Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-26/2025 30.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Gürcüstan Respublikasının, Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 dekabr 2020-ci il tarixdən başlayaraq 23 iyul 2012-ci il təvəllüdlü X8 və 13 iyun 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-876/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, habelə 01 fevral 2021-ci il tarixdən başlayaraq 13 iyun 2018-ci il təvəllüdlü X6 3 yaşına çatanadək, yəni 13 iyun 2021-ci i tarixə kimi hər ay 50 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair həmin məhkəmənin qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin 18 mart 2023cü il tarixli, 3(125)-583/2023 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 08 sentyabr 2023-cü il tarixədək cəmi 11770 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı sanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər fəhlə işləmiş, sonradan ayağında problemlər olduğundan fiziki işlə çox məşğul ola bilməmişdir. O, uşaqlarına pul lazım olanda göndərdiyini, ödəniş qəbzlərinin olduğunu, həmçinin yay ayında uşaqlarının onun yanında qaldıqlarını, təxminən 600-700 manat ödəniş etdiyini və öz evini Zərərçəkmiş şəxs aliment qaşılığında verəcəyini təklif etdiyini, lakin hazırda həbsdə olduğu üçün evi onun adına rəsmiləşdirə bilməmişdir. Sonda isə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dediyi sözlərin çoxusu yalandır, cəmi 200 manat ödəniş etmişdir. Daha sonar bildirmişdir ki, özü xəstədir, işləmir, 5 ildir ki, uşaqlara baxmaqda anası və qardaşları ona köməklik edir. O, borcun əvəzinə ev ona verilərsə alimentdən imtina etdiyini bildirmiş, lakin müxtəlif bəhanələrlə Təqsirləndirilən şəxs onu aldatmış və evi onun adına keçirməmişdir. İfadəsinin sonunda isə Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid1 ifadəsində Təqsirləndirilən şəxs icra işinin onun icraatında olduğunu bildirərək onun Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 fevral 2021-ci il tarixli, 2(005)-876/2021 saylı qətnaməsini icra etmədiyinə görə Gəncə şəhər Məhkəmənin 18 mart 2023-cü il tarixli, 3(125)-583/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edildiyini və keçən müddət ərzində aliment borcunu ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat verdiyini bildirmişdir. Digər Şahid2 məhkəmə iclasında iştirak edə bilmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərimişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-876/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs Nürəddin qızına verilməsi və xx.xx.2018-ci il təvəllüdlü X6 3 yaşınadək, yəni xx.xx.2021-ci il tarixə kimi hər ay 50 manat tutulub tələbkar Zərərçəkmiş şəxs Nürəddin qızına verilməsi, alimentin tutulma vaxtı xx.xx.2020-ci il tarixdən hesablanması, əlavə xərcin tutulma vaxtı xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsində xx.xx.2021-cİ il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin ödənilməsini yerinə yetirməmişdir. Bu səbəbdən icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bank və ya digər kredit təşkilatlarında pul vəsaitinin, əmanətin, depozitin, habelə daşınar və ya daşınmaz əmlakının olub-olmaması barədə müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldə biləcəyi hər hansı bir əmlak aşkar etmək mümkün olmamışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan kimi qeyd edilən ünvan 2 ünvanda yaşamadığı və borcluda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Bu barədə xx.xx.2021-iü il tarixli akt tərtib edilmişdir. Borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli verdiyi izahatında borcu ödəməyə imkanı olmadığını bildirmişdir. İcra sənədi üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması məhkəməyə göndərilmiş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inibati qaydada həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə borcun ödənilməsi üçün yeni müddət verilmiş və işə düzəlməsi üçün isə aidiyyəti Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xx.xx.2023-cü il tarixdə təklif verilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs birgə nikah dövründə əldə etdiyi əmlakını aşkar etmək məqsədi ilə onun nikahda olub-olmamasını müəyyən etmək üçün sorğu edilmiş və “Elektron icra” sistemindən Təqsirləndirilən şəxs nigaha daxil olmadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, lakin o, izahatında borcu ödəməyə imkanı olmadığını bildirmişdir. Həmin tarixdə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq verilmişdir. xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs verdiyi izahatında borcunu ödəməyəcəyini bildirmişdir. ƏƏSMN tabeliyində X4 X1 filialının xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs iş axtarmaq məqsədi ilə mərkəzə müraciət etmədiyi müəyyən edilmişdir. Beləliklə borclu bu kimi hərəkətlərlə icra sənədinin icrasından yayınmış və borcun ödənilməsindən boyun qaçırmağa cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə işlə bağlı müraciət etməsi təklif olunsada o, məşğulluq mərkəzinə müraciət etməmişdir. Keçən bu müddət ərzində cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcundan ödəniş etməmişdir. Cinayət qanunvericiliyinə görə məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda cinayət tərkibi yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən öz hərəkətlərini davam etdirmiş olsun. Dəfələrlə müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmiş və icra sənədləri üzrə müəyyən olunmuş tələbləri təmin etməmişdir, Təqsirləndirilən şəxs verdiyi bütün izahatları və etdiyi hərəkətləri belə bir nəticəyə gəlməyə əsas verir ki, o, məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Beləliklə Təqsirləndirilən şəxs əməlində CM-nin 306.1-ci maddəsinin tərkibi vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 876/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə Təqsirləndirilən şəxs iş üzrə tələbkar Zərərçəkmiş şəxs Nürəddin qızına 11550 (on bir min beş yüz əlli) manat ödənilməmiş aliment borcu və 220 (iki yüz iyirmi) manat əlavə xərc borcu olmaqla cəmi 11770 (on bir min yeddi yüz yetmiş) manat borcu qalmaqdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır.(i.v.1); - Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-876/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 23 iyul 2012-ci il təvəllüdlü X8 və 13 iyun 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağ üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin, həmçinin 13 iyun 2018-ci il təvəllüdlü X6 3 yaşına çatanadək, yəni 13 iyun 2021ci il tarixə kimi hər ay 50 manat məbləğində pulun tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. (i.v.13-16); - xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. (i.v.17, 18); - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, il tarixli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-876/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. (i.v.19, 42, 44, 46, 48); - xx.xx.2021-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. (i.v.21); - xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)- 876/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün 350 manat aliment borcunu X3 ödəmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. (i.v.29); - Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-583/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. (i.v.31-34); - xx.xx.2023-cü il tarixli yeni müddətin təyin olunması barədə bildirişdən görünür ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-876/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra edilməsinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. (i.v.35); -Gəncə şəhər Məhkəməsinin 8(125)-488/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v.37-39); -Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və onun barəsində nümayəndəliyə qonşular və sakinlər tərəfindən heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. (i.v.49); - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X4 X1 Filialı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, filialın əməkdaşı tərəfindən əlaqə (***-***-**-**) saxlanılaraq ona MEİS-də işaxtaran və ya işsiz kimi qeydiyyata alınması, həmçinin məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədirlərin görülməsi məqsədilə Filiala müaricət etməsi tövsiyə olunmuşdur. (i.v.50); -xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində saxlanılaraq 4-cü PB-nə gətirilmiş və Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v.89); - xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.110); - xx.xx.2024-cü il tarixli MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən Bakı şəhər Yasamal RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v.113); - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar, ifadələr və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. (i.v.115-121); - Gəncə şəhər Məhkəməsinin 1(125)-321/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. - xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-da radələrində Bakı şəhəri ərazisində saxlanılaraq 4-cü PB-nə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müəssisəyə daxil olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, ona məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədən yayınmış, məhkəmə çağırışına gəlmədiyinə görə barəsində məhkəmənin qərarına əsasən məcburi gətirmə tətbiq edilmiş və barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmişdir. Onun qəsdən məhkəmə çağırışlarına gəlməməsi, məhkəmədən qaçıb gizlənməsi islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun axtarışla həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 28 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 168 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli həbsə alındığı 30 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 168 (yüz altmış səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-26/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-26/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver