Məhkəmə qərarları › İş №1(125)-286/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-286/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-286/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1963-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Gəncə şəhəri, Mehmandarov küçəsi, ev 4-də qeydiyyatda olmaqla, ünvan 137, ev 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 10.57 qram olan narkotik vasitə marixuananı və ümumi təmiz çəkisi 1.625 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvan 137, ev ünvanında saxlamış, 27 avqust 2021ci il tarixdə saat 13 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı ümumi təmiz çəkisi 1.625 qram təşkil edən psixotrop maddə metamfetaminin 0,384 qramını tanışı Şahid3 Gəncə şəhəri, DOS 102 ünvanında yerləşən küçədə 20 manat pul müqabilində satmış, 27 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Şahid3 qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzində saxlanılaraq Gəncə şəhər Eminbəyli küçəsi 151 ünvanında yerləşən Nizami RPB-nə gətirilmiş, onun üzərinə Nizami RPB-də şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindın 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 0.384 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, daha sonra xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin Nizami RPB-yə onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq üzərində və yaşadığı evdəı saxlaması və satması barədə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin günü, yəni 28 avqust 2021-ci il tarixdə saat 09 radələrində ünvan 4 ünvanında yerləşən Nizami RPB-nə gətirilmiş, həmin ünvanda onun üzərinə şəxsi axtraış və götürmə aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən üç ədəd şəffaf rəngli polietilen kəsiyi bükümün ayrı-ayrılıqda təmiz çəkiləri 0.389, 0.409 və 0.443 qram, ümumi təmiz çəkisi 1.241 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,16 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana, həmin tədbirin davamı olaraq 28 avqust 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 137, mənzil 1 ünvanında yerləşən mənzilinə baxış keçirilən zaman mənzilin hamam otağında yerləşən su qızdırıcısının içərisindən üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,13 qram, 2,28 qram və 3,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yaşamış və fərdi əməklə məşğul olmuşdur. Əvvəllər narkotik maddə olan marixuana bəzi vaxtlar isə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul etmişdir. Sonuncu dəfə narkotik maddə qurudulmuş marixuananı və “patı” adlandırdığı metamfetamini o, Yevlax rayonunda tanımadığı şəxsdən 25 manata almış və aldığı metamfetaminin bir bükümünü yol xərcini çıxarmaq üçün həmin vaxt Gəncə şəhərində tanışı Gəncə şəhər sakini Şahid3 20 manata satmışdır. Hadisə ilə əlaqədar olaraq bildirir ki, xx.xx.2021-ci il tarixdə, Gəncə şəhəri A.Ziyadxanov küçəsi 18 nömrəli orta məktəbin yaxınlığında olarkən mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində şübhəli olduğunu bildirib Gəncə şəhər Nizami rayon polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə getdikdən sonra orada müdafiəçi ilə təmin edilmiş və hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 2 ədəd alışqan, 1 ədəd “ARGO” markalı siqaret paketi, 1 ədəd gümüşü rəngli metal boyunbağı, sağ yan cibindən isə üç ədəd şəffaf rəngli sellofana bükülmüş, sellofanla birlikdə ümumi çəkiləri 1.35 qram olan kristal formasında metamfetamin və 1 ədəd kibrit qutusunun içərisində qutu ilə birlikdə ümumi çəkisi 6.25 qram olan qurudulmuş marixuana aşkar olunmuşdur. Şəxsi axtarış zamanı bildirmişdir ki, narkotik və psixatrop maddələr ona məxsusdur və öz istifadəsi üçün üzərində saxlayır. Həmin bükümlər zərfə qoyulub qablaşdırılmış və imzalanaraq möhürlənmişdir. Bundan sonra onun öz razılığı ilə ərizə ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin hamam otağında olan su qızdırıcısının içərisindən əlavə olaraq çəhrayı polietilen torbada olmaqda içərisində 3 kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir. Həmin 3 ədəd kibrit qutusunda olan kütlələr də birlikdə elektron tərəzidə çəkilmiş və ümumilikdə 17,12 qram gəlmişdir. Bildirmişdir ki, həmin kütlələr də özünə məxsusdur və öz istifadəsi üçün evində saxlayır. Həmin kütlələr də zərfə qoyulub qablaşdırılmış və imzalanaraq möhürlənmişdir. O əvvəllər tanışı Gündüzdən başqa heç kimə nə narkotik vasitə nədə psixotrop maddə satmamışdır. Törətdiyi əmələ görə çox peşman olduğunu bildirib səmimi ifadəsini nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaq zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, ünvan 8 ünvanında ailəsilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, arabir “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Psixotrop maddə olan metamfetamini o, pul ilə alaraq qəbul etmişdir. Sonuncu dəfə öz istifadəsi üçün metamfetamini “Ağsaqqal” ləqəbli Gəncə şəhər sakini Vidadi adlı şəxsdən 20 manata almışdır. 27 avqust 2021-ci il tarixdə saat 23:25 radələrində o, Gəncə şəhər Yeni Gəncə qəsəbəsi “Nəhəng Daş” adlı ticarət mərkəzini yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələri qeyri-qanuni olaraq əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhər Nizami rayon polis bölməsinə dəvət etmişlər. Polis Bölməsinə getdikdən sonra müdafıəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülü olan, kristal şəkilli metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin kütlənin sellofanla birlikdə ümumi çəkisi 0.44 qram olmuşdur. Şəxsi axtarış zamanı o, bildirmişdir ki, həmin kütlə ona məxsusdur, öz istifadəsi üçün üzərində saxlayır və Gəncə şəhər sakini “Agsaqqal” ləqəbli Vidadi adlı şəxsdən 20 manata alımışdır. Bundan sonra həmin büküm zərfə qoyulub qablaşdırılmış və imzalanaraq möhürlənib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ildən Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 avqust 2021-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Şahid3 narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, istifadəsində və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar alınmış və bundan sonra Gəncə şəhər BPİ-nin Nizami RPB-nin əməliyyat müvəkkili X6 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin əməliyyat müvəkkili X13 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2021-ci il tarixdə saat təxminən 23 radələrində Şahid3 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin yaxınlığında tərəflərindən saxlanılaraq Gəncə şəhər BPİ-nin Nizami RPB-yə dəvət edilmişdir.Şahid3 onlarla razılaşaraq bölməyə gəlmişdir. Bölmənin inzibati binasında olan zaman Şahid3 hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmiş, sonra Şahid3 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Şahid3 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofon bükümü təqdim etmişdir. Bundan sonra Şahid3 üzərində şəxsi axtarış aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Şahid3 üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra onun təqdim etdiyi 1 ədəd şəffaf rəngli olan sellofon torbanın içərisinə onların iştirakı ilə baxış keçirilmiş və 1 ədəd sellofon torbanın içərisindən şəffaf rəngli, kristal şəkilli, ilk baxışdan pisxotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 1 ədəd sellofon büküm ilə birlikdə tərəzidə çəkilmiş və kütlənin sellofon büküm ilə birlikdə ümumi çəkisi 0,44 qram müəyyən edilmişdir. Sorğu zamanı Şahid3 həmin psixotrop maddə metamfetaminə bənzər kütləni Gəncə şəhəri ərazisində “Ağsaqqal” ləqəbli Vidadi adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində daşıdığını bildirmişdir.Bundan sonra 1 ədəd şəffaf rəngli sellofon büküm içərisində olan kütlə ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Şahid3 üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni aldığı Vidadi adlı şəxsin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar alınmış və bundan sonra Gəncə şəhər BPİ-nin Nizami RPB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış,bundan sonra bölmənin əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2021-ci il tarixdə saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yaxınlığında tərəflərindən saxlanılaraq ona barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağını bildirərək Gəncə şəhər BPİ-nin Nizami RPB-nin inzibati binasına getmək zərurəti olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs onlarla razılşaraq bölməyə gəlmişdir.Bölmənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, ona təqdim olunmuş vəkillərin siyahısından X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X9 dəvət olunaraq ona təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofon bükümü və 1 ədəd kibrit qutusunu təqdim etmişdir.Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd şəffaf rəngli sellofon bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin üç ədəd şəffaf rəngli sellofon bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini Yevlax şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir bükümünü 7 manat olmaqla ümumilikdə 25 manat qiymətə aldığını bildirmişdir.Daha sonra şəffaf rəngli sellofon bükümə onların iştirakı ilə baxış keçirilmiş və içərisindən ilk baxışdan buz şəkilli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd şəffaf rəngli sellofon bükümdə olan metamfetaminə bənzər kütlələr tərəzidə çəkilmiş və həmin kütlələlərin sellofon büküm ilə birlikdə ümumilikdə çəkisi 1,35 qram olmuşdur.Daha sonra Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunun içərisindəkinin “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olduğunu və həmin kütləni də Yevlax şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat qiymətə aldığını bildirmişdir.Daha sonra kibrit qutusuna onların iştirakı ilə baxış keçirilmiş və kibrit qutusu açılmış və içərisindən ilk baxışdan kəskin spesifik qoxuya malik, açıq göy rəngli, narkotik vasitə “marixuanaya” bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kibrit qutusu ilə birlikdə ümumilikdə çəkisi 6,25 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini yol pulusunun çıxması üçün Şahid3 20 manata satdığını və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir.Bundan sonra həmin kütlələr əvvəlki vəziyyətinə gətirilib müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanına baxış keçirilməsi zərurəti yaranmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 137, mənzil 1 ünvanına digər iştirakçıların iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 137, mənzil 1 ünvanın hamam otağında yerləşən su qızdırıcısının içərisindən çəhrayı rəngli polietilen torbanın içərisindən üç ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutularının içərisindən yaşıl rəngli kəskin iyili, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin 3 ədəd kibrit qutusu birlikdə çəkilmiş və ümumi çəkisi kibrit qutuları ilə birlikdə 17,12 qram olmuşdur.Həmin içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlələr də qablaşdırılıb götürülmüş və üzəri DİN-in möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş o və iştirakçılar protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami RPB-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 avqust 2021-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısında, saxlamasında, istifadəsində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar alınmış və bundan sonra bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yaxınlığında tərəflərindən saxlanılaraq ona barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağını bildirərək Gəncə şəhər BPİ-nin Nizami RPB-nin inzibati binasına getmək zərurəti olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs onlarla razılşaraq bölməyə gəlmişdir.Bölmənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, ona təqdim olunmuş vəkillərin siyahısından X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X9 dəvət olunaraq ona təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofon bükümü və 1 ədəd kibrit qutusunu təqdim etmişdir.Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd şəffaf rəngli sellofon bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin üç ədəd şəffaf rəngli sellofon bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini Yevlax şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir bükümünü 7 manat olmaqla ümumilikdə 25 manat qiymətə aldığını bildirmişdir.Daha sonra şəffaf rəngli sellofon bükümə onların iştirakı ilə baxış keçirilmiş və içərisindən ilk baxışdan buz şəkilli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd şəffaf rəngli sellofon bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlələr tərəzidə çəkilmiş və həmin kütlələlərin sellofon büküm ilə birlikdə ümumilikdə çəkisi 1,35 qram olmuşdur.Daha sonra Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunun içərisindəkinin “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olduğunu və həmin kütləni də Yevlax şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat qiymətə aldığını bildirmişdir.Daha sonra kibrit qutusuna onların iştirakı ilə baxış keçirilmiş və kibrit qutusu açılmış və içərisindən ilk baxışdan kəskin spesifik qoxuya malik, açıq göy rəngli, narkotik vasitə “marixuanaya” bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kibrit qutusu ilə birlikdə ümumilikdə çəkisi 6,25 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini yol pulusunun çıxması üçün Şahid3 20 manat qiymətə satmasını və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir.Bundan sonra həmin kütlələr əvvəlki vəziyyətinə gətirilib müvafiq qaydada qablaşdırılmış və protokolu imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi zərurəti yaranmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 137, mənzil 1 ünvanına digər iştirakçıların iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 137, mənzil 1 ünvanın hamam otağında yerləşən su qızdırıcısının içərisindən çəhrayı rəngli polietilen torbanın içərisindən üç ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutularının içərisindən yaşıl rəngli kəskin iyili, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin 3 ədəd kibrit qutusu birlikdə çəkilmiş və ümumi çəkisi kibrit qutuları ilə birlikdə 17,12 qram olmuşdur.Həmin içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlələr qablaşdırılmış və üzəri DİN-in möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra protokol tərtib olunmuş o və iştirakçılar protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 28 avqsut 2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokoldan və “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təhqiqatçı X3, Gəncə şəhər BPİ-nin, Nizami RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin, Nizami RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir.Daha sonra hüquq və vəzifələrə dair bildiriş imzalanaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilir. Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir fiziki və psixi təsirin olmadığını bildirir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofon bükümü və 1 ədəd kibrit qutusunu təqdim edir.Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd şəffaf rəngli sellofon bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin üç ədəd şəffaf rəngli sellofon bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini Yevlax şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir bükümünü 7 manat olmaqla ümumilikdə 25 manat qiymətə aldığını bildirir.Psixotrop maddə metamfetamini aldığı şəxsi görsə tanıya biləcəyini və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirir.Daha sonra şəffaf rəngli sellofon bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan buz şəkilli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd şəffaf rəngli sellofon bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlələr tərəzidə çəkilir və həmin kütlələlərin sellofon büküm ilə birlikdə ümumilikdə çəkisi 1,35 qram olması müəyyən edilir.Daha sonra Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunun içərisindəkinin “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana olduğunu və həmin kütləni də Yevlax şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat qiymətə aldığını bildirir.Daha sonra kibrit qutusuna baxış keçirilir və kibrit qutusu açılır və içərisindən ilk baxışdan kəskin spesifik qoxuya malik, aşıq göy rəngli, narkotik vasitə “marixuanaya” bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kibrit qutusu ilə birlikdə ümumilikdə çəkisi 6,25 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid3 üzərindən aşkar edilmiş psixotrop madə metamfetamini yol pulusunun çıxması üçün ona 20 manat qiymətə satmasını bildirir.Başqa yerdə narkotik vasitə saxlamadığını bildirir. Bundan sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb saxlamadığı soruşulur, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlamadığını və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirir. 28 avqust 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlanılma yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSYdən azad edilmişdir. 28 avqust 2021-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. 28 avqust 2021-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan və “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 137, ev 1 ünvanında yerləşən mənzilinə baxış və götürmə keçirilməsi zamanı, qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X10, Gəncə şəhər BPİ-nin, Nizami RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin, Nizami RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, müdafiəçi X4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 137, mənzil 1 ünvanında baxış keçirilir.Baxış keçirilməzdən qabaq şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs sorğu zamanı bildirir ki, təxminən bir ildir ki, ünvan 137, mənzil 1 ünvanında kirayədə tək yaşayır, evin açarının yalnız özündə olur və hüquq vəzifələrinin ona aydın olduğunu bildirir.Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 137, mənzil 1 ünvanına baxış keçirilir, baxış zamanı hamam otağında yerləşən su qızdırıcısının içərisindən çəhrayı rəngli polietilen torbanın içərisindən üç ədəd kibrit qutusu aşkar edilir. Həmin kibrit qutularının içərisindən yaşıl rəngli kəskin iyili, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunur. Həmin 3 ədəd kibrit qutusu birlikdə çəkilir və ümumi çəkisi kibrit qutuları ilə birlikdə 17,12 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji və kimyəvi ekspertizasının 28 avqust 2021ci il tarixli 16/893 nömrəli rəyindən görünür ki, tədiqata təqdim edilmiş üzərində “ xx.xx.2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” sözləri və imzaları olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,16 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı ünvan 137, mənzil 1 ünvanından götürülmüş 3 ədəd kibrit paketi içərisində olan kütlə” sözləri və imzalar olan kağız paketdəki 3 (üç) ədəd kibrit qutularında ayrə-ayrılıqda təmiz çəkiləri 2,13 qram, 2,28 qram, 3,00 qram, ümumi təmiz çəkisi 7,41 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədiqata təqdim edilmiş üzərində “ xx.xx.2021-ci il tarixdə vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3 ədəd şəffaf sellofona bükülü kütlə” sözləri və imzalar olan kağız paketdəki, 3 (üç) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,389 qram, 0,409 qram, 0,443 qram, ümumi təmiz çəkisi 1,241 qram madddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi təmiz çəkiləri – 3,16 qr, 7,41qr, tədqiqata cəmi sərf edildi-0,2 qr(hər ob.0,05 qr), qalıq – 3,11 qr, 7,26 qr Metamfetaminin ümumi təmiz çəkiləri – 1,241 qr, 0,38 qr, tədqiqata sərf edildi- 0,2 qr(hər ob 0,05 qr), qalıq- 1,091 qr, 0,334 qr “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınarkən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək, ifadəsində bildirmişdir ki, üzərindən aşkar olunan marixuana və metamfetamini Yevlax rayonunda tanımadığı şəxsdən almış və aldığı psixatrop maddənin bir bükümünü yol xərcini qarşılamaq üçün tanıdığı Şahid3 20 manata satmışdır. Qeyd edilən protokol müstəntiq, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. 29 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 yanvar 2022-ci il tarixli 130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinioidlərdən sui-istifadə nəticəsində narkomaniya narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Şahid3 üzləşdirmə istintaq hərəkəti keçirilən zaman ifadəsində göstərdiyi xüsusatları bir daha təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı da demşdir. xx.xx.2023-cü il tarixli 316-34489-1221 nömrəli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 10.57 qram olan narkotik vasitə marixuananı və ümumi təmiz çəkisi 1.625 qram olan psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib daşıyaraq saxlasa da, həmin narkotik vasitə və psixotrop maddəni hansı mənbədən və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satış məqsədilə əldə edib daşıyaraq saxlasa da, onun həmin narktik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs və Şahid3 ilə və digər bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsilə məşğul olması müəyyən edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsində kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən əlavə olaraq yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi və istifadəsində mobil nömrənin olması müəyyən edilməmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası həmin vaxt qüvvədə olan CM-nin 191-ci maddəsinin, 2-ci hissəsi, 21-1-ci bəndi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan şərti məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin xx.xx.1995-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası həmin vaxt qüvvədə olan CM-nin 143-cü maddəsinin, 3-cü hissəsi, 21-1-cü bəndi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan şərti məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnisitiya qərarına əsasən cəzadan azad olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,11 qram olan narkotik vasitə marixuana, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,339 qram, 0,359 qram, 0,393 qram psixotrop maddə metamfetamin,yaşadığı evdən aşkar aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,08 qram, 2,23 qram, 2,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və özündə görüntüləri əks etdirən 3 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində saxlanılmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu iki gün müddət ona təyin olunan cəzadan çıxılmalı, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli (CPM-132), 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.) Bundan başqa, məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 130 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,11 qram olan narkotik vasitə marixuana, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,339 qram, 0,359 qram, 0,393 qram psixotrop maddə metamfetamin, yaşadığı evdən aşkar aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,08 qram, 2,23 qram, 2,95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi (təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar