Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-28/2023 25.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və X5 hüquqi varisi X9 etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçilər X6 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X14 xətt baxıcısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 01 avqust 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda, bu qaydaları pozmuş, onun yol verdiyi ehtiyatsızlıq zərərçəkmiş şəxs X5 ölməsinə, digər Zərərçəkmiş şəxs2 isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 iyun 2019-cu il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X15 xətt baxcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda“Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQN 01-2001) 1.2-ci bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndinin tələblərini və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmişdir. Belə ki, ünvan 3 ünvanında qaz sızmasının olması barədə aldığı məlumat əsasında 29 sentyabr 2021-ci il tarixdə həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1,7 metr kənardan, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, "Azəriqaz" X10 X28 idarəsinin balansında və istismarında olan, diametri 63 millimetr olan yeraltı polietilen qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməməsi, qeyd olunan qaz xəttində mövcud olmuş qazsızmasını aşkar etməməsi, həmçinin həmin qaz xəttindən hər iki tərəfə 15 metr məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və sair) quyularında, binaların zirzəmilərində qazın olubolmamasını yoxlamaması və qəza halının aradanqaldırılması üçün düzgün məlumat verməməsi səbəbindən ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış yaşayış evindən 1,7 metr kənardan yeraltı keçən diametri 63 millimetr olan polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə dolması ilə əlaqədar partlayış konsentrasiyalı qaz-hava qarışığı əmələ gəlmişdir. 19 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində həmin evdə yaşamış X11 mətbəx otağında quraşdırılmış dörd gözlü qaz plitəsini alışqan vasitəsi ilə yandırarkən yaranmış qığılcımın təsirindən partlayış baş vermiş, nəticədə X11 başın dairəvi, sifətin, boyunun, yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthlərinin, ümumi bədən səthinin 98-100%-ni təşkil edən, İİİB-İVA dərəcəli termiki yanığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına xarakterik xəsarətlər aldığından 22 noyabr 2021-ci il tarixdə, saat 23:42-də müalicə olunduğu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, X16 yanıqşöbəsindəağıryanıq şokundan ölmüşdür. Həmin evdə yaşayan Zərərçəkmiş şəxs2 isə sifətin, başın tüklü hissəsinin, boyunun, hər iki əllərin, hər iki aşağı ətrafların termikiyanıqları, ümumilikdə bədən səthinin 40 %-ni təşkil edən İİ-İİİ-İV dərəcəli, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışdır.Fərdi yaşayış eviiçərisindəki əşyalarla birlikdə partlayışın təsirinə məruz qaldığı üçün evin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 əmtəə üzrə 57310 manat, tikinti üzrə 112775 manat, ümumilikdə 170085 manat məbləğində maddi ziyan dəymişdir. Bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 ölümünə, Zərərçəkmiş şəxs2 sağlamlığına ağır xəsarətlər vurulmasına və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, Cinayət Məcəllənin 225.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə “Azəriqaz” İB-nin əməkdaşı tərəfindən ona zəng edib 29 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda onda olan xüsusi cihazla qaz sızmanın yerinin müəyyən edilməsi üçün operativ qaydada köməklik göstərilməsini xahiş etdiyindən,o, tezdən həmin ünvana gəlib orada olan qonşu və “Azəriqaz” İB-nin əməkdaşlarından nə səbəbə yoxlamanın aparılmasını soruşduqda ona demişlər ki, həmin küçədə elektrik xəttinin çəkilişi zamanı qazıntı işləri aparılarkən traktor su borusunu zədələdikdən sonra qeyd olunan ünvana qaz verilişi dayanmış və küçədə qaz iyi olmuşdur. Həmin yerdə olarkən o, qaz iyini hiss etməmişdir, lakin küçə boyu təzə xəndəyin qazıldığını və həmin xəndəyin üstünün örtülməsini, lakin xəndəyin sonunda 20-30 sm dərinlikdə xəndəkdən torpağın çıxarılmasını, həmin yerin ətrafında və xəndəkdə olan torpağın yaş olduğunu görmüşdür. O, öz təşəbbüsü ilə operativ qaydada köməklik etmək məqsədi ilə həmin yerə getdiyindən, onda marşrut sxemi və xəritə olmamış, bu işin görülməsi üçün naryad tapşırığı verilməmişdir. Düşünmüşdür ki, ona təhkim olunmuş Sensid PMD cihazın köməyi ilə “Azəriqaz” İB-nin əməkdaşlarına qaz sızmanın yerini dəqiqliklə müəyyən etmək üçün köməklik etsin. Bu məqsədlə o küçənin əvvəlində cihazın düyməsini işə salıb cihazın işlək vəziyyətdə olduğuna əmin olduqdan sonra küçənin əvvəlindən başlayaraq ev 19 ünvanına kimi mərkəzləşdirilmiş kommunikasiyaları və hasar kənarı küçə boyu yeraltı qaz xəttinin təxmini olduğu yer üzrə yoxlama aparmışdır, cihaz qaz sızmanı aşkar etməmişdir. Bu haqda o, “Azəriqaz” İB-nin əməkdaşlarına bildirmiş və cihazın monitorunda olan göstəricini onlara göstərmişdir. Bundan sonra o, xidməti vəzifələrinin icrası üçün həmin yeri tərk edib getmişdir. Bir neçə saatdan sonra bir daha ona “Azəriqaz” İB-nin əməkdaşı tərəfindən zəng vurulmuş və bildirilmişdir ki, qaz borusunu kəsib yenidən qaynaq etmişlər və xahiş etmişlər ki, həmin qaynaq yerindən qaz sızmanın olub-olmamasını yoxlamaq üçün qısa müddətdə gəlib məhz həmin yeri cihazla yoxlasın. Həmin yerə yaxın məsafədə olduğundan Təqsirləndirilən şəxs ora getmiş və təkrarən cihazı işə salıb ustalar göstərdiyi yeri yoxlamışdır. Cihaz qaz sızmanı göstərməmiş, bu haqda onlara bildirmiş və çıxıb getmişdir. Ona elan olunmuş ittihamda göstərilib ki, o, qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməmişdir. Göstərdiyi üsuldan başqa cihazla yoxlamanın qaydası yoxdur. Ona görə yoxlamanın keyfiyyətlə və lazımı səviyyədə keçirilməsi üçün daha nə etməli olduğu ittihamdan görünmür. Baxmayaraq ki, həmin yerə texniki baxışı rəhbərliyin məlumatı olmadan keçirmişdir, lakin o, cihazdan düzgün istifadə etmişdir və o cihazın göstəricisinə görə qaz sızmanın olmadığını ustalara bildirmişdir. Məhkəmə iclasları zamanı həmin cihazın göstəriciləri tədqiq edilmiş, cihazın yaddaşında saxlanılan məlumatlar da bir daha həmin vaxt qaz sızmanın olmadığını təsdiqləmişlər. Ona ittiham verilib ki, lokal yoxladığı yerdən təxminən iki metr kənarı yoxlamadığı üçün qaz sızmanı aşkar etməmişdir. Bu ittiham əsassızdır, çünki cihazın imkanları asfalt örtüklü yerdə iki metr dərinlikdə və 10 metr radiusda qaz sızmanı aşkar edə bilir. Əgər həmin vaxt iki metr məsafədə qaz sızma olsa idi cihaz bunu mütləq qeyd edəcəkdir. Həmin vaxt ona ustalar və qonşular tərəfindən qaz xəttinin zədələnməsi haqda məlumat verilməmişdir. Daha sonra, ona ittiham verilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X15 xətt baxcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQN 01-2001) 1.2-ci bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndinin və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmişdir. Bu ittihamla bağlı onu göstərir ki, o, vəzifələrinin icrası ilə bağlı partlayış baş verən ünvana getməmişdir. Operativ şəkildə “Azəriqaz” İB-nin əməkdaşlarına köməklik etmək üçün getmişdir, onlara o, lazım olmamışdır, onlara cihaz lazım olmuşdur, həmin cihaz ona təhkim olduğundan onun ora getməkdə məqsədi cihazı işə salıb onlara əgər qaz sızma varsa cihazla yerini onlara tez bir zamanda göstərib işlərini görməkdə yardım etmək olmuşdur. "xxxx"ın “Azəriqaza” göstərdiyi xidmət ödənişlidir və bu səbəbdən xətt baxıcısı qrafik üzrə təxniki baxışa getdikdə naryad tapşırığı almalı, marşrut sxemi və xəritə ilə təchiz olunduqdan sonra xətt baxıcısı vəzifəsinin icrası ilə əlaqədar Qaydalar və Təlimatın tələblərinə əməl etməlidir. Həmin vaxt o xidməti vəzifəsi ilə bağlı texniki baxış keçirməmişdir. Həmçinin, qeyd edir ki, məhkəmə zamanı keçirilən məhkəmə-komisyon ekspertizasının nəticəsi ilə də tərəfindən ittihamda göstərilən Qaydaların və Təlimatın hansı tələblərini pozduğu da göstərilməmiş və ilkin ekspertizaların rəylərinin nəticələri təkzib olunmuşdur. Yalnız tərəfindən "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndinin pozulma ehtimalı şərti olaraq göstərilmişdir. Rəydə qeyd edilmişdir ki, əgər məhkəmədə müəyyən edilərsə ki, o, "xxxx" QSC-nin rəhbərliyi tərəfindən həmin ünvana göndərilmişdir, onda vəzifələrini icra etmiş olduğu üçün Qaydaların 9.30-cu bəndində göstərilən tələblərə əməl etməli idi. Faktiki olaraq o birinci dəfə həmin əraziyə gəldikdə "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30-cu bəndində göstərilən tələblərə əməl etmişdir, ona görə də istintaq orqanı birinci gəlişi ilə bağlı ona ittiham verməmişdir. Yalnız ikinci dəfə keçirdiyi baxışda tələblərə əməl etmədiyini ittiham edir. İkinci dəfə gəlişinin məqsədi fərdi qaydada ustaların gördüyü qaynaq işinin keyfiyyətlə görmələrini cihazla yoxlamağı olmuşdur. Əslində buna heç bir ehtiyac olmamışdır. Ustalar öz gördükləri qaynaq işinin keyfiyyətini sabun köpüklə də yoxlaya bilərdilər. O, şəxsi biliyi əsasında texniki baxış keçirməmişdir, o yalnız cihazın verdiyi məlumatı orada olan ustalara demişdim. Cihazın 2 metr dərinlikdə və 10 metr radiusda qaz sızmanı aşkar etmək imkanı nəzərə alınsa 2 metr məsafədə qaz sızma olmuş olsa idi, həmin yerə yaxınlaşmadan, cihazı həmin yerə yönəltmədən də qaz sızmanı göstərəcəkdir. Ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmir və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 göstərmişdir ki, o, ailə üzvlər ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi döngə 2-də yerləşən, atası Zərərçəkmiş şəxs1 məxsus 2A nömrəli fərdi yaşayış evində yaşamışdır. Yaşadıqları ev iki mərtəbəli olmaqla elektrik enerjisi və təbii qazla təmin olunmuşdur. Xarici Dillər Universitetinin tələbəsi olduğu üçün Bakı şəhərində yaşayır. Atası Mahir 2021-ci ilin iyun ayında işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Odur ki, qeyd olunan ünvanda anası X11 və qardaşı Əli yaşamışlar. 19 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində Bakı şəhərində olduğu zaman, qohumları zəng edərək evdə partlayış baş verdiyini, həmin vaxt evdə olan anası və qardaşı yanıq xəsarətləri aldıqları üçün Bakı şəhəri 5 saylı Kliniki xəstəxasının yanıq şöbəsinə yola salındıqlarını bildirmişlər. Qardaşı və anasını qarşılamaq üçün dərhal xəstəxanaya getmişdir. Anası və qardaşı xəstəxanaya gətirildikdən sonra yanıq şöbəsinin reanimasiya şöbəsində yerləşdirilmişlər. Xəstəxanda hadisə barədə soruşduqda anası bildirmişdir ki, 18 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində qardaşı Əli evə gəlmiş, özünə məxsus otağa keçmiş, təxminən bir saatdan sonra evin birinci mərtəbəsinə keçərək girişdə olan mətbəx kimi istifadə olunan sahədə masa arxasında əyləşərək yemək verməsini istəmişdir. Yeməyi qızdırmaq üçün mətbəxdə olan qaz pilitəsini yandırmaq istəyəndə alovla müşayiət olunan partlayış baş vermiş və alov anasını bürümüşdür. 22 noyabr 2021ci il tarixdə Sahibə Verdiyeva müalicə aldığı xəstəxanada ölmüşdür. Bundan sonra Gəncə şəhərinə qayıtmış, həqiqətən də, Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi döngə 2-də yerləşən, atasına məxsus 2A nömrəli fərdi yaşayış evində partlayış baş verdiyini, evin içərisində olan əşyalarla birlikdə istifadəyə yararsız hala düşdüyünü görmüşdür. Partlayışdan sonra hadisə yerinə keçirilmiş baxışda iştirak edən qohumlarona məlumat vermişlər ki, baxış zamanı evin yaxınlığından yeraltı çəkilmiş polietilen qaz xəttinin üzərində qazıntı işlərinə başlanılmazdan öncə "xxxx" QSC-nin əməkdaşı istifadəsində olan qazanalizator cihazı ilə ölçü işləri aparmış və evdə nazaralıda qaz sızmasının olduğu aşkar edilmiş, qaz sızmasının aşkar edilməsi məqsədi ilə qeyd edilən sahədə qazıntı işləri aparılmış və yer səviyəsindən 30 sm dərinlikdə, küçənin işıqlandırılması məqsədi ilə çəkilmiş diametri 50 mm-lik polietilen borunun keçdiyi müəyyən edilmişdir. Qazıntı işlərinin davamında həmin borudan 7 sm aşağıda yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğu aşkar edilmiş, üzəri torpaq qatından təmizləndikdə borunun sonluğunda dördkünc formalı qapayıcının bir tininin sındığı, sınma yerindən az aşağıda boru üzərində dəlik və zədələrin olduğu, dəlik əmələgəlmiş yerdən isə təbii qazın sızdığı aşkar edilmişdir. Baş vermiş hadisəyə səbəb atasına məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə evə dolması olmuşdur. Hadisədən sonra ona məlum olmuşdur ki, 27 sentyabr 2021-ci il tarixdə evlərinin qarşısı ilə yeraltı çəkilmiş qaz xəttinin üzərində mişarlı traktorla qazıntı işləri aparılmış, bundan sonra evə təbii qazın verilməsi dayanmış, evin həyətindən və küçədən qaz iyi gəldiyi üçün qardaşı Əli qaz sızması barədə "Azəriqaz" İB-nin qəza xidmətinə məlumat vermişdir. Lakin, həmin gün gəlmiş "Azəriqaz" İB-nin əməkdaşları qaz sızmasının, eləcə də evə təbii qazın verilişinin dayanmasının səbəbini müəyyən edə bilməyərək, Əliyə ertəsi gün gəlib təkrar yoxlama aparacaqlarını bildirərək getmişlər. 28 sentyabr 2021-ci il tarixdə, saat 08 radələrində Əli küçəyə çıxanda işıqlandırma işlərini aparan təşkilatın işçilərinin evin tinində bir gün əvvəl qırdıqları su xəttini bərpa etdiklərini, işlərə rəhbərlik edən Qəşəm adlı şəxsə küçədə qazıntı işləri apardıqdan sonra evlərinə təbii qazın gəlmədiyini, küçədə qaz iyi hiss etdiyini bildirmişdir. Qəşəm fəhlələri çağıraraq onlara evin qaz sayğacının qarşısına düşən yerdən evin darvazasına qədər çəkdikləri borunun üzərini açdırmış, vizual olaraq həmin yerə baxılmış, lakin qaz sızmasının yerini tapa bilməmişlər. Odur ki, Əli yenidən "Azəriqaz" İB-nin 104 qəza xidmətinə zəng edərək məlumat vermiş, az sonra gələn "Azəriqaz" İB-nin işçiləri evin qaz sayğacına çəkilmiş xəttin möhürünü qıraraq xətti sayğacdan ayırmışlar və xəttə təbii qazın gəlmədiyi müəyyən edildikdə işıqlandırma işlərini görən təşkilatın işçiləri "Azəriqaz" İB-nin işçiləri ilə birlikdə küçə kəsişməsindən qonşusunun evinin darvazasına qədər çəkdikləri xəttin üstünü tam açaraq basdırdıqları polietilen borunu kanaldan çıxarmışlar, daha sonra küçə ilə çəkilmiş diametri 63 mm-lik yeraltı qaz xəttindən evə budaqlanma verilərək çəkilmiş diametri 32 mm-lik qaz xəttinin birləşmə yerinin torpağın altında qalan hissəsinin üzərini açmışlar, lakin qaz xəttinin üzərini açdıqları hissəsində, birləşmə yerlərində hər hansı qaz sızması, həmçinin xəttin üzərində sınma, çatlama, birləşmə yerindən ayrılma halı aşkar edilməmişdir. Bundan sonra qazılmış sahə boyu köpüklü su tökərək qaz sızmasının yerini müəyyən etməyə çalışmışlar, yenə də hər hansı qaz sızmasının yerini müəyyən edə bilməmişlər. Həmin gün, saat 16 radələrinə qədər işləmələrinə baxmayaraq qaz sızmasının yerini tapa bilməmişlər və işləri yarımçıq saxlamışlar. Növbəti gün qaz sızmasının yerini təyin etmək üçün "xxxx" QSC-nin nümayəndələrini çağıracaqlarını bildirərək çıxıb getmişlər. 29 sentyabr 2021-ci il tarixdə, saat 09radələrində "xxxx" QSC-nin iki nəfər işçisi üzərində "xxxx" QSC-nin loqo tipi olan ağ rəngli avtomobillə gəlmişlər. Onlardan birinin boynunda cihaz asılmış və əlində həmin cihaza qoşulmuş metal boru olmuşdur. Həmin işçi cihazla evin tinindən qonşusu Şahid1 evinin darvazasına qədər işıqlandıma işləri ilə əlaqədar qazılmış kanalı yoxlamış və hər hansı bir qaz sızmasını aşkar etməmişdir. Həmin vaxt "xxxx" QSC-nin işçisi istifadəsində olan cihazla yerin üstünü yoxlayan zaman hər hansı bir şurflama etməmiş və əlində də şurflama etmək üçün hər hansı bir alət olmamışdır. "xxxx" QSC-nin işçiləri baxışı başa çatdıraraq getdikdən bir müddət sonra "Azəriqaz" İB-nin işçiləri gələrək evin qaz sayğacına çəkilmiş diametri 32 mm-lik polietilen qaz xəttinin və həmin xəttin diametri 63 mm-lik yeraltı polietilen qaz xəttinə birləşmə yerinin üzərini tamaçaraq həmin sahəni köpüklü məhlulla yoxlamışlar. Lakin, hər hansı bir qaz sızması aşkar etmədikləri üçün evin qaz sayğacına yeraltı çəkilmiş diametri 32 mm-lik polietilen qaz xəttini kəsmişlər. Xətti kəsdikdə xətdən su çıxmış, su çıxdıqdan sonra xəttə təbii qaz gəlməyə başlamışdır. Daha sonra onlar kəsdikləri yeri bərpa edərək evə təbii qazın verilişini təmin edib çıxıb getmişlər. "Azəriqaz" İB-nin işçiləri getdikdən sonra Əli həmin gün, saat 12 radələrində küçəyə çıxdıqda "xxxx" QSC-nin işçisinin yenidən gələrək qaz xəttinin üzəri açılmış hissəsini, şurflama aparmadan yoxladığını və hər hansı bir qaz sızması aşkar etməyərək çıxıb getdiyini görmüşdür. Yaşayış yerinin yaxınlığında təmir işlərinin aparılmasını ilk dəfə anası ilə telefon danışığı zamanı öyrənmişdir. Noyabr ayında Gəncədə olmuşdur, lakin yaşayış evində qaz iyi hiss etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki,1997-ci ildə X11 ilə ailə qurmuş, birgə nikahdan Əli və Nicat adlı oğlanları olmuşdur. Ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi döngə 2-də yerləşən, özünə məxsus 2A nömrəli fərdi yaşayış evində yaşamışdır.Özünə məxsus iki mərtəbə fərdi yaşayış evində yaşamış vəelektrik enerjisi ilə təbii qazla təmin olunmuşdur. 2021-ci ilin iyun ayında işləmək üçün Rusiya Federasiyasına Moskva şəhərinə getmiş, oğlu Nicat isə Xaricı Dillər Universitetinin tələbəsi olduğu üçün Bakı şəhərində yaşamışdır. Odur ki, qeyd olunan ünvanda arvadı Sahibə və oğlu Əli yaşamışlar. 27 sentyabr 2021-cı il tarixdə axşam işdən sonra oğlu Əliyə zəng edərək hal-əhvalını soruşmuşdur.Telefon danışığı zamanı Əli evlərinin qarşısı ilə yeraltı çəkimiş qaz xəttinin üzərində mişarlı traktorla qazıntı işlərinin aparıldığını, bundan sonra evə təbi qazın verilişinin dayandığını, evin həyətindən və küçədən qaz iyi gəldiyini bildirmişdir. Əliyə qaz sızması barədə “Azəriqaz” İB-nın qəza xidmətinə məlumat verməsini tapşırmış, təxminən 2 saat sonra zəng edən Əli qaz sızması barədə məlumat verdiyini, “Azəriqaz” İB-nın əməkdaşlarının gəldiklərini, lakin hər hansı qaz sızmasının, eləcə də evə təbii qazın verilişinin dayanmasının səbəbini müəyyən edə bilmədiklərini, odur ki, ertəsi gün gələcəklərini bildirmişdir. 30 sentyabr 2021-ci il tarıxdə zəng etdikdə Əli 28 sentyabr 2021-ci il tarixdə, saat 08 radələrində küçəyə çıxanda işıqlandırma işlərini aparan təşkilatın işçilərinin evin tinində bir gün əvvəl qırdıqları su xəttini bərpa etdiklərini, işlərə rəhbərlik edən Qəşəm adlı şəxsə küçədə qazıntı işləri apardıqdan sonra evə təbii qazın gəlmədiyini, küçədə qaz iyi hiss etdiyini bildirmişdir. Qəşəm fəhlələri çağıraraq onlara evin qaz sayğacının qarşısına düşən yerdən evin darvazasına qədər çəkdikləri borunun üzərini açdırmış, vizual olaraq həmin yerə baxılmış, lakin qaz sızmasının yeri tapa bilməmişlər. Odur ki, Əli yenidən “Azəriqaz” İB-nin 104 qəza xidmətinə zəng edərək məlumat vermiş, az sonra gələn “Azəriqaz” İB-nin işçiləri evin qaz sayğacına çəkilmiş xəttin möhürünü qıraraq xətti sayğacdan ayırmışlar və xəttə təbii qazın gəlmədiyi müəyyən edildikdə işıqlandırma işlərini görən təşkilatın işçiləri “Azəriqaz” İB-nin işçiləri ilə birlikdə küçə kəsişməsindən qonşunun evinin darvazasına qədər çəkdikləri xəttin üstünü tam açaraq basdırdıqları polietilen borunu kanaldan çıxarmışlar, daha sonra küçə ilə çəkilmiş diametri 63 mm-lik yeraltı qaz xəttindən evə budaqlanma verilərək çəkilmiş diametri 32 mm-lik qaz xəttinin birləşmə yerinin torpağın altında qalan hissəsinin üzərini açmışlar, lakin qaz xəttinin üzərini açdıqları hissəsində, birləşmə yerlərində hər hansı qaz sızması, həmçinin xəttin üzərində sınma, çatlama, birləşmə yerindən ayrılma halı aşkar edilməmişdir. Bundan sonra qazılmış sahə boyu köpüklü su tökərək qaz sızmasının yerini müəyyən etməyə çalışmışlar, yenə də hər hansı qaz sızmasının yerini müəyyən edə bilməmişlər. Həmin gün, saat 16 radələrinə qədər işləmələrinə baxmayaraq qaz sızmasının yerini tapa bilməmişlər və işləri yarımçıq saxlamışlar. Növbəti gün qaz sızmasının yerini təyin etmək üçün "xxxx" QSC-nin nümayəndələrini çağıracaqlarını bildirərək çıxıb getmişlər. 29 sentyabr 2021-ci il tarixdə saat 09 radələrində "xxxx" QSC-nin iki nəfər işçisi üzərində "xxxx" QSC-nin loqotipi olan ağ rəngli avtomobillə gəlmişlər. Onlardan birinin boynunda cihaz asılmış və əlində həmin cihaza qoşulmuş metal boru olmuşdur. Həmin işçi cihazla evin tinindən qonşu Şahid1 evinin darvazasına qədər işıqlandıma işləri ilə əlaqədar qazılmış kanalı yoxlamış və hər hansı bir qaz sızmasını aşkar etməmişdir. Həmin vaxt "xxxx" QSC-nin işçisi istifadəsində olan cihazla yerin üstünü yoxlayan zaman hər hansı bir şurflama etməmiş və əlində də şurflama etmək üçün hər hansı bir alət olmamışdır. "xxxx" QSC-nin işçisi baxışı başa çatdıraraq getdikdən bir müddət sonra “Azəriqaz” İB-nin işçiləri gələrək evin qaz sayğacına çəkilmiş diametri 32 mm-lik polietilen qaz xəttinin və həmin xəttin diametri 63 mm-lik yeraltı polietilen qaz xəttinə birləşmə yerinin üzərini tam açaraq həmin sahəni köpüklü məhlulla yoxlamışlar. Lakin hər hansı bir qaz sızması aşkar etmədikləri üçün evin qaz sayğacına yeraltı çəkilmiş diametri 32 mm-lik polietilen qaz xəttini kəsmişlər. Xətti kəsdikdə xətdən su çıxmış, su çıxdıqdan sonra xəttə təbii qaz gəlməyə başlamışdır. Daha sonra onlar kəsdikləri yeri bərpa edərək evə təbii qazın verilişini təmin edib çıxıb getmişlər. “Azəriqaz” İB-nin işçiləri getdikdən sonra Əli həmin gün, saat 12 radələrində küçəyə çıxdıqda "Təmiz Qaz” QSC-nin işçisinin yenidən gələrək qaz xəttinin üzəri açılmış hissəsini, şurflama aparmadan yoxladığını və hər hansı bir qaz sızması aşkar etməyərək çıxıb getdiyini görmüşdür. 19 noyabr 2021-ci il tarixdə, saat 03 radələrində, Moskva şəhərində olduğu zaman, oğlu Nicat zəng edərək evdə partlayış baş verdiyini, həmin vaxt evdə olan anasının və qardaşının yanıq xəsarətləri aldıqları üçün Bakı şəhəri 5 saylı Kliniki xəstəxasının yanıq şöbəsinə aparıldıqlarını bildirmişdir. 21 noyabr 2021-ci il tarixdə Bakı şəhərinə qayıtmış və Bakı şəhəri 5 saylı Kliniki xəstəxasının yanıq şöbəsinə getmişdir, arvadı Sahibə ilə oğlu Əlinin reanimasiya şöbəsində olduğunu görmüşdür. Hadisə barədə soruşduqda Sahibə bildirmişdir ki, 18 noyabr 2021-ci il tarixdə saat 23 radələrində oğlu Əli evə gəlmiş, özünə məxsus otağa keçmiş, təxminən bir saatdan sonra evin birinci mərtəbəsinə keçərək girişdə olan mətbəx kimi istifadə olunan sahədə masa arxasında əyləşərək yemək verməsini istəmişdir. Yeməyi qızdırmaq üçün mətbəxdə olan qaz pilitəsini yandırmaq istəyəndə alovla müşayiət olunan partlayış baş vermiş və alov onu bürümüşdür. 22 noyabr 2021-ci il tarixdə arvadı Sahibə Verdiyeva müalicə aldığı xəstəxanada ölmüşdür. Bundan sonra, o, Gəncə şəhərinə qayıtmış, həqiqətən də, Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi döngə 2-də yerləşən, özünə məxsus 2A nömrəli fərdi yaşayış evində partlayış baş verdiyini, evi içərisində olan əşyalarla birlikdə istifadəyə yararsız hala düşdüyünü görmüşdür. Partlayışdan sonra hadisə yerinə keçirilmiş baxışda iştirak edən qohumlarıona məlumat vermişlər ki, baxış zamanı ona məxsus evin yaxınlığından yeraltı çəkilmiş polietilen qaz xəttinin üzərində qazıntı işlərinə başlanılmazdan öncə "xxxx" QSC-nin əməkdaşı istifadəsində olan qazanalizator cihazı ilə ölçü işləri aparmış və evdən az aralıda qaz sızmasının olduğu aşkar edilmiş, qaz sızmasının aşkar edilməsi məqsədi ilə qeyd edilən sahədə qazıntı işləri aparılmış və yer səviyəsindən 30 sm dərinlikdə, küçənin işıqlandırılması məqsədi ilə çəkilmiş diametri 50 mm-lik polietilen borunun keçdiyi müəyyən edilmişdir. Qazıntı işlərinin davamında həmin borudan 7 sm aşağıda yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğu aşkar edilmiş, üzəri torpaq qatından təmizləndikdə borunun sonluğunda dördkünc formalı qapayıcının bir tininin sındığı, sınma yerindən az aşağıda boru üzərində dəlik və zədələrin olduğu, dəlik əmələ gəlmiş yerdən isə təbii qazın sızdığı aşkar edilmişdir. Baş vermiş hadisəyə səbəb ona məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə evə dolması olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayətçi deyildir. Onu təqsirsiz hesab edir. Barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ailə üzvləri ilə birlikildə Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi döngə 2-də yerləşən, atası Zərərçəkmiş şəxs1 məxsus 2A nömrəli fərdi yaşayış evində yaşamışdır. Yaşadığı ev iki mərtəbəli olmaqla elektrik eneriisi və təbii qazla təmin olunmuşdur. Atası Mahir 2021-ci ilin iyun ayında işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, qardaşı Nicat isə Xarici Dillər Universitetinin tələbəsi olduğu üçün Bakı şəhərində yaşamışdır. Odur ki, qeyd olunan ünvanda anası Sahibə ilə yaşamışlar. 2021-ci sentyabr ayının 27-də, saat 07 radələrində anası ilə birlikdə evdən çıxaraq bazara getmişlər. Saat 12 radələrində evə qayıtdıqda yaşadığı evin sol tərəfində olan küçə kəsişməsinə qədər olan məsafənin traktorla kəsilərək qazıldığını, traktorun həmin hissədə qonşuların evlərinə yeraltı çəkilmiş su xətlərinin zədələdiyini, zədələnmiş su xətlərindən axan suyun küçə ilə qazılmış kanala dolaraq yaşadığı evin darvazasına qədər axdığını, qazıntı işləri aparan işçilərin evin darvazasına qədər qazdıqları kanala dolmuş suyu vedrə ilə boşaltdıqlarını görmüş, yaşadığı evə daxil olduqda anası təbii qazın kəsildiyini bildirmişdir. Evlərinin qaz sayğacı smart sayğac olduğu üçün küçəyə çıxıb sayğaca baxdıqda sayğacın göstəricisində təbi qaz olduğunu, eləcə də sayğacın koda düşmədiyini görmüş və küçəyə təbi qazın verlişi dayandığını düşünmüşdür. Daha sonra dostları ilə görüşə getmiş, saat 19:20 radələrində evə qayıtdıqda, yenə də evlərinə təbii qazın gəlmədiyini görmüş qaz sayğacına baxmaq üçün küçəyə çıxanda həyətdə qaz iyi hiss etmişdir. Qonşu Şahid4 küçəyə çağıraraq ondan yaşadığı evdə təbii qazın kəsilib-kəsilmədiyini soruşmuş, Kamran evlərinə təbii qazın verilişində fasilələrin olmadığını bildirmişdir.Həmin vaxt yaşadığı evin qarşısında söhbət edən qonşu Nahid və Seymur küçədən qaz iyi hiss etdiklərini bildirmişlər. Diqqət etdikdə həqiqətən də evin qarşısında və həyətində qaz iyi hiss olunmuşdur. Həmin vaxt “Azəriqaz” İB-nın 104 qəza xidmətinə zəng edərək küçədə qaz iyi hiss etməsi və yaşadığı evə təbii qazın gəlməməsi barədə məlumat vermişdir. Bir müddət sonra gələn “Azəriqaz” İB-nin əməkdaşları evlərinə təbili qazın gəlməmə səbəbini müəyyən edə bilməmişlər və gec olduğu üçün növbəti gün təkrar baxacaqlarını bildirərək getmişlər. 28 sentyabr 2021-ci il tarixdə, saat 08 radələrində küçəyə çıxanda işıqlandırma işlərini aparan təşkilatın işçilərinin evin tinində bir gün əvvəl qırdıqları su xəttini bərpa etdiklərini, işlərə rəhbərlik edən Qəşəm adlı şəxsə küçədə qazıntı işləri apardıqdan sonra evlərinə təbii qazın gəlmədiyini, küçədə qaz iyi hiss etdiyini bildirmişdir. Qəşəm fəhlələri çağıraraq onlara evin qaz sayğacının qarşısına düşən yerdən evin darvazasına qədər çəkdikləri borunun üzərini açdırmış, vizual olaraq həmin yerə baxılmış, lakin qaz sızmasının yerini tapa bilməmişlər. Odur ki, yenidən “Azəriqaz” İB-nin 104 qəza xidmətinə zəng edərək məlumat vermiş, az sonra gələn “Azəriqaz” İB-nin işçiləri evin qaz sayğacına çəkilmiş xəttin möhürünü qıraraq xətti sayğacdan ayırmışlar və xəttə təbii qazın gəlmədiyi müəyyən edildikdə işıqlandırma işlərini görən təşkilatın işçiləri “Azəriqaz” İB-nin işçiləri ilə birlikdə küçə kəsişməsindən qonşusunun evinin darvazasına qədər çəkdikləri xəttin üstünü tam açaraq basdırdıqları polietilen borunu kanaldan çıxarmışlar, daha sonra küçə ilə çəkilmiş diametri 63 mm-lik yeraltı qaz xəttindən evə budaqlanma verilərək çəkilmiş diametri 32 mm-lik qaz xəttinin birləşmə yerinin torpağın altında qalan hissəsinin üzərini açmışlar. Lakin qaz xəttinin üzərini açdıqları hissəsində, birləşmə yerlərində hər hansı qaz sızması, həmçinin xəttin üzərində sınma, çatlama, birləşmə yerindən ayrılma halı aşkar edilməmişdir. Bundan sonra qazılmış sahə boyu köpüklü su tökərək qaz sızmasının yerini müəyyən etməyə çalışmışlar, yenə də hər hansı qaz sızmasının yerini müəyyən edə bilməmişlər. Həmin gün, saat 16 radələrinə qədər işləmələrinə baxmayaraq qaz sızmasının yerini tapa bilməmişlər və işləri yarımçıq saxlamışlar. Növbəti gün qaz sızmasının yerini təyin etmək üçün "xxxx" QSC-nin nümayəndələrini çağıracaqlarını bildirərək çıxıb getmişlər. 29 sentyabr 2021-ci il tarixdə, saat 09 radələrində "xxxx" QSCnin iki nəfər işçisi üzərində "xxxx" emblemi olan ağ rəngli avtomobillə gəlmişlər. Onlardan birinin boynunda cihaz asılmış və əlində həmin cihaza qoşulmuş metal boru olmuşdur. Həmin işçi cihazla evin tinindən qonşu Şahid1 evinin darvazasına qədər işıqlandırma işləri ilə əlaqədar qazılmış kanalı yoxlamış və hər hansı bir qaz sızmasını aşkar etməmişdir. Həmin vaxt "xxxx" QSC-nin işçisi istifadəsində olan cihazla yerin üstünü yoxlayan zaman hər hansı bir şurflama etməmişdir və əlində də şurflama etmək üçün hər hansı bir alət olmamışdır. "xxxx" QSC-nin işçisi baxışı başa çatdıraraq getdikdən bir müddət sonra “Azəriqaz” İB-nin işçiləri gələrək evin qaz sayğacına çəkilmiş diametri 32 mm-lik polietilen qaz xəttinin və həmin xəttin diametri 63 mm-lik yeraltı polietilen qaz xəttinə birləşmə yerinin üzərini tam açaraq həmin sahəni köpüklü məhlulla yoxlamışlar. Lakin hər hansı bir qaz sızması aşkar etmədikləri üçün evin qaz sayğacına yeraltı çəkilmiş diametri 32 mm-lik polietilen qaz xəttini kəsmişlər. Xətti kəsdikdə xətdən su çıxmış, su çıxdıqdan sonra xəttə təbii qaz gəlməyə başlamışdır Daha sonra onlar kəsdikləri yeri bərpa edərək evə təbii qazın verilişini təmin edib çıxıb getmişlər. “Azəriqaz” İB-nin işçiləri getdikdən sonra, saat 12 radələrində küçəyə çıxdıqda "Təmiz Qaz” QSC-nin işçisinin yenidən gələrək qaz xəttinin üzəri açılmış hissəsini, şurflama aparmadan yoxladığını və hər hansı bir qaz sızması aşkar etməyərək çıxıb getdiklərini görmüşdür. Həmin vaxt "xxxx" QSC-nin işçisi hər hansı bir şurflama etməyərək yalnız istifadəsində olan cihazla təmir edilmiş yerin üstünü yoxlamışdır. Yaşadığı küçədə işıqlandırma ilə əlaqədar işlər 30 sentyabr 2021-ci il tarixdə başa çatmış, həmin vaxtdan Gəncə şəhəri, Nəvai küçəsində, eləcə də ailə üzvləri ilə birlikdə yaşadığı 2A nömrəli evinin qarşısında hər hansı qazıntı işləri aparılmamışdır. İşıqlandırma işləri ilə əlaqədar yaşadığı küçədə qazıntı işlərinə başlanmazdan əvvəl nə özü, nə də ki, ailə üzvləri yaşadığı evdə, evin həyətində və ya küçədə qaz iyi hiss etməmişlər. 18 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində evə gəlmiş, özünə məxsus otağa keçərək təxminən bir saata yaxın telefonda oyun oynadıqdan sonra evin birinci mərtəbəsinə keçərək girişdə olan mətbəx kimi istifadə olunan sahədə masa arxasında əyləşərək anasından ona yemək verməsini xahiş etmişdir. Anası yeməyi qızdırmaq üçün mətbəxdə olan qaz plitəsini yandırmaq istəyəndə alovla müşayiət olunan partlayış baş vermiş, anasının qışqırıq səsini eşitmiş və həmin an alov onu bürümüşdür. Partlayışın təsirindən əlləri, ayaqları və üzü yanmışdır. Dərhal küçəyə çıxmış, köməyə gələn qonşuları evə daxil olaraq anasını evdən çıxarmışlar. Qısa müddətə hadisə yerinə gələn təcili tibbi yardım avtomobilində anası ilə birlikdə Gəncə şəhəri, A.Səhhət adına xəstəxanaya, ilkin tibbi yardım göstərildikdən sonra isə Bakı şəhər 5 saylı kilinik xəstəxananın yanıq şöbəsinə aparılmışdır. 22 noyabr 2021-ci il tarixdə anası müalicə olunduğu xəstəxanada ölmüşdür. Partlayışdan sonra hadisə yerinə keçirilmiş baxışda iştirak edən qohumlarona məlumat vermişlər ki, baxış zamanı yaşadıqları evin yaxınlığından yeraltı çəkilmiş polietilen qaz xəttinin üzərində qazıntı işlərinə başlanılmazdan öncə "Təmiz Qaz” QSC-nin əməkdaşı istifadəsində olan qazanalizator cihazı ilə ölçü işləri aparmış və evdən az aralıda qaz sızmasının olduğu aşkar edilmiş, qaz sızmasının aşkar edilməsi məqsədi ilə qeyd edilən sahədə qazıntı işləri aparılmış və yer səviyyəsindən 30 sm dərinlikdə, küçənin işıqlandırılması ilə əlaqədar çəkilmiş diametri 50 mm-lik polietilen borunun keçdiyi müəyyən edilmişdir. Qazıntı işlərinin davamında həmin borudan 7 sm aşağıda yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğu aşkar edilmiş, üzəri torpaq qatından təmizləndikdə borunun sonluğunda dördkünc formalı qapayıcının bir tininin sındığı, sınma yerindən az aşağıda boru üzərində dəlik və zədələrin olduğu, dəlik əmələ gəlmiş yerdən isə təbii qazın sızdığı aşkar edilmişdir. Baş vermiş hadisəyə səbəb Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi 2-ci döngə yerləşən, atam Zərərçəkmiş şəxs1 məxsus 2A nömrəli fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə evə dolması olmuşdur. Hadisə baş verdikdən sonra ona heç bir zərər ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Oktay oğlu bildirdi ki,ailəsi ilə birlikdə ünvan 6 ünvanda yaşayır. 19 noyabr 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə olduğu zaman küçədə bir an içində bir-birinin ardınca üç dəfə güclü partlayış baş verdi. Nə baş verdiyini anlamaq məqsədilə dərhal küçəyə çıxmış, küçəyə çıxanda partlayışın qonşu Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli fərdi yaşayış evində baş verdiyini görmüşdür. Küçəyə çıxmaqla eyni vaxt Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 əlləri, ayaqları və üzü yanmış halda küçəyə çıxmışdır. Əli anası Sahibə Verdiyevanın evdə olduğunu,onun xəsarət aldığını bildirmişdir. Sahibə Verdiyevanı evdən çıxarmaq üçün evin birinci mərtəbəsinə daxil olanda girişdən sol tərəfdə əşyaların üzərinin yandığını görmüşdür. Dərhal əlinə keçən parça ilə yanan əşyaların üzərini söndürmüşdür. Əşyaları söndürən zaman sol tərəfində inilti səsi eşitmiş və həmin tərəfə baxanda Sahibə Verdiyevanı döşəmə üzərində oturulu halda görmüşdür. Onun bədəni demək olarki tamamilə yanmışdı. Köməyə gələn qonşu Nahid və digərləri ilə birlikdə Sahibə Verdiyevanı evdən çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, ünvan 7 ünvanda yaşayır.19 noyabr 2021-ci tarixdə saat 01 radələrində yaşadığı evdə olduğu zaman küçədə bir an içində bir -birinin ardınca üç güclü partlayış baş vermişdir. Partlayış o qədər güclü olmuş ki, onun zərb dalğası bütün evlərdə hiss edilmişdi.Nə baş verdiyini aydınlaşdırmaq məqsədilə dərhal evdən küçəyə çıxmış, partlayışın evindən iki ev aralıda olan qonşu Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli yaşayış evində baş verdiyini müəyyən etmiş və dərhal Mahirin evinə tərəf qaçmışdır. Həmin vaxt Mahirin evində tüstü və alov çıxırdı və dərhal Zərərçəkmiş şəxs1 evinin həyətinə daxil olmuşdur. Həyətə daxil olanda Mahirin evininbirinci mərtəbəsinin girişində olan iki laylı taxta qapının bir layının və birinci mərtəlbənin plastik aynabəndinin partlayışın zərb dalğasından yerindən çıxaraq həyətə düşdüyünü görmüş həmin vaxt evin ikinci mərtəbəsində olan açıq eyvanda masa və taxta döşəmə yanırdı.Dərhal ikinci mərtəbəyə qalxmış və yanan əşyaları və döşəməni əlinə keçən parça ilə örtərək söndürmüşdür.Az sonra təcili tibbi yardım maşını gəlmiş vəSahibə Verdiyevanı və Zərərçəkmiş şəxs2 təcili tibbi yardım maşınına mindirərək xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki,ailəsi ilə birlikdə ünvan 8 ünvanda yaşayır. 19 noyabr 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə olduğu zaman küçədə bir an içində bir-birinin ardınca üç güclü partlayış baş verdi. Partlayış oqədər güclü idi ki, onun zərb dalğasını yaşadığı evdə də hiss etmişdir. Nə baş verdiyini anlamaq məqsədilə dərhal atası ilə birlikdə küçəyə çıxmışlar və partlayışın qonşu Zərərçəkmiş şəxs1 məxsus evdə baş verdiyini görmüş dərhal həmin evə tərəf qaçmışdır.Evin qarşısına çatanda Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 əlləri, ayaqları və üzü yanmış halda küçədə dayandığını görmüşdür. Həmin vaxt qonşular evdən Sahibə Verdiyevanı çıxardılar.Az sonra təcili tibbi yardım maşını gəlmiş və Sahibə Verdiyevanı və Zərərçəkmiş şəxs2 təcili tibbi yardım avtomobilinə mindirərək xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, o, Minenerqo şirkətinin texniki istismar üzrə müavinidir. Minenerqo şirkətolaraq işıqlandırma işlərini həyata keçirir. Eyni zamanda, Gəncə şəhəri Nəvai küçəsində də işıqlandıram işlərini həyata keçirirmişdir. Qazıntı işləri aparılan günü ona məlumat verdilər ki, Nəvai küçəsində qaz gəlmir. O də əraziyə gəlmişdir. Bundan sonra Azəriqaza 104 xidməti vasitəsi ilə bu barədə zəng etmişdir. Vətəndaşın özünə də zəng elətdirmişdir ki, Azəriqazın əməkdaşları gəlsinlər. Hətta onun Azəriqazla tanışlığıolduğu üçün, müavinə zəng eləmişdir ki, tez bir zamanda işçilər əraziyə gəlsinlər. Həmin gün işıq dirəkləri üçün çəkiləcək elektrik xəttinin gilizini Minenerqo işçiləri basdırdıqları üçün o, yenidən həmin gilizi çıxarmaqları barədə işçilərə təlimat vermişdir. O əvvəl qaz təsərrüfatında işlədiyi üçün qazın fəsadları barədə məlumatı var. Sonra “Azəriqaz”ın işçiləri gəlib yoxlama aparmış və demişlər ki, burada heç bir şey yoxdur, işinizə davam edə bilərsiniz. Şahid X12 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun “Vəzifə təlimatı”na qazıntı işlərini aparılması, həmçinin energetika ilə bağlı işlərinaparılması, elektrik xətlərinin çəkilməsidir. O hadisə olan yerə, ümumiyyətlə Gəncə şəhərində qazıntı işlərinə və işıq dirəklərinin çəkilməsinə nəzarət etmək məqsədilə rəhbər kimi gəlmişdir. Həmin yerdə işi icra edən briqada olub. Həmin birqada şirkətlə əmək müqaviləsi əsasında orada fəaliyyət göstərib. Həmin əraziyə rəhbərliyi, həmçinin briqadaya nəzarəti o həyata keçirmişdir. Həmçinin iş icraçısı vəzifəsini də o həyata keçirmişdir. Minenerqo həmin işləri layihə əsasında həyata keçirirdi. O rəsmi razılaşdırılmanı görə bilməmişdir. Sadəcə ona təsdiqlənmiş layihə, cizgi verirdilər.Onun əsasında briqada işləri həyata keçirirdi. Layihə Gəncə Şəhərİcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Layihəni Bakı Abadlıq Şirkəti aparır. Minenerqo isə Bakı Abadlıq Şirkəti ilə müqavilə bağlayır və işi onlardan götürür. Bakı Abadlıq Şirkəti ilə Gəncə Şəhər İcra Hakimiyyəti layihənin razılaşdırılmasını həyata keçirmişdir. Həmin layihə onun tərəfindən istintaqa təqdim edilmişdir. Minenerqo işlərin görülməsi ilə bağlı həmin layihəni Azəriqazla razılaşdırmışdır. Bütün təşkilatlarla həmin işlərin görülməsi ilə bağlı razılaşdırılma aparılmışdı. İş icraçısı kimi onlar həmin ərazidə xətlərin keçməsini bilirdilər. Amma qaz xəttinin keçməsini bilmirdilər. Orada qaz xəttinin olub-olmaması ilə bağlı onlara heç kim məlumat verməmişdir. Həmçinin su xətlərinin keçməsi ilə bağlı onlara xəritə təqdim olunmamışdır. Qazıntılar zamanı evin birinə qaz getmədi. Bunun nəticəsində onlar Azərqaza məlumat verildi. Həmçinin "xxxx"dan gəlib həmin yeri yoxlayıb, şurf vurmuşdur və sızma halını qeydə alinmamışdır. Həmin yerdə işlərin görülməsi zamanı qaz xəttinin zədələnməsi ilə bağlı hadisə baş verməmişdi. Hətta onlar orada qazıntı işləri aparan zaman xəndəyi qazdıqdan sonra orada qaz xəttini görməmişlər. Qaz işçiləri qaz xəttini kəsən zaman Minenerqonun işçiləri onlara kömək etmişlər. Minenerqonun qazdığı xəndəklə Azərqazın qazdığı yer üst-üstə idi. Qaz borusunun olduğu yer betonlanmamışdır. Həmin xəndəyi qazarkən onla r“adboynımalatok”dan istifadə etmişlər. Onlar həmin xəndəyi 90 sm-1 metr dərinlikdə qazmışlar. Xəndəyi həmin dərinlikdə qazarkən qaz borusunu müəyyənləşdirmişlər. Xətti müəyyən edəndə həmin xətt yer səthindən 90 sm dərinlikdə idi. Qaz xəttini orada gördükdən sonra Minenerqo işçiləri bu haqda Azəriqaza məlumat vermişlər. Qazın nümayəndəsi onlara qaz xəttinin 90 sm dərinlikdə olduğu barədə məlumat vermişdir. Həmin nümayəndə elektrik xəttinin paralel şəkildə qaz xəttinin üzərindən aparılmasına icazə verilmədiyini demişdir. Minenerqo həmin yerdən elektrik naqilinin çəkilməsini dayandırmışdır. İşıqlandırma işləri axıra qədər aparılmaşdır. Layihənin icrası dayandırılmışdır. Onlar tərəfdən xəndəyi qazan adamın adı yadında deyil. Xidmət rəisinə məlumat verdikdən sonra xidmət rəisi sadəcə həmin əraziyə baxış keçirmişdir. Azəriqazın işçiləri həmin ərazidə baxış keçirmiş və qaz borusunda suyun olmasını müəyyən etmiş və həmin suyu qaz borusunu kəsərək boşaltmışdılar. Bundan sonra evə qazın verilməsi bərpa olunmuşdur. Azəriqazın nümayəndələri ilə baxış keçirərkən onlar həmin qaz xəttinin 80-90 sm dərinlikdə olduğunu müəyyən etmişlər. Amma partlayış olan günü qazıntı işləri üçün oraya gəlmiş,o zaman müəyyən olunmuşdur ki, partlayış baş verən hissənin dərinliyi ilə digər hissələrin dərinliyi arasında ciddi fərq olmuşdur. O qaz iyinin gəlməsi barədə məlumat vermişdir. Bundan sonrada 2 ay müddətində qaz sızması olur və partlayış baş verir. Traktor işləyib qurtarandan sonra işçilər ona zəng edib demişlər ki, abonentin evinə qaz gəlmir və qaz iyi hiss olunur. O bununla bağlı bütün məlumatları və ehtimalları Azərqazın diqqətinə çatdırmışdır. Qaz xəttinə su kənardan da dola bilər. Qazda mayeləşmə də ola bilər. Bunu o deyə bilməz. Qırılan su borularını onların işçiləri bərpa eləmişdir. Onu da onların traktoru zədələmişdir. Azəriqaz işçiləri demişlər ki, abonentin evinə gedən qaz bərpa elədik, heç bir sızma yoxdur və sən öz xəttini yerinə qoya bilərsən. Onlar Gəncənin başqa küçələrində işi davam etdirmiş,lakin həmin küçədə işi davam etdirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid17 ifadəsində göstərmişdir ki, 2000-ci ildən hal-hazıra kimi “Azəriqaz” İB-də əmək fəaliyyətinə başlamış və hazırda Gəncə RQİİ-nin Gəncə Xidmət Sahəsi üzrə Təmir-Bərpa Xidmətinin qaz təsərrüfatında qəza-bərpa işləri üzrə 6-cı dərəcəli çilingəri vəzifəsində işləyir. İşi növbəli sistem əsasında təşkil edilmiş, bir gün səhər saat 08:00-dan axşam saat 20:00-dək gündüz, növbəti gün, saat 20:00-dan saat 08:00-dək gecə növbəsində işdə olduqdan sonra, növbəti iki gün istirahət edir. xx.xx.2021-ci il tarixdə, saat 19:40-da gecə növbəsinə daxil olanda, əvvəlki növbənin telefonçusu Natıq Zeynalov ona saat 19 radələrində ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evində təbil qazın kəsilməsi barədə məlumat daxil olduğunu, lakin həmin gün növbədə çağırış çox olduğu üçün qeyd edilənünvana gedə bilmədiklərini bildirmiş, növbəsi bitmək üzrə olduğu üçün ondan həmin ünvana gedib baxış keçirməsini xahiş etmişdir. Növbəni təhvil aldıqdan təxminən 5 dəqiqə sonra 104 qəza dispeçer xidmətinin “UAZ” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ünvana getmiş, çatıqda ev sakini Zərərçəkmiş şəxs2 evdən küçəyə çıxaraq həmin gün səhər yaşadığı küçədə evinin qarşısından keçməklə mişarlı traktorla yer kəsilərək qazıntı işləri aparıldığını, qazıntı işləri aparıldıqdan sonra evinə təbii qazın axını dayandığını və bir neçə dəfə küçədə evinin qarşısında və darvazadan evin həyətə girişdə qaz iyi hiss etdiyi üçün 104 xidmətinə məlumat verdiyini bildirmişdir. Həmin vaxt özü də evin qarşısının küçə kəsişməsinə qədər olan hissəsinin yeni qazılaraq torpaqlandığını, tinində isə qazılaraq torpaqlanmış yerdən yer səthinə təxminən 1 m uzunluğunda iki ədəd çarpaz polietilen borunun çıxdığını müşahidə etmişdir. İlkin olaraq sayğaca baxış keçirmiş, sayğacın monitorunda klapanın açıq olduğunu və sayğacın kilidə düşmədiyini müəyyən etmişdir. Zərərçəkmiş şəxs2lə birlikdə qazılaraq torpaqlanmış yerin üzəri ilə evin darvazasının yanından evin tininə qədər, qaz iyinin gəldiyi sahəni tapmaq üçün, bir neçə dəfə gedib qayıtmış, lakin qaz iyi hiss etməmişdir. Həmin vaxt evə təbii qazın axının dayanma səbəbini müəyyən edə bilməmiş, sayğacın klapanında kipləşmə baş verdiyi üçün evə təbii qazın verilişinin dayandığını düşünmüş, sayğacda olan qüsurların aradan qaldırılması Gəncə Xidmət Sahəsinin metrologiya şöbəsinin səlahiyyətlərinə aid olduğu üçün Zərərçəkmiş şəxs2 bu barədə idarəyə məlumat verəcəyini, sabah gün ərzində sayğacın yoxlanılacağını bildirərək idarəyə geri qayıtmışdır. İdarəyə çatan kimi telefonçu Elvin Hüseynova həmin ünvanda sayğacı yoxlamaları üçün aidiyyəti şöbəyə məlumat verməsini tapşırmışdır. Sonradan məlum olmuşdur ki, "xxxx" QSC Regional Mərkəzinin xətt baxıcısı Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinə baxış keçirmiş, lakin hər hansı qaz sızması halını aşkar etməmişdir. 19 noyabr 2021-ci il tarixdə gecə növbəsində işdə olduğu zaman saat 01 radələrində dispetçer mərkəzinə ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olmuş, dərhal həmin ünvana getmiş, çatdıqda iki mərtəbəli fərdi yaşayış evinin bir divarının aşdığını görmüş, partlayış nəticəsində ev sakinləri X11 və Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri aldıqları üçün xəstəxanaya aparıldıqlarını eşitmişdir. Partlayış baş vermiş evə təbii qazın verilişini dayandıraraq iş yerinə qayıtmışdır. Ertəsi gün, saat 08:00-da növbəni təhvil verib evə getmiş, həmin vaxtdan hadisə baş vermiş ünvanda olmamış, bir müddətdən sonra Sahibə Verdiyevanın müalicə aldığı xəstəxanada öldüyünü eşitmişdir. 21 noyabr 2021-ci il tarixdə gündüz növbəsində işdə olduğu zaman eşitmişdir ki, 20 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin ekspertlərinin, “Azəriqaz” X10 Regional Qaz İdarəsinin, həmin İdarənin Gəncə Xidmət sahəsinin və "xxxx" QSC-nin X14 əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı ilkin olaraq partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanılmış, evdən 1.7 metr aralıda qaz sızmasının olduğu aşkar edilmişdir. Qeyd edilən sahədə qazıntı işləri aparılan zaman yer səthindən 30 sm dərinlikdə, "xxxx" MMC tərəfindən çəkilmiş diametri 50 mm-lik polletilen boru, həmin borudan 7 sm aşağıda yeraltı çəkilmiş Gəncə RQİİ-nin balansında və istismarında olan diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğu aşkar edilmiş, borunun həmin hissəsinin üzəri torpaq qatından təmizləndikdə borunun sonluğunda dördkünc formalı qapayıcının bir tininin sındığı, sınma yerindən az aşağıda boru üzərində dəlik və zədələrin olduğu, dəlik əmələ gəlmiş yerdən isə təbii qazın sızdığı aşkar edilmiş, qaz xəttinin həmin hissəsi kəsilərək götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısı ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğunda aşkar edilmiş zədə 27 sentyabr 2021-cı il tarixdə "xxxx" MMC tərəfindən aparılan işlər zamanı traktorun üzərində olan mişarın xəttə toxunması nəticəsində əmələ gəlmişdir. Qeyd olunan yeraltı polietilen qaz xətti 2013-cü illərdə çəkilməklə “Azəriqaz” İB Gəncə X28 İdarəsinin balansında və istismarında olmuşdur. “Azəriqaz” İB ilə "xxxx" QSC arasında bağlanmış 01 iyun 2020-cı il tarixli satınalma müqaviləsinə əsasən Gəncə RQİİ-nin balansında və istismarında olan yeraltı və yerüstü qaz xətlərinə texniki baxış "xxxx" QSC X25 tərəfindən aparılır. Müqaviləyə əsasən “Azəriqaz” İB-nin Gəncə X28 İdarəsinin müvafiq strukturları tərəfindən tərtib olunmuş qaz xətlərinin siyahısı təsdiq olunmuş vəziyyətdə "xxxx" QSC-yə təqdim olunur. "xxxx" QSC-nin əməkdaşları siyahıda göstərilən qaz xətlərinə istər yeraltı, istər yerüstü, onların üzərində quraşdırılmış qaz avadanlıqlarına, o cümlədən qaz tənzimləyici qurğulara açıcı və bağlayıcı kran siyirtmələrə, yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı qaz, su, kanalizasiya, rabitə, elektrik quyularına gəzmə üsulu və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə texniki baxışı həyata keçirirlər. Texniki baxış zamanı aşkar olunmuş qaz sızmalar barədə məlumat həmin gün elektron qaydada Gəncə X28 İdarəsinin Texniki şöbəsinə göndərilir və alınmış məlumat dərhal elektron qaydada müvafiq rayon və ya şəhər Xidmət Sahəsinin Qəza Dispetçer Xidmətinə göndərilir. "xxxx" QSC tərəfindən gün ərzində göndərilmiş məlumatlarda aşkar edilmiş qaz sızmaları Gəncə RQİİ-nin Qəza-Dispetçer xidməti tərəfindən aradan qaldırılır. Yeraltı qaz xətlərində sızmalarının aradan qaldırılması üçün qazıntı işlərinə başlanılmazdan öncə qaz sızmasının yerini təsbit etmək məqsədilə əraziyə "xxxx" QSCnin yeraltı qaz xətlərinə texniki baxış keçirən qrupu dəvət edilərək istifadələrində olan qazanalizatorla ölçmələr aparılır və qazıntı işləri ilkin olaraq ən yüksək qaz sızması aşkar edilmiş yerdə aparılır. Yeraltı qaz xəttində qaz sızması aşkar olunmuş yerdə təmir-bərpa işi aparıldıqdan sonra xəttin üzəri örtülməzdən öncə "xxxx" QSC-nin əməkdaşları təkrarən əraziyə çağırılaraq istifadələrində olan cihazlarla təmir edilmiş yer, eləcə də onun yaxın ətrafında yoxlama aparılır, yoxlama nəticəsində qaz sızması olmadığı halda həmin yerin üzəri torpaqlanır. Xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara texniki baxışın keyfiyyətlə həyata keçirilməsi, xarici yeraltı, yerüstü qaz kəmərlərində, siyirtmələrdə və tənzimləyicilərdə aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızmaları barədə məlumatın verilməsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi xətt baxıcılarının vəzifəsinə aiddir. 29 sentyabr 2021-ci il tarixdə "xxxx" QSC-nin xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən, Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsisi ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinə texniki baxış keçirilsə də, qaz sızması barədə məlumat verilməmişdir. Baş vermiş hadisəyə səbəb ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbi qazın kanalizasiya borusu vasitəsi ilə evə dolması olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş “Azəriqaz” X10 X26 İdarəsinin Təmir-Bərpa idmətinin yerli telefon rabitəsinin telefonçusu Şahid11 bildirdi ki, Azəriqaz 104-də işləyir.19 noyabr 2021-ci il tarixdə saat 01 radələrində ünvan 10 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 Fərmar oğluna məxsus iki mərtəbəli yaşayış evində partlayış baş verməsi barədə ertəsi gün məlumat alsa da, hadisə yerində olmamışdır. O,hadisədən əvvəl partlayış baş vermiş ünvanda olmuşdur.Sayğacın birləşməsi ilə əlaqədar zəng daxil olmuşdur. Zəngi ev yiyəsi eləmişdir. Çilingər gedib baxış keçirdib abonentə deyib ki, meterologiyaya müraciət edin. Növbəni təhvil verdikdən sonra o, şəxsi avtomobili ilə, Qiyas isə növbətçi xidmətin avtomobili ilə Nəvai küçəsi 2A ünvanına getmiş,ünvana çatdıqda ev sakini Zərərçəkmiş şəxs2 evdən küçəyə çıxdı və bildirdi ki, evlərində təbii qazın axını dayanıb. Qapıya kimi gəlmiş, sayğaca o da baxmış,sayğacda nasazlıq görməmişdir. Abonent demişdir ki, qaz iyi gəlir amma qaz iyini nə o, nə də çilingər hiss etməmişdir. Həmin vaxt o, özündə müşahidə etmişdir ki, evin qarşısından keçməklə küçə düz xətt boyunca evin tinində olan küçə olan küçə kəsişməsinə qədər yer yeni qazılaraq torpaqlanmışdır.Həmin vaxt evə təbii qaz axınının dayanma səbəbini müəyyən edə bilmədiklərindən, düşünmüşlər ki, sayğacın klaplanında kipləşmə baş verib.Sayğacda olan qüsürların aradan qaldırılması Gəncə Xidmət Sahəsinin metrologiya şöbəsinin səlahiyyətlərinə aid olduğu üçün Qiyas Zərərçəkmiş şəxs2 bildirdi ki, bu barədə idarəyə məlumat verəcək, sabah gün ərrzində gəlib sayğacı yoxlayacaqlar.Qiyas Əliyə məsləhət gördü ki, sabah tezdən Gəncə Xidmət Sahəsinin metrologiya şöbəsinə müraciət etsin.Daha sonra o ərazini tərk edərək evə getmişdir.Qiyas isə idarəyə qayıtmışdır. Şahid11 suallara cavab olaraq bildirdi ki, qaz iyinin gəlməsi ilə bağlı Azərqaza məlumat daxil olmamışdır. Sadəcə abonent həmin əraziyə gedəndə qapıya daxil olanda məlumat verdi ki, qaz iyi gəlir. Lakin işçilər qaz iyinin gəlməsini hiss etmədilər. Elə bir sözü o eşitməmişdir. Onu kimin dediyini bilmir. Abonent dediki, qaz iyi gəlir. O da darvazadan içəri girmiş, lakin qaz iyi hiss etməmişdir. O ayın 27-si növbətçi olmuşdur. Həmçinin sadəcə abonentdən zəng gəlmişdi. Minenerqo şirkətindən Qəşəm Nəsirovun zəngi onlara daxil olmayıb. Elə bir zəng olsaydı o zaman qeydiyyatda olardı. Lakin, bununla bağlı heç zəng olmamış və qeydiyyata alınmamışdır. Sorğu edilsəonlar bununla bağlı məlumat verə bilərlər. Ona hadisə ilə bağlı zəng gəldi və dedilər ki, sayğacda kipləşmə baş verib və abonentin evinə qaz gəlmir. Sonra çilingər gedib ora, baxış keçirib və sayğacı aça bilməyib. Ona görə də abonentə deyib ki, sayğaca metrologiya şöbəsindən olar əməkdaşlar baxış keçirməlidirlər. Növbəmin axır dəqiqələri idi və işin sonu yaxınlaşırdı. Həmçinin hadisə olan yer onun yolunun üstü olduğuna görə, ora gedən işçilərə yolu o göstərmişdir. Ünvanı onlara göstərdim. Ora gedənlər 2 nəfər idi. Biri Şahid17 və digəri sürücü idi. Gürücünün adı Pərviz ya da Bəxtiyar olmalı idi. O da onlarla birlikdə qapıya kimi gəlmişdir. O orada olanda sadəcə onların işinə baxmış və bir müddət sonra oradan çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə X28 idarəsinin Gəncə xidmət sahəsi üzrə rəis müavini Şahid6 bildirdi ki, işçiləri yoxlama aparan zaman və həmin ərazidə qaz borusunun kəsilib yenidən təmir edildiyi zaman o həmin ərazidə olmamışdır. Qaz borusunun zədələnmiş hissəsini "xxxx"ın əməkdaşı müəyyən etməli idi. Çünki yeraltı qaz xətlərinin yoxlanılmasına dair onların Təmiz Qaz-la müqaviləsi var, onlarda alət və vasitə olmadığı üçün yeraltı xətlərində sızmaya Təmiz Qaz cavabdehdir. O orada olmadığı üçün dəqiq bu haqda məlumatı yoxdur. Təmir bərpa idarəsi “Azərqaz”ın nəzdindədir. "xxxx"a sifariş edən onlar deyil həmin qurum Regional İdarədir. Təmir işlərini görən isə onlardır. Onlar sadəcə "xxxx" tərəfindən sızmanın olmaması barədə məlumat verildikdən sonra 32 mm-lik boruya qədər olan hissənin üzərini açmışdılar. "xxxx" yeraltı və yerüstü qaz sızmalarını müəyyən etməlidir. "xxxx"ın işçilərinin kim tərəfindən çağırması barədə məlumatı yoxdur. Xətt baxıcısının çağırılmasının prosedur-qaydasından məlumatı yoxdur. Təcrübədə elə hallar olur ki,“Azərqaz” əməkdaşı köpüklə yoxlama apardıqdan sonra sızma tapılmır, lakin "xxxx"ın əməkdaşı cihaz vasitəsilə yoxlama apardıqdarı sonra sızmanı aşkar etmişdir. Hadisə yerində qazıntı aparan şəxslər barədə məlumatı olmamışdır. Onlar barədə məlumatı yalnız partlayış hadisəsi baş verdikdən sonra olmuşdur. Həmin vaxtı işıq dirəkləri çəkən şəxslər şəhərin bir çox yerlərində işləyirdilər. "xxxx" əməkdaşları şəhərin digər bölmələrində işləyən zaman da bəzi problemlər yaratmışlar. Həmin vaxtı digər yerdə qaz xəttini də qırmışdılar. Lakin, “Azərqaz” onunla bağlı vaxtında tədbir görə bilmişdir. Onu da "xxxx" tapıb “Azərqaz”a təqdim etmişdir. "xxxx" həmin vaxt qaz borusunun zədələnməsi faktını gizlətmişdir və “Azərqaz”a bu haqda məlumat verməmişlər. Həmin vaxt qazıntı işlərini dayandırmaq kimi səlahiyyətləri yoxdur. Oradakı qaz xətlərinin bir hissəsi yeraltı, digər hissəsi isə yerüstü keçir. Buna gorə də qaz xətləri ilə bağlı xəritənin olub-olmaması barədə dəqiq şəkildə məlumat verə bilmir. Hadisə baş verən gün orada olmuşdur. Qaz borusunun zədələnmiş hissəsi kəsilən zaman orada iştirak etməmişdir. Xətlər çəkiləndə, onlara məlumat verməlidirlər. Məlumat verilən zaman belə hallara onlar qadağa qoyurlar. Onlar hadisə baş verəndən sonra qaz xəttinin üzərindən elektrik xəttinin keçdiyi barədə məlumatları olmuşdur.Qaz sayğacı smart kartla olduğu üçün, qaz gəlmədiyi halda klapan bağlanır ona görə də qaz sayğacına su dolmur. Hadisənin səbəbi barədə fərziyəsi ondan ibarətdirki, Təqsirləndirilən şəxs əraziyə gəlib sadəcə qaynaq edilmiş hissəni yoxlayıb, axıra qədər lazım olan hissəni yoxlamayıb. Buna görə də qaz sızmasını müəyyən edə bilməyib. Onlar yalnız qüvvədə olan normativ sənədlər və müqavilələr əsasında fəaliyyət göstərirlər. Bəzən elə olur ki, qeyri-rəsmi şəkildə abonentlərdən zəng gəlir və onlar müştərilərə Allaha xatir yaxşılıq naminə köməklik göstərirlər. Belə ki, 80 saylı qərar 180 saylı qərarla 2014-cü ildə əvəz olunubdur. Bunun nəticəsində onlar evin daxilinə xidmət göstərmirlər. "xxxx" QSC-ə müraciətlə bağlı müraciətin rəsmi və ya qeyri-rəsmi edilməsi barədə məlumatı yoxdur.O"xxxx"ın vəzifə təlimatını oxumadığı üçün və onların vəzifə təlimatı ilə tanış olmadığı üçün xətt baxıcısının çağırılması proseduru ilə bağlı suala cavab verə bilməyəcək.Onun vəzifə təlimatında hər hansı bir sızma halı ilə qarşılaşanda və ya şubhəli hala rast gələn zaman Təmiz Qaz QSC-yə müraciət edilməlidir kimi bir müddəa yoxdur. Bununla bağlı “Azərqaz”ın texniki şöbəsinə müraciət etməklə məlumat almaq olar. “Azərqaz”ın işçiləri xətti kəsən zaman borudan su çıxmış və boruda su qalmamışdır. Əgər boruda su qalsaydı o zaman borunu qaynaq etmək mümkün olmazdı. “Azərqaz”ın əməkdaşları təmir bərpa işləri aparan zaman bununla bağlı naryad buraxılış vərəqəsi və digər sənədlər hazırlayırlar. Qaz borusunun üzərində qazıntı işlərinin aparılmasını görüb işçilər ona məlumat verməli idilər. İşçilər bu barədə ona məlumat versəydilər o zaman onlar "xxxx" MMC-nin qazıntı işlərini dayandırardılar. Təqsirləndirilən şəxs “Azərqaz”ın əməkdaşlarına sızmanın olmaması barədə məlumat verdikdən sonra əməkdaşlar qaz xəttinin üstünü bağlayıb çıxıb getmişlər. O yoxlanış aparıldıqdan sonra və yoxlanış zamanı ümumiyyətlə həmin ərazidə olmamışdır. Gedib işçilər yoxlanış aparıb görüblər ki, sayğaca qaz gəlmir, bundan sonra sayğac açılıb səhərisi günü isə işçilər gedib qaz borusunu kəsmiş və işçilər qaz borusunu kəsdikləri zaman qaz borusundan su çıxmışdı. Borudan su çıxdıqdan sonra, onu yenidən birləşdiriblər və birləşdirdikdən sonra köpüklü su ilə yoxlama aparıblar. Bundan sonra evə qazın verilməsi bərpa olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, o, digər əməkdaşlarla birgə çağırışa getmişlər. Dedilər ki, orada işıq idarəsi işləyir, işıq idarəsi işləyən zaman qaz gəlmirdi, qonşularda isə qaz gəlirdi, lakin, Əligilin evində qaz gəlmirdi. Sayğaca gedən xətti açmış, həmçinin müdriyyətə məsələ ilə bağlı məlumat vermişlər. Bundan sonra müdriyyət onlara "xxxx" in əməkdaşına məlumat verildiyini və gəlib yoxlama aparacağı barədə məlumat verdi. Sabahı gün onlara "xxxx"ın işçiləri qəlib yoxlama apardılar, lakin sızma tapmadıqları barədə məlumat verdilər. Bundan sonra rəhbərliyin tapşırığı əsasında qaz borusunun kəsilməsi ilə bağlı onlara tapşırıq verdilər. Xətti kəsən zaman xəttin içərisindən su çıxdı. Suyu çıxarandan sonra, məlumat verərərək gedib material alıb gətirmişlər. Qaz borusunu bərpa etmiş, ondan sonra qazın evə verilməsi bərpa olunmuşdur. Şahid7 suallara cavab olaraq bildirmişdir ki, onlar səkidən qaz xəttinə kimi 69 mmlik xəttə birləşən yerə qədər qazıntı aparmışlar. Bundan sonra onlara qaz xəttinə dəyməməyi, "xxxx" yoxlama apardıqdan sonra hər hansı bir tədbirin görülməsi barədə təlimat verdilər. Onlar 32 mm-lik qaz borusunun 69 mm-lik qaz borusuna birləşən yerinə qədər qazıntı aparmış, qazıntı aparılan zaman torpaq quru olmuşdur. Torpaqda qaralma və digər əlamətlər yox idi. 63 mm-lik qaz borusuna birləşən 32 mm-lik qaz borusunu o ayırmışdır. Bu zaman hər iki borudan su gəldi. Bu səbəb kombi, “pitiminutka” və digər aparatlar tərsinə qoşulan zaman qaz borusuna su dolması ola bilər. Sayğacın özündən su çıxması halı baş verməmişdir. Həm qaz borusunun kəsilməsi zamanı və həm də qazıntı işləri aparılan zaman, yanında çilingərlər Elşən və Şahin olmuşdur. İşlər aparılan zaman mühəndis Taleh müəllim də gəlmiş və telefonla də məlumat vermişdir. Taleh gəldikdə sayğacı açdırmış və bu zaman qazın getmədiyi və sayğaca suyun dolmadığı müəyyən edilmişdir. Onlar işi saxlamış, həmin günü heç nə etməmiş, "xxxx" a məlumat vermişdilər ki, onlar gəlib yoxlasın ondan sonra iş görsünlər. Qaz borusundan su çıxan zaman orada rəhbərlikdən və ya mühəndislərdən kıminsə olması barədə yadımda deyildir. Onlardan qabaq ora Pərvin müəllim də getmişdir. Onlara həmin ərazinin qazılması tapşırılmışdır. Onlar da tapşırığı icra etmiş, qaz borusunu ayırmamışlar. Onlara "xxxx" gəlib yoxlama aparana kimi heç nə etməməyi tapşırmışdılar. "xxxx" yoxlama apardıqdan sonra sızma tapmamışdır. Qaz borusunun kəsilməsi barədə tapşırığı onlara Pərvin müəllim vermişdi. Onlar də xətti kəsdilər, kəsdikdən sonra 63 mm-lik və 32 mm-lik borudan su çıxmışdı. Su çıxdıqdan sonra o rəhbərliyə məlumat vermişdir. Bundan sonra material alıb göndərdilər və borunu yenidən birləşmişlər. Həmin qazılan yerin üstünün kim tərəfindən torpaqlanması tam olaraq yadında deyil. Həmin yeri "xxxx" yoxladıqdan sonra əməkdaşlar tərəfindən torpaqlanmalı idi. Lakin, oranı işıq idarəsinin işçiləri torpaqlamışdılar. Hadisə baş verəndən sonra onlar orada olmuş,qaz xəttinin ağzına qapayıcı qoymuşlar. Onlar hadisə baş verəndən sonra qaz borusunun ağzına qapayıcını müstəntiq hadisə yerinə baxış keçirərkən qoymuşlar. Qapayıcının qoyulmasına səbəb qazıntı işləri aparılan zaman traktor tərəfindən qaz borusunun zədələnməsi halının baş verməsi idi. 63 mm-lik qaz borusunun nə zaman çəkilməsi tarixini bilmir. Deyəsən həmin qaz borusunu Bakıdan gəlib çəkmişdilər. "xxxx" qaz sızması barədə onlara məlumat versəydi, o zaman onlar qaz borusunun üstünü tam olaraq açardılar. Əgər şübhələnmə hal olsa idi o zaman “Təmiz Qaz" onlara məlumat verməsə belə onlar qaz borusunun sonluğuna kimi qaz borusunun üzərini aça bildilər. O işıq idarəsinin işçilərindən qaz borusunun zədələnməsi ilə bağlı soruşmuş,onlar isə qaz borusnun zədələmədiklərini və bununla bağlı məlumatlı olmadıqlarını bildirmişlər. Onlar gələn zaman qazıntı işləri aparan traktor və “Minenerqo" MMC-nin işçiləri orada idi. O, təxminən iki saat ərzində orada olmuşdur. Şübhəli halla qarşılaşdıqda və ya buna oxşar hallarla qarşılaşdıqda bu zaman ilk öncə vəzifə təlimatlarına uyğun olaraq rəhbərliyə bu barədə məlumat verirlər.Onun özünün çağırışı əsasında "xxxx"ın işçiləri hadisə yerinə gəlməzdilər. Bu haqda müdriyyət onlara məlumat verir. Onlar köpüklə yoxlama aparır. Bu üsuldan istifadə edərək qaz xəttində sızmanın olub-olmamasını müəyyən edirlər. Onlar qaz xəttinin üzərinə köpük tökmüş və qaz sızması barədə hər hansı bir əlamətlə qarçılaşmamışlar. Bu qaz xəttində sızmanın olmamasına dəlalət edir. Kanalizasiya quyusuna da baxış keçirmişlər. Lakin orada qaz sızması halı ilə rastlaşmamışlar. Qaz iyi ilə bağlı hər hansı hal aşkar etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində bildirdi ki, o,Gəncə X28 İdarəsinin Gəncə Xidmət Sahəsi üzrə təmir-bərpa xidmətinin çilingəri işləyir. Onlar sentyabr ayında hadisə yerində olan zaman digər bir şirkət küçədə işıqlandırma işləri görmüşdür.Evin kənarı ilə işıq borusu çəkirdilər. Həmin boru qaz borusunun üzəri ilə gedirdi. Rəhbərlikdən Şahid6 orada olduğu üçün bu barədə rəhbərliyə məlumat verməyi lüzum bilməmişdir.Samin onun gördüyü işlərdən məlumatlı idi. İşlərin görülməsi ilə bağlı Şahid7 məlumat vermişlər. Altay, işlər görülən zaman onların yanında idi. Altay özü bu barədə rəhbərliyə məlumat verdi. Orada işıq dirəkləri çəkən işçilər var idi. İşıqlandırma işləri görən şəxslərdən heç nə soruşmamışlar. Partlayışdan sonra baxış zamanı orada olmuşdur. Xətt sonluğa kimi 80 sm hissə onun tərəfindən kəsilmişdir. Digər qalan hissəyə isə toxunmamışlar. Evə qaz gəlməyən zaman qaz borusunda qaynaq işləri onun tərəfindən həyata keçirmişlər. Şahin həmin vaxt başqa vəzifəyə keçmişdir. Qaynaq işləri ilə də bağlı iş təcrübəsi var. Şahinin orada olduğu zaman elektrik xətti hələki oradan getmirdi. Belə ki, elektrik xətti üçün xəndək qazılmışdı. Amma hələki elektrik xətti yerləşdirilməmişdi. Qaz xətti ilə yanbayan idi. Traktor həmin yerdə torpağı kəsmişdi. Lakin işçilər oranı qazmamışdı. Kəsilən yer ilə qazılan yer arsında məsafə 60 sm olardı. Qəşəm Nəsirovu tanımır. Şahid17 və Şahid11 104 xidmətinin işçiləri idi. Şahid6 onları müdiridir. O, iş görülən zaman əraziyə işıq xəttinin üstünü açan zaman birinci dəfə gəlmişdi. Onlara dediki araşdırın görün nədən ola bilər.Şahin və digər əməkdaşlar ona qaz borusunun içərisinə suyunola bilməsini demişlər. Saminonlara qaz xəttini kəsib bərpa etmək barədə tapşırıq verdi. Təmiz Qaz-ın çağırılması ilə bağlı təlimatı verən şəxsin adını xatırlamır. Şahid9 qəzanın rəisidir. Şahid13 isə usta vəzifəsini daşıyır. Şahid13 vəzifəsi Şahid7yuxarıdır.Şahid9 onlara abonentin qazının bərpa edilməsi ilə bağlı tapşırıq verdi. Şahin orada bir dəfə olmuşdur, ona görədə başqa hansı təlimatları verməsi yadında deyil. Qaz sızması olmadığı üçün onlar 50 metr radiusda yoxlama aparmamışlar. Borudan su çıxanda xəndək qazmışlar, borudan çıxanda su ora tökülürdü. Bununla bağlı olaraq da həmin xəndəkdən balaca vedrə ilə su çıxardırdılar. Ən azı 4-5 dəfə həmin quyudan su çıxarılmışdır. Onların qaz xəttinə su dolması ilə bağlı hər hansı səbəb ağlıllarına gəlməmişdir. Minenerqo MMC buradan başqa digər yerlərdə də qazıntı işləri aparmışdılar. Qazıntı işləri aparan zaman başqa yerlərdə də qaz borusunu zədələmişdilər. Digər yerlərdə zədələnmə ilə bağlı "xxxx" yoxlayan zaman məlumatı Azəriqaza ötürürdülər. Bunun nəticəsində onların məlumatımız olurdu. Qaz borusunun sonluğunun plastinka ilə bağlanması normal hal deyil. Özünün ağzının qapayıcısı olur. Sentyabrorada 4-5 saat olmuşlar. Qaz iyi hiss etməmişlər. Qaz xəttindən su çıxması normal hal deyil. O, qaynaqçı olduğu üçün sadəcə deyilənləri etmişdir. Qaz xəttindən su çıxması halı ilə bağlı bir neçə dəfə qarşılaşmışdır. Ən çox kombidən olurdu. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid16 ifadəsində göstərmişdir ki, DOST mərkəzi vasitəsilə müqavilə əsasında çilingər vəzifəsində işləyir. 104 qaynar xəttindən zəng daxil olmuş, bildirmişlər ki, hadisə baş verən evə qaz gəlmir. Səhərisi gün əraziyə getmişlər. Oraya gedəndə orada başqa işlər də gedirdi. O, həmin ərazidə qazıntı işlərinin getdiyi barədə heç kimə məlumat verməmişdir. İşıq çəkənlərin orada işlədiyinin şahidi olmuşlar. Onlara qaz borusunun üzərini açmağı tapşırmılar. İşlər qurtarandan sonra qaz borusunun üzərini torpaqlamamışdır. Gördüyü işlər yalnız kəsmə, qazıntı işlərindənibarət olmuşdur. Rəhbərlik onları oraya göndərdi, dedilər gedin görün orada nə olub. Bununla bağlı hər hansı araşdırma aparmamışlar. Qaz sahəsində 7 ildən artıqdır ki işləyir. Bu illər ərzində qaz borusunun içindən su çıxması faktı ilə qarşılaşmamış və bu birinci dəfə idi. Onlara sadəcə yerin qazılması tapşırığı verilmişdir. O qaz borusunun 63 mm-liyə birləşən hissəsinə qədər olan yeri qazmışdır. Axıra qədər qazıntı işi aparmamışdır. Ona dedilər ki, Təmiz Qaz gəlib yoxlayıb. Həmçinin ilk öncə Təmiz Qaz gəlib yoxlama aparmalıdır. O,işıq idarəsinin işçilərini görmüş, lakin işıq idarəsinin işçiləri ilə əlaqədə olmamışdır, onlara hər hansı sual verməmişdir. Həmin vaxt ora qaz gəlmirdi. O orada qaz iyi hiss etməmişdir. O uşaqlıqdan fəhlə işləyir, xətti o zədələməmişdir. Borudan su çıxan zaman və həmin boru kəsilən zaman orada olmuşdur. Qaz borusu kəsilən zaman xəttə qaz verilməsi dayandırılmışdır. Kəsəndən sonra qazın xəttə verilməsini bərpa etmişlər. Ona həmin əraziyə getməklə bağlı tapşırığı Pərvin müəllim vermişdir. O sadəcə qazma işini həyata keçirtmişdir. Qazdıqdan sonra çıxıb gedib. Ana xəttə birləşən yerə qədər qazmışdır. Ondan sonra bir dəfə əraziyə getmişdir. X35 orada yoxlama keçirib və yoxlama nəticəsində sızma aşkar etməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid15 ifadəsində göstərmişdir ki, Gəncə Xidmət Sahəsi üzrə sosial işçidir. O, sosial işçi olaraq əsasən Gəncə X26 İdarəsinin Təmir Bərpa işlərinə fəhlə kimi görülən işlərə cəlb edilir.Hadisəni partlayış baş verdiyi gündən təxminən 10-15 gün sonra iş yoldaşlarından eşitmişdir.Həmin vaxt ona məlum oldu ki,xx.xx.2021-ci il tarixdə saat 01 radələrində ünvan 11 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evində partlayış baş vermiş,nəticəsində partlayışın təsirindən iki mərtəbəli fərdi yaşayış evinin bir divarı küçəyə doğru aşmış, evdə olan sakinlər X11 və Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş,bir neçə gün sonra isə Sahibə Verdiyeva ölmüşdür. Onlar orada olanda küçədə yuxarıda qeyd etdiyi üzərində xüsusi yerkəsən mişar olan göy rəngli “Belarus” markalı traktor dayanmışdı.Həmin vaxt orada olan ev sakini təxminən 20-27 yaşlı oğlan onlara bildirdi ki, bir gün əvvəl küçələrində qazıntı işləri aparıldıqdan sonra axşam evlərinə təbii qaz axını dayanıb və onlarda evinə təbii qaz axınının bərpa edilməsini tələb etdi.Şahid9 evin qaz sayğacına təbii qazın gəlibgəlməməsini müəyyən etmək məqsədilə ona sayğaca gedən qaz xəttinin möhürünü qırmaq və xətti sayğacdan ayırmaq barədə göstəriş vermişdir. Qazın sayğaca gəlməməsi ilə bağlı idarəyə getmişdir və bu barədə Pərvin müəllimə məlumat vermişdir. O qaz sayğacının açıb bağlamaq üçün tək gəlmişdir. 104 qaynar xəttə zəng gəlmişdi, onun əsasında o, həmin əraziyə sayğaca baxmaq üçün getmişdir. Qaz sayğacını açmış, sayağaca qazın gəlmədiyini müəyyən etmişdir. Bundan sonra idarəyə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid14 ifadəsində göstərmişdir ki, 2016-cı ildən hal-hazıra kimi “Azəriqaz” İB X31 İstismarı idarəsinin Gəncə Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində Müqavilə əsasında işləyir. Həmin hadisədən 19 noyabr 2021-ci il tarixdə saat 09 radələrində işə getdikdə gecə saat 01 radələrində Gəncə şəhəri, Nəvai küçəsində yerləşən ikimərtəbəli yaşayış evində partlayış baş verməsini, nəticədə ev sakinləri X2 və Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri aldıqları üçün xəstəxanayə yerləşdirildiklərini öyrənmişdir. Lakin hadisə yerində olmamışdır. O fəhlədir, orada konkret olaraq qazma işləri həyata keçirmişdir. Rəhbərlikdən orada Şahid6 var idi. Şahid6 orada olanda onlara qazma işlərinin görülməsi ilə bağlı tapşırıq vermişdir. İdarədən qaz borusunun kəsilməsi ilə bağlı tapşırıq verdilər. Lakin bu tapşırığı verən şəxs yadında deyil. İkinci dəfə orada işlər görəndə yanında Şahid6 var idi. Onlar orada işlər görəndə işıq idarəsinin işçiləri orada idi. Onlar Yusifə qazıntı işləri aparmağa köməklik göstərdilər. Şahid17ı və Şahid6 ərazidə görmüşdür. Şahid6 orada iki dəfə oldu və onlara ehtiyatlı olmaq barədə tapşırıqlar verdi. Şahid9 104 qəza xidmətinin rəisidir. Şahid9 1 dəfə görmüşdür. Şahid9 onlara qazmaqla bağlı göstəriş verdi. Şampunlu su ilə yoxlama aparmış lakin, orada sızma tapa bilməmişlər. Onlara məlumat daxil oldu ki, abonentə qaz gəlmir. Buna uyğun olaraq onlar da həmin əraziyə getmişlər. Həmin əraziyə Altay, Elşən və Şamillə birlikdə getmişdir. Oraya gedəndən sonra qazın gəlmədiyini müəyyən etmişlər və bundan sonra qazıntı işləri aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid13 ifadəsində göstərmişdir ki, 19 noyabr 2021-ci il tarixdə saat 09 radələrində gecə saat 01 radələrində Gəncə şəhər, Nizami rayonu, Nəvai küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində partlayış baş verməsini, nəticədə evin bir divarının aşmasını, həmin vaxt evdə olan X5 və onun oğlu Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri xəstəxanaya yerləşdirildiklərini eşitmişdir. Lakin həmin gün hadisə yerində olmamışdır. Ertəsi gün, yəni noyabr ayının 20-də saat 10 rədələrində hadısə yerinə getdikdə FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirildiyini görmüşdür. Baxış zamanı küçədə partlayış baş vermiş evin yaxınlığından keçən Gəncə, RQİH-nin balansında olan və istismarında olan, diametri 63 mm-lik yeraltı polietilen qaz xəttinin üzərində qazıntı işlərinə başlamazdan öncə Təmiz Qaz QSC-nin əməkdaşları istifadəsində olan qazanalizator cihazı ilə ölçü işləri aparırıdılar və partlayış baş vermiş evdən az aralıda qaz sızmasının olduğunu aşkar etdilər. Bir müddət sonra hadisə nəticəsində xəsarət alan şəxslərdən Sahibə Verdiyevanın Bakı şəhərində müalicə aldığı xəstəxanada öldüyünü eşitmişdir. Şahid13 suallara cavab olaraq göstərmişdir ki, Kamran həmin yerə icazəsiz olaraq gələ bilməz. Gərək bununla bağlı rəhbərliyindən icazə alsın. Ona görə də şifahi qaydada həmin məsələ rəhbərliklər arasında razılaşdırılmışdı. Bəzən elə hallar olurdu ki, Təmiz Qaz tərəfindən verilən sızmaları yerini dəqiq şəkildə müəyyən edə bilmirdilər. Buna görə də həmin xətt baxıcılarının onlarda nömrələri var idi. Həmin nömrələrə zəng edərək xətt baxıcılarını dəvət edirdilər ki, qaz sızmasının yerini onlara dəqiq şəkildə desin. Tam şəkildə həmin məsələ rəhbərliklər arası şifahi şəkildə razılaşdırılmışdı. Həmin razılaşmaya əsasən Təqsirləndirilən şəxs yoxlama üçün getmişdi. Bununla bağlı olaraq o danışıqlar aparmamışdır. Həmin vaxt üçün onun vəzifəsi 5-ci dərəcəli çilingər olub. 29-u günü əməkdaşlar orada təmir işləri görərkən o, orada olmamışdır. Bu barədə ona Pərvin müəllim zəng eləmişdi. O Samirə qaz borusu üçün mufta lazım olduğunu dedi, Samir də Samuxdan gələrkən alıb həmin muftanı gətirmişdir. Ona qaz borusundan suyun çıxdığı barədə məlumat verdilər. Qaz borusundan su çıxa bilər. Ola bilir. Gəncə xidmət sahəsində artıq qaz borusundan su çıxması halı təbii hala çevrilir. Ev daxili qaz xəttini səhv qoşur və bunun nəticəsində qaz xətlərinə su dolur. O müəyyən məsafəyə qədər gedib dola bilər. Suyun miqdarını o bilə bilməz. Burada bir evdən söhbət gedirsə həmin su sayğaca qədər gedib dola bilməzdi. O suyun dərəcəsinə baxır. Bu sayğacdan və onun formasından asılıdır. Klapan əgər işləyirsə və açıq olursa, su keçə bilər. Əgər klapan bağlı olaraq qalıbsa o zaman su keçmir. Ola bilsin ki, su bu evdən yox digər evlərdən dola bilər. Həmin məsələ ilə bağlı onlar tam dəqiq şəkildə fikir deyə bilməzlər. Onların təlimatında və qaydalarında və onun vəzifə təlimatında bununla bağlı olaraq hər hansı bir şey nəzərdə tutulmayıb. Bu onun sahəsinə aid olmadığı üçün bununla bağlı hər hansı bir fikir deyə bilməz. Onun təcrübəsi göstərir ki,ustanın naşılığı nəticəsində qaz xəttinə su dolur. Həmçinın qaz borusuna su dolması ilə bağlı heç kim bu öhdəliyi öz üzərinə götürmür. Bu hadisə baş verəndə kompressor gəlməli və bundan sonra kompressor vasitəsi ilə su oradan çıxarılmalı idi. Qaz xətti şaxəli olduğuna görə qaz xəttinə su dolub və qalıb qaz xəttinin sonluğunda həmin su toplanıb. Bu onların vəzifə borcunda deyil ki, həmin qaz xəttinə dolan suyun mənbəyinin hansı evdən dolduğunu müəyyən etsin.Onlar kəsdilər qaz borusunda suyun olmağını müəyyən etdilər. Müəyyən etdikdən sonra həmin suyun dolma səbəbini müəyyən məsafəyə qədər araşdırdılar. Həmçinın suyun dolması ilə bağlı təzyiq düşməsi halları baş verir. Hardaki təzyiq düşür ilk öncə o araşdırılır və bundan sonra həmin yerlərdə qazın verilişi dayandırılaraq qaz xətti kompressor vasitəsi ilə təmizlənir. Lakin onlar qaz borusunu kompressor vasitəsi ilə təmizləməmişdilər. Çünki digər qonşulara qaz gəlirdi və təzyiqdə hər hansı bir oynama baş verməmişdi. Buna görə də biz kompressor vasitəsi ilə təmizləmə işi aparmamışdılar. Qaz xəttinin sonluğuna baxış keçirilmişdi. Qaz xəttinin sonluğu ilə heç bir şey deyə bilməz. Qaz xəttinin sonluğuna baxış keçirilməsi ilə bağlı hər hansı bir öhdəlik yoxdu. Bununla bağlı müddəa nəzərdə tutulmayıb. Burada sadəcə çilingər gəlir təmir işlərini görür, yerdə qalan həmin suyun dolması məsələsi ilə bağlı isə aidiyyəti şəxslər gəlib suyun dolma səbəbini müəyyən etməli idilər. Baş mühəndis tərəfindən və digər şəxslərə həvalə etməli idilər. Belə halları baş mühəndis dəyərləndirir və bununla bağlı müəyyən şəxslərə tapşırıqlar verir. Baş mühəndis Azər Bayramov idi. Suyun dolması ilə bağlı məlumat Azər müəllimə verilmişdi. Hansı tədbirlərin görülməsi ilə bağlı məlumatı yoxdur. O, Kamranla danışmış, Kamran öz növbəsində ona rəhbərlikdən icazə alandan sonra gələ biləcəyini dedi. Buna görə də o Pərvin müəllimlə danışmış və Pərvin müəllim də öz növbəsində Təmiz Qazın rəhbərliyi ilə danışdı. Bundan sonra Təqsirləndirilən şəxs yoxlama üçün həmin əraziyə gəldi. Onun səlahiyyəti Təqsirləndirilən şəxs zəng edərək yoxlama aparmaq üçün bura gəl deməyə imkan vermir. Sadəcə bu məsələdə rəhbərliklər arası razılşadırma aparıldıqdan sonra Təqsirləndirilən şəxs gələrək yoxlama aparmışdı. Pərvin müəllim ona zəng elədi ki, sən ordakı xətt baxıcılarından biri ilə əlaqə saxla gəlib oranı yoxlasın. O bundan sonra Təqsirləndirilən şəxs zəng etmiş və o Kamram ona dediki, elə belə icazəsiz ora gələ bilməz. Buna görə də onların rəhbərliyi ilə Kamrangilin rəhbərliyi arasında razılaşma əldə olundu və Təqsirləndirilən şəxs bundan sonra icazə əsasında gəlib orada yoxlama apardı. Bu məsələ ilə bağlı şifahi şəkildə razılşadırma alınmışdı. Bundan sonra Kamran gəlib yoxlama aparmışdı. Həmçinin rəsmiləşdirmə isə məktub və telefonoqrama təqdim etməklə həyata keçirilir. Təqsirləndirilən şəxs oraya gedib gəlməsi məsələsi şifahi formada rəsmiləşdirilmişdi. Həmçinin o özü digər işlərlə bağlı təmir üçün naryad buraxılış vərəqələri hazırlayırdı. Təqsirləndirilən şəxs gəlməsi ilə bağlı məlumatın necə rəsmiləşdirilməsi ilə bağlı məlumatı yoxdur. Bu rəhbərlik səviyyəsində edilən bir məsələdir. Rəsmiləşdirmə üçün məktub verilməlidir və bundan sonra icra olunur. Xidmət sahəsinin həmin cihazı yoxdursa və bu cihaz sadəcə Təmiz Qazdadırsa,o zaman müqavilə əsasında Təmiz Qazın əməkdaşı gəlməlidir. O hallarda olub ki, onlar özləri də həmin məsələni həll ediblər. Təmiz Qazın gəlməsinə ehtiyac olmayıb. Həmçinin bu məsələ dəyərləndirmədən də asılıdır. Əgər asfalt qatı varsa, asfaltda dəliklərin və çuxurların açılmasının qarşısının alınması məqsədilə Təmiz Qazı dəvət edirlər.Həmçinin metal boru da ola bilər polietilən boruda ola bilər. Bu da təsir edən amillərdəndir. Qəza halı olan zaman onlar bununla bağlı rəhbərliyə məlumat verirlər və bunun əsasında tədbirlər görülür. Onun fikrincə baş vermiş partlayışa səbəb qaz sızmasıdır. Qaz sızması ilə bağlı səhlənkar yanaşma halı var idi. Bunun nəticəsində hadisə baş verib. Bu Minenerqo Şirkətinin səhlənkar yanaşması nəticəsində baş vermiş hadisədir. Belə ki, Minenerqo şirkəti nə rəsmi şəkildə icazə alıb, nə də qazıntı işləri ilə bağlı məlumat verib. Əgər Azəriqazı səhlənkar qismində işə cəlb etmək zərurəti olsa bununla bağlı olaraq onlara sənədlər təqdim edilməlidir. Qaldı ki, Minenerqoya həmin şirkət bizə hər hansı məlumat verməmişdi. Həmin ünvanda qazın təzyiqində oynama olmamışdı. Əgər qazın təzyiqində oynama olsaydı o zaman qaz borusunda suyun qalması halı müəyyən edilə bilərdi. Onun 10 illik təcrübəsində bu birinci hal idi və bununla bağlı tam şəkildə məlumat verə bilməz. O Gəncə Xidmət Sahəsinin Qəza Dispetçer Xidmət sahəsində usta vəzifəsində çalışır. Hadisə baş verən zaman Samux Xidmət Sahəsində çalışırdı. Hadisə ilə bağlı Pərvin müəllim zəng edərək bildirdi ki, hadisə baş verən evə qaz gəlmir. Pərvin müəllim həmin vaxtı Dəlməmmədli Xidmət Sahəsinin Qəza Strukturu Xidmətinin rəisi idi. Sadəcə əmrləşdirilməmişdi. Pərvin müəllim həmin günü ona zəng eləyib dediki, baş mühəndislə razılaşmışıq həmin yeri yoxlayacaq xətt baxıcısının nömrəsi səndə var. Kamranla danış Kamranın nömrəsi var səndə, uşaqlar orada qazıntıişləri aparıblar amma qaz sızmasının yerini tapa bilmirlər. Buna görədə Kamran zəng elə gəlsin, orada yoxlama aparsın. Sonra Kamrana zəng elədi, o isəona dedi ki, biz həmin ünvandan uzaqdayıq və aparatın batareyası da ölüb. Ona görədə bizhəmin yera sabah baxış keçirə bilərik. Bundan sonra Pərvin müəllimə zəng etmişdir. Demişdir ki, heç olmasa sabah gəlib baxsınlar. Sonra Kamranla danışmışdır. Ona demişdir ki, sabah onların Altay adlı işçiləri orada olacaq onunla bərabər həmin yeraltı xəttə texniki baxış keçirsinlər. Sonra həmin günün səhəri Altay ona zəng eləyib dedi ki, Kamran əraziyə gəlməyib. O bundan sonra Kamrana zəng eləyib dedi ki, bizim işçi orada gözləyir. Kamran isə ona dedi ki, bizdə iş saat 08:00-da başlayır, sizdə isə 09:00-da. Buna görə də mən gəlib yoxlama apardım və orada hər hansı bir sızma halı aşkarlaya bilmədim. Sonradan ona məlum oldu ki, Altaygil orada qazıntı işləri aparıb və qaz borusundan su aşkar ediblər və həmin suyu boşaltmışlar. Birdə həmin yerdə Samuxda olanda oradan qayıdan zaman qaz borusu üçün lazım olan ləvazimatları alan zaman olmuşdur. Dükandan mufta almış və gərtirib Altaygilə onu təhvil vermişdir. İkinci dəfə ora gedib yoxlması ilə bağlı bilmişdir ki, Kamran orada ikinci dəfə yoxlama zamanı qaz sızması aşkar etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, 2016-ci ildən 27 oktyabr 2021-ci il tarixə qədər “Azəriqaz” X10 X28 İdarəsinin Goranboy Xidmət Sahəsinin Dəliməmmədli Şəhər Təmir-Bərpa və Satış Xidmətinin rəisi vəzifəsində, həmin vaxtdan hal-hazıra kimi isə Gəncə X28 İdarəsinin Qəza-Dispetçer xidmətinin rəisi vəzifəsində işləyir. Gəncə X28 İdarəsinin ümumi məsələlər üzrə rəis müavini Taleh Şamradovun şifahi göstərişinə əsasən 2021-ci ilin sentyabr 27-də Gəncə X28 İdarəsinin Gəncə Xidmət Sahəsi üzrə Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini müvəqqəti olaraq icra etmişdir. 28 sentyabr 2021-ci il tarixdə, saat 10 radələrində Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar adlanan ərazidə X17 baxış keçirib idarəyə qayıtdığı vaxt 104 xidmətinin növbətçisi zəng edərək ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qaz sayğacına təbii qaz gəlməməsi barədə məlumat verdiyi üçün həmin ünvana getmişdir.Çatdıqda məlum olmuşdur ki, 27 sentyabr 2021-ci il tarixdə "Mınenerqo Quraşdırma” MMC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində işıqlandırma işləri aparmaq məqsədi ilə xüsusi yerkəsən traktorla küçə boyu kanal qazılmış, daha sonra kanalla yeraltı çəkiləcək elektrik kabelinin izolyasiya örtüyü kimi nəzərdə tutulmuş diametri 50 mm polietilen boru çəkilərək üzəri torpaqlanmış, həmin gün axşamdan isə Nəvai küçəsi 2A ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın axını dayanmışdır.Ətrafda yerləşən evlərin sakinləri qaz iyi hiss etmişlər. Həmin ərazidə olduğu vaxt "xxxx" MMC-nin işçiləri artıq Nəvai küçəsi 2A ünvanında yerləşən fərdi yaşayış evinin tinindən, evin qarşısına qədər olan sahədə bir gün əvvəl kanal qazaraq basdırdıqları polietilen xəttinin üstünü açaraq xətti kanaldan çıxarmışlar. Evin qaz sayğacına təbil qazın gəlib-gəlməməsini müəyyən etmək məqsədi ilə sayğaca çəkilmiş qaz xəttinin möhürünü qırdıraraq xətti sayğacdan ayırdıqda xəttə təbii qazın gəlmədiyini müəyyən etmişdir.Qazıntı işləri aparılan zaman sayğaca çəkilmiş yeraltı qaz xəttinin zədələndiyini düşünərək xəttin üstünün açılması barədə işlərə rəhbərlik edən "xxxx" MMC-nin texniki direktoru Şahid5 göstəriş verərək Goranboy rayonu, Dəliməmmədli şəhərinə getmişdir.Yolda olduğu zaman Gəncə Xidmət Sahəsi üzrə Təmir-Bərpa Xidmətinin çilingəri Şahid7 zəng edərək, Gəncə Xidmət Sahəsində müqavilə əsasında işləyən fəhlələr Şahid16 və Şahid14lə birlikdə Nəvai küçəsi, 2-ci döngə, 2A ünvanına getməsini, "xxxx" MMC-nin işçiləri ilə birlikdə evin qaz sağacına çəkilmiş xəttin üstünü açmalarını tapşırmışdır. Bir müddətdən sonra Şahid7 zəng edərək Şahid16 və Şahid14 ilə birlikdə Nəvai küçəsinə gedərək "xxxx" MMC-nin işçiləri ilə birlikdə evin qaz sağacına çəkilmiş diametri 32 mm-lik qaz xəttinin küçə ilə yeraltı çəkilmiş diametri 63 mm-lik qaz xəttinə birləşmə yerinin üzərini açdıqlarını, qaz xəttinin həmin hissəsində, birləşmə yerlərində hər hansı qaz sızması, həmçinin xəttin üzərində sınma, çatlama, birləşmə yerindən ayrılma halı aşkar etmədiklərini, daha sonra sabunlu məhlul düzəldərək qaz xəttinin üzəri açılmış hissəsini, o cümlədən xəttin birləşmə yerlərini yoxladıqlarını, lakin yenə də hər hansı qaz sızması aşkar etmədiklərini bildirdilər. Şahid7la danışdıqdan sonra Gəncə RQİT-nin ustası Şahid13 zəng edərək həmin ünvanda qaz sızmasının olubolmamasını yoxlamaları üçün "xxxx" QSC-nin X14 nümayəndələrinin dəvət edilməsi barədə göstəriş vermişdir. Qısa müddətdən sonra Şahid13 ona zəng edərək, "xxxx" QSCnin X14 nümayəndəsi ilə danışdığını, lakin onların Gəncə şəhərindən kənarda olduqları üçün yoxlamanı 29 sentyabr 2021-ci il tarixdə səhər aparacaqlarını bildirmişdir. Bundan sonra Şahid7 zəng edərək ertəsi gün, "xxxx" QSC tərəfindən həmin ünvanda yoxlama aparılacağını bildirərək işləri yarımçıq saxlamalarını tapşırmışdır. 29 sentyabr 2021-ci il tarixdə, saat 09 radələrində Şahid13 işə gələrək bildirmişdir ki, “Təmiz Qaz" QSC-nin X14 xətt baxıcısı Təqsirləndirilən şəxs saat 08:40 ona zəng edərək Gəncə Xidmət Sahəsinin işçilərini gözləmədən, Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinə texniki baxış keçirməsi və hər hansı qaz Sızmasını aşkar etmədiyini demişdir. Deyilənlərə əmin olmaq üçün onun tapşırığına əsasən Samir yenidən Təqsirləndirilən şəxs zəng etmiş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs bir daha Nəvai küçəsi ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinə texniki baxış keçirdiyini, lakin hər hansı bir qaz sızması aşkar etmədiyini bildirmişdir. Daha sonra Şahid7 və çilingər Şahid8 çağıraraq "xxxx" QSC-nın X14 əməkdaşları tərəfindən Nəvai küçəsi ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xətti üzərində yoxlama aparıldığını, lakin hər hansı qaz sızması aşkar etmədiyini bildirmiş, onlara həmin ünvana gedərək evin qaz sayğacına çəkilmiş diametri 32 mm-lik qaz xəttinin üzərini tam açaraq xətti yoxlamaları barədə göstəriş vermişdir. Altay Nəsibov saat 10 radələrində ona zəng edərək "xxxx" MMC-nin işçiləri birlikdə Nəvai küçəsi, 2-ci döngə, 2 A ünvanında yerləşən evin qaz sayğacına çəkilmiş diametri 32 mm-lik polietilen xəttinin və həmin xəttin diametri 63 mm-lik yeraltı polietilen qaz xəttinə birləşmə yerinin üzərini tam açmalarını, xəttin üzərini açdıqdan sonra həmin yeri köpüklü məhlulla yoxlamalarını, lakin hər hansı bir qaz sızması aşkar edilmədiyi barədə məlumat vermişdir. Həmin vaxt Şahid7 evin qaz sayğacına çəkilmiş diametri 32 mm-lik qaz xəttini kəsərək xəttə təbii qazın gəlibgəlməməsini yoxlaması barədə göstəriş vermişdir. Az sonra ona zəng edən Şahid7 bildirmişdir ki, evin qaz sayğacına yeraltı çəkilmiş diametri 32 mm-lik polietilen borunu kəsdikdə xətdən təxminən bir vedrə su çıxmış, su çıxdıqdan sonra xəttə təbii qaz gəlmişdir. Xətdə təbii qaz gəldiyi üçün küçəyə təbii qazın verilişini dayandıraraq kəsdikləri yeri bərpa edərək qaz xəttini evin qaz sayğacına qoşmuşlar və evə təbil qazın verilişi təmin etmişlər. Şahid7 bərpa işləri başa çatdıqdan sonra həmin yeri yenidən köpüklü məhlulla yoxlamış və qaz sızmasının olmadığını müəyyən edərək getmişdir. Şahid7 həmin ərazini tərk etdikdən sonra "xxxx" QSC-nin X14 xətt baxıcısı Təqsirləndirilən şəxs həmin gün saat 12 radələrində Nəvai küçəsi 2-ci döngə, 2A ünvana gedərək orada təkrar yoxlama aparmış və hər hansı bir qaz sızması aşkar etməmişdir. 19 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində evdə olduğu zaman Gəncə Xidmət Sahəsi üzrə 104 qəza xidmətinin növbətçisi zəng edərək, ünvan 3 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verməsi, nəticədə həmin vaxt evdə olan X5 və Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri aldıqları üçün xəstəxanaya yerləşdirilmələri barədə məlumat vermişdir. Dərhal hadisə yerinə getmişdir, çatdıqda həqiqətən də partlayışın ikimərtəbəli fərdi yaşayış evində baş verdiyini, partlayışın təsirindən evin bir divarının küçəyə doğru aşdığını görmüşdür, hadisə nəticəsində ev sakinləri Sahibə Verdiyevanın və oğlu Zərərçəkmiş şəxs2 xəsarət alaraq xəstəxanaya aparıldıqlarını eşitmişdir. Ertəsi gün, saat 10 radələrində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin ekspertlərinin, “Azəriqaz” X10 Regional Qaz İdarəsinin, həmin İdarənin Gəncə Xidmət sahəsinin və "xxxx" QSC-nin X14 əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı ilkin olaraq partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanılmış, evdən 1.7 metr aralıda qaz sızmasının olduğu aşkar edilmişdir. Qeyd edilən sahədə qazıntı işləri aparılan zaman yer səthindən 30 sm dərinlikdə, "xxxx" MMC tərəfindən çəkilmiş diametri 50 mm-lik polietilen boru, həmin borudan 7 sm aşağıda yefaltı çəkilmiş Gəncə RQİİ-nin balansında və istismarında olan diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğu aşkar edilmiş, borunun həmin hissəsinin üzəri torpaq qatından təmizləndikdə borunun sonluğunda dördkünc formalı qapayıcının bir tininin sındığı, sınma yerindən az aşağıda boru üzərində dəlik və zədələrin olduğu, dəlik əmələ gəlmiş yerdən isə təbii qazın sızdığı aşkar edilmiş, qaz xəttinin həmin hissəsi kəsilərək götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısı ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğunda aşkar edilmiş zədə 27 sentyabr 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən aparılan işlər zamanı traktorun üzərində olan mişarın xəttə toxunması nəticəsində əmələ gəlmişdir. Qeyd olunan yeraltı polietilen qaz xətti 2013-cü illərdə çəkilməklə “Azəriqaz” İB Gəncə X28 İdarəsinin balansında və istismarında olmuşdur. “Azəriqaz” İB ilə "xxxx" QSC arasında bağlanmış 01 iyun 2020-cı il tarixli satınalma müqaviləsinə əsasən Gəncə RQİİnin balansında və istismarında olan yeraltı və yerüstü qaz xətlərinə texniki baxış "Təmiz qaz” QSC X25 tərəfindən aparılır. Müqaviləyə Əsasən “Azəriqaz” İB-nin Gəncə X28 İdarəsinin müvafiq strukturları tərəfindən tərtib olunmuş qaz xətlərinin siyahısı təsdiq olunmuş vəziyyətdə "xxxx"a təqdim olunur. "xxxx" QSC-nin əməkdaşları siyahıda göstərilən qaz xətlərinə istər yeraltı, istər yerüstü, onların üzərində quraşdırılmış qaz avadanlıqlarına o cümlədən qaz tənzimləyici qurğulara açıcı və bağlayıcı kran siyirtmələrə, yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı qaz, su, kanalizasiya, rabitə, elektrik quyularına gəzmə üsulu və ya xüsusi avadanlıqlarla təchiz eciilmiş mobil neqliyyat vasitələri ilə texniki baxışı həyata keçirirlər. Texniki baxış zamanı aşkar olunmuş qaz sızmalar barədə məlumat həmin gün elektron qaydada Gəncə X28 İdarəsinin Texniki şöbəsinə göndərilir və alınmış məlumat dərhal elektron qaydada müvafiq rayon və ya şəhər xidmət sahəsinin qəza dispetçer xidmətinə göndərilir. "xxxx" QSC tərəfindən gün ərzində göndərilmiş məlumatlarda aşkar edilmiş qaz sızmaları Gəncə RQİİ-nin Qəza- Dispetçer xidməti tərəfindən aradan qaldırılır. Yeraltı qaz xətlərində sızmalarının aradan qaldırılması üçün qazıntı işlərinə başlanılmazdan öncə qaz sızmasının yeri təsbit etmək məqsədilə əraziyə "xxxx" QSC-nin yeraltı qaz xətlərinə texniki baxış keçirən qrupu dəvət edilərək istifadələrində olan qazanalizatorla ölçmələr aparılır və qazıntı işləri ilkin olaraq ən yüksək qaz sızması aşkar edilmiş yerdə aparılır. Yeraltı qaz xəttində qaz sızması aşkar olunmuş yerdə təmir-bərpa işi aparıldıqdan sonra xəttin üzəri örtülməzdən öncə "xxxx" QSC-nin əməkdaşları təkrarən əraziyə çağırılaraq istifadələrində olan cihazlarla təmir edilmiş yer, eləcə də onun yaxın ətrafında yoxlama aparılır, yoxlama nəticəsində qaz sızması olmadığı halda həmin yerin üzəri torpaqlanır. Xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara texniki baxışın keyfiyyətlə həyata keçirilməsi, xarici yeraltı, yerüstü qaz kəmərlərində, siyirtmələrdə və tənzimləyicilərdə aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızmaları barədə məlumatın verilməsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi xətt baxıcılarının vəzifəsinə aiddir. 29 sentyabr 2021-ci il tarixdə "xxxx" QSC-nin xətt baxıcısı Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinə texniki baxış keçirsə də baxışı tələb olunmuş qaydada keçirmədiyindən qaz sızmasını aşkar etməmiş və bu barədə məlumat verməmişdir. Baş vermiş hadisəyə səbəb ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə evə dolması olmuşdur. Şahid9 suallara cavab olaraq bildirmişdir ki, təmir işləri aparılan zaman o, həmin ünvanda olmamışdır. Ayın 28-i onlar orada təmir işləri görməmişlər. Təmir işləri 29 sentyabr tarixində həyata keçirilmişdir. Minenerqo MMC orada küçə işqılandırma işləri həyata keçirilirdi. Həmin günü gedəndə onda marşrut xəritəsi olmadığı üçün, xəndəyin qaz xəttinin üzəri ilə getməsini müəyyən edə bilməmişdir. Amma sonradan aydın oldu ki, Minenerqo MMC-nin əməkdaşları elektrik xəttini onların qaz xəttinin üzərindən aparmışlar. Həmin küçədə işqılandırma işlərinin həyata keçirilməsi ilə bağlı olaraq Minenerqo MMC onlarla razılaşdırma aparmamış və onlara həmin küçədə işlərin görülməsi ilə bağlı məlumat verməmişlər. Bu məsələ ilə bağlı o, Minenerqoya öz iradını bildirmişdir, onlar isə cavabında ona icra hakimiyyəti ilə razılşadırma apardıqlarını dedilər. Onlar artıq təmir işləri görüb qurtaran zaman Minenrqo MMC artıq öz işlərini görüb qurtarmışdı. Deyəsən naqil qoymuşdular. Amma dəqiq şəkildə məlumatı yoxdur. Onlar bu məsələ ilə bağlı rəsmi məktubla Gəncə şəhər İcra Hakimyyətinə məktubla Gəncə şəhərində aparılan qazıntı işləri ilə bağlı məktub ünvanlamışlar.Həmin məktubda işlərin görülməsinin Azəriqazla razılşadırılmadığı ilə bağlı məsələni onların diqqətinə çatdırmışlar.Bu məktubu onlar partlayışdan sonra ünvanlamışlar. Partlayışdan sonra o maraqlanmış, onlara məlumat verdilər ki, orada artıq işıqlandırma işlərinin həyata keçirilməsi qadağan olundu. O tapşırıq vermişdir ki, qaz xətti kəsilsin və problemin nə olduğu aydınlaşdırılsın. Orada görülən işlərlə bağlı ona məruzə olunurdu. Lakin, o, orada təmir işləri görülən zaman olmamışdır. Sonra qaz xəttindən su çıxdı və bundan sonra demişdir mufta alısınlar alıb gətirib həmin yeri təmir etdilər. Təmir etdikdən sonra təmir olunan yeri sabun köpüyü ilə yoxladılar. Bundan sonra Təmiz Qazın əməkdaşları gəlib cihazla təmir olunan yeri yoxladılar. Problem olmadığı və sızmanın olmadığı müəyyən edildi. İkinci dəfə yoxlamanın aparılması ilə bağlı o,"xxxx"QSC-ə müraciət etməmişdir. Lakin tapşırmışdır ki, gəlib oranı yoxlasınlar. Adətən təmirdən sonra X37 həmin yerin yoxlanılması üçün çağırırlar. Həmçinin bu yoxlamalara dair müraciətlər şifahi şəkildə həyata keçirilirdi. İş xətrinə, yoldaşlıq xətrinə onlar belə şifahi şəkildə fəaliyyət göstərmişlər. Belə ki, sızma şübhəsi olduqda onlardəvət olunur, gəlib sızma tapan zaman həmin yeri rənglə işarələyirdilər. Onlar rəsmi olaraq göndirilən naryadlarla bağlı naryad buraxılış vərəqəsi hazırlayırlar. Həmin naryad buraxılış vərəqəsi də əmr əsasında həyata keçirilir. Qəşəm Nəsirov ona sadəcə qaz yanmaması ilə bağlı məlumat verdi. Bundan artıq ona heç bir məlumat verməmişdi. Ona qaz iyinin gəlməsi ilə bağlı və ya qaz xəttinin zədələnməsi ilə bağlı o vaxt heç bir məlumat verməmişdi. Qəşəm ona bildirmişdi ki, abonent burada mənim üstümə düşüb ki, sən burada qazıntı işləri aparandan sonra bizim evə qaz gəlmir. Taleh müəllim ona demişdir ki, onlara köməklik göstər. Çünki bunlar orada işləyəndən sonra vətəndaş şikayət edir onlardan ki, onlar xəndək qazandan sonra evə qaz gəlmir. Buna görə də məsələni araşdırmağını və həll etməyimi tapşırdılar. O, qaz təchizatında mühafizə zonalarına dair təlimatı bilir. Bu barədə məlumatı olduğu üçün o Minenerqo MMC-nin işçilərinə öz iradımı bildirmişdir. Bununla bağlı o baş mühəndisə lazımi şəkildə məlumat vermişdir. O, həmin vəzifəyə rəsmi şəkildə təyin edilmədiyi üçün sənədləşdirmə işləri aparmamışdır. O, şifahi şəkildə Azər Bayramova məlumat vermişdir.X22ra qaz iyinin gəlməsi və zədələnmə ilə bağlı məlumat versəydi, ilk öncə onlar qaz təchizatını dayandıraraq, zədələnmiş hissəni qazmalı idilər və yenə də Təmiz Qazı çağırmalı idilər.O 300 metr xətt yerin altındadı, həmin zədələnmiş yerin tapılması üçün o, Təmiz Qazı dəvət etməlidir ki, gəlib həmin xətti yoxlasın və zədələnmiş hissəni tapsın. Əgər Qəşəm ona zədələnmiş hissəni göstərsəydi o zaman istintaq idarəsi ilə birlikdə orada qazıntı işlərini görən zaman Qəşəm ondan tələb edərdi. Əməkdaşlar 27-i orada olarkən oradan qaz iyinin gəlməsi ilə bağlı ona məlumat verməyiblər. X36 məlumat verdi ki,orada sızma yoxdu. Xəttin üstü açılanda xəttə üstünə baxmışlar ki, orada hər hansı bir zədələnmə halı yoxdur. Bundan sonra o evə gedən xəttin kəsilməsi ilə bağlı işçilərə məlumat vermişdir. Onlar həmin xətti kəsdilər və xətdən su axmağa başladı.Qaz borusunu qazın gəlməməsi ilə bağlı kəsdirmişlər və suyu çıxarmışlar. Su 63 mm-lik borudan çıxmışdı. Qaz xəttinin sonluğu həmin evin yanındadır. Evin yanında olduğu üçün qaz xəttinə suyun 200 metr məsafədən hansı evdən dolması ilə bağlı məlumatı yoxdur. Suyun dolma səbəbi qonşulardan birinin pitminutkanı səhv qoşması olmuşdur. Qaz borusuna su frilans birləşmələrdən də dola bilər. Yerinaltında siyirtmələrdə həmin birləşmələr olur, bunun nəticəsində qaz xəttinə su dola bilər. Nəvai küçəsində frilans birləşmələr yox idi. Ola bilər ki, həmin yeraltı sular Şahsevənlər tərəfindən dola bilər. Təkrar yoxlama zamanı isə 15 metr məsafədə yoxlama aparılmalı idi. Bu məsələ ilə bağlı olaraq o, işçilərinə tapşırıq verməsə də onlar küçədə bir ədəd kanalizasiya qurğusunun olması ilə bağlı məlumat verdilər və dedilər ki, həmin quyunu biz havalandırmışıq. Gəlib fakt sızma versəydilər o zaman onlar da həmin işi təmin edərlər və bu məsələ də baş verməzdi. Cihaz qaz iyinə çox həssasdır və o qaz sızmasını müəyyən edə bilərdi. Qazın iysi odorantdıdır. Cihaz isə qaz iysi ilə yox onun tərkibində olan maddələrlə qaza reaksiya verir. Bu məsələni onlar aydınlaşdırmalı deyil. Onlar özləri təmir etdikləri yeri yoxlayır. Həmin təmir edilən yeri də sabun köpüyü vasitəsi ilə yoxlamışlar. Əgər təmir və ya qaynaq edilən yerdən hər hansı bir sızma aşkar edilməzsə bu zaman qaynaq edilən və ya təmir edilən yer keyfiyyətli şəkildə təmir edilmiş hesab edilir. Partlayış baş verən günü ilk öncə onların təmir etdikləri yer yoxlanılmışdir. Həmin yoxlama zamanı təmir edilən yerdə hər hansı bir sızma aşakarlanmamışdır. Qaz sızması isə sayğacdan 2 metr o biri tərəfə qaz borusunun sonluğunda aşkarlanıb. X37 həmin yerə ümümiyyətlə yoxlama aparmaq üçün çağırmışdılar. Çünki abonentin evinə qaz gəlmir və qazın gəlməməsi ilə bağlı ümumiyyətlə sızıntının olub-olmamasını müəyyən etmək məqsədilə X37 ora dəvət etmişdilər. Onun qaz sızması ilə bağlı ehtimalı olduğu üçün Təmiz Qazı orada yoxlama aparılması üçün dəvət edilmişdir. Təmiz Qaz da gələrək ümumiyyətlə sızma olmadığını müəyyən etmişlər. Onlar ikinci səfər 50 metr radiusunda xəttin yoxlanılması üçün müraciət etmişlər.O, ümumilikdə təmir edilən yeri nəzərdə tutmuşdur. Təmir edilən hissəni nəzərdə tutmamışdır. Təmir edilən hissə ilə təmir edilən yer ayrı ayrı anlayışlardır. Buna görə də o, belə sözdən istifadə etmişdir. Qaz təsərrüfatı haqqında qanuna uyğun olaraq 50 metr radiusunda yoxlama aparılmalıdır. Təmir olunan yer 50 metr radiusundadır. O, sızma yerinə qədər 50 metr radiusda təmir olunan yeri nəzərdə tutmuşdur.Həmin ərazidə sızma hadisəsinin baş verməsi 5 metr qıraqda olub. Həmçinin həmin sızma halının olub olmaması ilə bağlı da o,"xxxx"ı dəvət etmişdir. Təmiz qaz isə sızma hadisəsini müəyyən edə bilməyib. Sökülən vaxt həmin qaz xəttinin hissəsində kəsik olmuş və bunun nəticəsində partlayış baş vermişdir. "xxxx" MMC onlara müqavilə əsasında qaz xətlərinə texniki baxışın həyata keçirilməsinə dair xidmətləri göstərir. İndiyə kimi bu olmuşdur. Sadəcə onlar şifahi şəkildə bunu həyata keçirirdi. Hadisəyə kimi şifahi şəkildə qeyri-rəsmi çağırışlar olub. Hadisədən sonra isə qeyri-rəsmi çağırışlara son qoyulub. Onlar hadisədən əvvəl "xxxx"a şifahi şəkildə müraciət edirdi. Lakin onlar gələ bilmədiklərini dedikləri zaman və yazılı şəkildə məktub istədikləri zaman bununla bağlı olaraq onlar məktubla Təmiz Qaza müraciət edirdilər. Onlar Kamranı ora rəhbərliklə razılaşdırılmış şəkildə qaz sızmasının olub-olmamasını müəyyən etmək üçün dəvət etmişlər. Qaz təhükəli partlayış işləri olan zaman onlar bununla bağlı orada görülən işlərlə bağlı rəsmiləşdirmə işləri görürlər. Bununla bağlı heç bir sənədləşmə aparmamışlar. Bizə deyilibb ki sızma yoxdu. Bununla bağlı rəsmi şəkildə sənədləşdirilmə işləri görülməmişdir. Ona 28-i verilən məlumata görə Nəvai küçəsində evdə qazın gəlməməsi ilə bağlı zəng etdilər. 104 qəza xidmətindən zəng gəldi. O gəlmiş, 28-i dedilər ki, qaz yanmır lakin qonşunun evinə isə qaz gəlir. Bununla bağlı olaraq demişlər ki, ilk öncə sayğaca baxaq. Bəlkə sayğacda problem var. Sayğacı açıb baxdmışlar ki, sayğaca qaz gəlir. Oradan çıxıb gedən zaman baş mühəndisə zəng eləyib demişdir ki, burada evə qaz gəlmir. Taleh müəllim də tapşırıb ki, məsələni həll edin. Bundan sonra baş mühandis ona həmin məsələnin aydınlaşdırılması ilə bağlı "xxxx"a zəng edilməsini tapşırdı. O da bundan sonra Şahid13 zəng etdi ki, Təmiz Qazın əməkdaşlarından birini həmin əraziyə dəvət eləsinlər. Sonra Samir ona zəng eləyib dediki, bu gün gəlib ora baxa bilməyəcəklər sabah üçün isə gəlib baxa biləcəklər. Bundan sonra o, Samirə tapşırdı ki, o gedib həmin əraziyə baxan zaman onların işçilərdən də orada kimsəolsun. Sonra zəng elədilər ki, gəlib yoxlayıblar və orada sızma yoxdur. Həmçinin dedilər ki, biz xəttin üstünü artıq açmışıq. Xəttin üzərində hər hansı qırıq, kəsik va digər zədələr görmədiyimiz üçün o işçilərə xəttin kısilməsi ilə bağlı tapşırıq vermişdir. Onlarda sayğaca gedən xətti kəsdilər və həmin xəttdən su çıxmışdı. Bərpa olunandan sonra evə qaz gəlməyə başladı. Həmin kəsilən yerin yenidən yoxlanılması üçün "xxxx"a müraciət edilmiş və xəttin üzəri hələki bağlanmamışdı."xxxx"ın əməkdaşı gəldi yoxlama apardı və bundan sonra sızmanın olmaması müəyyən edilmişdi. Təmir olunandan sonra onlara 2 ay sonra noyabr ayının 19-u məlumat daxil oldu ki, Nəvai küçəsində partlayış baş verib. Qaz təminatı dayandırılmışdı və sabahısı həmin ərazidə baxış keçirilmişdi. Zədəli hissə tapılmış və zədəli hissə tapılandan sonra məlum olmuşdu ki, qaz sızması buradan qaynaqlanır. Həmin günü bu məlumatı "xxxx"a baş mühəndis demişdir. Baş mühəndis həmin dövrdə Azər Bayramov olmuşdur. Bu hadisə baş verənədək onlar şifahi şəkildə məsələni həll etmişlər. Belə ki, hadisə baş verəndən sonra onlar artıq rəsmi şəkildə yazılı qaydada müraciət etməyə başladılar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 hadisəni xatırlamadığını bildirmişdir. Ona görə də, onun ibtidai istintaqdakı ifadəsinin elan edilməsi haqqında qərar qəbul edilmişdir. Şahid10 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, "xxxx" QSC-nin X14 böyük mühəndisi vəzifəsində işləyir. 19 noyabr 2021-ci il tarixdə saat 14 şadələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi barədə məlumat almış, lakin həmin gün hadisə yerində olmamışdır. Ertəsi gün, saat 10 radələrində hadisə yerinə getmiş, həqiqətən də ünvan 3 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin bir divarının uçduğunu, evdə dağıntıların əmələ gəldiyini görmüş, hadisə nəticəsində ev sakinləri X5 və Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiklərini eşitmişdir. Saat 10:00-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin ekspertlərinin, “Azəriqaz” X10 X28 idarəsinin, həmin İdarənin Gəncə xidmət sahəsinin və özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı ilkin olaraq istifadəsində olan “Sensit PMD” markalı qazanalizator cihazı ilə evin yaxınlğında ölçmələr aparmış və Gəncə şəhəri, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, Gəncə RQİİ-nin balansında və istismarında olan diametri 63 mm-lik yeraltı polietilen qaz xətti keçdiyi sahədə VOL səviyyəsində partlayış təhlükəli qaz sızmasının olduğunu aşkar etmiş, qeyd edilən sahədə qazıntı işləri aparılan zaman yer səthindən 30 sm dərinlikdə diametri 50 mm-lik polietilen borunun keçdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən "xxxx" MMC-nin nümayəndələri diametri 90 mm-lik polietilen boru xəttinin, küçənin işıqlandırılması məqsədi ilə, onlar tərəfindən basdırıldığını, həmin boru xəttinin küçədə quraşdırılacaq işıq dirəklərinə Yeraltı çəkiləcək elektrik kabelinin izolyasiya örtüyü olduğunu bildirmişlər. Qazıntı işlərinin davamında həmin borudan 7 sm aşağıda Gəncə RQİİ-nin balansında və istismarında olan yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğu aşkar edilmiş, üzəri torpaq qatından təmizlənmiş və borunun sonluğunda dördkünc formalı qapayıcının bir tininin sındığı, sınma yerindən az aşağıda boru üzərində dəlik və zədələrin olduğu, dəlik əmələ gəlmiş yerdən isə təbii qazın sızdığı aşkar edilmişdir. Məlum olmuşdur ki, 2021-ci ilin sentyabr ayının 27-də "xxxx" MMC tərəfindən partlayış baş vermiş evin yerləşdiyi küçədə küçənin işıqlandırılması işlərinə başlanılmış, onlar küçədə quraşdıracaqları işıqlandırma dirəklərinə elektrik xətlərini yeraltı çəkmək məqsədi ilə küçədə üzərində xüsusi yerkəsən mişar olan traktorla yeri kəsərək qazmışlar və həmin vaxt traktorun üzərində olan mişarın Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, diametri 63 mm-lik yeraltı polietilen qaz xəttini zədələmişlər. Bundan sonra, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC X14 xətt baxıcısı Təqsirləndirilən şəxs Gəncə RQİİ-nin ustası Şahid13 telefon zənginə əsasən Gəncə şəhəri, Nəvai küçəsinə gedərək həmin küçə ilə çəkilmiş qaz xəttinə texniki baxış keçirmiş və hər hansı bir qaz sızması aşkar etməmişdir, Gəncə şəhəri, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, dametri 63 mm-lik yeraltı polietilen qaz xətti “Azəriqaz” İB Gəncə X28 idarəsinin balansında və istismarında olmuşdur. “Azəriqaz” İB ilə "xxxx" QSC arasında bağlanılmış 01 iyun 2020-cı il tarixli satınalma müqaviləsinə əsasən Gəncə RQİİ-nin balansında və istismarında olan yeraltı və yerüstü qaz xətlərinə texniki baxış "xxxx" QSC X25 tərəfindən aparılır. Müqaviləyə əsasən “Azəriqaz” İB-nin Gəncə X28 idarəsinin müvafiq strukturları tərəfindən tərtib olunmuş qaz xətlərinin siyahısı təsdiq olunmuş vəziyyətdə "xxxx" QSC-yə təqdim olunur. "xxxx" QSC-nin əməkdaşları siyahıda göstərilən qaz xətlərinə istər yeraltı, istər yerüstü, onların üzərində quraşdırılmış qaz avadanlıqlarına o cümlədən qaz tənzimləyici qurğulara açıcı və bağlayıcı kran siyirtmələrə, yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı qaz, su, kanalizasiya, rabitə, elektrik quyularına gəzmə üsulu və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə texniki baxışı həyata keçirirlər. Texniki baxış zamanı aşkar olunmuş qaz sızmalar barədə məlumat həmin gün elektron qaydada Gəncə X28 idarəsinin texniki şöbəsinə göndərilir və alınmış məlumat dərhal elektron qaydada müvafiq rayon və ya şəhər xidmət sahəsinin qəza dispetçer xidmətinə göndərilir. "xxxx" QSC tərəfindən gün ərzində göndərilmiş məlumatlarda aşkar edilmiş qaz sızmaları Gəncə RQİİ-nin Qəza- Dispetçer xidməti tərəfindən aradan qaldırılır. Yeraltı qaz xətlərində sızmaların aradan qaldırılması üçün qazıntı işlərinə başlanılmazdan öncə qaz sızmasının yerini təsbit etmək məqsədilə əraziyə "xxxx" QSC-nin yeraltı qaz xətlərinə texniki baxış keçirən qrupu dəvət edilərək istifadələrində olan qazanalızatorla ölçmələr aparılır və qazıntı işləri ilkin olaraq ən yüksək qaz sızması aşkar edilmiş yerdə aparılır. Yeraltı qaz xəttində qaz sızması aşkar olunmuş yerdə təmir-bərpa işi aparıldıqdan sonra xəttin üzəri örtülməzdən öncə "xxxx" QSC-nin əməkdaşları təkrarən əraziyə çağırılaraq istifadələrində olan cihazlarla təmir edilmiş yer, eləcə də onun yaxın ətrafında yoxlama aparılır, yoxlama nəticəsində qaz sızması olmadığı halda həmin yerin üzəri torpaqlanır. Xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara texniki baxışın keyfiyyətlə həyata keçirilməsi, xarici yeraltı, yerüstü qaz kəmərlərində, siyirtmələrdə və tənzimləyicilərdə aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızmaları barədə məlumatın verilməsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi xətt baxıcılarının vəzifəsinə aiddir. "xxxx" QSC X14 xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən 29 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsisi ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinə texniki baxış keçirsə də, baxışı tələb olunmuş qaydada keçirmədiyindən qaz sızmasını aşkar etməmiş və bu məlumat verməmişdir. Baş vermiş hadisəyə səbəb ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə evə dolması olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid12 bildirmişdir ki, "xxxx" QSC-nin X14 böyük mühəndisi vəzifəsində işləyir. 19 noyabr 2021-ci il tarixdə saat 14 şadələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi barədə məlumat almış, lakin həmin gün hadisə yerində olmamışdır. Ertəsi gün, saat 10 radələrində hadisə yerinə getmiş, həqiqətən də ünvan 15 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin bir divarının uçduğunu, evdə dağıntıların əmələ gəldiyini görmüş, hadisə nəticəsində ev sakinləri X5 və Zərərçəkmiş şəxs2 yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiklərini eşitmişdir. Saat 10:00-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin ekspertlərinin, “Azəriqaz” X10 X28 idarəsinin, həmin İdarənin Gəncə xidmət sahəsinin və özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı ilkin olaraq istifadəsində olan “Sensit PMD” markalı qazanalizator cihazı ilə evin yaxınlğında ölçmələr aparmış və Gəncə şəhəri, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, Gəncə RQİİ-nin balansında və istismarında olan diametri 63 mm-lik yeraltı polietilen qaz xətti keçdiyi sahədə VOL səviyyəsində partlayış təhlükəli qaz sızmasının olduğunu aşkar etmiş, qeyd edilən sahədə qazıntı işləri aparılan zaman yer səthindən 30 sm dərinlikdə diametri 50 mm-lik polietilen borunun keçdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən "xxxx" MMC-nin nümayəndələri diametri 90 mm-lik polietilen boru xəttinin, küçənin işıqlandırılması məqsədi ilə, onlar tərəfindən basdırıldığını, həmin boru xəttinin küçədə quraşdırılacaq işıq dirəklərinə Yeraltı çəkiləcək elektrik kabelinin izolyasiya örtüyü olduğunu bildirmişlər. Qazıntı işlərinin davamında həmin borudan 7 sm aşağıda Gəncə RQİİ-nin balansında və istismarında olan yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinin sonluğu aşkar edilmiş, üzəri torpaq qatından təmizlənmiş və borunun sonluğunda dördkünc formalı qapayıcının bir tininin sındığı, sınma yerindən az aşağıda boru üzərində dəlik və zədələrin olduğu, dəlik əmələ gəlmiş yerdən isə təbii qazın sızdığı aşkar edilmişdir. Məlum olmuşdur ki, 2021-ci ilin sentyabr ayının 27-də "xxxx" MMC tərəfindən partlayış baş vermiş evin yerləşdiyi küçədə küçənin işıqlandırılması işlərinə başlanılmış, onlar küçədə quraşdıracaqları işıqlandırma dirəklərinə elektrik xətlərini yeraltı çəkmək məqsədi ilə küçədə üzərində xüsusi yerkəsən mişar olan traktorla yeri kəsərək qazmışlar və həmin vaxt traktorun üzərində olan mişarın Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, diametri 63 mm-lik yeraltı polietilen qaz xəttini zədələmişlər. Bundan sonra, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC X14 xətt baxıcısı Təqsirləndirilən şəxs Gəncə RQİİ-nin ustası Şahid13 telefon zənginə əsasən Gəncə şəhəri, Nəvai küçəsinə gedərək həmin küçə ilə çəkilmiş qaz xəttinə texniki baxış keçirmiş və hər hansı bir qaz sızması aşkar etməmiş,Gəncə şəhəri, Nəvai küçəsi ilə yeraltı çəkilmiş, dametri 63 mm-lik yeraltı polietilen qaz xətti “Azəriqaz” İB Gəncə X28 idarəsinin balansında və istismarında olmuşdur. “Azəriqaz” İB ilə "xxxx" QSC arasında bağlanılmış 01 iyun 2020-cı il tarixli satınalma müqaviləsinə əsasən Gəncə RQİİ-nin balansında və istismarında olan yeraltı və yerüstü qaz xətlərinə texniki baxış "xxxx" QSC X25 tərəfindən aparılır. Müqaviləyə əsasən “Azəriqaz” İB-nin Gəncə X28 idarəsinin müvafiq strukturları tərəfindən tərtib olunmuş qaz xətlərinin siyahısı təsdiq olunmuş vəziyyətdə "xxxx" QSC-yə təqdim olunur. "xxxx" QSC-nin əməkdaşları siyahıda göstərilən qaz xətlərinə istər yeraltı, istər yerüstü, onların üzərində quraşdırılmış qaz avadanlıqlarına o cümlədən qaz tənzimləyici qurğulara açıcı və bağlayıcı kran siyirtmələrə, yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı qaz, su, kanalizasiya, rabitə, elektrik quyularına gəzmə üsulu və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə texniki baxışı həyata keçirirlər. Texniki baxış zamanı aşkar olunmuş qaz sızmalar barədə məlumat həmin gün elektron qaydada Gəncə X28 idarəsinin texniki şöbəsinə göndərilir və alınmış məlumat dərhal elektron qaydada müvafiq rayon və ya şəhər xidmət sahəsinin qəza dispetçer xidmətinə göndərilir. "xxxx" QSC tərəfindən gün ərzində göndərilmiş məlumatlarda aşkar edilmiş qaz sızmaları Gəncə RQİİ-nin Qəza- Dispetçer xidməti tərəfindən aradan qaldırılır. Yeraltı qaz xətlərində sızmaların aradan qaldırılması üçün qazıntı işlərinə başlanılmazdan öncə qaz sızmasının yerini təsbit etmək məqsədilə əraziyə "xxxx" QSC-nin yeraltı qaz xətlərinə texniki baxış keçirən qrupu dəvət edilərək istifadələrində olan qazanalızatorla ölçmələr aparılır və qazıntı işləri ilkin olaraq ən yüksək qaz sızması aşkar edilmiş yerdə aparılır. Yeraltı qaz xəttində qaz sızması aşkar olunmuş yerdə təmir-bərpa işi aparıldıqdan sonra xəttin üzəri örtülməzdən öncə "xxxx" QSC-nin əməkdaşları təkrarən əraziyə çağırılaraq istifadələrində olan cihazlarla təmir edilmiş yer, eləcə də onun yaxın ətrafında yoxlama aparılır, yoxlama nəticəsində qaz sızması olmadığı halda həmin yerin üzəri torpaqlanır. Xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara texniki baxışın keyfiyyətlə həyata keçirilməsi, xarici yeraltı, yerüstü qaz kəmərlərində, siyirtmələrdə və tənzimləyicilərdə aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızmaları barədə məlumatın verilməsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi xətt baxıcılarının vəzifəsinə aiddir. "xxxx" QSC X14 xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən 29 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsisi ilə yeraltı çəkilmiş diametri 63 mm-lik polietilen qaz xəttinə texniki baxış keçirsə də, baxışı tələb olunmuş qaydada keçirmədiyindən qaz sızmasını aşkar etməmiş və bu məlumat verməmişdir. Baş vermiş hadisəyə səbəb ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə evə dolması olmuşdur. Şahid12 suallara cavab olaraq bildirmişdir ki, torpaq qatında ağarmalar olmuşdur. Xəttin son uc hissəsində zədələnmə olmuşdur. Son təmir edilən yerdən 8 metr məsafədə sızma yerinin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yoxlama barədə ona məlumat verməmişdir. Gündəlik təlimatlandırmanı hər gün özü aparır. PMD cihazı vasitəsilə yoxlama aparılır. Qrafikdən kənar olduğu zaman sadəcə həmin hissə yoxlanılır, qrafik üzrə olduğu zaman isə vəzifə təlimatlarına və verilən marşrut xətlərinə uyğun yoxlama aparılır. Onun vəzifə təlimatı var. 2-ci və 4-cü bəndlərində ərazidə yeraltı və yerüstü qaz xətlərinə texniki baxış keçirilir. Sızma varsa şurflama edilir və dəqiq yeri müəyyən edilir. Sızma varsa kommunikasiya quyularına və zirzəmilərinə baxmalıdır. Sızma yoxdursa şurflama və kommunikasiya xətlərinə baxmamalıdır. Sızma aşkar olunarsa xəttin 15 metr məsafədə yoxlama həyata keçirilməlidir. Sızma aşkar olunarsa şurflama işləri aparılır ki onun dəqiq yeri müəyyən edilsin. Partlayış baş verən zaman növbəli yoxlama fevral, avqust aylarında aparılmışdır. Ondan başqa yoxlama aparılmamışdır. Yoxlama mobil qrup vasitəsilə qrup şəklində PMD cihazı vasitəsilə yoxlama aparılır. Əgər cihazla yoxlama aparılarsa və sızma yoxlama aparılan zaman müəyyən edilmirsə qaz sızmanı vizual əlmaətlərlə müəyyən etmək olar. Yaşıllıqların məhv olması, saralma və ya torpqada yanmanın olması vizual əlamətlərdəndir. Qaz təchizatında mühafizə zonaları və qaz təsərrüfatında təhlükəsizlik qaydaları rəhbər tutulur. Sensit PMD cihazı yaddaş saxlayır. Həmin gün Təqsirləndirilən şəxs tərəfindən aparılan yoxlama həmin cihazın yaddaşında qalmışdır. Yaddaşı rəhbərliyə təqdim edilmişdir. Həmin yolxamanı məhkəməyə təqdim etmək olar. Təqsirləndirilən şəxs öz üzərinə düşən hissəni düzgün şəkildə yolxayıb və öz üzərinə düşən vəzifələri yerinə yetirib. Suyun qaz borusuna dolması qazın gedişini dayandırıb və sızmanın müəyyən edilməsini mümkünsüz edib. Su qaz borusuna dolubsa o zaman həmin cihaz qaz sızmanı göstərə bilməzdi. Şahid13 Təqsirləndirilən şəxs zəng etməsi yoxlama aparılması üçün əsas hesab edilə bilməz. Azəriqazın əməkdaşının telefon zəngi ilə müraciət qəbul edilmir. Ya rəsmi yada telefonaqrama ilə müraciət etməsini xahiş edirik. Təqsirləndirilən şəxs orada olan zaman nə akt tərtib edilmiş nə də hər hansı bir rəsmi sənəd imzalanmışdır. Əgər rəsmi şəkildə müraciət olunsaydı akt tərtib olunardı. İlk öncə xətt baxıcısı yoxlamaya getməmişdən əvvəl xəritə ilə təmin olunmalı və kommunikasiya xətlərinin yerini bilməlidir. Azəriqazın əməkdaşları borunu qaynaq edəndən sonra hər dəfə "xxxx"ınişçilərini yoxlama üçün çağırmırlar. Həmin yoxlama da özləri tərəfindən aparılmalıdır. Yoxlama sabun köpüyü ilə kipiyin təzyiq artırma üsulu ilə həyata keçirilir. Yoxlama zamanı Təqsirləndirilən şəxsla bir yerdə başqa işçi məsuliyyət daşımır. Həmin şəxs yoxlamaya məsuliyyət daşımır. O sadəcə iştirakçı kimi yoxlamanınaparılmasının təsdiqi üçün məlumat verə bilər. Hər hansı bir şirkət qazıntı işləri aparırsa digər qurumlardan mütləq şəkildə rəsmi icazə almalıdırlar. Rəsmi şəkildə gedildiyi zaman xəritə verilir. Qeyri-rəsmi getdiyi üçün xəritə verilməyib. Şurflama qaz sızması aşkar olunan zaman sızmanın yerini dəqiq şəkildə müəyyər etmək üçün istifadə edilir və rəngdən istifadə olunaraq həmin yer təyin olunur. Qaz sızması yoxdursa onda şurflamaya ehtiyac yoxdur. Hadisədən bir gün sonra məlumat aldıq və komanda ilə birlikdə yoxlama apardıq. Gedən zaman evin dağılmağını və partlayışın izlərini gördük. Mənzildə daxili yoxlanış keçirdik. Biz sadəcə olaraq çöl tərəfdən yoxlama apardıq və su dolma hissəsinə baxdıq. Sızmanı aşkar etmək qeyri mümkün idi. Təmir işi gedən yerdə yoxlanış apardıq hadisə baş verdikdən sonra təbii ki həmin hissəni qazıb üzərini açdıqdan sonra yoxladıq və yalnız xəttin üzərini açan zaman qaz sızmasını müəyyən etmişlər. Onlara sızma ilə bağlı rəsmi şəkildə məktub və ya telefonoqram vasitəsilə məlumat daxil olduğu zaman yalnız həmin hissəni və ya təmir olunmuş hissənin yoxlanılmasını aparırlar. Qrafikdənkənar olduğu hissələr olduğu üçün sadəcə hansı yer verilibsə onlaro hissənin yoxlanmasını aparırlar. Növbədənkənar yoxlama zamanı onlara məlumat verməlidir. Onlara bu barədə məlumat verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli Qərarına əsasən Məhkəmənin icraatında olan 1(125)-28/2023 saylı cinayət işi üzrə komissiyon qaydada məhkəmə-təhlükəsizlik ekspertizası təyin edilmiş, Qərarda ekspert qarşısında qoyulmuş suallar üzrə 22 iyun 2023-cü il tarixli 10/375 saylı ekspert rəyi verilmişdir. X1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, həm ekspert komissiyası qaşısında qoyulmuş suallarda, həm də onun şahid qismində dindirilməsi zamanı qazanalizatorla bağlı suallar ünvanlansa da, ekspert komissiyası bu sualları cavablandırmağa səlahiyyətli deyildir. Belə ki, onların qazanalizator cihazı ilə bağlı xüsusi bilikləri mövcud deyildir. Baş vermiş hadisənin qarşısı Təqsirləndirilən şəxs tərəfindən qazanalizator cihazı ilə yoxlama aparılmadan öncə “Azəriqaz”ın əməkdaşları tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın 9.68-ci bəndinin və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik Tədbirləri”nin 7.60-cı bəndinin tələblərinə uyğun olaraq, qaz xəttində təmir işləri aparıldıqdan sonra qaz xətti hava ilə üfürülərək möhkəmliyə və kipliyə sınanmaqla sızmanın müəyyən edilməsi yolu ilə aradan qaldırıla bilərdi. Təqsirləndirilən şəxs əraziyə naryad sənədi olmadan getməsində Şahid12 səhlənkarlığı mövcuddur. Belə ki, Şahid12 ona naryad sənədi vermədən əraziyə yoxlamaya göndərməməli idi. Hər bir halda, qaz sızması ehtimalı var idisə evin daxilində və xaricində bütün xəttlər yoxlanılaraq, “Azəriqaz”a bu barədə məlumat verilməli idi. Rəhbərlik tərəfindən koordinasiya işləri aparılaraq usta-çilingər təyin edilməli idi. Bu hadisənin baş verməsində tam məsuliyyət Təqsirləndirilən şəxs üzərinə qoyulmamalıdır. Düşünür ki, Təqsirləndirilən şəxs qaz sızmasının yoxlamasına qədərki mərhələdə də, “Azəriqaz”ın işçilərinin də səhlənkarlığı da olmuşdur. Amma Təqsirləndirilən şəxs tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın 9.68-ci bəndinin və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik Tədbirləri”nin 7.60-cı bəndinin pozulması halına yol verilsə də, vəzifə təlimatlarının pozulması halına onun tərəfindən yol verilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: 23 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə ********* saylı cinayət işi başnaraq icraata qəbul edilmişdir. 20 noyabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə ünvan 16 ünvanında baş vermişdir. “Azəriqaz” İB ilə "xxxx" QSC arasında bağlanmış satınalma müqaviləsindən görünür ki, "xxxx" QSC müqavilə əsasında yeraltı və yerüstü qaz kəmərlərinə, quyulara texniki baxış dövrü - 6 (altı) ayda bir dəfədən az olmamaqla, qaz tənzimləyicilərə (X17) texniki baxış dövrü 1 (bir) ildə iki dəfədən az olmamaqlaQSC-yə təqdim olunan ünvanlı siyahı üzrə “Azəriqaz” İB-yə məxsus yeraltı və yerüstü orta və aşağı təzyiqli xarici qaz kəmərlərinə, üzərindəki siyirtmələrə, quyulara texniki baxışın keçirilməsi və quyuların təmizlənməsi, qaz tənzimləyicilərinin (X13) yoxlanılması və sazlanması, aşkar olunan qaz sızmalarının yerinin və dərəcəsinin qeydə alınması və gündəlik məlumatları hesabat formasında təsdiq edilərək sifarışçiyə ötürülməsi, sifarişçi tərəfindən rəsmi qaydada təsdiq edilmiş siyahı və xəritələr əsasında yerüstü və yeraltı orta və aşağı təzyiqli xarici qaz kəmərlərinin, qaz tənzimləyici qurğuların (X13) və qaz siyirtmələrinin yoxlanması xidmətlərini, sərhədləri tərəflər arasında razılaşdırılmış Razılaşma Protokolu ilə müəyyən olunmuş qaydada həyata keçirir. "xxxx" QSC tərəfindən 2021-ci il üçün texniki baxış keçirilməsi nəzərdə tutulan Gəncə RQİİ-nin balansında olan xarici yeraltı qaz kəmərlərinin ünvanlı Siyahısından görünür ki, ünvan 188 fevral 2009-cu il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” dan görünür ki, Gəncə şəhəri, Nəvai küçəsi, 2-ci döngədə yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi X7 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Nərimanov rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 149 nömrəli Rəyindəngörünür ki, X5 meyitinin bədən səthində aşkar edilmiş xəsarətlər-ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan başın dairəvi, sifətin, boyunun, yuxarı və aşağı ətrafların, gövdənin ön və arxa səthlərinin ümumi bədən səthinin 98-100%-ni təşkil edən İİİB-İVA dərəcəli termiki yanıq yaraları. Qeyd olunan xəsarətlər həyatidir xx.xx.2021-ci il tarixdə və şəraitdə baş vermiş partlayış nəticəsində yaranmış alovun yerli təsirindən törənmişdir, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X5 meyitinin bədən səthində yuxarıda göstərilən yanıq yaralarından başqa digər xəsarət akşar edilməmişdir. X5 ölümünə səbəb-almış olduğu yanıq xəsarətlərinin nəticəsində baş vermiş ağır dərəcəli yanıq şoku olmuşdur. Ölüm xx.xx.2021-ci il tarixdə, saat 23:42 X16 yanıq şöbəsində baş vermişdir, hansı ki, meyit əlamətlərinin inkişaf dərəcəsində inkar edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Nərimanov rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 894 nömrəli Rəyindəngörünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-sifətin, başın tüklü hissəsinin boyunun, hər iki əllərin, hər iki aşağı ətrafların termiki yanıqları, ümumilikdə bədən səthinin 40%-ni təşkil edən İİ-İİ-İV dərəcəli termiki yanıq yaraları, yüksək hərarətin (alovun) təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixdə baş vermiş qaz partlayışı nəticəsindən yaranmış alovun yerli təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2021-ci il tarixli, 3/1943 nömrəli məhkəmə trasoloji ekspert Rəyindəngörünür ki, təqdiqata təqdim edilən bir ədəd borunun üzərində olan zədə bərk küt predmetin təsirindən yaranmağa xarakterik dəlikdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq dövründə təqdim edilmiş 01 ədəd, məhkəmə istintaqı dövründə təqdim edilmiş 02 DVD ədəd diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD disklərdə qeydə alınmış videofayllarda Gəncə şəhəri, Nəvai küçəsində işıqlandırma işlərinin həyata keçirilməsinin görüntüləri əks etdirilmişdir. Müdafiəçi2 tərəfindən təqdim edilmiş 02 ədəd CD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, CD disklərdə “Sensid PMD” qazanalizator cihazının hadisənin baş verdiyi Gəncə şəhəri, Nəvai küçəsi və onun ətrafında apardığı qaz sızması yoxlamasının lokasiyası və tarixcəsi ilə bağlı yaddaş sxemi öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2022-ci il tarixli, 9/8468 nömrəli məhkəmə əmtəəşünaslıq ekspert Rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş əşyaların zədələnməmişdən əvvəlki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 55470 manat müəyyən olunur. Nəzəri hesablama yolu ilə, ekspertizaya təqdim edilmiş qüsur aktına əsasən 1998-ci il buraxılışlı VAZ 21060 markalı, 20-BP709 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1840 manat təşkil edir. Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/6389 nömrəli məhkəmə tikinti-texniki ekspert Rəyindəngörünür ki, ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus iki mərtəbəli fərdi yaşayış evində müvcud olan qüsurları nəzərə alaraq evin sökülüb yenidən tikilməsinə çəkiləcək xərcin ümumi dəyəri 56700 manat,fərdi yaşayış evinin təmirinə çəkiləcək xərcin ümumi dəyəri 37425 manat, fərdi yaşayış evinə bitişik əlavə tikililərin təmirinə çəkiləcək xərcin ümumi dəyəri 18650 manat məbləğində olmaqla ümumi olaraq 112775 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli 10/495 nömrəli məhkəmə yanğın-texniki ekspertizasının Rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində baş vermiş partlayışın mənbəyi, evin mətbəx otağının daxilində olmuşdur. Partlayış, fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun üzərində yaranmış sızma yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsi ilə evə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının mətbəx otağında yaranan alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ.N601-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndinin, "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri pozulmuşdur. "xxxx" QSC-nin Gəncə RM-nin xətt baxıcısı Təqsirləndirilən şəxs ona verilmiş məlumat əsasında qəza baş vermiş ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan keçən diametri 63 mm-lik yeraltı polietilen qaz xəttindən hər iki tərəfə 15 metrdən məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və.s) quyularında, binaların zirzəmilərində, qazın olub-olmamasını yoxlamamış, texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirməmiş, mövcud olmuş qaz sızmasını aşkar etməmiş və qəza halının aradan qaldırılması üçün düzgün məlumat verməmişdir. Bununla da “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN01-2001) 1.2-ci bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndinin və "xxxx" QSCnin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri "xxxx" QSC-nin Gəncə RM-nin xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/3585 nömrəli əlavə məhkəmə yanğın-texniki ekspertizasının Rəyindəngörünür ki, vəzifə təlimatının 4-cü bəndinin tələblərinə əsasən işlədiyi müddət ərzində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi "xxxx" QCS-nin Gəncə RM-nin xətt baxıcısı kimi işləyən Təqsirləndirilən şəxs üzərinə qoyulmuşdur. "xxxx" QSCnin Gəncə RM-nin xətt baxıcısı Təqsirləndirilən şəxs ona verilmiş məlumat əsasında qəza baş vermiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən 1.7 metr aralıdan keçən diametri 63 mmlik yeraltı polietilen qaz xəttindən hər iki tərəfə 15 metrdən məsafədə yerləşən başqa 24 kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və.s) quyularında, binaların zirzəmilərində, quzın olub-olmamasını yoxlamalı, texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməli, eləcə də mövcud olmuş qaz sızmasını aşkar etməli və bu barədə məlumat verməlidir. "xxxx" QSC-nin direktoru tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq olunmuş xətt baxıcısının vəzifə təlimatına əsasən sifarişçi ilə razılaşdırılmış və iki tərəfli təsdiq olunmuş ünvanlı qrafikə uyğun marşrut sxemi üzrə təhkim edilmiş xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara naryad tapşırıq sənədi əsasında dövrü texniki baxışın keyfiyyətlə həyata keçirilməsi, xarici yeraltı, yerüstü qaz kəmərlərində, siyirtmələrdə və tənzimləyicilərdə aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızması, yaranmış təhlükəli bu və ya digər pozuntular haqqında məlumatın verilməsi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək xətt baxıcısına həvalə olunmuşdur. "xxxx" QSC-nin direktorunun 03 iyun 2019-cu il tarixli 131/k nömrəli Əmrindəngörünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən "xxxx" QSC-nin X19 xətt baxıcısı vəzifəsinə təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli Komisyon qaydada məhkəmə-təhklükəsizlik texnikası ekspertizasının təyin edilməsi haqqında Qərarından görünür ki, iş üzrə komissiyon qaydada məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli 10/3795 nömrəli əlavə məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının Rəyindən görünür ki: “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın 9.68 bəndinin və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydası”nın 7.60 bəndinin tələblərinə görə, Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsi,2 A ünvanda yerləşən qaz xəttində təmir işləri aparıldıqdan sonra qaz xətti hava ilə üfürülməli, möhkəmliyə və kipliyə sınanma tədbirləri həyata keçirildikdən sonra istismara buraxılmalı idi. "Azəriqaz" İstehsalat Birliyinin müvafiq əməkdaşları tərəfindən yuxarıda göstərilən tədbirlər həyata keçirilməklə qaz xəttində olan sızma (o cümlədən boruya suyun dolma şəraiti) müəyyən edilə bilərdi. “Sensid PMD” markalı qazanalizatorun texniki imkanlarının (yəni qaz borusuna su dolduğu şəraitdə sızma olmasını aşkarlaması) müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Google Earth proqramından əldə edilmiş çıxarışlara və qazanalizator cihazının yaddaşında olan məlumatlara əsasən, qaz xəttində qaz sızmasının olmasının müəyyən edilməsi məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının həll etdiyi məsələlərin dairəsindən kənardır. “Azəriqaz” İB ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2020-cı il tarixli satınalma müqaviləsinin tələblərinə görə, "xxxx" QSC təqdim olunan ünvanlı siyahı üzrə “Azəriqaz” İB-yə məxsus yeraltı və yerüstü orta və aşağı təzyiqli xarici qaz kəmərlərinə, üzərindəki siyirtmələrə, quyulara texniki baxışın keçirilməsi və quyuların təmizlənməsi, qaz tənzimləyicilərinin (X13) yoxlanılması və sazlanması xidmətlərinin yerinə yetirilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərində qeyri-rəsmi çağırışlar barədə hər hansı öhdəlik və ya razılaşma yoxdur. Bərpa işindən sonra qaz xətti hava ilə üfürülməli, möhkəmliyə və kipliyə sınanma tədbirləri həyata keçirildikdən sonra istismara buraxılmalı idi. "xxxx" QSC-nin X15 xətt baxıcısı vəzifəsində işləyən Təqsirləndirilən şəxs marşrut sxemi olmadan, naryad tapşırıq sənədi tərtib edilmədən ünvan 10 ünvanda yerləşən qaz xətlərində sızma olub-olmamasının yoxlanılması işini aparması “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.30 bəndinin tələblərinə zidd olmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs həmin işə hər hansı şəxs(lər) tərəfindən cəlb olunması və ya sonuncunun özbaşına (rəhbərliyinə məlumat vermədən) olaraq həmin işi görməsi müəyyən edilməklə, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.30 bəndinin tələblərinin kimin tərəfindən pozulması məsələsi həll edilə bilər. Təqdim edilmiş iş materiallarında olan 07 yanvar 2020-ci il tarixdə "xxxx" QSCnin direktoru Nurşən Əliyev tərəfindən təsdiq edilmiş “Çilingər”in vəzifə təlimatının tələblərinə əsasən onun vəzifə və öhdəliklərinə qaz sızmalarının müəyyən edilməsi deyil, aradan qaldırılması qoyulmuşdur. Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində yerləşən qaz xətlərinə baxış zamanı hər hansı sızma aşkar edilmədiyi üçün "xxxx" QSC-nin Gəncə RMnin çilingəri Şahid10 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Qaz kəmərini istismar edən təşkilatın yazlı göstərişləri və icazəsi olmadan, Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsindəyeraltı qaz kəmərinin zonasında tikinti işləri (yeraltı kommunikasiyaların tikilməsi) aparıldığına görə, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.39 bəndinin tələbləri "xxxx" MMC-nin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaş(lar)ı tərəfindən pozulmuşdur. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 8.2 bəndinin tələblərinə əsasən qaz təhlükəli işlər, o cümlədən istismar olunan (qaz altında olan) yeraltı qaz kəmərlərinin texniki xidməti və təmiri mühəndis-texniki işçinin bilavasitə rəhbərliyi altında aparılmalıdır. Məsul şəxsin kimliyinin müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Belə ki, hazırki cinayət işi üzrə ittiham Təqsirləndirilən şəxs tərəfindən üç normativ tələbin pozulması üzərində qurulmuşdur:
1. Xətt baxıcısının Vəzifə Təlimatı
2. “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın 9.68 bəndi və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydası”nın 7.60 bəndi
3. X3 Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda göstərilən üç normativ tələbin pozulub-pozulmamasına ayrı-ayrılıqda qiymət verməklə ona qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmaması qənaətinə gəlmək olar. Bu məqsədlə məhkəmə istintaqı gedişində 10 aprel 2023-cü il tarixli Qərarla ekspertiza təyin edilmiş, ekspert qarşısında Təqsirləndirilən şəxs yuxarıda göstərilən üç normativ tələbə riayət edib-etməməsi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli 10/3795 nömrəli əlavə məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının Rəyindən doğan sualların aydınlaşdırılması məqsədilə ekspertin şahid qismində dindirilməsi həyata keçirilmişdir. Ekspert Rəyində Təqsirləndirilən şəxs tərəfindən Xətt baxıcısının Vəzifə Təlimatının pozulub-pozulmaması məsələsinə ümumiyyətlə qiymət verilməmişdir. Ekspertin şahid qismində dindirilməsi zamanı ekspert Röyal Talıbov, Təqsirləndirilən şəxs Xətt baxıcısının Vəzifə Təlimatının pozulması halına yol vermədiyini bildirmişdir. O, bunu onunla əsaslandırmışdır ki, Vəzifə Təlimatında xətt baxıcısı naryad tapşırıq sənədi əsasında yoxlama tədbirini həyata keçirməli idi. Məhkəmə ekspertin şahid qismində verdiyi ifadə zamanı səsləndirdiyi fikirlə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs naryad tapşırıq sənədi olmadan yoxlama hərəkətini icra etməsi özü-özlüyündə Vəzifə Təlimatının pozulması hesab edilməlidir. Təqsirləndirilən şəxs naryad tapşırıq sənədi olmadan qaz xəttində sızmanın yoxlanılması barədə Şahid12 şifahi göstəriş alsa belə, bunun vəzifə təlimatına zidd olduğunu bilməli və bundan imtina etməli idi. Bunun əksinə olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli 10/495 nömrəli məhkəmə yanğın-texniki ekspertizasının Rəyində Təqsirləndirilən şəxs tərəfindən xətt baxıcısının vəzifə təlimatının pozulması halının mövcudluğu birbaşa göstərilmişdir. Məhkəmə bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli 10/495 nömrəli məhkəmə yanğın-texniki ekspertizasının Rəyini daha mötəbər hesab edir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli 10/3795 nömrəli əlavə məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının Rəyində bu məsələyə ümumiyyətlə toxunulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Xətt baxıcısının Vəzifə Təlimatının pozulması halına yol verilmişdir. "xxxx" QSC-nin X15 xətt baxıcısı vəzifəsində işləyən Təqsirləndirilən şəxs marşrut sxemi olmadan, naryad tapşırıq sənədi tərtib edilmədən ünvan 10 ünvanda yerləşən qaz xətlərində sızma olub-olmamasının yoxlanılması işini aparması “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.30 bəndinin tələblərinə zidd olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli 10/3795 nömrəli əlavə məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının Rəyində birbaşa göstərilmişdir. Yalnız, ekspert rəyində həmin bəndin Təqsirləndirilən şəxs və ya digər əməkdaş tərəfindən pozulması məsələsi Təqsirləndirilən şəxs yoxlama aparılması barədə rəhbərliklə razılaşdırma aparıb-aparmaması ilə şərtləndirilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yoxlamanı "xxxx" QSC-nin X14 böyük mühəndisi Şahid12 şifahi göstərişi əsasında həyata keçirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.30 bəndinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən “X3”nın tələblərinin pozulub-pozulmaması məsələsi sırf hüquqi məsələdir. Belə ki, “X3”nın 1.2-ci bəndinə əsasən yanğın təhlükəsizliyi təmin edilərkən Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır. Məhkəmə istintaqı zamanı şahid ifadələrindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli 10/3795 nömrəli əlavə məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının Rəyindən Təqsirləndirilən şəxs “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.30 bəndinin tələblərini pozması aydın olur. Təqsirləndirilən şəxs texniki normativ akt hesab edilən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 7.30 bəndinin tələblərini pozması onun tərəfindən eyni zamanda “X3”nın pozulması nəticəsinə gəlinməsinə əsas verir. Bundan əlavə, məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadəsindən aydın olur ki, “Azəriqaz” İB-nin və "xxxx" MMC-nin əməkdaşlarına qaz sızmasının olmaması barədə məlumatı məhz Təqsirləndirilən şəxs vermiş, onlar bu məlumatı mötəbər hesab edərək, qaz sızmasının qarşısının alınması istiqamətində hər hansı tədbir görməmişlər. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törədilən cinayət işi üzrə özünü təqsirli bilməməsini cinayət məsuliyyətindən azad olunması və özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli Daskəsən rayon İHB-nin şəhərr İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarekterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003- cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə fərdi qaydada məhz hansı cəzanın təyin edilməsini müzakirə edərkən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 225.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə xərci 12 dekabr 2021-ci il tarixli məhkəmə trasoloji ekspertizasının keçirilməsi üçün 65 (altmış beş) manat, 15 mart 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün 50 (əlli) manat, 18 mart 3022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün 50 (əlli) manat, 17 may 2022-ci il tarixli məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi üçün 105 (yüz beş) manat, 17 iyun 2022-ci il tarixli əlavə məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi üçün 105 (yüz beş) manat, 22 iyun 2023-cü il tarixli əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının keçirilməsi üçün 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış ünvan 3 ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun kəsilərək götürülmüş 83 sm uzunluğunda hissəsi məhv edilməli,Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində həyata keçirilən işıqlandırma işlərinin və “Sensid PMD” qazanalizator cihazının yaddaş görüntülərini əks etdirən 05 ədəd DVD disk iş materiallarına əlavə edilərək saxlanmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə qaz təchizatı sahəsində vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş qaz təchizatı sahəsində vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası barəsində təyin azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış ünvan 3 ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən 1.7 metr aralıdan yeraltı keçən diametri 63 mm-lik polietilen borunun kəsilərək götürülmüş 83 sm uzunluğunda hissəsi məhv edilsin, üzrə maddi sübut qismində tanınmış Gəncə şəhəri, Nizami rayonu, Nəvai küçəsində həyata keçirilən işıqlandırma işlərinin və “Sensid PMD” qazanalizator cihazının yaddaş görüntülərini əks etdirən 05 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 12 dekabr 2021-ci il tarixli məhkəmə trasoloji ekspertizasının keçirilməsi üçün 65 (altmış beş) manat, 15 mart 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün 50 (əlli) manat, 18 mart 3022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün 50 (əlli) manat, 17 may 2022-ci il tarixli məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi üçün 105 (yüz beş) manat, 17 iyun 2022-ci il tarixli əlavə məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi üçün 105 (yüz beş) manat, 22 iyun 2023-cü il tarixli əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının keçirilməsi üçün 100 (yüz) manat məbləğində pul vəsaiti – cəmi 475 (dörd yüz yetmiş beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim Orxan Cəfərli