Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-25/2024 28.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (videokonfrans vasitəsilə) və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Xocavənd rayonu, Kuropatkino kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X4 və onun ailəsinin Türkiyə Respublikasının Antalya şəhərinə 5 nəfər böyük və 2 nəfər uşaqla birlikdə istirahətə getməsi üçün orada yerləşən “X12” hotelini bron edəcəyini vəd verib inandıraraq ilkin olaraq 25 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 1 ünvanında, Qurd qapısı dairəsinin yaxınlığında yerləşən "xxxx" şirkətinin ofisində Valeh Muxtarovdan həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2.500 ABŞ dolları pulu və 03 avqust 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 1 ünvanında yerləşən Qurd qapısı dairəsinin yaxınlığında olan "xxxx" şirkətinin ofisində Valeh Muxtarovdan həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 6290 (altı min iki yüz doxsan) manat təşkil edən 3700 (üç min yeddi yüz) ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə vədinə əməl etməyərək sonuncuya ümumilikdə xeyli miqdar təşkil edən 10540 (on min beş yüz qırx) manat, "xxxx" MMC-nin qanuni təmsilçisi işləməklə öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 26 avqust 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində 08 gecə 09 gün müddətinə olmaqla Türkiyə Respublikasının Antalya şəhərinə dörd nəfərlik səyahət paketi təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və 20 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində yerləşən İstanbul restoranının qarşısında Rəhman Məmmədovun 1700 (bir min yeddi yüz) manat və həmin tarixdə saat 20 radələrində 2450 (iki min dörd yüz əlli) manat nağd pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs Rəhman Məmmədov ümumilikdə 4150 (dörd min yüz əlli) manat, “Optimal Tour" MMC-nin qanuni təmsilçisi işləmələ öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 etibarından sui-istifadə edərək, sonuncuya Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə bilet satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Ruslan Umudovdan 09 sentyabr 2021-ci il tarixdə saat Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 1 ünvanında, Qurd qapısı dairəsinin yaxınlığında yerləşən "Optimal Tour” şirkətinin ofisində 2750 (iki min yeddi yüz əlli) manat, adına olan “Kapital Bank" ASC-yə məxsus **********524120 nömrəli “Master Card” ödəniş kartına 14 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evində "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə göndərmə yolu ilə 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş Ruslan Umudova 2900 (iki min doqquz yüz) manat, "xxxx" MMC-nin qanuni təmsilçisi işləməklə öz qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X8 05 gecə 06 gün müddətinə X1 Dubay şəhərinə 2 nəfərlik səyahət paketi olmaqla istirahətə getməsi üçün orada yerləşən “X9” hotelini bron edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış və adına olan "xxxx" ASC-yə məxsus **********524120 nömrəli “MasterCard” ödəniş kartına 04 sentyabr 2021-ci i tarixdə saat 14:46-da ünvan 5 ünvanında yerəşən “Bizim Market”-də olan “eManat” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 1000 (bir min) manat, 11 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, “Kristal ünvan 6 ünvanında yerləşən evində “BirBank” mobil tətbiqi vasitəsi ilə göndərmə yolu ilə saat 14:47-də 250 (iki yüz əlli) manat və 14:48-də isə 150 (bir yüz əlli) manat ve 05 oktyabr 2021-ci il tarixdə saat 15:40-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksinin həyətindəki “MilliÖN” ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 1258 (bir min iki yüz əlli səkkiz) manat olmaqla ümumilikdə 2658 (iki min altı yüz əlli səkkiz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyərək, aviabilet üçün ödəniş etsə də həmin “X9” hotelinin ödənişi etməyib zərərçəkmiş Gülnür Əhmədə 1647 (bir min altı yüz qırx yeddi) manat 92 (doxsan iki) qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmiş, hal-hazırda həmin cinayət işinə Abşeron Rayon Məhkəməsi tərəfindən baxılsa da, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmayan, ünvan 9mədov küçəsi bina 34, mənzil ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün əsəs verən kifayət qədər subutlar məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o təkrar qulluq mövqeyindən istifadə edib tamah niyəti ilə etibardan istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar “Optimal Tour" MMC-nin qanuni təmsilçisi işləməklə qulluq mövqeyindən istifadə edib tamah niyyəti ilə etibardan sui-istifadə etmə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Türkiyə Respublikasının Antalya şəhərinə 2 nəfərlik səyahət paketi olmaqla istirahətə getməsi üçün orada yerləşən hotellərin birini bron edəcəyinə dair yalan vəd verib aldadaraq inandırmış və adına olan “Kapital Bank“ ASC-yə məxsus **********524120 nömrəli “Master Card“ ödəniş kartına 26 noyabr 2021 -ci il tarixdə ünvan 10 ünvanında yerləşən evindən “Bir Bank“ mobil tetbiqi vəsitəsi ilə göndərmə yolu ilə 1180 (min yüz səksən) manat 02 iyul 2022-ci il tarixdə Gəncə şəhəri Nizami küçəsində yerləşən “ Bazar Store” mağazasının içərsində yerləşən “MilliÖn“ ödəmə terminalı vasitəsi ilə göndərmə yolu ilə 1170 (min yüz yetmiş) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədinə əməl etməyərək, zərəçəkmiş Zərərçəkmiş şəxs 2350(iki min üç yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (videokonfrans vasitəsi ilə) ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, işlədiyi "xxxx" şirkətinə Zərərçəkmiş şəxs müraciət etmiş və Türkiyə Respublikasının Alanya vilayətinin otellərininqiymətləri ilə maraqlanmışdır. O, turlar barədə məlumat vermiş və aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs ona 2350 manat ödəniş etmişdir. Lakin şirkət maliyyə probemləri yaşadığı üçün o, həmin turu təşkil edə bilməmişdir. Lakin onun məqsədi Zərərçəkmiş şəxs aldatmaq ona qarşı hər hansı dələduzluq etmək olmamışdır. Onların şirkəti ilə tanınmış şəxlər xarici ölkələrə səyahət etmiş və heç bir problem olmamışdır. O, aldığı 2350 manatdan iki dəfə hissə-hissə ümumilkdə 750 manat pulu Zərərçəkmiş şəxs geri ödəmişdir. Müştərilərin ona ödədiyi pulu o, müqavilələri olduğu otellərə göndərir, hazırki vəziyyətdə onların işlədiyi xaricdəki şirktlərlərində də onlarda olduğu kimi maliyyə problemləri olmuş, ona görə də onlar belə pis vəziyyətə düşmüşlər. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyandan qismən ödəniş etdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu və məqsədinin zərərçəkmiş şəxsə ziyan vurmaq olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" şirkəti barədə təsadüfən instaqram sosial şəbəkəsində tanış olmuş, həmin səhifə onun diqqətini çəkmiş və biraz araşdırma aparmışdır. Şirkətin ciddi bir şirkət olduğu qənaətinə gələrək Türkiyə Respublikasının Alanya vilayətində ailəsi ilə birlikdə istirahət etmək üçün erkən rezervasiya eletdirmək qərarına gəlmiş və şirkətlə telefon əlaqəsi saxlamışdır. Telefon əlaqəsi zamanı özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona rezervasiya ilə əlaqədar əvvəlcədən pulun bir hissəsini ödəməli olduğunu demiş və bununla bağlı ona müqavilə göndərmiş, lakin uçuş biletlərini göndərməmişdir. Həmin müqavilədə ödəməli məbləğ ümumilikdə 2350 manat olmuşdur. O, puldan hardasa 1200 manat öz kartı vasitəsilə ödəmiş, pulun qalan hissəsini də Ülvi ilə razılaşmaya görə Türkiyə Respublikasına təyyarə ilə uçmamışdan əvvəl ödəyəcəkmiş. Lakin sonradanTəqsirləndirilən şəxs onu tələsdirmiş, pulun qalan hissəsini də ödəməyini istəmişdir. O, Ülvinin pulun hamısını istəməsindən şübhələnsə də, hər hansı bir problem olduğunu düşünsə də həmin pulu ödəmişdir. O, iki azyaşlı uşaqla Bakı şəhərinə qohumlarının evinə getmişdir ki, oradan Türkiyə Respublikasına uçsun, lakin pulu ödədikdən sonra Ülvi hər dəfə bir bəhanə ilə uçuşlarda gecikmə olduğunu, problemi həll edəcəyini demiş, daha sonra isə onların zənglərinə cavab verməmişdir. Onun əri Ülvi ilə razılaşmaq istəsə də Ülvi onlara qarşı hörmətsizlik etmiş, onları aldatmışdır. Sonda o, Ülvi tərəfindən ona dəymiş ziyandan cəmi 750 manat ödəniş edildiyini, qalan pulu da ödəməsini tələb etdiyini əks təqdirdə ondan şikayətçi olduğunu və ona məhkəmə tərəfindən qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Faxrəddin oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Şəhla ona hədiyyə etmək üçün Türkiyə Respublikasına istirahət etmək məqsədilə "xxxx" şirkətindən tur paket almışdır. Həmin tur paketin ümumi qiyməti 2350 manat olmuş, pulun 1150 manatını Şəhla qalan məbləğini də o özü turun işçisi Təqsirləndirilən şəxs kart vasitəsilə ödəmişdir. Daha sonra onlar Bakı şəhərinə Türkiyə Respublikasına uçmaq üçün getmişlər. Lakin Ülvi onlar Bakıda olanda o, Ülvi ilə əlaqə saxlayan zaman Ülvi onlara uçuşun alınmadığını demişdir. O da Ülviyə problem olmadığını ödədikləri məbləği geri qaytarmağını tələb etmişdir. Ülvi pulu geri ödəyəcəyini vəd etsə də həmin puldan 300 manat bir 400 manat bir ümumilikdə 700 manat pul ödəmiş, dahasonra isə telefonunu söndürərək onun telefonlarına cavab verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2021-ci il tarixli 78 saylı müqavilənin sürətindən görünür ki, “Optimal Tour" MMC ilə Şahid arasında bağlanmış həmin müqaviləyə əsasən Şahid “Optimal Tour" MMCyə ilkin olaraq 1180 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin kartın balansından xx.xx.2021-ci il tarixdə 1185.90 manat məxaric olub. PasahaPay MMC-nin milliön ödəniş terminalının ödəniş qəbzindən görünür ki, 540408******4120 nömrəli kart hesabına 1170 manat məxaric olub. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-55/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 17 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, reyestr məlumatlarına əsasən Təqsirləndirilən şəxs təsisçisi və qanuni təmsilçisi (rəhbəri) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 16 noyabr 2023-cü il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X6 12 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Qərarın 23-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hokum çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəyən ziyanın bir qismini ödəməsi, himayəsində bir azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, hazırkı cinayət əməllərindən əvvəl dələduzluq etmişdir. Onun eyni xarakterli cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-55/2023 saylı il hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli həbs edildiyi 29 noyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hazırda azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 54 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 324 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-55/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-55/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-25/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-25/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver