Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-288/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 14 avqust 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.352 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və gəzdirməsi barədə Gəncə şəhər BPİnin 4-cü PB-nə daxil olmuş məlumat əsasında 21 oktyabr 2023-cü il tarixdə, saat 15:00-da Gəncə şəhər BPİ-nin 4-cü PB-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Totanlı dairəsi adlanan ərazinin yaxınlığında yolun kənarında saxlanılaraq, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ ön cibindən bir ədəd boz rəngli siqaret falqasına bükülmüş bükümündə təmiz çəkisi 0.352 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 21 oktyabr 2023-cü iltarixdə dostu Hilal ona zəng edərək onu xaş yeməyə dəvət etmişdir. Onlar kafeyə gedib xaş yemiş və spirtli içki qəbul etmişlər. O, içkili olduğu üçün qardaşına zəng etmiş və qardaşı gəlib onları kafedən götürmüş. Onlar su almaq üçün yolda dayanmışlar. Qardaşı su almağa getmiş və bu zaman polis əməkdaşları öz avtomobilləri ilə onlara yaxınlaşmışlar.Polis əməkdaşları Hilalı öz avtomobilləri ilə aparmış, qardaşı və onu isə qardaşının avtomobili ilə aparmışlar. Polis əməkdaşları onu saxladıqları zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları Polis Bölməsində narkotik vasitəni onun cibinə qoyaraq video çəkiliş aparmışlar. Sonda o, barəsində bəraət verilməsinixahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən tutulduğu zaman onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. Ona əgər narkotik vasitəni üzərinə götürməzsə onu döyəcəklərini bildirmişlər. Onu Bölməyə aparan polis əməkdaşlarının biri onun tanıdığı Kamran adlı şəxs olmuşdur. Kamran ona bildirmişdir ki, narahat olmasın onu Bölmədə 48 saat saxlayıb azadlığa buraxacaqlar. O, əvvəllər narkotik vasitə istifadə etmiş və hal-hazırda cəza çəkir və çox peşman olmuşdur və ondan sonra o, narkotik vasitə istifadə etmir. Narkotik vasitə üzərinə götürməyi Kamran və Comərd adlı polis əməkdaşları onu məcbur etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Mətləb adlı şəxsin narkotik vasitələrin və psixotrop paddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Odur ki, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. O, Gəncə şəhər Baş Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə bisi, polis kapitanı Şahid2 ilə birlikdə adı sonradan onlara nəlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Totanlı” dairəsi adlanan ərazinin yaxınlığında saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparmışlar.Təqsirləndirilən şəxs Polis Bölməsində üzərində olan narkotik vasitəni könüllü olaraq onlara təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona aid olmuşdur. Mətləbin bildirdikləri yalandır, onlar Mətləbə narkotik vasitəni üzərinə götürməsi üçün heç bir zor tətbiq etməmişlər. Əməliyyat məlumatı Mətləbin narkotik vasitəni üzərində saxlaması, istifadə etməsi və satması ilə bağlı olmuş, lakin sonradan onların araşdırma aparması nəticəsində məlum olmuşdur ki, Mətləb narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Onlar Mətləbi saxladıqları zaman o, tək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə bisi, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, Mətləb adlı şəxsin narkotik vasitələrin və psixotrop paddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Odur ki, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. O, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə adı sonradan onlara nəlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Totanlı” dairəsi adlanan ərazinin yaxınlığında saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs Polis Bölməsində üzərində olan narkotik vasitəni könüllü olaraq onlara təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bildirdikləri yalandır, narkotik vasitə onun üzərindən çıxmışdır.Narkotik vasitəni könüllü olaraq onlara təqdim etmişdir.Onlar Məhərrəmi yolda getdiyi zaman saxlamışlar. Onlar araşdırma zamanı Mətləbin narkotik vasitənin satışı ilə məşğul olmadığını müəyyən etmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında X6 əlavə şahid qismində dindirilmiş və o,ifadəsində bildirmişdir ki, hadisə baş verdiyi gün o, qardaşı Mətləbi Kafedən gətirməyə getmiş, o, qardaşını və Hilalı kafedən götürüb getdiyi zaman, avtomobilini yolda saxlayıb onlara su almaq üçün marketə getmiş və qayıtdığı zaman polis əməkdaşları onlara yaxınlaşara onları Polis Bölməsinə aparmışlar. X6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onları Polis Bölməsinə aparan polis əməkdaşlarını tanımamış, lakin onlardan Kamran adlı polis əməkdaşını onun qardaşı Mətləb tanımışdır, Mətləbin əvvəllər onunla əlaqəsi olmuşdur. Polis əməkdaşları Mətləbi Bölmədə döymüşlər. Mətləb azadlığa buraxıldığı zaman onun paltarı cırıq-cırıq oluş və üzündə döyülmə izləri, göyərtilər olmuşdur.Polis əməkdaşları Qardaşı Mətləblə bərabər onuda gecə saat 12-yə qədər orda saxlamışlar. Hilalı Bölməyə başqa maşınla aparmışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında X10 əlavə şahid qismində dindirilmiş və o, ifadəsində bildirmişdir ki, Mətləb onun uşaqlıq dostudur. Onlar tutulduqları gün birlikdə kafeyə gedib xaş yemiş və spirtli içki qəbul etmişlər. Mətləbin qardaşı onlar içkili olduqları üçün gəlib onları ordan götürmuş, onlar yolda susadıqları üçün Mətləbin qardaşı Əfqan onlara su almağa getmiş və bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları Polis Bölməsinə aparmışlar. Polis Bölməsində narkotik vasitəni onların cibinə qoymuşlar. X10 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Polis Bölməsində narkotik vasitəni onun qabağına qoyaraq narkotik vasitəni üzərinə götürməyə məcbur etmişlər. Onlar İlyas və Kamran adlı polis əməkdaşları tərəfindən Bölməyə aparılmışlar. Onları Comərd və Məhərrəm Bölməyə aparmamışlar. Polis Bölməsində onları ayrı-ayrı otaqlarda saxlamışlar. Polis Bölməsində onları döymüşlər. Onu məhkəmədə yalan ifadə verməyə məcbur etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X12 təhvil verilmişdir. - Gəncə şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03(üç) ay müddətinə, yəni 21 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Gəncə şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində deçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin son müddəti 21 yanvar 2024cü il tarixədək müəyyən edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X9 azad edilməsi haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X9 azad olunmuşdur. - 21 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və DVD diskdəki video görüntüdən görünür ki, polis kapitanı X11, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2, Gəncə ŞBPİ-nin, Gəncə ŞBPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X7, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi xtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd boz rəngli sqaret falqasının içərisində psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan “metamfetaminə” bənzər kütlə elektron tərəzidə çəkilmiş və siqaret falqası ilə birlikdə ümumi çəkisi 0,57 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini haradan əldə etməsini soruşduqda sonuncu bildirmişdir ki, Gəncə şəhəri, Diaqnostik xəstəxanın yaxınlığında yerləşən zibil qabının yanından tapmışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirmişdir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olubolmadığını soruşan zaman ona qarşı heç bir təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. -Məhkəmə-kimyəvi-ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 16/1063 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə” yazı və imzalar olan cağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0.352 qram olan naddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: Ekseprtiza tədqiqatın sərf edilən çəki- 0,05 qr, qalıq-302 qr-dır. - Məhkəmə-narkoloji ekspertizasının 27 mart 2024-cü il tarixli 527 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən əvvəllər istifadə edib, psixotrop maddə olan metamfetamindən sui-istifadə bticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə həyata keçirdiyi telefon danışıqlarının, sms-lərin müəyyən edilməsi və cinayət təqibi üzrə əhəmiyyət kəsb edə biləcək digər məlumatların əldə edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd Diskə baxış zamanı ilk öncə 4 qovluq olduğu müəyyən edilmişdir. Qovluqlar-Analitik təhlil, Gəncə şəhər BPİ 57_6- 9-202 m B-S yerdəyişmə, Gəncə şəhər BPİ 57_6-9-202_ SMS Statistika və Gəncə şəhər BPİ 57_6-9-202m_ Zəng Statistikasıdır.Analitik təhlil qovluğuna daxil olarkən orada həmin qovluqda qeyd edilən xüsusatların məcmusunu özündə əks etdirən daha iki qovluq mövcuddur. Yerdəyişmə qovluğunda ***-***-**-** mobil nömrəsinin 21 aprel 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək olan dislokasiya məlumatları öz əksini tapmışdır. SMS Statistika qovluğunda isə Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə 21 aprel 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində müxtəlif şəxslərlə mesajlaşması barədə məlumatlar qeyd olunmuşdur. Zəng Statistikası qovluğunda isə Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə 21 aprel 2023- cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində zəng etdiyi və ona olunan zənglərlə bağlı məlumatlar öz əksini tapmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin yerdəyişmə məlumatlarında, daxil və xaric olan zənglərində həmçinin smslərdə cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edəcək məlumatlar aşkarlanmamışdır. -DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il, 01 ay, 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Gəncə şəhər İcra Hakimiyyətindən alınmış arayışda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır. -Gəncə şəhər Narkoloji Dispanserindən ahnmış xx.xx.2024-cü il tarixli 1797 pömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə “Metamfetamindən asılılıq” diaqnozu ilə qeydiyyatda durur. -Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 2391 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X8” X15 şəxsi Gəncə şəhər TTTYS-in 2293 nömrəli 25 noyabr 2024cü il tarixli məlumat vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:05 radələrində ünvan 6 ünvanına Təqsirləndirilən şəxs adına çağırış olub. Təqsirləndirilən şəxs kəskin respirator xəstəliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələri və psixotrop maddələri polisdə üzərinə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün həqiqəti deyərək həmin narkotik vasitələrin və psixotrop maddələrin polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan metamfetamini cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2023-cü il tarixdə ilk olaraq izahatı alınarkən, xx.xx.2023-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs metamfetaminin ona məxsus olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazı və vəsatəti olmamışdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Həmçinin, məhkəmə şahid X1 Təqsirləndirilən şəxs qardaşı olduğundan, digər şahid X3 da yaxın dostu olduğundan, onların ifadələrini Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə verilmiş ifadələr olmaqla, iş üzrə əhəmiyyət kəsb etməyən sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib gəzdirməsi və saxlaması tamamilə sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdardapsixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, lakin araşdırma zamanı onun psixotrop maddənin satışı ilə məşğul olmadığının müəyyən edildiyini bildirmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, müxtəlif növdə olması, psixotrop maddənin və narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə metamfetamini və narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram, İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metemfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi(13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində(13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin hal-hazırda qüvvədə olan 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayət əməlinin baş verdiyi 09 dekabr 2022-ci il tarixdə qüvvədə olan (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan) mətninin müddəalarına əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsinə əsasən,Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmiş, həmin Qanunun keçid müddəaları olan 2.1-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir(“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 13 dekabr 2023-cü il tarixdə qüvvəyə mindiyindən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsi də avtomatik olaraq 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il, 01 ay, 07 gün vaxtından əvvəl şərti azad edilmiş və bu müddətdə yənidən cinayət əməli törətmişdir. Onun yenidən cinayət əməlini törətməsi və cəzaçəkmədən boyun qaçırması törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmişGəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il, 01 ay, 07 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli bu günə çəkilməmiş qalan azadlıqdan məhrumetməcəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxsGəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il, 01 ay, 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmiş və bu müddətdə yənidən cinayət əməli törətmiş, məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi üçün onun əməlində cinayətin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməli, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdəməhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda həbsdə saxlanılmış, şübhəli şəxs qismində tutulmuş və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı, şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cinayətlərin residivinə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı,barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,302 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40(qırx) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində(13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Gəncə şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan 01 (bir) il, 01 (bir) ay, 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq azad etmə ləğv edilərək, çəkilməmiş qalan 01 (bir) il, 01 (bir) ay, 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi ümumi 0,302 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın İş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-288/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-288/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver