Məhkəmə qərarları › İş №1(125)-250/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-250/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-250/2024 14.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 79-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq 15 may 2022-ci il tarixdə, saat 20:50 radələrində idarə etdiyi “X21” markalı, **-SU- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “İmperial” şadlıq sarayı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələbə əməl etməyərək, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yolun ortasında olan qoşa bütöv ağ xətti kəsərək qarşı sol hərəkət zolağına keçmiş və yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona beyinin alın-təpə-ənsə paylarının əzilməsi, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, alın-təpə nahiyyəsinin əzilmiş yarası, kəllə-qapağı, kəllə əsası sümüklərinin, burun, hər iki almacıq sümüklərinin sınığı, başın yumuşaq toxumalarına əlıntəpə-ənsə nahiyələrində qansızma, ağciyərlərin, dalağın, plevranın cırılması, döş sümüyünün yuxarı 1/3 hissədən sınması, döş qəfəsinin sol tərəfində İ-Xİİ qabırğaların məmə qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İİ-İV qabırğaların onurğayanı xətt üzrə sınması, daxili orqanların azqanlı olması ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirməklə açıq kəllə beyin travması nəticəsində baş beyinin əzilməsi və kəllə sümüklərinin çox qəlpəli sınığı nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq 15 may 2022-ci il tarixdə, saat 20:50 radələrində idarə etdiyi “X21” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “İmperial” şadlıq sarayı istiqamətində hərəkətdə olarkən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələbə əməl etməyərək, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yolun ortasında olan qoşa bütöv ağ xətti kəsərək qarşı sol hərəkət zolağına keçmiş və yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona beyinin alın-təpə-ənsə paylarının əzilməsi, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, alın-təpə nahiyyəsinin əzilmiş yarası, kəllə-qapağı, kəllə əsası sümüklərinin, burun, hər iki almacıq sümüklərinin sınığı, başın yumuşaq toxumalarına əlın-təpə-ənsə nahiyələrində qansızma, ağciyərlərin, dalağın, plevranın cırılması, döş sümüyünün yuxarı 1/3 hissədən sınması, döş qəfəsinin sol tərəfində İ-Xİİ qabırğaların məmə qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İİ-İV qabırğaların onurğayanı xətt üzrə sınması, daxili orqanların azqanlı olması ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirməklə açıq kəllə beyin travması nəticəsində baş beyinin əzilməsi və kəllə sümüklərinin çox qəlpəli sınığı nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə özünü təqsirli bilib, CM-nin 264-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi var və etibarnamə əsasında «X21» markalı, **-SU-*** dövlət nömrə nişanlı avtomobil idarə edir. 15 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində havanın qaranlıq vaxtı etibarnamə əsasında idarə etdiyi «X21» markalı, **-SU-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə «İmperial» şadlıq sarayı istiqamətində təxminən 20-30 km/saat surətlə hərəkətdə olmuş və orada işıqfordan keçib Gəncə şəhər prokurorluğunun qarşısında olan dayanacağın qabağını keçən zaman qəfil sağ tərəfdən bir nəfər adını sonradan bildiyi piyada Zərərçəkmiş şəxs qaçaraq onun sağ tərəfində gedən avtomaşının qarşısından onun hərəkət zolağına çıxdığını görmüş, həmin vaxt piyadanı vurmamaq üçün idarə etdiyi avtomobili sola tərəf çəkmiş, lakin həmin vaxt piyada idarə etdiyi avtomobilin qabaq sol tərəfinə dəyib asfaltın üzərinə düşmüşdür. Bundan sonra o idarə etdiyi avtomobili saxlayıb yerə düşmüş, lakin həmin vaxt yolda hərəkət edən avtomobillərin uzun tıxacı yarandığı üçün məcbur olub idarə etdiyi avtomobili bir qədər qabağa hərəkət etdirib qabaqda olan «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında saxlamış, sonra isə təkrar hadisə yerinə gəlib idarə etdiyi avtomobillə vurduğu piyadanın hadisə yerində öldüyünü görüb, 103 xidmətinə zəng edərək təcili yardım çağırmış, sonra isə vurduğu piyada öldüyündən təslim olmaq məqsədilə həmin vaxt yoldan keçən tanımadığı sürücünün idarə etdiyi taksi ilə Gəncə şəhər 2-ci Polis Şöbəsinə getmiş və orada növbətçi hissəyə yaxınlaşıb adlarını bimədiyi polis əməkdaşlarına yol nəqliyyat hadisəsi törətdiyini bildirib sənədlərini təqdim etmiş, bundan sonra orada olan polis əməkdaşı da ratsiya ilə efirə çıxıb kiminləsə danışaraq baş vermiş yol nəqliyyat hadisəsi barədə kiməsə məlumat vermiş və sürücünün onun yanında olduğunu söyləmiş, bundan sonra oraya yol-patrul xidməti əməkdaşları gəlmiş və onu BMV markalı polis avtomobilə mindirərək, hadisə yerinə daha sonra isə narkoloji dispanserə apararaq sərxoşluq müayinəsindən keçirmiş, oradan isə onu Gəncə şəhər Baş Polis İdarəsinə gətirib müstəntiqə təhvil vermişlər. O, yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçmamış və hadisədən sonra vurduğu piyadanın öldüyünü görüb könüllü olaraq Gəncə şəhər 2-ci polis şöbəsinə gedib təslim olmuşdur. Eyni zamanda özü hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, qeyd etdiklərini və ürək xəstəsi olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs Gəncə şəhəri ərazisində lotoreya satışı ilə məşğul olmuş və hər gün səhər saat 09 radələrində evdən çıxıb axşam saat 21 radələrinə qədər küçədə səyyar formada lotoreya satışı ilə məşğul olmuşdur. 15 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində atası evə gəlmədiyi üçün istifadə etdiyi ***-***-**-** nömrəsindən atasının istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vurmuş, lakin atası telefona cavab verməmiş və təxminən 20-25 dəqiqə sonra təkrar atasına zəng vurduqda telefona tanımadığı polis əməkdaşı cavab verərək atasının Gəncə şəhəri, Ş.İ.Xətai prospektində Gəncə şəhər prokurorluğunun qarşısında avtomobil vurduğunu və xəstəxanaya aparıldığını söyləmişlər. Bundan sonra o, Gəncə şəhər 3 saylı X18 xəstəxanasına getmiş və orada yol nəqliyyat hadisəsi zamanı atasının hadisə yerində öldüyünü bilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, ifadəsində göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə hadisəni tam olaraq xatırlamır, lakin istintaq zamanı vermiş olduğu ifadəsini tam təsdiq edir. Odur ki, məhkəmədə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Şahidin həmin ifadəsindən görünür ki, o, 2016-cı ildən hal-hazıra qədər Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektoru vəzifəsində işləyir. DYPB-nin inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi haqqında məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, hadisə yerində bütün mexanizim və incəliklərə diqqət yetirərək qorumaqdır. 15 may 2022-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yol nəqliyyat hadisəsi baş verməsi və piyadanın hadisə yerində ölməsi barədə Gəncə şəhər BPİ-nin məsul növbətçisindən məlumat aldıqdan sonra DYPŞ-nin YPX inspektoru Şahid2 ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə getdikdə bir nəfər adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxsin meyitinin asfalt üzərində olduğunu görmüş, həmin vaxt maraqlandıqda sürücü və avtomaşının orada olmadığını öyrənmiş, sonra hadisə yerinə müstəntiq gəlib hadisə yerini müayinə etmiş, həmin vaxt mərhum Zərərçəkmiş şəxs vurmuş sürücünün Gəncə şəhər 2ci Polis Şöbəsinə getdiyini öyrənmiş, bundan sonra hadisəni törətmiş sürücü adını sonradan bildiyi Təqsirləndirilən şəxs hadisə baş verən yerə gəlmiş, Təqsirləndirilən şəxs hadisə baş verən yerdən təxminən 100 metr qabaqda yerləşən «Azpetrol» YDM-nin həyətinə gələrək idarə etdiyi «Ford Transit» markalı **-SU-*** dövlət nömrə nişanlı avtomobilini saxladığı yeri göstərmiş, müstəntiq tərəfindən avtomobilə baxış keçirilmiş və sonra avtomobil duracağa aparılmışdır. Məhkəmədə Şahid2 ifadəsində Şahid1 verdiyi ifadəyə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təstiq etmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsünə əsasən əlavə şahid qismində ifadəsi alınmış cinayət işinin ibtidai istintaqını aparmış Gəncə şəhər BPİ-nin İTİ müstəntiqi, polis mayoru X11 ifadəsində bildirmişdir ki, cinayətin baş verdiyi gün ona hazırki yol nəqliyyat hadisə ilə bağlı məlumat verilən zaman əməliyyat qrupunda olmuş və başqa bir hadisə yerində olduğu üçün həmin hadisə yerinə məlumat aldıqdan təxminən 10-15 dəqiqə sonra getmişdir. Həmin vaxt sürücü orada olmamış və ona hadisə yerində olan yol-patrul xidməti əməkdaşları bildirmişlər ki, zərərçəkmiş şəxs hadisə yerində ölmüş, hadisəni törədən şəxs isə 2-ci Polis Şöbəsinə gedərək təslim olmuşdur. Sonra yol nəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs yol patrul xidməti əməkdaşları hadisə yerinə gətirmiş, bu zaman sürücü avtomobili yaxınlıqda yol kənarında olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində saxladığını bildirmiş, ona görə avtomobil həmin yerdən götürülmüş, sonra hadisə yerinin baxışı aparılmış, sürücü isə yol polisi əməkdaşlarının müşayəti ilə sərxoşluq müayinəsindən keçirilməsi üçün narkoloji dispanserə aparılmışdır. O, sürücü Təqsirləndirilən şəxs hadisədən dərhal sonra hadisə yerində olmadığına əsaslanaraq təqsirləndirilən şəxsə CM-nin 263.2-ci maddəsi ilə yanaşı CM-nin 264-cü maddəsi ilə də ittiham irəli sürmüşdür. Məhkəmə iclasında məhkəmənin təşəbbüsünə əsasən əlavə şahid qismində ifadəsi alınmış Gəncə şəhər BPİ DYPŞ-nin inzibati ərazi üzrə inspektoru, polis mayoru X6 ifadəsində bildirmişdir ki, cinayət hadisəsi baş verən vaxt o Gəncə şəhər BPİ DYPŞ-nin axtarış üzrə inspektoru vəzifəsində işləmiş və onun vəzifəsi qeyri-aşkar surətdə törədilmiş yol-nəqliyyat hadisələrinin açılmasını təmin etməkdən ibarət olmuşdur. 15 may 2022-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə ona məlumat daxil olduqdan dərhal sonra o, hadisə yerinə getmişdir. Hadisə yerində olduğu zaman ratsiya vasitəsilə ona DYPŞ-nin növbətçi hissəsindən məlumat verilmişdir ki, həmin yol nəqliyyat hadisəsini törətmiş sürücü hadisəni törətdikdən sonra özü Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə getmiş və könüllü təslim olmuşdur. Ona görə də artıq yol nəqliyyat hadisəsi törətmiş şəxsin kimliyi məlum olduğundan o, araşdırma aparmamış və öz xidmət iş yerinə qayıdıb getmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan: 15 may 2022-ci il il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 15 may 2022-ci il tarixli protokoldan və protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşir. Hadisə baş verən yol asfalt örtüklü, hamar və düzdür. Hərəkət zolaqlarının sayı 4 metr, hərəkət hissəsinin eni 8 metrdir. Yolda qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt vardır. Həmçinin hərəkət zolağnda qırıqqırıq xətlər vardır. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” nəticəsinə dair xx.xx.2022-ci il tarixli 996/2022 nömrəli aktdan görünür ki, həmin gün saat 22:25-də sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilən zaman o, ayıq vəziyyətdə olmuşdur. “Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə”–dən görünür ki, “Ford Transit” yük markalı nəqliyyat vasitəsini 1 il müddətinə idarə etmək hüququ vət.X10 tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.2-ci və 264-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2023-cü il qərardan görünür ki, AR CM-nin 263.2-ci və 264-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə yol-nəqliyyat ekspertizasının 8/2556 nömrəli 21 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, “Ford Transit” markalı, 99SU227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tibb ekspertizasının 16 may 2022-ci il tarixli 398 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: beyinin alın-təpə-ənsə paylarının əzilməsi, beyinin yumşaq qişasına, beyin mədəcəklərinə və beyin toxumasına qansızma: alın-təpə nahiyəsinin əzilmiş yarası; kəllə-qapağı, kəlləəsası sümüklərinin, burun, hər iki almacıq sümüklərinin sınığı, başın yumşaq toxumalarına alın-təpə-ənsə nahiyələrində qansızma; ağciyərlərinin, dalağın, plevranın cırılması; döş sümüyünün yuxarı 1/3 hissədən sınması; döş qəfəsinin sol tərəfində İ-Xİİ qabırğalarıınn məmə qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İİ-Vİ qabırğaların onurğayanı xətt üzrə sınması, daxili orqanların azqanlı olması. Bu xəsarətlər həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükə olan sağlamlığa AĞİR zərə vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində, baş beyinin əzilməsi və kəllə sümüklərinin çox qəlpəli sınması olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə avtomobillə vurulma nəticəsində əmələ gələ bilər.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tətqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 313/6-3/2- 8195/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AH00450 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək verilmiş və sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Avtomobilə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə müstəntiq tərəfindən hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində sürücü Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman avtomobilin qabaq sol farasının şüşəsinin sınması, qapıda olan güzgünün arxasının sınması, avtomobilin qabaq sol qanadının ön uc hissəsinin və motorxananın üst sol tərəfinin əzilməsi aşkar edilmişdir. Mərhum zərərçəkmiş şəxs X7 hüquqi varisi X4 Gəncə şəhəri 3 sayılı notariat ofisində xx.xx.2022-ci il tarixdə, 8İ-1232 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən atası X7 dəfn xərcləri tam olaraq ödənildiyindən, o, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 264-cü maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçdığı qeyd edilsədə həmin xüsusatı təsdiq edəcək hər hansı bir sübut cinayət işinin materiallarında yoxdur. Məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusu ilə tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra hadisə yerində qalaraq zərərçəkmiş şəxsin ölməsini görmüş, piyadanın öldüyünü gördükdən sonra isə həmin vaxt Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə getmiş və baş vermiş hadisə barədə məlumat verib könüllü olaraq təslim olmuşdur. Bu fakt şahidlər, yəni cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq X8, həmin vaxt Gəncə şəhər BPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru vəzifəsində işləmiş X2, hadisədən dərhal sonra hadisə yerinə getmiş yol-patrul xidməti inspektorları Şahid1 və Şahid2 ifadələri həmçinin “Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsinə dair” Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2022-ci il tarixli 996/2022 nömrəli aktla tam təsdiq olunur. Həmin aktdandan görünür ki, yol nəqliyyat hadisəsi törətdikdən dərhal sonra yəni xx.xx.2022-ci il tarixdə saat 22-25-də sürücü Təqsirləndirilən şəxs yol polis əməkdaşlarının müşayəti ilə həmin narkoloji dispanserə aparılaraq sərxoşluq müayinəsindən keçirilmişdir. Qeyd edilən xüsusatı təkzib edəcək heç bir sübut iş materialları ilə müəyyən olunmamışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmişşəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərərçəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. “Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 29 dekabr 2004-cü il tarixli qərarından görünür ki, «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi ilə bağlı bir sıra vəzifələri müəyyən olunmuşdur. Bunun daxilində nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, «X18» maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyət vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda yolun hərəkət hissəsini boşaltmaq, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermək, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmək və s. vəzifələr vardır. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Həmin Plemun qərarından həmçinin göstərilmişdir ki, “...göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. ...” Göründüyü kimi göstərilən müddəa yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxslərə X18 göstərmək, yol nəqliyyat hadisəsinin baş verməsi hallarını müəyyən etmək və pozulmuş yol hərəkət təhlükəsizliyini tezliklə bərpa etmək məqsədi güdür. İş materialları ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində dərhal vəfat etmişdir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin vəfat etdiyini gördükdən sonra X16 zəng etmiş və daha sonra Gəncə ŞBPİ-in 2-ci Polis şöbəsinə gedərək cinayət törətməsi barədə könüllü məlumat verib təslim olmuşdur. İş materialları ilə müəyyən olunur ki, həmin müddət ərzində yəni hadisə baş verən günü təqsirləndirilən şəxsin barəsində heç bir axtarış və ya məcburi gətirmə qərarları qəbul edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin öldüyünü müəyyən etdiyi üçün polisə gedərək könüllü təslim olmuşdur. Qeyd edilən xüsusat bir daha təsdiq edir ki, təqsirləndirilən şəxsin baş vermiş hadisə yerindən qaçmaq niyyəti olmamışdır. İş materialları ilə hadisə baş verən günü, yəni 15 may 2022-ci il təqsirləndirilən şəxsin sərxoşluq müayinəsindən keçirilməsi və həmin tarixdə onun ifadəsinin alınmasıda bir daha həmin faktı təsdiq edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl hüquqi tövsif edilərkən cinayətin məqsəd və motivi müəyyən edilməlidir. Həmin hadisə baş verən andan təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin artıq öldüyünü müəyyən etdiyi üçün polis orqanına gedərək könüllü təslim olmuş və hadisə barəsində məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış cinayət işinin ibtidai istintaqını aparmış müstəntiqin ifadəsindən görünür ki, müstəntiq hər hansı bir sübuta deyil, özünün subyektiv mülahizəsinə, yəni “sürücü Təqsirləndirilən şəxs hadisədən dərhal sonra hadisə yerində olmadığına” əsaslanaraq təqsirləndirilən şəxsə CM-nin 263.2-ci maddəsi ilə yanaşı CM-nin 264cü maddəsi ilə də ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.Həmin məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarına əsasən müəyyən olunur ki, hadisə 15 may 2022-ci il tarixdə baş vermiş, orda olmuş şahidlər müəyyən edilərək ifadələri alınmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Buna görə də Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməlidir. İttihamda qeyd olunan Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və digər sənədlərlə tam təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (CM-nin 59.1.12 və 59.1.13-cü maddələri) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 22 (iyimi iki) saat üçün nəzərdə tutulan 132 (yüz otuz iki) manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin və o, həmin əmələ görə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar