Məhkəmə qərarları › İş №1(125)-277/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-277/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-277/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Ermənistan, Spitak rayonu, Saral kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin Gəncə regional şöbəsində yanğın söndürmə vəzifəsinə işə düzəltmək adı ilə ona yalan vədlər verib aldadaraq 2021-ci ilin sentyabr ayının ortalarında Gəncə şəhər Poçt qəsəbəsində yerləşən “Rövşən” marketdə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə göndərilən 400 (dörd yüz) manat pulu, 2021-ci ilin sentyabr ayının sonlarında Gəncə şəhər Poçt qəsəbəsində yerləşən “Rövşən” marketdə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə göndərilən 1200 (min iki yüz) manat pulu, vahid niyyət ilə ümumilikdə 1600 (min altı yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda işləmir, 2021-ci ilin təxminən sentyabr ayında Anar adlı dostu ona demişdir ki, onun Samir adlı qohumu var, onu Dəmir Yolları QSC-də maşinist vəzifəsinə işə düzəldə bilərmi? O da cavab olaraq yalandan bildirmişdir ki, onun həmin idarədə tanışı var və qohumunu işə düzəldə bilər. Lakin ora işə düzəlmək üçün 1600 manat pul vermək lazımdır. Danışıqlarından iki gün sonra Anar ona məxsus 4169-7385-0736-3889 nömrəli Kapital Bank kartına 400 manat məbləğində pul göndərmişdir. Bundan on gün keçdikdən sonra o, Samirə zəng vuraraq bildirmişdir ki, işini danışmışdır və əlavə olaraq 1200 manat pul verməlidir. Samir isə öz növbəsində ona məxsus 4169-7385-0736-3889 nömrəli Kapital Bank kartına 1200 manat pulu göndərmişdir. Lakin o, ailə problemi ilə əlaqədar həmin işin arxasınca getməmiş və aldığı pulları xərcləmişdir. Bundan sonra Samirin atası Qaçay ona zəng vuraraq bildirmişdir ki, artıq onlar həmin işi istəmirlər verdikləri pulu geri qaytarsın. 2022-ci ilin avqust ayında o, Samirdən aldığı 1600 manat puldan 300 manatını ona geri qaytarmışdır. 2022-ci ilin sentyabr ayında dostu Anar ilə Bakı şəhərində görüşəndə Anara 400 manat pul vermişdir ki, Gəncə şəhərində Samirlə görüşərək ona qaytarsın. Anarda işlədiyi Samux FHN-nin qarşısında Samirə 400 manat pulu geri qaytardıqdan sonra Samir ona zəng vuraraq bildirmişdir ki, Anar 400 manat pulu gətirib ona geri qaytarmışdır. xx.xx.2022-ci ildə o yerdə qalan 900 manat puldan 400 manatını Samirə məxsus 5213-6751-8619-6789 nömrəli X2 kartına eManat vasitəsi ilə göndərmişdir. Hazırda o, yerdə qalan 500 manat pulu da Samirə geri qaytarmışdır. O, Samiri işə düzəltmək adı ilə ümumilikdə ondan 1600 manat məbləğində pul almışdır. Hazırda əməlindən peşman olmaqla zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal-hazırda rəsmi qaydada heç bir yerdə işləmir, fəhləlik edərək ailəsini dolandırır. 2021-ci ilin sentyabr ayında Anar adlı qohumu ona bildirmişdir ki, onun Asif adlı dostu var və onu Fövqəladə Hallar Nazirliyində Yanğın söndürmə vəzifəsinə işə düzəldə bilər. O da Anarla razılaşmışdır. Anar ondan işə düzəltmək adı ilə Samux rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin Yanğın söndürmə şöbəsinin qarşısında 400 manat pul almışdır. Lakin 10 gün keçdikdən sonra qohumu Anarın dostu Asif ona zəng vuraraq bildirmişdir ki, sənədləri hazırdır və ondan əlavə olaraq 1200 manat pul istəmişdir. O, da öz növbəsində Təqsirləndirilən şəxs 1200 manat pulu Gəncə şəhəri Poçt qəsəbəsində Milli Ön vasitəsi ilə ona məxsus 4169-7385-0736-3889 nömrəli Kapital Banka məxsus karta göndərmişdir. Lakin Asif işə düzəltməyərək onu aldatmış və sonradan onun zənglərinə cavab verməmişdir. O, aldadıldığını başa düşüb buna görə ilkin olaraq DİN-nin 102 xidmətinə, sonradan isə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qıymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 09 (doqquz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası-Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.3, 321, 344–347, 356, 358 və 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 (əlli dörd) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar