Məhkəmə qərarları › İş №1(125)-249/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-249/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-249/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1966-cı ildəGəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Gəncə Mənzil Kommunal Tikinti İstehsalat birliyinə təhlükəsizlik üzrə mühəndisolaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 26 may 2022-ci il tarixdə Gəncə şəhəri, HeydərƏliyev prospektində yerləşən Gəncə Mehmanxanasının yaxınlığında 3800 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanının qarşısında qeyri-yaşayış tipli obyekt tikintisinə icazə verilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətininsərəncamını və layihəsini hazırlatdıracağını təmin edəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-stifadə etmə və aldatma yolu ilə 22 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanının yaxınlığında 7275 manat məbləğində xeyli miqdarda pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 17.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2017-ci ilin yanvar ayınadək Gəncə şəhər Nizami rayon İcra hakimiyyətində icra nümayəndəsinin müavini, 2017-ci ilin yanvar ayından xx.xx.2017-ci ilədək Nizami Rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə baş məsləhətçisi, 2017-ci ilin aprel ayından 2019-cu ilin may ayınadək Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətində Cavadxan qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışmış, 2019-cu ilin may ayından isə öz ərizəsi ilə işdən çıxmışdır. Şahid4 3-4 il müddətdir ki, tanıyır. 2022-ci ilin may ayında Azərlə söhbət edən zaman Azər ona Mübariz adlı tanışının olduğunu, sonuncunu hər hansı bir işə düzəltməkdə kömək edə bilib-bilməyəcəyini ondan soruşmuş, o, isə Azərə kömək edə biləcəyini demişdir. Bundan sonra 2022-ci ilin may ayında o, Gəncə şəhər ərazisində bir neçə dəfə Zərərçəkmiş şəxs2 ilə görüşüb danışmış və sonuncuya bir neçə iş yeri təklif etdikdən sonra Mübariz Gəncə Mənzil Kommunal Tikinti İstehsalat Birliyində mühəndis olaraq işləmək istədiyini demiş, o, isə bunun müqabilində ondan 4000 manat pul alacağını bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Gəncə Mehmanxanasının yaxınlığında Mübarizlə görüşmüş, həmin vaxt Mübariz işə qəbul olmaq üçün 3800 manat pul düzəldə bildiyini demiş, o, isə 3800 manat pulu mübarizdən götürərək qısa zaman ərzində Gəncə Mənzil Kommunal Tikinti İstehsalat Birliyinə təhlükəsizlik üzrə mühəndis olaraq işə başlıyacağını demiş, həmçinin Mübarizə işə başladıqdan sonra sonra qalan 200 manat pulu da verəcəyini bildirmişdir. O, Mübarizdən pulu aldıqdan sonra həmçinin şəxsiyyət vəsiqəsininsurətini götürmüş, həmin pulu aldıqdan sonra işsiz olduğu üçün şəxsi ehtiyaclarına xərcləmiş, Mübariz zəng etdikdə isə hər dəfəsində sonuncunu yubadaraq qısa zamanda işini həl edəcəyini demiş, həmçinin iki dəfə pulu qaytaracağı barədə qəbz yazaraq vermişdir. Mübariz isə əl çəkmədiyi üçün xx.xx.2022-ci il tarixdə 1000 manat pulu Mübarizə qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 təxminən 3 il müddətdir ki, tanımış, 2022-ci ilin may ayının sonlarında Rasimlə söhbət edən zaman yaşadığı ünvan 2 ünvanının qarşısında qeyri-yaşayış tipli tikinti işləri aparmaq istədiyini demiş və ondan həmin tikinti işlərinin aparılması üçün Gəncə şəhər İcra Hakimiyyətindən müvafiq icazə verilməsi ilə bağlı sərəncam almaqda kömək etməyini istəmiş, o, isə Rasimə həmin sərəncam üçün 7000 manat və layihənin hazırlanması üçün isə 275 manat pul verməli olduğunu demiş, Rasim isə onunla razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, Rasimin yaşadığı evin yaxınlığında işlətdiyi dönərxananın yanında Rasimlə görüşmüş, yaşadığı evin qarşısında qeyri yaşayış tipli obyekt tikintisinə sərəncam və lahiyə hazırlanması üçün 7275 manat pulu Rasimdən almış və bir ay ərzində sərəncamı hazırlatdırıb verəcəyini bildirmiş, həmin vaxt yanlarında Rasimin oğlu Həsənəli və Elvin adlı tanışları olmuşdur. Bundan sonra 2022-ci ilin avqust ayında Rasim onunla telefonla əlaqə saxlayaraq sərəncamın nə üçün hazır olmadığını soruşduqda o, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Cavadxan küçəsində yerləşən internet klubda Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyevin adından ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 və Rasimin öz istəyi ilə onun tanışı X1 adına qeyri-yaşayış sahəsinin yerləşdirilməsinə icazə verilməsinə dair sərəncam hazırlamış, həmin sərəncamın iki nüsxədə printerdən çap edərək internet klubun yaxınlığında Adil Tağıyevin yerinə Ceyhun adlı tanışına imzalatmışdır. Bundan sonra həmin tarix və nömrəsi olmayan, Ceyhun adlı tanışı tərəfindən saxta imza çəkilən özü hazırladığı sərəncamın şəklini çəkərək qızı Aylanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Whatsapp sosial tətbiqi vasistəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə göndərmiş, Rasimdən aldığım 7275 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq göstərmişdir ki, 3800 manat pulu xx.xx.2022-ci il tarixdə Gəncə Mehmanxanasının yaxınlığında Zərərçəkmiş şəxs2 sonuncunu Gəncə Mənzil Kommunal Tikinti İstehsalat Birliyinə təhlükəsizlik üzrə mühəndis olaraq işə düəltmək adı ilə aldadıb almış, Zərərçəkmiş şəxs1 isə 7275 manat pulu xx.xx.2022-ci il tarixdə Rasimin evinin yaxınlığında işlətdiyi dönərxananın yanında, yaşadığı evin qarşısında qeyri yaşayış tipli obyekt tikitisinə icazə verilməsinə görə Gəncə şəhər İcra Hakimiyyətində sərəncam və lahiyə hazırlanması adı ilə aldadıb almışdır. O, Zərərçəkmiş şəxs2 pulu alarkən sonuncunu işə düzəltmək niyyətində olmamış, pula ehtiyacı olduğu üçün Mübarizi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq pulunu ələ keçirmiş və sonuncudan aldığı pulu şəxsi ehtiyaclarına xərcləmiş, həmçinin Zərərçəkmiş şəxs1 qeyri yaşayış obyektinə yerləşdirilməsinə icazə verilməsi üçün sərəncam hazırlanmasından ötrü Gəncə şəhər İcra Hakimiyyətində Memarlıq və Tikinti Şöbəsində baş mühasib Vidadi və baş memar Elxan Məmmədovla, həmçinin Çingiz adlı şəxslə danışdığını bildirsə də bu barədə heç kimlədanışmamış, Zərərçəkmiş şəxs1 qeyri yaşayış obyektinin tikintisinə icazə alınması üçün sərəncam hazırlatmaq niyyətində olmamış, aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Ceyhun adlı şəxs tanışı olmuş, Vidadi, Elxan və Çingiz isə Gəncə şəhər İcra Hakimiyyətində işləmişlər, həmin şəxsləri uzun müddətdir ki, görməmiş, şəxsiyyətləri və harada olmaları barədə məlumatı olmamışdır. Törətdiyi cinayətdən Ceyhunun hər hansı məlumatı olmamış, sonuncunu təsadüfən gördükdə imzanı özü çəkməmək üçün Ceyhuna çəkdirmiş, Ceyhunun həmin imzanı çəkməkdə hər hansı maddi və digər marağı olmamışdır. Bundan başqa onun telefonunda Whatsapp sosial tətbiqi olmadığı üçün qızı Ayladan həmin sərəncamın şəklini çəkərək Rasimin mobil nömrəsinə göndərməyini istəmiş, Aylanın həmin sərəncamın şəklini göndərməkdə hər hansı maddi və digər marağı olmamış, Rasimin pulunu ələ keçirməyi barədə Aylanın hər hansı məlumatı olmamışdır. O, ilkin izahatında Zərərçəkmiş şəxs1 7500 manat pul aldığını, həmin pulun 500 manatını yanlarında olan Elvinin xəbəri olmaması üçün sonradan Zərərçəkmiş şəxs1 qaytardığını bildirsə də ilkin izahatında yanlış qeyd olunmuş, sonuncunun 7275 manat pulunu ələ keçirmiş və sonuncuya hər hansı məbləğdə pul qaytarmamışdır. Onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirməyindəm heç bir şəxsin xəbəri olmamış, bu barədə ona hər hansı şəxs kömək etməmiş, əldə etdiyi puldan hər hansı şəxsə verməmişdir. Onun Zərərçəkmiş şəxs2 Gəncə Mənzil Kommunal Tikinti İstehsalat birliyinə təhlükəsizlik üzrə mühəndis olaraq işə düzəltmək və Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanının qarşısında qeyri-yaşayış tipli obyekt tikintisinə icazə verilməsi üçün sərəncam və layihə hazırlatmaq və həmin işləri görməkdə onun hər hansı səlahiyyəti olmamış, sonuncuları həmin işləri görəcəyi barədə vəd verib aldadaraq pulunu ələ keçirmiş, hazırlayıb printerdə çap edərək Zərərçəkmiş şəxs1 şəklini göndərdiyi sərəncamları hazırlayıb çap etdikdən sonra şəklini çəkib Zərərçəkmiş şəxs1 göndərmiş, həmin sərəncamların şəklini göndərdikdən sonra isə saxta olduğu üçün Zərərçəkmiş şəxs1 təqdim etməmiş və özündə saxlamayaraq cırıb atmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmiş və onlarla barışmışdır. Dövlət büdcəsinə cinayət nəticəsində dəymiş zərərin 25 faizini ödəmişdir. Bu səbəbdən, barəsində aparılan cinayət işi üzrə icraata xitam verilərək, cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona məxsus ünvan 2 ünvanının qarşısında təxminən 6 kvadrat metr sahəyə malik ona məxsus dönərxana vardır. Həmin dönərxananı özü işlədir. Yaşayış evinin qarşısında şüşəli aynabənd şəklində üzəri çardaqlı qeyri-yaşayış tipli tikinti işləri aparmaq istəmiş, buna görə də 2022-ci ilin may ayının axırlarında Gəncə şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınması lazım olduğundan əvvəllər də tanıdığı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin keçmiş işçisi Vüqarın bu kimi işlərdən anlayışı olduğundan sonuncu ilə əlaqə saxlamışdır. Vüqar ona 7275 manat qarşılığında həmin tikintiyə icazə verilməsi ilə bağlı sərəncam məsələsini və layihəni həll edəcəyini bildirmiş, o isə Vüqarla razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə 7275 manat pulu yaşayış evinin qarşısında olan işlətdiyi dönərxananın önündə Vüqara vermiş, həmin pulu verən zaman yanında oğlu Şahid1 və tanışları Elvin adlı şəxs olmuşdur. Bundan sonra Vüqar ona həmin tikintiyəicazə verilməsi barədə sərəncam və layihəni hazırladaraq ona verəcəyini bildirmiş, 2022-ci ilin avqust ayında Vüqara zəng edərək sərəncamın niyə hazır olmadığını soruşmuş, bundan sonra xx.xx.2022-ci il tarixdə Vüqar 050 ***-**-** nömrə ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə "Whatsapp" mobil tətbiqi vasitəsi ilə 02 ədəd Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyevin adından sərəncam göndərmiş, həmin sərəncamda tarix və nömrə olmamış, lakin Adil Tağıyevin hər iki sərəncamda imzası olmuşdur. Bundan 1-2 gün sonra həmin sənədin nömrəsiz, tarixsiz və möhürsüz olduğundan saxta olmasından şübhələnməyə başlamış, qeyd olunan səbəbdən Vüqarın onu aldatdığını düşündüyü üçün pulunu geri verməsini istəmiş, Vüqar həmin pulu sərəncam hazırlanması üçün digər bir şəxsə verdiyini deyərək, pulu aldığı təqdirdə ona verəcəyini demişdir. Bundan sonra müəyyən aralıqlarla Vüqarın evinə gedərək pulunu tələb etməyinə baxmayaraq Vüqar ona pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs1 əlavə suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 7275 manat pulu ondan ona məxsus ünvan 2 ünvanının qarşısında şüşəli aynabənd şəklində üzəri çardaqlı qeyri-yaşayış tipli tikinti işləri aparmağına icazə verilməsi ilə bağlı şərəncam və layihə alınması işini təmin edəcəyi barədə söz verib almışdır. Ona dəymiş zərər Vüqar tərəfindən ödənilmişdir. Hazırda Vüqardan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uzun müddət Rusiya Federasiyasında yaşayaraq orada işləmiş, 2021-ci ildən isə Azərbaycan Respublikasına qayıtmış, Gəncə şəhərinə qayıtdıqdan sonra işsiz olduğu üçün Gəncə şəhərində özünə iş yeri axtarmış, bu barədə oğlunun tanışı Şahid4 ilə söhbət edən zaman Azər ona Vüqar adlı tanışı olduğunu, Vüqarın əvvəllər Gəncə şəhər İcra hakimiyyətində işlədiyini və onu işə düzəldə biləcəyini bildirmişdir. O, isə Azərdən Vüqarın nömrəsini alıb 2022-ci ilin may ayının əvvəllərində Vüqarın istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlamış, Vüqarla danışdıqda görüşüb söhbət etməbarədə qərara gəlmişlər. Bundan sonra bir neçə dəfə Vüqarla Gəncə şəhəri ərazisində görüşmüş, həmin vaxtlarda Vüqar ona müxtəlif iş yerləri təklif etmiş, ona təklif etdiyi iş yerlərinin arasında Gəncə Mənzil Kommunal Tikinti iştehsalat Birliyində mühəndis işini bəyənmişdir. Vüqar ona həmin işə onu düzəltmək müqabilində 4000 manat pul verməli olduğunu demiş, o, isə Vüqarla razılaşmışdır. Onlar Vüqarla razılaşdıqdan sonra 3800 manat pul düzəldə bilmiş və xx.xx.2022-ci il tarixdə Gəncə şəhər, H.Əliyev prospektində yerləşən Gəncə mehmanxanasının yaxınlığında Vüqarla görüşmüş və 3800 manat pul düzəldə bildiyini deyib həmin pulu Vüqara vermişdir. Vüqar isə ona bildirmişdir ki, işə girdikdən sonra 200 manatı da verərsən. Vüqar pulu aldıqdan sonra həmçinin ondan şəxsiyyət vəsiqəsinin surətini və 3X4 sm ölçüdəfotoşəkillərini götürmüş və 15-20 gün arasında onun Gəncə Mənzil Kommunal Tikinti İstehsalat birliyində təhlükəsizlik üzrə mühəndis işinə əmrinin veriləcəyini və işə başlayacağını demişdir. Vüqarın ona dediyi vaxt tamam olduqdan sonra Vüqarla əlaqə saxlamış, Vüqar isə hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır.Bundan sonra Vüqar onun telefon zənglərinə cavab verməmiş, danışdıqda isə yenədə müxtəlif bəhanələr gətirmişdir. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə Vüqarla Gəncə şəhər İcra Hakimiyyətinin yaxınlığında görüşmüş, Vüqardan işi alınmırsa verdiyi 3800 manat pulu qaytarmağını istəmiş, Vüqar isə işinin alındığını, xx.xx.2022-ci il tarixə kimi işə başlıyacağını, əks təqdirdə xx.xx.2022-ci il tarixdə ondan aldığı 3800 manat pulu ona qaytaracağını demiş və bu barədə qəbz yazaraq ona vermişdir. Həmin müddət tamam olduqdan sonra Vüqarla əlaqə saxlamağa çalışmış, lakin Vüqar onun telefon zənglərinə cavab verməmiş, xx.xx.2022-ci il tarixdə Şahid4 ilə birlikdə Vüqarla Gəncə şəhər Yeni Gəncə qəsəbəsində görüşüb danışmış, həmin vaxt Vüqar onun işinin alınmadığı demiş, həmçinin Vüqar onu işə düzəltmək adı ilə ondan aldığı 3800 manat pulu xx.xx.2022-ci il tarixdə qaytaracağı barədə yenidən qəbz yazaraq ona vermişdir. xx.xx.2022-ci il tarixdə yenidən Vüqarla əlaqə saxlamış, lakin Vüqar əvvəlki kimi yenədə müxtəlif bahənələr gətirərək onu aldatmağa çalışmışdır. xx.xx.2022-ci il tarixdə Vüqar ona 1000 manat pulunu qaytarmış, lakin 2800 manat pulunu qaytarmadığı və onun etibarından sui istifadə edərək pulunu ələ keçirdiyi üçün barəsində şikayət etmiş və yazdığı qəbzlərin surətini təhqiqata təqdim etmişdir. Hazırda cinayət nəticəsində ona dəymiş zərər Vüqar tərəfindən ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Şahid1 ilə dostluq münasibətləri vardır. Həsənəlinin atası Rasimi tanıyır, Rasim Gəncə şəhəri, H.Əliyev küçəsində yaşadıqları evin qarşısında dönərxana işlədir, o, həmin yerə tez-tez getmişdir. 2022-ci ilin may-iyun aylarında dəqiq tarixni xatırlamadığı vaxtı həmin dönərxanada Rasim və Həsənəlinin yanında olarkən sonradan adını bildiyi Vüqar adlı şəxs həmin yerə gələrək Rasimlə danışmışdır və Zərərçəkmiş şəxs1 həmin dönərxananın qarşısında qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi üçün sərəncam verilməsi ilə bağlı Vüqarla danışmışdır və həmin dönərxananın qarşısında 7275 manat pulu Vüqara vermiş, sonradan isə o, bilmişdir ki, Vüqar həmin sərəncam məsələsini həl etməmişdir, buna görə də Zərərçəkmiş şəxs1 Vüqarın barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır, atası işsiz olduğu üçün 2022-ci ilin may ayında Gəncə şəhərində özünə iş yeri axtarmışdır, o, atası ilə birlikdə bu barədə tanışı Şahid4 ilə söhbət edən zaman Azər onlara Vüqar adlıtanışının olduğunu, əvvəllər Gəncə şəhər İcra hakimiyyətində işlədiyini və atasını işə düzəltməkdə kömək edə biləcəyini demişdir. Bundan sonra isə Azərdən Vüqarın nömrəsini alıb 2022-ci ilin may ayının əvvəllərində Vüqarın istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlamış, bundan sonra atası Vüqarla Gəncə şəhəri ərazisində görüşüb danışmış, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər, H.Əliyev prospektində yerləşən Gəncə mehmanxanasının yaxınlığında atasını Gəncə Mənzil Kommunal Tikinti İstehsalat Birliyində mühəndis olaraq işə düzəltmək müqabilində atası Vüqara 3800 manat pul vermişdir. Bir müddət keçdikdən sonra atası Vüqarın onu işə düzəltmədiyi üçün əlaqə saxlayan zaman Vüqar müxtəlif bəhanələr gətirmiş, o, isə bu barədə Azərə bildirmiş və Vüqara pulu qaytarmasını bildirməyi istəmişdir. Bundan sonra isə Vüqar atasından aldığı 3800 manat pulun 1000 manatını qaytardığını, qalan 2800 manatı qaytarmadığı və həmçinin işə düzəltmədiyi üçün barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2023-cü iltarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İşdə olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxstərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İşdə olan bank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ümumilikdə vurmuş olduğu 11075 manat ziyanın 25 faizi yəni 2769 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi, dövlət büdcəsinə dəymiş zərərin 25 faizini ödəməsi əsası ilə cinayət işin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, azağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışmış və onlara vurduğu zərəri tamamilə ödənmiş, eləcə də Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasənbu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini,təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi qəbz cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 234.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi qəbz cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar