Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-253/2023 18.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində ayıq vəziyyətdə, sürücülük hüququ əsasında idarə etdiyi VAZ-21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən “24 saat” marketin qarşısında “X13” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt avtomobil yolunu sol tərəfdən sağ tərəfə keçən piyada X6 vuraraq ona baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, ağciyərlərin əzilməsi və cırılması, sağ tərəfli hemopnevmotoraks, sağ əng, çənə sümüklərinin, sağdan İİ, İİİ, İV, V, Vİ qabırğaların və döş sümüyünün sınıqları, başın sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah, ənsə, sağ qulaq seyvanı, boyun, sağ bud-çanaq oynağı nahiyələrinin hematomaları, alın, burun, sağ gözaltı, sağ körpücük, sağ bazu oynağı, sağ dirsək oynağı, sağ bud-çanaq oynağı, bel, sağ baldır, sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları, sağ bazu oynağı nahiyəsinin döş qəfəsinin ön səthinin qançırları xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma ilə əlaqədar inkişaf edən meninqoensefalit nəticəsində ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1-də yaşayır və BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. VAZ-21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə idarə edərək, taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs X6 əvvəllər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 08-09 radələrində həmin avtomobili təxminən 40-45 km/saat sürətlə idarə edərək, Gəncə şəhəri, S.Əliyev küçəsi ilə A.Səhhət küçəsi istiqamətində gedən vaxt avtomobildə ondan başqa müştəri olan adını sonradan bildiyi Şahid da olmuş və o, idarə etdiyi avtomobildə sağ ön oturacaqda oturmuşdur. Gəncə şəhəri, S.Əliyev küçəsində yerləşən “24 saat” adlı marketin qarşısına çatanda adı ona sonradan məlum olan Fərrux adlı yaşlı bir piyadanın yolun sol hissəsindən yolun solunda dayanmış Mercedes markalı yük avtomobilinin arxa hissəsindən çıxaraq sağına doğru qaçaraq hərəkət etdiyini görmüş, dərhal əyləci sıxmış, idarə etdiyi avtomobil sürüşmüş və Fərrux idarə etdiyi avtomobilin sol qapı hissəsinə dəyib yerə yıxılmışdır. Yolun sağ hissəsində yük avtomobilinin qoşqusu dayanmışdır deyə avtomobili sağa doğru istiqamətləndirə bilməmişdir. O, dərhal avtomobili saxlayıb yerə düşmüş, Ariflə birlikdə Fərruxu yerdən qaldırmış, avtomobilə əyləşdirmiş və Abbas Səhhət adına xəstəxanaya aparmışdır. A.Səhhət adına xəstəxanada Fərruxa ilk tibbi yardım göstərilmiş, sonra X10 Xəstəxanasına aparmışlar. Göstərilən tibbi yardımlara baxmayaraq hadisədən bir neçə gün sonra Fərrux Mustafayev xəstəxanada vəfat etmişdir. Hadisə günü heç bir spirtli içki qəbul etməmiş və hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə ani bir vaxtda baş verdiyi üçün hərəkəti üçün təhlükənin nə vaxt yaranması və piyada ilə aralarında olan məsafə barədə fikri yoxdur. O, piyadanın avtomobil yolunu keçməsini görən zaman avtomobilə tormoz verməmişdir. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını, həmçinin himayəsində iki uşağının olmasını nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X7 onun əridir. “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 04 oktyabr 2022-ci il tarixdə saat təxminən 08 radələrində evdə olan zaman mərhum əri Fərruxun iş yerindən ona zəng edərək bildirmişlər ki, əri Fərrux Mustafayevi maşın vurub və hal-hazırda Gəncə şəhər Beynəlxalq xəstəxanasındadır. Xəbəri eşidən kimi həmin xəstəxanaya gəlmiş, xəstəxanada ödəniş etdikdən sonra mərhum əri Fərruxa tibbi yardım göstərilmiş, müəyyən müayinələrdən keçmiş və Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Orada 1 gün qaldıqdan sonra mərhum əri Fərruxu Bakı şəhəri A.Mirqasımov adına Respublika Kliniki xəstəxanasına aparmışlar. Orada 7 gün qaldıqdan sonra aldığı xəsarətlərdən Fərrux orada rəhmətə getmişdir. Bundan sonra mərhumun meyitini yaşadıqları evə gətirmiş və səhəri gün dəfn etmişlər. Sonradan eşitmişdir ki, sürücü Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə saat təxminən 08 radələrində idarə etdiyi “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman avtomobil yolunu sol tərəfdən sağ tərəfə keçən mərhum əri Fərrux Mustafayevi vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış və bununla bağlı çəkdiyi xərclər ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Şahid məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə qarnizonu ideoloji və mədəniyyət mərkəzində musiqiçi işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində işə getmək üçün istifadəsində olan ***-***-**-** mobil nömrə ilə *2244 yığıb taksi sifarişi vermişdir. Bu zaman ona adı sonradan məlum olan Firdovsi zəng edərək olduğu yeri soruşmuş, o da Firdovsiyə yaşadığı yeri izah etmişdir. Firdovsi idarə etdiyi “VAZ-21074” markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə gəlmiş, Firdovsi avtomobili təxminən 40-45 km/saat sürətlə idarə edərək Gəncə şəhəri, S.Əliyev küçəsi ilə A.Səhhət küçəsi istiqamətində getmiş, avtomobildə sağ ön oturacaqda oturmuşdur. Gəncə şəhər S.Əliyev küçəsində yerləşən “24 saat” marketin qarşısına çatanda bir yaşlı piyada yolun sol hissəsindən yolun solunda dayanmış Mercedes markalı yük avtomobilinin arxa hissəsindən çıxaraq sağına doğru qaçaraq hərəkət etdiyini görmüşdür. Firdovsi dərhal əyləci sıxmış, idarə etdiyi avtomobil sürüşmüş və həmin piyada avtomobilin sol qapı hissəsinə dəyərək yerə yıxılmışdır. Yolun sağ hissəsində yük avtomobilinin qoşqusu dayanmışdır deyə avtomobili sağa doğru istiqamətləndirə bilməmişdir. Firdovsi dərhal avtomobili saxlayıb yerə düşmüş, onunla birlikdə piyadanı yerdən qaldırmış, avtomobilə əyləşdirmiş və Abbas Səhhət adına xəstəxanaya aparmışdır. A.Səhhət adına xəstəxanada yaşlı piyadaya ilk tibbi yardım göstərilmiş və o, digər taksi sifariş verib işə getmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri Səbuhi Əliyev küçəsində yerləşən “24 saat” marketin qarşısında baş vermişdir. Hadisə yerində avtomobil yolu düz və quru olmaqla asfalt örtükdən ibarətdir. Avtomobil yolu 2 tərəflidir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobil yolu asfalt örtükdən ibarət olsa da yolun üstündə heç bir nişanlanma xətti yoxdur. Yolun ümumi eni 14 metrdir. Yolun hər iki tərəfində ehtiyyat hissələr vardır. Həmin yerdə də qoşqulu yük maşınları dayanmışdır. Baxış zamanı piyadanın avtomobilə dəydiyi yer müəyyən edilmişdir. Belə ki, piyada yolun sol tərəfindən sağ tərəfinə 9.5 metr məsafədə avtomobilin sol tərəfinə dəymişdir. Hadisə yerinə baxış zamanı piyadanın vurulma yerinə qədər 8 metr uzunluğundan tormoz izi vardır. Bundan başqa, ətrafa piyadanı vurmuş avtomobilə məxsus heç bir şüşə və plastik qırıntılar ətrafa səpələnməmişdir. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış gündüz vaxtı təbii işıqda aparılmışdır. Piyadanı vurmuş avtomobil texniki cəhətdən saz vəzyətdə olmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Hadisənin baş vermə anının qeydə alındığı DVD diskə məhkəmədə baxış keçirilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi təsdiq edilir. xx.xx.2022-ci il tarixli 2293/2022 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə”si aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli “Video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, VAZ-21074 markalı avtomobil Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən “24 saat” marketin qarşısında yolun sol tərəfində dayanmış vəziyyətdə olan yük avtomobilinin qoşqusunun arxa hissəsindən yolu sağ tərəfə adi qaçışla keçmək istəyən piyada avtomobilin sol qabaq qapı hissəsinə dəyərək yerə yıxılır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 435 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 476 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 11 noyabr 2022-ci il tarixli 88/MEŞ saylı rəyində göstərilmişdir ki, mərhum X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, ağciyərlərin əzilməsi və cırılması, sağ tərəfli hemopnevmotoraks, sağ əng, çənə sümüklərinin, sağdan İİ, İİİ, İV, V, Vİ qabırğaların və döş sümüyünün sınıqları, başın sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah, ənsə, sağ qulaq seyvanı, boyun, sağ bud-çanaq oynağı nahiyələrinin hematomaları, alın, burun, sağ gözaltı, sağ körpücük, sağ bazu oynağı, sağ dirsək oynağı, sağ bud-çanaq oynağı, bel, sağ baldır, sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları, sağ bazu oynağı nahiyəsinin döş qəfəsinin ön səthinin qançırları – bərk küt əşyanın (əşyaların), sağ qulaq seyvanının kəsilmə xarakterli yarası iti tinli predmetin təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının piyada X6 vurması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3202 nömrəli rəyində göstərilmişdir ki, VAZ-21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X13” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hisəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin alınmış xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-1241/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 639802 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli, AZ İİ seriyalı 311069 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada verilmiş xx.xx.2023-cü il tarixli **********092 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarılmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Bəhruz və xx.xx.2010-cu il təvəllüdlü Ömər adlı iki uşağı var. Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin 2 nömrəli Xidmət Sahəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 111 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında atası, anası və iki oğlu ilə yaşayır. xx.xx.2021-ci il tarixdən uşaqları atası Təqsirləndirilən şəxs himayəsindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə, saat 08 radələrində ayıq vəziyyətdə, sürücülük hüququ əsasında idarə etdiyi VAZ-21074 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən “24 saat” marketin qarşısında “X13” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt avtomobil yolunu sol tərəfdən sağ tərəfə keçən piyada X6 vuraraq ona baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, ağciyərlərin əzilməsi və cırılması, sağ tərəfli hemopnevmotoraks, sağ əng, çənə sümüklərinin, sağdan İİ, İİİ, İV, V, Vİ qabırğaların və döş sümüyünün sınıqları, başın sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah, ənsə, sağ qulaq seyvanı, boyun, sağ bud-çanaq oynağı nahiyələrinin hematomaları, alın, burun, sağ gözaltı, sağ körpücük, sağ bazu oynağı, sağ dirsək oynağı, sağ bud-çanaq oynağı, bel, sağ baldır, sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları, sağ bazu oynağı nahiyəsinin döş qəfəsinin ön səthinin qançırları xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma ilə əlaqədar inkişaf edən meninqoensefalit nəticəsində ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.2-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “X13” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “X13” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X13” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-253/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-253/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver