Məhkəmə qərarları › İş №1(125)-29/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-29/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-29/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Samux rayonu Kolayır kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 19 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən və saxlanc yeri hesab olunan yarımtikilinin plastik materialdan olan qapısının kilidinə istintaqa məlum olmayan alətlə fiziki güc tədbiq edib açdıqdan sonra qanunsuz olaraq daxil olub oradan Rusiya istehsalı olan, istifadə edilmiş, işlək vəziyyətdə bir ədəd 200 manat dəyərində laqondanı, Çin istehsalı olan, istifadə edilmiş, işlək vəziyyətdə “İmpact Drill 1150w“ markalı bir ədəd 150 manat dəyərində preforatoru, Çin istehsalı olan, istifadə edilmiş, işlək vəziyyətdə “Boss” markalı bir ədəd 150 manat dəyərində preforatoru, istifadə edilmiş, istifadəyə yararlı, 800 manat dəyərində 130 metr uzunluqda 4 mm ölçülü mis elektirik naqilini, istifadə edilməmiş, istifadəyə yararlı vəziyyətdə və hər biri 4 manat dəyərində beş top istifadəyə yararlı hörgü kəndirini, hər biri 7.50 manat dəyərində iki ədəd istifadə edilmiş, işlək vəziyyətdə preforatorun qarışdırıcı ucluğunu, hər biri 5 manat dəyərində, istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə iki ədəd suvaq malasını və Rusiya istehsalı olan, istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə 3 manat dəyərində bir ədəd vint açarını gizlin götürərək, ümumilikdə Zərərçəkmiş şəxs 1348 manat dəyərində maddi ziyan vurmaqla, saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, N.Nərimanov prospektində kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş və 2020-ci ilin iyul ayında azadlığa çıxmışdır. Əvvəllər Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yarımtikilidə 2021-ci ilin noyabr ayında təxminən 10 günə yaxın usta kimi işləmişdir. 2022-ci ilin yanvar ayında heç bir yerdə işləmədiyi və pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs məxsus yarımtikili evdən oğurluq etsin. Ona görə də xx.xx.2022-ci il tarixdə saat 20 radələrində əvvəllər işlədiyi Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yarım tikiliyə daxil olmuş, yarımtikilinin içərsində yerləşən qapalı otaqdan bir ədəd laqonda, iki ədəd preporator, elektrik naqillər, beş ədəd kəndir, iki ədəd miksel, iki ədəd mala və bir ədəd vint açarı gizli yolla oğurlamışdır. Oğurladığı əşyaları yaşadığı evə gətirmişdir. Oğurladığı 2 ədəd preporator və 2 ədəd mikseli onunla qonşuluqda yaşayan Şahid2 40 manata satmış, elektrik naqilləri, 1 ədəd laqonda, beş ədəd kəndir, iki ədəd malanı və bir ədəd vint açarı isə kirayədə yaşadığı evin yaxınlığında yerləşən Gəncə şəhərində, N.Nərimanov parkının yaxınlığında motosikletlə əlvan metal yığan tanımadığı şəxsə 54 manata satmışdır. Şahid2 2 ədəd preporator və iki ədəd mikseli satan zaman həmin əşyaların özünə məxsus olduğunu demişdir. O, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən yarımtikilidən oğurladığı elektrik naqillərinin uzunluğu 120 metr, diametri isə 10 mm olmuşdur. X2 1 ədəd preforator Çin istehsalı olmaqla markası İmpact Drill 1150W və 1 ədəd Çin istehsalı BOSS markalı preforator olmuşdur. O, əvvəllər həmin yarımtikilidə usta kimi işlədiyi üçün oğurladığı əşyaların həmin yarımtikilinin birinci mərtəbəsində yerləşən plastik materialdan düzəlmiş otaqda olduğunu bilmiş, həmin yarımtikilinin ətrafı dəmir listlərlə hasarlanmış, həmin hasarın bir hissəsi açıq olmuşdur. 19 yanvar 2022-ci il tarixdə axşam saat 20 radələrində həmin dəmir hasardan içəri daxil olub yarımtikilinin içərisinə girmiş, gətirdiyi alətlə həmin otağın qapısını açaraq qeyd edilən əşyaları oğurlamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı maddi imkanı olmadığı üçün ödəyə bimir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu Bəyəmsaroy kəndində qeydiyyatda olsada, hazırda Bakı şəhərində yaşayır. Fərdi əməklə məşğuldur. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən yarımtikili ona məxsusdur. Yarım tikilidə aparılan işlər müvəqqəti dayandırılmış və yarım tikiliyə nəzarəti qohumu Şahid1 etmişdir. Qohumu Rafiqdən xahiş etmişdir ki, Bakı şəhərində yaşadığı üçün tez-tez Gəncə şəhərinə gələ bilmir və həmin yarımtikiliyə nəzarət etsin. Qohumu Rafiq də mütəmadi olaraq həmin yarımtikiliyə nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə Rafiq ona məxsus həmin yarım tikiliyə gedib baxanda görmüşdür ki, həmin tikilinin giriş qapısının kilid hissəsi sındırılmış vəziyyətdədir və orada olan əşyalar oğurlanmışdır. Ona görə də DİN-nin 102 xidmətinə müraciət etmişdir. Sonradan polislər tərəfindən aparılmış araşdırma zamanı ona məxsus yarımtikilidən Müradil adlı şəxsin oğurluq etməsi müəyyən edilmişdir. Ona məxsus yarımtikilidən 2020-ci il Rusiya istehsalı orta ölçülü laqonda, 1 ədəd Çin istehsalı İmpact Drill 1150W markalı və 1 ədəd Çin istehsalı BOSS markalı preporatorlar, 130 metr 4 mm mis naqil, 5 ədəd hörgü kəndiri, iki ədəd orta ölçülü dəmir miksel, iki ədəd Çin istehsalı hörgü malası, bir ədəd Rusiya istehsalı vintaçar oğurlanmışdır. Qeyd etdiyi oğurlanmış əşyaların hamısı ona məxsus olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 1348 manat maddi ziyan dəymişdir. Vurulmuş ziyan isə ödənilməmişdir.Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Goranboy rayonu Veyisli kəndində yaşayır və fərdi əməklə məşğuldur. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən yarımtikili qohumu Zərərçəkmiş şəxs məxsusdur. Buna baxmayaraq həmin yarım tikilidə aparılan işlər müvəqqəti dayandırılaraq həmin yarımtikiliyə nəzarət ona həvalə olunmuşdur. O mütəmadi olaraq həmin yarımtikiliyə nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə ona həvalə olunmuş qeyd olunan yarım tikiliyə gəlmiş və tikiliyə yaxınlaşanda görmüşdür ki, həmin tikiliyə giriş qapısının kilid hissəsi sındırılmış vəziyyətdədir. Həmin vaxt yarım tikiliyə daxil olanda orada olan tikintidə istifadə edilən elektrik cihazlarını yerində aşkar etməmiş, həmin əşyaların oğurlandığını başa düşüb DİN-nin 102 xidmətinə müraciət etmişdir. Ona həvalə olunmuş yarımtikilidən ümumi dəyəri 200 manat olan bir ədəd laqonda, ümumi dəyəri 300 manat olan iki ədəd preporator, ümumi dəyəri 800 manat olan elektrik naqilləri, ümumi dəyəri 20 manat olan beş ədəd kəndir, ümumi dəyəri 3 manat olan bir ədəd vintaçan, ümumi dəyəri 10 manat olan iki ədəd mala və ümumi dəyəri 15 manat olan iki ədəd miksel oğurlanmışdır. Həmin vaxt ona həvalə edilmiş yarım tikilidən oğurluğun əvvələr həmin yarımtikilidə usta kimi işləyən Təqsirləndirilən şəxs etməsindən şübhələnmiş və bu barədə polisə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhəri, N.Nərimanov prospekti “Bazar Store” mağazasının yaxınlığında kirayədə yaşayır. Özü ustadır və Gəncə şəhərində fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, belə ki, onunla eyni evdə kirayədə yaşamışdır. 2022-ci ilin yanvar ayının 20-də Təqsirləndirilən şəxs ona kirayəni verə bilmədiyini və 2 ədəd preporator və 2 ədəd miksel satdığını bildirmişdir. O da həmin preporatorları və mikselləri ondan 40 manata almış və aldığı əşyaları usta olduğu üçün işdə istifadə etmişdir. 18 fevral 2022-ci il tarixdə polis əməkdaşlarına həmin əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs ona satdığı preporatorların oğurluq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs da həmin preporatorların özünə məxsus olduğunu, sadəcə pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan sonra ona inanıb həmin əşyaları ondan almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutlar, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən yarımtikilidə baş vermişdir. “Şübhəli şəxsin tutulması haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin günü şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2023 nömrəli 20 aprel 2022-ci il tarixli rəyindən görünür ki, anoloji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 7 adda malların orta istismar müddəti orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 222 manat müəyyən edilir. Digər 5 ədəd hörgü kəndiri ölçüsü barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 3496 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 2391 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 1(043)- 173/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə tərtib olunmuş arayışdan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Çin istehsalı “İmpact Drill 1150w” markalı və 01 (bir) ədəd Çin istehsalı “BOSS” markalı preporatorlar, 02 (iki) ədəd orta ölçülü dəmir miksellər sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun iştirakı olmadan işə baxılmasına etirazı yoxdur, ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də şikayətini geri götürmür. Gəncə Şəhər Məhkəməsinin 1(125)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal əməlində cinayətlərin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də oğurluq cinayəti törətmiş və buna görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuşdur. Lakin o, bundan nəticə çıxarmayaraq yenidən eyini xarekterli oğurluq cinayətini törətmiş, nəticədə zərərçəkmiş şəxsə 1348 manat ziyan vurmuş və həmin ziyanı ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan orta həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 23 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Çin istehsalı “İmpact Drill 1150w” markalı və 01 (bir) ədəd Çin istehsalı “BOSS” markalı preporatorlar, 02 (iki) ədəd orta ölçülü dəmir miksellərin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs mülki iddia verərək, iddia ərizəsində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi, həmçinin Yazıçı Gökhandan onun xeyrinə 50.000 (əlli min) manat maddi zərər tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Odur ki, Zərərçəkmiş şəxs hazırki cinayət işi üzrə verdiyi mülki iddia cinayət və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən, həmçinin Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi mülki iddia ilə bağlı dövlət rüsumu tam ödənilmədiyindən, o cümlədən mülki iddianın digər hissəsi isə hazırkı cinayət işi ilə bağlı olmadığından mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin vurduğu zərərlə bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar yoxdur. İş üzrə müsadirə tətbiq ediləcək alət və vasitə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 mart 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd Çin istehsalı “İmpact Drill 1150w” markalı və 01 (bir) ədəd Çin istehsalı “BOSS” markalı preporatorlar, 02 (iki) ədəd orta ölçülü dəmir miksellərin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona təqsirləndirilən şəxsə qarşı mülki iddianın mülki məhkəmə icraatı qaydasında verilməsi hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar