi videoçəkilişə girməmişdir. Yenidən polis əməkdaşları onu öz otağına salıb hədə-qorxu gəlmişlər, müdafiəçisi Samir Əsgərovdan imtina ərizəsi yazdırmışlar və tələb etmişlər ki, vəkilə və videoçəkiliş zamanı onun 1 ay bundan əvvəl Gəncə şəhərində çayın kənarında sellofana bükülmüş vəziyyətdə 1 ədəd tapança tapıb evə gətirərək saxladığını, həmin gün evdən götürüb şalvarının kəmərinin altında gizlədərək evdən çıxdığını, yaşadığı evin yaxınlığında yerləşən Piramida şadlıq evinin qarşısı ilə piyada gedən zaman polis əməkdaşlarının onu saxlayıb 2-ci Polis Şöbəsinə gətirdiyini bildirsin. O da, polislərlə razılaşdığı kimi müdafiəçi gəldikdə həmin tapançanın ona məxsus olduğunu, polislərin dediklərini və ona qarşı hər hansı qanunsuzluqlar edilmədiyini bildirmişdir. Bundan sonra müstəntiqə ifadə verərkən də eyni sözləri demişdir. Daha sonra onun hakimin yanına sanksiyaya aparılacağı məlum olduqda o, etiraz etmiş və hakimə həqiqəti danışacağını dedikdə, polislər ona türmədə günü qara olacağı ilə hədələdiyindən o, qorxduğu üçün sanksiyalara baxılarkən də odlu silahın ona məxsus olduğunu bildirmişdir. Hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyir ki, həmin silahı o, tapmamış, polislər zorla boynuna qoymuşlar. Sonda o, bütün bunları nəzərə almaqla ona CM-in 234.1-ci maddəsi ilə yüngül cəza, CM-in 228.1-ci maddəsi ilə bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda və əvvəlki məhkəmə iclasında verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 1 ay bundan əvvəl Gəncə şəhərində çayın kənarında piyada gəzən zamançayın kənarında sellofana bükülmüş vəziyyətdə olan bükülü diqqətini cəlb etmişdir. O həmin bükülünü götürüb açmış və görmüşdür ki, sellofanın içərisində 1 ədəd tapança 4 ədəd patron və 1 ədəd sandığ vardır. O, həmin sellofanı götürmüş, üzərində gizlədərək yaşadığı evə gətirib yaşadığı evdə saxlamışdır. O, həmin Makarov markalı tapançanı evdə saxladıqdan sonra ondan heç bir yerdə istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə o həmin tapançanı evdə olmasında və qanunsuz saxladığından qorxaraq evdən götürüb şalvarının kəmərinin altında gizlətmiş və evdən çıxmış ki, aparsın həmin tapançanı çaya atsın. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:40 radələrində yaşadığı evdən çıxmış və yaşadığı evin yaxınlığında yerləşən Piramida şadlıq evinin qarşısı ilə piyada gedən zaman 2 nəfər mülkü geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu 2-ci Polis Şöbəsinə gətirmişlər. 2-ci Polis Şöbəsində olan zaman o müdafiəçi ilə təmin olunmuş, həmin vaxt ona hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində hər hansı qanunsuz, gəzdirilməsi və istifadəsi qanunla qadağan edilmiş hər hansı əşya dəlil olub olması bildirilmişdir. Bu zaman o üzərində çaya atmaq üçün 1 ay əvvəl çayın kənarından tapdığı 1 ədəd Makorov tapançasını, 4 ədəd patronları və bir ədəd sandıqçasını, selofana və göy rəngli dəsmala bükülmüş makarov tapançasını kəmərinın altından çıxararaq təqdim etmişdir. Sonradan onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərindən qanunla qadağan edilmiş başqa əşya çıxmamışdır. Onun təqdim etiyi makarov tapançası olan bükülü iştirakçıların gözü qarşısında açılmış və həmin bükülünün içərisində olan bir ədəd tapançaya,4 ədəd patronlara və bir ədəd tapançaya məxsus sandığına baxış keçirilmiş və həmin Makarov markalı tapança, 1 ədəd sandıqca və 4 ədəd patronlar iştirakçıların gözü qarşısında zərfə qoyulmuş və qablaşdırılmışdır. O, həmin silahdan heç vaxt istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, F.Əmirov küçəsi, ev 36, mənzil 15-də yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs odlu silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Gəncə şəhəri F.Əmirov küçəsində yerləşən Piramida şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində video çəkilişlə müdafiəçinin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının kəmərinin altından bir ədəd makarov tipli tapançanı, 1 ədəd sandıqçanı və 4 ədəd patronu təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin tapançanı təxminən 1 ay əvvəl Gəncə çayının kənarında piyada gəzərkən çayın kənarından tapdığını bildirmişdir. Sonra həmin aşkar edilmiş tapança və içərisində 4 ədəd patron olan sandıqça müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində yalan danışır. O, Nizami Qəhərəmanovu əvvəllər tanımamış, o və ya başqa polis əməkdaşları Nizami Qəhərəmanova qarşı hədə-qorxu gəlməmiş və hər hansı qanunsuzluqlar etməmiş, sonuncunu göstərdiyi vaxtda tutaraq üzərində tapança olması aşkar edilmiş, müdafiəçinin iştirakı ilə Nizami Qəhərəmanov öz əməlini etiraf etmiş, Nizami Qəhərəmanov hazırda məsuliyyətdən azad olunmaq üçün belə ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən 20 yanvar abidəsinin qarşısında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində video çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparımışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd sellofana bükülmüş psixotrop maddəyə oxşar kütləni təqdim etmişdir. Həmin kütlə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş və büküldüyü sellofan parçası ilə birlikdə ümumi çəkisi 0,39 qram gəlmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlə qablaşdırılaraq tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndərilmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olubolmaması barədə hər hansı bir məlumat yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 digər şahidlər Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 26 noyabr 2022-ci iltarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2022-ci iltarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiris eçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 26 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - 06 yanvar 2023-cü il tarixli “şübhəli şəxsi tutma” protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmudur. - xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və DVD diskdəki video görüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X2, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid3, müdafiəçi X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən 1 ədəd sellofan kəsiyinə bükülü psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlə siqaret falqası ilə birlikdə 0.39 qram olmaqla zərfdə qablaşdırılmış və ağzı möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. - xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və DVD diskdəki video görüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X8, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və müdafiəçi X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rənmgli şalvarın kəmərinin altında saxladığı sellofan torbada yaşıl rəngli dəsmala bükülmüş bükülünü təqdim etmiş və həmin bükülünün içərisində 1 ədəd Makarov tipli tapança, 1 ədəd sandıqca və 4 ədəd patron oldunu qeyd etmişdir. Həmin bükülü açılmış işərisində 1 ədəd üzərində nömrəsi silinmiş vəziyyətdə olan Makarov tipli tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqca və 4 ədəd patronlar aşkar edilmişdir. Götürülmüş 1 ədəd Makarov tipli tapança, 1 ədəd sandıqca və 4 ədəd paron zərfə qablaşdırılıb aözı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış tapançanın odlu silah, atəşə yararlı olub olmamasının və patronların atəşə yararlı, döyüş sursatı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-nin X1 göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2022-ci il tarixli 16/1334 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə”yazı və iimzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,311 qram maddə metamfetamindir (Metamfetamin təmiz çəkisi 0.311 qram, tədqiqata sərf edilmiş 0.02 qr. qalıq 0.291 qram). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/6 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd süngüsünün üzərində ГT -8234 №-si olan silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üçün yararlıdır, döyüş sursatı hesab edilmir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-8/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixədən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X11 icraatında olan ********* saylı cinayət işi 23550010 nömrəli cinayət işinə birləşdirmiş və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir. - DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 739 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 729 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 10 yanvar 2023-cü il tarixli 43 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-107/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 ay müddətinə, yəni 06 aprel 2023-cü il tarixədək uzadılmışdır. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-170/223 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1 maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 20 gün, yəni xx.xx.2023-cü il tarixə kimi uzadılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində silahı boynuna polisdə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün həqiqəti deyərək həmin silahı polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs silahın onun tərəfindən tapıldığını və Gəncə şəhərində çayın kənarından tapdığını bildirir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən özünü 228.1 və 234.1-ci maddələri ilə təqsirli bildiyini göstərir. Həmçinin onun barəsində məhkəmədə həbs qətimkan tədbirinin seçilməsi və uzadılması məsələsinə baxılarkən də, o, polis əməkdaşları tərəfindən ona təzyiq olunması və silahın özünə məxsus olmaması barədə heç bir söz deməmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib gəzdirməsi və saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci və 234.1 maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci və 234.1 maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın qanunvericilikdə müəyyən edilmiş həddə təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olunmuşdur. Onun dəfələrlə cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci və 234.1 maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs 26-28 noyabr 2022-ci il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan 02 gün çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə narkoloji ekspertizanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, istifadəyə yararlı, Makarov və Steçkin konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən 02 ədəd ştat patron, zavod üsulu il istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağ, 01 ədəd sürgüsünün üzərində QT-8234 nömrəsi olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksiyalı, PM modelli tapança müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertizadan sonrakı qalığı 0.291 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X3 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, istifadəyə yararlı, Makarov və Steçkin konstruksiyalı tapançaların döyüş sursatı hesab edilən 02 ədəd ştat patron, zavod üsulu il istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağ, 01 ədəd sürgüsünün üzərində QT-8234 nömrəsi olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli yivli odlu silah hesab edilən Makarov konstruksiyalı, PM modelli tapança müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertizadan sonrakı qalığı 0.291 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-241/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-241/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver