Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-275/2024 19.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş,Gəncə şəhəri, G.Zeynalov küçəsi, ev 27-dəqeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayından etibarən Gəncə şəhəri, Bayan küçəsi, İİİ döngədə yerləşən 12 saylı fərdi yaşayış evini kirayə götürüb sentyabr ayınadək olan müddət ərzində, günü istintaqa məlum olmayan tarixdə evin mətbəx otağından 1 ədəd “Tohshiba” markalı 700 manat dəyərində ağ rəngli soyuducunu, 1 ədəd “LG” markalı 850 manat dəyərində 6 kq tutumlu, ağ rəngli paltaryuyan maşını, evin birinci mərtəbəsindən 1 ədəd “LG” markalı, 102 diaqonallı, 500 manat dəyərində qara rəngli plazma televizoru, evin ikinci mərtəbəsinin zal otağından 1 ədəd “LG” markalı 1000 manat dəyərində 100 kv.m ölçülü ağ rəngli kondisioneri, qoz ağacından hazırlanmış, 12 nəfərlik və 1350 manat dəyərində stol və stul dəstini, 1500 manat dəyərində qəhvəyi rəngli divankreslo dəstini, ümumilikdə 4500 manat dəyərində qab-qacaq dolabı dəstini, həmin dəstin içərisindən 1 ədəd ağ rəngli 50 manat dəyərində gülqabını, 1000 manat dəyərində Çexiya istehsalı olan büllur qab-qacaq dəstini, 200 manat dəyərində çay dəstini, 1 ədəd “LG” markalı, 120 diaqonallı, qara rəngli, 1000 manat dəyərində televizoru, 100 manat dəyərində krosnu aparatı dəstini, yataq otağından 1 ədəd “LG” markalı, 30 kv.m ölçülü, 300 manat dəyərində kondisioneri, ümumilikdə 800 manat dəyərində yataq otağı mebeli olan paltar dolabı və bədən güzgüsünü, 1 ədəd 3x4 ölçüdə, 300 manat dəyərində kaşmir xalçanı, ümumilikdə isə zərərçəkmiş şəxsin 14150 manat dəyərində olmaqla xeyli miqdar təşkil edən əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahid ifadələri və digər istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 177.2.4-cü maddəsilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarınadək tanışı Şahid1la birlikdə Xaçmaz rayonunda Şərab zavodundan spirtli içki olan araq alıb Gəncə şəhərində mağazalara satmışdır. Aldıqları spirtli içkiləri saxlamaq üçün anbar kimi istifadə etmək məqsədi ilə 2022-ci ilin mart ayında İlqarla birlikdə Gəncə şəhəri, Bayan küçəsi, İİİ döngədə yerləşən 12 nömrəli həyət evinikirayə götürmüşdürlər. Daha sonra həmin evi onun almaq məqsədi olmuş lakin sonradan iş həyatında ziyana düşdüyü üçün fikri dəyişmişdir.O, daha sonra bildirmişdir ki,evi Natavan adlı şəxs kirayə vermiş vəevin bacısına məxsus olmasını bildirmişdir. Daha sonra o, İlqarla həmin evdə ara-sıra qalsalar da, əsasən evi spirtli içkiləri saxlamaq üçün anbar kimi istifadə etmişdirlər. 2022-ci ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə pula ehtiyacı olduğu üçüno, evin əşyalarını satmaq məqsədi ilə həmin əşyaların foto şəkillərini çəkərək “Tap.az” saytına yerləşdirmiş vəİlqara da yalandan ev sahibinin evi satdığını və ona görə də evin əşyaların da ayrıca satılmasına gərək olduğunu bildirmişdir.Səhəri gün tanımadığı 2 nəfər şəxs evin əşyalarına baxmaq üçün gəlmiş və bu zaman o, həmin şəxslərə bildirmiş ki, ev qohum adamın evidir, əşyaların satışına isə razılığı vardır. Həmin şəxslər əşyalara baxdıqdan sonra o, 2 ədəd kondisioneri, 1 ədəd soyuducunu və 1 ədəd paltaryuyan maşını ümumilikdə 750 manata satmışdır. Təxminən iki gün sonra həmin şəxslər yenidən onun ilə əlaqə saxlayaraq qalan əşyalarıda almaq istədiklərini bildirmişdir. Həmin şəxslər yenidən gələrək evin əşyalarına baxıb ucuz qiymət təklif etmişdirlər. Ona görə o, evin əşyalarının hamısını satmaq istəməmiş, pula görə məcbur qalıb saatı 40 manata, birinci mərtəbədəki və ikinci mərtəbədəki televizorları ümumilikdə 80 manata, ikinci mərtəbədəki qab-qacaq dolabına isə 50 manata satmışdır. Bundan başqa evin birinci mərtəbəsindəki 1 ədəd “LG” markalı, 102 diaqonallı qara rəngli plazma televizoru, evin ikinci mərtəbəsinin zal otağındakı qəhvəyi rəngli divan-kreslo dəstini, krosnu aparatı dəstini və 1 ədəd 3x4 ölçüdə kaşmir xalçanıda onlara satmağı təklif etmişdir. Həmin şəxslər isə həmin əşyaların istifadə edilmiş, köhnə olduqlarını, ucuz qiymətə satıldığını və həmin əşyaların hamısına ümumilikdə 200 manat verə biləcəklərini bildirmişdirlər. O, da həmin şəxslər ilə razılaşmışdır. Bir qədər sonra həmin şəxslərin çağırışı ilə iki nəfər tanımadıqları fəhlə “Qazel” markalı, qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə gəlib həmin əşyaları avtomobilə yüklədilər və pulunu yerindəcə verib çıxıb getdilər. Əldə olunan pulu isə onun əvvəlcədən icarəyə götürdüyü “Qazel” markalı yük avtomobilin icarə haqqına vermişdir. Belə ki, həmin avtomobili İlqar idarə etmiş və onlar İlqar ilə Xaçmaz rayonundan spirtli içki olan araq daşımışdırlar. Bundan 3-4 gün sonra yenə evin əşyalarını satmaq barədə qərara gəlmiş və yenə həmin şəxslərə zəng edib qalan əşyaları da satmaq istədiyini bildirmişdirlər. Həmin gün günorta saatlarında qeyd etdiyi şəxslər 3-cü dəfə yenə gəlib evin əşyalarını, yəni stol-stul dəstini, bədən güzgülü dolabı, qab-qacaq dolabının tək olan hissəsini, ağ rəngli paltar dolabını, qab-qacaqları və gülqabını özləri ilə gətirdikləri “Qazel” markalı avtomobilə onların köməkliyi ilə yükləmişdirlər. O, qeyd etdiyi əşyaları ümumilikdə təxminən 350 manata satmışdır. Evin əşyalarını satandan sonra İlqarla evə ümumiyyətlə getməmiş, öz əşyalarınıda götürüb oranı birdəfəlik tərk etmişdir. O, bildirmişdir ki, əşyaları satan zamantanışı İlqarın xəbəri olmamış, törətdiyi əməllə bağlı ümumiyyətə İlqara məlumat verməmişdir. İfadəsinin sonunda o, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödəməsini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş ürzə Zərərçəkmiş şəxs məhkəmə prosesində iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, iş üzrə ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Bayan küçəsi, 3-cü döngədə yerləşən 12 nömrəli fərdi yaşayış evi ona məxsus və hazırda həmin evdə yaşayış yoxdur. 2022-ci ilin əvvəllərində ailə vəziyyəti ilə bağlı Rusiya Federasiyasına gedib orada yaşamış və oktyabr ayında Azərbaycana qayıtmışdır. O, Rusiyaya gedəndə bacısı Natavana evini kirayə verməsini tapşırmış və mart ayında Natavan ona ayı 300 manata iki nəfər gənc oğlana kirayə verdiyini bildirmişdir. Birinci və ikinci ayların pulunu Natavan ona göndərmiş, üçüncü aydan isə həmin şəxslərin kirayə haqqını vermədiklərini və evi almaq istədiklərini bildirmişdir. O, evi satmaq fikrində olduğu üçün elə düşünmüş ki, təki ev satılsın, kirayə haqqı almasa da olar. Bildiyi qədər ilə həmin şəxslər 2022-ci ilin sentyabr ayınadək kirayədə yaşamışlar. Ancaq, bacısı neçə dəfə evə nəzarət etmək üçün getsə də həmin şəxsləri evdə tapmamış və evə nəzarət edə bilməmişdir. Ona verilən məlumata görə hər dəfə müxtəlif bəhanələr gətirərək onlar evə baxılmasına mane olur və evi alacaqları barədə yalanlar bildirirmişlər. O, bir neçə aydan sonra artıq həmin şəxslərin evi almaq, nə də kirayə haqqı vermək fikrində olmadıqlarını anlayıb gedib evə baxılsın və həmin şəxslərin evdən çıxarılmasını tapşırmışdır. Bacısı Natavan evə gedib baxanda evdə heç kimin olmadığını və evin bütün əşyalarının oğurlandığını aşkar etmişdir. Bacısıgil onlarla bir neçə dəfə telefon əlaqəsi yaradıb əşyaları qaytarmalarını tələb etmiş, onlar isə qaytaracaqlarını bildirərək bir qədər müddət qazanmışdırlar. Bugünki günədək evin əşyaları hələ qaytarılmayıb. O, Azərbaycana qayıtmış və xx.xx.2022-ci il tarixdə ərizə ilə polisə müraciət etmişdir. Evinə baxanda ona məlum olmuş ki, kirayədə yaşamış Orxan və Vüsal adlı şəxslər 2022-ci ilin mart ayından sentyabr ayınadək evin mətbəx otağından 1 ədəd istifadə edilmiş 700 manat dəyərində ağ rəngli “Tohshiba” markalı soyuducunu, 1 ədəd istifadə edilmiş 850 manat dəyərində 6 kq tutumlu ağ rəngli “LG” markalı paltaryuyan maşını, evin birinci mərtəbəsindən istifadə edilmiş 1 ədəd 102 diaqonallı 500 manat dəyərində qara rəngli “LG” markalı plazma televizoru, evin ikinci mərtəbəsinin zal otağından 1 ədəd istifadə edilmiş 1000 manat dəyərində 100 kv.m ölçülü ağ rəngli “LG” markalı kondisioneri, qoz ağacından hazırlanmış 12 nəfərlik istifadə edilmiş vəziyyətdə 350 manat dəyərində stol və stul dəstini, 1500 manat dəyərində istifadə edilmiş vəziyyətdə qəhvəyi rəngli divan-kreslo dəstini, ümumilikdə 4500 manat dəyərində qab-qacaq dolabı dəsti, həmin dəstin içərisindən istifadə edilmiş vəziyyətdə 1 ədəd ağ rəngli 50 manat dəyərində gülqabı, 1000 manat dəyərində Çexiya istehsalı olan büllur qab-qacaq dəsti, 200 manat dəyərində çay dəsti, 1 ədəd istifadə edilmiş qara rəngli 120 diaqonallı 1000 manat dəyərində “LG” markalı televizoru, 100 manat dəyərində krosnu aparatı dəstini, yataq otağından istifadə edilmiş 1 ədəd “LG” markalı 30 kv.m ölçülü 300 manat dəyərində kondisioneri, ümumilikdə 800 manat dəyərində yataq otağı mebeli olan paltar dolabı və bədən güzgüsü, 1 ədəd istifadə edilmiş 3x4 ölçüdə 300 manat dəyərində kaşmir xalça oğurlamışlar. O, hal-hazırda dəqiq rəqəmlər deyir, ilkin ərizə və izahatında təxmini qiymət bildirmişdir. O, həmin şəxsləri tanımır, görməmiş, həmin şəxslərdən başqa evin əşyalarını heç kim oğurlamamış, həmçinin Orxan özüdə etiraf etmişdir. İş ürzə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır və Rusiya Federasiyasında yaşayır. O, bacısına məxsus Gəncə şəhəri, Bayan küçəsi, İİİ döngədə yerləşən fərdi yaşayış eviniOrxan adlı şəxsə 300 manat kirayə haqqı müqabilində kirayə vermişdir. Orxan adlı həmin şəxs şirkətdə çalışdığını, evin birinci mərtəbəsinə şirkətin mallarınıyığacağını, ikinci mərtəbəsində ailə üzvləri ilə birlikdə yaşayaçağını bildirmişdir. O, Orxandan birinci ayın kirayə haqqını alıb bacısı Aliyəyə göndərmişdir. Daha sonra ikinci ayın kirayə haqqını Orxan özü gətirib vermiş,üçüncü aydan isə Orxan, kirayə haqqını verməmişdir. O, sonuncudan kirayə haqqını istədikdə, evin qapısını açmasını və evə nəzarət etmək üçün gələcəyini bildirdikdə Orxan, müxtəlif bəhanələr gətirib bundan yayınmış və evi alacağını bildirmişdir. O və bacısı Aliyə də buna görə onun kirayə haqqı vermədən yaşamasına göz yummuşdur. Lakin, 2022-ci ilin sentyabr ayında o, evə nəzarət etmək üçün gedəndə evdə heç kimi tapmamışdır. O, evə daxil olanda evin bütün əşyalarının oğurlandığını aşkar etmişdir. İfadəsinin sonunda o, Orxanın dəymiş ziyanı ödədiyini bildirmişdir. İş üzrə Şahid1 bildirmişdir ki, yəni 2022-ci ilin yay aylarınadək tanışı Təqsirləndirilən şəxslə birlikdə Xaçmaz rayonunda Şərab zavodundan spirtli içki olan araq alıb Gəncə şəhərində mağazalara satmışdırlar. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bayan küçəsi, İİİ döngədə yerləşən 12 nömrəli həyət evini kirayə götürərək aldıqları spirtli içkiləri saxlamaq üçün anbar kimi istifadə etmişlər. Təqsirləndirilən şəxs həmin evi vasitəçinin köməkliyi ilə Təhminə kimi tanınan Natavan xanımdan aylıq 300 manata kirayə götürmüşdür. Natavanın bildirməyinə görə ev Natavanın bacısının evi olmuş və həmin ev əşyaları ilə birlikdə Təqsirləndirilən şəxs kirayə verilmişdir. O və Təqsirləndirilən şəxs həmin evdə ara-sıra qalsalar da, evdən əsasən spirtli içkiləri saxlamaq üçün istifadə etmişlər. 2022-ci ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, evin sahibi evi satıb, evin əşyalarını isə ayrıca satdığa qoymuşdur. Bunun üçün Təqsirləndirilən şəxs evin əşyalarını satmaq məqsədi ilə həmin əşyaların foto şəkillərini çəkərək “Tap.az” saytına yerləşdirmiş və evdəki əşyaları satmışdır. O, Təqsirləndirilən şəxs həmin əşyaların satılmasında ev sahibinin xəbəri olduğunu və satılan əşyaların pulunu evin sahibinə göndərdiyini bildirmişdir. İfadəsinin sonunda o, bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin satılan əşyaların pulundan ona hər hansısa bir məbləğdə pul verməmiş, ümumiyyətlə Orxanın əşyaları ev sahibindən gizlin şəkildə satmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 25 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin baş müstəntiqi, polis kapitanı X1 tərəfindən HK-1/963 nömrəli toplanmış material üzrə fakta görə Azərbaycan RespublikasıCM-in177.2.4-cü maddəsi ilə230550544 nömrəli cinayət işinin başlanması vəicraata qəbul edilməsi qərara alınmışdır.(i. v.1) - 23 noyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, Bayan küçəsi, İİİ döngədə yerləşən 12 nömrəli həyət evinə baxış keçirilmiş və həmin evin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i. v. 4-13) - 25 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismindəcəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılmışdır.(i. v. 39) - 06 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.(i. v. 42) - 06 yanvar 2023-cü il tarixli şübhəli şəxs qismində tanınması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhəri, G.Zeynalov küçəsi, ev 27-də qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə şübhəli şəxs qismində tanınması və saxlanılaraq BPİ-nin İTİ-nə təhvil verilməsi qərara alınmışdır.(i. v. 45) - 06 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat şübhəli şəxs Təqsirləndirilən şəxs və X2 şəhər BPİ-nin İTİ-nə verilənədəkdayandırılması qərara alınmışdır. (i. v. 46) - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 150.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə 01 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. (i.v.50) - 27 mart 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i. v. 51-52) - 27 mart 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır.(i. v. 56) - 27 mart 2023-cü il tarixli “şübhəli şəxs qismində tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixə saat 18:40 dəqiqədə tutulmuşdur.(i. v. 70) - 27 mart 2023-cü il tarixli “şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, Bayan küçəsi, İİİ döngədə yerləşən 12 saylı fərdi yaşayış evini göstərərək 2022-ci ilin mart ayından sentyabr ayınadək həmin ev yaşadığını bildirmişdir.(i. v. 75-76) - 29 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır.(i. v. 87-88) - 29 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i. v. 93-96) - 29 mart 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbri seçilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan baş müstəntiq Şahəddin Məmmədov tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından imtina edilməsi qərara alınmışdır.(i. v. 101-103) - 29 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki,220550544 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır.(i. v. 104-105) - 10 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır.(i. v. 117) - 27 aprel 2023-cü il tarixli “cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi olan ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi qərara alınmışdır.(i. v. 121) - 05 may 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizlənməsi nəzərə alınaraq cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (i. v. 123) - 23 may 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki,Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i. v. 125) - 24 may 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizlənməsi nəzərə alınaraq cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (i. v. 131) - Azərbaycan Respublikası DİN-nin BDYP-nin Gəncə RQİ və TBŞ-nin xx.xx.2023cü il tarixli, 3-13-16-3/2-3994/2023 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs məxsus qeydiyyatda avtomobil yoxdur.(i. v. 139) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 204623/18 saylı məktuba əsasən Hacıyev X6 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il şərti sınaq müddətini xx.xx.2019-cu il tarixdə çəkib qurtarmışdır.(i. v. 140) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 5410/2023 saylı məktuba əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 27A ünvanında yerləşən xx.xx.2011-ci il tarixli, **********98- 10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin çıxarışa əsasən Təqsirləndirilən şəxs adınadır.(i. v. 141) - Azərbaycan Respublikası MEM-nin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 iyun 2023-cü il tarixli 9/3932 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 06 adda malların 2022-ci ilin mart-sentyabr aylarına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1960,00 manat müəyyən olunur. Digər qərarda qeyd edilən 08 adda mallar (istehsal yeri, markası, modeli, materialı, ölçüsü, digər texniki göstəricilər və s.) barədə ətralı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı (i. v. 143-145) - Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserindən alınmış 06 yanvar 2023-cü il tarixli, №92 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur.(i. v. 147) - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 06 yanvar 2023-cü il tarixli №78 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur.(i. v. 148) - 01 iyul 2023-cü il tarixli, №3-13-57-3/3-8756/23 saylı əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, hadisə yerinin yaxınlığında olan video müşahidə kameralarının olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmin hadisənin hansı səbəbdən, hansı şəraitdə baş verməsi və hadisənin mexanizmini müəyyən etmək mümkün olmamış. Həmçinin oğurluq hdaisələri zamanı Təqsirləndirilən şəxs kömək edən şəxs və ya şəxslərin olub olmaması müəyyən etmək mümkün olmamışdır.(i. v. 149) - zərərçəmiş şəxs Zərərçəkmiş şəxs əvəzinə X12 şəhər BPİ-YƏ ərizə ilə müraciət edərək, 2022-ci ilin mart ayından sentyabr ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən bacısı Zərərçəkmiş şəxs məxsus olan ünvan 2 ünvanından 17000 (on yeddi min) manat dəyərində əmlak oğurlanmışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən bacısı Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmədiyindən bacımın ona qarşı heç bir şikayəti, maddi və mənəvi tələbi yoxdur. Gələcəkdə də heç bir iddia və tələbi olmayacaqdır.(i. v. 150) - 11 mart 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i. v. 151) - 11 mart 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00-da Gəncə ŞBPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. (i.v.154) - 11 mart 2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. (i.v.159) - 11 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmətəəşünaslıq ekspertizasının rəyi, hadisə yerinə baxış, ifadəni yerində yoxlama protokollarıvə digər istintaq hərəkəti protokolları maddisübut kimi qəbul edilmişdir.(i. v. 168-178) - 15 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (i. v. 180) - 25 aprel 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i. v. 183) - 25 aprel 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00-da Gəncə ŞBPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. (i.v.186) - 25 aprel 2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. (i.v.188) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və digər istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın könüllü olaraq tam ödənilməsini, sonuncu ilə barışıq əldə etməsini və himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi hesab edir. İş üzrə Təqsirləndirilən şəxsəməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 28 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi Vəkil Bürosunun hesabına 168 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsşübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunmuş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək,yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(AZ.MEM, VÖEN **********,AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 168 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-275/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-275/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver