Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-273/2024 04.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamçısı Müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxsin hüquqi varisi: X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Daşkəsən rayonu, Qaraqollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Sadılı qəsəbəsi, D-11, sahə 25-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Sadılı qəsəbəsi, Ramil İsmayılov küçəsi, ev 23-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə şəhəri Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə, saat 20:44 radələrində, ayıq vəziyyətdə “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21063” minik markalı, sedan tipli ** BK *** dövlət qeydiyyat nömrə nişanlı, texniki cəhətdən saz vəziyyətdə olan avtomobili ilə, yanında ön oturacaqda oturmuş sərnişin, xx xxxxxx 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhər, Üzeyir Hacıbəyov küçəsi ilə üzü “Sovxoz Nizami” dairəsi adlanan istiqamətdə hərəkətdə olub, həmin küçənin kəsişməsində olan Gəncə şəhər, X7 küçəsi istiqamətinə sola hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini yəni, relssiz nəqliyyat vasitəsinin sürücüsü sfetoforun yaşıl işığında sola və ya geriyə dönərkən qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, həmin tələblərə əməl etməyərək nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə “Sovxoz Nizami” dairəsi istiqamətindən düzünə “Dəyirman” dairəsi adlanın istiqamətə hərəkətdə olan sürücü Şahid3 "xxxx" QSC-yə məxsus və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə idarə etdiyi “Opel-Corsa” minik markalı, sedan tipli, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan onun avtomobilində sağ ön oturacaqda oturmuş sərnişin, xx xxxxxx 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qaraciyərin, dalağın, sol böyrəyin cırılması, ənsə nahiyəsinin əzilmiş yarası, sağ çiyin, sağ bazu nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, birlikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almaqla, qarının qapalı küt travması nəticəsində qarın boşluğu orqanlarının (qaraciyərin, dalağın və sol böyrəyin) cırılmasmdan əmələ gələn kəskin daxili qanitirmə nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs 13 noyabr 2023-cü il tarixdə saat 23:35 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanasında ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, mərhum qohumu Zərərçəkmiş şəxs ilə birlikdə dəmir qırıntıları yığıb satmaqla məşğul olmuşlar. 13 noyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi “VAZ-21063” markalı, ** BK *** nömrə nişanlı avtomaşında yanında sağ ön sərnişin yerində oturmuş Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə “Dəyirman” dairəsi adlanan ərazidən Ü.Hacıbəyov küçəsi ilə Ələkbər bəy Rəfıbəyli küçəsinin kəsişməsi istiqamətinə saatda 30-40 km/saat sürətlə hərəkətdə olarkən yol kəsişməsinə yaxınlaşdıqda surəti daha da azaldıb sola X7 küçəsinə dönmə hərəkəti edərkən, “Sovxoz Nizami” dairəsi istiqamətindən üzü “Dəyirman” dairəsi istiqaməti ilə hərəkətdə olan sürücü sonradan adı ona məlum olan Şahid3 idarə etdiyi Opel markalı, ** AB *** nömrə nişanlı avtomaşınla onun idarə etdiyi avtomaşının sol qabaq hissəsindən vuraraq avtomaşını yolun əks istiqamətinə çevirmişdir. O, xəsarət aldığından huşunu itirmiş və xəstəxanada ayıldıqdan sonra ona məlum olmuşdur ki, qohumu Ayaz aldığı xəsarətlərdən ölmüşdür. O, da qabırğaların qırığı, sağ ayağın əzniyi xəsarətlərini almışdır. Eyni zaman o, bildirmişdir ki, sola dönmə hərəkətini edərkən qarşıdan gələn Opel markalı avtomaşının hansı məsafədə olduğunu dəqiq görməmiş, ancaq ondan çox uzaqda hərəkətdə olan avtomaşınları görmüş və fikirləşmişdir ki, onlar ona çatana kimi dönüb gedəcəkdir. Ona görə dönmə etmiş, lakin Opel markalı avtomaşın çox sürətlə gəldiyindən çatdıra bilməmişdir. Daha sonra bildirmişdir ki, avtomaşını saz vəziyyətdə olmuş, lakin opel markalı avtomaşını ani vaxtda, yəni artıq sola dönmə etdikdən sonra ona yaxınlaşdığı üçün heç bir tədbir görməmiş və işıqfor yaşıl işıq olduğundan yolun açıq oduğunu bildirmişdir. İfadəsinin sonunda o, əməlindən peşmançılığını dilə gətirərərək səhhətində ciddi problemlərin olduğunu, habelə zərərçəkmiş şəxsin hüququ varisi ilə barışıq əldə etdiyini bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. Ayaz rəsmi olaraq heç bir yerdə işləməmiş, rayonlardan dəmir qırıntıları yığaraq onların satışı ilə məşğul olmuşdur. Həmçinin Ayaz 2ci Qarabağ Mübaribəsi iştirakçısı olduğundan 80 manat müavinət almışdır. Ayaz 13 noyabr 2023-cü il tarixdə səhər saatlarında Daşkəsən şəhərindən uzaq qohumları Təqsirləndirilən şəxs ilə dəmir yığmaq üçün Gəncə şəhərinə gəlmişdir. Həmin gün yəni, 13 noyabr 2023-cü il tarixdə saat 21 radələrində ona qohumları Ayazın yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada öldüyünü telefonla xəbər vermişlər. İfadəsinin sonunda isə o, hadisənin törədilməsində səbəbkar Şahid3 olmasını bildirərək ondan şikayətçi olduğunu, onun barəsində qanuna müvafiq tədbir görülüb cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ilə isə barışdığını, ona qarşı şikayət və tələbləri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. 13 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Gəncə şəhər BPİ-nin məsul növbətçisi polis polkovnik-leytenantı Ələmdar Məhərrəmov efir vasitəsi ilə məlumat vermişdir ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə X7 küçəsinin kəsişməsində yolnəqliyyat hadisəsi baş vermişdir. O, həmin ərazidə YPX-nin inspektoru, polis serjantı Şahid2 ilə birlikdə YPX avtomobili ilə hərəkətli xidmət apardığından dərhal hadisə yerinə gəlmişlər və məlum olmuşdur ki, bir neçə dəqiqə əvvəl sürücü sonradan adı ona məlum olan Şahid3 idarə etdiyi “Opel-Costra” markalı, ** AB *** nömrə nişanlı avtomaşınla Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə “Nizami Sovxoz” dairəsi adlanan ərazidən üzü həmin küçə ilə “Dəyirman” dairəsi adlanan istiqamətə hərəkətdə olan zaman onunla qarşı-qaşıya “Dəyirman” dairəsi istiqamətindən gələn sürücü sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı, ** BK *** nömrə nişanlı avtomaşınla sola Gəncə şəhər, X7 küçəsi istiqamətinə dönmə edərkən Opel markalı avtomaşın onun sol hissəsində vurub səkinin üzərinə atmışdır. Hər iki avtomaşın hadisə yerində yararsız, əzilmiş vəziyyətdə olmuşdur. Məlum olmuşdur ki, “VAZ 21063” markalı avtomaşında ön oturacaqda bir nəfər sərnişin sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs da olmuşdur. Hər iki sürücünü və sərnişini xəsarətlər aldıqları üçün artıq xəstəxanaya aparmışlar. Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsindən müstəntiq gələrək onların iştirakı ilə hadisə yerinə baxış keçirmiş, fotoşəkillər çəkilmiş, sxem tərtib edilmişdir. Sonradan sərnişin Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən öldüyünü öyrənmişlər. Məhkəmə iclasında digər şahid yol patrul xidmətinin inspektoru, polis serjantı Şahid2 polis baş leytenantı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Gəncə şəhəri, Ü.Hacəbəyov küçəsi ilə X7 küçəsinin kəsişməsində baş vermişdir. Baxış gecə aparılmış, yol asfalt örtüklü hamar, düz, quru, yolun ümumi eni 30 metr, yol iki istiqamətli, hər iki hərəkət hissəsini bir-birindən ayıran zolaq yoxdur. Yolun hərəkət hissəsi sol və sağ tərəfdən işıqlarla işıqlanıdırılır. Yolun hər iki hissəsində yaşayış evləri, qeyri yaşayış obyektləri, mağazalar vardır. Yolun hərəkət hissəsi yol nişanları ilə tənzimlənmir. Zolaqlı xətlər yoxdur. Yolun kəsişməsində işıqforlar vardır, işlək vəziyyətdədir. Yolun kəsişməsində Gəncə şəhər BPİ-nin TŞX-nin kamerası quraşdırılmışdır. Hadisə baş verən yerdə piyadaların keçidi üçün zolaq yoxdur. ( i.v.5-17); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( i.v.119); - zərərçəkmiş şəxsin hüquqi varisi X1 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, onun M. Qasımova qarşı heç bir şikayəti və tələbi yoxdur. ( i.v.122); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli, 92 saylı rəyinə əsasən 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyiti üzərində - qaraciyərin, dalağın, sol böyrəyin cırılması, ənsə nahiyəsinin əzilmiş yarası, sağ çiyin, sağ bazu nahiyələrinin sıyrıqları aşkarlanmışdır. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni 14 noyabr 2023-cü il tarixinə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb qarının qapalı küt travması nəticəsində qarın boşluğu orqanlarının (qaraciyərin, dalağın və sol böyrəyin) cırılmasından əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. A. Məmmədovun bədənində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. (i.v.124-127); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli, 4157A/K saylı rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar olunmamışdır. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğundan narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (i.v.134-136); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3733 saylı rəyinə görə VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İ hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. (i.v.142-146); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli, 1875 saylı rəyinə əsasən 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-minimal hemotoraksla müşahidə olunan sol tərəfli Vİ,Vİİ,Vİİİ, sağ tərəfli İV, V, Vİ və Vİİ qabırğalarının sınıqları, sağ böyrəyin kontuzisayı küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəaritdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. ( i.v.148-152); - BDYPİ-nin Gəncə RQİTBŞ-dən alınmış xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2- 577/2024 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs BC-106 022 saylı “В” kateqoriyalı sürücülük vəsiqəsi 08 iyun 2021-ci il tarixdən 08 iyun 2031-ci il tarixədək verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin istifadəsi üçün Təqsirləndirilən şəxs etibarnamə 25 iyun 2023-cü il tarixdən 08 iyun 2031-ci il tarixədək verilmişdir. (i.v. 158); - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserinin 26 yanvar 2024-cü il tarixli, 419 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 165); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 01 fevral 2024-cü il tarixli, 581 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. ( i.v.168); - Gəncə şəhər Birləşmiş Xəstəxanasının Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli Radiologiya şöbəsindən verilmiş müayinə sənədindən görünür ki, hər iki hemisferanın dərin ağ maddəsində bir neçə ədəd millimetrik ölçülü T2 Flair hiperintens qliotik ocaqlar qeyd olunur. - “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Gəncə şəhər, Ü.Hacıbəyov küçəsində olan BPİ-nin TŞK-nın video nəzarət kamerasından götürülmüş, içərisində 13 noyabr 2023-cü il tarixdə saat 22:44 radələrində Ü.Hacıbəyov küçəsi ilə Ələkbər bəy Rəfıbəyli küçəsinin kəsişməsində qeydə alınmış görüntülər olan 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs ölümünə səbəb olan xəsarətlər yetirdiyi “VAZ-21063” minik markalı, sedan tipli, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “Opel Corsa” minik markalı , sedan tipli, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmışdır. ( i.v.181-193); Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səhhətində ciddi problemlərin olmasını, həmçinin Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-21063” minik markalı, sedan tipli, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “Opel Corsa” minik markalı, sedan tipli, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, həmçinin 13 noyabr 2023-cü il tarixdə saat 22:44 radələrində Üzeyir Hacıbəyov küçəsi ilə Ələkbər bəy Rəfıbəyli küçəsinin kəsişməsində qeydə alınmış görüntülər olan 01 ədəd DVD disk saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 (on iki) saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. İş üzrə “VAZ-21063” minik markalı, sedan tipli, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “Opel Corsa” minik markalı, sedan tipli, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın, həmçinin 13 noyabr 2023-cü il tarixdə saat 22:44 radələrində Üzeyir Hacıbəyov küçəsi ilə Ələkbər bəy Rəfıbəyli küçəsinin kəsişməsində qeydə alınmış görüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN ********** AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-273/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-273/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver