Məhkəmə qərarları › İş №1(125)-282/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-282/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-282/2024 17.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Müdafiəçi, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmuş, Yevlax rayonunun Əkşəm kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Müdafiəçi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azar sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs aldadıb sonuncunun əvvəllər faktiki nigah münasibətlərində olduğu X3 Gəncə şəhərində yerləşən BTB banka qoyduğu qızıl-ziynət əşyalarını bankdan çıxaracağı barədə vədlər verərək xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 530 manat pulu vahid niyyətlə hissə-hissə ələ keçirib zərərçəkmiş şəxsə 780 (yeddi yüz səksən) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ödəniş qəbzləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əməlindən peşman olduğunu qeyd etmişdir. Odur ki, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin dekabr ayının əvvəllərində Azar sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs Aqşin qızı ilə tanış olmuş və aralarında ilk olaraq dost münasibətləri yaranmış, Zərərçəkmiş şəxs ona öz ailə problemləri barəsində danışmışdır. Söhbət əsnasında Azadə keçmiş həyat yoldaşı Anar Mustafayevin ona məxsus qızıl-ziynət əşyalarını lambarda qoyduğunu və ona geri qaytarmadığını, həmin qızıl-ziynət əşyalarını lambarda batıracağını bildirmiş və ondan həmin qızıl-ziynət əşyalarını çıxarmağa köməklik göstərməsini xahiş etmişdir. O, da Azadəyə narahat olmamasını və həmin qızıl-ziynət əşayalarının lombarddan çıxarılmasına kömək edecəyini demişdir. İlk olaraq o, Zərərçəkmiş şəxs lombardı ödəmək lazım olduğunu, qızıl-ziynət əşyaları lombard tərəfindən satışa çıxarılmasını, ancaq keçmiş həyat yoldaşı Anar Mustafayevin bundan xəbəri olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq xx.xx.2023-cü il tarixdə ona məxsus **********322249 plastik kartına ilk olaraq 250 manat, xx.xx.2023-cü il tarixdə həmin plastik karta 530 manat pul göndərmişdir. Həmin pulu o, şəxsi ehtiyacları üçün istifadə etmiş və hər dəfə Zərərçəkmiş şəxs ondan qızıl-ziynət əşayalarının lombarddan nə vaxt çıxaracağını soruşduqda ona vəkil tutduğunu və tez bir zamanda həll olunacağını demişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək ona göndərdiyi pulu sələm götürdüyünü və sələmi ödəyə bilmədiyini demiş, o, isə iki günə iş öz həllini tapacağını bildirərək həmin sözləri deməkdə məqsəd vaxt udmaq olmuşdur. Əslində isə onun qızıl-ziynət əşyalarını lambardan çıxarmaq fikri olmamışdır. Həmin söhbətdən bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək keçmiş həyat yoldaşı ilə barışdığını və ona məxsus qızıl-ziynət əşyalarının lombardan çıxarılması üçün göndərdiyi 780 manat pulu qaytarmağını əks halda ondan şikayət edəcəyini bildirmiş, o, isə pulu geri qaytarcağını, hazırda maddi durumunun yaxşı olmadığını demişdir. Bundan sonra o, həmin pulu geri qaytara bilmədiyi üçün Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində ona Gəncə ŞBPİ-dən zəng gələrək idarəyə ifadə vermək üçün dəvət etmişlər. Lakin o, çağırışa getmədiyi üçün barəsində axtarış verilmiş və xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu Mingəçevir şəhərində saxlayaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil vermişlər. Sonda isə o, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə mənimsədiyi 780 manat pulu tam şəkildə qaytarmış və əlavə olaraq sələmin faizini vermək üçün 150 manat pul vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azar sosial şəbəkəsi vasitəsi ilə Elgün adlı şəxslə tanış olduğunu bildirərək ona yoldaşından boşandığını və keçmiş həyat yoldaşı Anar Mustafayev onun 68 qr qızıl-ziynət əşyalarını lombarda qoyub pul götürdüyünü deyərək onunla məsləhətləşmək istəmişdir. Çünki Elgün ona polis əməkdaşı olduğunu demişdir. O, başına gələnləri danışdıqdan sonra Elgün Äbdullayev ona qızıllarını geri qaytarmaqda köməklik edəcəyini, lombardın son iki ayını bağlamağa həm də vəkil tutmaq üçün pul lazım olduğunu bildirmişdir. O, Müdafiəçi inanıb ona xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri N.Nərimanov prospekti Göz xəstəxanası ilə üzbəüz yerləşən Bazar Store mağazasının içərsində yerləşən MilliÖn vasitəsi ilə ilk öncə 250 manat pul, xx.xx.2023-cü il tarixdə həmin yerdən 530 manat pulu Müdafiəçi məxsus kapital bank tərəfindən verilmiş 416979******2249 nömrəli plastik karta vurmuşdur. Bundan sonra Elgün lombardın son iki ayını bağladığını və vəkil tutduğunu bildirmişdir. Ancaq vaxt keçdikcə o, şübhələnməyə başlamış, çünki hər dəfə Elgündən soruşduqda tez bir zamanda qızılları lambarddan çıxarıb verəcəyini bildirmişdir. Ancaq xx.xx.2023-cü il tarixdə keçmiş qayınanasi Sevil onlara uşağın yanına gəldikdə lambardın ödənişinin vaxtı gəldiyini və Anarın ödəniş edib etmədiyini soruşduqda o, Anarın ödəniş etdiyini bildirmişdir. Həmin vaxtı o, Müdafiəçi onu aldatdığını və 780 manat pulu dələduzluq yolu ilə mənimsədiyini anlamışdır. İfadəsinin sonunda isə o, Müdafiəçilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 18 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Müdafiəçi barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v.- 1); - 17 yanvar 2024-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Müdafiəçi xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər PŞ tərəfindən CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə istintaq başlanılmış və həmin tarixdə CPM-nin 40.3-cü (CM 73-1.1) maddəsinə əsasən xitam verilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 127.1, 178.2.3, 32.4, 312.1, 66.2, 68.2-ci maddələri ilə 1 il azadlığın məhdudlaşdırılması və 5500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və xx.xx.2023-cü il tarixli qərarı ilə cərimə cəzası 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 32.4, 312.1, 178.2.1 və 178.2.4-cü maddələri ilə 3 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli Yevlax RPŞ-nin qərarına əsasən CM-nin 178.2.3, 312.1-ci maddələri ilə Probasiya xidmətindən yayındığına görə barəsində axtarış elan edilmişdir. (i.v.- 27); - 24 yanvar 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Nəriman Nərimanov prospekti Göz xəstəxanası ilə üzbəüz yerləşən “Bazar Store” mağazasının içərisində yerləşən Milliön ödəniş terminalının qarşısına baxış keçirilmiş və həmin yerin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.- 41-46); - 30 yanvar 2024-cü il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, Müdafiəçi məcburi olaraq Gəncə şəhər BPİ-nin İTİ-nə gətirilməsi qərara alınmışdır. (i.v.- 51); - 01 fevral 2024-cü il tarixli “şübhəli şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Müdafiəçi ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs kimi tanınmışdır. (i.v.55); - 01 fevral 2024-cü il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Müdafiəçi barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır.(i.v.- 58); - 28 fevral 2024-cü il tarixli “dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.- 68); - 28 fevral 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Müdafiəçi keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri ərazisində saxlanılaraq 4-cü PB-nə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. (i.v. 75); - 28 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Müdafiəçi həmin tarixdə saat 14:20 radələrində tutulmuşdur. (i.v. 85); - 29 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Müdafiəçi ********* nömrəli cinayət işi üzrə CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 92); - 29 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Müdafiəçi CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i.v 99-101); - 29 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında qərardan görünür ki, Müdafiəçi barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. (i.v.- 108); - xx.xx.2024-cü il tarixli, 1385 nömrəli Gəncə şəhər Narkoloji dispanserindən verilmiş arayışdan görünür ki, Müdafiəçi Gəncə şəhəri Rayonlararası dispanserdə qeydiyyatda durmur. (i.v.- 116); - xx.xx.2024-cü il tarixli, 1286 nömrəli Gəncə şəhər Psixonevroloji dispanserindən verilmiş arayışdan görünür ki, Müdafiəçi həmin dispanserdə qeydiyyatda durmur. (i.v.- 117); - 11 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Müdafiəçi barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır.(i.v.- 122); - 25 aprel 2024-cü il tarixli “dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.- 127); - 25 aprel 2024-cü il tarixli qətimkan tədbirinin qüvvədə saxlanması haqqında qərardan görünür ki, Müdafiəçi barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v.- 133); - Qusar Rayon Məhkəməsinin 1(029)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Müdafiəçi CM-nin 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətinə azadlığın məhduddlaşdırılması cəzası təyin edilmişdir. (i.v.- 139-149); - 26 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, pul qəbzləri və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir. (i.v.- 151-159); - 11 sentyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, CM-nin 178.2.4-cü maddəsinə əsasən Müdafiəçi barəsində Mingəçevir şəhər PŞdə axtarış işi açılmış və həmin tarixdə könüllü olaraq özünü Mingəçevir şəhər PŞ-nə təqdim etmişdir. - 19 sentyabr 2024-cü il tarixli Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Müdafiəçi Qusar Rayon Məhkəməsinin 1(029)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 03 il 11 ay 28 gün müddətinə azadlığın məhduddlaşdırılması cəzasından 01 il 04 ay 23 gününü çəkmiş, 02 il 07 ay 05 günü isə çəkilməmiş qalmışdır. (17 dekabr 2024-cü il tarixədək isə 02 il 05 ay 07 gün çəkilməmiş cəza qalmışdır) - 05 noyabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Müdafiəçi dəymiş ziyanı ödədiyini, onunla barışdığını və ona qarşı şikayətinin olmadığını bildirmişdir. Beləliklə, Müdafiəçi etibardan sui-istifadə etməklə, habelə aldatmaqla Zərərçəkmiş şəxs əmlakını ələ keçirməsi və əmlak hüquqlarını əldə etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün və zərərçəkiş şəxsin verdiyi ifadələr, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Müdafiəçi əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs Müdafiəçi cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını təqsirləndirilən şəxs Müdafiəçi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs Müdafiəçi islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 67.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Müdafiəçi törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhduddlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Müdafiəçi Qusar Rayon Məhkəməsinin 1(029)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 05 beş ay 07 (yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Müdafiəçi 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 fevral 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Müdafiəçi yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Yevlax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Müdafiəçi barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Müdafiəçi məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi Müdafiəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Müdafiəçi Qusar Rayon Məhkəməsinin 1(029)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş qalan 02 (iki) il 05 beş ay 07 (yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökmlə təyin olunmuş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması oğlunun şübhəli şəxs qismində tutulduğu 02 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Müdafiəçi üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Yevlax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Müdafiəçi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Müdafiəçi barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Müdafiəçi göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar