Məhkəmə qərarları › İş №1(125)-259/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-259/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-259/2024 29.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1969-cu ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qaraağaclı qəsəbəsində qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Hundai İ30” minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanın) tələblərini pozaraq, yəni sürücü avtomobili yol ayrıcına daxil edərək, onun hərəkət istiqamətində 2.4 “Yol verin” yol nişanının tələblərinə riayət etməli, yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı və həmin yolayrıcına daxil olan nəqliyyat vasitəsinə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinə əmin olaraq yol ayrıcına daxil olub hərəkətini icazə verilən istiqamətdə davam etdirməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini 2.4 “Yol verin” yol nişanının tələblərinə riayət etməməklə davam etdirib yolayrıcına daxil olmuş, həmin vaxt X9 küçəsi ilə hərəkətdə olan sürücü Şahid6 ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-21074 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobildə olan sərnişinlər, Şahid4 sağ bazu və sağ bud nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarəti, Şahid5 sağ baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarəti, Zərərçəkmiş şəxs qızının subaraxnoidal qanaxma ilə müşahidə olunan sağ alın-təpə nahiyəsinin yumşaq toxumalarının hematoması, qaraciyərin laserasiyası, retroperitenal hematoma, daxili qanaxma, sol tərəfli pnevmotoraks, sağ bazu, sağ baldır sümüklərinin qapalı, qəlpəli, yerini dəyişmiş sınıqları, sol baldırın əzilmiş-cırılmış yarası xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli bədən xəsarəti yetirilməsinə, Şahid6 məxsus VAZ-21074 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3563 manat maddi ziyan vurulmasına, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaylaraının pozulması ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, özünə məxsus “Hundai İ30” minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobil və həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 09 iyul 2022-ci il tarixdə “Qurban Bayramı” ilə əlaqədar olaraq işləməmiş və həmin gün saat 11 radələrində sinif yoldaşı İlqar adlı şəxslə görüşüb çay içmişlər. Saat 12 radələrində özünə məxsus avtomobillə İlqarla birlikdə getmiş, yolda İlqarı düşürmüş və bir qədər getdikdən sonra irəlidə yolun kənarında yanında fəhlə kimi işləyən Şahid1 və Şahid2 Gəncə şəhəri, Nəriman Nərimanov prospektində dayandığını görüb onları öz avtomobilinə götürmüşdür. Əfqan qabaqda, Vüsal isə arxada əyləşmişdir. O, bir qədər irəli gedib yolu sola dönərək digər küçəyə 20 Yanvar küçəsinə keçmiş, 20 Yanvar küçəsi ilə 50-60 km/saat sürətlə hərəkət edərək X10 küçəsinin kəsişməsinə çatanda yolun kənarında olan yol nişanına baxmadan yolu düz keçmişdir. O, küçəni qarışdıraraq hərəkət etdiyi 20 Yanvar küçəsinin baş yol olduğunu zənn etmişdir. Bu zaman A.M.Abbaszadə küçəsinin kəsişməsinə çatdıqda həmin küçədə hərəkət edən “VAZ-2107” markalı avtomobilin qabaq tərəfi onun avtomobilinin arxa tərəfi ilə toqquşmuş və idarə etdiyi avtomobil fırlanaraq yolun kənarına dəyib tavanı üstə aşmışdır. O, bir təhər özünü toplayaraq avtomobildən düşmüş, sonra avtomobildə olan Əfqan və Vüsal da avtomobildən düşmüdür. O, avtomobildən düşüb arxa tərəfə baxan zaman asfaltda bir nəfər qadının qan içində uzandığını görmüş, yalnız həmin vaxt avtomobilinin hadisə nəticəsində yolun kənarı ilə hərəkət edən piyadaya dəyərək, ona xəsarət yetirdiyni başa düşmüşdür. Baxanda toqquşduğu digər avtomobilin sürücüsü və sərnişinlərində ciddi xəsarət olmadığını görmüşdür. Bir qədər sonra oraya X12 avtomobili gəlmiş və onu Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. O, hərəkətdə olduğu yolun baş yol olduğunu fikirləşmiş və kəsişməyə çatdıqda sol tərəfə nəzər yetirməmişdir. Ona görə də “VAZ-21074” minik markalı, **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yalnız toqquşmadan əvvəl ani olaraq görmüşdür. Hadisə nəticəsində özü də bel nahiyəsindən xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, 09.07.22-ci tarixdə təxminən saat 12:00 radələrində Gəncə şəhəri 20 Yanvar küçəsində dərzidən çıxıb yolu əks tərəfə keçən zaman tanımadığı bir avtomobil başqa bir avtomobillə toqquşmuş, sonra isə fırlanaraq səkidə onu vurmuş və o, zərbənin təsirindən huşunu itirmişdir. Ayılanda xəstəxanada olduğunu və həkimlərin onu əməliyyat etdiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, onu idarə etdiyi avtomobillə vurmuş sürücü Samux rayon sakini Təqsirləndirilən şəxsdur və o, idarə etdiyi “Hundai İ30” minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən “yol ver nişanının” tələblərinə əməl etməyərək Gəncə şəhəri, X9 küçəsi ilə hərəkətdə olan Şahid6 idarə etdiyi “VAZ-21074” minik markalı, **-GK-*** minik markalı avtomobillə toqquşmuş, daha sonra isə ona dəymişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur və onun cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış” protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, X9 küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində baş vermişdir. Yolun baş verən hissəsi asfalt örtüklü olmaqla hamar və qurudur, avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur, hava şəraiti qaranlıq, 34 dərəcə temperaturda olmuşdur. M.A.Abbaszadə küçəsi 20 Yanvar küçəsinə nisbətdə baş yoldur. 20 Yanvar küçəsindən yalnız sağa dönmək yol nişanı vardır. M.A.Abbaszadə küçəsinin eni 10,5 metr, 20 Yanvar küçəsinin eni 8 metrdir. Toqquşma yerindən yolun xəyali sağ tərəfinə 3 metr, sol tərəfinə isə 5 metr məsafə vardır. “VAZ-21074” minik markalı **-GK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid6 deməsinə görə hadisə baş verməzdən əvvəl 30 km/saat sürətlə, “Hundai İ30” minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs deməsinə görə hadisə baş verməzdən əvvəl 60 km/saat sürətlə hərəkət etmişdir. “Hundai İ30” minik markalı avtomobil “yol ver” və “sağa dönmək” yol nişanın tələblərinə əməl etməyərək VAZ-21074” markalı avtomobilin yoluna çıxmışdır. “Hundai İ30” minik markalı avtomobil 20 Yanvar küçəsi ilə yolun sağ tərəfində hərəkətdə olan piyada Zərərçəkmiş şəxs qızını vurmuşdur. Hadisədən sonra “VAZ-21074” mnik markalı avtomobil M.A.Abbaszadə küçəsində yola perpendikulyar vəziyyətdə, “Hundai İ20” minik markalı avtomobil 20 Yanvar küçəsində aşmış vəziyyətdə yola paralel dayanmışdır. Hadisə yerində tormoz izləri yoxdur.” 09 iyul 2022-ci il tarixli, 1563/2022 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli rəydən görünür ki, VAZ-21074 markalı **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə zamanı 3563 manat maddi ziyan dəymişdir. 01 ədəd DVD markalı diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində “Hundai İ30” minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobil Gəncə şəhəri 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən “Yol verin” yol nişanının tələblərinə riayət etməməklə hərəkətini davam etdirib yolayrıcına daxil olur, həmin vaxt X9 küçəsi ilə hərəkətdə olan VAZ-21074 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşur və HUNDAİ İ30 minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobil yolun kənarı ilə piyada hərəkət edən piyadaya dəyir. 01 ədəd DVD markalı diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixdə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 23 may 2023-cü il tarixli 697 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər – subaraxnoidal qanaxma ilə müşahidə olunan sağ alın-təpə nahiyəsinin yumşaq toxumalarının hematoması, qaraciyərin laserasiyası, retroperitenal hematoma, daxili qanaxma, sol tərəfli pnevmotoraks, sağ bazu, sağ baldır sümüklərinin qapalı, qəlpəli, yerini dəyişmiş sınıqları, sol baldırın əzilmiş-cırılmış yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 8/2221 nömrəli ekspert rəyindən görünür ki, Hyundai İ30 markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanın) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21074 markalı **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid6 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. xx.xx.2024-cü il tarixli “Subutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş Hyundai İ30 minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı və VAZ 2107 minik markalı **-GK-*** dövlət nömrə nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmədəyək Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Gəncə RQİ və TBŞ-dan alınmış xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-3621/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 605 226 saylı B kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 12 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 1046 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 2118 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs qızının xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş ərizələrdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsində iştirak etmiş Hundai İ30 **-FR-*** dövlət nömrə nişanlı və VAZ- 21074 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin məhkəmə cinayət işinin materillarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Məhkəmə istintaqında sübuta yetirildi ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, ağır və az ağır xəsarət almış zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışıb ona cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsində iştirak etmiş “Hundai İ30” minik markalı **-FR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və “VAZ 2107” minik markalı **-GK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim:Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar