Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-263/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi, professor Yalçın Harunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhərində yerləşən X12 MMC-də briqadr vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti olmaqla qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmişdir. Belə ki, o, təxminən 2018-ci ilin may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə, Emre Bölükbaş adlı istintaqa məlum olmayan şəxsdən 1000 türk lirəsinə Türkiyə Respublikasında əldə etdiyi Türkiyə Respublikasının Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixli, 69805 nömrəli sürücülük vəsiqəsinin blankı elektrofotoqrafik çap qurğuda (lazer printer,çoxaldığı qurğu və s) çap edilmiş, Türkiyə Respublikasının Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixli, 69805 nömrəli sürücülük vəsiqəsi «SDU» sənəd nümunələrinin bazasında olan Türkiyə Respublikasının həqiqi sürücülük vəsiqəsinin nümunəsi ilə eynilik təşkil etməyən hüquq verən rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli, 69805 nömrəli Türkiyə Respublikası vətəndaşının «sürücü belgesi»-nin saxta olduğunu bilə-bilə Azərbaycan Respublikasının həqiqi sürücülük vəsiqəsi ilə dəyişdirmək məqsədilə xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri. Nizami prospektində yerləşən 2 saylı Gəncə regional ASAN xidmət mərkəzinə təqdim etməklə Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixli BC 122292 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsi əldə etməklə saxta sənəddən istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasının vətəndaşı olsa da, təxminən 2009-cu ildən Azərbaycan Respublikasında atası Hulusi ilə birlikdə yaşayır, özü subaydır, hazırda Gəncə şəhərində “Rövşən Oğuz” tikinti şirkətini atası ilə birlikdə idarə edirlər, o, tikinti briqadiridir. O, atası ilə birlikdə Azərbaycan dövləti üçün faydalı işlər görmüşdür. Gəncə Filarmoniya, Gəncə Dram teatrı və Gəncə İdman kompleksində fəaliyyətləri çox olmuşdur. O orta məktəbi Bakı şəhərində bitirmiş, Azərbaycan Memarlıq və İnşaat Universitetinə 2012-ci ildə qəbul olmuş, lakin 2-ci kursdan çıxmış, təhsilini davam etdirməmişdir. Atası Bakı və "digər rayonlarda böyük tikinti işlərinin mühəndisi işləmişdir. O. 2018-ci ilin təxminən may ayında İstanbulda yaşadıqları ərazidə Emre Bölükbaş adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında ona sürücülük vəsiqəsi alacağı barədə bildirdikdə, Emre ona demişdir ki, o , onu imtahandan keçirəcək ,sonra da tez bir zamanda sürücülük vəsiqəsi ala bilər, lakin bunun müqabilində Emre ondan 1000 türk lirəsi pul istəmiş, o da razılaşmışdır. O, Emreyə 1000 TL pul və fotoşəkilini, şəxsiyyət sənədinin surətini vermiş və o, tez bir zamanda, təxminən 1 həftəyə Emre ona sürücülük vəsiqəsini vermiş və demişdir ki, bu vəsiqə hər yerdə keçərlidir, qanuni qeydiyyatdan keçmişdir. O da, Emreyə inanmış və həmin sürücülük vəsiqəsindən Türkiyə Respublikasında istifadə etməmiş, yalnız almış olduğu 2018-ci ildən Azərbaycan Respublikasında həmin sürücülük vəsiqəsindən istifadə etmişdir. O, 2022-ci ilin təxminən oktyabr ayında analığı Aygünün adına olan avtomaşına avtomobili idarə etməyə görə etibarnamə almaq üçün Gəncə ASAN-2 xidmətə müraciət etmişdir. Onun sürücülük vəsiqəsinin Türkiyə Respublikasının sürücülük vəsiqəsi olduğunu görüb ona bildirmişlər ki, o, həmin vəsiqəni təqdim edib Azərbaycan Rsepııblikasınm sürücülük vəsiqəsini almalıdır. O da həmin Emredən aldığı sürücülük vəsiqəsini Azərbaycan vəsiqəsinə dəyişməsi üçün elə həmin vaxt Gəncə ASAN xidmətinə təqdim etmişdir. Onlar dərhal həmin gün ona xx.xx.2022-ci il tarixli, Azərbaycan Rsepublikasının sürücülük vəisqəsini vermişlər və etibarnamə də almışdır Həmin sürücülük vəsiqəsi əsasında da, avtomobili idarə etmişdir. 05 may 2023-cü il tarixdə onu Bakı şəhərinə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişər və orada ona məlum olmuşdur ki, onun Türkiyə Respublikasında, Emredən almış olduğu sürücülük vəsiqəsinin saxta olduğu aşkar olunmuşdur. Ona o da məlum olmuşdur ki, ASAN xidmət Türkiyə Respublikasına sorğu vermiş və oradan cavab verilmişdir ki, ona verilmiş sürücülük vəsiqəsi saxtadır. O, bilirdi ki, tanışı Emreden aldığı sürücülük vəsiqəsini imtahansız almış, o 3 dəfə imtahana girib kəsilmişdir, Emre ona demişdir ki, qanuni vəsiqədir, narahat olma əsl sürücülük vəsiqəsi kimidir, bilinmir, istənilən ölkədə istifadə edə bilərsən. Ona görə də, o həmin sürücülük vəsiqəsinin saxta olduğunu bilməmiş, ona görədə ondan istifadə etmişdir. İfadəsinə əalvə olaraq bildirmişdir ki, o, Türkiyədə sürücülük vəsiqəsini alanda ona vəsiqənin saxta olduğu bildirməmişlər və o da, saxta olduğunu bilməmişdir,ona görə də, özünü təqsirli bilmir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən DİO-da, tutduğu vəzifədə isə 2015-ci ildən xidmət edir. O, hal hazırda 2 saylı Gəncə Asan xidmətində sürücülük vəsiqələrinin dəyişdirilməsinin qrup rəhbəridir. Özü DİN-nin BDYP-nin Qİİ-nin inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs verilmiş BC122292 nömrəli, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının sürücülük vəsiqəsi Gəncə şəhəri, Nizami prospektində yerləşən 2 saylı Gəncə Asan xidmətinin sürücülük vəsiqəsinin dəyişdirilməsi bölməsində verilmişdir. Sürücülük vəsiqəsinin dəyişmə bölməsində onunla birlikdə 5 nəfər əməkdaş xidmət edir. Ona görə həmin vəsiqəsinin hansı əməkdaş tərəfindən verilməsini xeyli vaxt keçdiyindən müəyyən etmək mümkün deyildir. Qrup rəhbəri olaraq Asan xidmətin müvafiq sürücülük vəsiqəsinin dəyişməsinə dair təlimata əsasən izah edir ki, xarici ölkə vətəndaşları ölkəmizdə müvəqqəti yaşama qeydiyyatı olduqları zaman əgər məxsus olduqları dövlətin sürücülük vəsiqəsinin bizim ölkədə dəyişdirilib Azərbaycan Respublikasının sürücülük vəsiqəsini almaq istədikdə onlar həmin vəsiqəni qəbul edir, həmin şəxsə izah edirlər ki, onların təqdim etmiş olduqları öz ölkələrinə məxsus sürücülük vəsiqəsinə əsasən Azərbaycan Respublikasının vəsiqəsinə dəyişdirilir, lakin bu yalnız onların Azərbaycan Respublikasında oturum vaxtları neçə aydırsa o müddətdə, 1 il müddətini keçməmək şərti ilə verilə bilər, amma onu da izah etmişlər ki, onların təqdim etdiyi öz ölkələrinin sürücülük vəsiqəsinin həqiqiliyinin yoxlanılması üçün onlara Azərbaycan Respublikasının sürücülük vəsiqəsi verildikdən sonra DİN-nin BDYPİ-nə göndərilir və onlar öz növbəsində müvafiq qurumlar vasitəsi ilə xarici ölkələrdə fəaliyyət göstərən ölkəmizin nümayəndəlikləri vasitəsi ilə yoxlanılır. Hazırda onlara məlum olmuşdur ki, həmin yoxlanma zamanı X9 Asan xidmətə təqdim etmiş olduğu, onun adına olan Türkiyə Respublikasının sürücülük vəsiqəsi saxta olmuş, həqiqi olmamışdır. Bir daha bildirir ki, təlimata uyğun olaraq onlar müraciət etmiş hər bir vətəndaşı tez bir zamanda qəbul edib onların istəyini tez bir zamanda yerinə yetirirlər. Aşık Emrenin təqdim etmiş olduğu Türkiyə Respublikasının sürücülük vəsiqəsinin dərhal saxta olub olmamasını onlar müəyyən edə bilməzlər. Yuxarıda qeyd etdiyi kimi sürücülük vəsiqəsi yalnız 1 il müddətə verilir və həmin müddət ərzində yoxlanış aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərmişdir ki, ona izah edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 227-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən heç kəs yaxın qohumlarına, yəni ərinə (arvadına), valideynlərinə, uşaqlarına, bacısına, qardaşına, babasına, nənəsinə, nəvələrinə qarşı ifadə verməyə məcbur edilə bilməz. Cinayət təqibi ilə bağlı bütün halları danışmaq barədə təklifə və ona verilmiş suallara cavab olaraq aşağıdakıları göstərmişdir ki,o, Türkiyə Respublikasının vətəndaşı olsa da, təxminən 2009-cu ildən Azərbaycan Respublikasında yaşayır, evlidir, arvadı Aygün Aşık Azərbaycan Respublikası vətəndaşıdır. X8 oğludur. Emre də onunla birlikdə 2009-cu ildən Gəncə şəhərində onun rəhbərlik etdiyi «Rövşən Oğuz» tikinti şirkətində onunla birlikdə briqadir işləyir. O , oğlunun sürücülük vəsiqəsini pul ilə aldığını bilmirdi. Sonradan bilmiş və ondan soruşanda tanışı Emreden aldığını bildirmişdir. Oğlu ürücülük vəsiqəsinin saxta olduğunu bilməmişdir. O bildirdi ki, neçə ildir Azərbaycanda işləyirlər, onlar belə birşeynən qarşılaşmamışdırlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Sənədlərin məhkəmə-texniki ekspertizasının 06 may 2023-cü il tarixli 5/642 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixli, 69805 nömrəli sürücülük vəsiqəsinin blankı elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmişdir. Türkiyə Respublikasının Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixli 69805 nömrəli sürücülük vəsiqəsi “SDU” sənəd nümunələrinin bazasında olan Türkiyə Respublikasının həqiqi sürücülük vəsiqəsinin nümunəsi ilə eynilik təşkil etmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Gəncə rayonlarası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsindən verilən məktubdan görünür ki Chevrolet Cruze markalı, ** EG *** nömrə nişanlı avtomaşın xx.xx.2023-cü il tarixdən X4 adına qeydiyyata alınmışdır. Sözügedən avtomobilin istifadəsi üçün başqa vətəndaşa etibarnamə yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə sadalanan sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Aşık X1 vəsiqəsini imtahan verib imtahandan keçərək əldə edə biləcəyini bildiyi halda, imtahandan keçmədən 2018-ci ilin may ayında dəqiq günü istitaqa məlum olmayan tarixdə Emre Bölükbaş adlı istintaqa məlum olmayan şəxsdən 1000 türk lirəsinə Türkiyə Respublikasında əldə etdiyi Türkiyə Respublikasının Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixli, 69805 nömrəli sürücülük vəsiqəsinin blankı elektrofotoqrafik çap qurğuda (lazer printer,çoxaldığı qurğu və s) çap edilmiş, Türkiyə Respublikasının Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixli, 69805 nömrəli sürücülük vəsiqəsi «SDU» sənəd nümunələrinin bazasında olan Türkiyə Respublikasının həqiqi sürücülük vəsiqəsinin nümunəsi ilə eynilik təşkil etməyən hüquq verən rəsmi sənəd hesab edilən xx.xx.2018-ci il tarixli, 69805 nömrəli Türkiyə Respublikası vətəndaşının «sürücü belgesi»-nin saxta olduğunu bilə-bilə Azərbaycan Respublikasının həqiqi sürücülük vəsiqəsi ilə dəyişdirmək məqsədilə xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri. Nizami prospektində yerləşən 2 saylı Gəncə regional ASAN xidmət mərkəzinə təqdim etməklə Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixli BC 122292 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsi əldə etməklə saxta sənəddən istifadə etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək sürücülük vəsiqəsini alarkən və ondan istifadə edərkən saxta olduğunu bilməməsinə dair verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır, şahid ifadələri, maddi sübut, ekspertiza rəyi və işdə olan digər sübutlarla təkzib edilir. o, 2018-cu ilin may ayının ortalarında Emre Bölükbaş adlı şəxsə 1000 türk lirası verdikdən sonra heç bir imtahana girmədən saxta sürücülük vəsiqəsi əldə etmişdir. Bu da Təqsirləndirilən şəxs qeyd olunan sürücülük vəsiqəsini əldə edib ondan istifadə edən zaman onun saxta olmasını bildiyini göstərir. Təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Gəncə şəhər Probasiya şöbəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İş üzrə maddi sübut olan 69805 nömrəli Türkiyə Respublikası vətandaşının “ sürücülük belgesi”, BC 122292 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsi və ƏN-VİN 340681 nömrəli etibarnamə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 70 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul keçirilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 69805 nömrəli Türkiyə Respublikası vətandaşının “ sürücülük belgesi”, BC 122292 nömrəli Azərbaycan Respublikası sürücülük vəsiqəsi və ƏN-VİN 340681 nömrəli etibarnamə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-263/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-263/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver