Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-254/2024 13.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs talama məqsədi olmadan avtomobili qanusuz ələ keçirərək, qaçırmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən 333 avtoyuma məntəqəsində avtomobil yuyucusu kimi işdə olduğu zaman Zərərçəkmiş şəxs məxsus “Vaz 21074” minik markalı sedan tipli, **-DX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sonuncudan yuması üçün təhvil almış, Zərərçəkmiş şəxs avtoyuma məntəqəsini tərk etdikdən sonra həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçıraraq, Gəncə şəhəri, Atatürk prospekti ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobili səki üzərinə çıxarmaqla ağaca çırparaq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilin sahibi Zərərçəkmiş şəxs 3768 manat dəyərində maddi ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, istintaq hərəkəti protokolları və işdə olan tədqiq olunan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 2023-cü ilin avqust ayının əvvəllərindən Gəncə şəhəri, Atatürk prospektində yerləşən Eliş adlı şəxsin 333 adlanan avtoyuma məntəqəsində yuyucu kimi işə qəbul olunmuşdur. 29 oktyabr 2023-cü il tarixdə saat təxminən 12-30 radələrində o, 333 avtoyuma məntəqəsində işdə olan zaman sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs özünə məxsus “Vaz 21074” markalı, ** DX *** nömrə nişanlı avtomaşınını yuyulması üçün ona açarları ilə birlikdə təhvil verib getmiş və demişdir ki, bir saatdan sonra gəlib təhvil alacaqdır. O, avtomaşını Elnurdan təhvil alıb başqa avtomaşını yuduğu üçün kənarda saxlamışdır. Müdir ona işıq kartına pul vurmaq lazım olduğu üçün mağazaya getməyini tapşırmışdır. O, həmin avtomobillə getmək qərarına gəlmiş, lakin bundan müdirin xəbəri olmamışdır. O, avtomaşını idarə edərək mağazaya getmiş, geri dönən zaman 333 avtoyuma məntəqəsinə az qalmış yolun sağ tərəfində dərin çökək olduğunu görüb tormozlanma edərkən avtomaşın yolun sol hissəsinə çıxaraq səkinin üzərindən ağaca dəyib dayanmışdır. Onun avtomaşını qaçırmaq məqsədi olmamışdır, sadəcə işıq pulunu yükləyib, qayıdanda yuyub sahibinə təhvil vermək fikri olmuşdur. O, avtomobili icazəsiz götürərək idarə etmişdir, lakin talama niyyəti olmamışdır. Sonda törətdiyi əmələ görə çox peşman olduğunu bildirib, məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini və onunla barışdığını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 12-30 radələrində özünə məxsus “Vaz 21074” markalı ** DX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yuduzdurmaq məqsədilə Gəncə şəhəri, Atatürk prospektində yerləşən 333 avtoyuma məntəqəsinə gətirmişdir. O, avtomaşını həmin məntəqədə yuyucu işləyən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs təhvil vermiş, açarlar avtomaşının içərisində olmuşdur. İlkin demişdir ki, “hazırda bir maşın var, onu yuyub sonra sənin avtomaşınını yuyacam”. O, ona görə maşını orada saxlayıb siqaret almaq üçün yaxınlıqda yerləşən mağazaya getmişdir. Təxminən 15-20 dəqiqədən sonra geri qayıdanda yolun kənarında görmüşdür ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. O, yaxınlaşanda görmüşdür ki, təxminən 333 avtoyuma məntəqəsindən 30-40 metr aralıda yolun kənarında ona məxsus avtomobil ağaca çarpılmış və əzilmiş, dağılmış vəziyyətdə dayanmışdır. O avtomaşınını yumağa verdiyi İlkini orada görməmişdir. O, həmin yerdə olan digər şəxslərdən avtomaşınımın burada bu vəziyyətdə nə səbəbə olduğunu soruşanda ona bildirmişlər ki, həmin avtoyuma məntəqəsində adını bilmədikləri şəxs tərəfindən özbaşına avtomobil qaçırılmış və həmin şəxs qəza törətmişdir. Ona 3768 manat dəyərində maddi ziyan vurmuşdur. Lakin hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır. Odur ki, məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmədə Şahid2 bildirdi ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 333 avtoyuma məntəqəsini o, işlədir. Təqsirləndirilən şəxs həmin avtoyuma məntəqəsində işləmişdir. Hadisə günü o, yas yerinə getmişdir. Uşaqlar ona zəng edib, İlkinin bir nəfərin maşını ilə qəza törətdiyini deyiblər. O da hadisə yerinə getmiş, orada görmüşdür ki, maşının içində uzanıb. Təcili tibbi yardım çağırmış, İlkini də maşından çıxartmışdır. İlkin özünü elə aparırmış ki, guya xəsarət alıb. Amma heç nə olmamışdır. O da zənn etmişdir ki, İlkin təcili tibbi yardım ilə getdikdən sonra oraya qayıdacaq, amma qayıtmamışdır. O da arxası ilə 3 nömrəli xəstəxanaya getmiş və onun artıq orda olmadığını öyrənmişdir. Məhkəmədə Şahid1 bildirdi ki, o, avtoyuma məntəqəsinin çayxanasında işləyir. Müştəriyə çay dəmləyən zaman səs eşitmiş və müştərilər ilə birlikdə çölə çıxmışdır. Bu zaman maşının qəza etdiyini görmüşdür. Amma kim olduğunu bilməmişdir. Maşını aparmağından xəbərləri olmamışdır. Məhkəmədə məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 333 avtoyuma məntəqəsini icarə əsasında işlədir, özü 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranıdır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs o, təxminən 2023-cü ilin avqust ayında işə qəbul etmişdir. 29 oktyabr 2023-cü il tarixdə axşam saatlarında o, avtoyuma məntəqəsinə gələndə ona demişlər ki, İlkin müştərinin “Vaz 21074” markalı, **-DX-*** nömrə nişanlı avtomaşınını yumaq məqsədilə götürmüş, sonra icazəsiz avtomaşınla siqaret almağa getmiş, qayıdanda avtoyuma məntəqəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Atatürk prospektində baş vermişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus və Təqsirləndirilən şəxs tərəfindəm talama məqsədi olmadan qaçırılmış “Vaz 2107” markalı, **-DX-*** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. xx.xx.2023-cü il tarixli, 5610 nömrəli Qüsur aktından görünür ki, qəzaya uğramış “Vaz-21074” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3768 manat maddi zərər dəymişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus və Təqsirləndirilən şəxs tərəfindəm talama məqsədi olmadan qaçırılmış “Vaz 2107” markalı, **-DX-*** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən təqdim olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-254/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 11:00-da Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmiş, məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Hazırkı cinayət işinə xitam verilməsini xahiş edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəmiş, onunla barışmışdır. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73-1.1-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilk öncə Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur, daha sonra təqsirləndirilən şəxsin hüquqlarınn müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir, onun tərəfindən də təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına müdafiəçilər X2 üçün 60 manat və Müdafiəçi üçün 120 manat pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 305, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 185.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut olan “Vaz-21074” markalı, **-DX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul və Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-254/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-254/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver