Məhkəmə qərarları › İş №1(125)-286/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-286/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-286/2024 03.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Goranboy rayonu Hazırəhmədli Ə/D, Bəşirli kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və hüquqa zidd olaraq aldatma və etibardan sui-istifadə etmək yolu ələ keçirmək qərarına gələrək Gəncə şəhəri, Cavadxan qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Əliqaya oğlunun etibarını qazanıb Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin ərazisinə düşən N sot torpaq sahəsini Qəzənfər Hüeynova özününki kimi təqdim edərək 6300 (altı min üç yüz) manata satmış və sonuncuya 6300 (altı min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X5 məhkəməyə ərizə və qəbz təqdim edərək təqsirləndirilən şəxs A. Qasımovun zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tamamilə ödədiyini bildirmiş, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs etibarnəmə üzrə nümayəndəsiŞahid1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması barədə” qərarından görünür ki, toplanmış HK-1/1828 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. (i.v.1) - xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” Gəncə şəhəri BPİ-nin İTİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X1 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ünvansız torpaq sahəsinə baxış keçirilmiş və həmin yerin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.24-29) - xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v.54) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v.91) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.93) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v.101) - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.(i.v.107) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.125) - xx.xx.2023-cü il tarixli “pul əskinaslarının götürülməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi, polis leytenantı X2 iştirakı ilə Təqsirləndirilən şəxs hadisə nəticəsində Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəmək məqsədi ilə 5 (beş) ədəd 100 manatlıq əskinas şəklində olmaqla 500 (beş yüz) manat pulu Zərərçəkmiş şəxs atası Şahid1 təqdim etmişdir. (i.v.132) - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 4050 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur.(i.v.142) - Gəncə şəhər Narkoloji Dispanserdən xx.xx.2023-cü il tarixli 8021 saylı arayışdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(i.v.143) - Üzləşdirmə protokollarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Şahid1, xx.xx.2024-cü il tarixdə Şahid1 ilə Şahid3, zərərçəkmişşəxs Zərərçəkmiş şəxs ilə Şahid3, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı demişlər. (i.v.130,158-163) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.166) - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.(i.v.170) - xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da Gəncə ŞBPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. (i.v.172) - xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. (i.v.173) - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuştəqsirləndirilən, zərərçəkmiş şəxsin və şahid ifadələri,üzləşdirmə protokolu və əldə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. ( i.v.176-186) - xx.xx.2024-cü il tarixli, 1(125)-286/2024 saylı Gəncə Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. -xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli “Kapital bank” qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə vurmuş olduğu 6300 manat ziyanın 25 faizi, yəni 1575 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, azağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tamamilə ödəmiş, eləcə də Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir.Başqa sözlə, işdə olan xx.xx.2024-cü il tarixli “Kapital bank” qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə vurmuş olduğu 6300 manat ziyanın 25 faizi, yəni 1575 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasənbu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini,təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o, nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-in 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbsqətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 305.1, 321, 344-347, 356, 358,384-cü və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar