Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-287/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və X4 iştirakları ilə xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasının Kusa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamağa razılaşdıqdan sonra 25 dekabr 2021-ci il tarixdə saat 02:40 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Gəncə şəhəri, Atatürk prospekti ilə Təqsirləndirilən şəxs2 küçəsinin kəsişməsində yerləşən ticarət köşkünün aynabəndinə fiziki təsir edib qanunsuz olaraq içəri daxil olub kassadan 8 manat nağd pulu, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olan 10 ədəd “Alpen Gold” adlı şokaladları, 1 ədədinin dəyəri 3 manat 60 qəpik olan 250 ml tutumlu 4 ədəd “Redbull” markalı enerji içkilərini, 1 paketinin dəyəri 3 manat 90 qəpik olan 240 paket “Sobranie” markalı siqaretləri, 1 paketinin dəyəri 3 manat 60 qəpik olan 210 paket “Kent 4” markalı siqaretləri, 1 paketinin dəyəri 3 manat 40 qəpik olan 130 paket “Winston” markalı siqaretlərləri, 1 paketinin dəyəri 2 manat 90 qəpik olan 140 paket “LD” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 120 paket “Rothmans” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 80 paket “Winchester” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 10 paket “Pall Mall” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 30 qəpik olan 10 paket “West” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 20 qəpik olan 10 paket “Classic” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Prima” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Magna” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Viceroy” markalı siqaretləri, 1 paketinin dəyəri 1 manat 80 qəpik olan 10 paket “Argo” markalı siqaretləri və 1 paketinin dəyəri 3 manat olan 8 paket “Kent Neo” markalı siqaretləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 3250,4 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar, tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamağa razılaşdıqdan sonra 26 fevral 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Şeyx Zaman küçəsində yerləşən köşkün qapısının asma qıfılını sındırma yolu ilə açaraq qanunsuz içəri daxil olaraq oradan 1 paketinin dəyəri 3.46 manat olan 138.4 manat dəyərində olan 40 paket “Kent 4” markalı siqaretləri, 1 paketinin dəyəri 2.46 manat olan 73.8 manat dəyərində 30 paket nazik ölçüdə “Pall Mall” markalı siqaretləri, 1 paketinin dəyəri 1.98 manat olan 39.60 manat dəyərində 20 paket qalın ölçüdə “Pall Mall” markalı siqaretləri, 1 paketinin dəyəri 2.92 manat olan 29.2 manat dəyərində 10 paket boz rəngli nazik ölçüdə “LD” markalı siqaretləri, 1 paketinin dəyəri 2.72 manat olan 54.4 manat dəyərində 20 paket “LD” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 2.46 manat olan 49.2 manat dəyərində 20 paket “Winchester” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 2.46 manat olan 49.2 manat dəyərində 20 paket nazik ölçüdə “Winchester” markalı siqaretləri, 1 paketinin dəyəri 3.28 manat olan 131.2 manat dəyərində 40 paket “Winston” kompakt markalı siqaretləri, 1 ədədinin dəyəri 3.28 manat olan 32.8 manat dəyərində 10 paket nazik ölçüdə “Winston” markalı siqaretləri, 1 paketinin dəyəri 3.75 manat olan 75 manat dəyərində 20 paket nazik ölçüdə “Sobranie” markalı siqaretləri, 1 paketinin dəyəri 3.65 manat olan 10 paket “Sobranie” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 1.99 manat olan 39.8 manat dəyərində 20 paket “Magna” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 1.99 manat olan 59.7 manat dəyərində 30 paket nazik ölçüdə “Magna” markalı siqaretləri, 1 paketinin dəyəri 1.80 manat olan 36 manat dəyərində 20 paket qalın ölçüdə “Argo” markalı siqaretləri, 1 paketinin dəyəri 1.98 manat olan 19.8 manat dəyərində 10 paket “Argo” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 1.80 manat olan 36 manat dəyərində 20 paket qalın ölçüdə “Kingston” markalı siqaretləri, 1 paketinin dəyəri 2.11 manat olan 63.3 manat dəyərində 30 paket nazik ölçüdə “Want” markalı siqaretləri, 1 paketinin dəyəri 1.93 manat olan 38.6 manat dəyərində 20 paket “Keno” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 1.93 manat olan 57.9 manat dəyərində 30 paket nazik ölçüdə “Keno” markalı siqaretləri, 1 paketinin dəyəri 2.3 manat olan 23 manat dəyərində 10 paket qalın ölçüdə “West” markalı siqaretləri, 1 paketinin dəyəri 1.98 manat olan 39.6 manat dəyərində 20 paket “Vegas” markalı siqaretləri, 1 paketinin dəyəri 1.98 manat olan 59.4 manat dəyərində olan 30 paket “Viceroy” markalı siqaretləri, 1 ədədinin dəyəri 0.91 manat olan 21.8 manat dəyərində 24 ədəd “Bizon” markalı spirtli içkiləri, 1 ədədinin dəyəri 1.3 manat olan 31.2 manat dəyərində 24 ədəd “Go” markalı spirtli içkiləri, 1 ədədinin dəyəri 15 manat olan 120 manat dəyərində 8 ədəd 1 litir tutumlu “Banketnaya” markalı spirtli içkiləri, 1 ədədinin dəyəri 12 manat olan 120 manat dəyərində 10 ədəd 0.5 litr tutumlu “Banketnaya” markalı spirtli içkiləri, 1 ədədinin dəyəri 0.28 manat olan 28 manat dəyərində “Silverer“ markalı 100 ədəd alışqanı, 104.2 manat dəyərində “Bakcell” danışıq kartları, 218.6 manat dəyərində “Azercell” danışıq kartları, 500 manat nağd pulu və 90 manat dəyərində qəpikləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 2416,24 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamağa razılaşdıqdan sonra 26 fevral 2022-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Şeyx Zaman küçəsində yerləşən köşkün qapısının asma qıfılını sındırma yolu ilə açaraq qanunsuz içəri daxil olaraq oradan 1 paketinin dəyəri 3.46 manat olan 138.4 manat dəyərində olan 40 paket “Kent 4” markalı siqaretləri, 1 paketinin dəyəri 2.46 manat olan 73.8 manat dəyərində 30 paket nazik ölçüdə “Pall Mall” markalı siqaretləri, 1 paketinin dəyəri 1.98 manat olan 39.60 manat dəyərində 20 paket qalın ölçüdə “Pall Mall” markalı siqaretləri, 1 paketinin dəyəri 2.92 manat olan 29.2 manat dəyərində 10 paket boz rəngli nazik ölçüdə “LD” markalı siqaretləri, 1 paketinin dəyəri 2.72 manat olan 54.4 manat dəyərində 20 paket “LD” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 2.46 manat olan 49.2 manat dəyərində 20 paket “Winchester” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 2.46 manat olan 49.2 manat dəyərində 20 paket nazik ölçüdə “Winchester” markalı siqaretləri, 1 paketinin dəyəri 3.28 manat olan 131.2 manat dəyərində 40 paket “Winston” kompakt markalı siqaretləri, 1 ədədinin dəyəri 3.28 manat olan 32.8 manat dəyərində 10 paket nazik ölçüdə “Winston” markalı siqaretləri, 1 paketinin dəyəri 3.75 manat olan 75 manat dəyərində 20 paket nazik ölçüdə “Sobranie” markalı siqaretləri, 1 paketinin dəyəri 3.65 manat olan 10 paket “Sobranie” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 1.99 manat olan 39.8 manat dəyərində 20 paket “Magna” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 1.99 manat olan 59.7 manat dəyərində 30 paket nazik ölçüdə “Magna” markalı siqaretləri, 1 paketinin dəyəri 1.80 manat olan 36 manat dəyərində 20 paket qalın ölçüdə “Argo” markalı siqaretləri, 1 paketinin dəyəri 1.98 manat olan 19.8 manat dəyərində 10 paket “Argo” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 1.80 manat olan 36 manat dəyərində 20 paket qalın ölçüdə “Kingston” markalı siqaretləri, 1 paketinin dəyəri 2.11 manat olan 63.3 manat dəyərində 30 paket nazik ölçüdə “Want” markalı siqaretləri, 1 paketinin dəyəri 1.93 manat olan 38.6 manat dəyərində 20 paket “Keno” kompakt markalı siqaretləri, 1 paketinin dəyəri 1.93 manat olan 57.9 manat dəyərində 30 paket nazik ölçüdə “Keno” markalı siqaretləri, 1 paketinin dəyəri 2.3 manat olan 23 manat dəyərində 10 paket qalın ölçüdə “West” markalı siqaretləri, 1 paketinin dəyəri 1.98 manat olan 39.6 manat dəyərində 20 paket “Vegas” markalı siqaretləri, 1 paketinin dəyəri 1.98 manat olan 59.4 manat dəyərində olan 30 paket “Viceroy” markalı siqaretləri, 1 ədədinin dəyəri 0.91 manat olan 21.8 manat dəyərində 24 ədəd “Bizon” markalı spirtli içkiləri, 1 ədədinin dəyəri 1.3 manat olan 31.2 manat dəyərində 24 ədəd “Go” markalı spirtli içkiləri, 1 ədədinin dəyəri 15 manat olan 120 manat dəyərində 8 ədəd 1 litir tutumlu “Banketnaya” markalı spirtli içkiləri, 1 ədədinin dəyəri 12 manat olan 120 manat dəyərində 10 ədəd 0.5 litr tutumlu “Banketnaya” markalı spirtli içkiləri, 1 ədədinin dəyəri 0.28 manat olan 28 manat dəyərində “Silverer“ markalı 100 ədəd alışqanı, 104.2 manat dəyərində “Bakcell” danışıq kartları, 218.6 manat dəyərində “Azercell” danışıq kartları, 500 manat nağd pulu və 90 manat dəyərində qəpikləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 2416.24 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hər iki valideyni rəhmətə getdiyindən Gəncə şəhəri, Avtozavod qəsəbəsi, 8-ci küçə ünvansız fərdi yaşayış evində nənəsi ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, “Füzuli” parkının yaxınlığında yerləşən “Al” marketin yanındakı “Podval” adlı çayxanada oturub çay içən zaman tanışı İlkin adlı şəxs ona yaxınlaşaraq mismarçıxardan adlı alət və vintaçan istəmişdir. O da İlkinə nə üçün bu alətləri istədiyini soruşan zaman İlkin ona Gəncə şəhəri, ”Yeni Azərbaycan Partiyasının” qarşısında yolun sağ tərəfində “Arazbari” kafenin yanında yerləşən köşkün sahibinin kasıb insanların haqqını yediyini deyərək oradan oğurluq etmək istədiyini demişdir. O da İlkinə onunla birlikdə oğurluğa gedəcəyini söyləmiş və oğurluq etmək üçün lazım olan mismarçıxardan adlı alət və vintaçanının olmadığını söyləmişdir. Daha sonra İlkin ilə birlikdə İlkingilin yaşadığı Gəncə şəhəri, “Füzuli” parkının yaxınlığında yerləşən nömrəsini xatırlamadığı binanın yanına getmiş, İlkin yaşadığı evə çıxmış, bir neçə dəqiqədən sonra əlində vintaçan, kepka və iki ədəd sellofon torba gətirmişdir. İlkin kepkanı üzünün tanınmamağından ötrü ona vermiş və həmçinin Gəncə şəhəri “Texnologiya” Universitetinin yanında yerləşən mağazadan ona da tibbi maska almışdır. Daha sonra İlkin ilə oğurluq etməkləri üçün əlverişli məqamın, gecənin düşməsini gözləmişlər. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il saat 02 radələrinədək Gəncə şəhərində müxtəlif yerlərdə piyada gəzmiş, həmin günü, yəni xx.xx.2021-ci il saat 02 radələrində piyada birlikdə Gəncə şəhəri, ”Yeni Azərbaycan Partiyasının” qarşısında yolun sağ tərəfində “Arazbari” kafenin yanında yerləşən köşkün yanına gəlmişlər. Həmin vaxt görmüşlər ki, köşk açıqdır. Köşk açıq olduğu üçün İlkin ilə bir neçə dəqiqə də şəhərdə gəzmişlər. Yenidən həmin yerə, yəni Gəncə şəhəri, ”Yeni Azərbaycan Partiyasının” qarşısında yolun sağ tərəfində “Arazbari” kafenin yanında yerləşən köşkün yanına gəldikdə artıq köşk bağlı olmuşdur. İlkin həmin vaxt, ona ətrafa göz gəzdirməyini və kimsə gələrsə ona xəbər etməyini demiş və vintaçanla köşkün balaca nəfəsliyini açmaq üçün çalışmış, lakin həmin balaca nəfəsliyi aça bilməmişdir. Sonra təxminən 20 dəqiqə ərzində köşkün nisbətən böyük pəncərəsini özü ilə gətirdiyi vintaçanla açmışdır. Sonra İlkin ona köşkə girməyini və özünün kimsə gələrsə ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, saat 02-03 radələrində köşkün içərisinə daxil olmuş və orada olan göy rəngli sellofon torbanı götürüb siqaret paketlərini sellofon torbaya yığmağa başlamış, iki sellofon torbanı siqaret paketləri ilə doldurduqdan sonra İlkin onun ləng olduğunu görüb özü də köşkün içərisinə girmiş və onunla birlikdə köşkün içərisindən siqaret paketlərini oğurlamağa başlamışlar. O, İlkin ilə həmin köşkdən 8 manat nağd pul, dörd ədəd 250 ml ölçüdə “Redbull” markalı enerji içkisi, 10 ədəd “Alpen Gold” markalı şokalad və təxminən 1050 paket “Winston” markalı, “Sobranie” markalı, “Kent 4” markalı, “Rothmans” markalı, “LD” markalı, “Winchester” markalı, “Magna” markalı, “West” markalı, “Classic” markalı, “Viceroy” markalı, “Argo” markalı, “Kent Neo” markalı və “Pal Mall” markalı siqaretləri 7 ədəd sellofon torbaya yığaraq oradan Gəncə şəhəri İcra Hakimiyyətinin qabağı ilə Gəncə şəhəri “Mərkəzi Univermaq” adlı ticarət mərkəzinin yanına gəlmişlər. Orada olan zaman İlkin vintaçanı “Mərkəzi Univermaq” adlı ticarət mərkəzinin yanında yerləşən zibil qutusuna atmış, sonra “Mərkəzi Univermaq” ticarət mərkəzinin qarşısındakı küçə ilə gedərək “VAZ 2106” markalı nömrəsini xatırlamadığı taksiyə İlkin ilə minərək yaşadıqları evin yaxınlığında yerləşən “Unibank”-ın yanına getmiş və taksiyə 4 manat verərək maşından düşmüşlər. Sonra İlkin oğurladıqları siqaretlərdən 10 paketini götürmüş və ona yerdə qalan siqaret qutularından muğayat olmağını tapşırıb getmişdir. Lakin İlkin ona hara getdiyini deməmiş, təxminən 30 dəqiqədən sonra İlkin götürdüyü 10 paket siqaretlə birlikdə geri qayıtmışdır. Sonra siqaretləri yerinə qoyaraq İlkinə pul tapmağını və polis əməkdaşları onları tapmamağından ötrü birlikdə Bakı şəhərinə getməyi təklif etmişdir. Lakin onlar pul tapa bilmədikləri üçün Bakı şəhərinə gedə bilməmişlər. Oğurladıqları içərisində siqaretlər olan 7 ədəd sellofon torbaları götürərək Gəncə şəhəri 44 saylı məktəbin arxasında gizlətmişlər. Sonra Gəncə şəhəri, “Füzuli” parkının yanında xatırlamadığı binanın blokunda İlkin ilə gecələmişlər. Bir neçə dəqiqədən sonra oğurladıqları siqaret qutularını Gəncə şəhəri 44 saylı orta məktəbin arxasında gizlətdikləri yerdən götürərək “Metallurq” adlı stadionun yanına apararaq pilləkənin altında gizlətmişlər. Daha sonra oradan Gəncə şəhəri “Texnologiya” Universitetinin yanında yerləşən köşkdən kofe alıb içmiş və oradan İlkin ilə birlikdə “Texnologiya” universitetindən aşağı düşərək xatırlamadıqları binanın üstünə çıxaraq səhərin açılmasını gözləmişlər. Sonra İlkin ilə birlikdə Gəncə şəhərində yerləşən “Xanımın dükanının” yanında yerləşən çayxanada biraz oturmuş və İlkin ilə qərarlaşdırmışlar ki, ayrı-ayrı gəzsinlər, çünki polis əməkdaşlarının onları tutmasından ehtiyat etmişlər. Sonra o, ofisant işlədiyi Gəncə şəhərində, “Sübhan” adlı şadlıq sarayına getmişdir. xx.xx.2021-ci il tarixdə oğurladıqları siqaret qutularının yerində olub-olmadığını yoxlamaqdan ötrü “Metallurq” adlı stadionun yanına getmiş, lakin siqaret qutularından təxminən 40 paketi orada olmuş, o, həmin 40 paket siqareti götürərək yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, 9-cu küçədə yerləşən ünvansız fərdi yaşayış evinə gedərək evdə şkafın altında gizlətmiş və iki gün həmin siqaret paketləri onda qalmışdır. Təxminən iki gün sonra Gəncə şəhəri, “Avtozavod” qəsəbəsində yerləşən çayxanada olan zaman əvvəlcədən tanıdığı “Papi” ləqəbli İlham adlı şəxs ona oğurluq etdiyindən xəbəri olduğunu və 5 manat verəcəyi təqdirdə oğurladığı siqaret qutularını sata biləcəyini bildirmişdir. Sonra o, “Papi” ləqəbli İlham adlı şəxslə “VAZ 21015” özünü, markasını və nömrəsini xatırlamadığı taksiyə minərək oğurladığı siqaretləri götürməkdən ötrü yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, 8-ci küçədə yerləşən evinə getmiş, həmin vaxt evdə 30 paket siqaret olmuş, çünki 10 paket siqareti özü çəkmişdir. “Papi” ləqəbli İlham adlı şəxs onu taksidə gözləmiş, sonra həmin taksi ilə “Papi” ləqəbli İlham adlı şəxslə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Köhnə Qızlar yataqxanasının” yanına getmişlər. Oraya çatanda İlham ona taksidən düşməməyini bildirmiş və siqareti alan şəxsin tanış olduğunu deyərək 30 paket siqareti götürmüş və Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Köhnə Qızlar yataqxanasının” yanında olan köşkə getmişdir. Qayıdıb gələndə İlham ona 30 paket siqareti 55 manata satdığını deyərək həmin 55 manat pulu ona vermişdir. O, həmin puldan 5 manatını “Papi” ləqəbli İlhama vermiş, sonra isə həmin taksi ilə yaşadığı evə qayıtmışdır. Həmin vaxt heç yerdə işləmədiyi üçün pula ehtiyacı olmuşdur. Bu səbəbdən o, 25 fevral 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 axşam saatlarında Gəncə şəhəri, Şeyx Zaman küçəsində yerləşən köşkdən oğurluq etməyi təklif etmiş və Həsən razılaşmışdır. Bundan sonra 25 fevral 2022-ci il tarixdə saat 23 radələrində Həsən onun yaşadığı ünvan 1 ünvanında yerləşən evlərinə gəlmiş və onlar 26 fevral 2022-ci il tarixdə oğurluq etmək məqsədi ilə gecə saat təxminən 02 radələrində Gəncə şəhəri, Şeyx Zaman küçəsində yerləşən köşkün yanına getmişlər. Onlar köşkün qapısının iki ədəd asma qıfılla bağlandığını görmüşlər. Onlar bir müddət həmin ərazidə gəzmiş və heç kəsin olmadığına əmin olub sonra köşkün qapısındakı kilidləri sındırmaq üçün dəmir axtarmış və binaların ətrafındakı qarajlardan birinin yanında yerdə dəmir lom olduğunu görmüş, dəmir lomu götürərək köşkün yanına qayıtmışlar. Bir qədər ətrafa baxmış və heç kəsin olmadığına əmin olduqdan sonra o, Həsənə ətrafa nəzarət etməsini söyləmiş, o, isə gətirdiyi dəmir lomla köşkün qapısındakı asma qıfılları sındırmış və köşkün içərisinə daxil olmuşdur. Köşkə daxil olduqdan sonra orada olan xatırlamadığı sayda siqaretləri köşkdən götürdüyü torbaya yığmağa başlamış, orada olan siqaretləri ümumilikdə beş torbaya yığmış və orada olan alışqanlarıda torbalardan birinin içərisinə yığmışdır. Siqaretləri və alışqanları torbaya yığdıqdan sonra siyirməni açmış və orada olan səkkiz manat pulu və qabda olan qəpikləri götürmüş, daha sonra həmin torbaları və orada olan bir bağlama “Bizon” markalı enerji içkisini götürərək köşkün çölünə qoymuş, daha sonra oğurladığı əşyaları aparmaq üçün Həsəni səsləmiş, Həsən köşkün içərisinə gələrək torbaları götürmüş, o, isə bir bağlama “Bizon” markalı enerji içkiləri götürmüş və oradan uzaqlaşaraq onun yaşadığı evə getmişlər. Evə gəldikdən sonra siqaretləri və pulu Həsənlə aralarında bölmüş, “Bizon” enerji içkisindən isə 5 ədədini içmiş, qalanını isə evə qoymuşlar. Oğurladığları malları bölüb qurtardıqdan sonra Həsən bölgüdən özünə düşən siqaretləri götürərək öz yaşadığı evə qayıtmış, o da öz evlərində qalmışdır. Oğurladığı siqaretləri çəkmiş, “Bizon” adlı enerji içkisini isə içmişdir. Daha sonra polis əməkdaşları onu oğurluq etməkdə şübhəli olduğu üçün Gəncə şəhər Baş Polis İdarəsinə aparmış və o, polis idarəsində törətdikləri cinayətləri etiraf etmişdir. Sonda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 bir neçə il olar ki, tanıyır və münasbətləri yaxşıdır. 25 fevral 2022-ci il tarixdə saat təxminən 13 radələrində İbrahim ilə bir yerdə olan zaman İbrahim ona axşam saat 22-23 radələrində onlara gəlməyini söyləmişdir. Ona görə həmin gün o, saat təxminən 23 radələrində İbrahimin yaşadığı evə getmişdir. Onlar bir müddət söhbət etdikdən sonra İbrahim ona evlərinin yaxınlığında yerləşən köşkdən oğurluq etmək istədiyini və onun ona köməklik etməyini istəmişdir. O da İbrahimin təklifi ilə razılaşmış və saat təxminən 02 radələrində İbrahimlə birlikdə həmin köşkün yanına getmişlər. Köşkün ətrafında bir qədər hərləndikdən sonra heç kəsin olmadığına əmin olmuş və köşkün qapısını açmaq üçün qarajların yanından dəmir lomu özləri ilə birlikdə götürmüşlər. İbrahim ona kənarda durub ətrafa nəzarət etməyini söyləmiş və özü ilə gətirdiyi dəmir parçasını götürüb köşkün yanına getmişdir. Bir müddət keçdikdən sonra İbrahim köşkdən əlində 3 torba və 1 kaset “Bizon” enerji içkisi ilə gəlmişdir. Əlindəki torbaları ona vermiş və onlar İbrahimin yaşadığı evə getmişdir. Onlar İbrahimin yaşadığı evdə oğurladıqları malları bölüşdürmüşlər. O oradan bir torba siqaret, alışqanlar, 4 ədəd “Bizon” enerji içkisi və 1 manat manatlıq və 2 manat qəpik pul götürmüşlər. Daha sonra o, öz yaşadığı evə getmiş, səhəri gün isə onu polis əməkdaşları oğurluq etməkdə şübhəli olduğu üçün polis idarəsinə aparmış və orada törətdikləri cinayəti etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar zərərçəkmiş şəxs Kəmaləddin Orucovun dediyi miqdarda köşkdən əşyalar oğurlamamışdır. Oradan təxminən Təqsirləndirilən şəxs1 ilə həmin köşkdən 180 paket “Kent 4”, “Pall Mall”, “Vegas”, “Magna”, “LD”, “West”, “Argo”, “Winston”, “Sobranie” kompakt, “Want”, “Kingston”, Keno”, “Viceroy” markalı siqaretləri, 1 bağlama “Bizon” markalı enerji içkiləri, alışqanlar, 1 ədəd 1 litr tutumlu “Banketnaya” markalı spirtli içki oğurlamışdır. O, İbrahim ilə birlikdə oğurluq etməmişdən əvvəl və sonra bu barədə heç kəsin məlumatı olmamışdır. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci ilin sentyabr ayından icarə əsasında Gəncə şəhəri, Atatürk prospekti ilə Təqsirləndirilən şəxs2 küçəsinin kəsişməsində “Arazbari” kafesinin yanında yerləşən ticarət köşkünü işlətmişdir. Həmin köşkdə siqaret və ərzaq məhsulları sataraq ailəsini dolandırmışdır. Köşkü adətən saat 09 radələrində açır və axşam saat 00:00-da bağlamışdır. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxaraq Gəncə şəhəri, Atatürk prospekti ilə Təqsirləndirilən şəxs2 küçəsinin kəsişməsində “Arazbari” kafesinin yanında yerləşən icarə əsasında işlətdiyi ticarət köşkünü açmaq üçün getmiş, gedəndə köşkün arxasında yerləşən aynabəndin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Baxanda köşkün aynabəndindən içəri keçilərək kassadan 8 manat nağd pulun, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olan 10 ədəd “Alpen Gold” adlı şokaladların, 1 ədədinin dəyəri 3 manat 60 qəpik olan 250 ml tutumlu 4 ədəd “Redbull” markalı enerji içkisinin, 1 paketinin dəyəri 3 manat 90 qəpik olan 240 paket “Sobranie” markalı siqaretin, 1 paketinin dəyəri 3 manat 60 qəpik olan 210 paket “Kent 4” markalı siqaretin, 1 paketinin dəyəri 3 manat 40 qəpik olan 130 paket “Winston” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat 90 qəpik olan 140 paket “LD” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat olan 50 qəpik olan 120 paket “Rothmans” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat olan 50 paket 80 paket “Winchester” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat olan 50 qəpik olan 10 paket “Pall Mall” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat 30 qəpik olan 10 paket “West” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat 20 qəpik olan 10 paket “Classic” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Prima” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Magna” markalı siqaretin, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Viceroy” markalı siqaretin, 1 paketinin dəyəri 1 manat 80 qəpik olan 10 paket “Argo” markalı siqaretin və 1 paketinin dəyəri 3 manat olan 8 paket “Kent Neo” markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, həmin gün baş vermiş hadisə barədə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İlkin olaraq o, elə bilmişdir ki, yuxarıda göstərdiyi əşyalardan başqa köşkdən 230 manat nağd pulu və 57 manat dəyərində danışıq kartları da oğurlanmış, lakin sonradan o, köşkə baxarkən danışıq kartlarını və nağd pulunu köşkün içərisindən tapmışdır. Onun yalnız yuxarıda göstərdiyi əşyaları oğurlanmışdır. Oğurluq nəticəsində ona 3250,4 manat maddi ziyan dəymişdir. Polisin apardığı araşdırma ilə həmin cinayətin İlkin və İbrahim adlı şəxslərin etdiyi məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş zərər tam ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Şeyx Zaman küçəsində 4-cü binanın yanında yerləşən köşkü işlədir və həmin köşk ona məxsusdur. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 20 radələrində o, köşkü bağlayaraq yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində yaşadığı binanın qarşısına düşən zaman işlətdiyi köşkün qapısının açıq olduğunu və içəridəki işığın yanılı olduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, oradan oğurluq olmuşdur. Bundan sonra o, köşkün içərisinə daxil olub köşkə baxış keçirən zaman köşkdən 1 paketinin dəyəri 3.46 manat olan 138.4 manat dəyərində olan 40 paket “Kent 4” markalı siqaretlərinin, 1 paketinin dəyəri 2.46 manat olan 73.8 manat dəyərində 30 paket nazik ölçüdə “Pall Mall” markalı siqaretlərin, 1 paketinin dəyəri 1.98 manat olan 39.60 manat dəyərində 20 paket qalın ölçüdə “Pall Mall” markalı siqaretlərin, 1 paketinin dəyəri 2.92 manat olan 29.2 manat dəyərində 10 paket boz rəngli nazik ölçüdə “LD” markalı siqaretlərinin, 1 paketinin dəyəri 2.72 manat olan 54.4 manat dəyərində 20 paket “LD” kompakt markalı siqaretlərin, 1 paketinin dəyəri 2.46 manat olan 49.2 manat dəyərində 20 paket “Winchester” kompakt markalı siqaretlərin, 1 paketinin dəyəri 2.46 manat olan 49.2 manat dəyərində 20 paket nazik ölçüdə “Winchester” markalı siqaretlərin,1 paketinin dəyəri 3.28 manat olan 131.2 manat dəyərində 40 paket “Winston” kompakt markalı siqaretlərin,1 ədədinin dəyəri 3.28 manat olan 32.8 manat dəyərində 10 paket nazik ölçüdə “Winston” markalı siqaretlərin, 1 paketinin dəyəri 3.75 manat olan 75 manat dəyərində 20 paket nazik ölçüdə “Sobranie” markalı siqaretlərin, 1 paketinin dəyəri 3.65 manat olan 10 paket “Sobranie” kompakt markalı siqaretlərin, 1 paketinin dəyəri 1.99 manat olan 39.8 manat dəyərində 20 paket “Magna” kompakt markalı siqaretlərin, 1 paketinin dəyəri 1.99 manat olan 59.7 manat dəyərində 30 paket nazik ölçüdə “Magna” markalı siqaretlərin, 1 paketinin dəyəri 1.80 manat olan 36 manat dəyərində 20 paket qalın ölçüdə “Argo” markalı siqaretlərin, 1 paketinin dəyəri 1.98 manat olan 19.8 manat dəyərində 10 paket “Argo” kompakt markalı siqaretlərin, 1 paketinin dəyəri 1.80 manat olan 36 manat dəyərində 20 paket qalın ölçüdə “Kingston” markalı siqaretlərin, 1 paketinin dəyəri 2.11 manat olan 63.3 manat dəyərində 30 paket nazik ölçüdə “Want” markalı siqaretlərin,1 paketinin dəyəri 1.93 manat olan 38.6 manat dəyərində 20 paket “Keno” kompakt markalı siqaretlərin, 1 paketinin dəyəri 1.93 manat olan 57.9 manat dəyərində 30 paket nazik ölçüdə “Keno” markalı siqaretlərin, 1 paketinin dəyəri 2.3 manat olan 23 manat dəyərində 10 paket qalın ölçüdə “West” markalı siqaretlərin, 1 paketinin dəyəri 1.98 manat olan 39.6 manat dəyərində 20 paket “Vegas” markalı siqaretlərin, 1 paketinin dəyəri 1.98 manat olan 59.4 manat dəyərində olan 30 paket “Viceroy” markalı siqaretlərin, 1 ədədinin dəyəri 0.91 manat olan 21.8 manat dəyərində 24 ədəd “Bizon” markalı spirtli içkilərinin, 1 ədədinin dəyəri 1.3 manat olan 31.2 manat dəyərində 24 ədəd “Go” markalı spirtli içkilərinin, 1 ədədinin dəyəri 15 manat olan 120 manat dəyərində 8 ədəd 1 litir tutumlu “Banketnaya” markalı spirtli içkilərinin, 1 ədədinin dəyəri 12 manat olan 120 manat dəyərində 10 ədəd 0.5 litr tutumlu “Banketnaya” markalı spirtli içkilərinin, 1 ədədinin dəyəri 0.28 manat olan 28 manat dəyərində “Silverer“ markalı 100 ədəd alışqanların, 104.2 manat dəyərində “Bakcell” danışıq kartları, 218.6 manat dəyərində “Azercell” danışıq kartları, 500 manat nağd pulu və 90 manat dəyərində qəpikləri oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ümumilikdə ona 2416.24 manat dəyərində maddi ziyan dəymişdir. Polisin apardığı araşdırma ilə köşkdən oğurluğun Həsən və İbrahim adlı şəxslər tərəfindən törədildiyi məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş zərər tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında cinayət prosesi tərəflərinin razılığı ilə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Qızlar yataqxanasının” qarşısındakı köşkü icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində əvvəlcədən tanıdığı “Papi” ləqəbli şəxs onun yanına gələrək ona əlində olan 3 blok siqareti göstərib həmin siqaretləri satdığını bildirmiş, həmin siqaretlərdən 1 bloku “Palmall” markalı və 2 bloku “Rotmans” markalı siqaret olmuş, “Papi” ləqəbli şəxsə yetərincə siqaretlərinin olduğunu və əgər həmin 3 blok siqareti ümumilikdə 55 manat qiymətə satsa ala biləcəyini bildirmiş, “Papi” ləqəbli şəxs də razılaşmış və özü ona 55 manat ödəniş edib həmin siqaretləri alaraq mağazaya qoyub satışa çıxarmışdır. “Papi” ləqəbli şəxsi uzun müddətdir ki, tanımış və onunla hər hansı bir ədavəti, düşmənçiliyi olmamışdır. Ona görə də “Papi” ləqəbli şəxsi əvvəlcədən tanıdığı üçün ona siqaretləri hardan əldə etməsi barədə heç bir sual verməmiş və həmin siqaretlərin oğurluq olmasını bilməmişdir. “Papi” ləqəbli şəxs həmin vaxt tək olmuşdur. Məhkəmə baxışında cinayət prosesi tərəflərinin razılığı ilə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Gəncə şəhəri Avtozavod qəsəbəsində ailəsilə birlikdə yaşayır. Yaşadığı ərazidə onu “Papi” kimi tanıyırlar. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən çayxanada oturan zaman tanışı Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan İbrahim adlı şəxs ona 3 blok siqareti olduğunu və satmağa köməklik etməyini bildirmişdir. O, İbrahimdən həmin siqaretləri oğurlayıb-oğurlamadığını soruşan zaman İbrahim ona həmin siqaretlərin özünə məxsus olmasını bildirmişdir. O da İbrahimə inanaraq Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Qızlar yataqxanasının” qarşısındakı köşkü işlədən Anar adlı tanışının olduğunu və siqaretləri həmin şəxsə sata biləcəyini bildirmişdir. Sonra İbrahim ilə “VAZ 21015” özünü, markasını və nömrəsini xatırlamadığı taksiyə minərək siqaretləri götürməkdən ötrü İbrahimin yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, 8-ci küçədə yerləşən evinə getmişlər. İbrahim evə gedərək 1 blok “Palmall” markalı siqaret, 2 blok isə “Rothmans” markalı siqaret gətirmişdir. Sonra həmin taksi ilə İbrahim ilə birlikdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Köhnə Qızlar yataqxanasının” yanına getmişlər. Həmin vaxt İbrahim taksidə qalmış o isə siqaretləri götürərək Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Köhnə Qızlar yataqxanasının” yanında olan köşkü işlədən Anar adlı şəxsin yanına getmişdir. Orada 3 blok siqareti 55 manat qiymətə Anar adlı şəxsə satmışdır. Həmin vaxt o, Anara həmin siqaretlərin tanışına məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. O, həmin 55 manat pulu İbrahimə vermiş və əvəzində İbrahim ona 2 paket “Rothmans” markalı siqaret vermiş, sonra isə həmin taksi ilə yaşadıqları evə qayıtmışdır. Daha sonra Anar ona zəng edərək həmin siqaretlərin oğurluq siqaretlər olduğunu bildirmişdir. İbrahimi uzun müddətdir ki, tanıyır. İbrahim ona həmin siqaretlərin özünə məxsus olmasını bildirmişdir. O, həmin siqaretlərin oğurluq olmasını bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 1 ədəd DVD diskdə olan Təqsirləndirilən şəxs1 X1 ilə Gəncə şəhər, Atatürk prospekti ilə Təqsirləndirilən şəxs2 küçəsinin kəsişməsində yerləşən ticarət köşkündən törətdiyi cinayət hadisəsinin görüntülərini özündə əks etdirən video görüntüyə məhəkəmədə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Gəncə şəhər, Atatürk prospekti ilə Təqsirləndirilən şəxs2 küçəsinin kəsişməsində yerləşən ticarət köşkünə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində iki nəfər başlarında papaq və üzlərində tibbi maska taxaraq köşkə daxil olur və oradan müxtəlif markada siqaretləri, şokalad, enerji içkilərini və pulu götürüb çıxıb gedirlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin şəxslərdən birinin özü digərinin isə X11 olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1198 nömrəli rəyindən görünür ki, müvafiq aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, mağazalarında, yerli internet saytlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin dekabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd “Alpen Gold” markalı şokaladın dəyəri - 1,80 manat, - 250 ml tutumlu “Red Bull” markal enerji içkisinin 1 ədədinin dəyəri - 3,30 manat, - “Sobranie” markalı siqaretin 1 ədədinin dəyəri - 3,90 manat, - “Kent 4” markalı siqaretin 1 ədədinin dəyəri - 3,60 manat, -“Winston” markalı siqaretin 1 ədədinin dəyəri - 3,40 manat, - “LD”markalı siqaterin 1 ədədinin dəyəri - 2,80 manat, -“Rothmans” markalı siqaretin 1 ədədinin dəyəri - 2,50 manat, -Winchester” markal siqaretin 1 ədədinin dəyəri - 2,50 manat, -“Pall Mall” markalı siqaretin 1 ədədinin dəyəri - 2,50 manat, -“West” markalı siqaterin 1 ədədinin dəyəri - 2,50 manat, -“Classik” markalı siqaretin 1 ədədinin dəyəri - 2,20 manat, -“Prima” markalı siqaretin 1 ədədinin dəyəri - 2 manat, -“Magna” markalı siqaretin 1 ədədinin dəyəri - 2 manat, -“Viceroy” markalı siqaretin 1 ədədinin dəyəri -2 manat, -“Argo” markalı siqaretin 1 ədədinin dəyəri - 2 manat, -“Kent Neo” markalı siqaretin 1 ədədinin dəyəri - 3,60 manat. Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən 16 adda malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 42,60 manat müəyyən edilmişdir. Ona görə də ibtidai istintaq orqanı məhkəmə-əmtəəşünaslıq ekspertinin rəyində əşyaların dəyəri ümumi şərti hesablama yolu ilə nəzəri müəyyən edildiyindən, zərər çəkmiş şəxslərə dəymiş ziyanın məbləğini hesablanarkən onların ifadəsində qeyd olunan məbləğləri əsas kimi götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli 9/1901 nömrəli rəyindən görünür ki, müvafiq aparılmış tədqiqat nəticəsində, Bakı şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, anoloji malların markasına, modelinə və orta texniki göstəricilərə əsasən ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların 2022-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada aşağıdakı kimi müəyyən edilir: - “Kingston” markalı siqaretin 1 ədədinin dəyəri - 2 manat, - “Pall Mall” marakalı siqaretin 1 ədədinin dəyəri - 2,50 manat, - “Argo” markalı siqaretin 1 ədədinin dəyəri - 2 manat, - “Magna” markalı siqaretin 1 ədədinin dəyəri - 2,40 manat, - “Want” markalı siqaretin 1 ədədinin dəyəri - 2,40 manat, - “Keno Compact” siqaretinin 1 ədədinin dəyəri - 2 manat, - “Prima” markalı siqaretinin 1 ədədinin dəyəri - 2 manat, - “Keno” markalı siqaretinin 1 ədədinin dəyəri - 2 manat, - “Veqas” markalı siqaretin 1 ədədinin dəyəri - 2 manat, - “Classik” markal siqaretin 1 ədədinin dəyəri - 2 manat, - “Silverer markalı alışqanın 1 ədədinin dəyəri - 0,40 manat, - 1 litr tutumlu “Banketnaya” markalı spirtli içkinin 1 ədədinin dəyəri - 15 manat, - 05 litr tutumlu “Banketnata” markalı spirtli içkinin 1 ədədinin dəyəri - 12 manat, - 0,5 litr tutumlu “GO” markalı spirtli içkisinin 1 ədədinin dəyəri - 1,40 manat, - 100 ml tutumlu “Bizon” markalı enerji içkisinin 1 ədədinin dəyəri - 1 manat, - “Kent 4” markalı siqaretin 1 ədədinin dəyəri - 3,60 manat, - “Winston Compact” markalı siqaretinin 1 ədədinin dəyəri - 3,40 manat, - “Winston nazik” markalı siqaretinin 1 ədədinin dəyəri - 3,40 manat, - “Winchester Compact” markalı siqaretinin 1 ədədinin dəyəri - 2,50 manat, - “Winchester” nazik markalı siqaretin 1 ədədinin dəyəri - 2,50 manat, - “LD Compact” markalı siqaretin 1 ədədinin dəyəri - 3 manat, - “LD” nazik markalı siqaretin 1 ədədinin dəyəri - 3 manat, - “West” markalı siqaretin 1 ədədinin dəyəri - 2,30 manat, - “Viceroy” markalı siqaretin 1 ədədinin dəyəri - 2 manat, - “Sobranie Compact” markalı 1 ədədinin dəyəri - 3,80 manat, - “Sobranie” nazik markalı siqaretin 1 ədədinin dəyəri - 3,80 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş 11 adda malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 21,70 manat, təqdim edilməmiş 15 adda malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 62,70 manat müəyyən edilmişdir. Ona görə də ibtidai istintaq orqanı məhkəmə-əmtəəşünaslıq ekspertinin rəyində əşyaların dəyəri ümumi şərti hesablama yolu ilə nəzəri müəyyən edildiyindən, zərər çəkmiş şəxslərə dəymiş ziyanın məbləği hesablanarkən onların ifadəsində qeyd olunan məbləğlər əsas kimi götürmüşdür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 mart 2024cü il tarixli 182 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs1 hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2021-ci il il tarixli protokoldan görünür ki, Samir Nəzərovun və digər şəxsin oğurluq hadisəsi törətdiyi Gəncə şəhəri, Atatürk prospekti ilə Təqsirləndirilən şəxs2 küçəsinin kəsişməsində yerləşən ticarət köşkünə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq hadisəsi törətdikləri ünvan 9 ünvanının yanında yerləşən ticarət köşkünə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Baxış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Şahid2 vasitəsilə xx.xx.2021-ci il tarixdə Şahid1 satılmış 10 paket “Palmall” və 20 paket “Rothmans” markalı siqaretlər sübut əhəmiyyətinə malik olduğu üçün götürülərək, bu barədə protokol tərtib edilmişdir. “Tanınmaya təqdim etmə” haqqında protokldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 10 paket “Palmall” və 20 paket “Rothmans” markalı siqaretləri Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və sonuncu həmin əşyaları tanımışdır. “Baxış və götürmə aparılması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Əliyev X7 İbrahim Samiroviç ilə birlikdə oğurladığı 15 paket “Kingston” markalı, 5 paket “Palmall” markalı, 9 paket “Argo” markalı, 6 paket “Magna” markalı, 4 paket “Want” markalı, 4 paket “Keno Compact” markalı, 2 paket “Prima” markalı, 5 paket “Keno” markalı, 6 paket “Vegas” markalı, 2 paket “Classic” markalı siqaretləri və 12 ədəd alışqanı istintaqa təqdim etmiş və iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün həmin əşyalar götürülmüşdür. “Tanınmaya təqdim etmə” haqqında protokldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 15 paket “Kingston” markalı, 5 paket “Palmall” markalı, 9 paket “Argo” markalı, 6 paket “Magna” markalı, 4 paket “Want” markalı, 4 paket “Keno Compact” markalı, 2 paket “Prima” markalı, 5 paket “Keno” markalı, 6 paket “Vegas” markalı, 2 paket “Classic” markalı siqaretləri və 12 ədəd alışqan zərərçəkmiş şəxs X5 tanınmaya təqdim edilmiş və sonuncu həmin əşyaları tanımışdır. “İfadənin yerində yoxlanması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə törətdiyi cinayət hadisəsinə dair ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani göstərərək ifadəsini bir daha təsdiq etmişdir. “İfadənin yerində yoxlanması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə törətdiyi cinayət hadisəsinə dair ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani göstərərək ifadəsini bir daha təsdiq etmişdir. “İfadənin yerində yoxlanması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə törətdiyi cinayət hadisəsinə dair ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* (X11 barəsində) nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-175/2023 nömrəli hökmündən görünür ki, X11 qəti olaraq 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 170-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə hal-hazırda barışmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən zərər tam olaraq ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərər tamamilə ödənilmişdir. Həmin şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər ödənilmişdir. Həmin şəxslərdən şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 1249 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 1377 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 2420 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 1378 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir, həmçinin təqsirləndirilən şəxslər bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, onlar həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə, istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etdikləri köşkdən zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi miqdarda və məbləğdə deyil az məbləğ və miqdarda əşyalar oğurladıqlarını məhz bu səbəbdən özlərini irəli sürülmüş ittiham üzrə qismən təqsirli bildiklərini göstərsələrdə məhkəmə hər iki təqsirləndirilən şəxsin həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş ifadələr kimi qəbul edir və həmin hissədə onların ifadəsini sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxslərin bu mövqeyi nəinki öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkəti protokolları, maddi sübutlar və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət qəsdən törədilən cinayətdir. Qeyd edilən Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, cinayət əməlini törədən zaman yektinlik yaşına çatmamış olmasını və zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilərək onlarla barışıq əldə edilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmış 10 paket “Palmall” və 20 paket “Rothmans” markalı siqaretlərin Zərərçəkmiş şəxs1, 15 paket “Kingston” markalı, 5 paket “Palmall” markalı, 9 paket “Argo” markalı, 6 paket “Magna” markalı, 4 paket “Want” markalı, 4 paket “Keno Compact” markalı, 2 paket “Prima” markalı, 5 paket “Keno” markalı, 6 paket “Vegas” markalı,2 paket “Classic” markalı siqaretlər və 12 ədəd alışqanın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə maddi sübut tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 34 (otuz dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 204 (iki yüz dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 34 (otuz dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 204 (iki yüz dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 10 paket “Palmall” və 20 paket “Rothmans” markalı siqaretlərin Zərərçəkmiş şəxs1, 15 paket “Kingston” markalı, 5 paket “Palmall” markalı, 9 paket “Argo” markalı, 6 paket “Magna” markalı, 4 paket “Want” markalı, 4 paket “Keno Compact” markalı, 2 paket “Prima” markalı, 5 paket “Keno” markalı, 6 paket “Vegas” markalı,2 paket “Classic” markalı siqaretlər, 12 ədəd alışqanın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 204 (iki yüz dörd) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X6 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 204 (iki yüz dörd) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-287/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-287/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver