Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-251/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, ərzaq anbarında işləyən, əvvəllər məhum olunmamış, Gəncə şəhəri, Bəndər küçəsi, ev 15-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə sonuncunun sol göz nahiyəsinə, sinə nahiyəsinə, sol qol nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, döş qəfəsinin ön səthinin, sol bilək nahiyəsinin qançırı, sol gözaltı və boyun nahiyələrinin sıyrıqları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dayısı Moskvadan onlara gələrək ona Moskvada iş təklif etmişdir. O dayısının fikri ilə razı olub Moskvaya getmək istəmiş, yoldaşı və oğlunu isə anasının yanında qoymaq qərarına gəlmişdir. Anası gözündən əməliyyat olmuşdur və ona daimi qulluq lazımdır. Lakin yoldaşı onun anası ilə qalmaq istəmədiyini bildirmiş, yoldaşı başqa evdə kirayə qalmaq, ya da öz atası evində qalmaq istədiyini ona demişdir. Bu söhbətlə bağlı onların arasında mübahisə yaranmışdır. O, yoldaşına bir şillə vurmuşdur və telefonunu əlindən alıb qırmışdır. O, yoldaşına başqa xəsarət yetirmədiyini və ona bıçaq çəkmədiyini bildirmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onların əvvəllər də aralarında mübahisə olmuşdur. O, yoldaşının anası ilə yola getmir, ona görə yoldaşına demişdir ki, o, işləməyə gedəndə oğlu ilə onun qalması üçün kirayə ev tutusun, ya da öz atasıgilin evində qoysun, yoldaşı anası gözündən əməliyyat olduğu üçün onların orda qalmağını istəmiş və bu məsələyə görə onların arasında ciddi mübahisə yaranmışdır. O, atasına zəng etmək isdəyəndə telefonunu əlindən alıb qırmışdır. Yoldaşı onu döyərək, ona təpik-şillə vuraraq onu evdən çölə atmışdır. O, yaxınlıqdakı gözəllik salonuna gedərək, ordan atasına zəng edib döyüldüyünü bildirmişdir. Sonda isə Təqsirləndirilən şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmiş, Sərxan barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, qızı 4 ildir evlidir, münasibətləri 1 il yaxşı olmuşdur, sonrakı illərdə aralarında mübahisələr olmuşdur. Tez-tez dalaşırlar, qızının qaynanası ilə münasibəti yaxşı deyil, ailədə tez-tez davalar olurdu, ona görə də qızıgilə kirayə ev tutmuşdur ki, bəlkə dolanarlar, hətta axır çərşənbədə onlara getmişdir, münasibət yaxşı idi. 25 mart 2024-cü il tarixdə qızı ona zəng edərək yodaşı tərəfindən döyüldüyünü bildirmişdir. O, qızının yoldaşına zəng edərək, qızını nə səbəbə döydüyünü soruşduqda təqsirini boynuna almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 25 mart 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji və Psixonevroloji Dispanserlərdən alınmış xx.xx.2024-cü il tarixli Arayışlardan görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. Gəncə şəhər İHB-nin Şıxzamanlı QİƏD-dən alınmış xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə hər-hansı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETTB-nin 26 mart 2024-cü il tarixli, 483 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, düş qəfəsinin ön səthinin, sol bilək nahiyəsinin qançırı, sol gözaltı və boyun nahiyələrinin sıyrıqları “KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün təhqiqat və ilkin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidin təhqiqat zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 faiz tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu və ya rəsmi qaydada verildiyi gündən 20 (iyrimi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-251/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-251/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver