Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-27/2025 16.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, dövlət ittihamçısı X3, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Gəncə şəhəri ərazisində yaşayış evi alacağına inandırıb yalan vədlər verərək etibarından suiistifadə edib aldararaq, vahid niyyət ilə 2021-ci ilin may ayının əvvələrində öz yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 3000 manat, daha sonra 2021-ci ilin may ayının ortalarında öz yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 7000 manat, daha sonra 2021-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 13 saylı binanın qarşısında 2000 manat, sonuncu dəfə Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən “Kolorit” restoranının qarşısında 500 manat pulu ümumilikdə Zərərçəkmiş şəxs məxsus 12.500 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs DİN-in BDYPİ-nin Gəncə RQİ-də yaxın əlaqələrinin olmasına və sonuncuya sürücülük vəsiqəsi almasında köməklik edəcəyinə inandırıb yalan vədlər verərək etibarından sui-istifadə edib aldararaq 2021-ci ilin iyul ayının ortalarında Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Dəyirman dairəsi” adlanan yerin yaxınlığında Zərərçəkmiş şəxs məxsus 750 manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs qızı Nərgiz vasitəsilə tanımışdır. Belə ki, səhhətində problemlər olduğuna görə Zərərçəkmiş şəxs onların evində təmizlikçi işləmişdir. Zərərçəkmiş şəxslə münasibətləri normal olmuş və aralarında qarşılıqlı hörmət olmuşdur. Lakin barəsində eşitdiyi qeyri-etik söhbətlərə əsasən Zərərçəkmiş şəxs evdən uzaqlaşdırmışdır. Aradan müəyyən müddət keçmiş, bundan sonra İİ vətən müharibəsi başlamış və Zərərçəkmiş şəxs əri müharibədə şəhid olmuşdur. Bundan sonra bir gün Göygöl rayonunun Topalhəsənli kəndində oturub yemək yeyən zaman qızı Nərgizə zəng gəlmişdirki, “Gülüşgil” yəni, zərərçəkmiş şəxsin ailəsi uşağa kirvə durmaq üçün onların evinə gəlir. O, buna razı olmadığını bildirsə də, evə gələndə görmüşdür ki, Güleyşə əlində tortla onların qapısındadır. Özü kirvə olmağa heç cür razı olmasa da, oğlu Əbülfəz və qızı Nərgizin təkidlərindən sonra buna razı olmuşdur. 2022-ci ilin may ayının 5-də kirvə olmuşlar. Bundan müəyyən müddət keçdikdən sonra sürücülük vəsiqəsi söhbətini “Baboş” ləqəbli oğlu Əbülfəz ona demiş və ondan Güleyşəyə sürücülük vəsiqəsinin alınmasında köməklik edilməsini xahiş etmişdir. O isə cavabında Güleyşəyə şəhid ailəsi üzvü kimi yüksək səviyyədə qayğı göstərildiyini bildirmişdir. Oğlu Əbülfəz isə həmin vaxt ona Güleyşənin körpünün altında qadına yaraşmayan formada tutulduğunu, buna görə polisə gedib sürücülük vəsiqəsi almaqdan ehtiyat etdiyini bildirmişdir. Bundan sonra Güleyşəyə bu işdə köməklik etmək qərarına gəlmiş və 2023-cü ilin sonlarında Gəncə şəhərində “Dəyirmanın kruqu” adlanan yerdə Güleyşə ona sürücülük vəsiqəsi düzəltmək üçün 700 manat və əlavə 50 manat pul isə benzin pulu kimi cəmi 750 manat pul vermişdir. Onun həmin pula ehtiyacı olmamış, öz maddi imkanı yerində olmuş, o, əvvəlcə Zərərçəkmiş şəxs köməklik etmək istəsə də, sonradan onun tərs damarına düşdüyü, həmçinin həmin ərəfələrdə xəstələndiyi üçün Güleyşənin sürücülük vəsiqəsi almaq işini yerinə yetirməmiş və Güleyşənin verdiyi 750 manat pul onda qalmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, o, bugünədək təkcə oğlu Əbülfəzə sürücülük vəsiqəsi almışdır. Müəyyən müddət keçdikdən sonra, yəni 30 dekabr 2023-cü il tarixdə Fariz adlı polis təhqiqatçısı ona zəng edərək Zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirmiş, daha sonra 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs videoçəkilişləri sosial şəbəkə platformalarına yerləşdirilmişdir. Bunu görəndə çox ağır vəziyyətə düşmüş və səhhəti pisləşmişdir. Bundan sonra həmin videoçəkilişi edən Azər adlı jurnalistin vasitəçiliyi ilə demək olar ki, pulu aldıqdan 1 aydan sonra, yəni 2024cü ilin yanvar ayının 12-13-də həmin pulu və sənədləri Güleyşəyə qaytarmışdır. Hətta Güleyşə öz imzası ilə kağız yazıb təsdiq etmişdir ki, 750 manat məbləğində pulu ondan almışdır. Jurnalist Şahid5 Güleyşənin imzaladığı kağızın bir nüsxəsini də ona vermiş, lakin özü həmin kağızı hazırda itirmişdir. O, Güleyşəyə 750 manat pulu qaytarmamışdan qabaq, yəni 2023-cü ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında evlərinə gələrək həmin pula görə səs-küy salmış, həmin 750 manat pulu Zərərçəkmiş şəxs qaytardıqdan sonra Zərərçəkmiş şəxs onların evinə gəlməmiş və aralarında heç bir telefon danışığı olmamışdır. Bu söhbət bağlanandan sonra 2024-cü ilin aprel-may aylarında müstəntiq Rəşad adlı şəxs ona zəng edərək Güleyşənin ondan şikayətçi olduğunu bildirmişdir. Həmin ərəfələrdə səhhəti çox pis vəziyyətdə olmuş, hətta çox çətinliklə müstəntiq Rəşadın yanına Gəncə şəhər BPİ-yə getmişdir. Onunla heç bir şəxs arasında üzləşdirmə aparılmamış, heç bir şahidi, həmçinin Zərərçəkmiş şəxs Gəncə şəhər BPİ-də görməmişdir. Barəsində olan sifarişli istintaqdır. Bundan başqa şahidlərdən Şahid3 tanısa da, digər şahidi, yəni Şahid1 tanımır və heç vaxt görməmişdir. Evlə bağlı Güleyşədən pul alması söhbəti şər-böhtandır və şərəfinə and olsun ki, belə bir məsələ olmamışdır. Həmin 12500 manat pulu Zərərçəkmiş şəxs alsaydı, heç məsələ məhkəməyə gəlib çıxmaz, həmin pulu Zərərçəkmiş şəxs geri qaytarardı. Onun Zərərçəkmiş şəxs ilə heç bir telefon danışığı olmamış, heç üzbəüz 5 dəqiqə danışıqları olmamışdır. Ümumiyyətlə, Zərərçəkmiş şəxs onunla qərəzli münasibətdədir. Özünü sürücülük vəsiqəsi üçün 750 manat pul vəsaitinin verilməsində təqsirli bilsə də, qalan hissədə təqsirli bilmir. Həqiqətən əgər 12500 manat pul məbləğini Zərərçəkmiş şəxs alsaydı, həmin pulu ona geri qaytarardı, heç iş məhkəməyə qədər gəlib çatmazdı. Zərərçəkmiş şəxs məhkəməyə yalançı şahidlərdən başqa heç bir sübut təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, bundan sonra Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyul aylarında “Dəyirmanın kruqu” adlanan yerdə Güleyşə ona sürücülük vəsiqəsi düzəltmək üçün 700 manat pul vermiş, 50 manat pulu isə benzin pulu kimi vermişdir. Ondan nə üçün üç il müddətində pulu özündə saxlayıb 2024-cü ilin yanvar ayında həmin pulu və sənədləri Güleyşəyə qaytarması soruşulduqda ortalıqda olan tanışı ilə əlaqə yarada bilməməsinə görə Güleyşəyə sürücülük vəsiqəsi ala bilmədiyini, Güleyşənin 2022-ci ildə sürücülük vəsiqəsi almasından xəbəri olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında olan telefon danışığı ilə bağlı verilən suala cavab olaraq bildirmişdir ki, cinayət işinin materiallarında olan CD diskdəki səs yazısı həqiqətən onunla Zərərçəkmiş şəxs məxsusdur və həmin telefon danışığında Güleyşə ona danışıq zamanı dediyi yəni “Sizə köz kimi 13250 manat pul vermişəm qalan pul hanı?” sözləri sonuncuya Gülnarə adlı qadının verəcəyi pulla bağlı olmuş və Güleyşə danışıq zamanı ondan xahiş etmişdir ki, o, öz böyüklüklüyündən, şəxsi nüfuzundan istifadə edərək, həmin pulu Güleyşəyə qaytarıb verməsinə köməklik etməsini istəmiş və özü də danışıq zamanı ona görə Güleyşəyə “həmin məsələni sonra danışarıq” deyə cavab vermişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilir, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən işə xitam verilməsini xahiş edir. Həmçinin bildirdi ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı qəbul etmir və tək ana olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, həyat yoldaşının Qarabağ qazisi olmasını, özünün ağır şəkərli diabetdən, həmçinin onkoloji xəstəlikdən əziyyət çəkməsini, sağ gözünün ümumiyyətlə görməməsini, qaraciyər serrozundan əziyyət çəkməsini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Vətən müharibəsi şəhidi X4 arvadıdır. Təqsirləndirilən şəxs aralarında olan qohumluq münasibətləri səbəbilə tanımış, onunla aralarında əvvəllər münasibətləri normal olmuş, belə ki, 2022-ci ilin may ayının 5-də Təqsirləndirilən şəxs oğlu Əbülfəz, onun oğlu Arazın kirvəsi olmuşdur. Əri şəhid olmamışdan qabaq bir çox yerdə təmizlikçi işləmiş və işlədiyi yerlərdən biri də Pərvanənin evi olmuşdur. Təxminən 7 il qabaq 3 il müddətində Təqsirləndirilən şəxs evində qulluqçu olmuşdur. Təqsirləndirilən şəxslə aralarında heç bir narazılıq olmamış, əksinə Təqsirləndirilən şəxs onun uşaqlarına kirvə durmuşdur. Təqsirləndirilən şəxs qızı Nərgiz də ona həmişə köməklik etmişdir. 2020ci ildə əri şəhid olmuşdur. Əri şəhid olana kimi Təqsirləndirilən şəxs evində işləmişdir. Həmin ərəfələrdə digər şəhid xanımları özlərinə ev aldığı üçün o da özünə ev almaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona “sələmdə batmış” bir ev olduğunu, ona həmin 25000 manat məbləğində evi almaqda köməklik edə biləcəyini demişdir. Buna görə o, bir gün Gəncə şəhərində fəaliyyət göstərən “Eldorado” adlı marketin arxasında yerləşən evə qızı Xədicə birlikdə “Chevrolet Malibu” markalı avtomobillə getmiş, həmin evin qarşısında özü tək qara maşınla gələn Təqsirləndirilən şəxs ilə qarşılaşmış, Təqsirləndirilən şəxs ona alacağı evi gəzdirmişdir. Həmin evin qapısı açıq olmuş və iki otaqlı ev binanın birinci mərtəbəsində yerləşmişdir. Evdə özünü evin sahibi kimi təqdim edən bir oğlan olmuşdur. Həmin oğlanla qiymətlə bağlı heç nə danışmamış, çünki artıq qiyməti Təqsirləndirilən şəxs ilə danışmışdır. Evə baxdıqdan bir gün sonra evə beh vermişdir. Onun "xxxx" ASC-də “Yaşat” Fondundan verilmiş 6000 manat, ayrılıqda 11000 manat və 11000 manat sığorta haqları olmaqla, cəmi 28000 manat pulu depozitdə olmuşdur. Həmin pulun 1000 manatını uşaqlarına telefon almış, 2000 manatını isə özünə xərcləmiş, depozit hesabında cəmi 25000 manat pul qalmışdır. Bankda olan depozit hesabından 25000 manat məbləğində pulun hamısını götürüb, həmin puldan 3000 manatını ev üçün ilkin ödəniş kimi Təqsirləndirilən şəxs oğlu Əbülfəzə tez-tələsik 3 nömrəli xəstəxananın yanında yerləşən "xxxx" ASC-nin qabağında vermişdir. Şahid4la heç bir ev söhbəti etməmiş, hətta pulu Şahid4 verəndə o zarafatyana formada pulu saymasını demişdir. İbtidai istintaq orqanında verilmiş ifadədə onun 3000 manat pulu Təqsirləndirilən şəxs evində verməsi qeyd edilsə də, əslində bu reallığı əks etdirmir. Həmin pul yüzlüklərdən ibarət olmuş və 3000 manat pulu götürmək üçün Təqsirləndirilən şəxs oğlu Əbülfəz təkcə qara maşınla gəlmişdir. Bu zaman Gülöyşəyə məxsus maşında 13 yaşlı qızı Şahid2 və 11 yaşlı oğlu X7 olmuşdur. Ev almaq məqsədilə Pərvanəyə 7000 manat pul vəsaitini isə ondan sonra özü aparıb Təqsirləndirilən şəxs evində ona vermişdir. Həmin vaxt evdə Təqsirləndirilən şəxs və onun oğlu Əbülfəz olmuşdur. O isə 7000 manat pul vəsaitini verəndə yanında rəfiqəsi Nailə, qızı Xədicə və kiçik oğlu olmuşdur. Qalan 2000 manat pul vəsaitini isə özü şəhərdə olmadığından qızı Xədicə yaşadıqları “Mida” sosial binaların qabağında Təqsirləndirilən şəxs vermişdir. Belə ki, həmin vaxt 2000 manat pul vəsaitini Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailəsi kimi onun uşağı üçün təyin edilmiş baxıcı olan Şahid3 onların evində sayıb qızı Xədicəyə vermişdir. Evin sənədlərinin harada olmasından Şahid3 xəbəri olmamış və sənədlərin yerini isə təkcə özü bilmişdir. Bundan sonra 500 manat pul vəsaitini isə Gəncə şəhərində “Sabir” küçəsində “Kolorit” restoranının qabağında Röyal Hüseynovla birlikdə Pərvanəyə vermişdir. Həmin 500 manat pul vəsaitini "xxxx" ASC-də olan bankomatdan öz pensiyasından çəkmişdir. Ümumilikdə 12500 manat pul vəsaitini ev almaq üçün beh qismində verdikdən sonra bir müddət keçsə də, Təqsirləndirilən şəxs onu yubatmaq istəmiş, buna görə də Təqsirləndirilən şəxs zəng edərək ya pulu, ya da evi tələb etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs nə vaxt ki, zəng etsə, Təqsirləndirilən şəxs ona gah ağrıdığını, gah da ev sahibinin xaricdə olduğunu demişdir. Ümumiyyətlə, pulu verəndən Təqsirləndirilən şəxs adətən telefon zənglərinə cavab verməmiş, cavab verdikdə isə əvvəlcə ona 40000 manat məbləğində evin satışda olduğunu təklif etsə də, o, bununla razılaşmayıb avtomobil alacağını deyərək pulunu tələb edəndə Təqsirləndirilən şəxs ona pulunu qaytaracağını bildirmişdir. İki ay keçdikdən sonra isə Pərvanə onun telefon nömrəsini bloklamış və cavab verməmişdir. Sürücülük vəsiqəsi məsələsinə gəldikdə isə Təqsirləndirilən şəxs 12500 manat pul vəsaitini verəndən bir neçə ay sonra özü zəng edərək Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməyini xahiş etmiş, o isə cavabında əslində sürücülük vəsiqəsinin 1150 manat dəyərində olduğunu, lakin şəhid ailəsi olduğundan qiyməti ona ucuz edə biləcəyini demişdir. Özünəməxsus sənədləri və 750 manatı şəxsən özü Gəncə şəhərində “Dəyirmanın kruqu” adlanan ərazidə avtomobildə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin 750 manat məbləğində pulu jurnalist Şahid5 vasitəsilə çəkdirdiyi videoçəkilişlər hesabına 2024-cü ilin fevral ayında geri qaytarmışdır. Jurnalist Şahid5 şəhid ailələrinin videolarını çəkməsinə görə tanımış, hətta Şahid5 dəfələrlə onun evində olmuşdur. Təqsirləndirilən şəxs ona borcunun olması barədə videoçəkiliş sosial şəbəkələrdə yayımlandıqdan sonra Təqsirləndirilən şəxs jurnalist Şahid5 750 manatı qaytaracağını, yerdə qalan pulu isə hissə-hissə 1000 manat olmaqla ödəyəcəyini bildirərək videoçəkilişin silinməsini Azərdən xahiş etmişdir. Buna görə Azər onu “Dəmiryol” vağzalında olan çayçıya çağıraraq “Şurik” ləqəbli Röyal Hüseynovun onunla qeyri-rəsmi münasibətdə olmasında dair səsyazılarını göstərərək onu şantaj etmiş, Təqsirləndirilən şəxs videoçəkilişi silməsini tələb etməsini demişdir. Halbuki, Röyal Hüseynov onların köhnə qonşuları olmuş və avtomobil almamışdan qabaq onun ailəsi üçün taksi fəaliyyəti göstərmişdir. O, həmin an qorxduğundan və şantaj olunduğundan videoçəkilişi sildirmiş, lakin hesab edir ki, bununla səhv etmişdir. Videoçəkilişi silindikdən sonra Şahid5 Təqsirləndirilən şəxs ona verdiyi 750 manat pulu ona qaytarmış, lakin sürücülük vəsiqəsi almaq üçün Təqsirləndirilən şəxs verdiyi sənədlər hələ də Təqsirləndirilən şəxs özündədir. Jurnalist Şahid5 ona 12500 manatı da alacağına da söz versə də, buna qarşı tərəfin qorxusundan əməl etməmişdir. X6 750 manat pulu Təqsirləndirilən şəxs alıb ona qaytardıqdan 2 ay sonra jurnalist ümumiyyətlə telefon zənglərinə cavab verməmiş, onu bloklamış, hətta şəhərdə görəndə belə tanımazlıqdan gəlmişdir. Təqsirləndirilən şəxs ondan 12500 manat və 750 manat olmaqla, cəmi 13250 manat pul almaqla dələduzluq etməsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi daxil olmaqla, müxtəlif yerlərə şikayət ərizələri ilə müraciət etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, hazırda Təqsirləndirilən şəxs verdiyi pulu "xxxx" ASC-dən götürülmüş puldan vermişdir, Şahid3 qeyd etdiyi "xxxx" ASC-dən götürdüyü pulu Şahid3 ilə birlikdə götürmüşdür. Şahid3 onun saxlamaq üçün verdiyi 50000 manata yaxın pulu olmuşdur. Onun "xxxx" ASC-nin qabağında Əbülfəzə verdiyi 3000 manat pul məbləğindən Şahid3 xəbəri olmamış, Şahid3 aldığı 3000 manat pul vəsaitini öz ehtiyacları üçün xərcləmişdir. Belə ki, Təqsirləndirilən şəxs ondan 12500 manat pul almaqla dələduzluq etməsi 2021-ci ilin may aylarında baş vermişdir. Hazırda beh verdiyi evin ünvanını dəqiq olaraq xatırlamır, bu hadisələrdən sonra dəfələrlə “Eldorado” adlı marketin arxasına getsə də, həmin evin ünvanını tapa bilməmişdir. Təqsirləndirilən şəxs evin sənədlərini ona versə də, sonradan qızı Xədicə 2000 manat pulu Təqsirləndirilən şəxs verəndə evin sənədlərini ondan geri almışlar. Hazırda Təqsirləndirilən şəxs ondan 12500 manat və 750 manat olmaqla, cəmi 13250 manat pul almasını təsdiq edən sübut qismində şahidləri və Təqsirləndirilən şəxs məxsus səs yazıları var. Təqsirləndirilən şəxs ilə evin qiymətini 25000 manata danışmış, əvvəlcədən beh kimi pul verilməsini Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Avtomobilini 2021-ci ilin axırında almış, sürücülük vəsiqəsi üçün 750 manat pulu da 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs vermişdir. Sürücülük vəsiqəsini sonradan təlimə gedərək 2022-ci ilin avqust ayının 8də almış, ondan üç gün sonra isə ilkin ödəniş edərək lizinqlə avtomobili almışdır. Təqsirləndirilən şəxs pulu kirvə olmamışdan qabaq vermişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən verdiyi 12500 manat pul vəsaitinin ona geri qaytarılmasını xahiş etdi. İş üzrə şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs ona demişdir ki, “Eldorado”nun arxasında ev var. Evə baxmaq üçün anasının avtomobili ilə anası, özü və qardaşı getmişdir. Təqsirləndirilən şəxs “Eldorado”nun arxasında olan evi o və anasına göstərmişdir. Bu zaman Təqsirləndirilən şəxs maşından düşüb tək özü gəlmişdir. Həmin evin ünvanı tam yadında deyil, lakin evdə bir kişi olduğunu xatırlayır. Evdə yaşayış olduğundan adam da var idi. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs demişdir ki, “7000 manat gətir, evi behləyək”. 7000 manatı Təqsirləndirilən şəxs evində vermişlər, bu zaman anası Güleyşə, özü və anasının rəfiqəsi Nailə orada olmuşdur. 7000 manat pul vəsaitini anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdikdən sonra gedib evə baxmışlar. 3000 manat pul məbləğini isə Təqsirləndirilən şəxs oğlu Əbülfəz istəmiş, "xxxx" ASC-yə məxsus bankın qabağında anası Güleyşə 3000 manat pulu bankomatdan çəkib Təqsirləndirilən şəxs oğlu Əbülfəzə vermişdir. "xxxx" ASC-nin hansı filialı olduğu yadında deyil. Anası Zərərçəkmiş şəxs 3000 manat pul məbləğini Təqsirləndirilən şəxs oğlu Əbülfəzə verəndə o, avtomobildə olmuş, lakin o, avtomobildən yerə düşməmişdir. Anası Güleyşə əvvəlcədən ona evlə bağlı 3000 manat pul verəcəyini demişdir. 2000 manat pul məbləğini də evin sənədləri ilə birgə öz evlərinin qabağına tək özü qara maşında gələn Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onlara evin sənədlərində problem olduğunu dediyi üçün pulla birgə sənədləri də ona vermişdir. Pulu isə evlərində işləyən baxıcı sayıb ona vermiş, pul hamısı yüzlük idi. Vaxt yadında olmasa da, təxmini yay ayları idi. Bir müddət, yəni təxminən 5-6 ay keçdikdən sonra anası Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs evi vermədiyini bildirmişdir. Anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evin pulunu istəmiş, anası pulunu istəyəndə ona əxlaqsız sözlər demiş, şantaj etmişlər. “Eldorado”nun arxasında olan evə pul vəsaiti verildikdən sonra bir dəfə anası ilə gedib baxmışlar, lakin qapı bağlı idi. Ümumiyyətlə onun yanında 7000 manat, 3000 manat və 2000 manat olmaqla, cəmi 12000 manat pul vəsaiti verilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailəsi kimi zərərçəkmiş Zərərçəkmiş şəxs körpə uşağına baxıcı təyin olunmuşdur. Belə ki, Gəncə şəhər İcra Hakimiyyətində olan işində iş vaxtı bitəndən sonra, yəni saat 17-dən səhər saat 09-a kimi Zərərçəkmiş şəxs evində baxıcı olmuşdur. Zərərçəkmiş şəxs 15 ildir ki, yataqxanada yaşayan vaxtdan tanıyır. Zərərçəkmiş şəxs sayəsində adını “Pərvin” kimi bildiyi Təqsirləndirilən şəxs tanımış, onun evində təmizlikçi işləmişdir. Zərərçəkmiş şəxs bankdan çəkdiyi 25000 manat pulu saxlamaq üçün ona vermiş və pulun hamısı da yüzlük olmuşdur. Həmin 25000 manat məbləğində pulu öz üzərində saxlamışdır. Bundan bir həftə - 10 gün keçdikdən sonra Zərərçəkmiş şəxs ona ev almaq istədiyini, kirvələrinə məxsus belə bir evin olduğunu bildirmiş, o isə cavabında buna lüzum olmadığını bildirsə də, Zərərçəkmiş şəxs ondan 7000 manat, 3000 və 500 manat olmaqla, cəmi 10500 manat pul almışdır. Evin harada olduğunu Zərərçəkmiş şəxs soruşsa da, o, bunun sürpriz olduğunu demişdir. Zərərçəkmiş şəxs puldan necə istifadə edəcəyini soruşduqda pulu kirvələrə verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan pulun hamısını, yəni 25000 manat məbləğində pulu almaq istəmişdir ki, evə versin, lakin o, buna imkan verməmişdir. Yerdə qalan 2000 manat pulu isə Zərərçəkmiş şəxs qızı Xədicə ondan almışdır. Zərərçəkmiş şəxs özü ona telefonla zəng edərək “Nazlı” ləqəbli qızı Xədicəyə 2000 manat pulu verməsini bildirmişdir. Xədicədən pulu kimə verməsini soruşduqda pulu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Xədicəyə sənəd verməmişdir. Sonra Zərərçəkmiş şəxs kirvələrə o pulu verdiyini və ona ev aldığını demişdir. Həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs evində təmizlikçi olarkən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs öz aralarında pul və ev məsələsi ilə bağlı telefonda mübahisə etmişlər, lakin Zərərçəkmiş şəxs daha çox Təqsirləndirilən şəxs qızı Nərgizlə danışmışdır. Onların aralarındakı mübahisənin mahiyyətindən xəbərdar olmamış, o sadəcə təmizlik işi ilə məşğul olmuş, onların məsələsinə qarışmamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisəsi 3 ildən çoxdur ki, davam edir. Zərərçəkmiş şəxs 750 manat pulu sürücülük vəsiqəsi almaq üçün Təqsirləndirilən şəxs vermiş, həmin zaman pulu Zərərçəkmiş şəxs o, verməsə də, Zərərçəkmiş şəxs vasitəsilə bundan xəbəri olmuşdur. Zərərçəkmiş şəxs ona demişdir ki, Təqsirləndirilən şəxs 750 manat pulu ona geri qaytarmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, əvvəlcə Zərərçəkmiş şəxs ondan 7000 manat pul almış, bundan sonra Zərərçəkmiş şəxs qızı Xədicəyə 2000 manat pul vermiş, ən sonda isə Zərərçəkmiş şəxs ondan 3000 və 500 manat pul olmaqla, ümumilikdə 12500 manat pul məbləğini Zərərçəkmiş şəxs saxlamaq üçün ona verilmiş puldan almışdır. Onda 12500 manat pul qalmış, Zərərçəkmiş şəxs ondakı 500 manatı ehtiyaclara xərclədikdən sonra yerdə qalan 12000 manatı Zərərçəkmiş şəxs vermişdir. Ümumiyyətlə Güleyşənin alacağı evin harada yerləşməsindən və onun hansı qiymətə satılmasından xəbəri olmamışdır. Birinci ev məsələsi, sonra isə sürücülük söhbəti olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə telefon danışıqlarında həmişə əməliyyat olunduğunu demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mübahisəsi məhkəmədə olan vaxt isə o, Zərərçəkmiş şəxs evində işləməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqları vasitəsilə 4-5 il bundan qabaq tanımışdır. Zərərçəkmiş şəxs ona ev aldığını, onun pulunu vermək üçün bərabər getməyi təklif etmişdir. Təxminən 3 il əvvəl axşamtərəfi Zərərçəkmiş şəxs “Nazlı” ləqəbli qızı Xədicə, o və Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs evinə gedib 7000 manat pul vermişlər. Pulu Zərərçəkmiş şəxs özü şəxsən Təqsirləndirilən şəxs vermişdir. Bu zaman Zərərçəkmiş şəxs qızı Xədicə və o qapının ağzında durmuş, evə girməmiş, Zərərçəkmiş şəxs isə özü evə girib, stolda oturaraq pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. Evdə Təqsirləndirilən şəxs və oğlu olmuşdur. Lakin həmin ünvanı hazırda xatırlamır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında pulla bağlı çoxlu telefon danışıqları olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəfələrlə, hətta onun öz mobil nömrəsi ilə də yığmışdır. Güleyşənin alacağı evin harada yerləşməsindən xəbəri olmamış, nə Zərərçəkmiş şəxs ona bu barədə demiş, nə də o, bununla bağlı Zərərçəkmiş şəxs heç nə soruşmamışdır. Zərərçəkmiş şəxs digər pul məbləğlərini verəndə özü Şəmkir şəhərində olmuş, buna görə də həmin puldan xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində onun 3000 manatdan məlumatlı olduğu və həmin pulu Zərərçəkmiş şəxs onun və qızı Xədicənin yanında Təqsirləndirilən şəxs verdiyi qeyd edilsə də, bu əslində belə olmamışdır. O yalnız 7000 manat pul məbləğinin Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verilməsində iştirak etmiş, digər pul məbləğlərindən isə heç bir xəbəri olmamışdır. Zərərçəkmiş şəxs ona qonşusunun adına telefon götürəcəyini bildirmiş, o isə buna imkan verməmişdir. Zərərçəkmiş şəxs adına telefon götürmək istədiyi şəxsin kim olduğunu bilməsə də, onun Təqsirləndirilən şəxs olmamasından əmindir. Şahid5 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməməyinə görə üzrlü sayılmasını xahiş edir. Onu da qeyd edir ki, o, əvvəlki məhkəmə iclaslarının birində iştirak etmiş və bildirmişdir ki, adıçəkilən şəhid Azad Abbasovun yoldaşı Zərərçəkmiş şəxs haqqında da video çəkilişi o, etmişdir və həmin çəkilişi dərhal Azərbaycan Respublikasının Prezidenti başda olmaqla Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə göndərmişdir. Göndərdiyi rəsmi məktubla əlaqədar həmən işin araşdırılması Gəncə Şəhər Baş Polis İdarəsinə tapşırılmışdır. Bu işlə müstəntiq Rəşad Süleymanov məşğul olmuşdur. Güleyşə xanım video görüntüdə çıxış edərək bildirmişdir ki, qarşı tərəfin yəni, Pərvanə xanımın evində xadimə işləmiş və o vaxtlar sürücülük vəsiqəsi almaq üçün toplamış olduğu 750 manat pul Pərvanəgildə qalmışdır. O, çəkilişin səhəri günü Pərvanə xanımgilə gedərək 750 (yeddi yüz əlli) manat məbləğində pulu soruşmuş, Pərvanə xanım həqiqətən pulun onlarda olduğunu deyərək həmin pulu ona vermişdir. O da həmin pulu Güleyşə xanımın özünə təhvil vermiş, hətta Güleyşə xanım borc və pul tələbi olmaması barədə kağız yazaraq imza atmış həmin kağızın bir nüsxəsi onun özündə bir nüsxəsi də Pərvanə xanımda qalmışdır. Videogörüntüdə Güleyşə xanım hansısa bir məbləğin, yəni, 10-12 min ( on min və ya on iki min) manat məbləği hər hansı bir məqsədlə Pərvanə xanıma verməsini vurğulamışdır. Ondan, yəni, Güleyşədən “bu pulun verilməsində şahidləriniz varmı?” deyə soruşduqda bir çox hal şahidləri ilə onu tanış edib şahidləri də dinləməyini demişdir. Bu minvalla o, 4-6 ay Güleyşə ilə əlaqə yaratmış və hal şahidləri barədə məlumat toplamaq istəmişdir . Ancaq, Güleyşə nə 10-12 min (on min və ya on iki min) manat barədə sübut, nə də hal şahidləri gətirəsi olmamışdır. O, dəfələrlə Rəşad Süleymanovla əlaqə yaradaraq “Qardaş,heç bir sübut yoxdur, yəni, xanım məni yola verir” deyə bildirmişdir. O, Rəşad Süleymanova dəfələrlə bildirmişdir ki, burada cinayət tərkibi yoxdur, olsa idi, xanım bizə həmin məbləğ ilə bağlı şahidlər gətirərdi. Güleyşə xanımın təkidi əsasında (hal şahidləri və sübut gətirə bilmədiyi üçün) onun “102 X13 Youtube” kanalından yayım silinmişdir. Bunun üçün o, keçən məhkəmə proseslərində də şahid qismində iştirak edərək bildirmişdir ki, Güleyşə xanımın kanal vasitəsi ilə efirə vermiş olduğu videoda adı çəkilən 10-12 min ( on min və ya on iki min) manat barədə heç bir şahid və sübut gətirə bilməmiş və özünün təkidi əsasında video kanaldan silinmişdir. Güleyşə xanımın Pərvanə xanıma vermiş olduğu puldan nə xəbəri var, nə də iştirak etməmişdir. Sonda yuxarıda qeyd etdiyi məlumatların nəzərə alınmasını və bu barədə müvafiq qərar verilməsinin təmin edilməsini, tərəfindən bütün zəruri izahatlar təqdim olunduğuna görə təkrarən məhkəmə prosesinə çağırılmamasını xahiş etmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onların evində təmizlikçi işləmişdir. Zərərçəkmiş şəxs ilə aralarında dostyana yaxınlaşma olmuş, Zərərçəkmiş şəxs uşağı doğulduqdan sonra bir neçə ay dostluq münasibətləri olmuşdur. Hər zaman Zərərçəkmiş şəxs maddi yardım etmiş, Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs pul göndərmişdir. Zərərçəkmiş şəxs onların ailəsi ilə kirvə olmaq istəsə də, anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə kirvə olmaq istəməmişdir. Zərərçəkmiş şəxs tərəfindən nə ona, nə də anasına 12500 manat pul vəsaiti verilməmişdir. Zərərçəkmiş şəxs ondan sürücülük vəsiqəsi almağa köməklik etməyi xahiş etmiş və bildirmişdir ki, körpünün altında başqa bir kişiylə qadınayaraşmayan formada tutulduğuna görə sürücülük vəsiqəsi ala bilmir. Zərərçəkmiş şəxs pulu ona veribsə, onun səsini yaza bilər, ya da şəklini çəkə bilərdi. Əgər həqiqətən o və anası pulu Zərərçəkmiş şəxs alsaydı və onların Zərərçəkmiş şəxs borcu olsaydı, həmin pulu bugünədək geri qaytarardılar. Sürücülük vəsiqəsi almaq üçün anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 750 manat alsa da, Zərərçəkmiş şəxs ilə aralarındakı insidentdən sonra anası həmin pulu Zərərçəkmiş şəxs geri qaytarmışdır. Zərərçəkmiş şəxs onun üzərinə avtomobil sürmüşdür. Zərərçəkmiş şəxs tərəfindən ona heç bir pul vəsaiti verilməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, yeni il günü Fariz adlı polis əməkdaşı ona zəng edərək Zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirmiş, o da Gəncə şəhər BPİ-də izahat vermişdir. Bundan xeyli müddət sonra müstəntiq Rəşadın zənginə görə Gəncə şəhər BPİ-yə getmiş, lakin Gəncə şəhər BPİ-yə gedəndə müstəntiq Rəşad ona nə üçün gəldiyini, əslində şikayətin anası Təqsirləndirilən şəxs barəsində olduğunu bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 30 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - 30 dekabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - 03 iyun 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - 04 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ona ittiham elan edilmişdir. - 04 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 05 iyun 2024-cü il tarixli “yetkinlik yaşına çatmayan şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Gəncə şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin böyük məsləhətçisi, Qəyyumluq və himayəçilik komissiyasının məsul katibi Qanuni nümayəndə yetkinlik yaşına çatmamış Şahid2 qanuni nümayəndəsi qismində təyin edilməklə hüquq və vəzifələri izah edilmişdir. - Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserdən alınmış xx.xx.2024cü il tarixli, 2091 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserdən alınmış xx.xx.2024-cü il tarixli, 4376 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - 08 iyun 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğuna görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. - 10 iyun 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğuna görə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5833/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri 2 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-3-365 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixli, **********22-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-4171/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. - Gəncə şəhər İcra hakimiyyəti başçısının 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini X11” Publik hüquqi şəxsin Endokrinoloji Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Z.Məmmədov adına Birləşmiş xəstəxananın Endokrinoloji şöbəsində “şəkərli diabet 2 tip diaqnozu” ilə xx.xx.2023-cü il tarixdən ambulator müalicə və dispanser qeydiyyatındadır. (Tibbi karta 3207), (insulinə ehtiyacı var, çoxsaylı ağırlaşmalarla, mübadilə hepateti, diabetik nefropatiya, polineyroipatiya). - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X11” Publik hüquqi şəxsin “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik hüquqi şəxsin Z.Məmmədov adına xəstəxanası tərəfindən verilmiş 08 dekabr 2025-ci il tarixli, 18-1-37-5/3-1083/2025 nömrəli tibbi rəydən görünür ki, Təqsirləndirilən şəxs hər iki gözdə xroniki uveit, sağ gözdə uveitin kəskinləşməsi, preproliferativ diabetik retinopatiya, fəsadlı katarakta, sol gözdə makulodistrofiya diaqnozu qoyulmuşdur. Xəstənin sağ gözündə əməliyyat olunması vacibdir. - Gəncə Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 5(125)-414/2024 nömrəli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmədiyi üçün Təqsirləndirilən şəxs adına olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə 01 (bir) il müddətinə həbs qoyulmuşdur. - “Sübutların qiymətləndiriməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq orqanı tərəfindən iş üzrə şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmiş, Şahid4 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2ci (əməlində cinayət tərkibi olmadıqda) maddəsinə əsasən rədd edilmişdir. - Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə özü ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarını əks etdirən 1 ədəd “CD” disk təqdim edilmişdir. Diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində «WhatsApp Audio 2025-02-09 at 19.06.35», «WhatsApp Audio 2025-02- 09 at 19.06.35 (1)», «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (2)», «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (3)», «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (4)», «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (5)», «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (6)» və «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (7)» formatlı faylların olması müəyyən olunmuşdur. «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (01)» adlı fayla baxış keçirilərkən həmin faylın 761 Kb həcmli olması, səsin 32 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: Zərərçəkmiş şəxs: ”O biri puldan nə xəbər? “Prava” heç, dediniz onu ayın 20-si verəcəm, o, biri puldan nə xəbər?” Təqsirləndirilən şəxs: “”Pravanı” yanvarın 20-si verəcəm, onu hələ gözlə, onsuzda yanvar ayında görüşəcəyik də mən onu verəndə, onda söhbət edərik, telefon söhbəti deyil.”.. «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (02)» adlı fayla baxış keçirilərkən həmin faylın 892 Kb həcmli olması, səsin 38 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs: “Zəng eləmişdim ki, onunla danışdım, “pravanı”, ancaq deyir vəziyyətim yaxşı deyil, bərbaddır, ancaq ayın 20-də, yanvar ayının 20-də verə bilərəm.” Zərərçəkmiş şəxs: ”Mənim maşınım əldən gedir e, Qurana and olsun, yanvar ayının 20-nə kimi mən “uje” məhv olaram.”.. «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (04)» adlı fayla baxış keçirilərkən həmin faylın 1195 Kb həcmli olması, səsin 50 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs: “Gülüş, axşamın xeyir, gəlib mənim qapımda qışqırırsan?” Zərərçəkmiş şəxs: “Pərvanə xanım, məni niyə bloklayırsınız?” Təqsirləndirilən şəxs: “Yaxşı edirəm, bezdirirsən” Zərərçəkmiş şəxs: “İndi mənim pulumun hamısını istəyirəm” Təqsirləndirilən şəxs: “Sənin pulunun bir qəpiyi də məndə yoxdur”... «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (05)» adlı fayla baxış keçirilərkən həmin faylın 173 Kb həcmli olması, səsin 50 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs: “Gülüş, işim var, yığıram səni 15-20 dəqiqəyə, danışmışam, amma hələ heç nə ortada yoxdur”... «WhatsApp Audio 2025-02-09 at 19.06.35 (07)» adlı fayla baxış keçirilərkən həmin faylın 1242 Kb həcmli olması, səsin 52 saniyə davam etməsi müəyyən olunmuş, həmin səsyazısında şəxsin aşağıdakı danışıqlar aparması müəyyən olunmuşdur: Zərərçəkmiş şəxs: ”Axşamınız xeyir Pərvanə xanım, gedib şöbədə 600 manat pul yazdırmısınız, Siz mənə 600 manat borclusunuz?”. Təqsirləndirilən şəxs: “600 manat yox, 750 manat”... Zərərçəkmiş şəxs: ”Bəs mən Sizə köz kimi 13250 manat pul vermişəm, qalan pulum hanı?”... Təqsirləndirilən şəxs: “Sən mənə heç nə verməmisən, yalançı şahidlərini, başda da Ülkər olmaqla çıxardarsan ortalığa”. Məhkəmə tərəfindən “CD” diskə baxış keçirildikdən sonra Zərərçəkmiş şəxs “o biri pul” deyəndə 12500 manatdan söhbət getdiyini, həmin səsyazısının (yuxarıda qeyd edilmiş) 2024-cü ilin yanvar ayına aid olduğunu, əslində sürücülük vəsiqəsi olduğu halda Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə bunu təkzib edərək “o biri pul” deyəndə Zərərçəkmiş şəxs borclu olan Gülnarə adlı qadının Zərərçəkmiş şəxs borcunu ödəməsi barədə bir böyük kimi Gülnarə ilə danışacağını, yanvarın 20-si Zərərçəkmiş şəxs ilə görüşəndə sürücülük vəsiqəsini ona verəcəyini demişdir. - Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddiatəqdim edərək Təqsirləndirilən şəxs cinayət işi üzrə onun mülki iddiaçı, təqsirləndirilən şəxsin isə mülki cavabndeh tanınması və təqsirləndirilən şəxsin ona vurduğu 12500 manat maddi ziyanın mülki cavabdeh olaraq (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Gəncə şəhəri ərazisində yaşayış evi alacağına inandırıb yalan vədlər verərək etibarından sui-istifadə edib aldararaq, vahid niyyət ilə 2021-ci ilin may ayında ümumilikdə Zərərçəkmiş şəxs məxsus 12500 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs DİN-in BDYPİ-nin Gəncə RQİ-də yaxın əlaqələrinin olmasına və sonuncuya sürücülük vəsiqəsi almasında köməklik edəcəyinə inandırıb yalan vədlər verərək etibarından sui-istifadə edib aldararaq 2021-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs məxsus 750 manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs “…Güleyşədən heç vaxt 12500 manat pul almadığını, bunun ona qarşı atılan şər-böhtan olmasını” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, protokollar, tərəflər arasında aparılmış telefon danışıqları və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam yerilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs tərəfindən 14 yanvar 2026-cı il tarixli məhkəməyə ünvanlanmış ərizədən görünür ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilir, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən işə xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, irəli sürülmüş ittiham üzrə Zərərçəkmiş şəxs 2021-ci ilin iyul ayında aldadıb 750 manat məbləğdə pulunu alıb ələ keçirərək dələduzluq etməsi epizodu üzrə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə əməl Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini, şəkərli diabet 2 tip, hər iki gözdə xroniki uveit, sağ gözdə uveitin kəskinləşməsi, preproliferativ diabetik retinopatiya, fəsadlı katarakta və sol gözdə makulodistrofiya xəstəliklərindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2021-ci ilin iyul ayında aldadıb 750 manat məbləğdə pulunu alıb ələ keçirərək dələduzluq etməsini iş üzrə ittihamdan xaric etdiyindən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmaqla o, həmin madddə ilə ittiham olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-c i il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilsin. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia irəli sürərək cinayət nəticəsində vurulmuş maddi ziyan kimi 12500 (on iki min beş yüz) manat pulun mülki cavabdehdən alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməllər nəticəsində Zərərçəkmiş şəxs 12500 manat məbləğində maddi zərər vurması öz təsdiqini tapmışdır. İş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs vurmuş olduğu ziyandan heç bir ödəniş edilmədiyindən mülki iddia tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1- ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Bundan əlavə müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 5 (beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 12500 (on iki min beş yüz) manat pul mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-27/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-27/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver