Məhkəmə qərarları › İş №1(125)-272/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-272/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-272/2024 03.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi dövlət ittihamçısı – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində Gəncə Şəhər Məhkəməsinin 1(125)-450/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası alaraq hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxs istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,639 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00 dəqiqədə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən X4raq bilinən ərazinin yaxınlığında Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Ə.Hüseynzadə. 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın ön sol cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,639 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,794 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşımış, xx.xx.2023-cü il tarixdə saat 14:00 dəqiqədə Gəncə şəhəri, Nizami prospektində yerləşən “GanjaFood City” adlanan bazarın yaxınlığında Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Ə.Hüseynzadə, 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 (bir) ədəd şəliaf rəngli polietilen kəsiyinə bükülmüş bükümdə 0,794 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, götürülmüş maddi sübutlar və digər istintaq hərəkəti protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə (hər iki epizod üzrə) özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir ki, narkotik vasitə heroindən istifadə edir, lakin polislər tərəfindən saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. O, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “X12” yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə əldə etməkdə, istifadə etməkdə və saxlamağında şübhəli olduğunu söyləmiş və onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə BPİ-yə getmiş və üzərinə şəxsi axtarış keçirmişlər. Lakin üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən döyülmüş, həmçinin ona psixi və fiziki təsir göstərərəknarkotik maddənin ona məxsus olmasını söyləməsini bildirmişlər. O, da döyüldüyü üçün və analizindən narkotik vasitə çıxdığı üçün videoçəkiliş zamanıməcbur qalıbhəmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. O, ikinci epizod üzrəbildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında evinə gedən zaman yolda polis əməkdaşlarıonayaxınlaşmış və onu narkotik vasitələrin istifadəsində şübhəli şəxs olduğu üçün polis idarəsinə aparmışlar. İdarədə polis əməkdaşları narkotik vasitə istifadəçisi olduğu üçün üzərinə narkotik vasitə qoymuş və etiraz edərsə, üzərinə külli miqdarda narkotik vasitə qoyulacağı ilə hədələmişlər. O, narkotik vasitə istifadəçisi olduğu üçün qorxmuş və məcbur qalaraq ibtidai istintaq zamanı narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. O, məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən qorxduğu üçün hədələnməsi barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən X8 yaxınlığında olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə BPİ-nin inzibati binasına gəlmişdir.Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və dövriyyəsi qarnınla qadağan edilmiş narkotik vasitənin olub-olmaması, varsa könüllü şəkildə təqdim etməyi ona təklif edildikdə o, üzərində olan 1 ədəd sellofan bükümün içərisində olan kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,69 qram müəyyən edilmişdir. Sorğu zamanı o, həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu,xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən X8 yaxınlığında bazar ərazisindən yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra kütlə qablaşdırılaraq zərfə qoyulmuş və DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “X19” adlanan bazarın yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. O, da onlarla birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasına getmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla daşınması qadağan edilmiş əşya, predmet və ya maddənin olması təqdirində onu təhqiqat orqanına təqdim etmişdir. O da əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən şəffaf rəngli polietilen kəsiyinə bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümü Gəncə şəhəri, Nizami prospektində yerləşən Gəncə şəhər 41 saylı tam orta məktəbin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin bükümü heç kimə vermədiyini, ondan bir dəfə istifadə etdiyini də əlavə etmişdir. Daha sonra büküm elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılaraq DİN-nin müvafiq möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, əvvəllər də narkotik vasitə istifadə etmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərkən, ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur.22 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektində, “Food City” bazarının yaxınlığında yeri müəyyən edilərək həmin günü saat 14:00-da saxlanılmışvə Gəncə şəhər BPİ-yə dəvət etmişdirlər. Hüquqlarının müdafiə olunması üçün X10 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Təqsirləndirilən şəxsüzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan narkotik vasitə olan “heroin” kütlə aşkar olunaraq götürülmüşdür. Təhqiqatçı tərəfindən narkotik vasitə olan “heroin” kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisi 1 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını, aşkar olunmuş kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını, heç kəsin məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Məhkəmədə şahid qismində Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis kapitanı Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 12 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektində, X8 yaxınlığında yeri müəyyən edilərəksaat 21:00-da saxlanılmış və Gəncə şəhər BPİ-yə dəvət etmişdirlər. Hüquqlarının müdafiə olunması üçün X9 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Mahmudovİlkin Yusif oğlu əynində olan göy rəngli cins şalvarın ön sol cibindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan narkotik vasitə olan “heroin” kütlə aşkar olunaraq götürülmüşdür. Təhqiqatçı tərəfindən həminkütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,69 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin kütlənin özünə məxsus olduğunu, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını, aşkar olunmuş kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını bildirmişdir. Onun narkotik vasitəni haradan və necə əldə etməsi barədə konkret məlumatları yoxdur, lakin bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması haqqında xx.xx.2023-cü iltarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1); -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saat 14:00-da tutulmuşdur.(i.v.9, 19); -Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoruMəmmədov Eldəniz İbrahim oğlunun, CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanıŞahid1, həmin idarənin kiçik inspektoru Şahid2, BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X5 və müdafiəçi X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra o, üzərində narkotik vasitə olduğunu bildirir və əynində olan göy rəngli cins şalvarın önsağ cibindən 1 ədəd şəffaf rəngli polietilin kəsiyinə bükülmüş heroinə bənzər kütlənitəqdim edir. O, sorğu zamanı təqdim etdiyi kütlənin “heroin” olduğunu bildirir və kütləni həmin günü xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, Nizami prospektində yerləşən 41 saylı orta məktəbin yaxınlığında yerdən tapdığını, nə vaxtsa istifadə edəcəyi üçün saxladığını, heç kimə satmadığını, həmin kütlələrdən istifadə etdiyini, heç kimə vermədiyini bildirir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilərək 1 qram müəyyən edilmişdir. Daha sonra müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. (i.v. 26); -Məhkəmə Ekspertizası Mərkəzinin X11 xx.xx.2023-cü il tarixli 16/1094 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində, "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 qram kütlə”yazı və imzalar olan kağız paketdəki, l(bir) ədəd şəffaf polietilin kəsiyində təmiz çəkisi 0,794 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir.(i.v.37); -ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30.40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir.(i.v.36); -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 45); - təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v. 53); -Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü iltarixli qərardan görünür ki, HK-1/936 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.58); -Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* və ********* nömrəli cinayət işləri birləşdirilərək cinayət işinin ibtidai istintaqı ********* saylı nömrə ilə davam etdirilməsi qərara alınmışdır.(i.v.55-56); -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqındaxx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saat 21:00-daGəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən X8 yaxınlığında tutulmuşdur.(i.v.65, 76); -Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6, həmin şöbənin CAİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3, həmin idarənin əməliyyat müvəkkili, polis leytenantıŞahid4, BPİ-nin KTB-nin baş inspektor kriminalisti, polis mayoru X7 və müdafiəçi X9 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra o, üzərində narkotik vasitənin olduğunu bildirir vəəynində olan göy rəngli cins şalvarın ön sol cibindən 1 ədəd gümüşü rəngli sellofan bükümü təqdim edir. O, sorğu zamanı təqdim etdiyi kütlənin “heroin” olduğunu bildirir və kütlənihəmin günü yəni 12 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən X12n yaxınığındakı bazarın ətrafında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin kütlədən heç kimə satmadığını bildirir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilərək 0,69 qram müəyyən edilmişdir. Daha sonra müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. (i.v. 81); -Məhkəmə Ekspertizası Mərkəzinin X11 xx.xx.2023-cü il tarixli 16/1013nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "şübhəli şəxs. Təqsirləndirilən şəxs”yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,639 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir.(i.v.93); -ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30.40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir.(i.v.92); -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 106); - təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v. 114); -Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur.(i.v.121); -Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışdangörünür ki, Təqsirləndirilən şəxsGəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(i.v.144); - Gəncə şəhəri Psixonevroloji dispanserinin xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. (i.v.145); - yenidən ittihamın elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 152); - təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v. 160); - Qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cüil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı MSY-dən azad edilmişdir.(i.v.169); -Məhkəmə Ekspertizası Mərkəzinin X11 xx.xx.2023-cü il tarixli 16/1113 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd büküm heroin ilə üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 qram kütlə”yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd büküm heroin, kimyəvi tərkiblərinə görə eynidirlər. (i.v.185); -ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30.40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir.(i.v.184); -təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və icraat dayandırılmışdır.(i.v.197); -cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir.(i.v.199); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 il şərti sınaq müddəti tədbiq edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.( i.v.209); -Gəncə Şəhər Məhkəməsinin1(125)-450/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdən 20 iyun 2023-cü il tarixədək 02 (iki) gün tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablansın. ( i.v.211-214); -Gəncə Şəhər Məhkəməsinin 5(125)-158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs telefon vasitəsi ilə ötürülən məlumatların ələ keçirilməsinə dair qərar qəbul edilmişdir.( i.v.223); -Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 5(002)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs cinyət işi üzrə ibtidai istintaq müddətinin sonunadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasına keçirilmişdir. ( i.v.232); - Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından verilmiş məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur. ( i.v.239); -Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 340 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-ıstifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(i.v.241); -telefon danışıqlarına baxış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən və ”Azercell” Telecom MMC-nin xx.xx.2024-cü il tarixli 3-13-57/1-12255/2024 nömrəli məktub əsasında Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü ildən xx.xx.2023-cü il müddət ərzində Azercell şöbəsində istifadə edilmiş, lakin heç bir məlumat əldə edilməmişdir.(i.v.244); - 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində MİS-nə heç bir şikayət daxil olmamışdır (iş vər 247); -sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,794 və 0,639 qram narkotik vasitə olan heroin, həmçinin cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü ilvə xx.xx.2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk və Azərcell telekomdan daxil olmuş içərisində telefon danışıqlarını əks etdirən 01 (bir) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. ( i.v.248-260); Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən psixatrop maddə olan metafetamin və narkotik vasitə olan heroin 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 qram və daha çox olduqda külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin isə çəkisi şəxsi istehlak miqdarından artıq olsa da, 2 qramdan az olmasına görə külli miqdar təşkil etmir.(cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə(13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilməlidir ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Beləki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədəgöstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. 12 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən və şühbəli şəxs qismində ilkin izahatı alınarkən,14 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərkən, həmçinin sonradan şübhəli şəxs qismində 22 oktyabr 2023-cü il tarixdə ilkin olaraq izahatı alınarkən və 23 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin hər iki əməl üzrə müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Bundan başqa ibtidai istintaqı aparılan digər cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini etiraf etmiş və ona qarşı hər hansı təzyiq olması barədə fikir bildirməmişdir. Əgər Təqsirləndirilən şəxs polis idarəsində hər hansı təzyiq olmuşdursa, hər iki epizod üzrə şübhəli şəxs qismindən tutulduqdan 2 gün sonra azadlığa çıxarkən müvafiq orqanlara və məhkəməyə şikayət etmək üçün kifayət qədər aylarla vaxtı və imkanı olmuşdur. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin: - 8.1-ci maddəsinəgörə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və yadigər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinəgörə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən,az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. - 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıranhallar, habelə təyin olunmuş cəzanın şəxsin islaholunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; - 69.3-cü maddəsinəəsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. - 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin4-cühissəsinəuyğunluğuhaqqında”12yanvar1999-cuiltarixliqərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən eyni xarakterli cinayətin təkrar törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin234.1-cimaddəsininsanksiyasında2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətlihesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla külli miqdara yaxın olmuş, cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal olmuşdur. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, narkotik vasitələrin külli miqdara yaxın olmasını nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-450/2023 nömrəli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən (Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-450/2023 nömrəli hökmünə əsasən) hesablanmalı və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu (CM-nin 234.1-ci maddəsinə əsasən)xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü ildən tarixdən xx.xx.2023-cü il tarixədək və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-450/2023 nömrəli hökmünə əsasən isə həmin cinayət işi üzrə xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək şühbəli şəxs qismində saxlanıldığını cəmi 6 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CMin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan çəkisi 0,744 və 0,589 qram narkotik vasitə olan heroinməhv edilməli, şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk və telefon danışıqlarını əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 91,20 (doxsan bir manat iyirmi qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD- 210005,VÖEN**********,m/hAZ41NABZ********************,S.W.İ.F.T.BikCTREAZ22hesabaöd ənilməlidir(CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 192 yüz doxsan iki) manat pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı–“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Gəncə Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(125)-450/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 6 gün müddət cəzadan çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Gəncə Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(125)-450/2023 saylı hökmünə əsasən 22 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Gəncə şəhər baş polis idarəsində maddi sübutları saxlama otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,744 və 0,589 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 91,20 (doxsan bir manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 192 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı–“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar