Məhkəmə qərarları › İş №1(125)-252/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-252/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-252/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs– Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus “Muravey” markalı motosikleti Gəncə şəhəri, Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində özbaşına, sahibindən icazə almadan işə salıb idarə edərək həmin ərazidən Gəncə şəhəri Atataürk pr. 237 ünvanına getməklə Zərərçəkmiş şəxs mülkiyyət hüququnu pozaraq, həmin motosikleti yəni nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs xeyli müddətdir ki, tanıyır və münasibəti yaxşıdır. xx.xx.2024-cü il tarixdə sürmək üçün qaçırdığı qırmızı rəngli, “Muravey” markalı motosiklet Zərərçəkmiş şəxs məxsus olmuşdur. xx.xx.2024-cü il tarixində saat 13 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhər Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində olmuş, həmin zaman nahar vaxtı olduğu üçün Zərərçəkmiş şəxs yeməyə getmiş, motosikleti isə qeyd olunan yerdə saxlayıb getmişdir. Onun Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olduğu üçün Mahmuda məxsus motosikleti sürmək istəmiş, ona görə “Muravey” markalı motoskletə əyləşmiş və müvəqqəti idarə etmək üçün Gəncə şəhər Atatürk prospekti istiqamətində gedərək yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Orada motosikleti yaşadığı ünvanın yaxınlığında saxlamış və yorğun olduğu üçün motosikletin arxasında yatmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs isə motosikletini qaçırdığı üçün onun barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra o motoskleti idarə edib aparıb Mahmuda geri qaytarmışdır. Onun motosikleti talama kimi bir niyyəti olmamış və motosikletə heç bir ziyanlıq vurmadan onu sahibinə geri qaytarmışdır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Bütün bu halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır və münasibətləri yaxşı olmuşdur. Özünə məxsus “Muravey” markalı motosiklet (trisikl) vardır. xx.xx.2024-cü il tarixində saat 13 radələrində motosikletini Gəncə şəhər Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs da onun yanında olmuş və ondan motosikletini idarə etmək istədiyini demişdir. O isə Təqsirləndirilən şəxs idarə etməyə razılıq verməmişdir. Bundan sonra o, nahar etmək üçün “Muravey” markalı motosikletindən kənarlaşıb getmiş və bir müddət sonra geri qayıdan zaman motosikletinin yerində olmadığını görmüşdür. Bundan sonra Gəncə şəhər 1-ci Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Bundan sonra aparılan araşdırma ilə motoskletinin Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığı müəyyən edilmişdir. Muravey markalı motosiklet (trisikl) ona məxsus olmaqla təxminən 2024-cü ilin fevral ayında 1200 manata satın almışdır. Onun motosikletinə heç bir ziyanlıq dəyməmiş və saz vəziyyətdə özünə qaytarılmışdır.Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Gəncə şəhər Ruhi-Əsəb dispanserinin arayışından görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən “Debillik dərəcəsində oliqofreniya qıcolma tutmaları, enurez” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Gəncə şəhər Narkoloji dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən dispanserdə qeydiyyatda durmur. Məhkəmə Psixatrik Ekspertiza X5 şəxsinin Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 255 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) davranış pozuntuları ilə XBT 10 psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkmiş və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, qeyd edilən hadisəni törədən zaman öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat veımək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Gəncə şəhəri İH MKTİB-nin 9 saylı xidmət sahəsi tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş 138 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Gəncə Avtoservis və Ticarət Müəssisəsinin xx.xx.2024-cü il tarixində 1607 nömrəli arayışdan görünür ki, müəssisəyə baxış keçirilməsi üçün təqdim olunmuş 01 ədəd qırmızı rəngli trisikl “Muravey” markalı olmaqla 1959-1995-ci illər aralığında keçmiş SSR(Sovet) istehsalı trisikldır və Tula maşınqayırma zavodunda istehsal olunmuşdur. Trisiklın mühərrikinin həcmi 199 kub santimetrdir və yük daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsidir. Baxışa təqdim olunmuş trisikl işlək vəziyyətdədir və mühərriki sazdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarına əsasən AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarınn 4-cü bəndinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi 06 ay azaldılmış və o, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Əsgərov X3 Rəsul Əli oğlu ilə barımışdır. Onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. AA5540798 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X2 adlı 1 azyaşlı övladı var. Gəncə Şəhər Məhkəməsinin 1(125)-242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkəti protokolları,ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), təhqiqat orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmiş və buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Buna görə də o, hazırkı iş üzrə zərərçəkmiş şəxslə barışdığı üçün cinayət məsuliyyətindən azad edilə bilməz. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59-cu maddəsinə əsasən məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri ödəməsini, himayəsində azyaşlı övladının olmasını, psixoloji xəstəlikdən əziyyət çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə cəzası təyin edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN ********** İş üzrə ekspertiza xərci, maddi sübut mülki iddia və müsadirə tətbiq ediləcək alət və vasitələr yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar