Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-28/2025 08.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 09 aprel 2018-ci il tarixdən hesablanmaqla alimentin miqdarı artırılaraq 11 aprel 2007-ci il təvəllüdlü X1 və 09 iyun 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-1318/2018 saylı, 09 mart 2018-ci il tarixli və 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla alimentin miqdarı artırılaraq 11 aprel 2007-ci il təvəllüdlü X1 və 09 iyun 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-2259/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(043)-430/2018 saylı xx.xx.2019-cu il tarixli, 3(043)- 659/2019 saylı və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-573/2022 saylı, xx.xx.2023-cü il tarixli, 3(125)-635/2023 saylı qərarları ilə müvafiq olaraq 500,00 manat inzibati qaydada cərimə, 10 gün, 08 gün, 10 gün müddətlərinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 fevral 2024-cü il tarixədək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-1318/2018 saylı, 09 mart 2018-ci il tarixli və Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-2259/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnamələrinə əsasən 17680,00 manat məbləğində ödənməmiş aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onlar rəsmi nikah münasibətlərində olduğu müddətdə 11 aprel 2007-ci il təvəllüdlü X7 və 09 iyun 2011-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Nikah münasibətlərində olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək 2013-cü il tarixdə ona qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və həmin tarixdə onlar rəsmi boşanmışlar. O, övladına baxmalı olduğunu dərk edir, sadəcə qətnamələrdə qeyd edilən aliment məbləği çox olduğuna görə ödəyə bilmir.Barəsində təqdimat verilən vaxtdan yaranmış 17680 manat aliment borcundan heç bir ödəniş etməmiş və buna görə özünü təqsirli hesab edir.Məhkəmədən səmimi ifadəsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə almağı xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2006-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və həmin nikah münasibətindən 11 aprel 2007-ci il təvəllüdlü X7 və 09 iyun 2011-ci il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. O, nikah münasibətində olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də 2012-ci ildə ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2016-ci ildə keçmiş ərinə qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarı uşaqların saxlanmasına yetmədiyi üçün alimentin miqdarının artırılması üçün yenidən məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 mart 2018-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, hər ay hər bir uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sonradan yenidən alimentin miqdarı uşaqların saxlanmasına yetərli olmadığından məhkəmə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, hər ay hər bir uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş 19 fevral 2024-cü tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən 17680 manat məbləğində borcu yaranmışdır. Ötən müddət ərzində Təqsirləndirilən şəxs övladları ilə maraqlanmamış, nə maddi, nədə mənəvi köməklik göstərməmişdir. Ona görə də ona dəymiş ziyanın ödənilməsini əks halda təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhəri üzrə İcra idarəsində icra məmuru vəzifəsində işləyən Şahid1 ifadəsində bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs hər ay hər uşağa 120,00 manat olmaqla cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Alimentin artırılmasına Gəncə şəhər Məhkəməsinin qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə alimentin miqdarı artırılaraq borclu Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 160,00 manat olmaqla cəmi 320,00 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Göstərilən icra vərəqələri xx.xx.2018-ci il, xx.xx.2023-cü il tarixlərdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixlərdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişləri qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Aliment borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməsi tələb olunmuş, ancaq o, üzürlü səbəb göstərmədən çağrışa gəlməmişdir. Gəncə Şəhər Məhkəməsinin qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə 500 manat məbləğində inzibati cərimə tənbehi edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən də borclu barəsində axtarış qərarı qəbul edilərək, Gəncə şəhəri Baş Polis İdarəsinə göndərilmiş və axtarış işi açılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs tənbehi edilmişdir. İnzibati tənbehlərdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyət elan olunmaqla hər dəfə xəbərdarlıqlar edilərək yeni müddət verilmişdir. Ancaq borclunun hərəkətsizliyi nəticəsində tələb və qalıq aliment borcu yenə icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədlərini icra etmədiyi üçün onun barəsində İXMnin 528.1-ci maddəsinə əsasən inzibati-protokol tərtib edilərək məhkəməyə göndərilmiş və məhkəmənin qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs tənbehi olunmuşdur. Təqsirləndirilən şəxs icra sənədlərini icra etmədiyinə görə onun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmiş və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs tənbehi olunmuşdur. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin məlum qətnamələrini ona inzibati tənbehlər tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmiş, həm də faktiki imkanlarından yararlanmamışdır. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs aliment borcundan ona ödəniş etməməsini onun 17600 manat ödənilməmiş aliment borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciyyət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icra sənədini üzrə aliment borcu 13520 manat və Gəncə şəhər Məhkəməsinin icra sənədi üzrə aliment borcu 4160 manat olmaqla, cəmi 17680 manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru vəzifəsində işləyən Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)- 1318/2018 saylı, 09 mart 2018-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs tutulan alimentin miqdarı artılaraq hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində müəyyən edilməklə umumilikdə 240 manat müəyyən edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2018ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-1318/2018 saylı, 09 mart 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. -“Tələbin könüllü icrası haqqında” xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-1318/2018 saylı, 09 mart 2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. -Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat miqdarında cərimə edilmişdir. -Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. -xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-2259/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs tutulan alimentin miqdarı artılaraq hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində müəyyən edilməklə ümumilikdə 320 manat müəyyən edilmişdir. -xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-2259/2022 saylı, 28 noyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanmışdır. -“Tələbin könüllü icrası haqqında” xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-2259/2022 saylı, 28 noyabr 2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. -Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədləri bir icraatda birləşdirilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. -xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadınıdan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13-13-12/2-79112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bağırov X3 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqadrında cərimə cəzasına, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə islah işləri cəzasına, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 145.2.4, 157.2, 221.2.1, 66.3, 68.1.3, 67.1, 67.5-ci maddələri ilə təqsirli bilinib 01 il 09 ay 19 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 07 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası MM-nin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən o, cəzadan azad olunmuşdur. Daha sonra o, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyətindən azad edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 1(125)-329/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10-30-da Bakı şəhər ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Gəncə şəhər Məhkəməsinin 1(125)-329/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində dayandırılmış cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinə əlavə edilmiş elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində X6 adlı xx.xx.2018-ci təvəllüdlü olmaqla 1 azyaşlı uşağı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (xx.xx.2016-cı il tarixədək qüvvədə olan) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı mövqeyə əsasən şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, onun inzibati məsuliyyətə cəlb edilməmiş şəxs sayılması üçün müddətin keçməsindən asılı olmayaraq, o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi əsaslıdır. Onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun qətnamənin icraya yönəldiyi tarixdən təqdimat verilən tarixədək olan müddət ərzində 17680 manat borcundan heç bir ödəniş etməməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 nömrəli vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına 138 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci,müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə münasibətdə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və prostesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-28/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-28/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver