Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-266/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, A.İmamquliyeva küçəsi, ev 13A, mənzil 11-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 4-cü küçə nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzərəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, 5,6 mm kalibrli TOZ-8 modelli ov tüfəngi olmaqla, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahı əldə etməklə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə daxil olmuş məlumat əsasında 06 yanvar 2024-cü il tarixdə saat 16:55 dəqiqədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Gəncə çayının kənarı, Ş.Bahəddin küçəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475-də yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qara rəngli idman çantasının içərisində 01 ədəd nömrəsi silinmiş, 5,6 mm kalibrli TOZ-8 modelli ov tüfəngi olmaqla, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 430 qram narkotik vasitə olan marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 11 yanvar 2024-cü il tarixdə saat 17:00 radələrində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi barədə şübhəli bilinərək Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən mebel mağazasının yaxınlığında saxlanılaraq, Gəncə şəhər H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç nahiyyəsində 1 (bir) ədəd politelin torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər o, narkotik vasitə aslılığından əziyyət çəkdiyi üçün həbs olunmaq istəmişdir. Ona görə də üzərində silah və narkotik vasitə olması barədə özü polislə əlaqəsi olan şəxslərin yanında məlumat vermişdir. Bundan sonrada 06 yanvar 2024-cü il tarixdə ov silahını gizlətdiyi yerə gəlmiş və silahı iki hissəyə ayırıb özü ilə gətirdiyi qara rəngli idman çantasına qoyub əlində yaşadığı evə aparan zaman Gəncə şəhəri, Ş.Bahəddin küçəsində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ona qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində isə müdafiəçi ilə təmin edildikdən sonra vəkilinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlində olan qara rəngli idman çantasının içərisində saxladığı 1 ədəd "TOZ 8" markalı silahı təqdim etmişdir. Həmin silahdan heç vaxt istifadə etməmiş və silahıda kiməsə pay vermək yaxudda satmaq fikri olmamışdır. Bundan başqa o, küçələrdə köhnə dəmir yığmaqla narkotik maddə marixuanadan hərdən istifadə etmişdir. 09 yanvar 2024-cü il tarixində axşam saatlarında yaşadığı küçə yaxınlığında piyada gəzən zaman yerdə olan sellofan torba diqqətini çəkmiş və həmin sellofan torbanı götürüb açmışdır. İyindən və quruluşundan torbada olan maddənin narkotik vasitə olan marixuana olduğunu başa düşmüşdür. Torbanın içində qurudulmuş halda tünda yaşıl rəngli marixuana olmuşdur. Bundan sonra o, tapdığı marixuana torbasını gizlətmək üçün 11.01 2024-cü il tarixində Gəncə şəhəri, Sevinc qəsəbəsindəki, mebel mağazasının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə aparmışlar. Orada müdafiəçi ilə təmin edildikdən sonra vəkilinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin altında gizlətdiyi sellofan torbada olan qurudulmuş marixuana aşkar edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, daha sonra isə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürulmüşdür. Hal-hazırda müailcə olunmuş və narkotik vasitəyə ehtiyacı yoxdur. Odur ki, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 11 yanvar 2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Sevinc qəsəbəsi 4-cü küçədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra bölmənin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri Sevinc qəsəbəsindəki, mebel mağazasının yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi ilə təmin olunmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və videoçəklişlə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 ədəd sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış zamanı içərisində ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə çəksinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və qablaşdırılaraq götürülərək, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 06 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Daha sonra bölmənin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə keçiridikləri əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.Bahəddin küçəsinin yaxınlığında olması müəyyən edilmiş və Gəncə şəhərində Ş.Bahəddin küçəsinin yaxınlığına gedilmişdir. Onlar orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görmüşlər. Həmin vaxt ona yaxınlaşmış özlərini təqdim etmiş və barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Təqsirləndirilən şəxs 1-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərisində saxladığı 1( bir) ədəd “TOZ 8” markalı silahı təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silah kağız torbada qablaşdırılaraq üzəri möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs silahı hardan necə əldə etməsi həmin silahı əldə etməsində kömək edən şəxs və ya şəxlərin olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4, Şahid3 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərisində saxladığı 1( bir) ədəd “TOZ 8” markalı silahı təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etidiyi silaha baxış zamanı istehsalçı tərəfindən qeyd olunmuş nömrənin silinməsi müəyyən edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silah kağız torbada qablaşdırılaraq üzəri DİN-nin 110 saylı möhürü ilə möhürlənir və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 08 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan və qərara əlavə edilmiş videogörüntüdən görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X7, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, həmin bölmənin əməliyyat müvəkkili Şahid4 və müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərisində saxladığı 1( bir) ədəd “TOZ 8” markalı silahı təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etidiyi silaha baxış zamanı istehsalçı tərəfindən qeyd olunmuş nömrənin silinməsi müəyyən edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silah kağız torbada qablaşdırılaraq üzəri DİN-nin 110 saylı möhürü ilə möhürlənir və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin silahı təxminən 15 gün qabaq Gəncə çayının kənarından yerdən tapdığını bildirir. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntüdən görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru X10, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, həmin bölmənin kiçik əməliyyat müvəkkili Şahid2 və Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç nahiyyəsində saxladığı 1 ədəd sellofan torbanı təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış zaman içərisində ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Daha sonra sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan “nəşə” adlandırdığı marixuana olduğunu, iki gün əvvəl xx.xx.2024-cü il tarixdə yaşadığı küçə yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilir, sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 430 qram olması müəyyən edilir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofan bükümü içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 110 saylı" möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 13 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” 14 fevral 2024-cü il qərardan görünür ki, AR CM-nin 228.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl CMnin 234.1-ci və 228.1-ci maddələrinə tövsif edilmişdir. -15 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-228.1ci və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2024-cü il tarixli 16/51 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində” Vət. X3 aşkar olunaraq götürülmüş 430 qram narkotik vasitə marixuana” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan paketdə təmiz çəkisi 430 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: marixuana təmiz çəkisi 430 qram tədqiqata sərf edild- 0,2qr qalıq – 429,8 qram. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/12 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd №-si silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş 5,6 mm kalibirli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atşə üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin KTİ-dən daxil olmuş 3-13-11/2-1897/2024 saylı məktubdan görünür ki, 01 ədəd 5.6mm kalibirli, №si silinmiş TOZ-8 modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin (Güllə-Giliz) kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir Məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2024-cü il tarixli 133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Ruhi Əsəb və Narkoloji dispanserlərində qeydiyyatda durmur. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində X5 (xx.xx.2013 təvəllüdlü) və X6 (xx.xx.2008-ci il təvəllüdlü) olmaqla yetkinlik yaşına çatmayan iki övladı vardır. “Sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra 1 ədəd zərfdə qalıq təmiz çəkisi 429.8 qram narkotik vasitə qurudulmuş marixuana və TOZ-8 modelli silah, cinayət işinə əlavə edilmiş 06 yanvar 2024-cü il və 11 yanvar 2024-cü il tarxidə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video çəkilişi özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, toplanmış sübutların məcmusu ilə yəni, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib, səmimi peşmançılıq hissi çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, belə olan vəziyyətdə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində bu iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, məhkəmə iclas zalından həbsə alınmalı, həbsetmənin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi - Gəncə şəhər BPİ-nin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış ümumi təmiz çəkisi 429,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 01 ədəd TOZ-8 modelli silah müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməli, iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 30.40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 24 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 144 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və başqa xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər BPİ-nin anbarında saxlanılan ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış ümumi təmiz çəkisi 429,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 01 ədəd TOZ-8 modelli silah müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin, iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 144 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-266/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-266/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver