Məhkəmə qərarları › İş №1(125)-244/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-244/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-244/2025 09.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Qazaxyolçular kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanında yerləşən “Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ X1, İntensiv Terapiya və Anesteziologiya Şöbəsində” insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs həmin xəstəxanada vəfat etmiş anası X3 yataqdan yerə yıxmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən əl və yumruq zərbələri vuraraq sonuncuya kəllə-beyin travması, beyin silkələnməsi, burun tənəffüsünün pozulması ilə müşaiyət edilən burun sümüyünün distal ucunu yerinidəyişməyən sınığı müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri və burunun qançırı ilə müşaiyət olunun sağlamlığa zərərvurmayan xəsarətlərə aid edilən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə, qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində X4 anası olduğunu və anasının xəstə olduğu üçün xx.xx.2024cü il tarixdə Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ X1, İntensiv Terapiya və Anesteziologiya Şöbəsinə apardıqlarını bildirmişdir. Lakin xəstəxanada Ayxan adlı şəxs onu və yaxın qohumlarını anasının yanına girməyinə icazə vermədiyindən o, bacısı ilə otağın qarşısında əyləşərək gözləmişlər. Bundan bir neçə dəqiqə sonra içəridə olan xəstələrdən biri qapını açıb anası Fəridə Məmmədovanın yerə yıxılaraq vəfat etdiyini bildirmişdir. Qohumları ilə birgə içəri anasının olduğu otağa daxil olmuş, bu zaman otaqda qapının arxasında Ayxanı görməmiş və qapını açan zaman qapı Ayxana dəyərək onu kənara itələmişdir. Hadisə zamanı səs küy yaranmış, lakin səs küyün yaranmasının səbəbi isə anası vəfat etdiyindən ağlaşma səsləri olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Gəncə şəhər Birləşmiş xəstəxanası PHŞ Kardioloji xəstəxanada tibb qardaşı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə işlədiyi xəstəxanaya bir nəfər qadın xəstə gətirmişlər. Həmin xəstə Gəncə şəhər Birləşmiş xəstəxanası PHŞ Kardioloji xəstəxanada Reanimasiya intensiv terapiya və anesteziologiya şöbəsində palataya yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Fəridə Məmmədova xəstəxanada vəfat etmişdir. Belə ki, Fəridə Məmmədovanın olduğu palataya girdikdə xəstənin yataqdan yerə yıxıldığını görmüş, həmin ərəfədə xəstənin yaxınları içəri daxil olmuş və xəstənin yıxılmasını görüb hücuma keçmişdirlər. Dövlət ittihamçısının sullarına cavab olaraq paltarını geyinən zaman həkim adrenalin gətirməsini bildirdikdə palataya yaxınlaşmış və bu zaman xəstənin yıxılıb rəhmətə getdiyini görmüşdür. Sonra təqsirlənirilən şəxs hücum edərək anasını onların öldürdüyünü və şikayət edəcəyini bildirmişdir. Bundan sonra dava-dalaş hadisəsi baş vermiş və bu an pəncərədən düşərək aptekə girmişdir. Müdafiəçinin sualına cavab olaraq xəstənin atyok vəziyyətində olduğunu, təqsirlənirilən şəxsin onu vuran zaman içəridə xadimə, xəstə baxıcısı, həkim, xəstələr və xəstə yaxınlarının olduğunu, həmçinin hadisənin təxminən 30-45 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X4 onun anasıdır. Belə ki, anası xəstə olduğu üçün Gəncə şəhər Birləşmiş Xəstəxanasına aparmış, otağa yerləşdirmiş və həmin vaxt otaqda başqa xəstənin olduğunu da gördükdə ordakılardan birinin anasının yanında qalmasını istəmiş, lakin buna baxmayaraq otaqdan çıxarmışdılar. Onlar otağın qarşısında əyləşən zaman içəridəki xəstə qapını açaraq analarının yerə yıxıldığını və öldüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qapını açmış, qapının arxasında Ayxanın olduğunu görməmiş və qapı Ayxana dəyərək onu kənara itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ Kardialoji xəstəxanada mühafizəçi vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə xəstəxanaya Fəridə adlı qadın xəstə gətirilmiş və xəstə günorta saatlarında vəfat etmişdir. Həmin vaxt səs-küy yarandığı üçün Fəridə adlı qadının olduğu otağa getdikdə həmin qadın yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Bu vaxt orada olan tanımadığı şəxslərdən biri bildirmiş ki, mərhumun qohumlarından kimsə xəstəxanada tibb qardaşı kimi işləyən Zərərçəkmiş şəxs vurub xəsarət yetiribdir. Bundan sonra çölə çıxdıqda Ayxanı xəstəxananın həyətində görmüş və onunla söhbət edən zaman mərhum Fəridənin oğlu Ramin adlı şəxs Ayxanı əl zərbəsi ilə vurub xəsarət yetirdiyini öyrənmişdir. Sonda bildirrir ki, hadisə yerinə dava dalaş başa çatdıqdan sonra gəldiyi üçün hadisə anını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, toplanmış material üzrə fata görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmış və icraata qəbul edilmişdir (i.v.1); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X2 xx.xx.2024-cü il tarixli 74 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən olunmuş xəsarət – burun nahiyəsinin qançırı – küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (i.v.12-14); - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v.15); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 xx.xx.2024-cü il tarixli T 156/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, beyin silkələnməsi, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün distal ucunun yerinidəyişməyən sınığı, burunun qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmış, müddəti isə xx.xx.2024-cü ilə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (i.v.28-30); - xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəstəxanada ona xəsarət yetirdiyi yeri göstərmiş və həmin yerin çəkilmiş fotoşəkilləri protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.40-44); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.46); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4702 nömrəli arayışdan məlum olur ki, həmin dispanserdə qeydiyyatda durmur (i.v.48); - xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təstiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş maddi zərəri tam şəkildə ödəmiş, odur ki, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur (i.v.61); - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür (i.v.63); - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs 300 manat cərimə tətbiq edilmişdir (i.v.65); - ödəniş qəbzindən görünr ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:09 radələrində MN ******* nömrəli protokol üzrə təyin olunmuş 301 manat cərimə məbləğini ödəmişdir (i.v.67); - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir (i.v.68); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4577 nömrəli arayışdan məlum olur ki, həmin dispanserdə qeydiyyatda durmur (i.v.48); - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.86); - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilmişdir (i.v.104); - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.106); - xx.xx.2025-ci il tarixli Daşkəsən rayon İHB-nın Zağalı kənd İƏDÜ-nün nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (i.v.111); - xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi eksperizanın rəyi, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış protokolları, digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir(i.v.126-131); - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X8 adında övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, onunla barışıq əldə etməsini, şikayət və tələbin olmamasını, müsbət xarakterizə olunmasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dəyişiklik nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 132 (yüz otuz iki) manat pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Daşkəsən rayonu Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 132 (yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar