Məhkəmə qərarları › İş №1(125)-26/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-26/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-26/2023 01.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların etibarnamə üzrə nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2qa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına və bir yaşayış evinə əhəmiyyətli zərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, o, Gəncə X11 İdarəsinin xx.xx.2015-ci il tarixli 03/K nömrəli əmri ilə Gəncə X10 İdarəsinin Təmir-bərpa xidmətinə xidmət rəisi vəzifəsinə təyin edilib vəzifəsinin icrası ilə əlaqədar olaraq 01 iyul 2021-ci il tarixdə Gəncə X11 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş “Azəriqaz” X1 İstismar İdarəsinin Təmir-Bərpa Xidmətinin rəisinin vəzifə təlimatının 1.1-ci bəndində “İş yerlərinin texniki vəziyyətinə nəzarət etmək, texniki-təşkilati tədbirlər planında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etmək, İstismarda olan qaz kəmərlərinin, qaz təchizatı sisteminin, cihazların, bağlayıcı və qaz tənzimləyici qurğuların yerləşməsini, miqdarını, texniki vəziyyətini və təhlükəsiz istismarını təmin etmək” kimi texniki təhlükəsizlik qaydalarına əməl olunması öhdəliyini öz üzərinə götürsə də, vəzifəli şəxs kimi ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 8.44-cü bəndində göstərilən “Binaların yaxud obyektlərin qaz avadanlıqlarını sökdükdə onlara gələn qaz kəmərləri paylayıcı qaz kəmərlərinin çıxış yerindən kəsilməli və qaynaq edilməklə bağlanmalıdır” kimi tələbləri vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin ağır nəticələrə və əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək vəzifə təlimatının və qanunvericiliyin həmin tələblərinə əhəmiyyət verməyib 2021-ci ilin tədbirlər planına əsasən təmir bərpa xidmətinin əməkdaşları tərəfindən 2021-ci ilin aprel ayının sonları və may ayının əvvəllərində Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Cumhuriyyət küçəsindəki evlərin yeraltı qaz xətlərini yerüstü xətlərlə əvəz olunan zaman 32 mm-lik yeraltı polad qaz borusu paylayıcı qaz kəmərinin çıxış yerindən kəsilməklə qaynaq edilməsi təmin olunmadığına və Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Cumhuriyyət küçəsində yerləşən və Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin küçəyə tərəf divarından 1.9 metr məsafədə ləğv edilmiş 32 mm-lik yeraltı qaz xəttinin sonluğu açıq vəziyyətdə saxlanıldığı üçün nəticədə 02 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində 32 mm-lik yeraltı polad qaz borusundan sızan qazın evin hamam otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən yanması nəticəsində ev sakini xx.xx.1999-cu il təvəlüdlü Zərərçəkmiş şəxs2 ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan, üzün, qulaq seyvanlarının, boyunun, hər iki çiyinin, dirsəklərin və saidlərin aşağı hissəsinin, hər iki əlin, əl barmaqlarının, hər iki budun, dizlərin və baldırların, ayaq arxasının 59-60% təşkil edən İİA-İİB-İİİ dərəcəli termiki yanığı yaraları, yüksək hərarətin (alovun) təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərini almış, həmçinin Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin hamam otağında baş vermiş partlayış-yanğın hadisəsi nəticəsində evin əşya-əmlakına 2210.00 (iki min iki yüz on manat, sıfır qəpik ) manat və tikinti üzrə 15915,0 (on beş min doqquz yüz on beş manat, sıfır qəpik) manat olmaqla ümumilikdə 18.125,00 (on səkkiz min yüz iyirmi beş manat, sıfır qəpik) manat məbləğində əhəmiyyətli zərər dəymiş, bununla da, Təqsirləndirilən şəxs həmin əməli ilə vəzifəli şəxs olaraq işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan 1 nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilməsinə və 1 mənzilə əhəmiyyətli zərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildən 11 oktyabr 2021-ci il tarixədək “Azəriqaz” İB-nin Gəncə X10 İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmışdır. 02 oktyabr 2021-ci il tarixdə xəstəliyi ilə bağlı evdə olduğu vaxt Gəncə şəhəri, Cavadxan qəsəbəsi adlanan ünvanda yerləşən fərdi yaşayış evində qaz sızmasından partlayış baş verməsi və ev sakini Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri alaraq xəstəxanaya aparılması barədə məlumatı olmuşdur. Belə ki, Gəncə QPS-dən çıxan 325 mm-lik yeraltı polietilen qaz xətti, 160 mm-lik yeraltı qaz xəttinə qoşularaq Avtozavod qəsəbəsində yerləşən Qaz tənzimləyici şkafa qoşulmuş, həmin şkafdan da 57 mm-lik yeraltı qaz xətti kimi çıxaraq 32 mm-lik yeraltı qaz xəttinə qoşulmuş, həmin qaz xətti də qaz tənzimləyici şkaf olan hissədən təxminən 30-40 metr yerin altı ilə partlayış baş vermiş Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edərək həmin evə doğru çəkilmişdir. Partlayış baş vermiş fərdi yaşayış evi küçənin əvvəlində ilk ev olduğu üçün yeraltı çəkilmiş 32 mm-lik qaz xəttinin təxminən 50-60 sm hissəsi ilk olaraq həmin evin divarının yaxınlığında yerüstü çəkilmiş və həmin küçədə yaşayan digər sakinləri də təbii qazla təmin edən yerüstü 32 mm-lik qaz xəttinə yerin altından çıxaraq qoşulmuşdur. 2021-ci il üzrə Gəncə şəhərində görüləcək tədbirlər planına əsasən 2021-ci ilin aprel ayının sonlarında Gəncə RQİİ-nin Gəncə xidmət sahəsinin təmir bərpa xidmətinin əməkdaşları tərəfindən həmin yeraltı çəkilmiş 32 mm-lik qaz xəttində təmir işləri aparılmış və həmin 32 mm-lik yeraltı qaz xətti 57 mm-lik yerüstü qaz xətti ilə əvəzlənərək partlayış baş vermiş fərdi yaşayış evinin divarının yaxınlığından yerüstü çəkilmiş 32 mm-lik qaz xəttinə qoşulmuşdur. Bunun üçün ilk olaraq naryad buraxılış vərəqəsi əsasında təmir-bərpa xidmətinin əməkdaşları 2021-ci ilin aprel ayının sonlarında Avtozavod qəsəbəsi adlanan ünvana getmişlər. Burada partlayış baş vermiş evdən təxminən 30 metr aralı məsafədə yerləşən qaz tənzimləyici şkafdan çıxan 57 mm-lik qaz xəttinin 32 mm-lik qaz xəttinə birləşdiyi yerdə təmir bərpa işləri aparılmış və qaz tənzimləyici şkafdan partlayış baş vermiş evə doğru 57 mm-lik yerüstü qaz xətti çəkilmiş, lakin yerinaltı ilə gedən 32 mm-lik qaz xətti ləğv edilmədiyi üçün yerüstü xətt qazla təchiz edilməmişdir. Bir neçə gün sonra təmir-bərpa xidmətinin əməkdaşları qeyd olunan ləğv edilməyən 32 mm-lik xətti ləğv edərək təbii qazın yerüstü 57 mm-lik xəttə verilməsi üçün əraziyə gedərək işlər aparmağa başlamışlar. 2021-ci ilin aprel ayının sonlarında 32 mm-lik qaz xəttində təmir bərpa işləri aparılarkən eyni zamanda Gəncə şəhəri üzrə müxtəlif ərazilərdə də paralel olaraq təmir-bərpa işləri aparılmış, o da bu səbəbdən daimi olaraq briqadanın yanında ola bilməmiş, lakin iş prossesi vaxtı gəlib onlara nəzarət edə bilmişdir. Hadisə baş verdiyi yerdə qaz tənzimləyici şkafdan çıxan 57 mm-lik xəttin 32 mm-lik yeraltı qaz xəttinə birləşdiyi hissəni qaynaq vasitəsi ilə kəsərək ləğv etdiklərini və təbii qazı yeni çəkilmiş 57 mm-lik xəttə verdiklərini görmüş, bu zaman da təsadüfən yaxınlıqda yerləşən çörək sexinin qazının dayandığını öyrənmiş, bu səbədən də, təmir işləri aparan əməkdaşlara səhv xətti kəsdiklərini, qaz tənzimləyici şkafdan partlayış baş vermiş evə doğru gedən 32 mm-lik yeraltı qaz xəttinin birləşmə yerini deyil, çörək sexinə gedən xətti kəsdiklərini düşünmüş və həmin kəsdikləri sahəni yenidən birləşdirmələrini tapşırmışdır. Təmir- bərpa xidmətinin əməkdaşları da onun göstərişi əsasında xəttin birləşmə yerindən kəsilmiş hissəsini yenidən bərpa etmişlər. Daha sonra usta Şahid4 ona zəng edib 57 mmlik qaz xəttinə qazın verilişini bərpa etdiklərini və işləri yekunlaşdırdıqlarını bildirmişdir. Lakin partlayış hadisəsindən sonra onun məlumatı olmuşdur ki, 2021-ci ilin aprel ayının sonlarında təmir-bərpa işləri aparılarkən müqavilə əsasında işləyən işçi Şahid3 tərəfindən yerüstü çəkilmiş 57 mm-lik qaz xəttinə dirsək verilməsi üçün yeraltı keçən 32 mm-lik qaz xəttinin partlayış baş vermiş fərdi yaşayış evinin divarının yanından keçən yerüstü çəkilmiş 32 mm-lik qaz xəttinə yerin altından çıxaraq qoşulmuş təxminən 50-60 sm hissəsini qırmış, ərazidə işləyən digər əməkdaşlar da 32 mm-lik yeraltı xəttin artıq yerüstü xətlə əvəz olunduğunu, yəni yararsız xətt olduğunu düşündüklərindən xəttin qırılaraq sonluğu açıq qalmış hissəsini bağlamadan xəttin üstünü örtmüşlər. Lakin, əraziyə qazın verilişi tam olaraq bərpa olunduqdan sonra 32 mm-lik yeraltı qaz xəttinin yerinaltında sonluğu açıq vəziyyətdə qalmış hissəsindən qaz sızmağa başlamış, yay ayları olduğu üçün oktyabra qədər həm qazın təyziqi aşağı olmuş, həm də pəncərə və qapılar açıq olduğuna görə partlayış baş verməmiş, 02 oktyabr 2021-ci il tarixdə isə həmin açıq qalmış sonluqdan qazın sızaraq evə dolması nəticəsində partlayış hadisəsi baş vermişdir. Törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2014-cü ildən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin torpaq sahəsi tanışı olan X6 adına İcra Hakimiyyətindən verilmiş sərəncam əsasında alınsa da, partlayış baş verdiyi ev faktiki olaraq onun tərəfindən inşa edilərək tikilmiş, həmin ev və partlayış zamanı yararsız vəziyyətə düşmüş əşyalar da faktiki olaraq onun mülkiyyətində olmuş, baş vermiş partlayış nəticəsində də ona maddi ziyan vurulmuşdur. 02 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində evin həyətində oturduğu zaman oğlu Zərərçəkmiş şəxs2 evin hamam otağına keçmiş, təxminən 30-35 dəqiqə sonra hamam otağında partlayış baş vermiş, nəticədə oğlu Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri almışdır. Səs-küyə yaxınlıqda yaşayan qonşular gələrək hadisə barədə dərhal təcili tibbi yardıma məlumat vermişlər, lakin təcili tibbi yardım avtomobili gələnədək oğlu Zərərçəkmiş şəxs2 qonşuların avtomobili ilə ilk olaraq Gəncə şəhər 3 saylı təcili tibbi yardım xəstəxanasına, oradan da Bakı şəhərində yerləşən 5 saylı kliniki tibbi mərkəzinin yanıq şöbəsinə aparmışlar. 06 oktyabr 2021-ci il tarixdə FHN-in müvafiq qurumlarının, “Azəriqaz” İB-nin və "xxxx" QSC-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və yoxlama zamanı yaşadığı fərdi yaşayış evinin yaxınlığından keçən 32 mm-lik polad boru ilə yeraltı çəkilmiş qaz xəttində qaz sızmasının olduğu müəyyən edilmişdir. Daha sonra qaz xəttinin üzəri açılmış və məlum olmuşdur ki, 32 mm-lik qaz xəttinin yaşadığı fərdi yaşayış evinin divarından 1,9 metr məsafədə açıq vəziyyətdə yerin altında qalmış sonluğundan sızan təbii qaz yaşadığı fərdi yaşayış evinə dolduğundan partlayış hadisəsi baş vermişdir. Ona dəymiş zərər bugünə qədər ödənilmədiyindən şikayətçidir və məhkəmədən təqsirli şəxsin barəsində qanuni, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, hadisədən bir neçə ay əvvəl onların evinin yaxınlığından keçən yeraltı qaz xətləri “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ləğv edilmiş, evlərə hava ərazisindən yeni qaz xətti çəkilmiş, onların yaşadıqları evə və dörd qonşuya gələn “32 mm-lik” qaz borusu ayrılaraq hava xətti ilə çəkilmişdir. Lakin həmin vaxt “Azəriqaz” İB-nin əməkdaşları torpaq sahəsinin altından keçən, ana xətt borusuna birləşdirilmiş köhnə qaz xəttini bağlamamışlar. Həmin gündən qaz xəttindən sızıntı baş vermiş və ərazidə yaşayan sakinlər evdə qoxu hiss etmişlər. Bununla bağlı olaraq bir neçə dəfə “Azəriqaz” İB-nin çağrı mərkəzinə müraciət etmişlər. Nəticədə 02 oktyabr 2021-ci il tarixdə o, hamamda çimərkən qazın sızaraq evə və hamama dolması nəticəsində partlayış hadisəsi baş vermişdir. Partlayış nəticəsində onların evləri dağılmaqla yanaşı özü İİİ-cü dərəcəli yanıq xəsarəti almış və ağır yanıq şokuna məruz qalmışdır. Bundan sonra o, bir müddət xəstəxanada müalicə olunmuşdur. Lakin keçən müddət ərzində təqsirli şəxs nə onun müalicəsi, nə də evlərinin bərpa edilməsi ilə bir dəfə də olsun maraqlanmamışdır. Ona görə də şikayətçidir və məhkəmədən təqsirli şəxsin barəsində qanuni, ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində onlara dəymiş maddi zərərə görə ümumilikdə 18.125 (on səkkiz min yüz iyirmi beş) manat məbləğində pulun və ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumunun mülki cavabdehlər Təqsirləndirilən şəxs və Gəncə X10 İdarəsindən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2014-cü ildən ailəsi ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. 02 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində evdə olduğu vaxt partlayış səsi eşitmiş, evdən küçəyə doğru çıxdıqda partlayış hadisəsinin yaşadığı evin qonşuluğunda yaşayan qonşusu Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində olduğunu və evin partlayışdan dağıntıya məruz qaldığını görmüşdür. Dərhal partlayış baş vermiş ünvana getmiş və evin qapısından içəri daxil olduqda qonşusi Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri alaraq evin döşəməsində uzanıqlı vəziyyətdə olduğunu və fərdi yaşayış evinin qapı və pəncərələrinin, eləcə də hamam otağının dağıntının təsirinə məruz qaldığını görmüş, dərhal təcili tibbi yardıma məlumat verilmiş, lakin təcili tibbi yardım avtomobilini gözləmədən qonşularının avtomobili ilə Gəncə şəhəri 3 nömrəli təcili və təxirəsalınmaz tibbi yardım xəstəxanasına aparmışlar. Orada Elmirə ilkin tibbi yardım göstərildikdən sonra onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhər 5 nömrəli şəhər kliniki xəstəxanasına aparmışlar. 06 oktyabr 2021-ci il tarixdə FHN-in müvafiq qurumlarının, “Azəriqaz” İB-nin və "xxxx" QSC-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş və yoxlama zamanı qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin yaxınlığından keçən 32 mm-lik polad boru ilə yeraltı çəkilmiş qaz xəttində qaz sızmasının olduğu müəyyən etmişlər. Daha sonra qaz xəttinin üzəri açılmış və məlum olmuşdur ki, 32 mm-lik qaz xəttinin fərdi yaşayış evinin divarından 1,9 metr məsafədə sonluğu açıq halda yerin altında qalmış, qeyd olunan qaz xəttinin açıq qalmış sonluğundan sızan təbii qaz da fərdi yaşayış evinə dolduğundan partlayış hadisəsi baş vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Gəncə X11 İdarəsinin Gəncə Xidmət Sahəsinin təmir bərpa xidmətinin yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingəri Şahid3 ifadəsində bildirmişdir ki, 2015-ci ildən müqavilə əsasında həmin vəzifədə çalışır. 02 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsi adlanan ünvanda yerləşən fərdi yaşayış evində qaz sızmasından partlayış baş verməsi və ev sakini Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri alaraq xəstəxanaya aparıldığını bilmişdir. Yaşadığı ev partlayış baş vermiş evin yaxınlığında olduğundan dərhal qeyd olunan ünvana getmiş, çatdıqda evin hamam otağının dağıntının təsirinə məruz qaldığını və “Azəriqaz” İB-nin Gəncə XS-nin əməkdaşları tərəfindən qeyd olunan ünvanda yoxlamalar aparıldığını görmüşdür. Daha sonra isə məlumatı olmuşdur ki, 06 oktyabr 2021-ci il tarixdə FHN-in müvafiq qurumlarının, “Azəriqaz” İB-nin və "xxxx" QSC-nin əməkdaşlarının iştirakı ilə hadisə yerinə, o cümlədən texnoloji quyulara baxış keçirilmiş, "xxxx" QSC-nin əməkdaşları tərəfindən qaz analizatoru ilə qaz sızmaları yoxlanılarkən partlayış baş vermiş fərdi yaşayış evinin yaxınlığından keçən 32 mm-lik polad boru ilə yeraltı çəkilmiş qaz xəttində qaz sızmasının olduğu müəyyən edilmiş və qaz xəttinin üzəri açılmışdır. Qaz xəttinin üzəri açıldıqdan sonra məlum olmuşdur ki, fərdi yaşayış evinin yaxınlığından keçən 32 mm-lik polad boru ilə yeraltı çəkilmiş qaz xəttinin partlayış baş vermiş fərdi yaşayış evinin divarından 1,9 metr məsafədə yerin altında sonluğu açıq vəziyyətdə qalmışdır. Qeyd olunan 32 mm-lik qaz xətti 2021-ci ilin aprel ayının sonlarında 57 mm-lik yerüstü qaz xətti ilə əvəzlənmişdir. 2021-ci ilin aprel ayının sonlarında 32 mmlik qaz xəttinin 57 mm-lik yerüstü qaz xətti ilə əvəzlənməsi ilə əlaqədar aparılan təmir işləri zamanı 32 mm-lik yeraltı xəttinin artıq 57 mm-lik yerüstü xətlə əvəz olunduğunu düşünmüş, bu səbəbdən də yerüstü çəkilmiş 57 mm-lik qaz xəttinə dirsək verilməsi üçün yeraltı keçən 32 mm-lik qaz xəttinin partlayış baş vermiş fərdi yaşayış evinin divarının yanından keçən təxminən 50-60 sm hissəsini qırmış və həmin vaxt ərazidə işləyən digər əməkdaşlar 32 mm-lik yeraltı xəttin artıq yerüstü xətlə əvəz olunduğunu, yəni yararsız xətt olduğunu düşündüklərindən xəttin qırılaraq sonluğu açıq qalmış hissəsini bağlamadan üzərini örtmüşlər. Lakin əraziyə qazın verilişi bərpa olunduqdan sonra 32 mm-lik yeraltı qaz xəttinin yerin altında sonluğu açıq vəziyyətdə qalmış hissəsindən qaz sızmağa başlamış, yay ayları olduğu üçün oktyabr ayına qədər qazın təyziqi aşağı olmuş, eləcə də pəncərə və qapılar açıq olduğuna görə partlayış baş verməmişdir. 02 oktyabr 2021-ci il tarixdə isə həmin açıq qalmış sonluqdan qaz sızaraq evə dolmuş və partlayış baş vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Gəncə X11 İdarəsinin Gəncə Xidmət Sahəsinin təmir bərpa xidmətinin yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingəri Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin aprel ayının sonlarında Gəncə şəhəri, Cavadxan qəsəbəsi adlanan ünvanda yerləşən yeraltı çəkilmiş 32 mm-lik qaz xətlərinin dəyişdirilərək yerüstü çəkilməsi barədə təmir-bərpa xidmətinin rəisi Təqsirləndirilən şəxs tərəfindən göstəriş verilmiş, onlar da təmir-tikinti biriqadası olaraq naryad buraxılış vərəqəsi əsasında qeyd olunan ünvana getmişlər. Orada partlayış baş vermiş evdən təxminən 30 metr aralı məsafədə yerləşən qaz tənzimləyici şkafdan çıxan 57 mm-lik yeraltı qaz xəttinin 32 mm-lik yeraltı qaz xəttinə birləşdiyi yerdə təmir işləri aparmışlar və xəttin birləşmə yerinə 57 mm-lik yerüstü qaz xəttini qaynaq vasitəsi ilə birləşdirilməklə qaz tənzimləyici şkafdan partlayış baş vermiş evə doğru yerüstü qaz xəttini çəkmişlər, lakin yerin altı ilə gedən 32 mm-lik qaz xətti ləğv edilmədiyi üçün yeni çəkdikləri xəttə qazın verilişi bərpa edilməmişdir. Bir neçə gün sonra 32 mm-lik xətti ləğv edərək təbii qazın yerüstü 57 mm-lik xəttə verilməsi üçün əraziyə gedərək işlər aparmağa başlamışlar. İlk olaraq qaz tənzimləyici şkafdan çıxan 57 mm-lik xəttin 32 mm-lik yeraltı qaz xəttinə birləşdiyi hissə qaynaqçı Sənan Vəliyev tərəfindən kəsilmiş və təbii qaz artıq yerüstü çəkilmiş 57 mm-lik xəttlə partlayış baş vermiş fərdi yaşayış evinin divarının yanından keçən 32 mm-lik yerstü qaz xəttinə qoşularaq həmin küçə boyu əhalini təbii qazla təmin etmişlər. Təmir işləri apardıqları zaman təmir-bərpa xidmətinin rəisi Təqsirləndirilən şəxs gəlib onlara qaynaqçı Sənan Vəliyev tərəfindən kəsilmiş qaz tənzimləyici şkafdan çıxan 57 mm-lik xəttin 32 mm-lik yeraltı qaz xəttinə birləşdiyi hissənin səhv kəsildiyini, partlayış baş vermiş evə doğru gedən 32 mm-lik yeraltı qaz xəttinin birləşmə yerini deyil, qaz tənzimləyici şkafla üzbə-üz dayandıqda sol tərəfdə yerləşən çörək sexinə gedən xətti kəsdiyini bildirmiş, buna görə də, Sənan Vəliyev tərəfindən xəttin birləşmə yerindən kəsilmiş hissəsi qaynaq vasitəsi ilə birləşdirilərək yenidən bərpa edilmişdir. Yəni naryad buraxılış vərəqəsində qeyd edilən həmin ərazidə yeraltı xəttlərin yer üstü xətlərlə əvəz olunması ilə bağlı verilmiş tapşırığa əsasən yer altı olan qaz xəttlərini kəsməklə öz vəzifə borclarını yerinə yetirmişlər. Lakin həmin vaxt təmir bərpa xidmətinin rəisi Təqsirləndirilən şəxs həmin əraziyə gələrək həmin xəttin çörək sexinə getdiyini bildirərək yenidən xəttin birləşdirilməsinə göstəriş vermişdir. Daha sonra müqavilə əsasında işləyən çilingər Şahid3 bir neçə gün əvvəl çəkilmiş 57 mm-lik yerüstü qaz xəttinə bəzi hissələrdə dayaq vermək üçün boru ehtiyyac olduğundan boru tapıb gətirməyə getmiş və Şahid3 57 mm-lik qaz xəttinə dirsək verilməsi üçün yeraltı keçən 32 mm-lik qaz xəttinin partlayış baş vermiş fərdi yaşayış evinin divarının yanından keçən yerüstü çəkilmiş 32 mm-lik qaz xəttinə yerin altından çıxaraq qoşulmuş təxminən 50-60 sm hissəsini qıraraq gətirmiş, həmin xəttin artıq yerüstü xətlə əvəz olunduğunu, yəni yararsız xətt olduğunu düşünmüşlər, bu səbəbdən də, təmir işləri yekunlaşdıqdan sonra 32 mm-lik qaz xəttinin üstü örtülməmişdir. Həmçinin həmin qaz xətləri dəyişdirilən zaman bütün iş proseslərində Təqsirləndirilən şəxs özü iştirak etmiş, ilkin olaraq onun göstərişi ilə şkafdan çıxan xətt səhv kəsilmiş, həmçinin onun artıq yararsız olaraq düşündüyü və dirsək vermək üçün xətdən bir hissəni kəsib gətirməsindən Təqsirləndirilən şəxs da xəbəri olmuş, lakin iş üzrə nəzarəti həyata keçirmiş xidmət rəisi Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş xəttin qaynaq edilməsi barədə heç bir göstəriş verilmədiyi üçün onun müşayiəti ilə təmir işləri yekunlaşdıqdan sonra 32 mm-lik qaz xəttinin üstü örtülməmişdir. Nəticədə həmin xəttin açıq vəziyyətdə qalmış hissəsindən qaz sızmağa başlamış, yay ayları olduğu üçün oktyabr ayına qədər qazın təzyiqi aşağı olmuş, eləcə də pəncərə və qapılar açıq olduğuna görə partlayış baş verməmişdir. 02 oktyabr 2021-ci il tarixdə isə həmin açıq qalmış sonluqdan qaz sızaraq evə dolmuş və partlayış baş vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə X11 İdarəsinin Gəncə Xidmət Sahəsinin təmir bərpa xidmətinin digər əməkdaşları Şahid4 da Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X12 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 819 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan, üzün, qulaq seyvanlarının, boyunun, hər iki çiyinin, dirsəklərin və saidlərin aşağı hissəsinin, hər iki əlin, əl barmaqlarının, hər iki budun, dizlərin və baldırların, ayaq arxasının 59-60 faizini təşkil edən İİA-İİB-İİİ dərəcəli termiki yanığı yaraları, yüksək hərarətin (alovun) təsirindən törənmişdir, qərarda qeyd olunan xx.xx.2021-ci il tarixdə, baş vermiş qaz partlayışı nəticəsində yaranmış alovun yerli təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “ağır” zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli, 10/5213 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin hamam otağında baş vermiş partlayış hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 15915,0 (106,1 x 150) manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 9/7155 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məlumatda göstərilən 7 adda malların zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 2210,00 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli, 3/1767 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd borunun üzərində trasoloji iz və zədə yoxdur. Tədqiqata təqdim edilən bir ədəd borunun üzərində olan zədələr korroziya nəticəsində əmələ gələn dəliklərdir. Təqdim edilmiş bir ədəd borunun üzərində rəyin təsviri hissəsində qeyd olunan dəliklərin ölçüsü və sayı verilib. Elmi metodika olmadığından zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/5214 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş partlayışın mənbəyi evin hamam otağının daxilində olmuşdur. Partlayış, evin küçəyə tərəf divarından 1,9 metr məsafədə sonluğu açıq olan 32 mm-lik yeraltı polad qaz borusundan sızan qazın evin hamam otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən yanması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 7.9 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.12, 1.19, 8.44, 9.28 bəndlərinin tələbləri Gəncə X10 idarəsinin Təmir-bərpa xidmətinin rəisi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 10/2860 nömrəli rəyindən görünür ki, 01 iyul 2021-ci il tarixdə Gəncə X11 idarəsinin rəisi X.İ.Namazov tərəfindən təsdiq edilmiş “Azəriqaz” X1 istismar idarəsinin Təmir-bərpa xidmətinin rəisinin vəzifə təlimatına görə: - bənd 1.1 İş yerlərinin texniki vəziyyətinə nəzarət etmək, texniki-təşkilatı tədbirlər planında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək - qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etmək - İstismarda olan qaz kəmərlərinin, qaz təchizatı sisteminin, cihazların, bağlayıcı və qaz tənzimləyici qurğuların yerləşməsini, miqdarını, texniki vəziyyətini və təhlükəsiz istismarını təmin etmək, Bununla yanaşı: İ. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın tələblərinə görə: - bənd 7.9 Yeni çəkilmiş qaz kəmərlərinin istismar olunan qaz kəmərinə birləşdirilməsi (qaz altında qoşulması) onların istismara qəbul edilməsi barədə akt və qanunvericilikdə müəyyən edilmiş şərtlər əsasında, müəssisənin qaz təsərrüfatının baş mühəndisinin təsdiq etdiyi təlimatlar əasında aparılır. İİ. 1987-ci ildə təsdiq olunmuş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın tələblərinə görə: - bənd 1.12 “Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qaz təsərrüfatlarının istismarı zamanı təhlükəsizliyin təmin edilməsi qaz təsərrüfatlarının ilk rəhbərlərinə həvalə edilir” - bənd 1.19 “Qaz təsərrüfatının ... müəssə və təşkilatların vəzifəli şəxsləri qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş verib-verməməsindən asılı olmayaraq şəxsi məsuliyyət daşıyırlar. Onlar eyni zamanda özlərinin tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də, məsuliyyət daşıyırlar”. - bənd 8.44 “Binaların yaxud obyektlərin qaz avadanlıqlarını sökdükdə onlara gələn qaz kəmərləri paylayıcı qaz kəmərlərinin çıxış yerindən kəsilməli və qaynaq edilməklə bağlanmalıdır”. Rəyin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 7.9 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın 1.12, 1.19, 8.44, 9.28 bəndlərinin, “Azəriqaz” X1 İstismarı İdarəsinin rəisinin vəzifə təlimatının 1.1 bəndinin, “Azəriqaz” X1 İstismarı İdarəsinin Baş mühəndisinin vəzifə təlimatının 1.1 bəndinin, X11 İdarələrinin (inzibati rayonlar üzrə) rəis müavinlərinin vəzifə təlimatının 1.1 bəndinin və Gəncə X10 İdarəsinin Təmir-bərpa xidmətinin rəisinin vəzifə təlimatının 1.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. - Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən hadisə baş vermiş evin yaxınlığındakı yeraltı qaz xətləri yerüstü qaz xətləri ilə əvəz olunan zaman 32 mm-lik yeraltı polad qaz borusu paylayıcı qaz kəmərinin çıxış yerindən kəsilməklə qaynaq edilməsi təmin olunmadığına görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”-nın 8.44 bəndinin və Gəncə X10 İdarəsinin Təmir-bərpa xidmətinin rəisinin vəzifə təlimatının 1.1 bəndinin tələbləri Gəncə X10 İdarəsinin Təmir-bərpa xidmətinin rəisi tərəfindən pozulmuş, bu da hadisənin texniki səbəbinə aid edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 704 nömrəli məktubundan görünür ki, "xxxx" QSC ilə “Azəriqaz” İB arasında bağlanılmış 01 iyun 2020-ci il tarixli SOCAR **********0160350X00004 saylı satınalma müqaviləsinin şərtlərinə əsasən “Azəriqaz” İB-nin balansında olan xarici qaz kəmərlərinə texniki baxış sifarişçi tərəfindən təqdim olunmuş ünvanlı siyahı və texniki baxış qrafikləri əsasında həyata keçirilir. “Azəriqaz” İB-nin Gəncə X11 İdarəsinin təqdim etdiyi 2021-ci il ərzində texniki baxış keçirilməsi nəzərdə tutulan xarici yeraltı qaz kəmərlərinin ünvanlı siyahısında hadisə baş vermiş ünvan göstərilmədiyindən qeyd olunan ünvana texniki baxış keçirilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 05 noyabr 2021-ci il tarixli, 01/xx-xx/5751 nömrəli məktubundan görünür ki, ünvan 4ndə yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə **********2 saylı abunə kodu ilə X3 adına qeydiyyata alınmışdır. Hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixdə göstərilən ünvanda elektrik enerjisinin verilişində fasilələr, qəzalar və ayrılma halları barədə Gəncə EŞ-nə heç bir məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair 07 fevral 2017-ci il tarixli 9624 nömrəli müqavilədən görünür ki, paylayıcı olan Gəncə RQİİ-nin rəisi ilə istehlakçı Zərərçəkmiş şəxs1 arasında müqavilə imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə RQİİ-nin Gəncə rayonu üzrə Təmir bərpa xidmətindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:00-dan 15:00-dək Gəncə şəhəri, Avtozavod (Cavadxan) qəsəbəsində heç bir qaz dayanma və texnoloji rejimdə dəyişikliklər olmamışdır. Belə ki, hadisə olan ərazinin qaz təminatını təmin edən inventar nömrəsi ******* olan ŞQTM-200 tipli qaz tənzimləyicinin çıxış təzyiqi 188 mm bar (0,018atm) olmuşdur. Cinayət işi materiallarında olan 30 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən baş vermiş partlayış hadisəsi üzrə Gəncə X11 İdarəsinin rəisi X4, həmin İdarənin baş mühəndisi X8, İdarənin rəis müavini X5, həmçinin İdarənin Təmirbərpa xidmətinin əməkdaşları Şahid4 Qeys oğlu, Şahid3 və Şahid2 əməllərində cinayət tərkibi olmadığından onların barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və bu barədə cinayət işindən material ayrılaraq Gəncə şəhər prokurorluğunun arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 31 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə RQİİ tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarekterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə RQİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi Cümhuriyyət küçəsində yeraltı keçən 32 mm-lik qaz xəttinin 57 mm-lik yerüstü qaz xətti ilə əvəz edilməsi ilə əlaqədar olaraq, yeni çəkilmiş qaz xəttinin təhlükəsizlik tələblərinə riayət olunması məqsədi ilə xx.xx.2021-ci il tarixli, 322 saylı və xx.xx.2021-ci il tarixli, 327 saylı naryad buraxılış vərəqələri verilmişdir. Naryad buraxılış vərəqələri xx.xx.2021-ci il tarixli, SOCAR**********00040020A00066 saylı əmrə əsasən həmin vaxt Gəncə xidmət sahəsi üzrə Təmir bərpa xidmətinin rəisi işləmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş və qaz təhlükəli işlərin aparılmasına təhlükəsizlik qaydalarına riayət olunmasına bir başa cavabdehlik Təmir bərpa xidmətinin rəisinin səlahiyyətindədir. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir (Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Belə ki, CM-in 314.2-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən cinayətin obyektiv cəhəti aşağıdakı zəruri əlamətləri özün-də əks etdirir: - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması; - ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə, vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə etinasız yanaşması və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmə üçün vəzifəli şəxsin uzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrinin yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın 8.44 bəndində göstərilən “Binaların yaxud obyektlərin qaz avadanlıqlarını sökdükdə onlara gələn qaz kəmərləri paylayıcı qaz kəmərlərinin çıxış yerindən kəsilməli və qaynaq edilməklə bağlanmalıdır” kimi tələbləri vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin ağır nəticələrə və əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək vəzifə təlimatının və qanunvericiliyin həmin tələblərinə əhəmiyyət verməyib 2021-ci ilin tədbirlər planına əsasən təmir bərpa xidmətinin əməkdaşları tərəfindən 2021-ci ilin aprel ayının sonları və may ayının əvvəllərində Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Cumhuriyyət küçəsindəki evlərin yeraltı qaz xətlərini yerüstü xətlərlə əvəz olunan zaman 32 mm-lik yeraltı polad qaz borusu paylayıcı qaz kəmərinin çıxış yerindən kəsilməklə qaynaq edilməsi təmin olunmadığına və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan qəsəbəsi, Cumhuriyyət küçəsində yerləşən və Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin küçəyə tərəf divarından 1.9 metr məsafədə ləğv edilmiş 32 mm-lik yeraltı qaz xəttinin sonluğu açıq vəziyyətdə saxlanıldığı üçün nəticədə 02 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində 32 mm-lik yeraltı polad qaz borusundan sızan qazın evin hamam otağına dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən yanması nəticəsində ev sakini xx.xx.1999-cu il təvəlüdlü Zərərçəkmiş şəxs2 ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan, üzün, qulaq seyvanlarının, boyunun, hər iki çiyinin, dirsəklərin və saidlərin aşağı hissəsinin, hər iki əlin, əl barmaqlarının, hər iki budun, dizlərin və baldırların, ayaq arxasının 59-60% təşkil edən İİA-İİB-İİİ dərəcəli termiki yanığı yaraları, yüksək hərarətin (alovun) təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərini almış, həmçinin Zərərçəkmiş şəxs1 faktiki mülkiyyətində olan evin hamam otağında baş vermiş partlayış-yanğın hadisəsi nəticəsində evin əşya-əmlakına 2210.00 (iki min iki yüz on manat, sıfır qəpik ) manat və tikinti üzrə 15915,0 (on beş min doqquz yüz on beş manat, sıfır qəpik) manat olmaqla ümumilikdə 18.125,00 (on səkkiz min yüz iyirmi beş manat, sıfır qəpik) manat məbləğində əhəmiyyətli zərər dəymiş, bununla da, Təqsirləndirilən şəxs həmin əməli ilə vəzifəli şəxs olaraq işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilməsinə və bir mənzilə əhəmiyyətli zərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. “Azəriqaz” X1 İstismar İdarəsinin Təmir-Bərpa Xidmətinin rəisinin vəzifə təlimatının 1.1-ci bəndinə əsasən “İş yerlərinin texniki vəziyyətinə nəzarət etmək, texniki-təşkilati tədbirlər planında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etmək, İstismarda olan qaz kəmərlərinin, qaz təchizatı sisteminin, cihazların, bağlayıcı və qaz tənzimləyici qurğuların yerləşməsini, miqdarını, texniki vəziyyətini və təhlükəsiz istismarını təmin etmək” kimi texniki təhlükəsizlik qaydalarına əməl olunması öhdəliyi Gəncə X10 İdarəsinin Təmir-bərpa xidmətinin xidmət rəisinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 8.44-cü bəndinə əsasən “Binaların yaxud obyektlərin qaz avadanlıqlarını sökdükdə onlara gələn qaz kəmərləri paylayıcı qaz kəmərlərinin çıxış yerindən kəsilməli və qaynaq edilməklə bağlanmalıdır”. Hadisənin baş vermə şəraitini, göstərilən qaydaların tələblərini nəzərə almaqla məhkəmə hesab edir ki, baş vermiş hadisənin səbəbi Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməmiş, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin ağır nəticələrə və əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək vəzifə təlimatının və qanunvericiliyin həmin tələblərinə əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarekterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışıq olmamış, zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən hər hansı bir formada zərər ödənilməmiş, zərərçəkmiş tərəflə barışığın əldə edilməsi üçün real cəhdlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmiş və zərərçəkmiş şəxslər şikayətçidir. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 354.1.1-ci maddəsinin tələbinə əsasən mülki iddia qismən təmin edilməli və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 18.125 (on səkkiz min yüz iyirmi beş) manat məbləğində pul və ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia tələbi Gəncə X10 İdarəsinə münasibətdə isə rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 368 (üç yüz altmış səkkiz manat) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 18.125 (on səkkiz min yüz iyirmi beş) manat məbləğində pulu və ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia tələbi Gəncə X10 İdarəsinə münasibətdə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 368 (üç yüz altmış səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar