Məhkəmə qərarları › İş №1(125)-270/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-270/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-270/2023 01.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X11, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə 06 avqust 1980-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə Zərərçəkmiş şəxs3 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun tanışı Zərərçəkmiş şəxs2 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 öz adını “Şəbnəm” kimi təqdim edərək 24000 manat qarşılığında Zərərçəkmiş şəxs2 tanışı Şahid8 yüksək vəzifədə işləyən tanışları vasitəsilə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhərində yerləşən Yanğından Mühafizə İdarəsinə işə təyin etdirməyə köməklik edəcəyini vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs3 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin noyabr ayının 2-də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən 54 nömrəli ATS-in yaxınlığında Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 verdiyi 7500 manatı, 2021-ci ilin noyabr ayının 4-də Gəncə şəhəri, Təbriz küçəsində Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 verdiyi 16500 manatı alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 vahid niyyətlə 24000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun tanışı Zərərçəkmiş şəxs2 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 öz adını “Şəbnəm” kimi təqdim edərək 24000 manat qarşılığında Zərərçəkmiş şəxs2 tanışı Şahid8 yüksək vəzifədə işləyən tanışları vasitəsilə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhərində yerləşən Yanğından Mühafizə İdarəsinə işə təyin etdirməyə köməklik edəcəyini, Zərərçəkmiş şəxs3 “İkinci Qarabağ” müharibəsində iştirak etdiyinə görə müharibə iştirakçısı medallar verdirəcəyinə vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs3 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin noyabr ayının 4-də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən 54 nömrəli ATS-in yaxınlığında Zərərçəkmiş şəxs3 mühüm şəxsi sənədi olan SX ******* saylı hərbi biletini, alıb ələ keçirərək mühüm şəxsi sənədi olan hərbi biletini talamışdır. Bundan başqa o, təkrar tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun tanışı Zərərçəkmiş şəxs1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə öz adını “Şəbnəm” kimi təqdim edərək 24000 manat qarşılığında Zərərçəkmiş şəxs1 Dövlət Gömrük Komitəsində inspektor vəzifəsinə yüksək vəzifədə işləyən tanışları vasitələri ilə işə təyin etdirməyə köməklik etməyə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs3 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin noyabr ayının 20-də Gəncə şəhərində Ş.İ.Xətai prospekti ilə Nizami prospektinin kəsişməsində axşam saatlarında Zərərçəkmiş şəxs3dan Zərərçəkmiş şəxs1 verdiyi 18000 manat, onun Zərərçəkmiş şəxs3 tapşırığı əsasında 2021-ci ilin dekabr ayının 15-də saat 14:50 radələrində sonuncunun Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Asan xidmət mərkəzindəki “Milliön” ödəmə terminalı vasitəsilə gəlini Qasımova (Əjdərli) Nərmin Feyruz qızının adına olan 5243 7544 1078 7426 nömrəli Unibank Albalı debet kartına göndərdiyi 6000 manatı ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 vahid niyyətlə 24000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, səs və sms yazıları, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2021-ci ilin noyabr ayında Bakı şəhərindən Gəncə şəhərində “Dan Ulduzu” restoranda xalası qızı Nüşabənin qızı Fidanın toy mərasimə gəlmiş, bu zaman anası Şahid5 və qardaşı X7 yaşadıqları Gəncə şəhəri, X33 küçəsi, bina 27 ünvanda olan zaman qardaşı Samir Qasımovun xatırlamadığı telefon nömrəsinə zəng gəlmiş, telefon ilə danışıb qutarandan sonra qardaşı Samir ona pol-parket aparatı almaq üçün Gəncə şəhərində yerləşən məşğulluq idarəsinə müraciət etdiyini və məşğulluq idarəsindən nümayəndə gələcəyini bildirmişdir.Bundan sonra adı sonradan ona məlum olan özünü Gəncə şəhərində yerləşən Məşğulluq İdarəsinin nümayəndəsi kimi təqdim edən Zərərçəkmiş şəxs3 və adı sonradan məlum olan Şəbnəm adlı qadınla qardaşı və anasının yaşadığı Gəncə şəhəri, X33 küçəsi, bina 27 ünvanına gəlmişlər. Bu zaman Sirac evi və qardaşı Samir Qasımovu videoya çəkmişdir. O, həmin vaxt Siracla tanış olmuş, adının Samirə olduğunu və Samirin bacısı olduğunu bildirmişdir.Eyni zamanda saç ustası olduğunu və Gəncə şəhərində icarəyə qadın salonu götürəcəyi təqdirdə ona da lazım olan ləvazimatların verilib-verilməyəcəyini soruşmuş, Sirac da ona lazım olan ləvazimatları verə biləcəyini bildirmişdir. Sonra oğlu Şahid2 və gəlini X10 diş texniki işi ilə məşğul olduğunu və bunun üçün dişi bişirmək üçün xüsusi aparat lazım olduğunu demişdir. Həmin aparatın qiymətinin 5000-8000 manat qiyməti olduğunu bildirmişdir.Sirac isə onun şəxsiyyət vəsiqəsini, oğlu Şahid2 və gəlini Nərmin Əjdərlinin şəxsiyyət vəsiqələrinin surətini istəmişdir. O, həmin vaxt şəxsiyyət vəsiqələrinin surətini Siraca vermiş, həmin vaxt yanında anası Züleyxa, qardaşının arvadı Şahid1 yanında olmuşdur. Eyni zamanda Siracın istifadəsində olan telefon nömrəsini istəmiş və telefonuna kontaktına yazmışdır. Həmin gündən 3-4 gün sonra Siraca zəng edərək lazım olan ləvazimatları Siracın vasitəsilə məşğulluq idarəsindən almaq üçün qardaşı Samir Qasımovun arvadı Saida Qasımovanın və bacısı oğlu Hənna Əbilovun və qonşuları Süleyman adlı şəxsin şəxsiyyət vəsiqələrinin surətinin onda olduğunu və həmin sənədləri vermək üçün işlədiyi idarəyə gətirmək istədiyini bidirmişdir. Həmin vaxt Sirac idarəyə gəlməməyini və Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanasının yanına gəlməyini və özünün də oraya gələcəyini demişdir. Razılaşmış və bir neçə dəqiqə sonra Siracla Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın yanında görüşüb şəxsiyyət vəsiqələrinin surətlərini ona vermişdir.Həmin vaxt Sirac narahat olmamağını komissiyadan cavab gələn kimi xəbər edəcəyini bildirmişdir. Həmin gün axşamtərəfi Sirac zəng edərək onunla işinin olduğunu və görüşmək istədiyini bildirmişdir.Ona görə də həmin gün Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi “Çinar” çay evində Siracla görüşmüşdür.Orada olan zaman Sirac bir il əvvəl dostu Zaurun sinif yoldaşının vasitəsi ilə iki nəfər şəxsdən işə düzəltmək adı ilə pul aldığını, həmin şəxsin birinin adının Nuranə olduğunu və 30000(otuz min) manat pul aldığını və Dövlət Gömrük Komitəsində işə düzəltmək adı ilə həmin pulu aldığını qeyd etmiş, həmin 30000(otuz min) manat pulun 26000(iyirmi altı min) manatını dostu Zaurun sinif yoldaşına verdiyini, 4000(dörd min) manatı isə öz aralarında böldüyünü bildirmişdir.Sonra digər şəxsdən ya 20000(iyirmi min), ya da 21000(iyirmi bir min) manat Fövqəladə Hallar Nazirliyində Yanğınsöndürən işinə düzəltmək adı ilə pul aldığnı və həmin pulun 18000(on səkkiz min) manatını dostu Zaurun sinifyoldaşına verdiyini bildirmişdir.Pulu verdiyi şəxsi əvvəlcə tapa bilmədiyini, hal-hazırda tapdığını, lakin həmin şəxsin pulunun olmadığını və həmin şəxsin pulu ödəmək üçün vaxt istədiyini bildirmişdir.Sirac ona məşğulluq məsələsi ilə bağlı oğlu və özünə köməklik edəcəyini, bunun müqabilində özünün də ona köməklik etməyini xahiş etmişdir. O da nə köməkliyi istədiyini soruşan zaman Sirac borcunun olduğunu pulu aldıqları şəxslərin ondan pul tələb etdiyini və vaxt qazanmaq üçün zəng edəcəyini, həmin şəxslər yanında olmamışdan əvvəl ona həmin şəxslərə nə demək lazım olduğunu deyəcəyini və həmin şəxslər yanında olan zaman ona deməyini xahiş etmişdir. O da Sirac ilə razılaşmışdır. Hər dəfə Sirac əvvəlcədən zəng edərək pul aldıqları şəxslərin birazdan görüşəcəyini və zəng edən zaman özünü Şəbnəm kimi təqdim etməyini xahiş etmişdir. O, buna görə də hər dəfə həmin şəxslər Siracın yanında olan zaman zəng edəndə o, özünü Şəbnəm kimi təqdim etmişdir. Sonradan Zərərçəkmiş şəxs3 ondan şikayət etdiyini bilmişdir. Zərərçəkmiş şəxs3 tanışları Zərərçəkmiş şəxs1 və Yusif adlı şəxsləri ona işə düzəltmək adı ilə pul verməmişdir. 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək qardaşı Samir Qasımovun Azərbaycan Respublikasında olmadığı üçün lazımi olan pol-parket aparatının verilməsi adını bildirmədiyi bank tərəfindən təsdiqləndiyini, amma qardaşının özü burada olmadığı üçün Azərbaycan Respublikasına gələn zaman ayrılmış pulu özü götürəcəyini demişdir.Lakin oğlu Şahid2 diş texniki aparatı almaq üçün 6000 manat pul ayıra biləcəyini demişdir.Sonra oğlu Şahid2 şəxsiyyət vəsiqəsini və adına olan kartına şəklini çəkərək “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə atmağını bildirmişdir. O da oğlu Şahid2 adına kart olmadığını demiş, lakin gəlini X10 adına kart olduğunu bildirmiş, gəlini X10 adına olan kartı və şəxsiyyət vəsiqəsinin şəklini “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Siracın istifadəsində olan nömrəyə göndərmişdir.Daha sonra Zərərçəkmiş şəxs3 həmin karta 5970 manat pul göndərmişdir. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. 2021-ci ilin noyabr ayında anası Şahid5 və qardaşı Samir Qasımovun yaşadıqları Gəncə şəhəri, X33 küçəsi, bina 27 ünvanda olan zaman qardaşı Samir Qasımovun xatırlamadığı telefon nömrəsinə zəng gəlmiş, telefon ilə danışıb qutarandan sonra qardaşı Samir ona pol-parket aparatı almaq üçün Gəncə şəhərində yerləşən məşğulluq idarəsinə müraciət etdiyini və məşğulluq idarəsindən nümayəndə gələcəyini bildirmişdir. Bundan sonra adı sonradan məlum olan özünü Gəncə şəhərində yerləşən Məşğulluq İdarəsinin nümayəndəsi kimi təqdim edən Sirac və adı sonradan ona məlum olan Şəbnəm adlı qadınla birlikdə gəlmişdir.O, Zərərçəkmiş şəxs3 həmin vaxt tanımışdır.Zərərçəkmiş şəxs3 2021-ci ilin noyabr ayında tanımış, oktyabr ayında Bakı şəhərində olmuş, Gəncə şəhərində olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 anası Şahid5 və qardaşı Samir Qasımovun yaşadıqları Gəncə şəhəri, X33 küçəsi, bina 27 ünvanına məşğulluq ilə bağlı olan zaman görümüş, sonra 2021-ci ilin noyabr ayının əvvəllərində Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanada şəxsiyyət vəsiqələrinin surətini verən zaman görüşmüş, bundan sonra iki dəfə 2021-ci ilin noyabr ayında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Çinar” çay evində görüşmüş, orada Siracla problemləri ilə bağlı və şəxsi həyatından danışmışlar. Zərərçəkmiş şəxs3 2021-ci ilin noyabr ayında tanımış, ralarında olan telefon mesajlaşması ilə bağlı heç bir şey deyə bilmir. Zərərçəkmiş şəxs3 hərbi biletini ona verməmişdir. Buna baxmayaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəmiş və qalan hissəsinin də ödənilməsi barədə razılıq əldə etmişlər. Zərərçəkmiş şəxslər ilə barışmışlar. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur.Göstərdiklərini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs3 uşaqlıq dostudur. Sirac ona 2021ci ilin oktyabr ayının sonlarında Şəbnəm adında xeyriyyəçi ilə tanış olduğunu və həmin qadının hamıya kömək edib əl tutduğunu demişdir. Ona görə də 2021-ci ilin noyabr ayının əvvəllərində Siraca zəng edərək dostu X16 Nazirliyinin Yanğından Mühafizə İdarəsinə işə düzəltmək istədiyini demiş və özünü Şəbnəm kimi təqdim edən soradan isə adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi xanımın buna köməyi dəyə biləcəyini soruşmuşdur. Sirac ona cavabında Şəbnəm adlı xanımın hal-hazırda yanında olduğunu demiş və telefonda gözlədərək soruşmuş, Sirac ona cavab olaraq Şəbnəm xanıma heç bir təmənna lazım olmadığını, özünün təmənnası olmadan bu işi həll edə biləcəyini, ancaq yaşı çox olduğuna görə çox xərci çıxacağını demişdir. Siraca cavabında “həll eləsin problem deyil” demişdir. Bir gün sonra Sirac ona Şəbnəm xanımın Yusifin sənədlərini yığmasını tapşırdığını demiş, həmin günün axşamı o, Siracla görüşmüş, Sirac yanında Şəbnəm xanıma whatshapp vasitəsi ilə zəng etmiş və daha sonra bu işin neçəyə həll olunacağını soruşmuş, Şəbnəm xanım da cavabında yaşı çox olduğuna görə 24000 manata bu işi həll edəcəyini bildirmişdir. Bütün bu danışıqları o da Siracın yanında eşitmişdir. Yusifin həmin vaxt imkanı olmadığına görə pulun hamısını özünün verəcəyini demiş, Yusif işə girəndən sonra maşınını satıb həmin pulu ona geri ödəyəcəyini demişdir. 2021-ci ilin noyabr ayının əvvəlləri o, 7500 manat pulu və Yusifin sənədlərini “Xan bağı” adlanan parkın qarşısında maşının içində Siraca vermiş, Sirac da onun yanında Şəbnəm xanıma zəng edərək sənədlərin hazır olduğunu amma pulun hələki 7500 manat düzəldiyini demişdir. Şəbnəm xanım cavabında problem olmadığını və Siracdan sənədlərlə birlikdə pulun Yeni Gəncədəki 54 ATS-in qabağına gətirməyini istəmiş, Sirac da ondan pul və sənədləri götürərək Şəbnəmin yanına getdiyini bildirmişdir. Təxminən 1 saatdan biraz artıq müddət sonra yenidən Siracla görüşmüş, Sirac pul və sənədləri ona verdiyini bildirmişdir. 2021-ci ilin noyabr ayının sonlarında Sirac ondan Şəbnəm xanımın qalan 16500 manatı istədiyini bildirmiş, o, Siracla görüşmüş, Sirac yanında Şəbnəm xanıma whatsapp-da yenidən zəng etmiş, Şəbnəm xanım telefonda yenidən 16500 manatın təcili verilməyi lazım olduğunu və qısa müddətə Yusifin komissiyaya çağrılacağını bildirmişdir. Həmin gündən 1 gün sonra “Xan bağı” adlı parkın qarşısında Siracla görüşmüş və Siracın maşınında oturmuşlar. O, 16500 manat pulu sayıb paketin içində Siraca vermiş, Sirac ona həmin pulu verib qayıdacağını bildirmişdir.Bir neçə dəqiqədən sonra Sirac yanına gəlmiş və pulu verdiyini ona bildirmişdir. 1 gün sonra Sirac zəng edərək Şəbnəm xanımın noyabr ayının 30-u Yusifi Bakıya komissiyaya çağırdığını bildirmiş və orada Şəbnəm xanımın özünün qarşılayacağını bildirmişdir. Ona görə özü 2021-ci ilin noyabr ayının 30-u Yusiflə birlikdə Bakıya getmişdir. Bakı şəhərinə çatan zaman Şəbnəm xanımla telefonla danışaraq hara gəlmələrinin lazım olduğunu soruşmuş, Şəbnəm onları Fövqəladə Hallar Nazirliyinin hospitalının qabağına çağırmışdır. Ora çatanda Şəbnəm onlardan tibbi maska istəmiş və tələsik şəkildə Yusifə “İçəridə səndən soruşsalar qəti olaraq demə iş üçün gəldiyini yalnız qanından analiz alıb səni yola salacaqlar” demişdir. Bundan sonra 10 manat da Yusifdən qan analizinin pulunu alaraq onlar içəri girmişlər. O, bu vaxt biraz şübhələnərək arxadan uzaqdan həmin qadının yəni hazırda təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs şəkilini çəkmişdir. Təxminən 15 dəqiqə sonra onlar qayıtmış və özünü Şəbnəm xanım kimi təqdim edən Təqsirləndirilən şəxs Yusifin şəxsiyyət vəsiqəsini alaraq qalan məsələləri özü həll edəcəyini, Siraca söz verdiyini və 1 həftəyə Yusifin işə qəbul əmrinin gələcəyini bildirmişdir. Daha sonra onlar Gəncəyə qayıtmışlar. Həmin gündən 2 gün sonra Təqsirləndirilən şəxs Yusifin şəxsiyyət vəsiqəsini taksi ilə göndərmiş, Samirə 1 həftəyə əmr gələcək deməsinə baxmayaraq 15 gün keçmiş, Sirac onun yanında hər dəfə Samirəyə zəng edəndə o, yalandan artıq Yusifin işə qəbul olduğunu, əmrin məktub formasında poçtla göndərildiyini, yaxın vaxtlarda çatacağını bildirirmişdir. Sirac məktubun qəbzini istəsə də hər dəfə samirə fərqli bəhanələr gətirərək, qəbzi Siraca göndərməkdən yayınmışdır. 2021-ci ilin dekabr ayının 20-də Sirac zəng edərək özünü Şəbnəm xanım kimi təqdim edən Təqsirləndirilən şəxs əslində dələduz olduğunu demiş və onun telefonu söndürüb neçə gündü onunla əlaqə saxlaya bilmədiyini söyləmişdir. Tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə özünü onlara Şəbnəm kimi təqdim edən Təqsirləndirilən şəxs dostu Yusifi Gəncə şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinə işə düzəltməsindən ötrü 2021-ci ilin noyabr ayında tarixdə 18000(on səkkiz min) manat, xx.xx.2022-ci il tarixdə isə 6000(altı min) manat pul vermişdir. Ona ümumilikdə 24000(iyirmi dörd min) manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə razılığa gəldiyindən ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heçbir yerdə işləmir. Zərərçəkmiş şəxs3 2010-cu ildən tanıyır və aralarında dostluq münasibəti vardır. Bir müdət əvvəl o, işsiz olduğundan dostu X29 Komitəsində iş olsa ona xəbər etməsini xahiş etmişdir. 2021-ci ilin noyabr ayında Sirac ona zəng edərək bir nəfər qadınla tanış olduğunu və həmin şəxsin onu işə düzəldə biləcəyini bildirmiş, o da Siraca bu barədə üzbəüz görüşüb danışmalarını bildirmişdir. Bundan bir neçə gün sonra Siracla Gəncə şəhərində görüşmüşlər. Siracla görüşən zaman Sirac yenidən ona Şəbnəm adlı xanımla tanış olduğunu və pul müqabilində işə düzəldə biləcəyini bildirmişdir. O, Siraca həmin qadına zəng edərək yanında danışmasını bildirmişdir. Sirac “Whatsapp” sosial şəbəkəsi vasitəsilə həmin qadına zəng edərək danışıqları onun eşitmədiyindən ötrü telefonun səsucaldanını aktiv etmişdir. Həmin vaxt Şəbnəm kimi özünü təqdim edən qadına yəni, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs Sirac nə qədər pulun müqabilində onun Dövlət Gömrük Komitəsinə işə qəbul ola biləcəyini soruşanda Samirə, Siraca onu 24000 manat pul müqabilində Gəncə şəhərində yerləşən Dövlət Gömrük Komitəsinin hər hansısa bir idarə və şöbəsində işə düzəldə biləcəyini demiş, bir ay ərzində işə qəbul etdirəcəyini və işə qəbul olduqdan sonra maaşının 1200-1500 manat civarında olacağını bildirmişdir.O da Siraca razı olduğunu və bankdan kredit götürərək həmin məbləği düzəldib verə biləcəyini bildirmişdir.Bundan sonra xx.xx.2021-ci il tarixdə Şirvan şəhərində yerləşən “Bank of Baku”-dan əmisioğlu X13 öz adına 15000(on beş min) manat kreditlə pul götürərək ona vermiş, həmçinin xx.xx.2021-ci il tarixdə “Muğan” Bankdan lombard krediti vasitəsilə qızıl qoyaraq 9700(doqquz min yeddi yüz) manat pul götürmüşdür. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində Siracla görüşərək ilk olaraq 18000(on səkkiz min) manat pul vermiş, qalan pulu isə dekabr ayında verəcəyini bildirmişdir.Səhəri gün Sirac zəng edərək ona verdiyi 18000(on səkkiz min) manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bu hadisədən bir neçə gün keçdikdən sonra Sirac zəng edərək ona Samirənin deməsinə görə Dövlət Gömrük Komitəsindən zəng gələcəyini bildirmişdir.Təxminən 2021ci ilin dekabr ayının əvvəllərində ***-***-**-** saylı mobil nömrədən ona zəng gəldiyini görmüş, lakin telefonu aça bilməmişdir.Üzərindən təxminən bir-iki gün keçdikdən sonra ***- ***-**-** saylı mobil nömrədən yenidən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə zəng gəlmiş,zəng edən şəxs qadını olmuş və özünü “gizir Muxtarova” kimi təqdim edərək ona iki gün əvvəl zəng etdiyini,lakin telefonu açmadığını demiş, o da həmin vaxt həmin nömrəyə geriyə zəng etdiyini,lakin telefonu götürmədiyini bildirmiş, özünü gizir Muxtarova kimi təqdim edən qadın ona pandemiya ilə əlaqədar çağıra bilmədiklərini və ayın sonlarına kimi çağıracağını demişdir. Daha sonra Sirac zəng edərək Təqsirləndirilən şəxs qalan 6000(altı min) manat pulu da istədiyini bildirmişdir.Bundan sonra qalan 6000(altı min) manat pulu da o, xx.xx.2021-ci il tarixdə Samirəyə çatdırması üçün Siraca vermişdir. xx.xx.2021-ci il tarixdə Sirac ona qalan 6000(altı min) manatı da Təqsirləndirilən şəxs verdiyini və tez bir zamanda ona yenidən zəng gələcəyini bildirmişdir. Həmin günü yenidən ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş, zəng edən şəxs ona özünü Dövlət Gömrük Komitəsinin kadrlar şöbəsindən gizir Muxtarova olduğunu və xx.xx.2021-ci il tarixdə Bakı şəhərində yerləşən Dövlət Gömrük Komitəsinin hospitalına gəlməyini bildirmişdir. O da bu barədə Siraca bildirmiş və Sirac birlikdə oraya getmələrini təklif etmişdir. Ona görə xx.xx.2021-ci il tarixdə Sirac ilə bilrikdə Bakı şəhərində yerləşən Dövlət Gömrük Komitəsinin Hospitalına getmiş, həmin günü saat 14:00-dək Dövlət Gömrük Komitəsinin Hospitalının qarşısında Sirac ilə gözləsələr də onu çağıran olmamış, çağıran olmadığına görə Sirac Təqsirləndirilən şəxs zəng edərək nə səbəbə Etibarı yoxlanışa çağırmadığını soruşmuş, Samirə isə tez bir zamanda onu çağıracaqlarını demişdir.Daha sonra özü Dövlət Gömrük Komitəsinin Hospitalının içərisinə daxil olmuş və orada gizir Muxtarova adlı qadının zəng etdiyini və buraya çağırdığını bildirmiş, həmin vaxt orada işləyən şəxslər ona gizir Muxtarova adlı qadının orada işləmədiyini bildirmişlər. Bundan sonra Sirac vasitəsilə tanış olduqları özünü Şəbnəm kimi təqdim edən Təqsirləndirilən şəxs onları dələduzluq yolu ilə aldadaraq 24000(iyirmi dörd min) manat pulunu ələ keçirdiyini başa düşmüşlər.Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinə baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmışdır. Zərərin ödənilməsi barədə razılıq əldə etmişlər. Zərərçəkmiş şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşayır və Gəncə şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq İdarəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 dostudur. Yusif adlı şəxsi isə dostu Zərərçəkmiş şəxs2 Əkrəm oğlunun vasitəsi ilə tanımışdır. 2021-cii ilin oktyabr ayın 28-də tanımadığı taksi ilə Bakı şəhərindən Gəncə şəhərinə gələrkən yolda özünü hərbidən mayor rütbəsi ilə təqaüdə çıxan özünü Şəbnəm adı ilə təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt o, da özünü Samirəyə təqdim edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhərində yerləşən 6 saylı ərazi məşğulluq filialında işlədiyini bildirmişdir. Samirə ilə yolda gələn zaman o, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə mütəmadi yardım etdiyini və hələ də yardımına davam etdiyini bildirmişdir. Bu əsnada mütamadi yardım etdiyi az təminatlı bir şəxsin pol-parket ustası olduğunu və həmin sahə üzrə pol-parket cilalama zərfi üzrə özünü məşğulluq proqramına qanunvericilik çərçivəsində köməklik göstərməyini xahiş etmişdir. Həmin gün Samirə ondan əlaqə nömrəsini istəmiş və o da istifadəsində olan ***-***-**-** saylı əlaqə nömrəsini vermişdir. Daha sonra onun müharibə dövründə hərbi xidmətdə olduğu N saylı hərbi hissənin komandirinin nömrəsini adı ilə göstərmiş və qohum olduğunu bildirmişdir. Onun yanında həmin şəxsə zəng edərək söhbət etmişdir. Lakin telefon ilə danışdığı şəxsin dediyi şəxslə eyni şəxs olub-olmamasını bilməmişdir. Bir gün sonra axşam saatlarında, yəni 2021-ci ilin oktyabr ayının 29-da tanımadığı nömrədən zəng gəlmiş zəngə cavab verəndə adını Şəbnəm kimi təqdim edən Samirə ona dünən Bakı şəhərindən Gəncə şəhərinə birlikdə gəldiyi qadın olduğunu və həmin günü dediyi aztəminatlı ailənin həmin proqrama cəlb olunmasına köməklik olunması barədə görüşmələrini xahiş etmişdir. O, idarəyə müraciət etməsini tövsiyə etməyinə baxmayaraq görüşməkdə israr etdiydən həmin günü, yəni 2021-ci ilin oktyabr ayının 29-da axşam saat 19-20 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Çinar çay evində görüşmüşlər. Samirə ona öz telefonunda yardım elədiyi şəxslərin şəxsiyyət vəsiqəsini göstərmiş və şəxsiyyət vəsiqəsində həmin səxsin ad, soyad və ata adı X14 yazılmışdır. Həmin şəxsin anasının bu yaxınlarda göz əməliyyatı elətdirdiyini bildirmiş, söhbət əsnasında Samirə hər yerdə əlaqələrinin və yüksək vəzifələrdə tanışlarının olduğunu demiş, bu əsnada dostu Zərərçəkmiş şəxs2 zəng etmiş və uşaqlıq dostu olan Yusifin işsiz olduğunu demiş, Yusifə iş tapmağını Asiman əvvəlcədən də demişdir. Həmin vaxt o, Samirəyə dostu Asimanın tanışı Yusif adlı şəxsin Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinə işə düzəlmək istədiyini və Yusifi işə düzəlməyinə köməklik edib-edə bilməyəcəyini soruşmuş, həmin vaxt Samirə Yusifin yaşını soruşmuş, o, Yusifin yaşını 30-u keçdiyini bildirmişdir. Ona X16 Nazirliyinin Yanğından Mühafizə İdarəsinə işə düzəldə biləcəyini və yaşının fərqinin olmadığını lakin biraz çox xərci çıxacağını demişdir. O, Samirənin sözlərini dostu Zərərçəkmiş şəxs2 bildirmiş və işə düzəldə biləcəyini demiş, həmin günü, yəni xx.xx.2021-ci il tarixdə axşam saat 23 radələrində Samirənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq Yusifə sənədləri hazırlamasını və bunun üçün lazım olan sənədləri gətirməsini və pulu bəri başdan verməsini demişdir. 2021-ci ilin oktyabr ayının 30-da Samirə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə zəng edərək telefonda “Ağsaqqal ilə danışdığını Yusifin yaşının çox olduğuna görə 24000(iyirmi dörd min) manata Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhərində yerləşən idarələrindən hər hansı birinin Yanğından Mühafizə İdarəsinə işə düzəldə biləcəyini” bildirmiş, o da bu barədə Asiman və Yusifə deyəcəyini,sonra razı olarlarsa bu barədə məlumat verəcəyini bildirmişdir.Həmin günü Asiman ilə Gəncə şəhərində görüşmüş və yanında Samirənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə zəng etmiş və danışıqlarını Asimanın eşitməsi üçün telefonun səsucaldanını aktiv edərək zəng etmiş, telefonda danışan zaman Samirə Yusifi işə düzəltmək üçün 24000 manat pul lazım olduğunu bildirmiş, Asiman bununla razılaşmış, daha sonra Samirə həmin günü, yəni xx.xx.2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə lazım olan sənədlərin adını kağıza yazaraq ona göndərmişdir.Daha sonra həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə axşam saatlarında xx.xx.2021-ci il tarixdə dostu Zərərçəkmiş şəxs2 Yusifin sənədlərini və pulun bir qismi yəni 7500 manatı Gəncə şəhərində Yeni Gəncə qəsəbəsində 54 nömrəli ATS-in qarşısında vermiş, daha sonra həmin günü Samirəyə zəng edərək dostu Zərərçəkmiş şəxs2 Yusifi işə düzəltmək üçün pulun bir qismini və Yusifin sənədlərini verdiyini və həmin pulu və sənədləri harda verəcəyini soruşmuş, həmin vaxt Samirə olduğu yerə, yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 54 nömrəli ATS-in qarşısına gələcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Samirə gəlmiş, daha sonra həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Yusifin sənədlərini və pulun bir qismini yəni 7500 manatı Gəncə şəhərində Yeni Gəncə qəsəbəsində 54 nömrəli ATS-in qarşısında Samirəyə vermişdir. Pulun qalan hissəsini isə Asimanın hissə-hissə verəcəyini bildirmiş və Samirə bununla razılaşmışdır.Daha sonra Samirə həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 19:36 dəqiqədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə istifadəində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “sabah tezdən 7-də Bakı şəhərinə gedəcəyini və bu şeyləri verib qayıdacağını” demişdir.Bu şeylər deyəndə Samirə onun Yusifi işə düzəltmək üçün verdiyi 7500 manat pulu nəzərdə tutmuşdur. Daha sonra, təxminən həmin gündən 2-3 gün sonra Samirə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək şəxsiyyət vəsiqəsini göstərdiyi X7 hal-hazırda evdə olduğunu və yaşadığı evə baxış keçirilməsini ondan xahiş etmişdir. Daha sonra Samirə ilə görüşmüş və X7 yaşadığı Gəncə şəhəri, X33 küçəsi, binada yerləşən mənzilə birlikdə getmiş və ailənin maddi məişət şəraitini yoxlayaraq proqrama cəlb olunmaq üçün foto və video çəkilişini etmişdir. Daha sonrakı tarixlərdə Samirə şəhid Əmrah Rəcəbovun xatirəsini əbədiləşdirmək üçün özünün Bakıda yaşadığını əsas gətirərək ondan reklam şirkəti ilə danışıb şəhidin şəkilinin böyüdülməsinə köməklik göstərməyini ondan xahiş etmişdir. Sonra özü Gəncəyə gələrək həmin məsələni özünün həll edəcəyini bildirmiş və “Sovxoz Nizami” adlanan ərazidə şəhid Əmrah Rəcəbovun şəkilini ora vurdurduğunu qeyd etmişdir. Samirə Gəncə şəhərində Əmrah Rəcəbovun böyüdüyü kimsəsiz uşaqlar evinə onunla birlikdə getmiş, oranın müdirəsi ilə danışıb kimsəsiz uşaqlar evinin Əmrah Rəcəbovun adına verilməsini istəmiş, həmin yerdə Gəncə şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim etməyə çalışsa da orada işləmədiyini kimsəsiz uşaqlar evinin mühafizəçisinə bildirmişdir. Daha sonrakı tarixlərdə Samirə ona X3 ürək əməliyyatı keçirməli olan qazinin vəziyyətini ona bildirmiş və Gəncə şəhər İcra Hakimiyyətinin başçısını ora çağırtdıracağını qeyd etmiş, bu söhbətdən bir gün sonra günorta saatlarında təsadüfən oradan keçəndə xəstəxananın bayırında Samirənin Gəncə şəhər İcra Hakimiyyətinin yuxarı vəzifəli şəxsi ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçının yanında söhbət etdiyini və arxasında 6-7 hərbi formalı insanların olduğunu görmüşdür. Bütün bu hadisələrdən sonra Samirənin xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğuna inanmışdır. Bu müddətdə dostlarına Samirə adlı bir xeyriyyəçi ilə tanış olduğunu demişdir. Həmin ərəfədə Samirəyə özünün müharibə iştirakçısı olduğunu və həmin vaxtlarda ona veteranlıq və medal verilmədiyini bilirmişdir. Samirə isə ona veteranlıq verilməsi prosesini təmənnasız olaraq Bakı-Gəncə takisində zəng etdiyi hərbi hissə komandiri vasitəsi ilə sürətləndirəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Samirə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək “Ağsaqqalın onu tələsdirdiyini Yusifin işə düzəlmək üçün qalan 16500 manat pulu təcili çatdırmağını” bildirmişdir. Daha sonra həmin günü, yəni xx.xx.2021-ci il tarixdə axşam saatlarında Gəncə şəhəri Atatürk prospektində yerləşən “Xan Bağının” yanında Asiman ilə görüşmüş və Yusifi işə düzəltmək üçün Samirəyə çatacaq qalan 16500 manat pulu götürmüş və həmin günü Gəncə şəhəri, Təbriz küçəsində yerləşən bərbərxananın yanında Samirə ilə görüşmüş və 16500 manat pulu və öz hərbi biletini ona vermişdir. Müharibədə iştirak etdiyi üçün ona medal verilməsi gözlənilmişdir, Samirə isə ona həmin vaxt medal verdirəcəcəyinə də söz vermiş, o da hərbi biletini vermişdir. Samirə aldığı pulu “Elsevər müəllim” adlı şəxsə çatdıracağını və bir ay ərzində Yusifin işə girmək ilə bağlı əmrinin veriləcəyini demişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində Samirə istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla görüşərək Hacıkənddə onunla çay içmək istədiyini bildirmişdir. Həmin günü o, özünə məxsus olan “Hundai Sonata” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Samirəni Gəncə şəhəri İcra Hakimiyyətinin qarşısından götürmüş və birlikdə Hacıkəndə getmişlər. Orada olan zaman ona Dövlət Gömrük Komitəsində iş yeri olduğunu və ora yaxın bildiyi kiminsə işə qəbul olmağına təmənnasız köməklik edə biləcəyini bildirmişdir. O, da dostu Zərərçəkmiş şəxs1 iş axtardığını nəzərə alaraq Etibara bu barədə bildirmiş, Etibar razılaşmış və razılaşdığını Samirəyə bildirəndə həmin yerin artıq boş olmadığını və yalnızca pul müqabilində ora işə qəbul ola biləcəyini bildirmişdir. Bunu o, Etibara bildirmiş, daha sonra Etibar ilə birlikdə olan zaman Samirəyə zəng etmiş və nə qədər pulun müqabilində Etibarın ora işə qəbul ola biləcəyini soruşmuş, Samirə isə ona Etibarı 24000 manat pul müqabilində Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini demişdir. Etibar bu söhbəti eşitmiş və kredit götürərək həmin məbləğdə pulu verəcəyini demişdir. O da Etibarın dediklərini Samirəyə demişdir. Bir müddət sonra Samirə Gəncə şəhərinə gəlmiş və Etibarın sənədləri və pulu verməsini ona bildirmiş, 2021-ci ilin noyabr ayının ortalarında o, Etibardan 18000 manat pul götürmüş, 2021-ci ilin noyabr ayının 20də Gəncə şəhərində Ş.İ.Xətai prospektində yerləşən “Pribor” adlanan ərazidə yol kənarında axşam saatlarında maşında 18000 manat pulu və sənədləri X17 Gömrük Komitəsində işə düzəltmək üçün vermişdir. Daha sonra Samirə onu “Eldorado” mağazasının yanında işi olduğunu və onu avtomobili ilə oraya aparamağını istəmişdir. O da Samirəni həmin yerə aparmışdır. Həmin gündən sonra Samirə ilə bir daha üzbəüz görüşməmişdir. Bundan sonra telefonda danışan zaman Samirə Yusifin Bakı şəhərinə Fövqəladə Hallar Nazirliyinin hospitalına gəlməli olduğunu demişdir. O da Asimana zəng edərək Samirənin Yusifi Bakı şəhərinə çağırdığını demişdir. Bundan bir neçə gün sonra Asiman ilə görüşən zaman X12 Hallar Nazirliyinin hospitalına getdiyini və Yusifdən orada qan analizi götürüldüyün bildirmiş, bundan başqa Samirə Asiman və Yusifə, Yusifin 1 həftəyə əmrinin veriləcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Etibara ***- ***-**-** nömrəsindən zəng gəlmiş, həmin telefonla danışdığı şəxs özünü “gizir Muxtarova” kimi təqdim etmiş və Etibara dekabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin Hospitalına tibbi komissiyadan keçmək üçün gəlməli olduğunu demişdir. Etibar həmin nömrəyə geri zəng etməyə bir neçə dəfə cəhd etsədə həmin nömrəyə zəng çatmamışdır. Daha sonra Samirə zəng edərək dekabr ayının 15-də qalıq 6000 manatın da mütləq şəkildə verməli olduğunu bildirmişdir. O, bu barədə Etibara bildirmiş, Etibarda ona 6000 manat pul vermişdir. O da dekabr ayının 15-də Etibardan aldığı 6000 manatı Gəncə Asan Xidmətindən ödəmə terminalı vasitəsi ilə Samirənin göndərdiyi şəxsiyyət vəsiqəsi və kart hesabına uyğun olaraq X1 hesabına göndərmişdir. Bundan başqa “Gizir Muxtarova” adı ilə bir qadın dekabr ayının ortalarında bir daha Etibara zəng edərək dekabr ayının 20-də Dövlət Gömrük Komitəsinin hospitalında olmasını demişdir. Həmin bu danışıqdan sonra Etibar ona özünü Gizir Muxtarova adı ilə təqdim edən şəxsin səsi ilə Samirənin səsinin eyni olduğunu demişdir. 20 dekabr 2021-ci il tarixdə Etibar ilə Bakı şəhərində yerləşən Dövlət Gömrük Komitəsinin hospitalına getmiş lakin oradan işə qəbul göndərişsiz olmadığını və orada gizir Muxtarova adında şəxs işləmədiyini öyrənmişdir. Həmin gün Samirənin “Şəbnəm” adı ilə artıq dələduzluq edib onları aldatdığını başa düşmüş və zəng edərək Samirədən verilən 48000 manatın və hərbi biletini geri qaytarmasını tələb etmişdir. Həmin tarixdən sonra Samirəyə zəng çatmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış və zərərin ödənilməsi barədə razılıq əldə etmişlər. Ona görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanda o, azyaşlı övladları, X36 və qayınanası Şahid5 birlikdə yaşayır. Hazırda əri X31 Fedarasiyasının, Moskva şəhərində ticarət ilə məşğul olur. Əri X31 Fedarasiyası, Moskva şəhərində getməzdən əvvəl Gəncə şəhərində ustalıqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs əri X25 bacısıdır. 2021-ci ilin oktyabr ayının sonlarında evdə oturub söhbət edərkən Samirə onlara “Şəbnəm” adlı bir nəfər şəxsin tanışı olduğunu bildirmiş, həmin “Şəbnəm” adlı qadının Gəncə şəhəri, Məşğulluq idarəsində işləyən Sirac adlı tanışının olduğunu, həmin “Şəbnəm” adlı qadının rəfiqəsi olduğunu bildirmişdir.Zərərçəkmiş şəxs3 dövlət hesabına imkansız ailələrə yardım edəcəyini və eyni zamanda ustalıqla məşğul olan şəxslərə lazımi əmək alətlərinin verdiyini, həmçinin X36a lazım olan alətlərin verəcəyini və həmin gün Zərərçəkmiş şəxs3 yaşadıqları evə baxış keçirməyə gələcəyini demişdir.Lakin Təqsirləndirilən şəxs Siracın tanışı olan “Şəbnəm” adlı qadın ilə yalnız telefon vasitəsilə danışdığını və üzünü görmədiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin “Şəbnəm” adlı qadının işinin çıxdığını və Sirac adlı şəxslə özünün gələcəyini və özünü Siracın yanında “Şəbnəm” kimi təqdim edəcəyini, həmçinin Siracla evə gələn zaman onların tanıdıqlarını Siraca bildirməməklərini və Siraca guya özünün yardım etdiyi ailə kimi təqdim edəcəyini demişdir. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs adı sonradan məlum olan Sirac ilə birlikdə yaşadıqları Gəncə şəhəri, STR qəsəbəsi, bina 27, ev 27 ünvanına gəlmiş, Samirə həmin vaxt Siracın yanında özünü “Şəbnəm” kimi təqdim etmiş, həmin vaxt azyaşlı övladlarından başqa bütün ailə üzvləri, yəni X36, o və qayınanası Şahid5 evdə olmuşlar. Sirac videoçəkiliş ilə X36u çəkmiş, daha sonra isə Sirac özünü “Şəbnəm” kimi təqdim edən Samirə ilə çıxıb getmişdir.Həmin vaxt Zərərçəkmiş şəxs3 Samirəni tanıdıqlarını bildirməmişlər.Üzərindən bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 işsiz olduğuna görə məşğulluq idarəsində qeydiyyata salacağını və hər ay 200(iki yüz) manat pul verdirəcəyini demiş və bunun üçün şəxsiyyət vəsiqəsinin şəklini çəkərək “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs3 göndərəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır və fərdi şəkildə avtomobil alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs2 Əkrəm oğlu qonuşusudur. Zərərçəkmiş şəxs2 ilə görüşləri zamanı ona işi yeri olsa xəbər verməsini xahiş etmişdir. 2021-ci ilin noyabr ayında Asiman ilə yaşadıqları küçədə görüşən zaman X18 Nazirliyinin Gəncə şəhərində yerləşən Yanğından Mühafizə İdarəsinə Sirac adlı dostunun tanışı Şəbnəm adlı qadının vasitəsilə 24000(iyirmi dörd min) manat pul müqabilində işə düzələ biləcəyini bildirmişdir.O da Asimana hal-hazırda pulunun olmadığını, onun əvəzinə 24000(iyirmi dörd min) manat pulu verməsini və avtomobil satıb işə düzələndən sonra pulu verə biləcəyimi bildirmişdir. 2021-ci ilin noyabr ayının sonlarında Asiman zəng edərək Bakı şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin hospitalına getməli olduğuqlarını bildirmişdir. Ona görə 2021-ci ilin noyabr ayının 30-u Asiman ilə birlikdə Bakı şəhərinə getmişlər. Yolda Asiman özünü “Şəbnəm” kimi təqdim edən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs adlı xanımla danışaraq hara gəlməklərinin lazım olduğunu öyrənmiş, Samirə də onları Fövqəladə Hallar Nazirliyinin hospitalının qabağına çağırmışdır. Onlar ora çatanda Samirə onlardan tibbi maska istəmiş və tələsik şəkildə ona içəridə ondan soruşsalar qəti olaraq heçkəsə heçnə deməməyini tapşırıb ona oraya iş üçün gəldiklərini və yalnız qanından analiz alıb yola salacaqlarını bildirmişdir. Orada Samirəyə şəxsiyyət vəsiqəsini və lazım olan sənədlərin surətini vermişdir. Daha sonra Samirə ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin hospitalının içərisinə daxil olmuşlar. Orada o, 10 manat rüsum pulu ödədikdən sonra Samirənin yanında tibb bacısı ondan qan analizi götürmüşdür. Daha sonra hospitaldan çıxmış və Asimanın yanında Samirə ona narahat olmamağı, “qalan məsələləri” özü həll edəcəyini və bir həftəyə işə qəbul əmrinin gələcəyini bildirmişdir.Həmçinin şəxsiyyət vəsiqəsinin onda qalmalı olduğunu bildirmişdir. O hospitaldan çıxdıqdan sonra Asimana həmin qadına inanmadığını bildirərək, qeyd etmişdir ki, həmin qadın yalan danışana oxşayır, əgər dedikləri iş alınsa daha sonra pul verəcəkdir. Həmin gündən 2 gün sonra Samirə şəxsiyyət vəsiqəsini və digər sənədlərini taksi ilə Gəncə şəhərinə göndərmiş və həmin sənədləri Asimandan o, götürmüşdür. Daha sonra Samirənin onu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 24000(iyirmi dörd min) manat dələduzluq yolu ilə pul aldığını bilmişdir. Baş vermiş hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ailəsi birlikdə yaşayır və “Kapodokya” restoranında aşpaz işləyir. Təqsirləndirilən şəxs xalasıdır. 2021-ci ilin noyabr ayının əvvəllərində xalası Samirə ona zəng edərək Gəncə şəhəri, Məşğulluq İdarəsi tərəfindən işsiz şəxslərə fərdi əməklə məşğul olan şəxslərə əmək alətləri verdiyini bildirmiş, o da aşpaz olduğu üçün dönər aparatını əgər versələr obyekt icarəyə götürüb işləyə biləcəyini bildirmişdir. Həmin günün axşamı xalası Samirə zəng edərək şəxsiyyət vəsiqəsinin və medallarının şəklini çəkərək “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərməyini bildirmişdir. O da şəxsiyyət vəsiqəsinin və müharibədə iştirak etdiyinə görə təltif edildiyi medalların şəklini çəkərək xalası Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsinə göndərmişdir. Həmçinin xalası Samirə həmin sənədləri məşğulluq idarəsində işləyən tanışı Zərərçəkmiş şəxs3 verəcəyini və həmin şəxsin tez bir zamanda ona dönər bişirmək üçün lazım olan aparatı verə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayır və ofsiantlıq edərək özünü dolandırır. Təqsirləndirilən şəxs anasıdır. X34 şəhərində Məşğulluq idarəsində işləyən Sirac adlı şəxslə tanış olduğunu və xəstəliyi ilə bağlı Zərərçəkmiş şəxs3 pensiya müavinəti təyin etdirəcəyini bildirmişdir. Daha sonra isə Siracın anası Təqsirləndirilən şəxs dələduzluq yolu ilə pul ələ keçirməsi ilə bağlı şikayət etdiyini bilmiş lakin hadisənin necə baş verməsindən məlumatsız olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və Təqsirləndirilən şəxs anasıdır. O, Bakı şəhərində diş texnikiliyi ilə məşğul olaraq ailəsini dolandırır. 2021-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvələrində X34 şəhərində Məşğulluq idarəsində işləyən Sirac adlı şəxslə tanış olduğunu, həmin şəxsin dayısı Samir Qasımov işsiz olduğuna görə usta alətləri verəcəyini və ona arvadı Şahid9 da diş texniki ləvazimatlarını verə biləcəyini demişdir. Həmin vaxt arvadı Şahid9 ilə birlikdə diş texnikliyi ilə məşğul olmuşdur. Daha sonra anası Təqsirləndirilən şəxs özünün şəxsiyyət vəsiqənin və arvadı Şahid9 şəxsiyyət vəsiqəsinin şəkillərini çəkərək “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir.Təxminən 2021-ci ilin dekabr ayının sonları 2022-ci ilin yanvar ayının əvvəllərində adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs3 ona zəng edərək anası Təqsirləndirilən şəxs onun tanışlarından 48000(qırx səkkiz min) manat işə düzəltmək adı ilə pul aldığını bildirmiş, bundan sonra 2022-ci ilin yanvar ayında adını xatırlamadığı polis əməkdaşı ona zəng edərək həmin vaxt Əjdərli soyadında olan arvadı Nərminin adına olan Unibank Albalı debet kartına 6000 (altı min) manat pul köçürülüdüyü demiş, o da polis əməkdaşına həmin kartın arvadı Nərminin adına olmasına baxmayaraq anası Təqsirləndirilən şəxs işlətdiyini demişdir.Bundan sonra anası Təqsirləndirilən şəxs zəng edərək polis əməkdaşlarının zəng edərək həmin vaxt Əjdərli soyadında olan arvadı Nərminin adına olan “Unibank Albalı” debet kartına 6000(altı min) manat pul köçürüldüyünü və nə baş verdiyini soruşmuş, anası Təqsirləndirilən şəxs həmin 6000(altı min) manat pulu Zərərçəkmiş şəxs3 məşğulluq proqramı çərçivəsində diş texniki aparatı almaq üçün göndərdiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 onunla Bakı şəhərində görüşmüş, Sirac ona anası Samirəyə 48000( qırx səkkiz min) manat pul verdiyini və qaytarmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və fərdi yaşayış evlərində usta, qaynaqçı işləyir. 2021-ci ilin noyabr ayının əvvəllərində qonşuları Şahid5 qızı Təqsirləndirilən şəxs zəng edərək Gəncə şəhəri, Məşğulluq İdarəsi tərəfindən işsiz şəxslərə əmək alətləri verildiyini, həmçinin həmin şəxsin qardaşı Samir Qasımova pol-parket aparatı, yəni pol sıyıran aparatı da verəcəyini bildirmişdir.Həmin əmək alətləri verən şəxsin adının Sirac olduğunu və Gəncə şəhəri, Məşğulluq İdarəsində işlədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs qaynaq aparatı, evlərin divarlarına rəng vurmaq üçün kompressor aparatı və böyük laqonda aparatının lazım olduğunu bildirmiş, həmin günün axşamı Təqsirləndirilən şəxs zəng edərək şəxsiyyət vəsiqəsinin şəklini çəkərək “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərməyini bildirmişdir. O da şəxsiyyət vəsiqəsinin şəklini çəkərək ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsinə göndərmişdir.Daha sonra şəxsiyyət vəsiqəninin kserosurətini çıxaraq yaşadığı evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini Gəncə şəhər Məşğulluq İdarəsində işləyən Zərərçəkmiş şəxs3 verəcəyini və həmin şəxsin gəlib onunla görüşəcəyini, daha sonra fərdi əməklə məşğul olmaq üçün həmin əmək alətlərini verəcəyini bildirmişdir.Üzərindən bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs zəng edərək Gəncə şəhər Məşğulluq İdarəsində işləyən Zərərçəkmiş şəxs3 yaşadığı ünvana baxış keçirməyə gələcəyini demiş, lakin həmin gün Zərərçəkmiş şəxs3 yaşadığı ünvana gəlməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid5 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, STR qəsəbəsi, bina 27, ev 27 ünvanda ailəsi ilə birlikdə yaşayır və təqaüdçüdür. Təqsirləndirilən şəxs onun qızıdır.2021-ci ilin noyabr ayında xəstə olduğuna görə qızı Samirə Bakı şəhərindən yanına gəlmiş, Samirə Bakı şəhərindən taksi ilə Gəncə şəhərinə gələn zaman taksidə Sirac adlı şəxslə tanış olduğunu və Gəncə şəhərində Məşğulluq idarəsində işlədiyini bildirmişdir. Həmin Sirac adlı şəxsin dövlət hesabına imkansız ailələrə yardım edəcəyini və onlara da köməklik edəcəyini demişdir.Üzərindən təxminən 5-6 gün keçdikdən sonra qızı Samirə, həmin Sirac adlı şəxs və tanımadığı bir nəfər qızla birlikdə yaşadığı ünvan 12 ünvanına gəlmişlər. Həmin tanımadığı qız içəriyə girməmiş, Sirac və Samirə içəriyə gəlmişlər.Həmin vaxt evdə o, oğlu Samir Qasımov və azyaşlı nəvələri olmuşlar. Sirac həmin vaxt oğlu Samir Qasımova məşğulluq proqramı çərçivəsində polsıyıran aparatını və ya əvəzində pul verəcəyini bildirmişdir. Daha sonra Sirac çıxıb getmişdir. Bundan 3-4 gün keçdikdən sonra oğlu Samir Qasımov, Siraca zəng edərək Rusiya Fedarasiyasına gedəcəyini və məşğulluq proqramı çərçivəsində polsıyıran aparatını və ya əvəzində pul verib-verməyəcəyini soruşmuşdur. Buna cavab olaraq Sirac hələlik proqramın dayandırıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır.xx.xx.2021-ci il tarixdə Şahid2 ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs onun qayınanasıdır. Təxminən 2020-ci ildə öz adına "xxxx" ASC-nin Albalı debet kartı almışdır.Həmin vaxt Şahid2 ilə nişanlı olmuş və evlənməmişlər. Daha sonra Təqsirləndirilən şəxs özünə debet kart almaq istəmiş, o da istifadəsində "xxxx" ASC-nin debet kartının olduğunu, həmin kartı işlətmədiyini və əgər istəyirsə verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs razılaşmış və həmin "xxxx" ASC-nin Albalı debet kartı vermişdir.Həmin vaxt soyadı Əjdərli olmuşdur. Məhkəmə istintaq zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonunda ailəsi ilə birlikdə yaşayır. Bakı şəhərində özünə məxsus “Opel Astra” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksilik fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır.Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır, aralarında sevgi münasibəti olmuş və birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs əvvəllər gözəllik salonunda işləmişdir. 2022-ci ildə Təqsirləndirilən şəxs bir neçə dəfə Gəncə şəhərinə gedib-gəlmiş, həmin vaxt Samirədən soruşan zaman ona Gəncə şəhər Baş Polis İdarəsindən çağırdıqlarını və anlaşılmazlıq olduğunu demişdir.2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs həbs olunduqdan sonra dələduzluq yolu ilə pul ələ keçirdiyi ona məlum olmuşdur. Onun Təqsirləndirilən şəxs dələduzluq etməsindən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -18 aprel 2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğuna görə Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. -xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. -14 iyul 2022-ci il tarixli “Şübhəli şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -16 iyul 2022-ci il tarixli “Əşyanın götürülməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi mesaj mətnləri cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün baxış keçirilərək götürülmüşdür. -22 iyul 2022-ci il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir. -23 iyul 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -23 iyul 2022--ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırlması haqqında” qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3 maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -11 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhiqat İdarəsinə təhvil verilmişdir. -11 sentyabr 2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -13 mart 2023-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4cü maddələrindən həmin Məcəllənin 178.2.2,178.2.4 və 326.2-ci maddələrinə tövsif edilmişdir. -14 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin178.2.2,178.2.4 və 326.2-ci maddələri ilə ittiham elan edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 4(125)-119/2022-ci il nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 11 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. -Gəncə şəhər Məhkəməsinin 4(125)-161/2022-ci il nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 16 noyabr 2022-ci il tarixə kimi uzadılmışdır. -Gəncə şəhər Məhkəməsinin 4(125)-212/2022-ci il nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 16 dekabr 2022-ci il tarixə kimi uzadılmışdır. -Gəncə şəhər Məhkəməsinin 4(125)-225/2022-ci il nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” ilə əvəz edilmiş və qətimkan tədbirinin son müddəti 16 dekabr 2022-ci il müəyyən edilmişdir. -01 noyabr 2022-ci il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi “DVD” diskə baxış keçirilmişdir. -xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, Bakcell” MMC-dən daxil olmuş 1 ədəd qırmızı rəngli, üzərində çap üsulu ilə “bakcell” yazısı, həmçinin qara rəngli qələmlə əl yazma üsulu ilə “2046” yazıları olan CD diskə baxış keçirilmişdir.Həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə gələn mesaj mətnlərinə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:56:35-də “***-***-**-**” saylı mobil nömrədən “Hara ürəyin istiyir yaz ses yazıların mesajların hamısı var ya 48000i verəcəksən iş adıyla alıb yediyin pulları ya da türməyə gedəcəksən” məzmununda, eyni qaydada xx.xx.2022-ci il tarixdə saat 21:59:55-də “İstintaq hamısını aydınlaşdıracaq sən narahat olma anan da oğlun da gəlinin də qardaşın da hamısı başda sən olmaqla layiq olduğunuz yerdə olacaqsınız darıxma səbrli ol” məzmununda, eyni qaydada xx.xx.2022-ci il tarixdə saat 22:01:31-də “Sən daha əvvəl şərləyib üzünə durub xod elədiyin adamlarla səhv salmısan deyəsən məni gör qanun çərçivəsində başına nə oyun gəlir səni” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 13:23:29-də “***-***-**-**” saylı mobil nömrəyə “Engel etdiz ele bilirsen tapmiyacaqlar kim olduğunu bax gör yalandan zəng vurmaq klinika adıyla necə olur” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 01:01:57-də “***-***-**-**” saylı mobil nömrəyə “Zəng harda. Eti artıq bilirik mən samirənin baldiziyam adım denizdi sabah nə baş verəcək görəcəksiniz bu nömrə təzədi və samirəyle əla” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 08:55:46-da “***-***-**-**” saylı mobil nömrəyə “hardan tapırsan bilmirəm, pulu iki günə qaytar, mənə q...ə de ama mənim pulumla maşın sür, xeyirdimi dədənə zəng vuracam” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 21:56:06-da “***-***-**-**” saylı mobil nömrəyə “Nəsib pulu neynedin” məzmununda, 21:59:55-də “***-***-**-**” saylı mobil nömrəyə “Ağzına gələni yaza bilirsən pulu deyende cavab vermirsən nedi dalına gecmey fikrin var” məzmunda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə saat 17:12:21-dən 17:21:19-da “***-***-**-**” saylı mobil nömrəyə “soz soruwmaliyam eldeniz deyir”, “sirac senin maiw kartin nedi kapital” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 13:37:18-də “***-***-**-**” saylı mobil nömrəyə “xestexanadayam aca bilmirem cixim yigacam taksi catana kimi qayitmaliyam” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 20:15:41-də “***-***-**-**” saylı mobil nömrəyə “watcapa mesaj yazmiwam zeng vuracam sene onun kagizi gedib regonala ozderi melat verecekler dedi” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 17:49:55-dən 23:51:24-dək olan vaxt ərzində “***-***-**-**” saylı mobil nömrəyə “sen hazirlaw melim enir awagi biz gedib qayida bilmiyeciyik cunku cox gec olacaq gedib de harda goruwek yazacam sene”, məzmununda, “gulustanda goruwek” məzmununda, “evimde dumyani dagidir oglum yas yerini qoyub gedibsen deye bawim itib vallah” məzmununda, “yo onunda iwi var ele karopqalari verecem bu mawinin qalacaq gencede men bawqa mawinla qayidacam” məzmununda, “yanimda adam var yigiram gozde bawina donum” məzmununda, “sirac evimde qirgindi gozde gorum, yo onunda iwi var ele karopqalari verecem bu mawinin qalacaq gencede men bawqa” məzmununda, “sirac mene bir gizli nomreden zeng gelib onu arawdiriram menim haqimda nese daniwilob gozde” məzmununda, “yo bu deyqe bilirem neyniyecem sadece nomre axtariram yerine yetim sonra deyecem sen sebr et yigacam” məzmununda, “mel gelene kimi hell edecem” məzmununda, “and olsun ac susu yolarda mef oldum men her weyi qiraga qoymuwamme bu deq ele wey dedileriki aciq nomrededeyiki qayidam yigam zeng gozduyurem xeber deyecekler yerine yetim melim cixib ordan canta deyecek” məzmununda, “senin kagizin tam hazirdi” məzmununda, “ tezyiqim qalxib burda cahamat bawima yigilib bune sozdu siracccccc boguluram men sene ne pislik etmiwem sirac haqimda bele wey daniwibsan indi oy sirac daniwa bilmirem yanimda adamlar var kime deyibsen webnem xanimi deleduzluga gore axtarilir 50 manat pul atib men senin 50manat pulunu atmiwam men renib deyecekler kim dediyini tapib getirirem size yanina kul menim bawima” məzmununda, “yanimda cox adam var yigacam gozle” məzmununda, “sirac bu sohbeti ozumden cixarib daniwiramsa iki balam olsun yada bu sohbeti daniwanin zelil olsun ezizderi olsun allah belasini versin inweallah ki neyse ureyim dayanir boguliram axirina cixacam bu sohbetinki kim menim arxamca deleduzdu axtarilir 50min manat atib yigacam seni seherden bu yolarda bawima gelene bax men hec kime pislik etmemiwem hec vaxt neyse yigacam 50manat yox 50min manat” məzmununda, “ne ?ne etibar bawa duwmedim menim haqimda kimse daniwsinki 50min manat pul atib deleduzluga gore axtarilir mende sakit oturum men hansi vezoyetde idim gelende bakidan genceye birde niye qorxuramki 50min mant pulunu atmiwam sirac seninin iwin ucun gelmiwem o qeder yolu yigacam ozum seni sebirli olu olmekden qramda qorxmuram mawenik adindansa olmek yaxwidi” məzmununda, “ men seni balalarimdan secmemiwem hec vaxt amma bu sozu heqiqeten sen hardasa deyibsense gelib sizin evin qabaginda bawimdan benzin tokub yandiracam ozum” məzmununda, “o kimeki verilib pular onuda qepiyine kimi qayarib yandiracam ozumu etmesem itin balasiyam” məzmununda, “sebirli ol indi tapsinlar kimin yaninda deyibsiz getirecem o adami” məzmununda, “menim insanligim werefim leyaqetim hormetim var her yerde men qariwqani bele ezen insan deyilem kasiba yetime qaziye el tutan biriyem” məzmununda, “hacan gelib bilmirem eyer sirac balalarimin cani o sozu bilmedende olsa iwletmiw olsan verdiyin pulari qepiyine kimi alib sene qaytaracam ve weherin ort asinda benzinle yanidiracam ozumu” məzmununda, “adam var yanimda korpusunadamidi” məzmununda, “adam var yanimda allaha and olsun mel catsin gelirik hardadisa set titmur onu burdaki admlarla biraz iwim var” məzmununda, “ac susuz seherden gencenin indide wemkirin yolarinda qalmiwamki seni sevindirim sende bele soz daniw ya bilmeden agzindan cixib ya niye anliyacam birazdan” məzmununda, “sirac yigacam seni, bawqa adamda geldi, yarn saata cixiram wemkirden men sene deyende gel gulustana he aydilawdirdim gelim uz be uz daniwariq, cixdiq gelirik gulustana, 20deq oradyiq, trl sonur catmiwiq” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə gələn mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə saat 14:44:21-dən 23:44:12-dək olan vaxt ərzində “***-***-**-**” saylı mobil nömrədən “Nəsə problem yoxdu ki salamatciliqdi ? Narahatam bir xəbər deyin” məzmununda, “Hansı tərəfə gəlim mən ?” məzmununda, “Olar lap istiyirsiniz hardasinizsa mən gəlim götürüm sizi” məzmununda, “Catibsiniz? Problem yoxdu hara desez gəlim götürüm . Müəllim Gəncəyə gələcək ? Bəlkə yer rezerv eliyim müəllimə qonaqlıq verim ?” məzmununda, “Allah komek olsun görüşək əmanəti götürək özüm sizi yola salacam saat necə olur olsun” məzmununda, “Texmini nə qədərə görüşərik biz səhərdən evə getməmişəm sizi gozluyurem şəhərdə” məzmununda, “Ne danışırsız siz ne 50 manat?! Kimə nə demişəm ey bu nə haqq hesabdi baş aça bilmirəm elə şey olsaydı birinci özünüzə deyərdim pulu gətirin vermirəm yoxumdu deyəndən sonra polisə gedərdim heç birini elememisemse deməli mənə bu sözləri dememelisiniz. İndiyə qədər biz misiniz qəsdən bu söhbəti atirsiz ortaya ??? mesajla danışırdıq ki bu gün ərzində bir dəfə zəng eləyəndə goturmemisiniz qəsdən bu söhbəti atirsiz ortaya ???” məzmununda, “Hamısını qoydum kənara niyə indi gorusmursuz mənnən ? Sənəd gozluyurem ey mən pul haqq hesabı hardan çıxdı ortaya . Mənə etibar elemir siz ki mənnən gorusmursuz?” məzmununda, “Ürəyim partlayır ey nə səbrli olum . Bir kəlmə yerinizi deyin gəlim görüşək aydınlaşdıraq uzlesdirin məni görüm kimə demişəm o sözü mən” məzmununda, “Etibara zəng gəlib ayın 20si Bakıya çağrılıb o işin başını buraxmayın ey bu nə sözlərdi deyirsiniz. Mən ölüm deyin hardasiz gəlim derdlesek” məzmununda, “Ürəyim partlayır danışmalıyıq siz niyə özünüzü yandirirsiz sizi istəməyənlər yansın . Pul lazım deyil mənə iş lazımdı Yusifin pulundan başqa heç demişəm ki sizə filankəsin pulunu verin ? Ya elə söz isledesi adamamsa keçən dəfə niyə tezdən pul göndərdim” məzmununda, “Nə vaxt yigacaqsiz vaxt deyin oturub gözləyim səbrim yoxdu uje” məzmununda, “Noldu ey hamıyla danışıb mən zəng eləyəndə götürmürsuz Eldəniz müəllim 10 saatdı gəlib çıxa bilmədi iş düzəldirik arada bir telefonu götürün görək nə nə yerdədi da elə mənə catandami telefonla danışmaq olmur, Bu qədər hörmətsizlik olmaz axı, Bazar gününə camaat Bakıya çıxır çıxsınlar cixmasinlar neyneyek axı 20 dəqiqəyə ordayiq deyib telefonu keçirirsiniz ? Nə məsələdi bu baş aça bilmirəm mən səhər saat 9dan yollardasiz 16 saatdı gəlib çıxabilmemisiniz” məzmununda, xx.xx.2021-ci il tarixdə saat 04:35:21-dən 15:37:16-dək olan vaxt ərzində “***-***-**-**” saylı mobil nömrədən “Bu nə oyundu ey başıma acirsiz çatmışıq deyirsiz ortalıqda yoxsunuz bunun adı nədi neynemek fikriniz var?! Vicdanın olsun mən sənə necə inanmışdım məni niyə aldatdın ??!!! Sənə o qədər problemimi danışmışdım bilirdin ki toyum olasıdı aldadilmaga o qədər adam varkən niyə məni seçdin vicdanın heç sizildamad ki bir yox bir neçə ailəni söndürdüm mən o pulları sən necə yeyə biləcəksən ? Niyə bunu elədin mənə ? Şərəf namus harda qaldı bəs in san pula görə şərəfini satarmi” məzmununda, “ söhbət böyüməsin. O pulları sənin yerinə heç kim verəsi deyil 1 həft Sabah saat 6ya qədər camaatın 48000ni mənim hərbi biletimi çatdır s ədi bilirəm sənin kino çəkdiyini nə avtobusun yoxdu ne dediyin adam lar yoxdu ne ortada iş yoxdu ne maşının yoxdu ne heç kimə yardım el ememisen ən əsası da X15 deyilsen . Sonuncu 6000ni göndərməkdə məqsəd səni ifşa eliyib əlbir olduğun adamları o rtaya cixartmagiydi. Pulu çatdırmasan sən də o Nərmin də o vağzalda qalan sənə sözü çatdıran da hamınız qruppavoy mütəşəkkil dəstə kim i gedirsiniz. Gömrük komitəsi adından yalan məlumat vermək vəzifəli mto korpusun adından saxta iş görmək hamısı statiyanda olacaq . üşməsin sabah kimlə gönderirsen göndər camaatın 48000i və mənim hər bi biletimi çatdır. Bu da sənə deyəcəyim son sozuydu.Sonradan peşma n olacagin hərəkət eləmə Sənin xəbərin varmı ayın 20si Etibarla Emin gömrüye gedirlər çağırı blar nə olacaq nəyə gedirlər ? Bilirsen orda nə hoqqa olacaq boş bo şuna gedirlər Saat 3 də oldu zəng elemedin səni nə Vadar eliyir bu qədər yalan danışmağa” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. “X2” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrilə digər mobil nömrələr arasında, o cümlədən Zərərçəkmiş şəxs3 istifadəsində olan “***-***-**-**” saylı, Şahid6 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxsnun istifadəsində olmuş “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələr xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanovrayonu, Ə.Rəcəbli küçəsi, 9 saylı binanın yaxınlığında, Bakı şəhər, Nərimanov rayonu,Əliyar Əliyev 10, Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski 130 ünvanlarında, xx.xx.2021-ci il tarixdə ünvan 32, Bakı şəhəri, Nərimanovrayonu, Ə.Rəcəbli küçəsi, 9 saylı binanın yaxınlığında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu ərazisində olmuş, xx.xx.2021-ci il tarixdə saat 19:43:10-da Qaradağ rayonu,Bakı-Ələt yolunun, 34-cü km, “Ümüd qəsəbəsi", saat 21:32:38-də Kürdəmir rayonu, Karrar kəndi, saat 23:20:23-də Yevlax rayonu, Aşağı- Qarxun kəndi istiqamətində, xx.xx.2021-ci il tarixdə saat 00:18:08-də Gəncə şəhəri, Ş.İ.Xətai və N.Nərimanov prospektlərinin kəsişməsi, saat 00:28: 13-də ünvan 17 qaraj binası, 10:50:00-da Gence H.Hacibeyov/"Gəncə şəhəri, H.Hacıbəyov küçəsi, Çay dəstgahının yanı, saat 10:56:50-də Gəncə şəhəri, X38 Vagzali, Zülfü Hacıyev küçəsində, saat 11:26:53-də Gəncə şəhəri, Sadıllı qəsəbəsində, saat 11:27:05-də Gence Hotel/"Gəncə şəhəri, Ş. İ. Xətai prospektində, saat 12:19:04-də Yeni Gəncə qəsəbəsi, 2-ci mkr (14/4), X27 Mərkəzinin yanında, saat 13:00:16-da ünvan 13 ünvanında, saat 13:27:03-də ünvan 14 ünvanında, saat 14:10:44-də Gence Hotel/"Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, saat 15:43:14-də ünvan 16 ünvanında, xx.xx.2021-ci il tarixdə saat 10:02:41-də ünvan 17 qaraj binası, saat 11:54:52-də Gəncə şəhəri, X38 Vagzali, Zülfü Hacıyev küçəsində,Samux rayonu, İnstitut qəsəbəsi, Civ-Civ uşaq bağçasının yanı ərazisində,Gəncə şəhəri, 4-cü mikrorayon, 15Nli bina, Dental Klinika yaxınlığında,Samux rayonu Ziyadlı kəndi ərazisində, Samux rayonu Kolayır kəndi ərazisində,Gəncə şəhəri, H.Əliyev prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində Paşaoğlu çay evi ərazisində, Gəncə şəhəri, Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsi ərazisində, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsi ərazisində, Gəncə şəhəri, H.Əliyev prospekti 95 ünvanında,Gəncə şəhəri, Şahid2 küçəsi, 2-ci dalan ev 20 (Moskva market) ərazisində, ünvan 17 qaraj binası ərazisində,Gəncə şəhəri, Abbas Səhhət küçəsi, Avto Baza- X4 yanı ərazisində,Göygöl rayonu, Hacıkənd qəsəbəsi,X20 və Bərpa müəssisəsi, Hacıkənd meşəbəyliliyi, xx.xx.2021-ci il tarixdə saat 09:53:59-da ünvan 17 qaraj binası ərazisində, saat 10:11:34-də Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155, saat 12:57:35-də Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə Beynəlxalq xəstəxanası ərazisində,saat 13:30:55-də Gəncə şəhəri, N.Nərimanov küçəsi 135, 5 saylı musiqi məktəbi ərazisində, saat 14:20:56-da Gəncə şəhəri, Ş. İ. Xətai prospektində yerləşən Gəncə Hotel ərazisində, saat 16:33:02-də Gəncə şəhəri, V.Xuluflu küçəsi, 4-cü mikrorayon, 15Nli bina, Dental Klinika yaxınlığında, saat 17607:29-da Gəncə şəhəri, Şahid2 küçəsi, 2-ci dalan ev 20 ünvanında, saat 17:59:55-də Gəncə şəhəri, Ə. Cəmil 4, Xalça ticaret mərkəzi yanı, Gəncə ATS ərazisində, xx.xx.2021-ci il tarixdə saat 09:35:10da Gəncə şəhəri, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, A.İskəndərov küçəsi 46, X39 Hotel yaxınlığı ərazisində, saat 10:45:54-də Gəncə şəhəri, V.Xuluflu küçəsi, 4-cü mikrorayon, 15Nli bina, Dental Klinika yaxınlığı ərazisində, saat 11:09:06-da ünvan 16 ünvanında, saat 15:28:21-də Gəncə şəhəri, Şahid2 küçəsi, 2-ci dalan ev 20 ünvanında, saat 16:00:57-də Gəncə şəhəri, Gəncə küçəsi ev 1, Kəpəz Mehmanxanası ərazisində, xx.xx.2021-ci il tarixdə saat 18:19:12-də Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mkr (14/4), X21 Mərkəzinin yanında, saat 18:21:24-də Gəncə şəhəri,Gəncə ATS 54, Aztelekom İB, Gəncə TQK-nin ATS54, Əhməd Cəmil 1 ünvanında, saat 18:53:45-də Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mkr (14/4), X21 Mərkəzinin yanında, saat 18:54:18-də ünvan 25 ünvanında, saat 19:01:48-də Gəncə şəhəri, ünvan 26 Mərkəzi yaxınlığı, saat 19:27:44-də Göygöl rayonu, Qızılqaya qəsəbəsi, Maralgöl restoranı, saat 20:14:07-də Gəncə şəhəri, Gülüstan qəsəbəsi,37 saylı binanın yanı, saat 23:43:11-də ünvan 17 qaraj binası ərazisində, xx.xx.2021-ci il tarixdə saat 11:46:06-da "Gəncə şəhəri, H.Hacıbəyov küçəsi, Çay dəstgahının yanı, saat 12:30:55-də Gəncə şəhəri, Təbriz küçəsi, 16 saylı məktəbin yanında qeyri-yaşayış binası, 11 saylı mağazanın damı ərazisində, saat 12:35:58-də ünvan 27 ünvanında, xx.xx.2021-ci il tarixdə saat 09:45:57-də ünvan 17 qaraj binası ərazisində, saat 10:02:11-də Göygöl rayonu, Üçtəpə kəndi, saat 10:02:34-də Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 may küçəsi ərazisində, saat 10:16:36-da Gəncə şəhəri, Məhrəsə bağı ərazisində restoran binasının damı ərazisində, xx.xx.2021-ci il tarixdə saat 16:06:14-də ünvan 17 qaraj binası ərazisində, saat 11:26:25-də Gəncə şəhəri, H.Hacıbəyov küçəsi, Çay dəstgahının yanı", saat 12:30:25-də Gəncə şəhəri, Yevlax şossesi 15 ünvanında, saat 15:09:47-də Gəncə şəhəri, Qızıl gül şadlıq sarayı ərazisində, saat 20:58:33-də Gəncə şəhəri, Azərsənayetikinti SC-nin 3 saylı Müəssisəsi ərazisində, xx.xx.2021-ci il tarixdə saat 12:12:21-də ünvan 30 ünvanımda, saat 13:25:49-da Gence Hotel/"Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155, saat 14:17:03-də Goranboy rayonu, Borsunlu kəndi ərazisində, saat 15:19:13-də Ağdaş rayonu, Qaradeyin kəndi,15:23:43-də Ucar rayonu, Ramal kəndi, saat 16:52:24-də Kürdəmir rayonu, Şilyan kəndi, saat 17:24:55-də Hacıqabul rayonu, Nəvai qəsəbəsi, saat 19:15:46-da ünvan 32 ünvanında, saat 20:32:34-də Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski 130 ünvanında, saat 21:16:50-də Bakı şəhəri, Nərimanov rayonu,Əliyar Əliyev 10 ünvanında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il saat 17:38-dək olan vaxt ərzində Bakı şəhərində müxtəlif ərazilərdə olmuş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə Gəncə şəhəri və Samux rayonlarında müxtəlif ərazilərdə olmuş,xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə olmuş, xx.xx.2021-ci il tarixdə saat 12:02:54-də Gəncə şəhəri, H.Əliyev prospekti 95 ünvanında, xx.xx.2021-ci il tarixdə saat 11:07:10-da ünvan 35spektinin kəsişməsində, saat 11:33:21-də X37 şəhəri, Ş.İ.Xətai prospekti 155, saat 12:07:09-da Gəncə şəhəri, Xəqani küçəsi 8A, saat 13:49:57-də X35- 2/"Gəncə şəhəri, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi, saat 14:06:54-də Gəncə şəhəri, H.Əliyev prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində Paşaoğlu çay evi ünvanında anten dairəsində olmuşdur. 06 fevral 2023-cü il tarixli kompleks məhkəmə fonoskopik və videotexniki ekspertizasının 4/30-4/31 saylı rəyindən görünür ki: - ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli audio və videofonoqramlardakı məzmunu tədqiqi hissədə verilmiş yazı mətnlərdən ibarətdir. - ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli audio və videofonoqramlardakı danışıqlarda eyni 2 diktor- K1 və Q1 diktorları iştirak etmişdir. - ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli audio və videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində <<Q1>> kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. - ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli audio və videofonoqramlardakı danışıqların yazı və qurğusunun dayandırılıb yenidən işə salınması, pozma, buraxma, əlavəetmə, birləşdirmə kimi montaj əlamətləri müəyyən olunmadı. - ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan mübahisəli audio və və videofonoqramların yazıldığı yazı qurğusu (qurğuları) haqqında məlumatı tədqiq hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. -xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsindən daxil olmuş arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK-si tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Azərbaycan Respublikası DİN-in BDYPİ RQİTBŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, komputer uçot bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs adına etibarnamə və nəqliyyat vasitəsi yoxdur. -xx.xx.2022-ci il tarixli Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. -xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr arasındakı zənglər və anten dairələrinə dair məlumatları özündə əks etdirən 1 ədəd “CD” disk, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 mobil nömrələri arasında olmuş mesaj mətnlərinin surətləri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. -Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. -xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cərimə cəzasından azad edilib. xx.xx.2018-ci ildə Gəncə Baş Polis İdarəsində CM-nin178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. -Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən ayrı-ayrılıqda notarial qaydada təsdiq edilmiş ərizələrdən və məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 təqdim edilmiş ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxs ilə zərərin ödənilməsi ilə bağlı razılıq əldə etmişlər, təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur və ona yüngül cəza verilməsini xahiş edirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs özünü “Şəbnəm” adlı şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs3 etibarını qazanıb ondan istifadə etməklə onun tanışı zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nizami oğlunu işə düzəltmək adı ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitlərini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində zərərçəkmiş şəxslərdən- Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 işə düzəltmək üçün heç bir pul almadığını və eyni zamanda Zərərçəkmiş şəxs3 İkinci Qarabağ müharibəsində iştirak etdiyi üçün ona medallar verdirəcəyi vədi ilə hərbi biletini almadığını öz müdafiəsi üçün dəlil kimi gətirsə də sonradan zərərçəkmiş şəxslərlə həmin miqdarda pulun ödənilməsi barədə razılıq əldə edərək, onlarla barışıq əldə etmiş və vurulmuş ziyanın tam şəkildə ödənilməsini öz öhdəsinə götürmüşdür. Eyni zamanda hərbi biletlə bağlıda yenidən hərbi bilet alınmasına zərərçəkmiş şəxsə köməklik edəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 178.2.2, 178.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, zərərçəkmiş şəxslər, şahid ifadələri, baxış və götürmə, üzləşdirmə, ekspertiza rəyi, maddi sübutlarla və digər istintaq sənədləri ilə tam sübuta yetirildiyindən və onun gətirdiyi dəlillər cinayət işi üzrə toplanmış mötəbər sübutlarla təkzib edildiyindən Təqsirləndirilən şəxs göstərdikləri özünü müdafiə kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini, eyni zamanda vətəndaşını digər mühüm sənədini yəni, hərbi biletini talaması cinayətini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, telefon danışıqları, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 68.3.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə: 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü; 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 326.2-cimaddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin omamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Qızına cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan,məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini, Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə isə alternativ cəzalardan sanksiyada nəzərdə tutulmuş həddə islah işi cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Buna görə də Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən toplanılmalı olduğundan, Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasını bir günü ilə əvəz edilməli və cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci ilə kimi həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Daha sonra Gəncə şəhər Məhkəməsinin 4(125)-161/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 16 noyabr 2022-ci il tarixə, daha sonra Gəncə şəhər Məhkəməsinin 4(125)-212/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 16 dekabr 2022-ci il tarixə kimi uzadılmışdır. Gəncə şəhər Məhkəməsinin 4(125)-225/2022-ci il nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və qətimkan tədbirinin sonu 16 dekabr 2023-cü il müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 05 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2,178.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2,178.2.4-cü maddəllərinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması, 326.2-ci maddəsi ilə islah işləri cəzası təyin edilməli, təyin edilmiş cəzalar CM-nin 68.3.1-ci və 66.2-ci maddəsinə əsasən qismən toplanılmalıqla azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət CM-in 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınan, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr arasındakı zənglər və anten dairələrinə dair məlumatları özündə əks etdirən 1 ədəd “CD” disk, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 mobil nömrələri arasında olmuş mesaj mətnlərinin surətləri cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat pul təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmaqla, 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmaqla, 6 (altı) ay müddətə islah işləri cəzası iki gününə bir gün hesablanmaqla 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 05 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 ay 10 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan- Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr arasındakı zənglər və anten dairələrinə dair məlumatları özündə əks etdirən 1 ədəd “CD” disk, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 1 ədəd “DVD” disk və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 mobil nömrələri arasında olmuş mesaj mətnlərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar