Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-27/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2mış, hazırkı iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Məhkəməsinin 7(125)- 6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş, məlumat əsasında 17 fevral 2023-cü il tarixdə saat 19:45-də Gəncə şəhər 2-ci PŞnin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə H.Əliyev prospektində yerləşən 20 nömrəli orta məktəbin qarşısında saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər 2-ci PŞ-nin inzibati binasına aparılmış, həmin inzibati binada üzərində şəxsi axtarış aparılan zamanı əyinində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd selofan bükümdə təmiz çəkisi 48,102 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, cinayət işində göstərilən narkotik vasitə onun deyil. Ona qarşı irəli sürülən ittihamda guya o, xx.xx.2023-cü il tarixdə saat 19:45-də Gəncə şəhəri H.Əliyev prospektində yerləşən 20 nömrəli orta məktəbin qarşısında saxlanılmışdır. Lakin, o, həmin gün saat 15-16 radələrində yaşadığı Gəncə şəhəri, H.Əliyev prospekti, bina 31, mənzil 30 ünvanının qarşısında saxlanılmışdır. Qeyd olunan 20 nömrəli məktəb onun yaşadığı evdən 150-200 metr aralıdır. Bundan sonra onu Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasına aparmışlar. Həmin vaxt onun tutulmasında Şahid1, Şahid2 və adlarını bilmədiyi digər polis əməkdaşları iştirak etmiş, lakin iş üzrə Şahid3 orada olmamışdır. Orada o, polis əməkdaşları tərəfindən döyülmüş və ona işgəncə verilmişdir. Ona polis əməkdaşları demişlər ki, narkotik vasitəni öz üzərinə götürsün. O da verilən işgəncələrə dözə bilməyib, narkotik vasitəni öz üzərinə götürmüşdür. O, əvvəllər narkotik vasitə istifadə etsə də, sonradan müalicə almışdır və artıq istifadə etmir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq ona bəraət verilməsini xahiş edir. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:45-də narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə şübhəli olduğu üçün onu Gəncə şəhəri H.Əliyev prospekti 20 nömrəli orta məktəbin qarşısında saxlayaraq, Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə aparmışlar. O, həmin gün 20:15-də şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə hüquqları izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt ona üzərində hər hansısa qanunsuz əşya və predmet, narkotik vasitə olub-olmaması soruşulan zaman Təqsirləndirilən şəxs oğlu özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd selofan kəsiyinə bükülü narkotik vasitə olan tiryəkə bənzər maddə təqdim etmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş, büküm ilə birlikdə çəkisi 48,92 qram olmuşdur. Təqsirləndirilən şəxs dedikləri yalandır. O, Təqsirləndirilən şəxs tutulmasında iştirak etmiş və ona qarşı hər hansı zor tətbiq edilməmiş və bunun şahidi olmamışdır. Məhkəmədə şahid – Gəncə şəhəri BPİ-nin 2-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 bildirdi ki, hazırda hadisələri xatırlamır. Heç nə yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bu səbəbdən məhkəmə tərəfindən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək, tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Gəncə şəhəri H.Əliyev prospekti bina 31 mənzil 30-da yaşayan Təqsirləndirilən şəxs oğlunu əvvəllər tanımamış, heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. 17 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Gəncə şəhər sakini Ayxan adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və hal-hazırda Gəncə şəhəri H.Əliyev prospekti 20 nömrəli orta məktəbin yaxınlığındadır. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs oğlunu Gəncə şəhəri H.Əliyev prospekti 20 nömrəli orta məktəbin qarşısında saxlayaraq Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə gətirmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil X4 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə - tiryək olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin bükümdən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş, büküm ilə birlikdə çəkisi 48,92 qram olmuşdur. Bundan sonra həmin bükümdə olan narkotik vasitəyə oxşar kütlə ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, üzəri isə 120 saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs оğlunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmasa da, həmin maddələrin istifadəsi ilə məşğul olması barədə məlumatları vardır. Məhkəmədə əlavə şahid – X3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, xx.xx.2023-cü il tarixdə saat 15-16 radələrində yaşadığı Gəncə şəhəri, H.Əliyev prospekti, bina 31, mənzil 30 ünvanında yuduğu paltarları asarkən, pəncərədən polis əməkdaşlarının oğlu Təqsirləndirilən şəxs yaxınlaşıb, avtomobil ilə polis şöbəsinə apardıqlarını görmüşdür. O, dərhal taksi ilə polis şöbəsinə getmiş və oğlu Təqsirləndirilən şəxs polislər tərəfindən döyülərək polis idarəsinə salındığını görmüşdür. Bundan sonra onun halı pisləşmiş, ona təcili tibbi yardım çağırmışlar. O oradan çıxandan sonra Gəncə şəhər Prokurorluğuna şikayət etmişdir. X7 prinsip aparırdı. Ayxanı polis şöbəsinə aparanda başqa qonşular da görmüşlər. Məhkəmədə əlavə şahid – X5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda, kirayədə yaşayır. Gəncə şəhəri, H.Əliyev prospekti, bina 30, 1-ci blok, 2-ci mərtəbədə o qalır, 2-ci blok 5-ci mərtəbədə isə Təqsirləndirilən şəxs və ailəsi yaşayır. xx.xx.2023-cü il tarixdə, təxminən günorta saat 15:00 radələrində yaşadığı mənzilin balkonunda olan zaman, polis əməkdaşlarının Təqsirləndirilən şəxs binanın qarşısında avtomobilə əyləşdirərək, apardıqlarını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs anası Arzu Hüseynova qışqırmış və oğlunu niyə apardıqlarını soruşmuşdur. Məhkəmədə əlavə şahid - X6 bildirdi ki, Təqsirləndirilən şəxs ilə tanışdırlar. O da vağzal ərazisində qalır, təqsirləndirilən şəxslə qonşudurlar. xx.xx.2023-cü il tarixdə günorta yaşadıqları binanın yanından keçərkən mülki formada olan 3-4 nəfər şəxsin Ayxanı “Chevrolet Cruze” markalı avtomobilə mindirib apardıqlarını görmüşdür. Həmin vaxt Ayxanın anasının 5-ci mərtəbən qışqırığını eşitmişdir. Məhkəmədə əlavə şahid – Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır. Lakin, onun xx.xx.2023cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan kəsiyinə bükülmüş narkotik vasitə - “tiryək”ə bənzər kütləni təqdim etmiş, həmin kütləni xx.xx.2023-cü il tarixdə təxminən günorta saatlarında yaşadığı binanın yaxınlığında küçədə tapdığını, özü istifadə etməsi üçün üzərində saxladığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Həmin kütlə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və selofan kəsiyi ilə birlikdə ümumi çəkisi 48,92 qram olmuşdir. Həmin narkotik vasitə qablaşdırılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/234 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 48,102 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Ekspertiza tədqiqatına həmin maddənin 0,1 qramı sərf edildikdən sonra, 48,002 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 50 qram olması göstərilmişdir. Gəncə şəhər BPİ-nin NMB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar olaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin şəxsi heyəti təlimatlandırılmış, müvafiq tapşırıqlar verilmiş, kəşfiyyat xarakterli söhbətlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. xx.xx.2023-cü il tarixli, 1929 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli, 1934 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə xx.xx.2023-cü il tarixdən Opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 728 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(044)-109/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququundan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-169/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutularaq cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Həmin hökmə əsasən verilmiş xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, hökm qüvvəyə minmiş və icra olunması üçün Gəncə şəhər Probasiya şöbəsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 7(125)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)- 169/2023 nömrəli hökmü ilə Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə çəkilməmiş 01 il 02 iki gün hissəsi 06 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs barəsində qərar qanuni qüvvəyə minənə kimi həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbs edilməsi və həbs etmənin əvvəlinin 12 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınımışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 48,002 qram tiryək və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özünə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək, ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən hədə qorxu gəlindiyinə və zor tətbiq edildiyinə görə üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, o, narkotik vasitə aludəçisidir. xx.xx.2023-cü il tarixdə təxminən günorta saatlarında Gəncə şəhərində yaşadığı binanın yaxınlığında küçədə olan zaman yolun kənarında yerdə bir ədəd siqaret qutusunun olduğunu görmüş, həmin qutu diqqətini cəlb etmişdir. O, həmin qutunu götürüb içərisinə baxmış, həmin vaxt qutunun içərisində bir ədəd ağ selofana bükülmüş büküm olduğunu, bükümün içərisində isə narkotik vasitə tiryək olduğunu görmüşdür. Sonra həmin narkotik vasitəni cibində saxlamışdır ki, özü istifadə edər. O, narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 19:45-də Gəncə şəhər H.Əliyev prospektində yerləşən 20 nömrəli orta məktəbin qarşısında saxlanılaraq 2-ci PŞ-nə aparılmışdır. Orada ona təyin olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman ondan üzərində hər hansısa qanunsuz əşya və ya predmet, narkotik vasitə olub olmaması soruşulmuş, o, özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofon kəsiyinə bükülü narkotik vasitə “tiryək”ə bənzər kütləni təqdim etmişdir. Bir daha qeyd edir ki, həmin narkotik vasitə tiryəki özü istifadə etmək üçün saxlamışdır, həmin maddənin satışı ilə məşğul olmur, həmin kütlə ona məxsusdur, bundan başqa həmin narkotik vasitədən nə yaşadığı evdə, nə də ki, başqa yerdə saxlamamışdır, həmçinin o, əvvəllər heç kimə satmamışdır və pay verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı müdafiəçisi tərəfindən ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Bununla belə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsi üzrə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən döyülərək, işgəncəyə və ləyaqəti alçaldan rəftara məruz qalması ilə bağlı məsələnin araşdırılmasını üçün Gəncə şəhər prokurorluğuna sorğu verilmişdir. Gəncə şəhər prokurorluğunun sorğuya cavab məktubundan və ona əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalaraq döyülməsi ilə bağlı müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli qərarla rədd edilmişdir. Habelə, iş üzrə şahid, Təqsirləndirilən şəxs anası - X3 oğluna qarşı fiziki zor tətbiq edildiyinin şahidi olduğunu və bununla bağlı onun tutulduğu gün Gəncə şəhər prokurorluğuna müraciət etdiyini bildirsə də, Gəncə şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq ona qarşı fiziki zor tətbiq edilməsi ilə bağlı anası X2 Gəncə şəhər prokurorluğuna müraciəti daxil olmamışdır. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən şəxs onun ittiham aktında qeyd edildiyi saatda və yerdə deyil xx.xx.2023-cü il tarixdə saat təxminən 15-16 radələrində yaşadığı evin qarşısında tutulduğunu qeyd etmiş, bu səbəbdən məhkəmə tərəfindən Gəncə şəhər BPİ-nə 17 fevral 2023-cü il tarixində Gəncə şəhər BPİ-nə gətirilən şəxslərə dair müvafiq məlumatların qeyd edildiyi “Gətirilmiş şəxslərin qeydiyyat kitabı”nın məhkəməyə təqdim olunması barədə sorğu göndərilmişdir. Qeyd edilən, sorğu əsasında məhkəməyə təqdim olunmuş Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin “Gətirilmiş şəxslərin qeydiyyat kitabı”ndan çıxarışdan məlum olmuşdur ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən də 2-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 20:05-də Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə gətirilmiş və 22:00-da MSY-yə təhvil verilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsi əsasında verilmiş sorğusuna Gəncə şəhər Baş Polis idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan və ona əlavə olunmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə MSY-yə daxil olarkən tibbi müayinədən keçirilmiş və xəsarətinin olmaması müəyyən edilmiş, orada saxlandığı müddət ərzində Təqsirləndirilən şəxs səhhəti ilə bağlı təcili tibbi yardım çağırılmamışdır. Bundan başqa, məhkəmədə Təqsirləndirilən şəxs onun xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulduğu gün Şahid3 onun tutulduğu yerdə olmadığını, onun polis əməkdaşı Şahid1, Şahid2 və adlarını bilmədiyi digər polis əməkdaşları tərəfindən tutulduğunu bildirdiyindən və Şahid3 da məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tutulmasının necə baş verdiyini xatırlamadığını bildirdiyindən, Müdafiəçi vəsatətinə əsasən məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Şahid3 Təqsirləndirilən şəxs tutulduğu gün həqiqətən də onun tutulduğu yerdə olub-olmamasının müəyyən edilməsi üçün Şahid3 istifadəsində olan mobil nömrənin 17 fevral 2023-cü il tarixə aid anten dairələri barədə məlumatların əldə edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərar əsasında "xxxx" MMC tərəfindən verilmiş anten dairə məlumatlarından görünür ki, Şahid3 istifadəsində olan mobil nömrənin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 19:45:19 və 19:45:21-də “Gəncə şəhəri, Xətai prospekti, 64..” ünvanını, bundan təqribən 2 dəqiqə 30 saniyə sonra, yəni 19:47:51-də “Gəncə şəhəri, H.Əliyev prospekti 95,..” ünvanını və sadəcə 5 saniyə sonra yəni 19:47:56-da yenidən “Gəncə şəhəri, Xətai prospekti, 64..” ünvanını göstərmişdir. Məhkəmə hesab edir ki, həmin məlumatlara əsaslanaraq, Şahid3 Təqsirləndirilən şəxs tutulmasında iştirak etmədiyi qənaətinə gəlmək olmaz. Belə ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125.1-ci maddəsi) Qeyd edilənlərə əsaslanaraq, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş anten dairələri barədə məlumatlardan iş üzrə zəruri və qəti nəticələr çıxarmaq mümkün olmadığı üçün onları iş üzrə mühüm əhəmiyyət kəsb etməyən sübut kimi qiymətləndirir və şahid Müseyib Bağırovun ibtidai istintaq zamanı verdiyi ifadəsini digər sübutlarla üst-üstə düşərək, bir-birini tamaladığından daha mötəbər hesab edir. Həmçinin, məhkəmədə şahid qismində dindirilən Şahid2 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmasında iştirak etmədiyini bildirməsinə dair ifadəsini və bu ifadəni təkzib edən hər hansı sübutların olmadığını əsas götürərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin onun tutulmasında Şahid2 iştirak etməsinə dair ifadəsi özünü müdafiə xarakteri daşıyır. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhz narkotik vasitə olan “tiryək”dən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamın təkzibi ilə əlaqədar göstərdiyi bütün xüsusatlar (tutulduğu yer və saatın fərqli olduğu, tutulmasında iştirak edən polis əməkdaşlarının düzgün göstərilmədiyi, tutularkən ona qarşı fiziki zor tətbiq edildiyi, tutulduğu yerdə səhhətində problem olduğundan təcili tibbi yardım çağırıldığı barədə məlumatlar) məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin, məhkəmə şahid X8 Cəfərovun anası olduğundan, digər şahidlər Vəfa Qəmbərova və Yusif Məmmədovun da yaxın qonşuluq münasibəti olduğundan, onların ifadələrini Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə verilmiş ifadələr olmaqla, iş üzrə əhəmiyyət kəsb etməyən sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki qanunsuz əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırkı vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (külli miqdara yaxın miqdarda) narkotik vasitə əldə edib saxlaması, şəxsiyyəti, bundan əvvəl qəsdən analoji cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, lakin cəzanın icasını yerinə yetirmədiyi üçün cəzasının azadlıqdan məhrum etmə cəzasına dəyişdirilməsi və bununla bağlı hazırda həbsdə olması, beləliklə də azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunması üçün yetərli olmadığı nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)- 169/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Gəncə Şəhər Məhkəməsinin 7(125)- 6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən dəyişdirilmiş 06 (altı) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalı, həmçinin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Bundan başqa, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 12 yanvar 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, onun Gəncə Şəhər Məhkəməsinin 7(125)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə bağlı həbsdə olması nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 48,002 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-169/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin Gəncə Şəhər Məhkəməsinin 7(125)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən dəyişdirilmiş 06 (altı) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 7(125)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə bağlı həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 48,002 qram olan narkotik vasitə tiryək məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-27/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-27/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver