Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-281/2024 24.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1980-cı ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Q.Nəbi küçəsi 3-cü döngə, ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə saat 15 radələrində bacısı Zərərçəkmiş şəxs ilə aralarında olan mülki münasibətlərdən irəli gələn mübahisə zəminində sonuncuya məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Yunis Əmrə küçəsi, ev 2 saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla keçərək evin qonaq otağının pəncərəsini sındırıb yandırıcı maye olan benzini evin içərisinə töküb eni 10 metr uzuluğu 13 metr hündürülüyü 3 metr olan fərdi yaşayış evini evi və içərisində olan 1 ədəd tək nəfərlik yatağı, 2 ədəd kreslonu, 1 dəst 24 nəfərlik qab-qacaq dəstini, 3 ədəd bəzəkli şirniyyat qabını, 4 ədəd xrustal materialdan olan şirniyyat qabını, 30 ədəd bakalı, 2 ədəd çərəz qabını, 6 ədəd duz qabını, 6 ədəd çay stəkanını, 2 ədəd kül qabını, 1 ədəd meyvvə qabını, 1 ədəd gül qabını, uşaq oyuncaqlarını, 1 ədəd divar üçün portret, 1ədəd LG markalı televizoru, 1 ədəd stol və 4 ədəd stuldan ibarət olan stol stul dəstini, 1ədəd 3x4 ölçüdə xalçanı, 1 ədəd 3x4 ölçüdə xalça üçün üzlüyü, 1 ədəd divar saatını, 2 ədəd tək nəfərlik döşəyi qəsdən yandıraraq həmin fərdi yaşayış evinin təmirinə 19500 manat dəyərində həmçinin həmin evin içərindəki əşyalara 1550 manat dəyərində maddi ziyan vurmaqla ümumilkdə özgənin 21050 manat dəyərində xeyli miqdarda əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bacısı Aygül Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Yunis Əmrə küçəsi, ev 2 saylı fərdi yaşayış evində yaşayır. X13 bacısının yaşadığı evi ona hədiyyə formasında bağışlamış və bacısı həmin evdə əri və iki övladı ilə birlikdə yaşamışdır. Onun Aygüldən başqa Arzu adlı bir qardaşı vardır. X2 xx.xx.2021-ci il tarixdə öldükdən sonra ona məxsus Mercedes ML 270 markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən obyekt tikintisi üçün nəzərdə tutulmuş 8 sot ölçüdə torpaq sahəsi və Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin içərisində 2 ədəd ev miras qalmışdır. Atası öldükdən sonra o və kiçik qardaşı Arzu iş yerləri olmadığına və dolanışıq çətin olduğuna görə atasının miras kimi qoyduğu 4 sot torpağın içərisində yerləşən yarımtikili evləri satmaq qərarına gəlmişlər. Həmin torpaq sahəsi atasından qaldığına görə onun satılmasında bacısının da razılığı tələb olunmuşdur. Onlar bu barədə bacısı ilə danışmışlar. Bacısı ilk öncə həmin torpaq sahəsinin satılmasına razılıq vermişdir. Lakin sonradan həmin torpaq sahəsin satıldıqdan sonra özünə pay istədiyini bildirmiş və razılıq ərizəsinə qol çəkmədiyini demişdir. Belə olan halda onlar atası sağ olan zaman yaşadığı evi ona bağışladığını, ondan başqa onun heç bir əmlakda payının qalmadığını bildirmişlər. Lakin Aygül yenə də etiraz etmiş və onlardan qaçmağa başlamışdır. Onlar hər dəfə Aygülün evinə getdikcə Aygül onlardan qaçmağa başlamış və evdə onu tapa bilməmişlər. Həmin 4 sot torpaqda yerləşən 2 ədəd yarımtikili evin satılması üçün notariusda əvvəlcədən sənədlər hazırlanmış, lakin Aygülün imza edərək razılıq verməsi tələb olunduğu üçün həmin yarımtikili evləri satmaq mümkün olmamışdır. Aygül isə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin evlərin satılması üçün razılıq üçün lazımi sənədlərə notariusa gəlib imza edəcəyinə söz vermişdir. Lakin xx.xx.2022-ci il tarixdə Arzu ilə birlikdə Aygülü nə qədər axtarsa da tapa bilməmişlər. O Arzunun yaşadığı evə saat 12 radələrində getmişdir. Onlar oturub xeyli müddət ərzində Aygülü axtarmışlar. Aygülü və onun əri Röyalı tapa bilməmişlər. Saat 15 radələrində onlar notariusda görüşməli olsalarda Aygül gəlməmiş və o, Aygülün bu hərəkətinə əsəbləşmişdir. Həmin vaxt biraz spirtli içki qəbul etmişdir. Buna görə də özünə hakim ola bilməmiş və bərk əsəbləşmişdir. Arzunun yaşadığı evdən çıxıb Arzugilə taksi ilə gələn zaman əlində gətirdiyi 2 litrlik butulkada olan benzini evin bayır hissəsində gizlətdiyi yerdən götürmüşdür. Bu vaxt o Aygülün yaşadığı evin qarşısında yerləşən evin qapısını döymüşdür. Həmin evdən azyaşlı bir uşaq çıxmış, o, da atasının və ya evdə digər böyük şəxslərin olub-olmadığını soruşmuşdur. Həmin evdən bir nəfər qadın çıxmış, o, həmin qadına Aygülün qardaşı olduğunu, Aygülün hal-hazırda qonşu rayonda olduğunu, onun evində sənədlərinin olduğunu demiş və həmin evə hasardan aşaraq sənədləri götürəcəyini bildirmişdir. Bundan sonra isə həmin qadın onu görə-görə Aygülün evinin hasarından aşaraq onun evinin həyətinə düşmüş və əlində əvvəldən götürdüyü 1 ədəd benzin butulkasınında olan benzini evin qonaq otağının pəncərəsini sındıraraq içəriyə tökmüşdür. Daha sonra evin pəncərəsi hündür olduğuna görə ayağının altına evin qaraj hissəsindən götürdüyü stulu qoymuşdur. Stulun üzərinə çıxaraq cibində olan bir ədəd yandıranla benzinə od vurmuş və qardaşı Arzuya zəng edərək Aygülün evini yandırdığını bildirmişdir. Aygülün evi qonaq otağı hissədən yanmağa başlamışdır. O isə evin yandığını görüb evin hasarından çölə çıxmış və əraziyə aidiyyəti şəxslərin və polislərin yaxınlaşmasını gözləmişdir. Onun Aygülə məxsus evi yandırdığını qonşuluqda yaşayan adını bilmədiyi qadın sonradan bilmişdir. Qardaşı Arzu və onun arvadı Lyalyanın isə həmin evi yandırdığını gördüklərini sonradan öyrənmişdir. O heç kimdən kömək almamışdır. Həmin evi tək yandırmışdır. O xx.xx.2022-ci il tarixdə Aygülə məxsus evi yandırmaq fikri təxminən həmin evi yandırdığı vaxtdan 1 saat əvvəl yaranmışdır. O əvvəllər həmişə Aygülə və onun həyat yoldaşı Röyala evlərini yandıracağını şifahi şəkildə desə də, ciddi fikri olmamışdır. Sadəcə onları qorxutmaq istəmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Aygül onu əsəbləşdirdiyinə görə evi yandırmaq qərarına gəlmiş və yandırmışdır. O Arzuya əvvəldən Aygülə məxsus evi yandırmağa getdiyini deməmişdir. Arzunun bu əməli törədəcəyindən məlumatı olmamışdır.Zərərçəkmiş şəxsə dəymiş bütün ziyanı ödəmişdir, zərərçəkmiş şəxs onun bacısıdır və artıq bacısı ilə barışmışdır. Sonradan topraq satılmış bacısına düşən payı vermiş və özünə düşən payı da bacısının evinin təmirinə vermişdir. Odur ki, qeyd olunanları nəzərə alıb barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Hal-hazırda yaşadığı evi atası ona hədiyyə formasında bağışlamış və həmin evdə ailəsi ilə birlikdə yaşayır. Qardaşlarından Şahid1 isə onunla qonşuluqda yaşayır. Arzunun yaşadığı ev onların yaşadığı evin qarşısında yerləşir. Digər qardaşı Cəfər isə ünvan 1 ünvanda yaşayır. X2 xx.xx.2021-ci il tarixdə öldükdən sonra ona məxsus Mercedes ML 270 markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən obyekt tikintisi üçün nəzərdə tutulmuş 8 sot ölçüdə torpaq sahəsi və Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin içərisində 2 ədəd ev miras qalmışdır. Atası öldükdən sonra qardaşları həmin avtomobil, torpaq sahəsi və evləri satmaq fikrinə düşmüş və həmin vaxtdan ondan torpaq sahələri və evləri satmaq üçün lazımi sənədləri imza edərək razılıq verməyini tələb etmişlər. O, atasına məxsus mülkdən öz payını tələb etmiş, lakin qardaşları onun atasına məxsus mirasdan pay istədiyinə görə onunla mübahisələr etməyə başlamışlar. O isə onlara həmin torpaq sahəsini və evləri satmalarına öz razılığını verməmişdir. Sonuncu dəfə təxminən hadisədən bir həftə əvvəl qardaşı Cəfər ona zəng edərək atalarına məxsus evlərdən birinə alıcı çıxdığını və onunda sənədlərinin lazım olduğunu bildirmişdir. Oda Arzu ilə arasında əvvəllər mübahisə yarandığına və onunla danışmadığına görə Cəfər qardaşı Arzunun evində yaşayan bibisi Çəmənin yaşadığı evə gələrək lazımi sənədləri ondan götürəcəyini və Arzuya verəcəyini bildirmişdir. O bundan sonra özünə müdafiəçi tutmuş və qardaşlarının notariusda hazırlatdığı sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuşdur. Sənədlərlə tanış olan zaman ona məlum olmuşdur ki, qardaşları notariusda onun adına vərəsədən imtina ərizəsi yazdırmaq istəyirlər. Ona görə o, həmin ərizəyə imza etməmişdir. Bu hadisədən sonra o, qardaşlarına onu də mirasçı kimi qeyd etmələrini tələb etmiş, lakin onlar imtina etmişlər. Belə olan halda qardaşı Cəfər onu hədələməyə başlamışdır. O, Cəfərin sözlərinə əhəmiyyət verməmiş və imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə əri Röyal iş yerində növbədə olduğuna görə o Cəfərin yaşadığları evi yandıracağı hədəsindən qorxaraq Röyalın əmisinin evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində isə yaşadığı evlə qonşuluqda yaşayan Zülfiyyə Abbasova ona məxsus telefona zəng edərək qardaşı Cəfərin küçədə onların evin qarşısında səs-küy yaratdığını, daha sonra yaşadığları evin həyətinə keçərək evi yandırdığını, onların evlərindən tüstü qalxdığını bildirmişdir. O dərhal bu barədə 102 xidmətinə məlumat vermişdir. Daha sonra isə baldızının qızı Əfsanə Şəmilova ona zəng edərək qardaşı Arzunun arvadı Lyalyanın ona zəng etdiyini, Cəfərin onların evini yandırdığı barədə məlumat verdiyini ona bildirmişdir. O dərhal yaşadığı evə gəlmiş və evinin yanğınsöndürən tərəfindən söndürüldüyünü müəyyən etmişdir. O yaşadığı evə keçən zaman evin giriş hissədən sağda yerləşən qonaq otağının tamamıilə yandığını, içərisində olan əşyaların tamaıilə yararsız hala düşdüyünü, evin ümumi dəhliz hissəsinin yanaraq yararsız hala düşdüyünü, evin mətbəx hissəsinin yanğın nəticəsində zədələndiyini, evin yataq otağının və hamam-tualetinin yanğın nəticəsində yararsız hala düşdüyünü müəyyən etmişdir. Hadisə nəticəsində ona ümumilikdə evin əşyaları ilə birlikdə 21050 manat dəyərində ziyan dəymişdir. Hadisə nəticəsində ona qardaşı tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Qardaşı ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Barəsində həbs ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaq zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısının arvadıdır. Aygülün öz qardaşları Cəfər və Arzu ilə aralarında mülki məsələlərlə bağlı mübahisələrinin olduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində dayısının azyaşlı qızına Aygülün qardaşı arvadı Lyalyanın zəng edib Cəfərin Aygülün evini yandıracağını ona telefonda bildirmişdir. O isə Cəfərə mane olmaqlarını, bacısı Aygülə məxsus evi yandırmaması üçün hər hansı tədbir görməklərini məsləhət bilmişdir. Bu vaxt həmin Lyalya adlı şəxs ona telefonda Cəfərin əsəbi olduğunu, ona mane ola bilmədiklərini demişdir. Bundan sonra isə telefonu söndürmüş və birdə 15 radələrində ona yenidən zəng etmişdir. Lyalya ona zəng edərək Aygülə məxsus evi Cəfərin artıq yandırdığını bildirmişdir. Oda Aygülə dəfələrlə zəng etsə də, onu tapa bilməmişdir. Sonra isə eşitmişdir ki, Cəfər Aygülə məxsus evi yandırmışdır. Məhkəmə istintaq zamanı şahid X6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı evin pəncərəsinin döyüldüyünü eşitmişdir. Pəncərədən baxan zaman Cəfər adlı şəxsin pəncərəni döydüyünü müəyyən etmişdir. Cəfər uca səslə Aygülün qardaşı olduğunu, onun yaşadığı evə girərək oradan sənəd götürmək istədiyini bildirmişdir. Daha sonra isə onların yaşadıqları evdə olmadığı üçün evin hasarından keçəcəyini qeyd etmişdir. Cəfər onun yaşadığı evin qarşısından bacısı Aygülün yaşadığı evə tərəf gedən vaxt onun əlində su butulkasında yandırıcı maye olan benzinə bənzər maddə olduğunu görmüşdür. Bundan sonra Cəfər adlı şəxs Aygülün evinin həyətinə hasardan keçmiş və evin həyətində olan zaman öz-özünə uca səslə danışdığını və nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bu vaxt o yaşadığı evdən çıxaraq küçəyə çıxmışdır. O həmin vaxt Aygülün telefon nömrəsinə bir neçə dəfə zəng etsə də Aygülün telefonuna zəng çatmadığı üçün qardaşı Cəfərin hərəkətləri barədə ona məlumat verə bilməmişdir. Cəfərin qonşuluqda yaşayan Aygülə məxsus evin həyətində ucadan səsküy-salaraq telefonla danışmasından sonra evdən tüstü qalxdığını müəyyən etmişdir. Bu vaxt Aygülün qonşuluqda yaşayan digər qardaşı Arzuya hadisə barəsində məlumat vermişdir. Arzu isə Cəfərin Aygülə məxsus evi yandırdığını gördüyünü, lakin ona mane olmağa çalışsa da Cəfərin ona məxsus evi yandırdığını demişdir. O isə Aygülə məxsus evin yanaraq məhv olacağından qorxduğu üçün Aygülün həyat yoldaşına bu barədə məlumat vermişdir. Daha sonra əraziyə polis əməkdaşları və yanğın söndürmə qrupları gəlmişdir. Cəfər isə həmin saatlarda hadisə yerini tərk etməmişdir. Onların küçədə yerləşən evlərin bəzisində yaşayış olmadığına görə yalnız o hadisənin şahidi olmuşdur. Cəfər tək omuş, yanında heç kim olmamışdır. Məhkəmə istintaq zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ekipaj yoldaşları Şahid6 və Abdullayev Akif oğlu ilə xidmətdə olan zaman Gəncə şəhəri Cavadxan qəsəbəsi yolunda yanğınsöndürən avtomobillərin yüksək sürətlə Cavadxan qəsəbəsinə tərəf hərəkət etdiyini görmüşlər. Həmin vaxt Gəncə şəhər BPİ-nin növbətçi hissəsinə bu barədə məlumat vermişlər. Bundan sonra yanğın olan ünvana getmişlər. Onlar həmin ünvana çatan zaman məlum olmuşdur ki, fərdi yaşayış evi qəsdən yandırılmışdır. Həmin vaxt yanğın baş verən yerdə olan tanımadıqları bir nəfər şəxs yüksək səslə nəlayiq ifadələr işlədərək “Evi mən yandırmışam yaxşı eləmişəm” demişdir. Sonradan məlum olmuşdur ki, evi yandırdığını deyən şəxs Təqsirləndirilən şəxsdur və yandırdığı evdə bacısına məxsusdur. Həmçinin evi yandırmasının səbəbidə aralarında mülki mübahisə olmasıdır. Təqsirləndirilən şəxs ilə söhbət edən zaman onun sərxoş olması hiss olunmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs xidməti avtomobildə əyləşdirərək Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə istintaq zamanı şahid Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri polis serjantı Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaq zamanı cinayət prosesi iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq özünə məxsus Opel markalı ** VD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Bacısı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciətlə əlaqədar olaraq bildirir ki, bacısı Aygül onun yaşadığı evin arxa hissəsində yaşayır. X13 bacısının yaşadığı evi ona hədiyə formasında bağışlamışdır. Bacısı həmin evdə əri və iki övladı ilə birlikdə yaşayır. Onun Aygüldən başqa Cəfər adlı bir qardaşı vardır. Cəfər onların ikisindəndə böyükdür və atasının böyük övladı kimi Cəfər Gəncə şəhəri Aydınbəyov küçəsi, 3-cü dalanda yerləşən 6 saylı fərdi yaşayış evində yaşayır. X2 xx.xx.2021-ci il tarixdə öldükdən sonra ona məxsus Mercedes ML 270 markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən obyekt tikintisi üçün nəzərdə tutulmuş 8 sot ölçüdə torpaq sahəsi və Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin içərisində 2 ədəd ev miras qalmışdır. Atası öldükdən sonra o və böyük qardaşı Cəfər iş yerləriu olmadığına və dolanışıq çətin olduğuna görə atasının miras kimi qoyduğu 4 sot torpağın içərisində yerləşən yarımtikili evləri satmaq qərarına gəlmişdir. Həmin torpaq sahəsi atasından qaldığına görə onun satılmasında bacısının da razılığı tələb olunmuşdur. Onlar bu barədə bacısına danışmışlar. Bacısı ilk öncə həmin torpaq sahəsinin satılmasına razılıq vermiş, sonradan həmin torpaq sahəsin satıldıqdan sonra özünə pay istədiyini bildirmiş və razılıq ərizəsinə qol çəkmədiyini bildirmişdir. Belə olan halda onlar atasının sağ olan zaman yaşadığı evi ona bağışladığını, ondan başqa onun heç bir əmlakda payının qalmadığını bildirmişlər. Lakin Aygül yenə də etiraz etmiş və onlarda qaçmağa başlamışdır. Onlar hər dəfə onun evinə getdikcə Aygül qaçmağa başlamış və evdə onu tapa bilməmişlər. Həmin 4 sot torpaqda yerləşən 2 ədəd yarımtikili evin satılması üçün notariusda əvvəlcədən sənədlər hazırlanmış, lakin Aygülün imza edərək razılıq verməsi tələb olunduğu üçün həmin yarımtikili evləri satmaq mümkün olmamışdır. Aygül isə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin evlərin satılması üçün razılıq üçün lazımi sənədlərə notariusda imza edəcəyinə söz vermişdir. Lakin Cəfərlə birlikdə Aygülü nə qədər axtarsalar da tapa bilməmişlər. Cəfər onun yaşadığı evə saat 12 radələrində gəlmiş, onlar xeyli müddət ərzində yaşadığı evdə Aygülü axtarmışlar. Röyal və Aygülü tapa bilməmişlər. Saat 15 radələrində onlar notariusda görüşməli imişlər. Cəfər onun yaşadığı evdən çıxıb getmiş, onun hara getdiyini bilməmişdir. Lakin bir qədər keçdikdən sonra Cəfər ona zəng vuraraq Aygülün evinin həyətində olduğunu, əlində olan 2 litrlik su butulkasına doldurulmuş yandırıcı maye olan benzinlə Aygülə məxsus evi yandıracağını bildirmış və evin həyətinə tərəf olan qonaq otağının pəncərəsini sındırmışdır. Daha sonra isə pəncərədən evin içərisinə yandırıcı maye olan benzin tökmüş və evi yandırmışdir. Daha sonra isə əraziyə polis əməkdaşları və yanğınsöndürən gəlmişdir. Aygülə məxsus evin Cəfər tərəfindən yandırıldığını o, onun həyat yoldaşı Şahid2 və qonşuluqda Zülfiyyə adlı qadın görmüşdür. Cəfər Aygülə məxsus evi yandıran zaman içkili vəziyytdə olmuşdur. Cəfərin Aygülə məxsus evi yandırmasında Cəfərə heç kim köməklik göstərməmişdir. O özü həmin evi tək yandırmışdır. O Cəfərin ona xəsarət yetirəcəyindən qorxaraq onun hərəkətlərinin qarşısını ala bilməmişdir. Məhkəmə istintaq zamanı cinayət prosesi iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan dilində sərbəst danışmağı və latın qrafikalı əlifba ilə yazıboxumağı bacarır. O hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq yaşadığı evdə məişət işləri ilə məşğul olur. Baldızı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciətlə əlaqədar olaraq bildirir ki, Aygül onların yaşadığları evin arxa hissəsində yaşayır. X13 Aygülün yaşadığı evi ona hədiyə formasında bağışlamışdır. Aygül həmin evdə əri və iki övladı ilə birlikdə yaşayır. Aygül ilə əri Arzunun Cəfər adlı böyük qardaşları vardır. Cəfər Gəncə şəhəri Aydınbəyov küçəsi, 3-cü dalanda yerləşən 6 saylı fərdi yaşayış evində yaşayır. X1 xx.xx.2021-ci il tarixdə öldükdən sonra ona məxsus Mercedes ML 270 markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən obyekt tikintisi üçün nəzərdə tutulmuş 8 sot ölçüdə torpaq sahəsi və Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin içərisində 2 ədəd ev miras qalmışdır. Qayınatası öldükdən sonra əri Arzu və böyük qardaşı Cəfər iş yerləri olmadığına və dolanışıq çətin olduğuna görə atalarının miras kimi qoyduğu 4 sot torpağın içərisində yerləşən yarımtikili evləri satmaq qərarına gəlmişlər. Həmin torpaq sahəsi atalarından qaldığına görə onun satılmasında bacıları Aygülün də razılığı tələb olunmuşdur. Aygül ilk öncə həmin torpaq sahəsinin satılmasına razılıq vermiş, lakin sonradan həmin torpaq sahəsin satıldıqdan sonra özünə pay istədiyini bildirmiş və razılıq ərizəsinə qol çəkməyəcəyini bildirmişdir. Belə olan halda Arzu və Cəfər ataları sağ olan zaman Aygülün yaşadığı evi ona bağışladığını, həmin evdən başqa onun heç bir əmlakda payının qalmadığını bildirmişlər. Lakin Aygül yenə də etiraz etmiş və onlardan qaçmağa başlamışdır. Arzu və Cəfər hər dəfə Aygülün evinə getdikcə Aygül onlardan qaçmağa başlamış və evdə Aygülü tapa bilməmişlər. Həmin 4 sot torpaqda yerləşən 2 ədəd yarımtikili evin satılması üçün notariusda əvvəlcədən sənədlər hazırlanmış, lakin Aygülün imza edərək razılıq verməsi tələb olunduğu üçün həmin yarımtikili evləri satmaq mümkün olmamışdır. Aygül isə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində həmin evlərin satılması üçün razılıq üçün lazımi sənədlərə notariusda imza edəcəyinə söz vermiş, lakin gəlməmiş, Cəfərlə birlikdə Arzu Aygülü nə qədər axtarsalar da tapa bilməmişlər. Cəfər onların yaşadığları evə saat 12 radələrində gəlmişdir. Onlar xeyli müddət ərzində yaşadığları evdə Aygülü axtarmışlar. Röyal və Aygülü tapa bilməmişdir. Saat 15 radələrində Arzu və Cəfər Aygüllə notariusda görüşməli imişlər. Cəfər onların yaşadıqları evdən çıxıb getmiş, onlar isə Cəfərin hara getdiyini bilməmişlər. Lakin bir qədər keçdikdən sonra Cəfərin əlində 2 litrlik su butulkası ilə küçəyə gəldiyini görmüşlər. Həmin vaxt Cəfər əlində olan benzinlə Aygülə məxsus evi yandıracağını bildirmiş və evin küçə tərəf hasarından keçməklə evin həyətinə tərəf olan qonaq otağının pəncərəsini sındırmışdır. Daha sonra isə pəncərədən evin içərisinə yandırıcı maye olan benzin tökmüş və evi yandırmışdır. Daha sonra isə əraziyə polis əməkdaşları və yanğınsöndürən gəlmişdir. Aygülə məxsus evin Cəfər tərəfindən yandırıldığını o, onun həyat yoldaşı Şahid1 və qonşuluqda Zülfiyyə adlı qadın görmüşdür. Cəfər Aygülə məxsus evi yandıran zaman spirtli içki qəbul etmişdir. Aygülə məxsus evi yandırmasında Cəfərə heç kim köməklik göstərməmişdir. O özü həmin evi tək yandırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.2-cimaddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdır. xx.xx.2022-ci il tarixli, baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir.Həmçinin baxış zamanı fotşəkillər çəkilərək prortokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutuması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2cimaddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, törətdiyi əməli könüllü şəkildə etiraf etmişdir. 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə AR CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 28 aprel 2022-ci il tarixli 10/1037 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Yunis Əmrə küçəsi 2 nömrəli fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 19500 manat məbləğində müəyyən olunur. Məhkəmə əmtəəşünalıq ekspertizasının 14 iyun 2022-ci il tarixli 9/4287 saylı rəydən görünür ki, ekspertiza təyinı haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına orta bazar ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1550,0 manat müəyyən edilir. Məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının25 iyul 2022-ci il tarixli 10/4239 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri cavadxan qəsəbəsi Yunis Əmrə küçəsi, ev 2 saylı fərdi yaşayış evində baş vermiş yanğının mənbıəyi evin zal ortağının daxilində, döşəmə səviyyəsində olmuşdur. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda yanğın, istintaq tərəfindən müəyyən ediliyi kimi yəni, kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş vermişdir. Məhkəmə psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 200 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və halhazırda keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntuları və alkoqolizimlə fəsadlaşma xbt10 f07.2 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntuları və alkoholizmlə fəsadlaşma xbt10 f07.2 keçirməsinə baxmayaraq həmin xəstəlik əlaməıtlərinin az ifadəli olması səbəbindən o öz hərəktlərini qiymətləndirmək öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayıt haddisəısini tərədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Gəncə şəhəri, Q.Nəbi küçəsi 2-ci dalan, ev 6-da yaşayan, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ŞHXÇDX-nin Nizami rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 810 saylı göndərişinə əsasən dispanserdə müayinədə olmuş və ona “Keçirilmiş kəllə-beyin travmasından sonra yaranan psixopatabənzər davranış, nevrotik reaksiyalarlar” diaqnozu qoyulmuşdur. Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində X7 adlı xx.xx.2020-ci il təvəllüdlü 1 azyaşlı övladı var. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 186.2.2-cimaddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 186.2.2-cimaddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cinayət işi üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin cəzadan azad edilməsini xahiş etmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntuları və alkoqolizmlə fəsadlaşma xbt10 f07.2 xəstəliyindən əziyyət çəkməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ziyanın tamamilə ödənilməsini, himayəsində 1 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntuları və alkoholizmlə fəsadlaşma xbt10 f07.2 xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslə bacı-qardaş olmaqla, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, ziyanın tamamilə ödənilməsini, himayəsində 1 azyaşlı uşağının olmasını yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 205 manat (iki yüz beş) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X10 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02(iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 205 manat (iki yüz beş) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı– “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-281/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-281/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver