Məhkəmə qərarları › İş №1(125)-280/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-280/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-280/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X15, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmi ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 296.1, 320.1, 320.2 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə Zərərçəkmiş şəxs1 Mehdi oğlu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib asanlıqla sonuncunun övladı Məhəmmədhüseyn Məmmədzadəni 2000 manat qarşılığında X23 filialına mühafizə rəisi vəzifəsinə işə düzəldə biləcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə 2023-cü ilin aprel ayının əvvəllərində, günü istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Köz dönəri” dönərxanasının həyətində 2000 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs1 Mehdi oğlu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib asanlıqla Ukrayna Respublikasında yerləşən Avqustin Voloşin adına Karpat Universitetininin hüquq fakültəsində təhsil alan sonuncunun övladı Zərərçəkmiş şəxs2 2500 manat qarşılığında Gəncə Dövlət Universitetinin tarix fakültəsinə köçürəcəyini, pulla bərabər Zərərçəkmiş şəxs2 ümumvətəndaş pasportunun, tam orta təhsil haqqında attestatının əslini də verməli olmasını deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 2023-cü ilin aprel ayında, günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Köz dönəri” dönərxanasının həyətində 2500 manat, Zərərçəkmiş şəxs2 PC tipli, AZE kodlu, C03921868 nömrəli ümumvətəndaş pasportunu, E seriyalı 344351 nömrəli tam orta təhsil haqqında attestatını, cinayətkar niyyətinin davamı olaraq 2023-cü ilin aprel ayının sonlarında, günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Köz dönəri” dönərxanasının həyətində 400 manat, 2023-cü ilin iyul ayında, günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Köz dönəri” dönərxanasının həyətində 350 manat, 2023-cü ilin iyul ayında, günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Köz dönəri” dönərxanasının həyətində 350 manat, 2023-cü ilin oktyabr ayında, günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Köz dönəri” dönərxanasının həyətində 200 manat pulunu ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə 3800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş və Zərərçəkmiş şəxs2 ümumvətəndaş pasportunu və digər mühüm şəxsi sənədi olan tam orta təhsil haqqında attestatını talamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Mehdi oğluna Ukrayna Respublikasında yerləşən Avqustin Voloşin adına Karpat Universitetinin hüquq fakültəsində təhsil alan sonuncunun övladı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasında yerləşən Gəncə Dövlət Universitetinin tarix fakültəsinə köçürtdürməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etmək görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 inandırmaqda istifadə etmək məqsədilə 2023-cü ilin aprel ayından 2023-cü ilin avqust ayının sonlarınadək olan müddət ərzində, günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri ərazisində istintaq zamanı müəyyən edilməsi mümkün olmayan ünvanda istintaq zamanı müəyyən edilməsi mümkün olmayan şırnaqlı printerlə arayışın blankını, mətnini möhrünü çap edib üzərinə qələmlə 049 nömrəsini yazıb imza etməklə Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında yerləşən Avqustin Voloşin adına Karpat Universitetinin hüquq fakültəsində təhsil almasını, oranın tələbəsi olmasını təsdiq edən hüquq verən rəsmi sənəd olan arayışı qanunsuz hazırlayıb həmin arayışın saxta olmasını bilə-bilə 2023-cü ilin avqust ayının 20-də Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə şəhər İcra hakimiyyətinin yaxınlığında Zərərçəkmiş şəxs1, 2023-cü ilin sentyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda isə Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Köz dönəri” dönərxanasının həyətində Zərərçəkmiş şəxs2 təqdim etməklə həmin saxta sənəddən istifadə etmişdir. Bundan başqa o, ibtidai istintaq dövründə ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində ifadə verərkən özünü müdafiənin qanunsuz üsulu kimi cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin, yəni Zərərçəkmiş şəxs1 adını bilərəkdən çəkərək, sonuncunun övladı Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında yerləşən Avqustin Voloşin adına Karpat Universitetinin hüquq fakültəsində təhsil almasını, oranın tələbəsi olmasını təsdiq edən hüquq verən rəsmi sənəd olan arayışın Zərərçəkmiş şəxs1 tərəfindən qanunsuz hazırlanıb sonuncunun həmin arayışın saxta olmasını bilə-bilə ona təqdim edərək istifadə etməsini, bununla da Zərərçəkmiş şəxs1 hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlama, bilə-bilə həmin saxta sənəddən istifadə etmə cinayətini törətməsini, yəni Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsi ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, səs və sms yazıları, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMin 178.2.2, 296.1, 320.1, 320.2 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin aprel ayından etibarən ortaq tanışları Xanlar adlı şəxsin vasitəsilə tanış olmuşdur. Belə ki, Rasimin Gəncə şəhəri, H.Əliyev küçəsində yerləşən “Köz Dönəri” adlı dönərxanası olmuş və 2023-cü ilin aprel ayında həmin dönərxanada olarkən Rasim ona oğlu X4 Respublikasında təhsil aldığını, Məhəmmədhüseyni hər hansı bir müəssisədə mühafizəçi kimi işə düzəltmək istədiyini bildirmişdir. O isə Rasimə 2000 manat qarşılığında köməklik edə biləcəyini demişdir. Rasim onunla razılaşdıqdan sonra həmin dönərxanada ona 2000 manat pul vermişdir. O vakant yer taparsa bu barədə köməklik etməsi üçün pulla bərabər Rasimin oğlunun şəxsiyyət vəsiqəsini də götürmüşdür. Bir neçə gün sonra yenə Rasimin dönərxanasına gedərkən oğlu Məhəmmədhüseyn Məmmədzadə orada olmuşdur. Məhəmmədhüseyn Məmmədzadə ilə söhbət edərkən mühafizəçi işinə yaramadığını görmüşdür. Həmin dönərxanada bir qədər oturduqdan sonra oradan çıxıb getmişdir. Təxminən 2-3 gün sonra yenidən həmin dönərxanaya gələrək Rasimə oğlunun mühafizə xidmətinə yaramadığını bildirmişdir. Rasim ona həmin pulu özündə saxlamağını digər övladı Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında təhsil aldığını, X20 Universitetinin tarix fakültəsinə köçürmə etdirmək istədiyini, həmin işdə də köməklik edə bilib-bilməyəcəyini soruşduqda o həmin işi də həll edə biləcəyini, bunun üçün 2500 manat xərcinin çıxacağını demişdir. Həmin söhbət zaman tanışları Xanlar da yanlarında olmuşdur. Rasim onunla razılaşaraq həmin yerdə 2500 manat pulu vermişdir. O, həmçinin Mehdinin sənədlərinin də lazım olacağını demiş və Rasimdən Mehdinin şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu, attestatını, təhsilə dair sənədlərini istəmişdir. Rasim isə ona sadəcə şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu, attestatını versə də Mehdinin xaricdə təhsil almasına dair sənədləri verməmiş və həmin sənədləri verəcəyini bildirmişdir. Buna görə də o həmin sənədləri Rasimin ona verməsini gözləmişdir. Təxminən 2023-cü ilin may ayında Rasim ondan övladı Məhəmmədhüseynin şəxsiyyət vəsiqəsini lazım olduğu üçün ondan istəmiş və o həmin şəxsiyyət vəsiqəsini geri qaytarmışdır. Təxminən 2023-cü ilin iyul ayında Rasimin dönərxanasının qarşısında quraşdırılmış masaların yığılması ilə bağlı Gəncə şəhər MKTİB-dən xəbərdarlıq edilmişdir. O isə Rasimə çalışıb köməklik edəcəyini, MKTİBdə tanışının olduğunu, həmin şəxsdən xahiş edəcəyini, sadəcə həmin şəxsə hədiyyə kimi Ümummilli lider cənab Heydər Əliyevin xalçadan toxunmuş proterini almalı olduğunu deyərək iki ədəd xalça üçün 700 manat pul almışdır. Bundan sonra da o həmin xalçaları Gəncə şəhər MKTİB-də tanımadığı qadın işçiyə vermişdir. Həmin hədiyyəni verdikdən sonra çıxıb gəlmiş və Rasimin dönərxanası masaları dönərxananın qarşısına qoymaqla fəaliyyətini davam etdirmişdir. Bir neçə müddət sonra Rasim ona oğlunun Ukrayna Respublikasında təhsil almasına dair arayış vermişdir. O həmin arayışla bərabər Rasimdən Bakı şəhərinə gedib apostol etdirmək üçün 60 manat pul almışdır. Bundan sonra o Rasimin verdiyi sənədləri Bakı şəhərinə gedib apostol etdirərək Təhsil Nazirliyinə getmişdir. Təhsil Nazirliyində ona Rasimin oğlu Zərərçəkmiş şəxs2 Ukraynada təhsil almasına dair heç bir qeydiyyatının olmadığı bildirilmişdir. O Gəncə şəhərinə qayıtmış və Rasimə işinin alınmadığını deyərək pulunu qaytaracağını demişdir. Bu məqsədlə 2023-cü ilin noyabr ayından etibarən Rasimin 4000 manatını ödəmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsini özünə qaytarmış, Mehdinin ümumvətəndaş pasportu və attestatı, həmçinin verdiyi arayış onda qalmış və həmin arayışı da istintaqa təqdim etmişdir.Törətdiyi əməldən peşmandır. Dəymi ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslər ilə barışıq əldə etmişdir. Özünü saxta sənəd düzəltmək, istifadə etmək və bilə-bilə yalançılıq etməkdə təqsirli bilmir. Məhkəmədən barəsində azadlıqdanməhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsilə birlikdə yaşayır. Böyük övladı X8 Respublikasının Malatya şəhərində yerləşən Universitetinin hüquq fakültəsini bitirmiş, kiçik övladı Zərərçəkmiş şəxs2 isə Ukrayna Respublikasında yerləşən Karpat Universitetinin hüquq fakültəsində oxuyur. 2023-cü ilin aprel ayının əvvəlində “Qədr gecəsi” ilə əlaqədar ibadət edən tanışları onun evində toplanmağa qərar vermişlər. Həmin vaxt tanışı Şahid Təqsirləndirilən şəxs ilə birlikdə onun evinə gəlmişdir. Həmin vaxta qədər o Zülalı qiyabi tanısa da Zülalla münasibəti olmamış və ilk dəfə Zülal yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxt Zülal rəsmi geyimdə olmuşdur. Zülalın elə geyinməsi onda işgüzar şəxs təəssüratı yaratmışdır. Qədr gecəsində Təqsirləndirilən şəxs harada işləməsini deməsə də əlaqələrinin geniş olmasını və istənilən işin öhdəsindən gəldiyini demişdir. Həmin gün ibadətlə məşğul olub yekunlaşmışlar və gələn qonaqlar öz evlərinə getmişlər. Səhəri gün Zülal özü onun iş yerinə (dönərxanaya) gəlmişdir. Həmin vaxtlar o övladı Məhəmmədhüseyn Məmmədzadəyə iş axtarmışdır. Zülalla görüşüb bir qədər söhbət etdikdə Zülal yenə də özünü istənilən işin öhdəsindən gələn şəxs kimi təqdim etmişdir. Bu zaman övladı Məhəmmədhüseyn Məmmədzadənin təhsili barədə Zülala məlumat verərək Məhəmmədhüseynin işsiz olmasını və iş axtardığını demişdir. Zülal isə axtarmağa lüzum olmadığını, özünün bu işi həll edə biləcəyini, hazırda Gəncə şəhərində yerləşən Mərkəzi Poçtda mühafizə rəisi vəzifəsinin boş olduğunu və övladını həmin yerə 2000 manat qarşılığında mühafizə rəisi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Zülalın özünü işgüzar şəxs kimi göstərməsi, həmişə rəsmi geyimdə olması onun Zülala inamını daha da artırmış və Zülalın təklifi ilə razılaşmışdır. Zülal işin həlli üçün əlavə sənəd kimi Məhəmmədhüseynin şəxsiyyət vəsiqəsinin əslinin lazım olmasını demişdir. Bundan sonra dönərxananın arxasında yerləşən evindən 2000 manatı və Məhəmmədhüseynin şəxsiyyət vəsiqəsini götürərək gətirib Zülala vermişdir. Zülal pulu və şəxsiyyət vəsiqəsini götürərək 20 gün müddətində, yəni aprel ayının sonunda işin həll olunacağını demişdir. O, Zülala inanmış və Zülal çıxıb getmişdir. Təxminən 4-5 gün sonra Zülal yenə onun işlətdiyi dönərxanaya gəlmişdir. Həmin ərəfələrdə digər övladı Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında təhsil aldığı Karpat Universitetindən Gəncə Dövlət Universitetinin tarix fakültəsinə köçürmə etdirmək istəmişdir. Zülal kimi işgüzar şəxslə tanış olduğuna görə özünü çox şanslı hiss etmişdir. Buna görə də Zülalla söhbəti zamanı oğlu Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında təhsil aldığını, X20 Universitetinin tarix fakültəsinə köçürmə etdirmək istədiyini lakin bunu necə etməli olmağını bilmədiyini demişdir. Zülal isə proseduranın çox sadə olduğunu, 2500 manat qarşılığında rahatlıqla həmin işi həll edə biləcəyini demişdir. O Zülala inanaraq Zülalla razılaşmışdır. Zülal həmin işin də həll olunması üçün Mehdinin şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu, attestatını da istəmişdir. Bundan sonra o yenə evə gedib 2500 manatı, həmçinin Mehdinin şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu, attestatını götürərək gətirib Zülala vermişdir. Zülal yenə də pulu və sənədləri götürərək çıxıb getmişdir. Təxminən 3-4 gün sonra yəni, aprel ayının sonlarında Zülal zəng edərək Mehdinin köçürmə işi ilə əlaqədar sənədləşmə üçün 400 manat pul lazım olduğunu dedikdə, Zülalla razılaşmış və Zülal yenə dönərxanaya gələrək ondan 400 manat pulu götürüb getmişdir. Təxminən 2023-cü ilin may ayında X3 işə düzəlməsi üçün vəd etdiyi müddət başa çatdığını, işin nə yerdə olmasını soruşduqda, Zülal qısa zamanda həll edəcəyini demişdir. Məhəmmədhüseyn Məmmədzadə isə Türkiyə Respublikasına gedib orada işini davam etdirmək istəmişdir. Buna görə də Zülal Məhəmmədhüseynin şəxsiyyət vəsiqəsini geri verməsini demişdir. Zülal isə əvvəlcə sənədi verməyərək işi qısa zamanda həll edəcəyini bildirsə də, həmin vədinə əməl etmədiyi üçün sənədi geri qaytarmışdır. Zülaldan Mehdinin köçürmə məsələsini soruşduqda isə Zülal həmin köçürmənin “üzərində işlədiyini” təxminən sentyabr ayında köçürmənin həll olunacağını demişdir. Təxminən 2023-cü ilin iyul ayında Zülal yenə dönərxanaya gələrək köçürmə işinin həlli üçün müxtəlif şəxslərlə görüşəcəyini, bunun üçün Ümummilli Lider cənab Heydər Əliyevin xalçadan toxunmuş portretini almalı olduğunu deyərək iki dəfə ondan 350 manat olmaqla ümumilikdə 700 manat pul almışdır. Bundan sonra da o Zülaldan işin nəticəsini soruşduqda Zülal işlərin qaydasında olduğunu, qısa zamanda məsələnin həll olunacağını demişdir. Həmin vaxtlarda o, Xanlarla söhbəti zamanı işlərin nə yerdə olmasını soruşduqda Xanlara Zülalın vəd etdiyi müddətin üzərindən keçdiyini, lakin nə işi görmədiyini, nədəki pulu geri qaytarmadığını bildirmişdir. Buna görə də onlar Gəncə şəhəri, İcra Hakimiyyəti binasının yaxınlığında görüşmüşlər. Söhbət zamanı Zülaldan işin nə yerdə olmasını soruşduqda X5 mühafizə rəisi işinin alınmadığını, işin düzəlməsi üçün şəxsiyyət vəsiqəsi lazım olduğunu, lakin həmin sənədi geri götürdüyünə görə işi düzəldə bilmədiyini, lakin universitetə köçürmə işinin üzərində olduğunu, həmin işi “aldıracağını” demişdir. O Zülaldan mühafizə işi üçün verdiyi 2000 manatı geri istədikdə Zülal həmin pulu Bakı şəhərində olan adını bildirmədiyi şəxsə verdiyini, həmin pulu geri götürə bilməyəcəyini, özünün həmin pulu qısa zamanda qaytaracağını demişdir. Yenə də Zülala inanaraq Zülalla söhbəti yekunlaşdırıb ayrılmışlar. Təxminən 1 ay sonra avqust ayının 20də Zülalın işləri həll etmədiyini görüb Zülalla görüşməyə qərar vermişdir. Həmçinin yuxarıda qeyd etdiyi işlər barədə Xanlara da məlumat verərək Zülalın onu problemə salmasını bildirmişdir. O, Zülal və Xanlar birlikdə Gəncə şəhər İcra hakimiyyətinin yaxınlığında görüşüb söhbət etmişlər. O Zülaldan iş alınmırsa pulları və sənədləri qaytarmasını dedikdə Zülal Mehdinin həqiqətən Ukraynada oxumasına dair Ukrayna univeristetinə sorğu verdiyini deyib köynəyinin altından Ukrayna dilində yazılmış arayışı çıxararaq ona təqdim edib həmin sorğunun cavabı gəldiyini, Mehdinin həqiqətən Ukraynada oxuması təsdiq olunduğunu, qısa zamanda həmin köçürmənin başa çatacağını, əgər işin alınmadığı halda əvəzində 10.000 manat pul verəcəyinə söz vermişdir. Həmin arayış həqiqətən də Mehdi barəsində olmuşdur. O, həmin arayışı görüb ləngimələr olsa da Zülalın bu işin düzəlməsi üçün çalışdığını zənn etmişdir. Yenə də Zülalın vədlərinə inanıb, orada söhbəti yekunlaşaraq ayrılmışlar. 2023-cü ilin sentyabr ayında Zülal yenə dönərxanaya gələndə dediyi vaxtın çatdığını, işin nə yerdə olmasını soruşduqda Zülal yenə də həmin arayışı oğlu Mehdi ilə ona təqdim edərək arayışı belə aldığını qısa zamanda məsələni həll edəcəyini demişdir. 2023-cü ilin oktyabr ayında Zülal yenə ona zəng edərək sənədləşmə üçün Bakı şəhərinə gedəcəyini, apostol üçün 200 manat lazım olacağını demişdir. O, məcbur yenə Zülalla razılaşmış və Zülal yenə də işlədiyi dönərxanaya gələrək 200 manatı götürüb getmişdir. Zülal hər dəfə rəsmi geyimdə olmuş, hər gəlişində isə onun Zülala pay verəcəyini bilərək dönər də yeyib getmişdir. Apostol məsələsindən sonra da Zülaldan bir nəticə görməmişdir. O, Zülaldan yenə işin nə yerdə olmasını soruşduqda Zülal onu aldatmadığını hətta Mehdi ilə iş gördüyü adamı görüşdürə biləcəyini demişdir. Bundan sonra Zülal X20 Universitetinin Gəncə şəhəri Bayraq meydanında yerləşən korpusunun qarşısına apararaq yalandan telefonla danışaraq geri qayıtmış, Mehdini heç kəslə görüşdürməmişdir. Artıq Zülalın vəd etdiyi müddətlərin başa çatdığını, işin alınmayacağını görüb pulları və sənədləri tələb etmişlər. Zülal isə nə pulu nə də sənədləri qaytarmamışdır. Təxminən 2023-cü ilin oktyabr ayında Mehdi xəstəxanaya müraciət etmək üçün şəxsiyyət vəsiqəsi lazım olduğundan Zülaldan təkid edərək şəxsiyyət vəsiqəsini geri almışdır. O Zülala şikayət edəcəyini dedikdə Zülal Mehdinin ümumvətəndaş pasportunu və attestatını özündə saxlayaraq həmin sənədləri verməyəcəyini əgər Zülaldan şikayət edərsə başlarına oyun açacağını demişdir. Hətta Xanlara da bu barədə demişdir. Bundan sonra o bu barədə polisə şikayət etmişdir. Halhazırda təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsilə birlikdə yaşayır. 2021-ci il tarixdə Ukrayna Respublikasının Avqustin Voloşin adına Karpat Universitetinə qəbul olmuşdur. Həmin universitetdə təhsili onlayn şəkildə həyata keçirilir. Hazırda həmin universitetin 3-cü kursunda təhsil alır. X9 isə Türkiyə Respublikasının Malatyada şəhərində təhsil almışdır. 2023-cü ilin aprel ayının əvvəlində “Qədr gecəsi” ilə əlaqədar atası Rasim ibadət edən tanışları ilə yaşadıqları ünvan 5 ünvanında toplanmağa qərar vermişlər. Həmin vaxt atasının dostu Şahid Təqsirləndirilən şəxs ilə onların evinə gəlmişlər. Həmin gecə onlar ibadətlə məşğul olmuşlar. Orada söhbət zamanı Təqsirləndirilən şəxs harada işləməsini deməsə də əlaqələrinin geniş olmasını, istənilən işin öhdəsindən gəldiyini demişdir. Həmin gün ibadətlə məşğul olub yekunlaşmış və gələn qonaqlar öz evlərinə getmişlər. Onların Gəncə şəhəri H.Əliyev küçəsində yerləşən “Köz Dönər” adlı dönərxanaları olmuşdur. Səhərisi gün Zülal özü həmin dönərxanaya gələrək, orada atası Zülalla söhbəti zamanı qardaşı X2 oxuduğunu, lakin iş tapa bilmədiyini, Məhəmmədhüseyni işə düzəltmək istədiyini bildirmişdir. Zülal isə problem olmadığını hazırda Gəncə şəhərində yerləşən Mərkəzi Poçtda mühafizə rəisi vəzifəsinin boş olduğunu, Məhəmmədhüseyni həmin yerə 2000 manat qarşılığında mühafizə rəisi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Zülalın özünü iş düzəldən şəxs kimi göstərməsi, həmişə rəsmi geyim (kostyum şalvar) geyməsi onların Zülala inanmını daha da artırmış və atası Zülala 2000 manat pulu və Məhəmmədhüseynin şəxsiyyət vəsiqəsini vermişdir. Zülal pulu və şəxsiyyət vəsiqəsini götürərək 20 gün müddətində işin həll olunacağını demişdir. Onlar Zülala inanmış və Zülal çıxıb getmişdir. Həmin vaxtlarda o təhsilini ölkə ərazisində davam etdirmək istəmişdir. Atasıyla söhbəti zamanı o bu barədə də Zülalla danışacağını demişdir. Təxminən 4-5 gün sonra Zülal yenə dönərxanaya gəldikdə, atası bu dəfə onun təhsili barədə Zülala məlumat verərək onu Gəncə Dövlət Universitetinin tarix fakültəsinə köçürmə etdirmək istədiyini, lakin bunu necə etməli olmağını bilmədiyini demişdir. Zülal yenə də özündən əmin şəkildə həmin işi də həll edə biləcəyini, bununçün 2500 manat lazım olduğunu demişdir. Onlar yenə də Zülala inanmış və atası Zülala 2500 manat pul vermişdir. Həmin vaxt Zülal yenə işin həlli üçün onun şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu, attestatını istəmiş və onlar həmin sənədləri də Zülala vermişlər. Zülal yenə də pulu və sənədləri götürərək çıxıb getmişdir. Təxminən 3-4 gün sonra aprel ayında Zülal zəng edərək köçürmə işi ilə əlaqədar sənədləşmə üçün əlavə 400 manat pul lazım olduğunu dedikdə, atası yenə də Zülalla razılaşmış və Zülal yenə dönərxanaya gələrək 400 manat pulu götürüb getmişdir. Təxminən 2023-cü ilin may ayında Zülalın X9nin işə düzəlməsi üçün vəd etdiyi müddət başa çatmışdır. Zülaldan işin nə yerdə olmasını soruşduqda isə Zülal qısa zamanda həll edəcəyini demişdir. X9 isə Türkiyə Respublikasına gedib orada işini davam etdirmək istədiyindən, Zülaldan onun şəxsiyyət vəsiqəsini geri verməsini istəmişlər. Zülal isə əvvəlcə sənədi verməyərək işi qısa zamanda həll edəcəyini bildirsə də həmin vədinə əməl etmədiyi üçün sənədi geri qaytarmışdır. Zülaldan onun köçürmə məsələsini soruşduqda isə Zülal həmin köçürmənin üzərində işlədiyini təxminən sentyabr ayında köçürmənin həll olunacağını demişdir. 2023-cü ilin iyul ayında Zülal yenə də atasıyla söhbət edərək köçürmə işinin həlli üçün müxtəlif şəxslərlə görüşəcəyini, bunun üçün Ümummilli lider cənab Heydər Əliyevin xalçadan toxunmuş portretini almalı olduğunu deyərək iki dəfə atasından 350 manat olmaqla ümumilikdə 700 manat pul almışdır. Bundan sonrakı vaxtlarda atası Zülaldan işin nəticəsini soruşduqda Zülal işlərin qaydasında olduğunu, qısa zamanda məsələnin həll olunacağını demişdir. Təxminən 2023-cü ilin sentyabr ayında Zülal yenə dönərxanaya gələndə onlara arayış göstərərək Ukraynaya verdiyi sorğuya cavab gəldiyini, işlərin qaydasında olduğunu demişdir. Təxminən 2023-cü ilin oktyabr ayında Zülal yenə atasına zəng edərək sənədləşmə üçün Bakı şəhərinə gedəcəyini, apostol üçün 200 manat lazım olacağını dedikdə, atası yenə də Zülala inanaraq 200 manat pul vermişdir. Daha sonrasında Zülaldan yenə də işlərin nəticəsini soruşduqda Zülal hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Hətta Zülal onu əmin etmək üçün Gəncə Dövlət Universitetinin Gəncə şəhəri Bayraq meydanında yerləşən korpusunun qarşısına apararaq onun köçürməsini həyata keçirəcək şəxslə görüşdürəcəyini demişdir. O həmin xüsusatı dəqiqləşdirmək üçün Zülalla qeyd edilən yerə getsə də Zülal orada onu heç kəslə görüşdürməyərək guya telefonla həmin şəxslə danışdığını, onunla görüşə bilməyəcəklərini deyərək onu oradan geri qaytarmışdır. Onlar artıq Zülalın vəd etdiyi müddətlərin başa çatdığını, işin alınmayacağını görüb pulları və sənədləri tələb etmişlər. Zülal isə nə pulu nə də sənədləri qaytarmamışdır. Təxminən 2023-cü ilin oktyabr ayında xəstəxanaya müraciət etmək üçün şəxsiyyət vəsiqəsi lazım olduğundan, Zülaldan təkid edərək şəxsiyyət vəsiqəsini geri almış, lakin Zülal onun ümumvətəndaş pasportunu və attestatını özündə saxlayaraq həmin sənədləri verməyəcəyini əgər ondan şikayət edərlərsə başlarına oyun açacağını demişdir. Bundan sonra atası bu barədə şikayət etmişdir. Zülal ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Onlarla hər hansı bir ədavəti və ya düşəmçiliyi olmamışdır. 2023-cü ilin aprel ayının əvvəlində “Qədr gecəsi” ilə əlaqədar ibadət edən tanışları ilə Rasimə məxsus ünvan 5 ünvanında toplanmağa qərar vermişlər. Həmin vaxt o Zülalla görüşərək onu da dəvət etmiş və onlar birlikdə Rasimin evinə getmişlər. Zülalla Xanların qiyabi tanışlığı əvvəlcədən olsa da həmin gecə onların tanışlığı olmuşdur. Həmin gecə ibadətlə məşğul olub gündəlik qayğılarından söhbət etdikdən sonra hərəsi öz evinə getmişdir. Bir neçə gün sonra o Rasimlə söhbəti zamanı Rasim ona övladı Məhəmmədhüseyn Məmmədzadəni işə düzəltmək üçün Zülalla söhbət etdiyini, Zülalın Rasimə övladını Gəncə şəhərində yerləşən Mərkəzi Poçtda mühafizə rəisi vəzifəsi işə düzəltməyə vəd etdiyini, buna görə Zülala 2000 manat pul verdiyini bildirmişdir. Həmin vaxt onun bu barədə məlumatı olmuşdur. Həmin söhbətdən bir neçə gün sonra o Rasimlə görüşdükdə Rasim Zülalla yenə də görüşdüyünü, bu dəfə oğlu Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında təhsil aldığı universitetdən Gəncə Dövlət Universitetinin tarix fakültəsinə köçürməyi vəd etdiyini, buna görə Zülala 2500 manat verdiyini bildirmişdir. Bundan sonra Zülala görüşlərində Zülal həmin xüsusatları təsdiq edərək işlərin qaydasında olduğunu, qısa zamanda məsələninin həllini tapacağını demişdir. O isə Zülala heç kəsin pulunun yeyilə bilməyəcəyini, ya işi həll etməsini ya da Rasimin pulunu qaytarmasını demişdir. Zülal isə verdiyi vədin üzərində durduğunu, işin qısa zamanda həllini tapacağını demişdir. Sonrakı vaxtlarda Rasimlə söhbəti zamanı o Rasimin Zülala həmin iş üçün əlavə olaraq 1100 manat da verdiyini öyrənmişdir. 2023-cü ilin təxminən iyul ayında Rasimlə söhbəti zamanı işlərin nə yerdə olmasını soruşduqda Rasim ona Zülalın vəd etdiyi müddətin üzərindən keçdiyini, lakin nə işi görmədiyini, nədəki pulunu geri qaytarmadığını bildirmişdir. Buna görə də onlar Gəncə şəhəri, İcra Hakimiyyəti binasının yaxınlığında görüşmüşlər. Söhbət zamanı onlar Zülaldan işin nə yerdə olmasını soruşduqda X5 mühafizə rəisi işinin alınmadığını, işin düzəlməsi üçün ümumvətəndaş pasportunun lazım olduğunu, lakin həmin pasportu Rasimgil geri götürdüyünə görə işi düzəldə bilmədiyini, lakin universitetə köçürmə işinin üzərində olduğunu, həmin işi aldıracağını demişdir. Rasim Zülaldan mühafizə işi üçün verdiyi 2000 manatı geri istədikdə Zülal həmin pulu Bakı şəhərində olan adını bildirmədiyi şəxsə verdiyini, həmin pulu geri götürə bilməyəcəyini, özünün həmin pulu qısa zamanda qaytaracağını demişdir. Onlar yenə də Zülala inanmış və söhbətilərini yekunlaşdıraraq oradan ayrılmışlar. 2023-cü ilin təxminən avqust ayında Rasimlə söhbəti zamanı işlərin nə yerdə olmasını soruşduqda Rasim həmişə kimi heç bir yenilik olmadığını demişdir. Buna görə o yenə də üçünün görüşünü təşkil etmişdir. Onlar Gəncə şəhəri, İcra Hakimiyyəti binasının yaxınlığında görüşmüşlər. Söhbət zamanı Zülaldan işin nə yerdə olmasını soruşduqda Zülal Mehdinin həqiqətən Ukraynada oxumasına dair Ukrayna univeristetinə sorğu verdiyini deyib köynəyinin altından ukrayna dilində yazılmış arayışı çıxararaq həmin sorğunun cavabı gəldiyini, Mehdinin həqiqətən Ukraynada oxuması təsdiq olunduğunu, qısa zamanda həmin köçürmənin başa çatacağını, əgər işin alınmadığı halda əvəzində 10.000 manat pul verəcəyinə söz vermişdir. Onlar yenə də Zülalın vədlərinə inanmış və orada söhbətləri yekunlaşaraq oradan ayrılmışlar. 2023-cü ilin təxminən oktyabr ayında Rasimlə söhbəti zamanı Rasim Zülala apostol üçün əlavə 200 manat da verdiyini, Zülalın həmin aya işi yekunlaşdıracağını söz verdiyini demişdir. Noyabr ayında o Rasimlə söhbəti zamanı cəmi Zülala 5800 manat pul verdiyini, pulla bərabər Zülalda övladı Mehdinin attestatının və ümumvətəndaş pasportunun qaldığını, sənədləri belə geri qaytarmadığını demişdir. Bundan sonra o Gəncə şəhər İcra hakimiyyətinin yaxınlığında Zülalla görüşdükdə, Zülaldan heç olmasa Mehdinin attestatının və ümumvətəndaş pasportunun geri qaytarmasını demişdir. Zülal isə həmin sənədləri özünün bilə-bilə geri qaytarmadığını, Rasim ondan şikayət etdiyi təqdirdə həmin sənədlərlə onun başına oyun açacağını demişdir. O isə Zülalı tənbeh edərək səhv etdiyini, pulu və sənədləri geri qaytarmasını demiş və söhbətini yekunlaşdıraraq Zülaldan ayrılmışdır. Bundan sonra bu barədə Rasimə məlumat verərək polisə şikayət etməli olmasını bildirmişdir. Sonradan isə Rasim bu barədə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -28 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 24 noyabr 2023-cü il tarixli “Baxış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd diskə baxış keçirilərək, diskdə mp3 formatında audio yazıların olması müəyyən edilmişdir. AUD-20231117-WA0035.opus adlı audio yazıya baxış zamanı orada bir nəfər kişinin “Rasim başa düşdüm, mən də deyirəm ki, Mehdinin məsələsi Allahın köməkliyi ilə qurtarıb, ayın 12-17-i sistemdə vuracaqsan Mehdinin adı, familiyası, dannıları nədisə hamısı şəxsi kabinetdə çıxacaq...Allah deyən olsun məktəb də başlayanda perovod alıb gəlib X18 Universitetində oxuyacaq...ayrı nə istəyirsən?!...deməki cavab vermir, mən qaçıram, ora qaçıram, bura qaçıram, rastıma çıxan kimi də sənə cavab verirəm...” deyə, AUD-20231117-WA0036.opus adlı audio yazıda “bu namaz qılanların əksəriyyəti yalandı, fırıldaqdı...portala girən şeyi portaldan çıxardılar?!...portala kim nə istəyir sala bilməz...mən sabah ya biri gün Xanlara demişəm gəlib qıraqda bir yerdə oturacağıq...Xanlara demisənki 4200 vermisən, xalçamı 200 manat hesablamısan, amma mənim xalçamın qiyməti 500 manat olsa da mən onu sənə 350 manata hesablayıb vermişəm...oturub söhbət edən aydılaşdıraraq...” deyə, AUD- 20231117-WA0037.opus adlı audio yazıda “salam ay Rasim...mən iddia etmirəm ki, mənim dediyim düz olmalıdı, mən o fikirdə deyiləm...deyirəm ki, mən demişəm 25-ə qədər qurtaracaq, olsun 20-i, ama onu da demişəm ki, 13-17-i arası Allah köməkliyi ilə inşallah Mehdi Zərərçəkmiş şəxs1 oğlunun şəxsi kabineti açılacaq, sonra bütün işləri həll olacaq...kabinet də açılanda görəcəksiniz ki, hər şey həll olunub...mən demirəm ki, mənə nəyisə bağışlayın...hərəsindən 200 manat pul almışam ki, yol pulu edim...gərək onda mən 600 manatları qaytaram...axi niyə camaatın işi pozulsun..mən sənə deyirəm ki, çalışıb bir adamı tapıb oraya itələyəcəm ki, sənədləri çıxarıb pulu da üstünə qoyam verəm sənə...mən demirəm ki, sən pulunu mənə bağışla, bunu deyəsi də deyiləm...Mehdi söhbəti demişəm ki, Allahın köməkliyi ilə mənlikdi...” deyə, AUD-20231117-WA0043.opus adlı audio yazıda “Bilirsən nə var?! Mən yenə də deyirəm mən sözümün yiyəsiyəm, mən Zülalam!...sən dedinki bu orda oxuyub, sənəd sünəd filan...ama onun orada qiymət cədvəli heç çıxmadı, ama mən dedim ki, müəllim bu işi etmək lazımdı...sənə o gün dedimmi ki, ay Rasim 300 manat pul istəyirlər ama sən 100 manat verdin. Demədim ki, niyə vermədin. Mən əlavə 300 manat verməliydim, çünki ağzımdan çıxıb yiyəlik etməliyəm, qoy sənəd düzəlsin...mən pul davası çəkmirəm...pul davasını Xanlarla sən çəkirsən...Hafizin pensiyasına on iki on üç min manat pulu aldım verdim Hafizə, pensiyanı mən düzəltmişəm, Hafizə dirənmişdilər ki dörd min verməlisən...Hafizə də 1500 manat da verəsiyəm...mən Zülalam...istəyirsən get camaatın içərisində denən ki, Zülal mənə pul atıb...” deyə, AUD-20231117-WA0027.opus adlı audio yazıda “Hüseyn dedi mən pul götürürəm...qoy işıqlaşsın cammat işində otursun zəng edim versin kimliyi...gah verirəm kimliyi gah alıram...” deyə, AUD-20231117-WA0024.opus adlı audio yazıda “ay Rasim yuxulu-yuxulu mənə deyirsən ki, kimliyi kimliyi...kimliyi o gün verdim Hüseynə....” deyə, AUD-20231117-WA0025.opus adlı audio yazıda “Rasim mənə qanun öyrətmə...get şikayət elə ki, mənim sənədlərimi götürüb...cinayətkaram cəzamı çəkəcəm..” deyə, AUD- 20231117-WA0029.opus adlı audio yazıda “nəyə gəlim o tərəflərə?...pulum yox param yox, pulsuz kimin üzünə çıxım...” deyə, AUD-20231117-WA0033.opus adlı audio yazıda “Rasim pul məndə deyilki sənin pulunu verəm...mən bank deyiləm...Xanlara deyirdin ki, ay Xanlar məni kimə caladın...calayan Xanlara da zəng elə görüşək mən pulunu danan deyiləm...pulunu alıb verəcəm” deyə bildirir. 27 dekabr 2023-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərə baxış keçirilərək müəyyən edilmişdir ki, təqdim edilən sənədlər, Zərərçəkmiş şəxs2 məxus C03921868 nömrəli ümumvətəndaş pasportu, Zərərçəkmiş şəxs2 məxus E saylı 344351 nömrəli tam orta təhsil haqqında attestat, Zərərçəkmiş şəxs2 məxus C03921868 nömrəli ümumvətəndaş pasportunun ukrayna dilinə tərcümə edilməsinə dair Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilməsinə dair sənəd, Zərərçəkmiş şəxs2 məxus E saylı 344351 nömrəli tam orta təhsil haqqında attestatın ukrayna dilinə tərcümə edilməsinə dair Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilməsinə dair sənəd, Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında təhsil almasına dair ukrayna dilində yazılmış sənəddir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məxus C03921868 nömrəli ümumvətəndaş pasportunun arxa hissəsində xx.xx.2023-cü il tarixdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən apostel edilməsinə dair qeyd vardır. -19 aprel 2024-cü il tarixli “Şəxsin şübhəli şəxs qismində tanınması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tanınaraq barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmişdir. -22 aprel 2024-ci il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 , 320.1, 320.2, 326.2-ci maddələrinə tövsif edilmişdir. -24 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 , 320.1, 320.2, 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -25 aprel 2024-ci il tarixli “Cinayətin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2 , 320.1, 320.2, 326.2-ci maddələrindən həmin Məcəllənin 178.2.2 , 296.1, 320.1, 320.2, 326.2-ci maddələrinə tövsif edilmişdir. -21 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- 178.2.2, 296.1, 320.1, 320.2, 326.2-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə Texniki Ekspertizasının 28 fevral 2024-cü il tarixli, 5/122 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Avqustina Voloşina adına Karpat universitetinin Zərərçəkmiş şəxs2 adına 049 nömrəli arayışının blankı və çap mətni şırnaqlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Avqustina Voloşina adına Karpat universitetinin Zərərçəkmiş şəxs2 adına 049 nömrəli arayışının üzərindəki möhür əksi klişe vasitəsilə vurulmayıb, şırnaqlı printerdə çap edilmişdir. Həmin möhür əksinin məzmununu müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş Avqustina Voloşina adına Karpat universitetinin Zərərçəkmiş şəxs2 adına 049 nömrəli arayışda olan imza və “049" əlyazma rəqəmləri hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir Avqustin Voloşin adına Karpat Universitetinin xx.xx.2024-cü il tarixli, 11-İMO/01-24 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 / X17, xx xxxx 2003-cü il təvəllüdlü, həqiqətən də universitetin tələbəsidir və 3-cü (üçüncü) kursda hüquq ixtisası üzrə, bakalavr pilləsində təhsil alır. Adıçəkilən tələbənin Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisəsinə köçürülməsi ilə bağlı universitet tərəfindən heç bir sənəd verilməyib. Avqustun Voloşin adına Karpat Universiteti elektron sorğuya əlavələrdə olan 049 saylı sertifikat verməmişdir, forması, imzası və möhürü həqiqi deyil. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X23 filialının 17 yanvar 2024-cü il tarixli, MUŞ3-27-9-6/46 saylı məktubundan görünür ki, X23 Filialının strukturu "xxxx" MMC tərəfindən tərtib edilərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir, il ərzində yaranan vakant vəzifələr barədə yalnız "xxxx" MMC tərəfindən qanuna müvafiq olaraq aidiyyatlı qurumlara məlumat verilir. Gəncə RPF-nın vakansiya elan etmək hüququ olmadığından və filialda mühafizə xidməti olmadığından heç bir zaman, xüsusən 2023-cü il ərzində X23 Filialında "mühafizəçi" və ya “mühafizə rəisi” vəzifəsinə vakansiya elan edilməmişdir. Gəncə RPFnın inzibati binasında xidmət göstərən mühafizəçilər "xxxx" MMC-nin Hərbiləşmiş Mühafizə İdarəsinin əməkdaşlarıdır, işə HMİ tərəfindən qəbul edilir. X6 və Təqsirləndirilən şəxs X23 Filialına“mühafizəçi” və ya “mühafizə rəisi” vəzifəsinə işə qəbul olunmaq üçün heç vaxt müraciət etməmişlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 29 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Məmmədov X13 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən 2021-ci ilin iyul çağırışına cəlb olunmuşdur. Zərərçəkmiş şəxs2 çağırışa cəlb edilən zaman “Avqustın Voloşın adına Karpat Universitetində təhsil almasına dair arayış təqdim etmiş və ona rayon çağırış komissiyasının qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixədək çağırışdan möhlət verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 xaricdə əldə etdiyi ali təhsil ixtisasının ölkə ərazisində tanınması məqsədilə TKTA-ya müraciət etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X12 X7 filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) ‘'Əmək müqaviləsi bildirişləri’’ altsistemində yanız 1 (bir) əmək müqaviləsi (31,12.2014-cu il tarixdən, xx.xx.2015-cu il tarixədək "BOA AGENCY” ASC-də 2-ci dərəcəli hüquqşünas kimi) qeydə alınmışdır. X1 adına Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək müqaviləsi bildirişləri” altsistemində bu günədək əmək müqaviləsi qeydə alınmamışdır. Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə Mall-ın qarşısındakı “Köz Dönər" adlı dönərxanasının qarşısında quraşdırılmış masaların yığılması ilə bağlı 2023-cü ilin iyul ayında MKTİB-nin rəhbərliyi heç bir göstəriş verməmişdir, hədiyyə olaraq heç kim heçnə almamışdır. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 216 nömrəli arayışından görünür ki, Əliyev X16 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 191 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Goranboy RPŞ tərəfindən xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq olunan cinayət işinə Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, bundan başqa o, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin hökm Əli-Bayramlı şəhər Apelyasiya Məhkəmisinin xx.xx.2007-ci il tarixli qərarı ilə dəyişdirilərək ona şərti maliyyə vahidinin 1000 misli miqdarında cərimə cəzası təyin edilmiş və xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən o, cəzadan azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Xətai RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq olunan cinayət işinə Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət vətələbi yoxdur və gələcəkdə də olmayacaqdır. 21 may 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qəraradan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş PC tipli, AZE kodlu, C03921868 nömrəli ümumvətəndaş pasportu, E seriyalı 344351 nömrəli tam orta təhsil haqqında attestat, 049 nömrəli arayış və 01 (bir) ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1, 320.1, 320.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində Avqustina Voloşina adına Karpat universitetinin Zərərçəkmiş şəxs2 adına 049 nömrəli arayış blankının zərərçəkmiş şəxs tərəfindən ona verildiyini və həmin saxta sənədin onun deyil, zərərçəkmiş şəxslər tərəfindən hazırlandığını göstərmişdir. Lakin iş materiallarında olan zərərçəkmiş şəxslərin ifadələridən, məhkəmə texniki ekspertizasının 28 fevral 2024-cü il tarixli, 5/122 saylı rəyindən və Avqustin Voloşin adına Karpat Universitetinin xx.xx.2024-cü il tarixli, 11-İMO/01-24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin ifadəsi özünü müdafiə xarekteri daşıyır. Ona görə də məhkəmə həmin ifadəni özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir və həmin hissədə təqsirləndirilən şəxsin ifadəsini sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan cinayəti əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, telefon danışıqları, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 296.1, 320.1, 320.2 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 68.3.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə: 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü; 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 296.1-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.1-ci maddəsinə əsasən Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma- ]üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin omamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan,məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini, Cinayət Məcəlləsinin 296.1, 320.1, 320.2-ci maddələrinə münasibətdə isə alternativ cəzalardan sanksiyada nəzərdə tutulmuş həddə islah işi cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Buna görə də Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən toplanılmalı olduğundan, Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasını bir günü ilə əvəz edilməli və cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 296.1, 320.1, 320.2 və 326.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci və 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması, 296.1, 320.1 və 320.2-ci maddələri ilə islah işləri cəzası təyin edilməli, təyin edilmiş islah işləri cəzalar CM-nin 68.3.1-ci və 66.2-ci maddəsinə əsasən qismən toplanılmalıqla qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınan, PC tipli, AZE kodlu, C03921868 nömrəli ümumvətəndaş pasportu və E seriyalı 344351 nömrəli tam orta təhsil haqqında attestat qanuni sahibinə qaytarılmalı, 049 nömrəli arayış və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1) Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 296.1, 320.1, 320.2 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 15 faiz miqdarında pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 15 faiz miqdarında pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 15 faiz miqdarında pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına və Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılamsı cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 296.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 15 faiz miqdarında pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının iki gününə bir gün hesablanmaqla 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 15 faiz miqdarında pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası iki gününə bir gün hesablanmaqla 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 15 faiz miqdarında pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası iki gününə bir gün hesablanmaqla 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə təyin edilmiş 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan- PC tipli, AZE kodlu, C03921868 nömrəli ümumvətəndaş pasportu və E seriyalı 344351 nömrəli tam orta təhsil haqqında attestat qanuni sahibinə qaytarılsın, 049 nömrəli arayış və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X11, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar