Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-281/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər AR CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, Gəncə şəhəri, Atatürk pr 237, ev 3, mənzil 82-də qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qızı Şahid yaşadığı Gəncə şəhər Məhsəti qəsəbəsi yeni məhlələrdə yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun hər iki gözün alt qapaqlareınm qançırları ilə müşayət olunan xəsarəti yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa "Yüngül" zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair məhkəməyədək sadələşmiş icraat materialı üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü ildə o, yaşadığı evin yanında olan kafedə yemək yeyib, spirtli içki qəbul etmişdir. Sonra evə gəlmiş, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə Məhsəti qəsəbəsində yaşayan qızı Şahid yaşadığı fərdi yaşayış evinə qonaq getmişdir. O, arvadı Zərərçəkmiş şəxs ilə qızı İlhamənin yaşadığı evdə oturub yemək yemişdir. Bundan sonra evin həyətinə çıxmış, həmin vaxt Zərərçəkmiş şəxs da onun arxasınca evin həyətinə çıxmışdır. İlhamə isə evin içərisində qalmışdır. O, evin həyətində olan yardımçı çardağı sökmək istəyəndə Mərizə ona həmin çardağı sökməməsini bildirmiş, o, Mərizənin sözlərindən əsəbləşmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarnmışdır. Mübahisə zamanı o, əlləri ilə Zərərçəkmiş şəxs yaxasından tutaraq kəllə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Mərizə onun vurduğu kəllə zərbəsinin təsirindən yerə yıxılmışdır. Bundan sonra o, dava-dalaş davam etməsin deyə oradan uzaqlaşmışdır. Sonra ona məlum oldu ki, qızı Şahid TTYS-na müraciət etmiş, həkim tərəfindən Zərərçəkmiş şəxs yardım göstərilmişdir. O, arvadı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirən zaman orada kənar şəxslər olmasdığmı, dava-dalaşı qızı Şahid görmmədiyini və dava-dalaşın təxminən 1-2 dəqiqə davam etdiyini bildirmişdir.Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş və zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə o, əri Təqsirləndirilən şəxs ilə birlikdə qızı X2 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsində olan evinə qonaq getmişdir. O, əri Təqsirləndirilən şəxs ilə birlikdə Şahid evində oturub yemək yedikdən sonra evin həyətinə çıxmış, həyətdə olan zaman evin giriş qapısının qarşısında qurulmuş navesi əri Təqsirləndirilən şəxs sökmək istəmiş, o, isə İmana navesi sökəməməsini və usta gəlib düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun dedikləri ilə razılaşmadığından aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs kəllə zərbəsi ilə onun sifət nahiyəsinə qəsdlə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt o, kəllə zərbəsinin təsirindən yerə yıxılmışdır. Həmin vaxt İman çıxıb getmişdir. Sonra qızı Şahid yaşadığı evin içərisindən çıxıb yaxınlaşaraq ona yardım göstərmiş və 103 xidmətinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını bildirərək, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizası və X4 X7 xx.xx.2023-cü il tarixli 414 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- hər iki gözün alt qapaqlarının qançırları ilə müşayət olunan -bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər AR CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuşdur. Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər narkaloji dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs Gəncə şəhəri Psixonevroloji dispanserdə qeydiyyatda durmur Gəncə şəhər narkaloji dispanserdən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Məhsəti qəsəbəsi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs və onun arvadı Zərərçəkmiş şəxs barəsində onlar yaşadığı müddət ərzində hər hansı bir müraciət daxil olmamışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq.. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsn göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-281/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-281/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver