Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-288/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədilə Şahid1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun kreditlə aldığı “Opel Astra” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobilinin borcunu 2021-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayının 15-dək verəcəyi pulla hər ay ödəyəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə Şahid1 anası Zərərçəkmiş şəxs məxsus xx.xx.2021-ci il tarixdə saat 13:37 radələrində Gəncə şəhəri, Mehmandarov küçəsində yerləşən “Əminə” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsilə özünün istifadəsində olan "xxxx" ASC-nin 4*******3857 nömrəli plastik kartına göndərdiyi 425 manatı, xx.xx.2021 -ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial” şadlıq sarayının yaxınlığında verdiyi 425 manatı, xx.xx.2021 -ci il tarixdə Gəncə şəhəri, N Nərimanov prospektində yerləşən “eManat” elektron ödəmə sistemi vasitəsilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəli plastik kartına göndərdiyi 420 manatı, xx.xx.2021 -ci il tarixdə saat 19:49 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəli plastik kartına gordərdiyı 430 manatı, xx.xx.2022-ci il tarixdə saat 13:25 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdəki “eManat” elektron ödəmə sistem vasitəsilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəl plastik kartına göndərdiyi 425 manatı, xx.xx.2022-ci il tarixdə saat 18:11 radələrində Gəncə şəhəri, Mehmandarov küçəsində yerləşən “Əminə” marketdəki eManat elektron ödəmə sistemi vasitəsilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəli plastik kartına göndərdiyi 425 manatı, xx.xx.2022-ci il tarixdə saat 11:55 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə "eManat” elektron ödəmə sistemi vasitəsilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəli plastik kartına göndərdiyi 420 manatı, xx.xx.2022-ci il tarixdə saat 10:50 radələrində Gəncə şəhəri, Mehmandarov küçəsində yerləşən “Əminə” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəli plastik kartına göndərdiyi 420 manatı, xx.xx.2022-ci il tarixdə saat 14:46 radələrində Gəncə şəhəri, Mehmandarov küçəsində yerləşən “Əminə” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəli plastik kartına göndərdiyi 421 manatı, xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində Gəncə şəhəri, Mehmandarov küçəsində yerləşən “Əminə” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəli plastik kartına göndərdiyi 425 manatı və xx.xx.2022-ci il tarixdə saat 08:08 radələrində ünvan 2 ünvanında yerləşən “Araz” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsilə özünün istifadəsində olan “X3” ASC-nin 5213*******0566 nömrəli plastik kartına göndərdiyi 425,00 manatla birlikdə ümumlikdə 4661 (dörd min altı yüz altımış bir) manat ələ keçirərək Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 4661 manat məbləğində zərər vurmasını etiraf edir. Lakin zərərçəkmiş şəxsin 5561 manat pul məbləğini ələ keçirməyə cəhd etməsi ilə bağlı bildirilənlərlə razılaşmır. Belə ki, Şahid2 onun qohumudur. 2020-ci ilin sentyabr ayında İslam ona zəng vuraraq özü üçün Sumqayıt şəhərindən Opel markalı avtomobil almaq istədiyini bildirmişdir. Ondan avtomobil üçün kredit rəsmiləşdirməsini Şəhriyarın adına edilməsinə razılıq verməsini xahiş etmişdir. Ona görə də o, öz adına “Opel Astra” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobilin rəsmiləşdirilməsinə razılıq vermişdir. Faktiki olaraq isə avtomobil qaynı Şahid2 dostu Şahid1 üçün alınmışdı və onun faktiki istifadəsində olacaqdı. Onun isə avtomobilin Firuddinin istifadəsi üçün alınmasından xəbəri yox idi. Şahid1 müharibə iştirakçısıdır. Avtomobil satış yerləri isə müharibə iştirakçılarına kreditə avtomobil vermək imtina edirlər. Qohumunun xahişini yerə salmamaq qərarına gəlmişdir. Həmin vaxt doğurdan da müharibə iştirakçılarına bir çox kredit təşkilatları kredit verməkdən imtina edirdilər. Çünki, sonradan həmin şəxslər müharibə iştirakçısı olmalarından sui-istifadə edərək borcun ödənilməsində çətinlik yaradırdılar. O isə sadəcə onun bank kartına köçürmə yolu ilə gələcək aylıq kredit ödəmələrinin köçürülməsinə kömək edəcəkdi. O, bir neçə ay – təxminən 11 ay, hər ay kredit ödənişi olan 418 manat onun kartına oturan məbləği kredit ödənişi kimi ödəsə də, sonradan Covid pandemiyası ilə bağlı işdən çıxdığından, maddi durumu pisləşdiyindən ödəməni dayandırmışdır. Hər ay Firuddinin onun kartına göndərdiyi vəsaiti öz şəxsi ehtiyacları üçün istifadə etməyə başlamışdır. Kredit ödənişlərindən 11 ayın pulunu mənimsəmişdir. Bu onun maddi durumu ilə bağlı olmuşdur. Hətta ela aylar olmuşdur ki, aylıq 418 manat məbləği maddi durumu çətin olduğundan hissə-hissə ödəmişdir. Həm kreditin götürülməsi zamanı, həm də ödənişlər vaxtı Firuddini ümumiyyətlə tanımamışdır. Ödənişləri onun kartına qaynı İslam göndərmişdir. Lakin bir müddətdən sonra İslamdan aylıq ödənişlərin göndərilməsini xahiş etdikdə, İslam ona aylıq ödəmələrin Firuddun adında şəxs tərəfindən ediləcəyini bildirmişdir. Firuddini bundan sonra tanımışdır. Kredit ödənişini təxminən 4 ay mənimsədikdən sonra qaynı İslamla toy məclisində iştirak edən zaman İslama onun kartına köçürülən kredit ödənişlərini mənimsədiyini bildirmişdir. İslam isə öz növbəsində ona narahat olmamasını, bu məsələni yoluna qoyacağını bildirmişdir. Bir müddətdən sonra avtomobil onun adında olmasına görə onun adına çox sayda DYP cərimələri rəsmiləşdirilmişdir. O isə təcili olaraq avtomobilin onun adından qeydiyyatdan çıxarılmasını İslamdan tələb etmişdir. Ödəmə dövrünün bitməsinə son iki ay qalmış Firuddin ödəməni bilavasitə avtomobil salonuna özü etmək istəmiş və avtomobili öz adına rəsmiləşdirmək qərarına gəlmişdir. Lakin o, avtosalona getdikdə ona avtomobili 11 ay kredit ödənişinin edilmədiyini bildirmişlər. Firuddinin anası Zərərçəkmiş şəxs 4661 manat məbləğində zərər vurmasını etiraf edir. Zərəri ödəyərək onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Şəhriyarla onları Gəncədə maşın ustası işləyən Şahid2 tanış etmişdir. İslamın vasitəsilə ümumilikdə avtomobil üçün 6700 manat pul ödəmişdir. Pulun məminsənilməsindən ödənişin son ayları xəbəri olmuşdur. Belə ki, 2021-ci ilin yay aylarında oğlu Firuddin ona zəng edərək İslamla danışdığını, İslamın ona başqa avtomobil almağı təklif etdiyini bildirmişdir. Bu Firuddinin müharibə iştirakçısı kimi birdəfəlik ödənişinin aldığı vaxtlara təsadüf edirdi. Avtomobili rəsmiləşdirmək istəyən zaman ödənilməmiş kreditinin olması aşkar edildi. İlkin olaraq ödənilməmiş məbləğ 5000 manatdan çox idi. Sonrada az-az ödənilərərk 4661 manata endi. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, avtomobil almaq üçün dostu, Gəncə şəhərində avtomobil ustası işləyən İslama müraciət etmişdir. İslam isə ona Bakı qeydiyyatı olan şəxsin adına avtomobil almağı təklif etmişdir. Sonradan avtomobili İslamın qohumu Şəhriyarın adına almağa qərar vermişlər. Onun yanında İslam Şəhriyara zəng etmiş, Şəhriyar isə avtomobili onun adına rəsmiləşdirilərək alınmasına razılıq vermişdir. Avtomobili Şəhriyarın adına aldıqdan sonra o avtomobili istifadə etməyə başlamışdır. Aylıq ödənişləri vaxtı-vaxtında etmişlər. 2022-ci ilin yay aylarında müharibə iştirakçısı olduğu üçün birdəfəlik ödəniş almışdır. Ona görə də, son iki ayın kredit ödənişini birdəfəlik etmək qərarına gəlmişdir. Avtomobil satış yerinə gəldikdə isə avtomobilin ödənilməmiş kredit ödənişlərinin olmasını aşkar etmişdir. Bu barədə Şəhriyardan soruşduqda Şəhriya o pulları öz ehtiyacları üçün xərclədiyini bildirdi. Əslində Şəhriyarın ailəsində problem olduğunu, maddi sıxıntılarının olduğunu bilirmiş. Cinayət hadisəsi nəticəsində onun anasına və dolayı yolla ona dəymiş ziyan ödənilmişdir. Şəhriyardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “İmperial” adlı avtomobil təmiri sexində slesar kimi işləyir. Şahid1 təxminən 1 ildir ki, tanıyır. 2020-ci ilin sentyabr ayının əvvəlində Firuddun ona kreditlə avtomobil almaq istədiyini bildirərək ona köməklik etməyini xahiş etdi. O da ona köməklik edəcəyini dedi. Bundan sonra Firduddinlə “turbo.az” elan saytında avtomobillərə baxaraq orada “Opel Astra” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişlər. Bundan sonra Firuddinlə təxminən xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə gedərək həmin avtomobilin sahibi ilə görüşüb avtomobili baxaraq bəyənərək 13300 manat qarşılığında razılaşmışlar. Avtomobili bəyəndikdən sonra Firuddin sahibinə 100 manat beh verdi və bildirdi ki, avtomobili nağd ala bilməyəcəyini, ilkin ödəniş kimi 5800 manat ödəyə biləcəyini, qalanını isə kreditlə ödəyəcəyini dedi. Bununçün isə avtomobil kreditə salınmalı idi. Avtomobilin sahibi isə kreditə salınması üçün Sumqayıt şəhərində avtomobil salonunda tanışı olduğunu, avtomobili həmin salonun mülkiyyətinə keçirməklə qalan pulu kreditlə ödəyə biləcəklərini dedi. Lakin avtomobili kreditlə verilməsi üçün Bakı şəhərində yaşayan şəxs lazım idi. Firuddinin isə elə bir tanışı yox idi. O Firuddinə yeznəsi Təqsirləndirilən şəxs Bakı şəhərində yaşadığını, onun vasitəsilə avtomobili kreditə salıb ödəniş edə biləcəklərini demişdir. Firuddin onunla razılaşdıqdan sonra o Şəhriyara zəng edərək bu barədə məlumat vermiş və o, heç bir problem olmadığını demişdir. Bundan sonra həmin gün 6-cı gün olduğuna görə onlar sənədləşmə apara bilməmiş və Firuddinlə Gəncə şəhərinə qayıtmışlar. Birinci gün, yəni xx.xx.2020-ci il tarixdə isə onlar Firuddinlə Bakı şəhərinə gedərək avtomobili götürməyə qərar vermişlər. Onlar Bakı şəhərinə gedərkən o Ləki marketdə Şəhriyarın kart hesabına 500 manat göndərmişdir ki, onlar çatanadək avtomobilin sənədləşməsini həyata keçirsin. Pulu göndərdikdən sonra onlar Bakı şəhərinə getmişlər. Bakı şəhərində avtomobilin sahibi ilə görüşmüş və Firuddin 5300 manat pul vermişdir. Həmin pul verildikdən sonra qalan 7400 manat pul salon tərəfindən ödənilməli, salon Şəhriyarla 24 ay müddətinə borc müqaviləsi bağlamalı və Firuddun Şəhriyara hər ay təxminən 425 pul göndərməli, Şəhriyar isə həmin 425 manat pulu salona ödəməli idi. Həmin razılaşmadan sonra onlar avtomobili götürərək Gəncə şəhərinə gəlmiş, Sumqayıt şəhərində yerləşən avtomobil salonu isə Şəhriyarın adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra o xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmış və 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. 2021-ci ilin yanvar ayında isə hərbi xidmətdən qayıtmışdır. Qayıtdıqdan sonra Firuddin və Şəhriyarla da görüşüb söhbət etdikdə onlar arasında hər hansı bir problem yox idi. Firuddinin kredit ödənişi 2022-ci ilin sentyabr ayında başa çatmalı idi. Təxminən 2022-ci ilin avqust ayında o Gəncə şəhərinə Şəhriyarla görüşərkən Şəhriyar, ona ehtiyacı olduğu üçün pulun bir qismini xərclədiyini demişdir. O nə qədər pul olduğunu soruşduqda Şəhriyar ona konkret məbləğ deməmiş və bu barədə ətraflı söhbət edə bilməmişlər. Bundan sonra o öyrənmişdir ki, Şəhriyar 11 ayın ödənişi salona etməyərək təxminən 4675 manat pulu özü xərcləmişdir. Bundan sonra Şəhriyarla Firuddin görüşərək Sumqayıt şəhərinə getmiş və Firuddin orada avtomobilin qalan borcunu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. "Nəqliyyat vasitələrindən istifadə edilməsinə dair” ƏN-V № 356442 nömrəli etibarnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə X1 “Opel Astra minik” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 02 il müddətinə, xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs verilmişdir. Maliyyə əməliyyatları çıxarışından görünür ki, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək Təqsirləndirilən şəxs bank kartına zərərçəkmiş şəxs tərəfindən müxtəlif məbləğlərdə - cəmi 4661 manat pul mədaxil edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixli Ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 29 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməyə cəhd edərək dələduzluq etmişdir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xeyli miqdar dələduzluq etməyə cəhd etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs kredit ödənişinin ödənilməsi ilə bağlı Şahid1 ilə ilkin dövrdə təmasda olmamış, kredit ödənişini Şahid2 alaraq həyata keçirmişdir. Şahid2 isə bununla bağlı kredit ödənişini mənimsəməsindən bir neçə ay sonra bildirmişdir. O isə ona narahat olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs bu yöndə verdiyi ifadə Şahid1 ifadəsi ilə də müəyyən dərəcədə öz təsdiqini tapmışdır. Şahid1 ifadəsində təqirləndirilən şəxsin ailəsində problemlərin olmasını, maddi sıxıntılardan əziyyət çəkməsini öncədən bildiyini məhkəmənin diqqətinə çatdırmışdır. İbtidai istintaqın təqsirləndirilən şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəməyə cəhd etməsi nəticəsinə gəlməsi sırf ehtimala əsaslanır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Hazırki iş üzrə isə Təqsirləndirilən şəxs avtomobilin kredit ödənişi üzrə növbəti aylıq ödənişi ələ keçirməyə yönəlmiş hərəkət və ya hərəkətsizliyin mövcud olması nə cinayət işi materiallarından, nə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünmür. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni etibardan suiistifadə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməyə cəhd etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər sənədlərlə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 178.1ci maddəsi ilə tövsif edilməlidir. xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı üçün və ona dəymiş ziyanı ödədiyi üçün cinayət təqibinin icraatına xitam verilməlidir və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43, 344-347, 356, 358, 384 və 385-ci maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.1.1ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış iki ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-288/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-288/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver