Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-26/2024 01.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədilə Zərərçəkmiş şəxs əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs 4300 manat qarşılığında Azərbaycan Respublikası Mənzil X8 Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən X7 güzəştli mənzil əldə etməsini təmin edəcəyini bildirərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 4300 manat pulu alıb ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə 4300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə Zərərçəkmiş şəxs əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə sonuncu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs 1000 manat qarşılığında qaynı Şahid1 Azərbaycan Texnologiya Universitetində olan kəsrlərini düzəldib diplomunu alacağını, özünü isə 500 manat qarşılığında Gəncə Hərbi Prokurorluğunun dəftərxanasında işə düzəldəcəyini bildirərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 1000 manat pulu, 2021-ci ilin may ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda isə Zərərçəkmiş şəxs Şahid4 vasitəsilə Gəncə şəhəri ərazisində 500 manat pulu alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs rəfiqəsi Larisa adlı qadının vasitəsilə tanımışdır. 2021-ci ilin mart ayının əvvəllərində Larisanın Gəncə şəhərində yerləşən evində olan zaman Firuzəni ilk dəfə görüb tanış olmuşdur. Firuzə ərinin hərbiçi olduğunu, vəfat etdiyi və paltar pulunu ala bilmədiyini ona demişdir. Söhbəti zamanı həmçinin Firuzə iki azyaşlı uşağı ilə kirayə yaşadığını, mənzili olmadığını, işsiz olduğunu və başqa problemlərinində olduğunu ona demişdir. Daha sonra o Firuzənin Gəncə şəhərində “Pasyolka” adlanan ərazidə yerləşən evinə getmişdir. O, Firuzəyə yeni tikilən “MİDA” sosial evlərində dövlət xətti ilə ev almasına köməklik edəcəyinə və bunun müqabilində 4300 manat məbləğində pul alacağını demişdir. Bundan sonra Firuzə onunla razılaşmış və bir neçə gün sonra, yəni 2021-ci ilin mart ayının sonlarında ona 4300 manat məbləğində pul vermişdir. Lakin o həmin pulu ehtiyacları üçün xərcləmiş və Firuzəyə bu barədə məlumat verməmişdir. 2021-ci ilin may ayının ortalarında Firuzə ona qaynı Vüsalın oxuduğu Gəncə Texnologiya Universitetində kəsrlərinin olduğunu və bu səbəbdən diplom ala bilmədiyini demişdir. Həmin vaxt o Firuzəyə bu məsələni həll edə biləcəyini lakin bunun müqabilində 1000 manat məbləğində xərc tələb olunduğunu demiş və Firuzə onunla razılaşaraq həmin pulu ona vermişdir. Daha sonra Firuzənin işsiz olduğunu və işə düzəlmək istədyini bildiyi üçün Firuzədən yenidən pul alacağını düşünərək Firuzəyə 1500 manat qarşılığında Hərbi prokurorluğa onu işə düzəldəcəyini demiş və Firuzə onunla razılaşmışdır. Lakin Firuzə ona 1500 manat məbləğində pulunun olmadığını 500 manat məbləğində pulunun olduğunu bildirmiş və o, Firuzə ilə razılaşaraq həmin pulu götürmüşdür. Lakin o, həmin pulları aldıqdan sonra vəd etdiyi işlər ilə bağlı heç bir iş görməmiş və həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. Həmçinin, o, qorxduğu üçün Firuzədən aldığı pulu Əlisahib adlı şəxsə verdiyini demiş, lakin həmin pulu o, öz şəxsi ehtiyacları üçün xərcləmiş, Əlisahib adlı şəxsə pul verdiyini isə məsuliyyətdən azad olmaq üçün yalan demiş, Firuzədən birinci 4300 manat məbləğində pulu ona sosial binalarda ev düzəltmək üçün almış, bundan sonra isə 1000 manat məbləğində pulu isə Firuzənin qaynı X9 Universitetində olan kəsrləri həll edəcəyi adı ilə almış, daha sonra Firuzənin işsiz olduğunu və işə düzəlmək istədyini bildiyi üçün Firuzədən yenidən pul alacağını düşünərək ondan Hərbi prokurorluğa işə düzəldəcəyi adı ilə 500 manat pul almış, lakin o həmin pulları aldıqdan sonra vəd etdiyi işlər ilə bağlı heç bir şey etməmiş, həmin puları öz ehtiyacları üçün xərcləmiş, Firuzə həmin 4300 manat, 1000 manat məbləğində olan pulları ona verərkən yanlarında Firuzənin qaynı Vüsal, qaynatası Əbülfət və qaynanası Elza olmuş, 500 manat məbləğində pulu isə tanışı olan Şahid4 kartı vasitəsilə əldə etmiş, Şahid4 həmin pulun nə üçün ona göndərildiyini bilməmiş, o Sarvana həmin 500 manat məbləğində olan puldan heç nə verməmiş, o, Zərərçəkmiş şəxs pul alarkən heç bir vəzifəli şəxsin adından, o cümlədən Göygöl rayon prokuroru İlqar Hacızadənin adından istifadə etməmiş, həmin cinayət əməlini tək törətmiş, əldə etdiyi pulu o, öz ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşman olmaqla zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmiş, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 07 iyun 2018-ci il tarixdə keçmiş hərbiçi olan əri X12 xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. O, iki azyaşlı uşağı ilə birlikdə yaşayır və övladlarına tək baxır. Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında Larisa adlı tanışının vasitəsi ilə tanımışdır. Larisa özü Gürcüstan Respublikasının vətəndaşıdır. 3 il əvvəl Gəncə şəhəri, Hərbi şəhərcikdə Larisa adlı qadın qonşusu olmuşdur və Larisa özünə məxsus evində gürcü məhsulları satırmış və o, Larisadan bazarlıq etdiyinə görə Larisa ilə münasibətləri yaranmışdır. Həmin vaxtdan Larisanın evinə bazarlıq etmək üçün tez-tez getmişdir. 2021-ci ilin əvvəllərində o Larisanın evində olan zaman Larisaya işsiz və evsiz olduğunu demişdir. Larisa ilə söhbət edən zaman Nərgiz adlı tanışı olduğunu, Nərgizin Göygöl rayon prokuroru İlqar Hacızadənin yanında köməkçi işlədiyini, hər yerə əli çatdığını ona bildirmişdir. Larisa Nərgiz adlı tanışını çağırıb onunla tanış edib problemlərini həll edəcəyini demişdir. 2021-ci ilin mart ayının əvvəllərində o, Nərgiz ilə Larisanın evində tanış olmuş və Nərgizə ərinin vəfat etdiyini, iki azyaşlı uşaqlara tək başına baxdığını, mərhum ərinin paltar pulunu hələ də ala bilmədiyini, evsiz, işsiz olduğunu və başqa problemlərini demişdir. Nərgiz də ona mərhum ərinin təqribən 1300 manat dəyərində paltar pulunu alacağına, aztəminatlı ailə kimi ona sosial təyinatlı mənzil düzəldəcəyinə, onu işə qoyacağına və qaynının X1 pozduracağına söz vermiş və bütün bu işləri köməkçisi işlədiyi Göygöl rayon prokuroru İlqar Hacızadənin əli ilə müəyyən miqdarında pul verməklə düzəldiyini bildirmişdir. Bir neçə gün sonra Nərgiz onunla əlaqə saxlamış və ona sosial mənzillərə görə iki otaqlı mənzilə 2000 manat, üç otaqlı mənizə 3000 manat, dörd otaqlı mənzilə isə 4000 manat pul lazım olduğunu demişdir. Həmçinin, Nərgiz ona aztəminatlı ailə və əri hərbiçi olduğu müddət ərzində rəhmətə getdiyinə görə sosial təyinatlı mənzillərdən ala biləcəyini demişdir. Nərgizlə söhbət edən zaman 4000 manat verib dörd otaqlı mənzil götürmək istədiyini demişdir. Nərgiz 4000 manatdan əlavə 300 manatda sənədləşmə işinə görə istəmişdir. Nərgizlə söhbət edən zaman pulu düzəldib onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra Nərgiz hər gün ona zəng edib pul tapıb-tapımadığını soruşmuşdur. O isə Nərgizə azyaşlı uşaqlarına görə təqaüd aldığını, həmin puldan Nərgizə verə bilməyəcəyini, lakin bankdan kredit götürüb verəcəyini bildirmişdir. 29 mart 2021-ci il tarixdə Gəncə şəhərində yerləşən "xxxx" ASC-dən kreditə pul götürmüş, həmin gün Nərgizə zəng etmiş və o, Nərgizə bankdan kreditə pul götürdüyünü, həmin pulu götürməsini bildirmişdir. Nərgiz axşam saatlarında Gəncə şəhərində yerləşən evinə gəlmişdir. Nərgiz onun yaşadığı evə gəldikdən sonra Göygöl rayon prokuroru İlqar müəllimlə onun dörd otaqlı mənzil işini danışdığını və 4300 manat pulu verdikdən sonra iki ay ərzində Gəncə şəhərində “Çay Qırağı” adlanan ərazidə yerləşən “MİDA” şirkətinin inşa etdiyi sosial mənzillərdən ona 4 otaqlı mənzil ayrılacağını demişdir. O, Nərgizlə razılaşdıqdan sonra 4300 manat pulu yaşadığı evdə qaynı Şahid1, qayınanası Şahid2 və qayınatası Əbülfət Məhərrəmovun yanında Nərgizə vermişdir. Nərgiz pulu götürdükdən sonra ona pulu İcra üçün verəcəyini deyərək, getmişdir. Daha sonra 05 aprel 2021-ci il tarixdə X15 Universitetinin tələbəsi qaynı Şahid1 kəsrlərini düzəldib diplomunu almaq adı ilə 1000 manat pulunu almış və iyul ayında kəsrləri götüzdürüb Vüsalın diplomunu alacağını vəd etmiş və bu işi də İlqar müəllimin vasitəsilə həll edəcəyini demişdir. 2021-ci ilin may ayının ortalarında Nərgiz ona Gəncə şəhər Hərbi prokurorluğunda dəftərxanada bir qadının təqaüdə çıxacağını və yeri boşalacağı üçün onu həmin yerə işçi kimi düzəldə biləcəyini demiş və həmin işin müqabilində 1500 manat pul istəmişdir. İşsiz olduğuna görə Nərgizin təklifi ilə razılaşmışdır. Lakin Nərgizlə söhbət edən zaman 1500 manatı tapa bilməyəcəyini, 500 manat verə biləcəyini demiş və Nərgiz onunla razılaşmışdır. 2021-ci ilin may ayının ortalarında 500 manat pul düzəltmiş və Nərgizlə əlaqə saxlamışdır. Həmin vaxt Nərgiz Kürdəmir rayonunda olduğunu deyərək, sonuncunun tanışı Qurban adlı şəxsin qohumunun kartını ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərmiş və pulu kart hesabına köçürməyini demişdir. O 500 manat pulu həmin karta köçürmüşdür. Daha sonra Nərgizə qeyd edilən işləri söz verdiyi vaxtda etmədiyinə görə iradını bildirdikdə, Nərgiz müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaq istəməmişdir. Sonra o Nərgizin işlədiyi Göygöl rayon prokurorluğuna getmiş və Nərgizin orada işləmədiyi, Göygöl rayon prokuroru İlqar Hacızadənın adından istifadə etdiyini bilmişdir. Bundan sonra o, polisə şikayət etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs verdiyi 5800 manat pulu bankdan və lombord kredit təşkilatlarından faizə pul götürmüş, həmin pullun 4300 manatını Gəncə şəhərində yerləşən evində qayını Vüsalın, qayınatası Əbülfət və qayınanası Elzanın yanında mənzillərdən 4 otaqlı mənzil almaq üçün vermiş, Gəncə şəhərində yaşadığı evdə 1000 manat pulu qayını Vüsalın kəsrlərini düzəldib diplom alması üçün, 500 manat pulu kart vasitəsi ilə Nərgizin tanışı Qurbanın qohumuna məxsus karta göndərmişdir. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs həmin pulun 4300 manata ona MİDA-nın Gəncə şəhərindəki layihəsindən mənzil ayrılması üçün, 1000 manatı Şahid1 kəsrlərinin düzəldilməsi üçün, 500 manatını isə onu işə qoymaq üçün almışdır. Həmin pulların hamısı ona məxsus olmuşdur və ona maddi ziyan dəymişdir. O, Nərgizə qeyd etdiyi problemlərini demiş və Nərgiz isə ona yalandan kömək edəcəyini dediyi üçün pulu vermişdir. Nərgizin həmin pulu kimə verməsi ona maraqlı olmamışdır. Ona əsas maraqlı olan Nərgizin işini həll etməsi olmuşdur. Həmin pulu Nərgizə konkret olaraq hər hansı bir vəzifəli şəxsə verməsi üçün verməmiş, Nərgizin onun işini düzəldəcəyini düşünmüşdür. Hazırda, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Şahid X5 məhkəmə iclasında elan edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, ünvan 5 ünvanında qeydiyytada olsa da, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. 07 iyun 2018-ci il tarixdə oğlu X12 xərçəng xəstəliyindən vəfat etmişdir. Zərərçəkmiş şəxs gəlinidir və oğlu dünyasını dəyişdikdən sonra iki azyaşlı övladı ilə birlikdə onlarla birlikdə yaşayır. Təqsirləndirilən şəxs gəlini Firuzənin vasitəsi ilə tanımışdır. Firuzə isə Nərgizi 2021-ci ilin mart ayında Larisa adlı tanışının vasitəsi ilə tanımışdır. 2021-ci ilin mart ayının əvvəllərində X10 evində tanış olan zaman gəlini Firuzə Nərgizə ərinin rəhmətə getdiyini, iki azyaşlı uşaqlara tək başına baxdığını, mərhum ərinin paltar pulunu hələ də ala bilmədiyini, evsiz, işsiz olduğunu və başqa problemlərinin olduğunu demişdir. Nərgiz ilə gəlini Firuzəyə sonuncunun mərhum ərinin paltar pulunu alacağına, aztəminatlı ailə kimi ona sosial təyinatlı mənzil düzəldəcəyinə, işə qoyacağına və qaynının yəni oğlunun X1 düzəltdirəcəyinə söz vermiş və bütün bu işləri köməkçisi işlədiyi Göygöl rayon prokuroru İlqar Hacızadənin köməyi ilə müəyyən miqdarda pul verməklə düzəldəcəyini bildirmişdir. 29 mart 2021-ci il tarixdə Firuzə Gəncə şəhərində yerləşən "xxxx"-dan kreditə pul götürmüş, elə həmin günü axşam saatlarında Gəncə şəhərində yerləşən evlərinə gəlmiş və Göygöl rayon prokuroru İlqar müəllim ilə dörd otaqlı mənzil işini danışdığını və 4300 manat pulu verdikdən sonra iki ay ərzində Gəncə şəhərində yerləşən “MİDA” şirkətinin inşa etdiyi sosial mənzillərdən gəlini Firuzəyə 4 otaqlı mənzil ayrılacağını demişdir. Firuzə 4300 manat pulu yaşadıqları evdə oğlu Şahid1 və arvadı Şahid2 yanında Nərgizə vermişdir. Nərgiz pulu götürdükdən sonra “gedirəm İcraya, prokuror tapşırdırıb, - pulu ora verəcəm” demişdir. 05 aprel 2021-ci il tarixdə X15 Universitetinin tələbəsi oğlu Şahid1 kəsrlərini düzəldib diplomunu almaq adı ilə Firuzənin 1000 manat pulunu almış və iyul ayında kəsrləri düzəltdirib Vüsalın diplomunu alacağını vəd etmişdir. 2021-ci ilin may ayının ortalarında X18 şəhər Hərbi prokurorluğunda dəftərxanaya işə düzəltmək adı ilə 500 manat əlavə pulunu almışdır. Həmin pulu Firuzə Qurban adlı şəxsin qohumunun kartına göndərmişdir. Lakin Nərgiz gəlini Firuzəni aldatmış onunla danışdığı kimi sosial mənzil, oğlunun kəsrlərini düzəldib diplom almasına və işə düzəltmək işlərini görməmişdir. Firuzə Nərgizdən pulunu istədikdə hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Daha sonra Firuzə Göygöl rayon prokurorluğuna getmiş və Nərgizin orada işləmədiyini bilmiş, bundan sonra Firuzə aldadıldığını bilərək Göygöl rayon Polis Şöbəsinə şikayət etmişdir. İş üzrə Şahid2 və Şahid1 məhkəmə iclasında elan edilmiş ibtidai istintaqa verdikləri ifadələrindən görünür ki, onlar şahid X6 ilə eyni məzmunlu ifadə vermişdirlər. Şahid3 məhkəmə iclasında elan edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da, əslən azərbaycanlıdır və Azərbaycan dilində yazıb, oxuya bilir. Hazırda Gəncə şəhəri, Kəpəz rayonu, Kəlbəcər qəsəbəsi, Əmir Nəcibi küçəsində iki azyaşlı övladı ilə birlikdə yaşayır. 2008-ci ildən X13 ilə ailə qurub Azərbaycan Respublikasına köçmüş və o vaxtdan burada yaşayır. Sonra əri ilə birlikdə Rusiya Federasiyasına getmiş və 2014-cü ildən əri Şahinlə birlikdə Azərbaycan Respublikasına gəlmiş və hazırki vaxta qədər Gəncə şəhərində yaşayır. Əri Şahin isə Rusiya Federasiyasında işləyir. O, Gürcüstan Respublikası vətəndaşı olduğuna görə ölkə daxilində daimi iş yeri tapa bilmir. Ona görə də ailəsini dolandırmaq üçün Rusiya Federasiyasından gəldikdən sonra evində Gürcüstan məhsulları satmaqla dolanışığını təmin edir. Təqsirləndirilən şəxs 2016-cı il tarixdən tanıyır. Belə ki, həmin ərəfələrdə Nərgiz onun müştərisi olmuş və ondan Gürcüstan məhsulları almışdır. Zərərçəkmiş şəxs isə 3 il əvvəl Gəncə şəhərində Hərbi şəhərciyində kirayədə yaşayan zaman tanımışdır. Belə ki, Firuzə çörək sexində işləmiş və çörək sexindən çörək alarkən münasibətləri yaranmışdır. Sonradan Firuzə onun yaşadığı evə tez-tez gəlmiş və ondan Gürcüstan məhsulları, yəni yuyucu toz, kolbasa məhsulları və sairə almışdır. 2021-ci ilin mart ayında Nərgiz yaşadığı evə gəlmişdir. Həmin ərəfələrdə Nərgiz evində olan zaman Firuzə də evinə gəlmişdir. Nərgizlə Firuzə arasında münasibətlər yaranmışdır. X11 mərhum hərbiçi ərinin paltar pulunu ala bilmədiyi üçün köməklik etməsini xahiş etmişdir. X19 arasında nə baş verdiyini bilməmişdir. Daha sonra ona Nərgiz Firuzəni işə düzəltmək üçün pulunu alıb, amma düzəldə bilmədiyinə görə də Firuzə polisə şikayət etdiyini bilmişdir. Həmçinin, Firuzə Nərgizi onun yaşadığı evdə görüb və onlar tanış olmuş, Nərgizin Göygöl rayon prokuroru İlqar Hacızadənin köməkçisi olması haqqında heç bir məlumatı olmamış, Nərgizin konkret olaraq harada işləməsi haqqında məlumatı olmamış, o, yalnız Nərgizin Göygöl rayonunda işlədiyini bilmiş, Nərgizin Firuzəyə 4 otaqlı mənzil düzəltmək üçün 4300 manat pulunu almasını, Firuzənin qayını Vüsalın kəsrlərini düzəldib diplom alması üçün köməklik etmək müqabilində 1000 manat pulunu, həmçinin X17 şəhərində yerləşən Hərbi Prokurorluqda işə düzəltmək adı ilə 500 manat pulunu alması barədə sonradan Firuzə ona bildirdikdən sonra məlumatı olmuşdur. Şahid4 məhkəmə iclasında elan edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Kəlbəcər qəsəbəsi, Əmir Nəcibli küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Hal-hazırda Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində təhsil alır, 2-ci kurs tələbəsidir. X20 Gəncə şəhərində hərbi xidmətdə olduğu vaxt valideynləri qardaşı Qurbanın yanına gələn zaman Larisa adlı qadını tanımış və onunla münasibətləri yaranmışdır. 2021-ci ilin may ayında qardaşı Qurban məzuniyyətdə olan zaman Larisa, sonuncunun övladları və rəfiqəsi Nərgiz adlı qadın ilə onların yaşadığı evə qonaq gəlmişdir. Nərgiz və Larisa onlarda qonaq olan zaman o, təqaüd almağa gedərkən Nərgiz ona məxsus karta 500 manat məbləğində pul gələcəyini və həmin pulu ona məxsus kartdan çıxardaraq ona verməsini xahiş etmişdir. Daha sonra o “Kapital Banka” məxsus terminaldan həmin 500 manat məbləğindəki pulu çıxartmış və Gəncə şəhərində yerləşən Yeni qəsəbədə Nərgizə vermişdir. Nərgiz həmin pulun özünə məxsus olduğunu ona demişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. xx.xx.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. xx.xx.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, şahid X6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması” barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində tutularaq Kəpəz RPİ-nə gətirilmiş və Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2021-ci il tarixli 6478 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2021-ci il tarixli 5883 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 8248 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25%-i həcmində, yəni 1.450 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, az ağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tamamilə ödəmiş, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Başqa sözlə, işdə olan xx.xx.2024cü il tarixli, 8248 nömrəli bank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə vurmuş olduğu 5800 manat ziyanın 25 faizi, yəni 1.450 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-2-ci maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 321.2-ci maddəsinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən qəbul edilən qərarlardan biri də 321.2.1ci maddədə nəzərdə tutulan cinayət işi üzrə icraata xitam verilməsidir. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.3, 321, 344-347, 356, 358 və 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-26/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-26/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver