Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-279/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1986-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli Qərarı ilə azadlıqdan məhrum etmə cəzası çəkən və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İsitntaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs ilə aralarında olan tanışlıq münasibətlərindən suiistifadə edib özünü “Xəzər xəbər”-in Qərb Regionu üzrə məsul şəxsi kimi təqdim edib jurnalist olduğunu bildirməklə onun etibarını qazanmış, vəzifədə işləyən yaxşı dostlarının və onlar vasitəsilə işə düzəltmək imkanın olduğunu bildirib Zərərçəkmiş şəxs inandırmaqla ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil nömrəsinin onun adına rəsmiləşdiriləcəyinə vəd verib aldatmış, tamah niyyəti ilə 20 iyul 2023-cü il tarixdə Gəncə şəhəri, Nizami prospekti 25 ünvanında yerləşən Baş X11 İdarəsinin Gəncə RQİ və TBŞ-nin inzibati binasında Zərərçəkmiş şəxs 700 manat məbləğində nəğd pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs ilə aralarında olan tanışlıq münasibətlərindən sui-istifadə edib “Xəzər xəbər”-in Qərb Regionu üzrə məsul şəxsi kimi təqdim edib jurnalist olduğunu bildirməklə onun etibarını qazanmış, vəzifədə işləyən yaxşı dostlarının və onlar vasitəsilə işə düzəltmək imkanın olduğunu bildirib Zərərçəkmiş şəxs inandırmaqla Zərərçəkmiş şəxs “TƏBİB”-ə Nəzarət Palatasına kiçik inspektor kimi işə düzəldəcəyinə vəd verib aldatmış, şəxsiyyəti istintaqa məlum olmayan “Ramiq” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında “Ramiq” adlı şəxsi “TƏBİB”-in departament rəhbərinin köməkçisi kimi təqdim edərək vahid niyyətlə əhatə olunan qəsdlə 25 avqust 2023-cü il tarixdə Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən “Abbas Səhhət” adına xəstəxananın X8 3000 manat məbləğində nəğd pulunu alaraq ələ keçirmiş, daha sonra cinayətkar əməllərini davam etdirib 09 sentyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında əlavə 3000 manat məbləğində nəğd pulunu alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərk ifadələrində göstərmişdir ki, ona şər atırlar, hətta Mərdan polislərədə şər atır. Mərdanın heç bir sübutu yoxdur. Mərdan onun həbsdə olmağından istifadə edərək yalanlar danışır. O, nə heç kimdən pul almamış, nə də pul vermişdir. Üzləşdirmə zamanı o, Mərdana bildirmişdir ki, and içsin ki, ona pul vermiş, lakin Mərdan and içməmişdir. O, təqsirli olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Mərdanla onlar arasında təsadüfi tanışlıq olmuş, onlar bir yerdə çay içmişlər. Mərdan onlara yaxınlaşıb problemini bildirmişdir. O, Mərdanla heç bir sövdələşmə etməmişdir. Onlar Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın həyətində görüşmüşlər, o, mərdana sadəcə məsləhətlər vermişdir. O, Elnuru xəstəxanaya bir nəfər qaziyə sənəd alınması ilə bağlı problem yaşandığı üçün çağırmışdır. Həkim qaziyə lazım olan sənədlərə qol çəkmədiyi üçün düşünmüşdür ki, bəlkə Elnur polis olduğu üçün onlara köməklik edə bilər. Elnur gəlib sənədləri həkimə imzalatmışdır. Elnur sənədləri hazır edib qaziyə verdiyi zaman Mərdan Elnura yaxınlaşaraq ondan Semurun nə vaxt işə çıxacağını soruşmuşdur. Elnur ona bildirmişdir ki, “nə danışırsan? bura bununla bağlı gəlməmişik”. X7 verdiyi kağızda qazinin sənədləri olmuşdur. Onunla Mərdan arasında telefon vasitəsilə olan yazışmalarda pul söhbəti olmamış, sadəcə işlə bağlı suallar verib o da suallara cavablar vermişdir. O, Ramin adlı şəxsi tanımadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ülkəri təsadüfən tanımış, əvvəllər onların tanışlığı olmamışdır. Onlar təsadüfən çay evində görüşmüşlər. Ülkər ona əhatəsinin geniş olduğunu bildirərək, onu TƏBİB-ə işə düzəldə biləcəyini demişdir. O da Ülkərlə razılaşaraq əvvəl Samiri işə düzəltməsini istəmiş, lakin sonradan fikir dəyişdirərək onun özünün işə düzəlməsini istəmişdir. Onlar ilk olaraq Abbas Səhhət xəstəxanasının X8 görüşmüşlər. Onun iş yoldaşı Ramil də onun yanında olmuşdur. Ülkər tək idi sonradan Ramiq adlı şəxs onların yanına gəlmişdir. Orada əsəs adam o idi. O, 30 ədəd 100 manat vermiş, onların razılığı 7000(yeddi min) manat olmuş, o, ora getdiyi zaman özü ilə bütün pulu aparmasına baxmayaraq onlara 3000(üç min) manat vermiş, qalan pulu işə tam düzəldiyi zaman veməyi düşünmüşdür. Ülkər ona narahat olmamasını və 4-cü gün görüşəcəklərini bildirmiş və ordan çıxıb getmişlər. Ülkər ona zəng edərək pulun hamısını verməli olacağını bildirmişdir. Onlar növbəti dəfə Gəncə şəhəri 3 nömrəli Xəstəxanada görüşmüşlər və Seymurda onunla getmişdir. Onlar xəstəxananın içərisinə daxil olmuşlar, içəridə qara rəng dəst paltar geyinən bir nəfər görmüşlər, o, Ülkərdən onu işə düzəldəcək adamın həmin şəxs olduğunun soruşanda Ülkər onun həmin şəxs olduğunun bildirmişdir. O, həmin adama yaxınlaşıb ondan işi həlli etdiyini soruşduqda o, cavab olaraq ona bildirmişdir ki, “narahat olma danışdıq”. O, Ramiq adlı şəxsin harda olduğunu soruşduğu zaman Ülkər onun cavab verməsinə icazə verməmiş və həmin şəxs tələsdiyini və getməli olduğunu bildirmişdir. O, Seymur və Ülkər həmin şəxsi içəridən çıxaraq çöldə gözləmişlər. Həmin şəxs zəng edərək telefonda bildirmişdirki o, tələsdiyi üçün getməli olmuşdur və pulu Ülkərə verməsini istəmiş və o, pulu Ülkərə vermişdir. O, sentyabr ayında Ülkərdən şikayət etmişdir. Sonda o, Ülkər tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ondan heç bir şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların telefondakı yazışmaları pulla bağlı olmuşdur. Ülkər ona qeydiyyat idarəsindən onun maşınının nömrəsini ala biləcəyini bildirmişdir. O, nömrənin alınması üçün Ülkərə 300(üç yüz) manat vermiş və onlar Asan Xidmətə getmişlər, Ülkər ona narahat olmamasını və tezliklə nömrənin onda olacağını bildirmişdir. Bir müddət sona o, Ülkərlə əlaqə saxladığı zaman Ülkər uşağının xəstə olduğunu və bütün pulu ona xərclədiyini bildirmişdir. Ona vurulan 6700 manat zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında dəqiq tarixini xatırlamadığı gündə Təqsirləndirilən şəxs ona telefon vasitəsi ilə zəng edərək Gəncə şəhəri 3 nömrəli xəstəxanada olduğunu bir məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. O, isə Ülkərə bildirmiş ki, əlində başqa işi var yalnız bir saatdan sonra görüşə bilər. O, əlində olan işi bitirdikdən sonra 3 nömrəli xəstəxanaya gedəndə Təqsirləndirilən şəxs yanında tanımadığı iki şəxsin olduğunu görmüşdür. O, Ülkərdən hansı səbəbdən onu ora çağırdığı soruşduqda Ülkər ona əlindəki bükülü vəziyyətdə olan kağızı uzadaraq “bax gör xaricdə təhsil alan tələbənin hərbi komissarlığa bu arayışı təqdim etmək olarmı” sözünü bildirmişdir. O, tələsdiyi üçün həmin bükülü vəziyyətdə olan kağızı götürüb getmək istəyəndə bu zaman Mərdan ondan “nə zaman işə çıxacağını” soruşduqda o Mərdana nə dediyini başa düşmədiyini bildirmişdir. Bu zaman Mərdan ondan Ramiqi tanımağı barədə soruşduqda o Mərdana “Ramiq kimdir, isə çıxmaq nədir sən nə danışırsan” ifadəsini birldirmişdir. Bu zaman Mərdan Ülkərin üzünə baxaraq Ramiqi tanımır deyəndə o tələsdiyi üçün bükülü vəziyyətdə olan kağızı götürüb oradan uzaqlaşmışdır. Təxminən 15 dəqiqə sonra Ülkər yenidən ona zəng edərək görüşmək istədiyini bildirdikdə o, Ülkərə Göygöl rayonuna getdiyini və görüşə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, xəstəxanada Mərdanın yanında dostu var idi. Ülkərin ona təkrar zəng etməsinin səbəbi sənədləri səhv verməsi olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ülkər adlı qadını dostu Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Belə ki, Ülkər dostu Mərdanı və onu işə düzəldəcəyinə dair söz vermişdir. O, bildirmiş ki, Ülkər Mərdandan işə düzəlməsi üçün 6000 manat pul istəmişdir. Ülkər ondan da işə düzəlməyi üçün pul istəmişdir. O, pulun çox istənildiyi, həmçinin işə düzəlmək məsələsinə inanmadığı üçün işə düzəlməkdən imtina etmişdir. Lakin Mərdan işə düzəlmək üçün 6000 manat pul hazırlamışdır. Mərdan işə düzəlmək uçun 3000 manat pulu Gəncə şəhəri Abbas Səhhət xəstəxanasında vermişdir. Yerdə qalan 3000 manat pulu onun ilə birlikdə Gəncə şəhər 3 nömrəli xəstəxananın həyətində vermək istəmişdir. Lakin onlar Gəncə şəhər 3 saylı xəstəxanasının həyətində olan zaman Ülkərin bizə Emil kimi təqdim etdiyi lakin sonradan onlara adı məlum olan Elnur adlı polis əməkdaşı həmin yerə gəlmişdir. Ülkər ona əlində olan sənədləri təqdim eləmişdir. Bu zaman Mərdan işi ilə bağlı bir-iki sual verəndə o, Mərdanın suallarına cavab verməkdən imtina etmiş və oradan uzaqlaşmışdır. X9 danışıb razılaşdıqdan sonra Ülkər Emil adlı şəxsə telefon zəngi edərək pulu vermək istəmişdir. Lakin o, Göygöl rayonuna getdiyini, yolda olduğunu bildirmiş və həmin yerə qayıtmamışdır. Buna görədə o, dostu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Mərdana məxsus Opel Vita markalı **-CZ-*** d.q.n.lı avtomobil ilə Ülkərin kirayədə yaşadığı binanın yaxınlığında olan Gəncə şəhəri Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısına getmişdir. Onlar “Şəfa” aptekin qarşısında olan zaman Mərdana məxsus avtomobildə dosdu Mərdan yerdə qalan 3000 manat pulu Ülkərə vermişdir. Ülkər pulu götürdükdən sonra Mərdana gözləməyini və işin düzələcəyini demişdir. X10 məxsus avtomobildən enərək yaşadığı evinə getmişdir. Mərdan pulu verdikdən sonra hər dəfəsində Ülkərdən işi ilə bağlı maraqlandıqda Ülkər Mərdana müxtəlif bəhanələr gətirib Mərdanı işə düzəltməmiş və bu günə qədər 6700 manat pulunu geri qaytarmamışdır. O, Mərdanla uşaqlıqdan bir yerdə böyümüşdür. Ülkər Mərdanı işə düzəltmək adı ilə ümumilikdə ondan 6700 manat məbləğində pul almışdır. Lakin yanında Mərdan Ülkərə 3000 manat pul vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - Gəncə şəhər Ruhi Əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli höküm ilə 01 il 05 ay 24 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 04 il azadlıqdan məhrum etmə cəzası və himayəsində olan xx.xx.2021-ci ildə doğulmuş uşağının 14 yaşına çatanadək hökmün icraası təxirə salınmışdır. xx.xx.2022-ci il tarixli Bakı Apelasiya məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü il ə təyin edilmiş 04 il azadlıqdan məhrum etmə cəzasından 19 gün həbsdə saxlandığı müddət çıxılmaqla üzrə qəti olaraq 03 il 11 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cəzası saxlanlımışn və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsindən alınmış 16 mart 2024-cü il tarixli 3-13-16-3/2-2252/2024 nömrəli məktubdan görünür ki, kompüter uçot bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 3698/2024 saylı məktuba əsasən, Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan “+99***-***-**-**” saylı mobil nömrəsinə iş üzrə sübut əhəmiyyəti kəsb edəcək heç bir daxil olan və gedən sms mətnləri müəyyən edilməmişdir. - Cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi diskə baxış keçirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan və məhkəmə istintaqında diskı baxış keçirilməsindən görünür ki, səs yazısı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındadır və Mərdanın işə düzəlməsi üçün Ülkərə 6000 (altı min) manat pul verməsi öz əksini tapmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(002)-6/2021 nömrəli hökmü dəyişdirilmiş. Hökmdən Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin müddəaları xaric edilmiş. X2 hazırkı- Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(002)-6/2021 nömrəli hökmü ilə təyin edilmiş 03(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli 1(006)-15/2020 nömrəli hökmü ilə təyin edilmiş 1 il 5 ay 24 gün zadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudulaşdırılmasının iki günü bərabər tutulmaqla 08 ay 27 gün müddət təşkil edən azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu birləşdirərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş. CM-in 69.3-cü maddəsinə əsasən X1 tutulduğu 2 (iki) gün və həbsdə olduğu 20 (iyirmi) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və qəti olaraq üzərində 03 (üç) il 11 (on bir) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. - Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, Ülkər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onun Ülkərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərər çəkmiş şəxslərin mallarını və pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Onun ona qarşı irəli sürülmüş ittihamda qeyd edilmiş əməlləri törətməməsi barədə vermiş olduğu ifadəyə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə özünümüdafiə xarakteri daşımaqla, iş üzrə əldə edilmiş sübutlarla tam təkzib olunur. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxsin zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-in Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin qərarla təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə az ciddi cəzanın daha ciddi cəza ilə əhatə edilməsi yolu qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə həbdə saxlanıldığı 20 gün müddət və şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və digər cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. İş üzrə sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 180(yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı hökmlə təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası az ciddi cəzanın daha ciddi cəza ilə əhatə edilməsi yolu ilə toplanılsın və ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 20 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və onun digər cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-279/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-279/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver