Azərbaycan Respublikası adından Hökm Gəncə şəhəri İş № 1(125)-249/2025 18.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, ##.##.1991-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan ## #### 2023-cü il tarixdən başlayaraq, ## ###### 2014-cü il təvəllüdlü X1 və ## ###### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Həsənova (Kazımova) Şərəbanı Rüfət qızına ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə Şəhər Məhkəməsini ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ## ##### 2025-ci il tarixədək cəmi 10560,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Həsənova (Kazımova) Şərəbanı Rüfət qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 01 il 07 aydan sonra boşanma olduğunu bilmişdir. 01 il 07 ay ərzində aliment pulunun yığıldığını bilməmişdir. Bir gündə həm alimentin həm də boşanmanın məhkəməsi olduğundan xəbəri olmamışdır. Belə ki, o, 2008-ci ildən Bakı şəhərində yaşayır və məktublar Gəncə şəhərindəki ünvana göndərildiyindən alimentdən məlumatı olmamış və borc ona görə yaranmışdır. Aliment müəyyən edilən qətnamədən şikayət etməmişdir. Sonradan icradan borcu ödəmək üçün vaxt istəmişdir, çünki atası xəstə olduğundan onun dərmanlarına pullarını xərcləmiş və buna görə borc yaranmışdır. Bu gündədək heç bir ödəniş etməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, 6107 manat ödənildiyini, azadlıqda olacağı təqdirdə qalan borcu hissə-hissə ödəyəcəyini bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxsla boşanmaq üçün 2023-cü il ####ın ##-də məhkməyə ərizə vermişdir. Həmin gündən iki uşağının onun himayəsində qalmağına görə aliment hesablanmışdır. Qızın 12, oğlunun isə 10 yaşı vadır. Məhkəmə bir uşaq üçün 220 manat minimum aliment müəyyən etmişdir. O, 3 il ərzində alimenti artırmaq üçün məhkəməyə müraciət etməmişdir. Təqsirləndirilən şəxs boşanma ilə bağlı məhkəmə iclaslarından xəbəri olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə məhkəməyə gəlmədiyindən məhkəmə onlara barışmaları üçün 03 ay vaxt vermişdir. Məhkəmə prosesində köməkçi dəfələrlə Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə zəng etmiş, bəzən telefonları açmamış və ya açanda da gəlməyəcəyini bildirmişdir. ##.##.2023-cü ildə boşanma olmuş və iki uşaq onun himayəsinə verilərək, hər ay üzrə alimentdən 440 manat borc yığılmışdır. İcra məmuru ona zəng edərək boşanma prosesi olduğundan alimentin yığıldığını demişdir. İcra məmuru ondan qarşı tərəfi soruşanda, o da Eşqinin nömrələrini vermişdir. Eşqinin dediyinə görə, onunla heç bir əlaqəsi yoxdur. Əlbəttə ki, bu yalandır. Eşqinin bacısı onun bacısını yığaraq, alimentdən 1000 manat pul verəcəyini bildirmiş və bununla yanaşı demişdir ki, Şərəbanını yola gətir. Hazırda aliment borcu 10000 manat deyil, 15400 manatdır. 35 aydır ki, aliment ödənilmir. O, aliment borcunun hamısını istəyir. Cinayət işində 10560 manat ola bilər, lakin bu günə aliment ödənmədiyindən 15000 min manatdan yuxarıdır. O, 10560 manatın hamısını, 15000 manatın isə tam yarısını, yəni 7500 manat tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs iştirak etmədiyindən mobil telefonla əlaqə saxlanılan zaman bildirdi ki, ona 6107 manat ödənilib və qarşı tərəf yerdə qalan borcu hissə-hissə ödəyəcəyinə söz verib, bunu nəzərə alaraq Təqsirləndirilən şəxs veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Qədimov İlkin Şakir oğlu bildirdi ki, icra sənədi 2023-cü ildən onun icraatındadır. Təqsirləndirilən şəxs hər ay iki uşaq üçün 440 manat aliment tutulmalıdır. O, Təqsirləndirilən şəxs dəfələrlə zəng edib alimentin ödənilməsini bildirməsinə baxmayaraq, Eşqin alimentdən ödəniş etməmişdir. Təqsirləndirilən şəxs heç bir ödəniş etmədiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1ci madəsinə əsasən protokol tərtib olunaraq məhkəməyə müraciət edilmişdir. Təqsirləndirilən şəxs inzibati həbsdən sonra yenə də alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs 2023-cü ildən alimentdən heç bir ödəniş etmədiyi üçün Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsindən ötrü onun barəsində təqdimat verilmişdir. Məhkəmə iclasında şahid Gəncə şəhəri üzrə İcra idarəsinin rəis müavini İbrahimov Ələmdar Murquz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid İbrahimov Ələmdar Murquz oğlu ifadəsində İ.Qədimovun göstərdikləri xüsusatları tam təsdiq etmiş, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat tutulub ## ###### 2014-cü il tarixdə anadan olmuş X1 və ## ###### 2016-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” ##.##.2023-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilmişdir. “İcra sənədinin icra edilməsi üçün yeni müddətin verilməsi haqqında” ##.##.2024-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün yenidən 10 (on) gün vaxt verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 Gəncə-X8 Filialının ## ######## 2024-cü il tarixli, *-**-*/*-*****/**** saylı məktubundən görünür ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə müraciət etməmişdir. ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarından görünür ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025 və ##.##.2025-ci il tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclaslarına gəlmədiyindən onun ##.##.2026-cı il tarixdə saat 10:30-da məhkəmə hazırlıq iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli, *****/*-******/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının * nömrəli SİƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospekti 89 ünvanında qeydiyyatdadır, qonşular və sakinlər tərəfindən onun barəsində * nömrəli SİƏD üzrə nümayəndəliyə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. ##.##.2026-cı il tarixli teleqramdan və ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs cəmi 6107 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı mövqeyə əsasən şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, onun inzibati məsuliyyətə cəlb edilməmiş şəxs sayılması üçün müddətin keçməsindən asılı olmayaraq, o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi əsaslıdır. Onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirdiyini və zərərçəkmiş şəxsin hüquqlarının pozulduğunu görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun qətnamənin icraya yönəldiyi tarixdən təqdimat verilən tarixədək olan müddət ərzində 10560 manat borcundan heç bir ödəniş etməməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyrimümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə törətdiyi cinayət əməli az ağır cinayət hesab olunur. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini, dəymiş zərərdən qismən ödəniş etməsini və himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, iş yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsə olduğu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməsi, CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanındakı yaşadığı evi axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Abşeron rayonu və Bakı şəhəri ərazilərini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi, əksinə yüngülləşdirən halların olduğu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalından dərhal azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001 -ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. (## ##### 2025-ci il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yeni redaksiyası) Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi dövlət hesabına Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bu məqsədlə müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 198 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı 01 ay 25 gün müddət, bir günə iki gün hesablanmaqla, 03 ay 20 gün cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanındakı yaşadığı evi axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Abşeron rayonu və Bakı şəhəri ərazilərini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Müdafiəçi işlədiyi Gəncə Regional vəkil bürosunun hesabına 198 manat məbləğində pul köçürülsün. (Gəncə Regional vəkil bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN 2000296061, Müxbir hesab AZ24NABZ01350100000000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN00700114701001, VÖEN 2300373581) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-249/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-249/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver