Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-275/2023 03.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanında yerləşən “Zəfər” adlı lombardın sahibi Zərərçəkmiş şəxs aldadıb əmlakını ələ keçirmək məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi üzərinə qızıl suyu çəkilmiş, əslində isə gümüş materialdan olan 2 ədəd sırğa cütü-üzük dəstini qızıl adı ilə təqdim edib sonuncunu inandırmaqla girov qismində qoyub kredit müqaviləsi görüntüsü yaradaraq 2000 (iki min) manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Cinayət Мəcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində müxtəlif ünvanlarda müvəqqəti yaşayır və daimi yaşayış yeri yoxdur. Həbs edilənə kimi qumar oyunları ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 16 iyun 2022-ci il tarixdə, saat 17 radələrində dostu Elnurla birlikdə Gəncə şəhərində olarkən pulu qurtardığından “Gəncə Mall” Ticarət Mərkəzinin yaxınlığında olan “Zəfər” adlanan lombarda yaxınlaşıb üzərində olan 2 ədəd üzüyü və 2 cüt sırğanı girov qoyub pul götürmək qərarına gəlmişdir. Həmin vaxt lombardda işçi kimi Əhmədin özü olmuşdur. Lombarda təqdim etdiyi qızıl-zinət əşyalarını bir neçə ay əvvəl Tərtər rayonunda qumar oynadığı şəxs qumar borcunun əvəzində ona vermiş, həmin vaxt da qeyd edilən zinət əşyalarının tərkibində az miqdarda qızıl olduğunu, üzərinə qızıl suyu çəkildiyini, tərkibinin isə gümüş olduğunu bildirmişdir. Lakin özü həmin əşyaları girov kimi Əhmədə təqdim edərkən ona yalandan həmin əşyaların bütövlükdə qızıl materialdan olduğunu bildirmiş və onları girov qoyub kredit götürmək istədiyini söyləmişdir. Həmin vaxt lombardda zərgər olmamış və Əhmədin özü həmin qızıl-zinət əşyalarını yoxlamışdır. O, Əhmədə and içib bildirmişdir ki, onlar qızıldır və narahat olmasın. Əhməd isə təqdim etdiyi əşyaların üzərinə xüsusi maddə çəkdikdə qızıl olmadığından şübhələnməmiş, bundan sonra yiyə ilə daha dərindən yoxlamaq istədikdə yalanının ifşa olunmaması üçün guya həmin qızılların həyat yoldaşına məxsus olmasını ona deyib xahiş etmişdir ki, həmin əşyaları zədələməsin. Əhməd də ona inanıb zinət əşyalarının çəkisini və qiymətini hesabladıqdan sonra onların müqabilində ona 2100 manat kredit verə biləcəyini demişdir. O, Əhmədlə razılaşmış və tərtib edilən sənədlərə imza edib Əhməddən 2000 manatı götürmüş, qızıl-zinət əşyalarını da Əhmədə təhvil vermişdir. Əhməd isə ayrılan kreditdən 100 manatı komissiya haqqı kimi hesablayıb ona 2000 manat pul vermişdir. O, pulu götürüb dostu Elnurla birlikdə oradan çıxmışdır. Bir qədər keçmiş özündə olan bir ədəd qızıl suyuna çəkilmiş və tərkibində az miqdarda qızıl material olan üzüyü və sırğa dəstini götürüb onu da Əhmədi aldatmaqla verib pul götürmək məqsədi ilə Əhmədə zəng etmiş və Əhməd müsbət cavab verdikdən sonra Elnurla birlikdə həmin lombarda getmişdir. Bu dəfə Əhməd zərgər çağırmaq üçün getdiyinə görə o, yalanının üzə çıxmaması üçün lombarddan çıxıb getmişdir. Bundan sonra Əhməd onun girov kimi lombarda qoyduğu qızıl suyu çəkilmiş gümüş əşyaları zərgərə yoxlatmış və həqiqəti bildikdən sonra onun barəsində polisə şikayət etmişdir. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yerləşən "xxxx" adlı lombardın müdiridir. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində həmin lombardda olarkən iki nəfər tanımadığı şəxs içəri daxil olmuş, onlardan biri özünü təqdim edib adının Nəsimi olduğunu bildirib özündə qızıl-zinət əşyalarının olduğunu və onları girov qoyub qarşılığında kredit götürmək istədiyini bildirmişdir. O da etiraz etməmiş və bunda sonra Nəsimi cibindən çıxarıb ona 2 ədəd üzük və 2 cüt sırğa təqdim etmiş və onların qızıl materialdan olduğunu bildirib, eyni zamanda şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə baxdıqda Nəsiminin xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 olduğunu müəyyən etmişdir. Nəsiminin təqdim etdiyi üzük və sırğalara baxış keçirtdikdə məlum olmuşdur ki, üzüyün birinin üzərində 585 əyarlı olması yazılmış və qızıl tərəzisində çəkdikdə çəkisi 5.72 qram, digər üzüyün üzərində 750 əyarlı olması yazılmış və qızıl tərəzisində çəkdikdə çəkisi 9.87 qram, sırğalardan bir cütünün üzərində 585 əyarlı olması yazılmış və çəkisi 13.03 qram və digər sırğanın cütünün üzərində 750 əyarlı olması yazılmış və çəkisi 7.71 qram olmuşdur. Həmin üzük və sırğalara baxanda onda saxta, yəni qeyri-qızıl materialdan olması ilə bağlı şübhə yaranmamışdır. O, yenə də qızılı yoxlamaq üçün xüsusi dərmandan istifadə etmiş və təqdim edilən əşyaların rəngi qaralmamışdır. Bundan sonra yiyədən istifadə edib onları daha dəqiq yoxlamaq istədikdə Nəsimi onların arvadına aid olmasını bildirib zədələməməsini xahiş etmiş və qızıl materialdan olmasına dair dəfələrlə and içmişdir. Bundan sonra o, Nəsimiyə inanıb sənədləşmə işlərini başlatmış və Nəsiminin təqdim etdiyi əşyaların qızıl olmasını hesab edib müvafiq olaraq 2100 manat kredit ayırmış, həmin kreditin 100 manatını komissiya xərci kimi tutduqdan sonra Nəsimiyə 2000 manat nağd pul vermiş və Nəsimi sənədlərə imza etmişdir. Bundan sonra Nəsimi və yanında olan şəxs çıxıb getmişlər. Təxminən yarım saat sonra Nəsimi zəng edərək özündə yenə qızıl-zinət əşyaları olmasını bildirib qarşılığında pul götürmək istədiyini demiş, o da etiraz etmədən təklifini qəbul etmişdir. Bir qədər keçmiş Nəsimi və Elnur yenə onun işlətdiyi lombarda gəlmişlər. Həmin vaxt Nəsimi bir qədər artıq qızıl-zinət əşyaları təqdim etmişdir ki, onların qarşılığında pul götürsün. Bundan sonra Nəsimidən şübhələndiyinə görə lombardın zərgəri Etibara zəng vurmuşdur ki, gəlib zinət əşyalarını yoxlasın. Həmin vaxt Nəsimi və Elnur gətirildikləri qızıl-zinət əşyalarını da götürüb getmişlər. Zərgər Etibar gələndən sonra Nəsiminin təqdim etdiyi qızıl-zinət əşyalarını yoxlamış və məlum olmuşdur ki, onlar əslində gümüş materialdandır, lakin üzərinə az miqdarda qızıl suyu çəkilmişdir. Nəsiminin onu aldadıb qızıl adı ilə gümüş materialdan bujiteriya təqdim edərək onun 2000 manat pulunu ələ keçirdiyini anlamış və polisə şikayət etmişdir. Bundan sonra onu və Nəsimini Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada Nəsiminin yanında həmin saxta zərgərlik əşyalarını təqdim etmiş, videoçəkilişlə onlar götürülmüş, Nəsimi də törətdiyi əməlini etiraf etmişdir. Hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş və təqsirləndirilən şəxsdən hər hansı bir şikayət, tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs isə uzun illərdir tanıyır və aralarında dostluq münasibətləri var. 16 iyun 2022-ci il tarixdə, saat 17 radələrində dostu Nəsimi ilə birlikdə “Gəncə Mall” Ticarət Mərkəzinin yaxınlığında olarkən Nəsimi qumardan udduğu qızıl üzük və sırğası olduğunu, həmin zinət əşyalarını lombarda qoyub pul götürmək istədiyini bildirmiş və o, Nəsimi ilə birlikdə “Zəfər” adlanan lombarda yaxınlaşmışlar. Orada Nəsimi üzərində olan 2 ədəd üzüyü və 2 cüt sırğanı girov qoyub pul götürmək istədiyini bildirmiş, həmin vaxt orada işləyən Əhməd adlı şəxs olmuşdur. Əhməd qızıl-zinət əşyalarını yoxlamağa başlamış, üzərinə xüsusi maddə çəkmiş, bundan sonra yiyə ilə daha dərindən yoxlamaq istədikdə Nəsimi həmin qızılların həyat yoldaşına məxsus olmasını bildirib zədələməməsini xahiş etmişdir. Bundan sonra Əhməd onların çəkisini və qiymətini hesablayıb onların müqabilində 2100 manat kredit verə biləcəyini demiş, Nəsimi də Əhmədlə razılaşmış və tərtib edilən sənədlərə imza edib Əhməddən 2000 manatı götürüb qızıl-zinət əşyalarını da Əhmədə təhvil vermişdir. Əhməd ayrılan kreditdən 100 manatı komissiya haqqı kimi hesablayıb Nəsimiyə 2000 manat pul vermişdir. Nəsimi pulu götürdükdən sonra onlar birlikdə oradan çıxmış, bir qədər keçmiş isə Nəsimi üzərində yenə qızıl üzüyü və sırğa dəsti olmasını bildirib onları da Əhməd adlı həmin şəxsə verib yenə kredit götürmək istədiyini demişdir. O, sadəcə yol yoldaşı kimi Nəsimi ilə yenidən həmin lombarda getmiş, orada Əhməd zərgər çağırmaq üçün getdikdə Nəsimi səbəbini demədən oradan getməyi təklif etmiş, ona görə birlikdə oradan çıxmış, sonradan isə Nəsimdən ayrılmış və çıxıb evlərinə getmişdir. Bir iki gün sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə çağırıldıqda orada Nəsiminin lombarda girov kimi qoyduğu əşyaların qızıl olmadığını bilmişdir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında” 24 avqust 2022-ci il tarixli protokol və video diskə baxışdan görünür ki, diskin içərisində 09 dəqiqə 07 saniyədən ibarət videogörüntü var. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X4, görüntüdə olan digər şəxslər isə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs zərfin içərisində iki cüt sırğa dəsti və iki ədəd üzük təqdim edərək onların Təqsirləndirilən şəxs tərəfindən ona təqdim edildiyini, əslində qızıl olmadığını bildirir. Həmin vaxt Təqsirləndirilən şəxs da qeyd edilən zinət əşyalarına baxaraq onların özü tərəfindən təqdim edildiyini bildirir. Sonda həmin zinət əşyaları təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, əyarı 585 olan 1 cüt sırğa, əyarı 585 olan 1 ədəd üzük, əyarı 750 olan 1 cüt sırğa və əyarı 750 olan 1 ədəd üzük 2100 manat kredit müqabilində "xxxx" MMC-nin daxili qaydalarına uyğun olaraq girov qoyanın (Təqsirləndirilən şəxs) iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq kredit verən tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2022-ci il tarixli, 6/3896-9/5079 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü-üzük dəsti-üzərində “750”əyar damğası həkk olunmuşdur. Metalı üzərində 750 əyarlı qızıl suyu çəkilmiş və bəzi hissələrinə 750 əyarlı qızıl təbəqə lehimlənmiş 950 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 18.72 qramdır, qaşları qiymətli daşlara aid deyil. Təqdim edilən 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü-üzük dəsti-üzərində “585” əyar damğası həkk olunmuşdur. Metalı üzərinə 585 əyarlı qızıl suyu çəkilmiş və bəzi hissələrinə 585 əyarlı qızıl təbəqə lehimlənmiş 925 əyarlı gümüşə uyğundur, ümumi çəkisi 17.52 qramdır, qaşları qiymətli daşlara aid deyil. Məmulatların metalının tərkibində olan qiymətli metalların ayrı-ayrılıqda çəkisini müəyyən etmək mümkün deyil. Ekspertizaya təqdim olunmuş məmulatların tərkibinə daxil olan qiymətli metalların çəkisi müəyyən edilmədiyi üçün qiymətləndirmə aparılmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4604 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4272 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. “Yevlax rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, 4604 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstənanasının psixonevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 10 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, istintaq hərəkətləri protokolları, ekspert rəyi, içərisində Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən videogörüntü olan 1 ədəd CD disk, habelə cinayət işinə əlavə olunmuş digər sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs təqdim etdiyi 2 ədəd sırğa cütü-üzük dəsti iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və cinayət işinin istintaqı başa çatdıqda təqsirləndirilən şəxs, eləcə də onun müdafiəçisi, zərərçəkmiş şəxs tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına bu hissədə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini əsas tutaraq cinayət işinə bu hissədə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan dələduzluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra: Cinayət Prosessual Məcəlləsi) 321.2-ci maddəsinin müddəalarından görünür ki, cinayət işi üzrə məhkəmənin baxış iclasının keçirilməsi nəticəsində qəbul edilə bilən qərarlardan biri də 321.2.1-ci maddədə nəzərdə tutulan cinayət işi üzrə icraata xitam verilməsidir. Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində isə göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqında” 11 iyun 2014-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilmişdir ki,”istənilən məhkəmə aktının qanuni və əsaslı olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; “Piersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmənin gəldiyi son nəticəyə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, dəymiş zərəri tam ödəməsi və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, eyni zamanda cinayət işinin icraatına xitam verilməsinə mane olan halların olmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-275/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-275/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver