Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-27/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu, İnstitut Qəsəbə Ərazi Dairəsinin Bağbanlar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə, xx xxxx 1991-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Samux rayonu, İnstitut Qəsəbə Ərazi Dairəsinin, Bağbanlar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup təşkil edərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 18 mart 2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən fərdi yaşayış evinin giriş qapısının üzərindəki şüşənin sındırılması yolu ilə evə qanunsuz daxil olaraq oradan 250 manat dəyərində bir ədəd "Dnepr" markalı soyuducu, 180 manat dəyərində bir ədəd "Ardo" markalı paltaryuyan maşın, 165 manat dəyərində bir ədəd "Neva" markalı su qızdırıcı aparat və 35 manat dəyərində bir ədəd elektrikli taxta sıyıran aparatı gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 630 (altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Samux rayonunda yaşasa da Gəncə şəhərində fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşayır və aralarında dostluq münasibətləri var. 17 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində tanışı Şahid5 Rusiya Federasiyasına getməsi ilə bağlı sonuncunun evində o, dostu Elmin və Leylanın bacısı Səbinə oturub çörək yemiş, həmçinin spirtli içki olan araq qəbul etmişlər. Həmin gün çörək yedikdən sonra Elmin ona dayısı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə oğurluğa getməyi təklif etmiş, o, da Elminlə razılaşaraq oğurluqdan əldə edəcəkləri pulu yarı-yarı bölmək barədə razılaşmışlar. Təxminən saat 00:00 radələrində o, Elminlə birlikdə evdən çıxıb Gəncə şəhəri Atabəylər prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus evə getmiş, orada həmin evin şüşə pəncərisini sındıraraq hər ikisi evə daxil olmuşlar. Onlar evdən bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, bir ədəd pitiminutka, bir ədəd köhnə taxtasıyıran aparatı götürüb evin giriş qapısına yığmış, daha sonra o, əvvəl tanıdığı “Dubay” bazarında “murovey” markalı motosikletlə taksi fəaliyyəti ilə məşğul olan Şahid1 zəng edərək yalandan kirayədə qaldığı evdən çıxarıldığını və ona məxsus olan əşyaları daşımaq üçün oraya gəlməsini xahiş etmişdir. Şahid1 ilk öncə gec olduğunu bildirsə də o, çöldə qaldığını deyib xeyli xahiş etdikdən sonra Sahib razılaşmış və Murovey markalı motosikletlə oraya gəlmiş və o, Elminlə birlikdə oğurladıqları əşyaları həmin motosikletə yükləmiş, bundan sonra Elmin taksiyə minib oradan uzaqlaşıb getmiş, o, isə Sahibin idarə etdiyi həmin motosikletlə şəhərə tərəf yollanmışdır. Onlar yolda gedərkən motosikletin benzini qurtardığı üçün yanacaq doldurma məntəqəsinə yaxınlaşan vaxt onları görən “post patrul” xidmətinin əməkdaşları onlara yaxınlaşaraq motosikletdə olan malları haradan gətirdiklərini soruşmuş, həmin vaxt o, oradan qaçıb getmiş, motosikletin sürücüsü Sahib isə orada qalmışdır. Bundan sonra o, Şahid4 məxsus evə getmiş, həmin vaxt Elmində oraya gəlmiş, Elmin narahat olmamağı, dayısı Zərərçəkmiş şəxs zəng vurub bu barədə deyəcəyini, şikayətçi olmamasını dayısından xahiş edəcəyini ona bildirmişdir. Daha sonra Elmin dayısı Zərərçəkmiş şəxs zəng vurub hadisə barədə şikayətçi olmamasını xahiş etmiş, dayısı isə qulaq asmayıb telefonu söndürmüşdür. Bundan sonra ev sahibinin şikayəti əsasında onlar polis tərəfindən saxlanılmış və barələrində cinayət işi başlanmışdır. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və üç azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onunla qonşuluqda yaşayır və yaxın dostdurlar. 17 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində tanışları Şahid5 Rusiya Federasiyasına getməsi ilə bağlı sonuncunun evində o, dostu Afiq, Leylanın bacısı Səbinə adlı qadın oturub çörək yemiş, həmçinin spirtli içki qəbul etmişlər. Həmin gün çörək yedikdən sonra o, Afiqi digər otağa çağırıb dayısı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etməyi təklif etmiş, həmin vaxt pula ehtiyacı olduğu üçün dayısının ondan şikayətçi olmayacağını düşünmüş, Təqsirləndirilən şəxs1 da etiraz etməyib onun təklifi ilə razılaşmış və oğurluqdan əldə edəcəkləri pulu öz aralarında yarı bölməyi razılaşmışlar. Təxminən saat 00:00 radələrində o, Afiqlə birlikdə Səbinəgilin evindən çıxıb Gəncə şəhəri Atabəylər prospektində yerləşən dayısı Zərərçəkmiş şəxs məxsus evə getmiş və həmin evin şüşə pəncərisini sındıraraq hər ikisi evə daxil olmuşdur. Evdən 1 ədəd paltaryuyan maşını, 1 ədəd soyuducu, 1 ədəd soyuducu pitiminutka, 1 ədəd köhnə taxtasıyıran aparatını götürüb evin giriş qapısına yığmış, daha sonra Afiq əvvəllər tanıdığı, Dubay bazarında "Murovey" markalı motosikletlə taksi fəaliyyəti ilə məşğul olan Şahid1 adlı şəxsə zəng edərək ona yalandan kirayədə qaldığı evdən çıxarıldığını və özünə məxsus əşyaları daşımaq üçün oraya gəlməsini xahiş etmişdir. Şahid1 ilk öncə gec olduğunu bildirmiş, lakin Afiq çöldə qaldığını deyib xeyli xahiş etdikdən sonra Sahib razılaşıb oraya gəlmiş, bundan sonra o və Afiq birlikdə oğurladıqları əşyaları həmin motosikletə yükləmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 Sahibin idarə etdiyi motosikletə minib oradan uzaqlaşıb getmiş, o, isə Şahid5 tərəfindən olduğu yerə sifariş olunan taksi ilə Leylanın yaşadığı evə getmiş, sonra Səbinə və Leyla ilə birlikdə həmin taksi avtomobili ilə avtovağzala getmiş, Şahid5 avtobusla Rusiya Federasiyasına yola saldıqdan sonra Şahid4 ilə birlikdə sonuncunun evinə qayıtmışlar. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs1 həyəcanlı halda həmin evə gəlib Sahiblə birlikdə motosikletdə gedən vaxt yanacaq qurtardığı üçün motosikleti itələyib yanacaq doldurma məntəqəsinə tərəf aparan vaxt polis əməkdaşları tərəfindən saxlandıqlarını və özünün polislərdən qaçıb oraya gəldiyini söyləmişdir. Bundan sonra o, dayısı Zərərçəkmiş şəxs zəng vurub oğurluqla bağlı şikayətçi olmamasını xahiş etmiş lakin dayısı ona qulaq asmayıb telefonu söndürmüşdür. Bundan sonra dayısının şikayəti əsasında onları polis saxlamış və barələrində cinayət işi başlanmışdır. Sonda əməlindən peşman olmasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus 1994-cü ildə dövlət tərəfindən verilən Gəncə şəhəri, Atabəylər prospektində yerləşən torpaq sahəsi vardır. Həmin torpaq sahəsində ev tikdirdikdən sonra orada yaşamasa da yay aylarında dincəlmək üçün ailəsi ilə birlikdə ora gedir, başqa vaxtlar isə həmin evə gedib tez-tez baş çəkir. Sonuncu dəfə 17 mart 2022-ci il tarixdə, saat 18:00-da ünvan 2 ünvanında yerləşən həmin fərdi yaşayış evinə gedib baş çəkdikdən sonra qapı və pəncərələrini bağlayıb evdən çıxmışdır. 18 mart 2022-ci il tarixdə, təxminən saat 01 radələrində yaşadığı evdə olduğu zaman ona zəng gəlmiş, zəng edən şəxs ona polis olduğunu, ona məxsus həyət evindən oğurluq olduğunu, evindən oğurluq edən şəxslərin saxlanıldığını və bununla bağlı Kəpəz Rayon Polis İdarəsinə gəlməyi xahiş etmişdir. O, Kəpəz Rayon Polis İdarəsinə gedən vaxt yolda bacısı oğlu Elmin ona zəng etmiş, evindən oğurluğu tanışı Afiq adlı şəxsin etdiyini söyləyib ondan şikayətçi olmamasını xahiş etmiş, lakin o, əsəbi olduğu üçün Elminə heç nə deməyib telefonu söndürmüş və polis idarəsinə getmişdir. Polis İdarəsinin qarşısında Muravey markalı motosiklet və motosikletin sürücüsünün polis əməkdaşları ilə birlikdə dayandıqlarını görmüş, polis əməkdaşları ona yaxınlaşıb Muravey markalı motosikletin üzərindəki bir ədəd “Dnepr” markalı soyuducunun, bir ədəd paltaryuyan maşının, bir ədəd su qızdırıcı minutka aparatının və bir ədəd elektrikli taxta sıyıran aparatının ona məxsus Gəncə şəhəri, Atabəylər prospektində yerləşən 206 saylı evindən yüklənib aparılan vaxt yolda saxlanıldığını bildirmişlər. Həmin vaxt o, adı qeyd olunan əşyaların evindən oğurlandığını başa düşsə də bacısı oğlu Təqsirləndirilən şəxs2 xahişini nəzərə alıb Afiq adlı şəxsi müdafiə etmək məqsədilə yalandan polis əməkdaşlarına bildirmişdir ki, həmin əşyaların aparılmasından məlumatı var və həmin əşyalar evindən oğurlanmamışdır. Polis əməkdaşları evindən əşyaların aparılması barədə məlumatı olduğu halda bəs nəyə görə saxlanılan vaxt evindən əşyaları aparan Afiq adlı şəxsin motosikletdən düşüb qaçdığını deyəndə o, yenə də Afiq adlı şəxsi müdafiə etmək məqsədilə yalandan polis əməkdaşlarına demişdir ki, o, Gəncə şəhəri, Atabəylər prospektində yerləşən 206 saylı evində yaşamadığı üçün bacısı oğlu Təqsirləndirilən şəxs2 bildirmişdir ki, evində olan əşyalar köhnə vəziyyətdə olduğu üçün tanışlarından kimsə istəsə götürüb istifadə etmək məqsədilə versin və ola bilsin ki, Afiq polis əməkdaşlarını görən vaxt həyəcanlandığı üçün özündən ixtiyarsız halda qaçıb getmişdir. Bundan sonra o, Muravey markalı motosikletə yüklənmiş bir ədəd “Dnepr” markalı soyuducunu, bir ədəd paltaryuyan maşın, bir ədəd su qızdırıcı minutka aparatı və bir ədəd elektrikli taxta sıyıran aparatı götürüb Gəncə şəhəri, Atabəylər prospektində yerləşən 206 saylı evinə aparmışdır. O, evin giriş qapısının üzərində olan şüşənin sındığını görmüş, evinə nəzər salanda bir ədəd “Dnepr” markalı soyuducunu, bir ədəd paltaryuyan maşın, bir ədəd su qızdırıcı minutka aparatı və bir ədəd elektrikli taxta sıyıran aparatından başqa digər əşyaların aparılmadığını müəyyən etmişdir. Səhəri gün bacısı oğlu Təqsirləndirilən şəxs2 onun evinə gəlmiş, tanışı Afiq adlı şəxsin ona məxsus Gəncə şəhəri, Atabəylər prospektində yerləşən 206 saylı evindən oğurluq etdiyi üçün sonuncu barəsində şikayət etməməyi ondan xahiş etmiş və söz vermişdir ki, evinin qapısının üstündəki sınmış şüşəni tez bir zamanda təmir etdirəcəklər. Lakin sonradan evinin qapısının üstündəki sınmış şüşə təmir olunmadığı üçün o, bu barədə Elminlə danışanda sonuncu onunla kobud danışmağa başlamışdır. O, da əsəbləşərək məcbur qalıb evindən oğurluq cinayətini törətmiş şəxslərin müəyyən olunması üçün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə saat 18:00 dəqiqədən, xx.xx.2022-ci il tarixdə saat 10:00-dək olan müddətdə o, evdə olmadığı müddətdə baş vermişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qapının üstündə olan şüşəni sındıraraq daxil olunmuşdur. Evində baş vermiş oğurluq cinayəti barədə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində məlumatı olmuş, sadəcə olaraq bacısı oğlu Təqsirləndirilən şəxs2 xahişini nəzərə alıb yalandan polis əməkdaşlarına evindən aparılan əşyaların oğurluq olmadığını demiş, lakin baş vermiş oğurluq cinayəti nəticəsində evinin qapısının üstündəki sınmış şüşə təmir olunmadığı üçün əsəbləşərək məcbur qalıb cinayəti törətmiş şəxslərin müəyyən olunması üçün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq cinayəti nəticəsində ona məxsus evin mətbəxindən 2021-ci il tarixdə Bakı şəhərindən aldığı 250 manat dəyərində bir ədəd “Dnepr” markalı soyuducu, hamamda olan 2018-ci il tarixdə aldığı 180 manat dəyərində bir ədəd “Ardo” markalı paltaryuyan maşın, 2015-ci il tarixdə aldığı 165 manat dəyərində bir ədəd “Neva” markalı bir ədəd su qızdırıcı minutka aparatı və evin zirzəmisindən isə 1994-cü il tarixdə aldığı 35 manat dəyərində bir ədəd elektrikli taxta sıyıran aparat oğurlanmış, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 630 (altı yüz otuz) manat dəyərində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş zərəri ödəmişlər, ona görə hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus Murovey markalı motosikletlə Gəncə şəhəri “Dubay” bazarı adlanan yerdə yük daşıyaraq dolanır. 2022-ci il mart ayının 18-də, saat 00:40 radələrində əvvəllər tanıdığı Afiq adlı şəxs ona telefon vasitəsilə zəng edib Gəncə şəhəri Natavan qəsəbəsində kirayədə qaldığı evdən çıxdığını, özünə məxsus orada olan ev əşyalarını ona məxsus olan Muravey markalı motosikletlə aparmağı xahiş etmişdir. O, işdən gec gəldiyini, sabah tezdən gəlib apara biləcəyini söyləsə də Afiq ona israrla təkid etdiyi üçün o, sonuncu ilə razılaşmışdır. O, da Afiqi tanıdığı üçün özünə məxsus motosikletlə Afiqin dediyi Gəncə şəhəri, Natavan qəsəbəsinə, Gəncə İmamzadə ziyarətgah kompleksinin yaxınlığında yerləşən ünvana getmiş, Afiq yanındakı onun tanımadığı şəxslə birlikdə onun motosikletinə bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd su qızdırıcı minutka aparatı, bir ədəd taxta sıyıran elektrik aparatı yığmışlar. Daha sonra o, motosikleti idarə edib Afiqlə birlikdə həmin əşyaları Gəncə şəhəri, Atabəylər küçəsi ilə şəhər istiqamətində gətirən zaman yolda motosikletin yanacağı qurtardığı üçün motosikleti yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinə doğru itələyib aparmışlar. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb əşyaları haradan gətirdiklərini, kimə məxsus olmasını soruşanda Afiq işi gec qurtardığı üçün bu saata qaldığını bildirmişdir. Daha sonra polis əməkdaşları onların şübhəli olduqlarını düşünüb Polis Şöbəsinə getmələrini bildirmişlər. Polis əməkdaşları onları Şöbəyə aparan zaman Afiq yanacağın pulunu ödəmək adı ilə polis əməkdaşlarının xidməti avtomobilindən düşüb qaçmışdır. Bundan sonra polis əməkdaşları əşyaların motosikletə yükləndiyi evi göstərməyi ona dedikləri üçün o, polis əməkdaşları ilə birlikdə Afiq və tanışının onun motosikletinə əşyaları yüklədikləri evin qarşısına getmişlər, o, həmin evi polis əməkdaşlarına göstərmiş və müəyyən olunmuşdur ki, Afiqgilin əşyaları motosikletinə yüklədikləri ev 2-ci Polis Şöbəsinin ərazisinə aiddir, bundan sonra onları saxlayan polis əməkdaşları 2-ci Polis Şöbəsinə məlumat vermişlər, həmin yerə 2-ci Polis Şöbəsinin əməkdaşları gəlmişlər, onu və əşyalarla birlikdə motosikletini 2-ci Polis Şöbəsinə aparmışlar. Daha sonra Polis Şöbəsinin qarşısına Afiqgilin əşyaları motosikletinə yüklədikləri evin sahibi oraya gəlmiş, həmin şəxs Gəncə şəhəri, Atabəylər prospektində yerləşən 206 saylı evin sahibi olduğunu və motosikletinə yüklənmiş əşyaların sahibi olduğunu bildirmişdir. Həmin vaxt o, bilmişdir ki, əşyaların motosikletinə yükləndiyi ev Afiqin yox, adını sonradan bildiyi Surxay adlı şəxsin evidir. Surxay motosikletinə yüklənmiş əşyaların oğurluq olmadığını bildirdiyi üçün polis əməkdaşları 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd su qızdırıcı minutka cihazı, 1 ədəd taxta sıyıran elektrik aparatı götürüb Surxaya vermişlər. O, da motosikletini idarə edib öz evinə getmişdir. O, 2021-ci ilin yay aylarında Afiq adlı şəxslə birlikdə Gəncə şəhərində fəhlə işlədiyi üçün həmin vaxtdan sonuncunu tanımış və münasibəti yaranmış, Afiq adlı şəxsin yaşadığı ünvanı, soyadını harada yaşadığını bilməmiş, sonuncunun istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. O, Afiq və tanımadığı şəxsin onun Muravey markalı motosikletinə yüklədiyi əşyaların oğurluq olduğunu bilməmiş, çünki Afiq həmin əşyaların özünə məxsus olmasını bildirmişdir. Afiq və tanımadığı şəxsin oğurluq edəcəkləri barədə əvvəlcədən onun xəbəri olmamışdır. Məhkəmə baxışında Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 vasitəsilə tanıyır, onun Təqsirləndirilən şəxs2la düşmənçiliyi və ya ədavəti olmamışdır. 17 mart 2022-ci il tarixdə, təxminən saat 20:00 radələrində onun yaşadığı evdə Afiq, Elmin, o və bacısı Səbinə onun Rusiya Federasiyasına getməsi ilə əlaqədar yemək yemiş, Afiq və Elmin spirtli içki qəbul etmişlər. Həmin gün təxminən saat 24:00 radələrində Elmin Afiqi evin digər otağına çağırıb bir qədər söhbət etdikdən sonra işləri olduğu üçün gedəcəklərini bildirmişlər. Həmçinin Afiq həmin vaxt bacısı Səbinədən 10 manat pul almış, o, Elmindən hara getdiklərini soruşduqda Elmin ona gələndə bildirəcəyini demişdir. Bundan sonra Afiqlə Elmin evdən çıxıb getmişlər, həmin gün gecə saatlarında onun avtobusu yola çıxacağı üçün o, dayanmadan Elmini yığıb harada olmasını soruşmuş və gəlib onu avtovağzala aparmasını bildirmişdir. Elmin isə Gədəbəy kafesi tərəfə taksi sifariş etməyi söyləmişdir. Təxminən saat 02 radələrində Elmin onun sifariş etdiyi ağ rəngli qoşa fara Mercedes markalı avtomobillə onların yaşadığı evin qabağına gəlmiş, o, bacısı Səbinə ilə birlikdə avtomobilə əyləşib avtovağzala getmişlər. O, avtomobilin sürücüsünü tanımamışdır. Təxminən saat 03 radələrində o, avtobusla Rusiya Federasiyasına yola düşmüşdür. Elmin və bacısı Səbinə isə onu yola saldıqdan sonra ordan getmişlər. Məhkəmə baxışı zamanı iş üzrə Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və xarici ölkəyə getməsi ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Ona görə də məhkəmə baxışında Şahid4 ifadəsi tədqiq edilmişdir. Həmin şahidin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tanıyır və sonuncu ilə yaxın münasibəti var. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 vasitəsilə tanıyır, onun Təqsirləndirilən şəxs2la düşmənçiliyi və ya ədavəti olmamışdır. 2022-ci ilin mart ayında Afiq ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onu Gəncə şəhəri Atabəylər küçəsində yaşayan dayısına məxsus evdən ev əşyalarını götürmək üçün aparmış, sonradan Elminin həmin evdən oğurluq etməsini bilmişdir. Bundan sonra o, bu barədə Elminə zəng edib danışanda sonuncu əvvəlcə oğurluq cinayəti törətdiyini etiraf etsə də daha sonra artıq oğurluq cinayəti törətdiyini etiraf etməyəcəyini, həmin oğurluğa görə kim tutulsa tutulacağını bildirmişdir. Bundan sonra o, 2022-ci ilin mart ayında dəqiq xatırlamadığı gündə Elminin oğurluq etməsi barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. 17 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində onun yaşadığı evdə Afiq, Elmin, o və bacısı Leyla sonuncunun Rusiya Federasiyasına getməsi ilə əlaqədar yemək yemiş, Afiq və Elmin spirtli içki qəbul etmişlər. Həmin gün təxminən saat 24:00 radələrində Elmin Afiqi evin digər otağına çağırıb bir qədər söhbət etdikdən sonra işləri olduğu üçün gedəcəklərini bildirmişlər. Həmçinin Afiq həmin vaxt ondan 10 manat pul almış, o, hara getdiklərini Afiqdən soruşanda sonuncu ona gələndə bildirəcəyini demişdir. Bundan sonra Afiqlə Elmin evdən çıxıb getmişlər, həmin gün gecə saatlarında bacısı Leylanın avtobusu yola çıxacağı üçün Leyla dayanmadan Elmini yığıb harada olmasını soruşmuş və gəlib avtovağzala aparmasını bildirmişdir. Təxminən saat 02 radələrində Elmin ağ rəngli qoşa fara Mercedes markalı avtomobillə onların yaşadığı evin qabağına gəlmiş, o, bacısı Leyla ilə birlikdə avtomobilə əyləşib avtovağzala getmişlər. O, avtomobilin sürücüsünü tanımamışdır. Təxminən saat 03 radələrində onlar Leylanı avtobusla Rusiya Federasiyasına yola saldıqdan sonra o, Elminlə birlikdə yaşadığı evə qayıtmışdır. Bir az keçdikdən sonra Afiq də onun yaşadığı evə gəlmiş, sonuncu Elminlə “əgər sənin malın deyildisə məni niyə göndərdin” deyib mübahisə etmiş, daha sonra Elmin çıxıb getmiş, Afiq isə onun evində qalmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2020ci ildən DİO-da, həmin vaxtdan da bu günə kimi Samux rayon PŞ-də X7 1-ci Tağımında polis nəfəri vəzifəsində işləyir. 18 mart 2022-ci il tarixdə, saat 01 radələrində xidməti avtomobildə xidməti yoldaşı Şahid3 ilə birlikdə xidmət aparan vaxtı Gəncə şəhəri Atabəylər küçəsindən Samux rayonuna gedən yolda yanacaq doldurma məntəqəsinin yaxınlığında 2 nəfər şəxsin “Murovey” markalı motosikleti itələyərək apardıqlarını görmüşlər. Onlar Murovey markalı motosikletdə bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşını, bir ədəd pitiminutka və bir ədəd taxtasıyıran aparat olduğunu görüb şübhələnmişlər, həmin əşyaların oğurluq olduğunu düşünərək xidməti avtomobillə Murovey markalı motosikletin yanında saxlamışlar. Onlar motosikletdə olan əşyaların kimə məxsus olmasını, haraya apardıqlarını soruşduqda həmin iki nəfər şəxslər əşyaların özlərinə məxsus olduğunu demişlər, motosikletin yanacağı qurtardığı üçün yanacaq doldurma məntəqəsinə tərəf getdiklərini bildirmişlər. Onlar isə həmin şəxslərdən şübhələndikləri üçün həmin şəxsləri polis şöbəsinə aparmaq üçün xidməti avtomobilə əyləşmələrini təklif etmişlər. Həmin vaxt hündür boy oğlan, adını sonradan Afiq kimi bildiyi şəxs yanacaq doldurma məntəqəsinin pulunu vermək adı ilə avtomobildən düşüb qaçıb getmişdir. Onlar Afiqin arxasıyca qaçsalar da sonuncuya çata bilməmişlər. Həmin vaxt Afiqin yanında olan alçaqboy oğlan, adını sonradan Sahib kimi bildiyi şəxs nə olduğunu başa düşməyərək təəccüblə onlara baxmışdır. Onlar Sahibdən kim olduğunu, Afiqlə nə əlaqəsi olduğunu, motosikletdəki əşyaları haradan gətirdiklərini soruşanda Sahib Afiqi əvvəlcədən tanıdığını, Murovey markalı motosikletlə taksi fəaliyyəti ilə məşğul olduğunu, Afiqin zəng vuraraq kirayədə qaldığı evdən çıxarıldığı üçün əşyaları daşımaqdan ötrü çağırıldığını onlara bildirmişdir. Daha sonra onlar Sahiblə birlikdə Atabəylər prospektində yerləşən əşyaların motosikletə yükləndiyi evə getmişlər, Sahib adlı şəxs həmin evi onlara göstərmişdir. Həmin evə baxarkən evin yerləşdiyi ərazinin Gəncə şəhərinə aid olduğunu müəyyən etdikləri üçün onlar Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə müraciət etmişlər. Daha sonra Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gələrək Murovey markalı motosikleti və həmin evdən motosikletə yığılmış əşyaları götürüb Kəpəz Rayon Polis İdarəsinə aparmışlar. Onun adlarını sonradan bildiyi Afiq və Sahib adlı şəxslərlə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Afiq adlı şəxs yanacaq doldurma məntəqəsinin pulunu vermək adı ilə avtomobildən düşüb qaçan vaxt onlara heç bir müqavimət göstərməmişdir. Sahib adlı şəxs isə qaçmağa cəhd etməmiş, onlarla birlikdə xidməti avtomobildə əyləşib polis şöbəsinə gəlmişdir. Şahid - Şahid3 məhkəməyə Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törətməsi özlərinin etiraf ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Əşyanın götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd "Dnepr" markalı soyuducu, bir ədəd "Ardo" markalı paltaryuyan maşın, bir ədəd "Neva" markalı su qızdırıcı aparat, bir ədəd taxta sıyıran aparat götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş əşyaların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 05 aprel 2022-ci il tarixdə Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Atabəylər küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3673 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqim edilmiş və qərarda göstərilən malların istfadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 335,00 manat müəyyən edilir: - bir ədəd 2 kameralı “Dnepr” markalı soyuducu - 120,00 manat - bir ədəd 5 kiloqramlıq “Ardo” markalı paltaryuyan - 120,00 manat - bir ədəd “Neva” markalı su qızdırıcı aparat - 80,00 manat - bir ədəd 1994-cü ildə alınmış elektrikli taxta sıyıran aparat analoji malların markası, modelinə uyğun olarsa, nəzəri qaydada - 15,00 manat. “Şəxsin tanınmaya təqdim edilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Şahid1 tanınma üçün ona təqdim olunan 4 nəfər şəxslərin arasından solda əlində bir nömrə ilə dayanmış Təqsirləndirilən şəxs2 tanıyıb göstərərək 18 mart 2022-ci il tarixdə Afiq adlı şəxslə birlikdə ona məxsus Muravey markalı motosikletə oğurluq əşyaları yükləyən şəxsin həmin şəxs olduğunu bildirmiş, bu barədə protokol tərtib olunmuş, istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Üzləşdirmə” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzləşmə zamanı Şahid1 18 mart 2022-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs2 Afiq adlı şəxslə birlikdə Gəncə şəhəri Atabəylər küçəsində yerləşən fərdi yaşayış evinin qabağından bir ədəd paltaryuyan maşın, bir ədəd soyuducu, bir ədəd pitiminutka, bir ədəd taxtasıyıran aparatını onun idarə etdiyi Muravey markalı motosikletə yığdıqlarını Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. “Üzləşdirmə” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzləşmə zamanı Şahid4 18 mart 2022-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs2 Afiqlə birlikdə dayısı Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri Atabəylər küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq cinayəti törətdiyini, dayısının evi olduğu üçün heç bir problem olmayacağını Afiqə bildirdiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs2 isə tanışı Afiqlə birlikdə dayısı Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri Atabəylər küçəsində yerləşən fərdi yaşayış evindən soyuducu, paltaryuyan maşın, taxtasıyıran, qızdırıcı pitiminutka aparatı oğurladığını etiraf etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərib bir daha təsdiq etmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 2731 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 2732 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 3853 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 3853 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Gəncə Şəhər Məhkəməsinin 1(125)-27/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “məcburi gətirmə” qərarı verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-27/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “axtarış” elan edilmiş, onların barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 360 saat ictimai işlər cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.9 bəndinə əsasən cəzadan azad edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-83/2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 360 (üç yüz altmış) saat ictimai işlər növündə cəza təyin edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 1060/22 nömrəli məktubundan görünür ki, “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 2.9 bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs1 ictimai işlər cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, cəzası 3 (üç) il sınaq müddəti təyin edilərək, şərti hesab edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-257/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həmin iş üzrə həbsdə saxlandığı 04 (dörd) ay 10 (on) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, cəzası 3 (üç) il sınaq müddəti təyin edilərək, şərti hesab edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 197279/21 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 03 (üç) il sınaq müddətinin 10 (on) ay 25 (iyirmi beş) gün hissəsini çəkmiş, 02 (iki) il 01 (bir) ay 05 (beş) gün hissəsi çəkilməmiş qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 7(104)-40/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş şərti məhkumetmənin ləğv edilməsi və hökmlə təyin edilmiş cəzanın icra olunmasına dair təqdimatın rədd edilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 7(043)-87/2022 saylı qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-257/21 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş, Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək və 21 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək cəmi 4 (dörd) ay 17 (on yeddi) gün həbsdə saxlanıldığı müddət ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il azadlıqdan məhrumetmə cəzası müddətinə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 barədə həbs qətimkan tədbiri seçilərək, onun başqa cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü Xədicə, xx.xx.2015-ci il təvəllüdlü Nuray və xx.xx.2016-cı il təvəllüdlü Elbrus adlı üç uşağı var. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2012-ci il təvəllüdlü Fatimə və xx.xx.2014-cü il təvəllüdlü Fərid adlı iki uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və cinayət hadisələri məhz onlar tərəfindən törədilmişdir, həmçinin hər iki təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, onlar həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirmələrini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etmələrini və himayələrində azyaşlı uşaqlarının olmasını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal əməlində cinayətlərin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 üzərinə Samux rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, Samux rayonu, Bağbanlar qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 03 (üç) ay 14 (on dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 münasibətdə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalı, həmçinin başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmasını, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunaraq sınaq müddəti ərzində islah olunmadan yenidən qəsdən az ağır cinayət əməlini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan mərum etmə cəzasına məhkum olunmuş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, cəzası 3 (üç) il sınaq müddəti təyin edilərək, şərti hesab edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 7(104)-40/2023 saylı qərarına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-257/21 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş, Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək və 21 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək cəmi 4 (dörd) ay 17 (on yeddi) gün həbsdə saxlanıldığı müddət ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il azadlıqdan məhrumetmə cəzası müddətinə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 barədə həbs qətimkan tədbiri seçilərək, onun başqa cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini sınaq müddətində olduğu dövrdə törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 7(104)-40/2023 saylı qərarına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-257/21 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş şərti məhkumetmə ləğv edildiyindən, Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək və 21 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək cəmi 4 (dörd) ay 17 (on yeddi) gün həbsdə saxlanıldığı müddət ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il azadlıqdan məhrumetmə cəzası müddətinə hesablanmaqla, üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 7 (yeddi) ay 13 (on üç) gün hissəsi CM-nın 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə ona təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Çünki, CM-nin 67.1-ci və digər madələrinin (məsələn, CM-nin 71.4 və 71.5-ci maddələri) tələbinə və mənasına görə, şəxsə hökmlərin məcmusu üzrə qəti cəza o halda təyin edilir ki, həmin şəxsin onun barəsində hər hansı cinayətin və ya cinayətlərin törədilməsinə görə təqsirli bilinməsi haqqında hökm çıxarıldıqdan sonra onun başqa cinayət (cinayətlər) törətməsi də müəyyən edilmiş olsun. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs2 qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, həmin Qərarın 16-cı bəndində məhkəmələrə izah edilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1- 126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Qərarın 17-ci bəndinə görə, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablanmalıdır. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 15-ci bəndində məhkəmələrə izah edilir ki, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayət (qəsdən və ya ehtiyatsızlıqdan) törədərsə, məhkəmə CM-nin 71,4, 71.5-ci maddələrinə əsasən şərti məhkum etmənin ləğv edilməsi məsələsini həll edərkən, CM-nin 15-ci maddəsində təsbit edilmiş cinayətin təsnifatını nəzərə almaqla, cəzaçəkmə müəssisəsinin növünü CM-nin 56-cı maddəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə, xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə, yaxud yenidən törədilmiş cinayət, xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən biri, xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir. Cinayətin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələr az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasını faktiki olaraq çəkmədiyindən qanunun tələbi baxımından və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 az ağır cinayət əməli törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Dnepr” markalı soyuducu, bir ədəd “Ardo” markalı paltaryuyan maşın, bir ədəd “Neva” markalı su qızdırıcı aparat və bir ədəd taxta sıyıran aparatın sahibi-Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 (qırx) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 (qırx) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 06 mart 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 03 (üç) ay 14 (on dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Samux rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, Samux rayonu, Bağbanlar qəsəbəsində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(104)-40/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nın 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 11 mart 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Dnepr” markalı soyuducu, bir ədəd “Ardo” markalı paltaryuyan maşın, bir ədəd “Neva” markalı su qızdırıcı aparat, bir ədəd taxta sıyıran aparatın sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 240 (iki yüz qırx) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 240 (iki yüz qırx) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-27/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-27/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver