Məhkəmə qərarları › İş №1(125)-274/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-274/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-274/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi2 və Müdafiəçi3, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, A.Səhhət küçəsi ev 58-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Samux rayonu Lüksemburq kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Poçt qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Əfəndiyev küçəsi ev 51 qeydiyyatda olan, Gəncə şəhəri Poçt qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, V.Xuluflu küçəsində Şahid məxsus dayanmış vəziyyətdə olan “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri hissəsindən "xxxx" şirkətinə məxsus 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (6+128 grey), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 blue), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 grey), 450 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (8+128 Grey), 430 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 grey), 760 manat dəyərində 1 ədəd “Xiaomi Mİ12 lite” (8+128 green), 350 manat dəyərində 1 ədəd “Samsung A13” (64 GB black), 650 manat dəyərində 1 ədəd “Xiaomi Poco X4 Pro” (8+256 GB 5G Black), 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 830 manat olan 1660 manat dəyərində 2 ədəd “Xiaomi Mİ12 Lite” (8+256GB 5G black), 1 ədədinin qiyməti 330 manat olan 3960 manat dəyərində 12 ədəd “Samsung A13” (32 GB black), 1 ədədinin qiyməti 280 manat olan 2520 manat dəyərində 9 ədəd “Samsung A035” (64 GB blue), 1 ədədinin qiyməti 350 manat olan 700 manat dəyərində 2 ədəd “Samsung A-325” (64GB Violet), 280 manat dəyərində 1 ədəd “Samsung SM-A035” (LTE 4GB 64GB Black), 650 manat dəyətində 1 ədəd “Xiaomi Poco X4” (Pro 8+256GB 5G black), 820 manat dəyərində 1 ədəd “Xiaomi Poco F4” (8+256 Black), 1 ədədinin qiyməti 850 manat olan 1700 manat dəyərində 2 ədəd “Samsung SM-A7361” (6/128 Grey), 1 ədədinin qiyməti 320 manat olan 2560 manat dəyərində 8 ədəd “Samsung A13” (32GB Black), 1 ədədinin qiyməti 400 manat olan 2000 manat dəyərində 4 ədəd “Samsung A”35” (64 GB Black), 280 manat dəyərində “Samsung A-035” (64GB Black), 830 manat dəyərində 1 ədəd “Samsung A-536” (5G 256GB Black), 400 manat dəyərində 1 ədəd “Samsung 235” (64GB Black), 250 manat dəyərində 1 ədəd “Samsung A-035” (32GB red), 1 ədədinin qiyməti 250 manat olan 500 manat dəyərində 2 ədəd “Samsung SM-035” (LTE3GB 32 GB Black), 1 ədədinin qiyməti 250 manat olan 1750 manat dəyərində 7 ədəd “Samsung SM-035” (LTE 3GB 32GB black), 1 ədədinin qiyməti 250 manat olan 1250 manat dəyərində 5 ədəd “Samsung A-035” (32GB Red), 1 ədədinin qiymətin 250 manat olan 1000 manat dəyərində 4 ədəd “Samsung A-035” (32GB Blue), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 Silver) markalı, ümumilikdə 30190 manat dəyərində 82 ədəd “Samsung” və “Xiomi” markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" şirkətinə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, V.Xuluflu küçəsində Şahid məxsus dayanmış vəziyyətdə olan “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri hissəsindən "xxxx" şirkətinə məxsus 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (6+128 grey), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 blue), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 grey), 450 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (8+128 Grey), 430 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 grey), 760 manat dəyərində 1 ədəd “Xiaomi Mİ12 lite” (8+128 green), 350 manat dəyərində 1 ədəd “Samsung A13” (64 GB black), 650 manat dəyərində 1 ədəd “Xiaomi Poco X4 Pro” (8+256 GB 5G Black), 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 830 manat olan 1660 manat dəyərində 2 ədəd “Xiaomi Mİ12 Lite” (8+256GB 5G black), 1 ədədinin qiyməti 330 manat olan 3960 manat dəyərində 12 ədəd “Samsung A13” (32 GB black), 1 ədədinin qiyməti 280 manat olan 2520 manat dəyərində 9 ədəd “Samsung A035” (64 GB blue), 1 ədədinin qiyməti 350 manat olan 700 manat dəyərində 2 ədəd “Samsung A-325” (64GB Violet), 280 manat dəyərində 1 ədəd “Samsung SM-A035” (LTE 4GB 64GB Black), 650 manat dəyətində 1 ədəd “Xiaomi Poco X4” (Pro 8+256GB 5G black), 820 manat dəyərində 1 ədəd “Xiaomi Poco F4” (8+256 Black), 1 ədədinin qiyməti 850 manat olan 1700 manat dəyərində 2 ədəd “Samsung SM-A7361” (6/128 Grey), 1 ədədinin qiyməti 320 manat olan 2560 manat dəyərində 8 ədəd “Samsung A13” (32GB Black), 1 ədədinin qiyməti 400 manat olan 2000 manat dəyərində 4 ədəd “Samsung A”35” (64 GB Black), 280 manat dəyərində “Samsung A-035” (64GB Black), 830 manat dəyərində 1 ədəd “Samsung A-536” (5G 256GB Black), 400 manat dəyərində 1 ədəd “Samsung 235” (64GB Black), 250 manat dəyərində 1 ədəd “Samsung A-035” (32GB red), 1 ədədinin qiyməti 250 manat olan 500 manat dəyərində 2 ədəd “Samsung SM-035” (LTE3GB 32 GB Black), 1 ədədinin qiyməti 250 manat olan 1750 manat dəyərində 7 ədəd “Samsung SM-035” (LTE 3GB 32GB black), 1 ədədinin qiyməti 250 manat olan 1250 manat dəyərində 5 ədəd “Samsung A-035” (32GB Red), 1 ədədinin qiymətin 250 manat olan 1000 manat dəyərində 4 ədəd “Samsung A-035” (32GB Blue), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 Silver) markalı, ümumilikdə 30190 manat dəyərində 82 ədəd “Samsung” və “Xiomi” markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" şirkətinə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, V.Xuluflu küçəsində Şahid məxsus dayanmış vəziyyətdə olan “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri hissəsindən "xxxx" şirkətinə məxsus 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (6+128 grey), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 blue), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 grey), 450 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (8+128 Grey), 430 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 grey), 760 manat dəyərində 1 ədəd “Xiaomi Mİ12 lite” (8+128 green), 350 manat dəyərində 1 ədəd “Samsung A13” (64 GB black), 650 manat dəyərində 1 ədəd “Xiaomi Poco X4 Pro” (8+256 GB 5G Black), 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 830 manat olan 1660 manat dəyərində 2 ədəd “Xiaomi Mİ12 Lite” (8+256GB 5G black), 1 ədədinin qiyməti 330 manat olan 3960 manat dəyərində 12 ədəd “Samsung A13” (32 GB black), 1 ədədinin qiyməti 280 manat olan 2520 manat dəyərində 9 ədəd “Samsung A035” (64 GB blue), 1 ədədinin qiyməti 350 manat olan 700 manat dəyərində 2 ədəd “Samsung A-325” (64GB Violet), 280 manat dəyərində 1 ədəd “Samsung SM-A035” (LTE 4GB 64GB Black), 650 manat dəyətində 1 ədəd “Xiaomi Poco X4” (Pro 8+256GB 5G black), 820 manat dəyərində 1 ədəd “Xiaomi Poco F4” (8+256 Black), 1 ədədinin qiyməti 850 manat olan 1700 manat dəyərində 2 ədəd “Samsung SM-A7361” (6/128 Grey), 1 ədədinin qiyməti 320 manat olan 2560 manat dəyərində 8 ədəd “Samsung A13” (32GB Black), 1 ədədinin qiyməti 400 manat olan 2000 manat dəyərində 4 ədəd “Samsung A”35” (64 GB Black), 280 manat dəyərində “Samsung A-035” (64GB Black), 830 manat dəyərində 1 ədəd “Samsung A-536” (5G 256GB Black), 400 manat dəyərində 1 ədəd “Samsung 235” (64GB Black), 250 manat dəyərində 1 ədəd “Samsung A-035” (32GB red), 1 ədədinin qiyməti 250 manat olan 500 manat dəyərində 2 ədəd “Samsung SM-035” (LTE3GB 32 GB Black), 1 ədədinin qiyməti 250 manat olan 1750 manat dəyərində 7 ədəd “Samsung SM-035” (LTE 3GB 32GB black), 1 ədədinin qiyməti 250 manat olan 1250 manat dəyərində 5 ədəd “Samsung A-035” (32GB Red), 1 ədədinin qiymətin 250 manat olan 1000 manat dəyərində 4 ədəd “Samsung A-035” (32GB Blue), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 Silver) markalı, ümumilikdə 30190 manat dəyərində 82 ədəd “Samsung” və “Xiomi” markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" şirkətinə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, V.Xuluflu küçəsində Şahid məxsus dayanmış vəziyyətdə olan “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri hissəsindən "xxxx" şirkətinə məxsus 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (6+128 grey), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 blue), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 grey), 450 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (8+128 Grey), 430 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 grey), 760 manat dəyərində 1 ədəd “Xiaomi Mİ12 lite” (8+128 green), 350 manat dəyərində 1 ədəd “Samsung A13” (64 GB black), 650 manat dəyərində 1 ədəd “Xiaomi Poco X4 Pro” (8+256 GB 5G Black), 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 830 manat olan 1660 manat dəyərində 2 ədəd “Xiaomi Mİ12 Lite” (8+256GB 5G black), 1 ədədinin qiyməti 330 manat olan 3960 manat dəyərində 12 ədəd “Samsung A13” (32 GB black), 1 ədədinin qiyməti 280 manat olan 2520 manat dəyərində 9 ədəd “Samsung A035” (64 GB blue), 1 ədədinin qiyməti 350 manat olan 700 manat dəyərində 2 ədəd “Samsung A-325” (64GB Violet), 280 manat dəyərində 1 ədəd “Samsung SM-A035” (LTE 4GB 64GB Black), 650 manat dəyətində 1 ədəd “Xiaomi Poco X4” (Pro 8+256GB 5G black), 820 manat dəyərində 1 ədəd “Xiaomi Poco F4” (8+256 Black), 1 ədədinin qiyməti 850 manat olan 1700 manat dəyərində 2 ədəd “Samsung SM-A7361” (6/128 Grey), 1 ədədinin qiyməti 320 manat olan 2560 manat dəyərində 8 ədəd “Samsung A13” (32GB Black), 1 ədədinin qiyməti 400 manat olan 2000 manat dəyərində 4 ədəd “Samsung A”35” (64 GB Black), 280 manat dəyərində “Samsung A-035” (64GB Black), 830 manat dəyərində 1 ədəd “Samsung A-536” (5G 256GB Black), 400 manat dəyərində 1 ədəd “Samsung 235” (64GB Black), 250 manat dəyərində 1 ədəd “Samsung A-035” (32GB red), 1 ədədinin qiyməti 250 manat olan 500 manat dəyərində 2 ədəd “Samsung SM-035” (LTE3GB 32 GB Black), 1 ədədinin qiyməti 250 manat olan 1750 manat dəyərində 7 ədəd “Samsung SM-035” (LTE 3GB 32GB black), 1 ədədinin qiyməti 250 manat olan 1250 manat dəyərində 5 ədəd “Samsung A-035” (32GB Red), 1 ədədinin qiymətin 250 manat olan 1000 manat dəyərində 4 ədəd “Samsung A-035” (32GB Blue), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 Silver) markalı, ümumilikdə 30190 manat dəyərində 82 ədəd “Samsung” və “Xiomi” markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" şirkətinə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmədə təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, atasına məxsus olan “Kia Rio” markalı, açıq mavi rəngli, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəlaiyyəti göstərir. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evdə olarkən tanışları Rüstəm və Araz ona demişlər ki, gedib birlikdə çörək yeyək. O, atasının avtomobilini götürüb Rüstəm və Arazla birlikdə yola düşmüşdür. Onlar birlikdə Samux rayonunda yeməkxanaya getmiş və orada yemək yemiş, Rüstəm və Araz isə pivə içmişlər. Yeməkxanada ona iki ədəd telefon vəd etsələr də telefonu hardan alacaqlarını deməmişlər. Həmin vaxt Rüstəmin qardaşı Şamxal onun istifadəsində olan mobil nömrəsinə zəng edib Rüstəmin onunla birlikdə olduğunu dəqiqləşdirdikdən sonra telefonu Rüstəmə verməyini istəmişdir. Rüstəm özü mobil telefon istifadə etmədiyi üçün ona zəng etmişdir. O, telefonunu Rüstəmə vermişdir. Rüstəm telefon danışığından sonra Şamxalın onun Həsənə zəng etməsini bildirdiyini demişdir. Rüstəm də onun telefonu ilə Həsənə zəng etmişdir. Rüstəm telefonla Həsən ilə danışdıqdan sonra onlara demişdir ki, təcili qalxıb "Nur kafe" kimi tanınan yerə getsinlər. Bundan sonra oradan qalxıb Gəncə şəhərinə gəlmişlər. O, Rüstəm və Araz ilə birlikdə onun avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerlaşən "Nur kafe" adlanan yerdən sola, yəni keçmiş Kəpəz Rayon Məhkəməsi istiqamətində dönüb bir neçə metr getdikdən sonra yolun solunda "Chevrolet Cruze" markalı, qızılı rəngli, dövlət qeydiyyat nişanına diqqət etmədiyi avtomobilin dayanmış vəziyyətdə və yük yeri hissəsinin açıq olduğunu görüb bir neçə metr irəlidə yanında dayanmışlar. Rüstəm və Araz avtomobildən düşdükdən sonra o, avtomobilin yol ayrıcında və işıqforun yaxınlığında olması səbəbindən bir neçə metr irəli sürüb yolun sol kənarında saxlamışdır. Rüstəm və Araz isə "Chevrolet Cruze" markalı avtomobilin yanına gedib avtomobilin yük yeri hissəsindən 2 ədəd karton qutu götürüb gəlmişlər. O, onların oraya nə üçün getdiyini bilməmiş, qutuların içərisində mobil telefon olduğunu orada bilmişdir. Yəni, o, telefonlar oğurlandıqdan və onun avtomobilinə qoyulduqdan sonra bilmişdir. O, Rüstəmin ona vəd etdiyi iki ədəd telefonun məhz oğurlanan telefonlardan olduğunu anlayıb, həmin vaxtdan da onlarla razılaşmış və birlikdə hərəkət etməyə başlamışdır. Həmin şəxslər qutuları gətirib onun avtomobilinin yük yeri hissəsinə yerləşdirdikdən sonra avtomobilinə əyləşmiş və onlar oradan uzaqlaşmışlar. "Daş körpü" adlanan yerdə mağazalardan birinə daxil olub telefonları yığmaq üçün 04 ədəd selofan torba almışlar. Mobil telefonları aldıqları selofan torbalara yığmışlar. Bundan sonra onun idarə etdiyi avtomobil ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə, Həsəngilin evlərinə getmişlər. Həmin evdə yaşayış yoxdur. Evə daxil olduqdan sonra torbalardakı telefonları çıxarıb saymış və ümumi 82 ədəd "Samsung" və "Xiaomi" markalı telefon olduğunu görmüşlər. Həmin vaxt Həsən evdən bir ədəd idman çantası tapmış və telefonların bir qismini həmin çantaya yığmışdır. Qalanlar isə selofan torbalarda qalmışdır. Təxminən 15-20 dəqiqə hamısı evdən çıxıb onun idarə etdiyi avtomobil ilə Həsəni aparıb özünün yaşadığı Gəncə şəhəri, Poct qəsəbəsindəki evinə düşürmüşdür. Araz və Rüstəm isə avtomobilində qalmışdır. Telefonlar da avtomobilində, yəni Rüstəm və Arazda qalmışdır. Bir qədər sonra isə o və Araz oğurladıqları telefonları götürüb onun avtomobili ilə Arazın yaşadığı Gəncə şəhəri Poçt qəsəbəsindəki evinə getmişlər. Orada telefonları götürüb Arazın evinə daxil olmuşlar. Həmin vaxt evdə heç kim olmamışdır. Ondan sonrakı gün isə idarə etdiyi avtomobil ilə şəhərin ərazisində olarkən polis əməkdaşları onu saxlayıb polis idarəsinə aparmışlar. Əlavə olaraq bildirdi ki, oğurlanan telefonları onun avtomobili ilə götürmüşlər. Oradan ona iki ədəd telefon verəcəklərini vəd etmişlər. Lakin, ona telefon və ya pul verməmişlər. Həmin telefonları satıb-satmadıqlarını da bilmir. Onlar belə razılaşmışdılar ki, telefonların hamısı satılsın və ona pul verilsin. Telefonları Rüstəm, Araz və Həsən satacaq, ona da pul verəcəkdilər. Ancaq onlar belə razılaşmışdır ki, hələ bir həftə gözləsinlər, ara sakitləşəndən sonra satılsın. Qeyd edilən oğurluqda dörd nəfər, yəni, o, Rüstəm, Araz və Həsənin iştirakı olub. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ona düşən hissəsini ödəyərək onunla barışıq əldə etdiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməyiblər. Belə ki, xx.xx.2022-ci il tarixdə o, Rüstəm və Ramin adlı tanışları ilə birlikdə yemək yeməyə gediblər. Orxanı da maşını olduğu üçün sürücü kimi aparıblar. Həmin vaxt Rüstəm qardaşı Şamxalla telefon vasitəsilə danışdıqdan sonra demişdir ki, xalasıgilə getməlidir və birlikdə getməyi təklif etmişdir. Onlar oradan Orxanın avtomobili ilə "Xaraba yeri" adlanan yerə getmək üçün yola düşmüşlər. Yolda onlarla birlikdə olan Ramin adlı şəxs onlardan ayrılıb getmişdir. O, çox içdiyindən sərxoş vəziyyətdə olmuşdur. O, Rüstəm va Orxan üçü birlikdə əvvəlki Kəpəz Rayon Məhkəməsinə gedən yola döndükdə görmüşlər ki, yolun solunda "Chevrolet Cruze" markalı avtomobil dayanıb və yük yeri hissəsi açıq vəziyyətdədir. Rüstəmlə o, avtomobildən düşmüşlər. O, Rüstəmlə birlikdə həmin avtomobilə yaxınlaşanda görmüşdür ki, avtomobilin yük yeri hissəsində bağlı qutularda mobil telefonlar var. O, Rüstəmlə birlikdə həmin telefonları qutularda götürüb əllərində onlardan bir qədər irəlidə dayanan Orxanın avtomobilinin yük yeri hissəsinə yığmışlar. Onlar qutulardan 2 ədədini götürmüşlər. Orada yenə də qutular qalmışdır. Oradan Həsəngilə getmişlər. Lakin, Həsənin oğurluqdan xəbəri olmamışdır. Həsən oğurluğu bildikdən sonra ona 2300 manat pul vəd etmişdir. Həmin pulun da 1600 manat məbləği ona olan borcu olmuşdur. Ceyhunu isə əvəllər tanımamışdır. Oğurluq edən zaman da sərxoş olmuşdur. Eyni zamanda Orxanın da maşından düşənə kimi oğurluq etdiklərindən xəbəri olmamışdır. Maşının yük yerinin açıq olduğunu görüb avtomobili saxlatmış və oğurluq etmişlər. Yəni, əvvəllcədən planladıqları bir iş olmamışdır. Telefonları 1 həftə və ya 10 gün ərzində satmışlar. O, həmin satışdan 6 min pul əldə etmişdir. Qabaqcadan əlbir olduqlarını ibtidai istintaqda təzyiq altında demişdir. Qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi hissəsindən başqa digər ifadəsini təsdiq edir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ona düşən hissəsini ödəyərək onunla barışıq əldə etdiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təqsirləndirilən şəxslərin hər birini taıyır. Təqsirləndirilən şəxs1 onun qardaşının dostudur. 24 sentyabr 2022-ci il tarixdə tanışı Arazla görüşmüşdür. Araz ona tanışları Orxanla birlikdə Samux rayonuna balıq yeməyə getmək istədiyini bildirmişdir. Bundan sonra o, Araz və Orxanla birlikdə Samux rayonuna yeməkxanaya getmişlər. Orada o və Araz spirtli içki içiblər, Orxan isə avtomobil idarə etdiyi üçün içki içməmişdir. O, çox içdiyindən hadisənin necə baş verdiyini xatırlamır. O, ayılanda Araz ona bildirmişdir ki, telefon oğurlayıblar. O, oğurladıqları telefonlardan 28 ədədini götürüb, satmaq üçün Bakıya getmişdir. Hazırda əməlini etiraf edir, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ona düşən hissəsini ödəmiş, onunla barışıq əldə etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Ceyhunu çoxdan tanıyır. O, 24 sentyabr 2022-ci il tarixində Ceyhunla görüşmüş və kətə yemək qərarına gəlmişlər. Onlar kətə yemək üçün Yeni Gəncəyə getmiş, lakin orada kətə olmadığı üçün Su idarəsinin yanına gəlib orada Ceyhun və onun dostu ilə kətə yemişlər. Sonra onlara çay içmək üçün Nur kafenin yaxınlığında yerləşən çay evinə getmişlər. Ceyhunun dostu onlarla təxminən 20 dəqiqə oturduqdan sonra işi ilə bağlı getmişdir. Bundan sonra o, Ceyhunla təxminən 1 saat oturmuşdur. Onlar çay evində olan zaman Araz və ya Rüstəm xatırlamadığı nömrəylə ona zəng edib, borc pula ehtiyacları olduqlarını bildirmişlər. O, onlara 20 manat verməyə razılaşmış və yerini onlara bildirmişdir. Ceyhun onu avtomobili ilə yaşadığı küçəyə düşürüb, getmişdir. Aradan təxminən 20 dəqiqə keçdikdən sonra Ceyhun ona zəng edərək avtomobilin yük yerində olan mobil telefonların orada olmadığını bildirmişdir. O, telefonların Rüstəmgil tərəfindən oğurlandığını onlardan öyrənmişdir. Belə ki, həmin gün onların zəngindən sonra Rüstəmlə danışaraq onların yerini öyrənib və “Daş körpü” adlanan yerə onların yanına getmişdir. Orada telefonların oğurlandığını öyrənmiş və bundan sonra onlarla birlikdə hərəkət etməyə başlamışdır. Onun onların oğurluğundan və ya oğurluq etmək istədiklərindən qabaqcadan xəbəri və iştirakı olmamışdır. Avtomobilin yük yerini o açmamışdır, kimin açdığını da bilmir. Daha sonra ona məxsus Məhsəti qəsəbəsində yerləşən evə getmişlər. Bütün telefonlar torbada olmuşdur. Telefonları 1-2 gün ona məxsus evdə saxlamışlar. Daha sonra isə Araz telefonları götürmüşdür. Telefonların kim tərəfindən satılmağı barədə məlumatı yoxdur. Lakin, aradan təxminən 5-10 gün keçdikdən sonra Araz ona məxsus kart hesabına 2300 manat məbləğində pul göndərmişdir. Həmin məbləğin də 1600 manat hissəsi Arazın ona olan borcu olmuşdur. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ona düşən hissəsini ödəyərək onunla barışıq əldə etdiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, "xxxx" MMC-nin satış müfəttişi vəzifəsində çalışır. Çalışdığı şirkətin əsas ofisi Qazax rayonundadır, lakin Bakı şəhərində də ofisləri fəaliyyət göstərir. Şirkətin müdiri Kamil Musavidir. Çalışdığı şirkət mobil telefonların, həmçinin bir sıra elektronik əşyaların satışını həyata keçirir. Şirkətin Gəncə şəhərinə göndərdiyi mobil telefonları o qəbul edir və Gəncə şəhərində tanışı Şahidlə birlikdə onların satışını həyata keçirirmiş. Belə ki, Ceyhun özünə məxsus “Chevrolet Cruze” markalı avtomobil ilə mobil telefonlarının satışında ona bir sürücü kimi sadəcə olaraq köməklik göstərir, o da ona yüngülvari maddi kömək göstərmişdir. Şirkətin ona göndərdiyi mobil telefonlar Ceyhunun avtomobilinin yük yeri hissəsinə yüklənir və onlar satışa çıxırlarmış. xx.xx.2022-ci il tarixdə Ceyhunun avtomobilin yük yeri hissəsində bağlı qutuda mobil telefon olmuşdur. Onlar Ceyhunla xx.xx.2022-ci il tarixdə telefonların satışın üçün Qazaxa getməli imişlər. Lakin, Ceyhunun işləri olduğundan, həmin gün satışa gedə bilməyiblər. Həmin gün saat 19 radələrində Ceyhun ona zəng edərək avtomobilində olan şirkətə məxsus telefonların oğurlandığını bildiribmiş. Belə ki, o, gün ərzində Ceyhun yoldan bazarlıq edib, anasını evə aparıb. Evdə anasını və aldıqlarını düşürüb sonra dostu ilə görüşüb. Daha sonra ordan futbola getmək istəyib. Həmin vaxt maşının yük yeri hissəsinə baxanda görüb ki, mallar yoxdur. Özü araşdırma edib, amma tapa bilməyib. Ceyhun bu hadisədə kimdənsə şübhlənmədiyini bildirmişdir. Sonra Ceyhun polisə şikayət etmişdir. Cinayət nəticəsində şirkətə məxsus “Xiaomi” və “Samsung” markalı 82 ədəd telefonlar oğurlanıb, Hadisə nəticəsində çalışdığı şirkətin rəhbəri dəymiş zərərə görə ümumilikdə 28000 manat verilməsinə razılıq vermişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən hüquqi şəxs "xxxx"-ə vurduqları ziyanı tam şəkildə ödəmişlər. Onlara qarşı heç bir tələb və şikayətləri yoxdur. Məhkəmədə Şahid oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxslərin 3-nü tanıyır. Orxanı tanımır. Həsən onun uşaqlıq dostudur. Arazla Rüstəmi isə qiyabi tanıyır. O, Zərərçəkmiş şəxs yanında köməkçi kimi işləyib. İşçi kimi yox, sadəcə kömək edirmiş. Onlar həmin gün çayçıda çay içirmişlər. Axşam evə gələndə görüb ki, mal maşında yoxdur. Ağlına ilk o gəlib ki, yəqin yük yeri hissəsi öz özünə açılıb və kimsədə görüb oğurlayıb telefonları. Bundan sonra gün ərzində olduğu yerlərə gedib axtarış edib. İlk öncə “Brend Shop” mağazasına gedib müdiriyyətdən xahiş edib ki, videogörüntüləri göstərsinlər. Daha sonra kətə yedikləri yerə gedib. Oranın da videogörüntülərinə baxmışdır. Lakin videogörüntülərə baxmağı heç bir nəticə verməmişdir. Axırıncı olduğu yer çay evi olmuşdur lakin orada video-kamera olmamışdır. Bundan sonra ona Tural zəng edib o da oğurluq barədə ona məlumat vermişdir. O bildirmişdir ki, polisə getsin. O da polis idarəsinə gedərək şikayət edib. Polis əməkdaşları 2-3 gün sonra onu çağırıblar. Polislər axtarış zamanı oğurluğun “Xaraba yeri” adlanan ərazidə baş verdiyini müəyyən ediblər. Araşdırma zamanı ona birinci Orxanın şəklini göstəriblər. Onu tanımadığını bildirib. Sonra Rüstəm ilə Arazın şəklini göstəriblər. Onları qismən tanıdığını deyib. Ona başqa məlumat verməyiblər. O, iş barəsində heç yerdə danışmadığını bildirib. Onlar çayçıda çay içəndə mal maşının yük yerində olub. Onun maşınının yük yerində problem olub, bir gün əvvəl düzəltdirsə də yaxşı işləmirmiş, özözünə açılırmış. Çayçıda başqa şəxslər də olduğu üçün ümumiyyətlə maşın haqqında danışmayıb. Say olaraq səhv etmirsə, 83 telefon idi. Sayılıb maşına yığılmışdı. Hamısı təzə idi. Telefonların bir qismi - təxminən 7-8 telefon avtomobilin yük yerində qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid məxsus “Chevrolet Cruze” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri hissəsindən "xxxx" şirkətinə məxsus “Samsung” və “Xiomi” markalı, ümumilikdə xeyli miqdar olan 20000 manat dəyərində 82 ədəd mobil telefonların oğulanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5995 nömrəli rəyindən görünür ki, ekspertizaya təyini haqqında qərarda göstərilən mobil telefonların istifadə olunmamasını nəzərə almaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 30190.00 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:00-da müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 4(125)-148/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Gəncə Şəhər Məhkəməsinin 4(125)-148/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və son müddət xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” və “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 4(125)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-206/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Gəncə Şəhər Məhkəməsinin 4(125)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş (4(125)-157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə uzadıılmış) həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və son müddət xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə tutularaq, Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də göstərərək bir daha təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də göstərərək bir daha təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 4(125)-338/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində istintaq müddətinin sonunadək yəni xx.xx.2023-cü ilədək, həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-340/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş, müüdafiə tərəfin vəsatəti təmin edilərək, Təqsirləndirilən şəxs4 barəsində xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, müddətin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və son müddət xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ona aid hissədə ləğv edilmiş və o, 01 il müddətə şərti sınaq müddəti təyin edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək, Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona qəti olaraq 05 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 1100 manat cərimə cəzası, Arxanqel şəhəri, Lomanosov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 162-ci mddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, həmin hökm isə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək, Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 04 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluqları ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Plenum belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən, həmin qərardan sonra şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır və həmin şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qəsdən hazırkı cinayəti törətmələri onların əməlində CM-in 18.1-ci maddəsinə əsasən cinayətin resdivini yaratmışdır. Gəncə şəhər Narkoloji dispanseri və Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş arayışlardan məlum olur ki, təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Vəliyəddin oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin dispanserlərdə qeydiyyatda durmurlar. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş ziyanın məbləği müəyyən edilərkən ekspert rəyində göstərilən 30190.00 manat məbləğin əsas götürülməsi qərara alınmışdır. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və himayəsində xx.xx.2018-ci il təvəllüdlü Sədrəddin Hüseynov və xx.xx.2020-ci il təvəllüdlü Ümid Hüseynov adlı iki azyaşlı uşağı vardır. Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Vəliyəddin oğlu tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs4 tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin onlara istinad olunan əməlləri törətmələri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasına Təqsirləndirilən şəxs1 məhkəmədə hazırkı cinayətin törədilməsi üçün digər təqsirləndirilən şəxslərlə qabaqcadan razışlaşmadığını, cinayətə onun törədilməsindən, yəni oğurluğun baş tutmasından sonra xəbərdar olduğunu bildirmişdir. Lakin, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə tərəfindən tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində Samux rayonunda yemək yeyən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona 2 telefon verəcəkləri vədi ilə onlarla oğurluq etmək üçün razılaşdığını bildirmişdir. Məhkəmədə də ifadəsində yemək yeyən zaman ona 2 telefon vəd edildiyini lakin həmin telefonların oğurluqdan əldə edilərək veriləcəyini bilmədiyini qeyd etmişdir. Məhkəmə onun ibtidai istintaqda və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin üst-üstə düşən və fərqli tərəflərinə qarşılqlı qiymət verərək, eyni zamanda heç bir əsas və səbəb olmadan ona 2 ədəd telefonun vəd edilməsinin inandırıcı görünmədiyini qeyd edərək təqsirləndirilən şəxsin məhkəmədə veridiyi ifadəsini bu hissədə mötəbər sübut hesab etmir. Həmçinin Təqsirləndirilən şəxs1 gətirdiyi digər arqument isə cinayət nəticəsində ona sadəcə 2300 manat pul əldə etdiyi və onun da 1600 manat hissəsinin Təqsirləndirilən şəxs2 ona olan borcunun qarşılığı olduğunu, ona sadəcə 600 manat pul çatdığını bildirməsindən ibarətdir ki, bununla bağlı da məhkəmə qeyd edir ki, onun cinayət nəticəsində həqiqətən 600 manat manat əldə etdiyi qəbul edilsə belə, bu hal onun cinayətin törədilməsində iştirak etmədiyini təsdiq edən hal deyil. Bu sadəcə zərərin ödənilməsi zamanı nəzərə alına bilərdi ki, hazırda vurulmuş ziyan tam şəkildə ödənildiyindən bununla bağlı nə təqsirləndirilən şəxslər, nə də zərərçəkmiş şəxs tərəfindən mübahisə yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs4 da digər təqsirləndirilən şəxslərlə qabaqcadan razılaşmadığını, cinayətdən onun törədilməsindən sonra xəbər tutduğunu, cinayətin törədilməsində iştirak etmədiyini bildirmişdir. Lakin, məhkəmə ilk öncə onu qeyd edir ki, Təqsirləndirilən şəxs4 telefonların oğurlandığı avtomobilin sahibi Şahidlə yaxın münasibəti olduğu, cinayətin törədildiyi zaman da onunla birlikdə cinayətin törədildiyi ərazidə olduğu nə özünün ifadəsi nə də digər sübutlarla təkzib olunur. Həmçinin, həm onun ibtidai istintaq zamanı verdiyi ifadələrindən həm də məhkəmədə verdiyi ifadəsindən digər təqsirləndirilən şəxslərlə telefon vasitəsilə əlaqə saxlayaraq olduğu yeri onlara bildirdiyi məlum olur. Təqsirləndirilən şəxs onlara 20 manat pul vermək üçün yerini dediyini qeyd etsə də, bu arqument məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, bir halda ki, qabaqcadan razılaşmayıblar "nə üçün digər təqsirləndirilən şəxslər oğurladıqları telefonları onun yaşayış olmayan evinə aparmışlar və o da nə üçün buna heç bir etiraz etməmişdir" sualını doğurur. Həmçinin, Təqsirləndirilən şəxs2 də cinayətin törədilməsi üçün təqsirləndirilən şəxslərlə qabaqcadan razılaşmadığını telefonların içərisində olduğu avtomobilin yük yerini açıq görüb bundan sonra hərəkətdə olduqları avtomobili dayandırıb telefonlar olan qutuları götürdüklərini bildirmişdir. Lakin, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı nəticəsində telefonların içində olduğu qutuların bağlı olmağı, yəni qutular açılmadan onların içində telefon olmağının bilinməsinin mümkün olmadığı müəyyən olunur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslərin içində nə olduğunu bilmədikləri qutuları sadəcə hər hansı bir avtomobilin yük yerini açıq gördüklərindən hərəkətdə olduqları avtomobili dayandırıb götürdükləri inandırıcı hesab olunmur. Odur ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkəmədə verdikləri ifadələrə göstərilən məqamlarla bağlı tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərin həmin ifadələri məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla, yəni digər təqsirləndirilən şəxslərin həm məhkəmədə həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, istintaq hərəkəti protokolları, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. Bundan başqa, məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrində hazırkı cinayəti içkili vəziyyətdə törətdiklərini qeyd etmişlər. Lakin, onların həmin vaxt sərxoş vəziyyətdə olmaları onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas ola bilməz. Belə ki, Cinayət Məcəlləsinin 23-cü maddəsində qeyd edilir ki, səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməyini, himayəsində 2 azyaşlı uşağının olmağını, zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, cinayətin açılmasında və törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilməsində kömək etdiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs4 zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərdən – Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına zərurət yoxdur. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda qeyd edilən alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, məsuliyyətlərini yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran hal kimi əməllərində cinayətin residivi olması və CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, barələrində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olmuşdur, odur ki ümumilikdə 02 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 ay müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında; Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında; Təqsirləndirilən şəxs4 isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onların həbs yerində və ev dustaqlığında saxlanıldıqları müddətlər CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onların barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və onlar məhkəmə iclas zalında dərhal həbsə alınmalıdırlar. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə cinayət işi üzrə vurulmuş maddi ziyanın - 82 ədəd “Samsung” və “Xiomi” markalı mobil telefonların dəyərinin zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi müvafiq olaraq Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilər tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 300 manat pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü il maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 02 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü il maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 03 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü il maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 01 ay 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 01 ay 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 01 ay 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 01 ay 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs4 məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə vurulmuş maddi ziyanın - 82 ədəd “Samsung” və “Xiomi” markalı mobil telefonların dəyərinin zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 300 (üç yüz) manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxslərə isə onlara təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar