Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-282/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Daşkəsən rayonu, Mədənçilər ev 7, mənzil 3-də qeydiyyatda olmaqla Gəncə şəhəri, S.Əliyev küçəsi, ev 38-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə saat 14:30 radələrində Gəncə şəhəri S.Əliyev küçəsində X1 şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ üz nahiyəsindən qəsdən vurmaqla, sağ yanaq nahiyəsinin selikli qişasına qansızma və yara ilə müşayət olunan sağ yanaq nahiyəsinin qançırı xəsarəti yetirməklə şağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, indiyə kimi aralarında heç vaxt mübahisə və narazılıq olmamışdır. Zərərçəkmiş şəxs onun yeznəsi X2 xalası oğludur. O, Zərərçəkmiş şəxs yeznəsi Elmar Göyüyev evdə olduqda gəlməsini dəfələrlə demiş, lakin o, dəfələrlə Rüfətə irad bildirməsinə baxmayaraq Rüfətin yenə də onlara gəlib-getmişdir. xx.xx.2023-cü il tarixdə günorta saat 14:15 radələrində Tural Gəncə şəhəri S.Əliyev küçəsi ev 38-də öz həyətində işləyən zaman Zərərçəkmiş şəxs yeznəsi Elmargilə getməsini görmüş, Tural da onun arxasınca Gəncə şəhəri S.Əliyev küçəsində yaşayan yeznəsi Elmargilə getmişdir. O, Elmargilə gedən zaman Zərərçəkmiş şəxs və yeznəsi Elmarın qardaşı, 1ci qrup əlil olan Mehman Göyüyevdən evdə kimin olubolmamasını maraqlanmış, maraqlanan zaman Rüfətlə Mehman evdə onlardan başqa heç kimin olmadığını demişlər. O, Rüfətə işi qurtardıqdan sonra onu küçədə gözləyəcəyini demiş, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Rüfət əsəbi şəkildə onun yanına gəlmişdir. Tural Rüfətə məqsədinin nə olmasını demiş, sonuncu isə əsəbi şəkildə “öz probleminizi özünüz həll edin” demişdir. Rüfət əlini cibinə atan zaman Tural onun cibində bıçaq olmasını ehtimal etmiş və sol əli ilə sillə ilə onun üzünün sağ nahiyəsindən vurmuşdur. Tural onu vuran zaman Rüfət sakitləşmiş və oradan çıxıb getmişdir. Bundan sonra Rüfət gedərkən Tural öz evlərində həyətdə oturan Mehmanın yanına getmiş, Mehman ona narazılıq edərək “sənin nəyinə lazımdır, bizim evimizə kimlərin gəlibgetməsini maraqlanırsan?” ifadəsini işlətmişdir. Bundan sonra Rüfət Sadqovun onun barəsində polisə şikayət etməsini bilmişdir. Onların arasında mübahisə 2-3 dəqiqə davam etmiş, mübahisə edən zaman orada onlardan başqa heç kim olmamışdır. Sonda o, Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və xx.xx.2023-cü il tarixdə DİNin “102 xidməti”nə o, müraciət etmişdir. X4 və qardaşı Elmar onun xalası oğlanlarıdır. Mehman birinci qrup əlildir və onun övladının kirvəsidir. Rüfət bəzi vaxtlarda yaşadıqları ünvana gedərək orada Mehmanın saçlarını qırxır. Elmarın ailəsi də Mehman ilə birlikdə yaşayırlar. Elmarın qaynı Təqsirləndirilən şəxs isə Rüfətin həmin ünvana getməyinə narazılıq edir və onun həmin ünvana getməyi ilə onun bacısının adına söz çıxacağını hesab edir. O, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində yenə Mehmanın saçlarını qırxmaq üçün Gəncə şəhəri “2708 dairəsi” adlanan yerin yaxınlığında yaşadıqları ünvana getmiş, ora gedən zaman Mehmandan başqa evdə heç kim olmamışdır. O, oraya getdikdən bir-iki dəqiqə sonra arxası ilə həmin ünvana Tural gəlmiş və bacısının evdə olub-olmadığını soruşmuş, o, isə sonuncuya bacısının evdə olmadığını demiş, bu vaxt Tural onun ünvanına gəlməsini və onunla söhbət etmək istədiyini demişdir. O, Mehmana kətili verərək ailə məsələlərini özləri həll etmələrini, evlərinə kimin gəlib-gəlməməsinə qərar vermələrini, daha onların ünvanına gəlməyəcəyini demişdir. O, evdən çıxdıqdan sonra bayırda olan Tural bir daha onu söhbət etməyə dəvət etmiş və ona “bunu qəsddən edirsənmi buraya gəlməklə?” demişdir. O, isə heç bir qəsdi olmadığını, sadəcə olaraq ev sahiblərinin, yəni qohumlarımın dəvəti və təkidi ilə getdiyini demişdir. O, getməli olduğunu, qohumluq münasibətlərini özləri aydınlaşdırmalı olduqlarını, həmin ünvana kimin gəlibgəlməməsini qərarlaşdırmalarını demiş və artıq bu məslələrin onu əsəbləşdirdiyini demişdir. Həmin anda Tural anidən sol əli ilə onun üzünün sağ nahiyyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Tural onu bir daha vurmaq istəsə də, o, sonuncunun qollarından tutub saxlamış və düzgün rəftar etmədiyini, bunun başqa cür həlli olduğunu demişdir. Bu vaxt Tural sakitləşmiş və o, sonuncunu buraxaraq oradan uzaqlaşmışdır. Mübahisə edərkən ətrafda heç kim olmamış, aralarındakı mübahisə 2-3 dəqiqə davam etmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023cü il tarixli, 543 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ yanaq nahiyəsinin selikli qişasına qansızma və yara ilə müşayət olunan sağ yanaq nahiyəsinin qançırı-şişkinliyi bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində gəstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan evlər üçlüyününün verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclasında təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, dəmiş ziyan ödənilmiş, hər hansı şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmişə dəymiş ziyanı ödəmiş, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, dəymiş ziyan ödənilmişdir. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və dəymiş ziyanın ödənilməsi nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 36 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-282/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-282/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver