Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-262/2024 15.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına verilmə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını hüquqa zidd və əvəzsiz ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən və yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə dəmir hasardan aşma yolu ilə həyatyanı sahəyə qanunsuz daxil olduqdan sonra, mənzilin plastik qapısını sındırma yolu ilə açaraq mənzilə daxil olub, mənzilin yataq otağındakı paltar şkafından 10.000 manat nəğd pul, qonaq otağındakı güzgünün altından 01 ədəd 170 manat dəyərində 583 əyar, 2 qram çəkidə qadın qızıl boyunbağını, 01 ədəd 255 manat, 583 əyar, 3 qram çəkidə qadın qızıl boyunbağı, 01 ədəd 212.5 manat. 583 əyar. 2.5 qram çəkidə qadın qızıl boyunbağı və 01 ədəd 255 manat, 583 əyar. 3 qram çəkidə qadın qızıl qolbağını oğurlayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 10.892.5 manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla o oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, avqust ayının 9-10 aralığından etibarən Gəncə şəhəri, DOS-6 ərazidə yerləşən bina 79, mənzil 1A- nın ətrafında fırlanmış, həmin evin o aralıqda nə vaxtsa işığının sönməyini güdmüşdür. Belə ki, həmin evdə heç kəs olmadığı üçün bir gün də həmin evə girməyə qərar vermişdir. Avqust ayın 11-i həmin evdə işıqların sönülü olduğunu görmüşdür. Beləliklə qənaətə gəlmişdir ki, həmin evdə heç kəs yoxdur və evə daxil ola bilər. Avqust ayının 11-dən 12-sinə keçən gecə həmin evin yanına gələrək, hasardan aşmaq yolu ilə həyətə daxil olmuşdur. Dərhal həyətə göz gəzdirməyə başlamış, bu zaman həyətdə qapısı açıq formada, alətlərini yığılmış olduğu şkaf olduğu görmüşdür. Həmin şkafa yaxınlaşaraq, orada çəkic və vintaçan görmüş, onları götürüb evin içindəki plastik pəncərəni açmış, zala daxil olmuşdur. Ətrafda dəyərli əşya və ya pul varmı deyə axtarış etməyə başlamış, ilk öncə zalı axtarmış, oradan qızıl-zinət əşyaları tapmış və onları dərhal götürərək, cibinə qoymuşdur. Daha sonra arxa otaqda olan servantın önünə gəlmiş, həmin servantın içərisinə yığılmış paltarların arasını yoxlamağa başlamışdır. Daha sonra yorğanları yoxlamağa başlamış, bu zaman yorğanların arasından üzərinə pullar tökülmüşdür. Həmin zaman pulu da cibinə qoyaraq, oradan gəldiyi yolla uzaqlaşmağa başlamışdır. Oğurladığı həmin 10000 manat puldan borclarını ödəmiş və qalan pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurladığı qızıl-ziynət əşyalarını tanımadığı şəxsə 540 manata satıb həmin puluda şəxsi ehtiyacları üçün xərcləmişdir. 2023-cü il sentyabr ayının 7-də polis əməkdaşları onun oğurluqda şübhəli olduğunu bildirərək, onu polis bölməsinə dəvət etmişlər. Həmin ev sahibini qiyabi olaraq tanıyır və onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Həmin evə tək başına girmiş və oradan oğurluq etmişdir. Həmin çəkic və vintaçanı ona lazım olmadığı üçün onları oğurluq etdiyi mənzildə qoyub çıxmışdır. Sonda o, əməlindən peşman olduğunu və məhkəmədən zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının 9-da yaşadığı evin yaxınlığında yerləşən marketdən çıxan zaman yıxılmış və əli qırılmışdır. Tək yaşadığı üçün bacısıgildə qalmışdır. 2023-cü ilin avqust ayının 12-də yaşadığı evə getmişdir ki, evə baş çəksin. Təxminən günorta vaxtı tək yaşadığı ünvanına gəlmiş, yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşdiyi üçün qabağında həyatyanı sahəsi vardır. Darvazanı açıb həyətyanı sahəyə daxil olanda hiss eləmişdir ki, məhlədə hər şey öz yerində deyil, vaxınlaşıb görmüşdür ki, evin plastik pəncərəsi açıqdır, ancaq qapı bağlıdır. Pəncərədən içəri baxanda görmüşdür ki, evdəki əşyalar təmiz dağılıb. Bundan sonra evin dəmir qapısını açıb içəri daxil olub evdə olan pul və qızıl-ziynət əşayalarma baxmış, yerində olmadığını görmüş, ona görə də dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra onlar tərəfindən evə baxış keçirilmiş və ərizəsini almışlar. Ona ümumilikdə 10500 manat maddi ziyan dəymişdir. 10000 manat nəğd pulu yaşadığı evin yataq otağında yerləşən şakfın içində olan yorğanların arasında, 500 manat dəyərində olan qızıl-ziynət əşayalarını isə yaşadığı evin qonaq otağında yerləşən güzgünün qabağında saxlamışdır. Sonda o, məhkəmədən təqsirləndirilən şəxsə ona dəyən ziyanı ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 3 ünvanında baş vermişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq saxlanılmış və 08 fevral 2024-cü il tarixli qərara əsasən onun barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 07 dekabr 2023-cü il tarixədək uzadılmışdır. - BDYPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-2569/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına avtomaşın qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 3384/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 aprel 2024-cü il tarixli 9/1976 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 892,50 manat müəyyən edilir. Həmin qızıl-zinət əşyaları 2 qram 583 əyyar Rusiya İstehsalı boyunbağı qramı 85 manat, ümumilikdə 170 manat, 3 qram 583 əyyar Rusiya istehsalı boyunbağı qramı 85 manat, ümumilikdə 255 manat, 2.5 qram 583 əyyar Rusiya istehsalı boyunbağı qramı 85 manat, ümumilikdə 212,5 manat, 3 qram 583 əyyar Rusiya istehsalı qolbağı qramı 85 manat, ümumilikdə 255 manat müəyyən edilmişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5, 185.3.3, 326.2, 333.2-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tərtər hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 317.2-1-ci maddəsi ilə təqsirli bilinib 05 il 03 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. - Gəncə şəhər icra hakimiyyətinin 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda yoxdur. - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. - Gəncə Şəhər Məhkəməsinin 02 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 07 fevral 2023cü il tarixədək uzadılmışdır. - Goranboy Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünü etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs, əməlini etiraf etməsini, himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 58, 59 və 61-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməllərini, barəsində olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarsa da, məhkumluğu ödənilməmiş törətmişdir. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cinayətlərinin residivinin olması nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələri sanksiyasında nəzərdə tutulmuş CM-nin 65.2-ci maddəsində göstərilən qaydada alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəl törətmiş cinayətə görə məhkumluğu ödənilmədiyi halda yənidən eyni növ cinayət, yəni oğurluqlar etmişdir. Onun eyni xarakterli cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdən 08 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 05 (beş) ay müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalından dərhal həbsə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 16 (on altı) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 96 (doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 ( ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdən 08 fevral 2024-cü il tarixdək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 05 ( beş) ay müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM; VÖEN**********;AZ34CTRE **********0002088501, X3, KOD 210005, VÖEN **********; Müxbir hesab AZ41NABZ; ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən müvafiq olaraq 96 (doxsan altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi gündən) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-262/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-262/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver