Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-243/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci maddələri ilə məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,936 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Gəncə şəhəri Atatürk prospekti ünvanında yerləşən “Xan Bağı” adlanan parkın yaxınlığında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H,Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ ön cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə 0,936 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni 455 qram çəkidə narkotik vasitə marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, xx.xx.2024-cü il tarixdə saat 19:25 radələrində Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın yaxınlığında Gəncə şəhər BPİ-nin X2 əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən 01 (bir) ədəd polietilen torbada ümumi çəkisi 455 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün iş üzrə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, toplanmış digər mötəbər dəlillərlə - şahidlərin ifadələri və digər istintaq sənədləri ilə tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin aydındır və özünü həmin cinayət hadisəsində özünü qismən təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, yuxarıda qeyd olunan ünvanda anası ilə birlikdə yaşayır. O əvvəllər məhkum olunmuşdur. O fərdi əməklə məşğul olur, hərdəndə narkotik vasitə və psixatrop vasitə əldə edə biləndə istifadə edir. 1-ci Polis şöbəsinin əməkdaşları onu Xan Bağının yaxınlığında tutmamışdır. Onu yaşadığı evin yaxınlığından tutmuş və polis şöbəsinə gətirmişlər. Onun üzərində narkotik vasitə olmamışdır. Ona hər hansı təzyiq göstərilməmişdir. Lakin o qorxduğu üçün video çəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Həmin epizod üzrə özünü təqsirli bilmir. Digər epziod ilə bağlı bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:30 radələrində Gəncə şəhəri 3-cü mkr-da yerləşən Abbas Səhət adına xəstəxananın yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdib onu Gəncə şəhər BPİ-nə dəvət etmişdirlər. O da öz növbəsində polis əməkdaşlarına etiraz etməyib Gəncə şəhər BPİ-nə gəlmişdir. Gəncə şəhər BPİ-də ona hüquq və vəzifələri izah olunub müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş predmet və əşya olub olmaması soruşulmuşdur. O isə əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsində olan bir ədəd şəffaf rəngli polietilen torbada olan marixuananı təqdim etmişdir. Həmin marixuananı haradan əldə etdiyi soruşulmuşdur. O isə həmin marixuananı tutulmazdan təxminən iki saat əvvəl Gəncə şəhəri 4-cü mkr-da yerləşən xaraba yeri deyilən yerdə Gəncə çayının sol hissəsində yerdən tapdığını, gələcəkdə istifadə edəcəyi üçün saxladığını, həmin marixuanadan istifadə etmədiyini, heç kimə vermədiyini, həmin marixuananın onda olmasından heç kimin xəbəri olmadığını bildirmişdir. Bundan başqa üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əsya olub olmaması soruşulmuşdur. O isə üzərində digər qanunla qadağan olunmuş predmet və ya əşya olmadığını bildirmişdir. Polis əməkdaşları üzərimə şəxsi axtarış keçirmişdirlər. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş şəffaf rəngli polietilen kəsiyinə bükülmüş narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilmiş, həmin büküm qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri 4-cü mk.r-da yerləşən xaraba yeri deyilən yerdə Gəncə çayının sol hissəsində yerdən tapmışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Həmçinin, o narkotik vasitələrin satışı ilə məşğul deyildir. Törətdiyi əmələ görə peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmış, qrupun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil olmuşdur. Qrupa rəhbərliyi özü həyata keçirmişdir. Həmin qərar Şöbə rəhbərliyinə məruzə edilərək, Şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün zəruri tədbirlər görülmüşdür. 2023-cü ilin oktyabr ayının sonlarında tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan : Təqsirləndirilən şəxs Gəncə şəhəri, «Xan bağı» adlanan parkın yaxınlığında yeri müəyyən edilmişdir. Həmin günü Gəncə şəhəri, «Xan bağı» adlanan parkın yaxınlığında olarkən saxlanılaraq onu Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Şöbəsinə dəvət etmişdirlər. Şöbədə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının ön sağ cibindən üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan psixotrop maddə olan “metamfetamin” kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan “metamfetamin” kütlə elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlə ü zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxsın üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Verdiyev X14 Əli Rasim oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmış, qrupun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin kiçik inspektoru, polis baş serjantı Şahid4 daxil olmuşdur. Qrupa rəhbərliyi özü həyata keçirmişdir. Həmin qərar Şöbə rəhbərliyinə məruzə edilərək, Şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün zəruri tədbirlər görülmüşdür. 2024-cü il yanvar ayının sonlarında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın yaxınlığında yeri müəyyən edildi. Həmin günü saat 19:25-da Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın yaxınlığında saxlanılaraq onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişdirlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir.. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirak ilə əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan narkotik vasitə olan “marixuana” kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərindən götürərək istifadə etmədiyini, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “marixuana” kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxsın üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalınmasından ötrü əməliyyat qurupunun yaradılması və Təqsirləndirilən şəxs müəyyən olunduğu təqdirdə onun üzərinə baxış keçirilməsi qərara alınmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 oktyabr 2023-cü il tarixli protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X8, Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin CAB-nin, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının ön sağ cibindən 1 ədəd ağ rəngli gümüşü kağıza bükülmüş içərisində şəffaf rəngli və ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra diskdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan “metamfetaminə” bənzər kütləni haradan əldə etməsini soruşduqda sonuncu bildirdi ki, yaşadığı binanın yaxınlığında yerdən tapmışdır. Diskdə Təqsirləndirilən şəxs o psixotrop maddəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi1 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilir və bükümlə birlikdə ümumi təmiz çəkisi 3,44 qram olmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılır, 110 nömrəli möhrlə möhrlənir və imzalarla təsdiq edilir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 16/1073 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,936 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamindir”. Metamfetamin temiz çəkisi-0,936 qram, tədqiqata sərf edildi-0,05 qr qalıq-0,886 Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in 1-ci siyahısına daxildir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4, Gəncə ŞBPİ-nin CAİ-nin, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, həmin idarənin kiçik inspektoru, polis baş serjantı Şahid4, müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən 1 ədəd sellofana bükülmüş içərisində şəffaf rəngli və ilk baxışdan narkotik vasitə olan “marixuana” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra diskdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “marixuana” bənzər kütləni haradan əldə etməsini soruşduqda sonuncu bildirdi ki, Gəncə şəhəri, 4-cü mkr-da yerləşən xaraba yeri adlanan yerdə Gəncə çayının sol hissəsində yerdən tapmışdır. Diskdə Təqsirləndirilən şəxs o psixotrop maddəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi X15 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilir və bükümlə birlikdə ümumi təmiz çəkisi 475 qram olmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılır, 91 nömrəli möhrlə möhrlənir və imzalarla təsdiq edilir “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AR CPM-nin 49.1-ci maddəsinə əsasən ********* saylı cinayət işi AR CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməklə cinayət işi ********* nömrəsi altında saxlanılması qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə ittiham elan edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 25 yanvar 2024-cü il tarixli 16/130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan sellofan paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 455 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə “marixuandır”. Marixuandır temiz çəkisi-455 qram, tədqiqata sərf edildi-0,05 qr qalıq-454,8 Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, marixuana “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların”-in 1-ci siyahısına daxildir Məhkəmə-narkoloji ekspertizasının 21 noyabr 2023-cü il tarixli 1916 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya bxəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psxiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki: 1) Təqsirləndirilən şəxs ona şamil olunan cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək, özünü idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. 2) Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik müşahidə olunmadığından o, halhazırda hərəkətlərini ölçüb biçmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun əməli AR-nın CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatının olmadığı bildirilmişdir. Əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatının olmadığı bildirilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR-nın CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay A.M.E cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin, sonuncu Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 11 AY 28 GÜN a.m.e cəzası ilə məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cabbarov X12 Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına ilə məhkum edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər 3-cü mikrorayon, ev 19, mənzil 9-da yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdən dispanserdə “Oynaq tipli şəxsiyyət pozğunluğu, tez-tez müşahidə edilən affektiv reaksiyalarla” dianozu qoyulmuşdur. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər X1 asılılıq diaqnozu ilə qeydiyyatdadır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 aprel 2010-cü il təvəllüdlü X13 və 29 may 2008-ci il təvəllüdlü X11 adlı iki övladı var. “Sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 0,936 qram psixotrop maddə metamfetamin, 455 qram narkotik vasitə marixuana, eləcə də cinayət işinə əlavə edilmiş və içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD disklərə baxış keçirilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs oğlunun barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının ön sağ cibindən 1 ədəd ağ rəngli gümüşü kağıza bükülmüş içərisində şəffaf rəngli və ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə, daha sonra keçirilən axtarış zamanı isə Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən 1 ədəd sellofana bükülmüş içərisində şəffaf rəngli və ilk baxışdan narkotik vasitə olan “marixuana” oxşar kütlə aşkar edildiyi müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı sonradan özünü qismən bilərək ifadəsində 1-ci Polis əməkdaşları tərəfindən tutulması epizodu üzrə üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, yuxarıda qeyd olunan ünvanda anası ilə birlikdə yaşayır. O əvvəllər məhkum olunmuşdur. O fərdi əməklə məşğul olur, hərdəndə narkotik vasitə və psixatrop vasitə əldə edə biləndə istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı binanın yanından piyada keçən zaman yerdə olan ağ rəngli kağız büküm diqqətini çəkdiyi üçün yerdən götürüb içərisinə baxmışdır. Bükümün içərisinə baxanda bükümün içərisində olan maddənin narkotik vasitə olan metamfetamin olduğunu başa düşmüşdür. Həmin büküm ağ rəngli kristal şəkilində olmuşdur. O da narkotik vasitədən istifadə etdiyi üçün tapdığı metamfetamini cibinə qoymuşdur ki, istifadə edər. xx.xx.2023-cü il tarixində saat 00:30 radələrində o Gəncə şəhəri “Xan Bağı” parkının qarşısı ilə hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər və narkotik vasitəni qanunsuz olaraq üzərimdə saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişdirlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın ön sağ cibində saxladığı ağ rəngli kağız büküm aşkar edilmişdir. Həmin büküm zərfə qablaşdırılmışdır və 1 ədəd zərfə qablaşdırılmış içərisində psixotrop maddə metamfetamin ağ rəngli kağızla ilə çəkisi 3.44 (üç tam yüzdə qırx dörd) qram gəlmişdir. Zərflərin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Üzərindən aşkar olunmuş 1 ədəd "Prima” markalı siqaret və 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. O həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı binanın yanından piyada keçən zaman yerdən tapmışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Həmçinin, o narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2023-ci il tarixədək qüvvədə olan 234-cü maddəsinin 1-ci hissəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin, xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qanununun 1.3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əvvəlki redaksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulduğu halda, qanunvericilikdə edilmiş dəyişiklikdən sonra həmin maddənin dispozisiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə anlayışını ehtiva etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 0,936 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, üzərində daşıyaraq, saxlamış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərindən aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cabbarov X12 Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına ilə məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayəti 22 oktyabr 2023-cü il tarixdə yəni məhkumluğu ödənilmədən törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alır və cinayətlərin residivini, eyni zamanda cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir (CM-61.1.1 ). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ümumilikdə 04 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2024-cü il taixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – qalıq çəkisi 0,886 qram olan psixotrop maddə metamfetamin, 454,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, eləcə də cinayət işinə əlavə edilmiş və içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanmalı və ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 23 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 138 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ümumilikdə 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,886 qram olan psixotrop maddə metamfetamin, 454,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60,80 manat (altmış manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.FT Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - "Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-243/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-243/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver