Məhkəmə qərarları › İş №1(125)-251/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-251/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-251/2023 20.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 14-cü küçədə yerləşən fərdi yaşayış evində yaşamış, məhkumluğu olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 25-ci küçədə yerləşən fərdi yaşayış evində yaşamış, məhkumluğu olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 14-cü küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki o, 22 dekabr 2022-ci il tarixdə günorta saatlarında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 32-cü küçədə yerləşən yarımtikili fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olub evin həyətindən 1 ədəd 600 manat dəyərində dəmir materialdan hazırlanmış, uzunluğu və eni 3 metr ölçüdə olan darvazanı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,442 qram olan kustar üsulla hazırlanmış pixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 yanvar 2023-cü il tarixdə saat 18-30 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsinin 20-ci küçəsində saxlanılıb Gəncə şəhər 2-ci polis şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın sağ ön kiçik cibində saxlayaraq daşıdığı 1 ədəd şəffaf rəngli sellofan bükümündə, təmiz çəkisi 0,442 qram olan kustar üsulla hazırlanmış pixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 22 dekabr 2022-ci il tarixdə günorta saatlarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 32-cü küçədə yerləşən yarımtikili fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olub evin həyətindən 1 ədəd 600 manat dəyərində dəmir materialdan hazırlanmış, uzunluğu və eni 3 metr ölçüdə olan darvazanı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış pixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 05 yanvar 2023-cü il tarixdə saat 18-30 radələrində Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsinin 15-ci küçəsində saxlanılıb 2-ci polis şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlayaraq daşıdığı 1 ədəd şəffaf rəngli sellofan bükümündə, təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış pixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 22 dekabr 2022-ci il tarixdə günorta saatlarında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 32-cü küçədə yerləşən yarımtikili fərdi yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olub evin həyətindən 1 ədəd 600 manat dəyərində dəmir materialdan hazırlanmış, uzunluğu və eni 3 metr ölçüdə olan darvazanı gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, lakin CM-in 234.1cimaddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 və “Qara” ləqəbəli Təqsirləndirilən şəxs2 tanımış, onlarla Məhsəti qəsəbəsində qonşuluqda yaşamış, yoldaşlıq münasibətləri olmuşdur. Təxminən tutulmamışdan 20 gün əvvəl günorta saatlarında Cümşüd və Şamxalla birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsi 32-ci küçədən keçən zaman yarımtikili ev görmüş, həmin evin ətrafı hasarlanmış və darvazası qoyulmaqla ora daxil olmaq məhdudlaşdırılmışdır. Həmin vaxt onlar hasarın üzərindən evin həyətinə baxdıqda evin yarımtikili olduğunu, evdə heç kimin yaşadmadığını və həyətdə bir ədəd darvazanın olduğunu görmüşlər. Onlar bu zaman həmin həyətə düşüb darvazanı oğurlayıb sataraq pul əldə edib ehtiyaclarına xərcləməyə qərar vermişlər. Həmin vaxt o, Şamxalla birlikdə evin arxa hissəsində olan divardan aşıb həyətə daxil olmuş, Ruhlan da fırlanıb evin qarşı tərəfinə, yəni evin darvazasının qarşısına gəlmişdir. Şamxal evin həyətinə daxil olduqdan sonra içəri tərəfdən darvazanı açmış, onlar üçü də birlikdə evin həyətindən darvazanı köməkləşib küçəyə çıxarmışlar. Sonra onlar Ruhlanla həyətdən çölə çıxmış, Şamxal isə içəridən evin darvazasını yenidən bağlayaraq evin pəncərəsindən küçəyə düşmüşdür. Bundan sonra onlar piyada taksi tapmaq üçün Gəncə-Şəmkir yolu istiqamətində gedib yolda nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobil saxladıb həmin yerə qayıdaraq birlikdə darvazanı “Qazel” markalı avtomobilə yükləmişlər.Onlar darvazanı avtomobilə yüklədikdən sonra birlikdə darvazanı satmaq üçün Göygöl rayonu, Quşqara kəndində yerləşən Emin adlı şəxsin dəmir qəbulu məntəqəsinə aparmışlar. Həmin vaxt orada darvazanı almaq üçün şəxsiyyət vəsiqəsi istəmişlər, o, da şəxsiyyət vəsiqəsini dəmir qəbulu məntəqəsində işləyən şəxsə vermiş, həmin şəxs onun şəxsiyyət vəsiqəsini götürüb şəklini çəkmişdir.Bundan sonra məntəqədə həmin darvazanı tərəzidə çəkmişlər və təxmini çəkisi 100-105 kq gəlmiş, bunun müqabilində dəmir qəbulu məntəqəsində işləyən şəxs onlara 45 manat pul vermişdir.Onlar “Qazel” markalı avtomobilin sürücüsünə 8 manat pul vermiş və özləri taksi ilə geri, yaşadıqları Gəncə şəhəri Məhsəti qəsəbəsinə qayıdaraq pulu öz aralarında bölmüşlər.Onların hər birinə təxminən 10-11 manat pul düşmüş, həmin vaxt onlar ayrılmış, hərəsi öz evin getmişdir. O, oğurluq nəticəsində əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir.O, narkotik vasitələrdən istifadə etmişdir. 05 yanvar 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs3la birlikdə marketə gedərkən polis əməkdaşları onları birlikdə saxlayıb eyni avtomobildə, Mercedes markalı 189 nömrəli avtomobildə polis şöbəsinə gətirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində ona təzyiq göstərərək üzərinə psixotrop maddə metamfetamin qoymuşlar və video çəkiliş zamanı özünə məxsus olduğunu deməsini tələb etmişlər. O, da polis əməkdaşlarından çəkindiyi üçün şəxsi axtarış zamanı üzərinə qoyulmuş metamfetaminin özünə məxsus olduğunu, yerdən tapdığını bildirmiş, müdafiəçiyə ona təzyiq olmağı barədə heç nə deməmişdir. Sonda o, törətdiyi oğurluq cinayətindən peşman olduğunu, dəymiş ziyanı ödədiyini, həmin əmələ görə ona yüngül cəza verilməsini, lakin CM-in 234.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, 05 yanvar 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evin yaxınlığında yerdə sellofan bükülü olduğunu görmüş və həmin bükülünü yerdən götürmüş, götürdükdən sonra açdıqda həmin bükülünün içərisindəki “patı” deyilən və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin bükülünü sonra istifadə etmək üçün cibinə qoymuşdur.xx.xx.2023-cü il tarixdə saat 18:30 dəqiqədə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğu üçün Gəncə şəhəri Məhsəti qəsəbəsi 20-ci küçədə saxlanılaraq 2-ci PŞ-nə gətirilmiş, 2-ci Polis Şöbəsində xx.xx.2023-cü il taixdə saat 19:00-da şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi X3 iştirakı ilə hüquqları izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ondan üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə olub olmaması soruşulan zaman o, özü əynində olan şalvarının sağ ön kiçik cibindən 1 ədəd sellofon kəsiyinə bükülü psixotrop maddə metamfetamini təqdim etmişdir. Onun üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamin elektron tərəzisində çəkilmiş, həmin kütlə bükümlə ilə birlikdə 0,50 qram olmaqla zərfdə qablaşdırılmış və ağzı AR DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3 maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, lakin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “Qara” ləqəbli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımış, onlarla Məhsəti qəsəbəsində qonşuluqda yaşamış, yoldaşlıq münasibətləri olmuşdur. Təxminən tutulmamışdan 20 gün əvvəl günorta saatlarında Ruhlan və Cümşüdlə birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsi 32-ci küçədən keçən zaman yarımtikili ev görmüş, həmin evin ətrafı hasarlanmış və darvazası qoyulmaqla ora daxil olmaq məhdudlaşdırılmışdır. Onlar hasarın üzərindən evin həyətinə baxdıqda evin yarımtikili olduğunu, evdə heç kimin yaşamadığını və həyətdə bir ədəd darvazanın olduğunu görmüşlər. Onlar bu zaman həmin həyətə düşüb darvazanı oğurlayıb sataraq pul əldə edib ehtiyaclarına xərcləməyə qərar vermişlər. Həmin vaxt o, Cümşüdlə birlikdə evin arxa hissəsində olan divardan aşıb həyətə daxil olmuş, Ruhlan isə fırlanıb evin qarşı tərəfinə, yəni evin darvazasının qarşısına gəlmişdir.O, evin həyətinə daxil olduqdan sonra içəri tərəfdən darvazanı açmış, bundan sonra Ruhlan da içəri daxil olmuş, onlar üçü də birlikdə evin həyətindən darvazanı köməkləşib küçəyə çıxarmışlar. X16 həyətdən çölə çıxmış, o, isə içəridən evin darvazasını yenidən bağlayaraq evin pəncərəsindən küçəyə düşmüş, bundan sonra onlar piyada taksi tapmaq üçün Gəncə- Şəmkir yolu istiqamətində getmişlər.Onlar yolda nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobil saxladıb həmin yerə qayıdaraq birlikdə darvazanı “Qazel” markalı avtomobilə yükləmişlər, sonra birlikdə darvazanı satmaq üçün Göygöl rayonu, Quşqara kəndində yerləşən dəmir qəbulu məntəqəsinə aparmışlar. Həmin vaxt orada darvazanı almaq üçün şəxsiyyət vəsiqəsi istəmişlər, Cümşüd də şəxsiyyət vəsiqəsini dəmir qəbulu məntəqəsində işləyən şəxsə vermiş, həmin şəxs Cümşüdün şəxsiyyət vəsiqəsinin götürüb şəklini çəkmişdir.Bundan sonra məntəqədə həmin darvazanı tərəzidə çəkmişlər və təxmini çəkisi 100-105 kq gəlmiş,bunun müqabilində dəmir qəbulu məntəqəsində işləyən şəxs onlara 45 manat pul vermişdir.Həmin vaxt onlar “Qazel” markalı avtomobilin sürücüsünə 8 manat pul vermiş və özləri də taksi ilə geri, yaşadıqları Gəncə şəhəri Məhsəti qəsəbəsinə qayıtmışlar.Onlar pulu öz aralarında bölmüş və hər birinə təxminən 10-11 manat pul düşmüşdür. Həmin vaxt onlar ayrılmış, hərə öz evin getmiş və oğurluq nəticəsində əldə etdiyi pulu öz şəxsi ehtiyyacları üçün xərcləmişdir.O, əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. 05 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Cümşüdgilin evinin yaxınlığında Cümşüdlə birlikdə marketə gedərkən polis əməkdaşları onları birlikdə saxlayıb eyni avtomobildə, Mercedes markalı 189 nömrəli avtomobildə polis şöbəsinə gətirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində onları ayrı-ayrı otaqlara salmışlar. Orada ona təzyiq göstərərək üzərinə psixotrop maddə - metamfetamin qoymuşlar və video çəkiliş zamanı özünə məxsus olduğunu deməsini tələb etmişlər. O, da polis əməkdaşlarından qorxduğu üçün şəxsi axtarış zamanı üzərinə qoyulmuş metamfetaminin özünə məxsus olduğunu, yerdən tapdığını bildirmiş, müdafiəçiyə ona təzyiq olmağı barədə heç nə deməmişdir. Sonda o, törətdiyi oğurluq cinayətindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, həmin əmələ görə ona yüngül cəza verilməsini, lakin CM-in 234.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, 3 il müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir, 05 yanvar 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında avtobus dayanacağında avtobus gözləyən zaman yerdə siqaret qutusu olduğunu görmüş, qutunu yerdən götürmüş, yerdən götürdükdən sonra həmin qutunun içərisində bir ədəd şəffaf rəngli sellofana bükülü olduğunu görmüşdür. O, siqaret qutusunu atıb, bükülünü açanda içərisindəki “patı” deyilən və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüş, həmin bükülünü sonra istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Həmin gün, yəni 05 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən 15-ci küçənin yaxınlığı ilə piyada hərəkət edən zaman tanımadığı polis əməkdaşları onu şübhəli olduğu üçün Gəncə şəhər 2-ci polis şöbəsinə dəvət etmiş, o, tabe olub polis şöbəsinə getmişdir. 2-ci polis şöbəsinin binasında dövlət hesabına vəkil dəvət olunmuş vəkili X1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd sellofan bükümdəki metamfetamini aşkar etmişlər. Həmin psixotrop maddə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,40 qram gəlmiş, həmin kütlə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokola imza etmiş, həmin vaxt video çəkiliş çəkilmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddədən heç kimə nə verməmiş, nədə ki satmamış, yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamış, qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etməyindən, saxlamağından heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamış, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, adı Ruhlan olsa da, hər kəsə onu “Qara” ləqəbi ilə tanıyıb çağırır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə Məhsəti qəsəbəsində qonşuluqda yaşamış, yoldaşlıq münasibətləri olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 20 gün əvvəl günorta saatlarında Cümşüd və Şamxalla birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsi 32-ci küçədən keçən zaman yarımtikili ev görmüş, həmin evin ətrafı hasarlanmış və darvazası bağlı olmuşdur. Həmin vaxt onlar hasarın üzərindən evin həyətinə baxdıqda evin yarımtikili olduğunu, evdə heç kimin yaşamadığını və həyətdə bir ədəd darvazanın olduğunu görmüş, həmin həyətə düşüb darvazanı oğurlayıb sataraq pul əldə edib ehtiyaclarına xərcləməyə qərar vermişlər. Həmin vaxt Şamxal və Cümşüd evin arxa hissəsində olan divardan aşıb həyətə daxil olmuş, o, da fırlanıb evin qarşı tərəfinə, yəni evin darvazasının qarşısına gəlmişdir. Şamxal evin həyətinə daxil olduqdan sonra içəri tərəfdən darvazanı açmış, onlar üçü də evin həyətindən birlikdə darvazanı köməkləşib küçəyə çıxarmışlar. Sonra onlar Cümşüdlə həyətdən çölə çıxmış, Şamxal isə içəridən evin darvazasını yenidən bağlayaraq evin pəncərəsindən küçəyə düşmüşdür. Bundan sonra onlar piyada taksi tapmaq üçün Gəncə- Şəmkir yolu istiqamətində gedib yolda nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobil saxladıb həmin yerə qayıdaraq birlikdə darvazanı “Qazel” markalı avtomobilə yükləmiş, darvazanı satmaq üçün Göygöl rayonu, Quşqara kəndində yerləşən dəmir qəbulu məntəqəsinə aparmışlar. Həmin vaxt orada darvazanı almaq üçün Cümşüd şəxsiyyət vəsiqəsini dəmir qəbulu məntəqəsində işləyən şəxsə vermiş, həmin şəxs Cümşüdün şəxsiyyət vəsiqəsinin götürüb şəklini çəkmişdir.Bundan sonra məntəqədə həmin darvazanı tərəzidə çəkmişlər və təxmini çəkisi 100-105 kq gəlmiş,bunun müqabilində dəmir qəbulu məntəqəsində işləyən şəxs onlara 45 manat pul vermişdir.Həmin vaxt onlar “Qazel” markalı avtomobilin sürücüsünə 8 manat pul vermiş və özləri də taksi ilə geri, yaşadıqları Gəncə şəhəri Məhsəti qəsəbəsinə qayıtmışlar. Onlar pulu öz aralarında bölmüş və hər birinə təxminən 10-11 manat pul düşmüşdür. Həmin vaxt onlar ayrılaraq öz evlərinə getmişlər və o, oğurluq nəticəsində əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri onların özlərinin etiraf ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 il bundan əvvəl Gəncə şəhəri, Məhsəti qəsəbəsində 32-ci küçədə 4 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində fərdi yaşayış evinin bir hissəsini tikdirmişdir. Həmin ev yaşayış üçün hazır olmasa da, evin ətrafı barı ilə hasarlanmış və evin darvazası qoyularaq ora kənar şəxslərin daxil olması məhdudlaşdırılmışdır. O, maddi imkanı yaxşı olmadığı üçün həmin evi tikdirib quratara bilməmiş və hər dəfə maddi imkanı olduqca bəzi əşyalar alıb həmin evə qoymuşdur. O, Gədəbəy rayonunda yaşasa da, teztez gəlib həmin evə nəzarət etmişdir.Təxminən 8 ay bundan əvvəl 600 manata 3 metr enində və 3 metr uzunluğunda boz rəngli dəmir darvaza alıb ona məxsus həmin evin həyətinə qoymuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin evə baş çəkib hər şeyin yerində olduğunu görmüş, həmçinin aldığı həmin darzaza da evin həyətində olmuşdur. xx.xx.2023-ci il tarixdə səhər saatlarında o, yenidən Gəncə şəhəri, Məhsəti qəsəbəsi 32-ci küçədə yerləşən özünə məxsus evə gedib evin darvazasını açarla açıb evin həyətinə daxil olmuş, evin həyətinə daxil olduqda 1 ədəd 600 manat dəyərində olan dəmir darvazanın yerində olmadığını görmüş və evdən oğurluq olduğunu başa düşmüşdür. Bundan sonra isə o, DİN-in “102 xidməti”nəmüraciət edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona məxsus 1 ədəd 600 manat dəyərində darvaza oğurlanmış, başqa hər hansı əşya oğurlanmamışdır. Sonda o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu, Quşqara kəndində yerləşən metal qəbulu məntəqəsini işlədir. 22 dekabr 2022-ci il tarixdə işlədiyi metal qəbulu məntəqəsində olarkən bir ədəd qeydiyyat nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobil işlədiyi məntəqəyə gəlmişdir. Həmin avtomobildən 3 nəfər şəxs düşərək bir ədəd darvazanı satmaq istyədiklərini bildirmiş, həmin vaxt o, darvazanın kimə məxsus olmasını və nə üçün satdıqlarını soruşmuş, həmçinin şəxsiyyət vəsiqəsi ilə ala biləcəklərini demişdir. Bundan sonra həmin şəxslərdən biri, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini çıxardaraq darvazanın özünə məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satdığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 Canpoald oğlunun şəxsiyyət vəsiqəsini darvazanın üzərinə qoyaraq telefonla çəkmiş, həmin darvazanı tərəzidə çəkmiş, çəkisi 100 kq-dan ağır gəlmiş və həmin darvazanın müqabilində Təqsirləndirilən şəxs1 45 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini çəkdiyi şəklin surətini ifadəsinə əlavə etmiş, aldığı darvazanın yarı hissəsi ərinməyə getmiş, yarı hisəssi isə onda olmuş, darvazanın yarı hissəsini istintaqa təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 14-cü küçədə yerləşən fərdi yaşayış evində yaşayan X4 üzərində mütəmadi olaraq narkotik vasitələr və psixotrop maddələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır.Həmin tarixdə saat 18 radələrində daxil olmuş məlumat əsasında o, CAB-ın əməkdaşı Şahid5 ilə birlikdə Məhsəti qəsəbəsinə 20-ci küçədə Təqsirləndirilən şəxs1 müəyyən edib yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan etmiş və sonuncunu Gəncə şəhər 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs1 hüquqları izah edildikdən sonra müdafiəçi təyin edilmiş, sonra sonuncunun üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibindən şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur.Həmin psixotrop maddə - metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 0,50 qram gəlmiş, zərfdə qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən kütlənin psixotrop maddə-metamfetamin olduğunu, həmin psixotrop maddəni həmin gün günorta saatlarında Məhsəti qəsəbəsində yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə saxlaması barədə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 saxlanılarkən heç bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs3la birlikdə saxlanılmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq üçün o formada ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid kimi dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 üzərində mütəmadi olaraq narkotik vasitələr və psixotrop maddələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş,xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 18 radələrində o, həmin məlumat əsasında CAB-ın əməkdaşı Şahid3 ilə birlikdə Məhsəti qəsəbəsinə 15-ci küçədə Təqsirləndirilən şəxs3 müəyyən edib yaxınlaşaraq özlərini təqdim edib barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan etmiş və sonuncunu Gəncə şəhər 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs3 hüquqları izah edildikdən sonra müdafiəçi təyin edilmiş, sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, həmin psixotrop maddə-metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 0,40 qram gəlmiş, zərfdə qablaşdırılaraq ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilən kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin həmin psisoxtrop maddəni həmin gün səhər saatlarında Məhsəti qəsəbəsində dayanacağın yaxınlığında yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə saxlaması barədə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 saxlanılarkən və polis idarəsində ona heç bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs1la birlikdə saxlanılmamışdır. Məhkəmə baxışı zamanı şahid kimi dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi 32-ci küçədə yerləşən yarımtikili evinin həyətində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və 07 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 07 yanvar 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə X11 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.3-cü maddəsi ilə 12 yanvar 2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X2, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili polis kapitanı X9, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nın kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid5, Gəncə ŞBPİ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı X13, müdafiəçi X3 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə olub olmaması soruşulmuşdur. Şübhəli şəxs özü əynində olan mavi rəngli cins şalvarının sağ ön kiçik cibindən 1 ədəd sellofan kəsiyinə bükülü psixotrop maddə metamfetaminə bənzər kütlə təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlə siqaret falqası ilə birlikdə 0.050 qaram olmaqla zərfdə qablaşdırılmış və ağzı DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 16/20 nömrəli ekspert rəyindən görünür ki, “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,442 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetamin təmiz çəkisi 0,442 qram, tədqiqata sərf edilmiş 0,03 qr. qalıq 0,412 qr.) Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2023-cü tarixli, 92 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-19/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 402 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 485 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserində opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 228.4, 66-cı maddələri ilə təqsirli bilinib 02 il islah işləri və 3000 manat cərimə cəzasına məhkum edilmiş, islah işləri cəzasının müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılaraq və CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(043)-189/2021 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-120/2023 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti 12 mart 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, istintaq zamanı götürülmüş 1 ədəd darvazanın yarı hissəsi zərərməkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “əşyanın götürülməsi və maddi sübut kimi tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 təqdim etdiyi 1 ədəd darvazanın bir hissəsi götürülmüş və iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkildən görünür ki, Şahid1 dəmir darvazanın yarı hissəsi götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/441 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd istifadəyə yararlı 3 metr enində və 3 metr uzunıuğunda dəmir materialdan hazırlanmış boz rəngli darvazanın orta orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 600 manat müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə maddi sübut olan ona məxsus 1 ədəd darvazanın yarı hissəsini Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Baş müstəntiqi, polis kapitanı X6 təhvil almışdır. 05 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və 07 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 07 yanvar 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə X11 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.3-cü maddəsi ilə 12 yanvar 2023-cü il tarixdə “şübhəli şəxs” qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-18/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-119/2023 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə, yəni 12 mart 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X7, Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid2, Gəncə şəhəri 2-ci PŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin KTQ-nun inspektorkriminalisti X13, müdafiəçi X1 iştirakları ilə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Həmin bükümün içərisində ağ rəngli, kəskin iyli və ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi 0,40 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 16/21 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs qsimində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş maddi sübut” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,240 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetaminin təmiz çəkisi 0,240 qram, tədqiqata sərf edilmiş 0,02 qr. qalıq 0.220 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 398 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 486 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 həmin dispanserində opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-88/2022 nömrəli hökmün surətindən görünür ki,Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya Şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2023-cü il tarixə 03 ay 27 gününü çəkmiş, 02 il 01 ay 29 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 14 yanvar 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə X11 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 400 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 483 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.1, 177.2.3-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri ifadələrində psixotrop maddəni polisdə üzərlərinə qoymalarını, onlara polislər tərəfindən təzyiq göstərilməsi və polisdən qorxduqları üçün etiraf etmələri barədə ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxslər ağlabatan şəkildə izah edə bilməmişlər. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onların üzərlərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxslərin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadələri alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdikləri ifadə və izahatlarda heç kimin təsiri olmadan etdikləri cinayəti etiraf edirlər. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxslər metamfetaminin onlar tərəfindən tapıldığını bildirirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən hç bir etiraz və vəsatətlərinin olmadığını qeyd edərək imza etmişlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilərkən onlar hər hansı təzyiq olması barədə fikir bildirməmişlər.Əgər onlara polis idarəsində hər hansı təzyiq olmuşdursa, onların xx.xx.2023-cü il tarixdə tutulduqdan 2 gün sonra azadlığa çıxarkən müvafiq orqanlara və məhkəməyə şikayət etmək üçün kifayət qədər vaxtları və imkanları olmuşdur. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxslərin hazırda məhkəmə iclasında psixotrop maddənin üzərlərində olmaması ilə bağlı verdikləri ifadələrini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərin şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərlərində daşımaları və saxlamaları tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq müvafiq qaydada Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1 maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3ci maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidilər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğurluq əməlini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddininyarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırda baxılan cinayət əməllərini, barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da, məhkumluğu ödənilməmiş törətmişdir. Belə ki, o, həmin cəzasını xx.xx.2022ci il tarixdə çəkib qurtardığı gündən sonrakı məhkumluq dövründə - 02 il ərzində yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs1 əvvəl törətmiş cinayətə görə məhkumluğu ödənilmədiyi halda yənidən eyni növ cinayət, yəni psixotrop maddələrdən qanunsuz istifadə etmişdir. Onun eyni xarakterli cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə, CM-in 65.2-ci maddəsində göstərilən qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə qəti cəza təyin olunmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 05-07 yanvar 2023-ci il tarixlərində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, törətdiyi oğurluq cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs3 əvvəlki məhkumluğu azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cinayətə görə olduğundan məhkəmə onun hazırkı əməlini residiv kimi nəzərə almır. Çünki Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə qəti cəza təyin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməllərini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-88/2022 nömrəli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, bu günə çəkilməmiş qalan 02 il 01 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamalıdır. Təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə azad edilmiş və xx.xx.2023-cü il tarixdən bu günədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 2 gün və həbsdə saxlanıldığı 6 ay 8 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan 01 il 20 gün çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, oğlunun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 22:00dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.412 qram və 0,220 qram metamfetaminlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd darvazanın yarı hissəsinin sahibinə qaytarılmasınəzərə alınmalıdır. İş üzrə məhkəmə kimyəvi ekspertizalarının dəyəri olan 30.40 manat pul Təqsirləndirilən şəxs1 və 30.40 manat pul Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Müdafiəçi3 isə Təqsirləndirilən şəxs3 və Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 məhkəmədə 20 saat dövlət hesabına göstərdikləri hüquqi yardıma görə işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 120 manat, cəmi 360 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə edilməklə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 2 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə edilməklə ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Gəncə Şəhər Məhkəməsinin 1(125)-88/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 01 ay 29 gün hissəsi, hazırkı hökmlə təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 06 ay 08 gün müddət, hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 01 il 20 gün müddət çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.412 qram və 0,220 qram metamfetaminlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd darvazanın yarı hissəsinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə kimyəvi ekspertizalarının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs1 və 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 ödənilməsi üçün işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən hər bir müdafiəçi üçün 120 manat olmaqla cəmi 360 (üç yüz altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar