Məhkəmə qərarları › İş №1(125)-254/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-254/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-254/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 27 noyabr 2019-cu il tarixdən başlayaraq 25 iyun 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,00 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Yahyayeva (Kərimova) Şahnaz Ramazan qızına verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(033)-185/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(043)-331/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək cəmi 4132.00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Yahyayeva (Kərimova) Şahnaz Ramazan qızına həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Yahyayeva (Kərimova) Şahnaz Ramazan qızı ilə 2008-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahların isə 30 iyul 2009-cu ildə rəsmiləşdirmişlər. Evli olduqları müddətdə 25 iyun 2009-cu il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Nikahda olduğu müddətdə yola getmədiklərindən Şahnaz ilə ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladı anası Şahnazın himayəsində yaşamışdır. Ayrılandan sonra Şahnaz qızlarını tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən ondan 27 noyabr 2019-cu il tarixdən hesablanmaqla 25 iyun 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,00 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Yahyayeva (Kərimova) Şahnaz Ramazan qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 10 avqust 2022-ci il tarixədək 4132.00 manat aliment borcu yaranmışdır. Özünü təqsirli bilir. Fərdi əmək fəaliyyəti ilə məşğuldur. Hazırda Gəncə şəhərində yerləşən “Dubay” bazarında göyərti satır, 300-350 manat aylıq qazancı olur. Hal-hazırda zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını Odur ki, ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Yahyayeva (Kərimova) Şahnaz Ramazan qızı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahların isə 30 iyul 2009-cu ildə rəsmiləşdirilmişdir. 25 iyun 2009-cu il tarixdə X8 adında övladları anadan olmuşdur. Evli olduqları vaxt Təqsirləndirilən şəxs “Dubay” bazarı deyilən bir yerdə göyərti satışı ilə məşğul olmuş, aylıq qazancı 400-500 manat təşkil etmiş, həmin müddətdə onlar Gəncə şəhərində birlikdə yaşamışlar. Nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görədə ayrılmaq qərarına gəlmiş və təxminən 2011-ci ildən övladı ilə birlikdə ayrı yaşamağa başlamışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs övladının saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə övladını tək başına saxlaya bilmədiyindən 2019-ci ildə ona qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2019-cu il tarixdən hesablanmaqla 25 iyun 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,00 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. 10 avqust 2022-ci tarixədək 4132.00 manat aliment borcu yaranmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir.Odur ki, ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zaqatala rayon Məhkəməsi tərəfindən verilmiş 2(033)-185/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixində anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixindən hesablanmaqla, Təqsirləndirilən şəxs hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2020-ci il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin ödənilməsini yerinə yetirməmişdir. Bu səbəbdən icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bank və ya digər kredit təşkilatlarında pul vəsaitinin, əmanətin, depozitin, habelə daşınar və ya daşınmaz əmlakının olub-olmaması barədə müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldiə biləcəyi hər hansı əmlak aşkar olunmamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə yaranmış olan aliment borcunun ödənilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli verdiyi izahatında yaranmış borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. İcra sənədi üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs edildikdən sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə borcunun ödənilməsi üçün yeni müddət verilmiş və işə düzəlməsi üçün isə aidiyyəti Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xx.xx.2022-ci il tarixdə təklif verilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bank və ya digər kredit təşkilatlarında pul vəsaitinin, əmanətin, depozitin, habelə daşınar və ya daşınmaz əmlakının olub-olmaması barədə müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldiə biləcəyi hər hansı bir əmlak aşkar etmək mümkün olmamışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan kimi qeyd edilən ünvan 2clu Təqsirləndirilən şəxs məxsus dəyərli əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X1 filialının xx.xx.2022-ci il tarixli məktubundan Təqsirləndirilən şəxs tövsiyə məktubu göndərildiyi, əlaqə saxlanıldığı təqdirdə Təqsirləndirilən şəxs qanunvericiliyə uyğun olaraq lazımi köməklik göstəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə işlə bağlı müraciət etməsi tərəflərindən təklif olunsada o, inzibati qaydada həbs edildikdən sonra tələbkara ödənişlər etməmiş və məşğulluq mərkəzinə işlə bağlı müraciət etməmişdir. Keçən bu müddət ərzində cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə borcundan ödəniş etməmişdir. Onlar borclunun borcunu ödəmək iqtidarında olsa da, etdiyi bütün hərəkət və hərəkətsizliklərlə hər fürsətdə öhdəliyindən boyun qaçırdığını müəyyən etmişlər. Zaqatala rayon Məhkəməsi tərəfindən verilmiş 2(033)-185/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsi üzrə Təqsirləndirilən şəxs cəmi 220 (iki yüz iyirmi) manat pul ödəmiş, onun xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iş üzrə tələbkar Yahyayeva (Kərimova) Şahnaz Ramazan qızına cəmi 4132 (dörd min yüz otuz iki) manat aliment borcu toplanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 , Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(033)-185/2020 saylı, 03 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs tutularaq sabit pul məbləğində 136 manat aliment tutularaq, xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 verilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(033)-185/2020 saylı, 03 iyun 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Zaqatala Rayon Məhkəməsinin 2(033)-185/2020 saylı, 03 iyun 2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-185/2020 saylı, 03 iyun 2020-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 01 mart 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdır. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 35 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 210 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı– “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar