Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-29/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin (hərbi hospital) Pulmonologiya bölməsinin həkim-mütəxəssisi vəzifəsində işləyən, təqaüddə olan tibb xidməti mayoru, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.3, 178.N.4, N9,178.N.3, N9, 178.N.4,və 3N.4, 31N.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin Qastroenterologiya bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 03 noyabr N0N0-ci il tarixdən “Xora xəstəliyi. Onikibarmaq soğanağının kəskin xorası. Eroziv panqastrit.” diaqnozu ilə Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə yerləşdirilmiş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, Şahid1 qeyd olunan N saylı hərbi hissədə (Gəncə hərbi hospitalı) müalicəsi ilə bağlı müalicə xərclərinin qarşılanması ilə əlaqədar N0N0-ci ilin noyabr ayının əvvəllərində Şahid1 atası Zərərçəkmiş şəxs ilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin qarşısında görüşərkən apardığı söhbətlər zamanı, əsgərlərin müalicə xərclərinin dövlət tərəfindən qarşılanmadığını, büdcədən ayrılmış pul vəsaitlərinin “Vətən müharibəsi”nə yönləndirildiyini yalandan bildirərək, Zərərçəkmiş şəxs övladının müalicə xərclərinin özünün qarşılamasına razı salıb, bu adla N0N0-ci ilin noyabr ayının əvvəllərində hərbi hospitalın qarşısında ilk görüşləri zamanı sonuncudan N00 manat, təxminən 3-4 gün sonra isə aralarında baş tutmuş telefon danışığı zamanı Şahid1 səhhətinin pisləşdiyini yalandan atası Zərərçəkmiş şəxs bildirməklə, müalicəsi üçün 5.000 manat pul vəsaitinin təcili verilməsinə inandırmaqla sonuncunun razılığı əsasında yaşadığı ünvan 3 ünvanına gedərək evinin yaxınlığında görüşməklə 5.000 manat pul vəsaitini alıb, bundan sonra cinayət əməllərini davam etdirməklə, N0N0-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxsla Gəncə şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qarşısında görüşləri zamanı sonuncuya övladının müharibə zamanı aldığı xəsarətlərlə əlaqədar əlillik dərəcəsinin təyin olunmasına köməklik edə biləcəyini, guya özünün Azərbaycan Respublikasının Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən məsələdə köməklik etmək imkanına malik olduğunu Zərərçəkmiş şəxs yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Şahid1 əlillik dərəcəsinin təyin edilməsinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Müdafiə Nazirliyinin yüksək səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını N0N0-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla N0N0-ci ilin noyabr ayının sonlarında Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissədə xidməti otağında Zərərçəkmiş şəxs sonuncunun övladı ŞahidN da iştirakı ilə 7.000 (yeddi min) manat pul vəsaitini alıb, əldə etdiyi ümumilikdə 1N.N00 manat pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 1N.N00 (on iki min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.3, 178.N.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham olunmuşdurondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin Qastroenterologiya bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 03 noyabr N0N0-ci il tarixdən “Xora xəstəliyi. Onikibarmaq soğanağının kəskin xorası. Eroziv panqastrit.” diaqnozu ilə Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə yerləşdirilmiş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, Şahid1 qeyd olunan N saylı hərbi hissədə (Gəncə hərbi hospitalı) müalicəsi ilə bağlı müalicə xərclərinin qarşılanması ilə əlaqədar N0N0-ci ilin noyabr ayının əvvəllərində Şahid1 atası Zərərçəkmiş şəxs ilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin qarşısında görüşərkən apardığı söhbətlər zamanı, əsgərlərin müalicə xərclərinin dövlət tərəfindən qarşılanmadığını, büdcədən ayrılmış pul vəsaitlərinin “Vətən müharibəsi”nə yönləndirildiyini yalandan bildirərək, Zərərçəkmiş şəxs övladının müalicə xərclərinin özünün qarşılamasına razı salıb, bu adla N0N0-ci ilin noyabr ayının əvvəllərində hərbi hospitalın qarşısında ilk görüşləri zamanı sonuncudan N00 manat, təxminən 3-4 gün sonra isə aralarında baş tutmuş telefon danışığı zamanı Şahid1 səhhətinin pisləşdiyini yalandan atası Zərərçəkmiş şəxs bildirməklə, müalicəsi üçün 5.000 manat pul vəsaitinin təcili verilməsinə inandırmaqla sonuncunun razılığı əsasında yaşadığı ünvan 3 ünvanına gedərək evinin yaxınlığında görüşməklə 5.000 manat pu! vəsaitini alıb, bundan sonra cinayət əməllərini davam etdirməklə, N0N0-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxsla Gəncə şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qarşısında görüşləri zamanı sonuncuya övladının müharibə zamanı aldığı xəsarətlərlə əlaqədar əlillik dərəcəsinin təyin olunmasına köməklik edə biləcəyini, guya özünün Azərbaycan Respublikasının Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən məsələdə köməklik etmək imkanına malik olduğunu Zərərçəkmiş şəxs yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Şahid1 əlillik dəcərsinin təyin edilməsinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Müdafiə Nazirliyinin yüksək səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını N0N0-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla N0N0-ci ilin noyabr ayının sonlarında Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissədə xidməti otağında Zərərçəkmiş şəxs sonuncunun övladı ŞahidN da iştirakı ilə 7.000 (yeddi min) manat pul vəsaitini alıb, əldə etdiyi ümumilikdə 1N.N00 manat pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 1N.N00 (on iki min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, Zərərçəkmiş şəxs aldadılmasını müəyyən edib qalan 1.000 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 13.N00 (on üç min iki yüz) manatməbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bununla da, ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.3, 178.N.4, N9,178.N.3, N9,178.N.4 və 3N.4,31N.1-ci maddələri ilə ittiham elan edilmiş, ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.N.3, 178.N.4, N9,178.N.3, N9,178.N.4 və 3N.4,31N.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən-yalnız Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 1997-ci ildən xx.xx.N8-ci ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif Hərbi Hissələrində Tibb Xidmətinin zabiti olmaqla həkim işləmişdir. xx.xx.N8-ci il tarixdə təqaüdə çıxdıqdan sonra hazırda Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissəsinin Pulmonologiya bölməsində mülki həkim-mütəxəssis vəzifəsində çalışır. Müharibə dövründə bir müddət həmin hərbi hissədə Qastroenterologiya bölməsinin rəisi vəzifəsini icra etmişdir. N dekabr N0NN-ci il tarixdən hazıradək isə N saylı hərbi hissənin Pulmonologiya bölməsinin həkim-mütəxəssisi vəzifəsində çalışır. Təqaüddə olan tibb xidməti mayoru hərbi rütbəsindədir. Göygöl şəhər sakini Zərərçəkmiş şəxs övladı Şahid1 N0N0-ci ilin noyabr ayının əvvəlində “mədə xorası” diaqnozu ilə çalışdığı N saylı Hərbi hissəyə yerləşdirilmişdir. Həmin ərəfədə o, maddi sıxıntı çəkdiyi üçün Qoşaq Abbasovdan öz şəxsi məqsədləri üçün guya onun oğluna vəzifədə işləyən tanışlarının köməyi ilə əlillik dərəcəsi düzəltdirəcəyi vədini vermişdir. O, Qoşqardan ilk dəfə N00 manat daha sonra 5000 manat və 7000 manat ümumilikdə 1NN00 manat almış, Qoşqar onun uşağının işi düzəlməyəndə şikayət etmişdir. Özünü Xanlar rayonun Polis şöbəsinin rəisi kimitəqdim edən Azər adlı şəxs ona Qoşqarın ondan şikayətçi olduğunu bu barədə məsələyə aydınlıq gətirmək üçün onu çağırmış, o, kürəkəni ilə birgə Azər müəllimlə görüşə getmişdir. Azər müəllimin yanında onun sürücüsü kimi özünü təqdim edən Amid adlı şəxs olmuş, Azər müəllim pulu Amidə verməyini və Amidinin həmin pulu Qoşqara çatdıracağını demişdir. O, Azər müəllimin dediyi kimi Gəncə şəhəri Gülüstan qəsəbəsində ilk əvvəl Amidə N000 manat vermiş həmin pulu verdikdə Amid tək olmuşdur. Daha sonra isə Xanlar rayonu, Topal-Həsənli yolunda yerləşən kafedə 3N00 manat pulu Amidə vermiş, həmin vaxt isə Amidin yanında Azər müəllim də olmuşdur. Azər müəllim onun yanında Qoşqara zəng vurmuş və ona “İlhama zaminəm” indən belə olan 7000 manatı hər ay 1000 manat olmaqla ona ödəyəcəyini demişdir.O, hər ay 1000 manat ödəniş etmiş, lakin Amidgil Qoşqara cəmi 6000 manat vermiş qalan pulu isə yəni 6N00 manatı isə verməmişdir.Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən tam şəkildə ödənilmişdir.Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmişşəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını əməlindən peşman olduğununəzərə alıb məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmişZərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, rəsmi olaraq "xxxx" MMC-də bağban kimi (suçu) işləyir. Ortancıl oğlu Şahid1 onun işlədiyi şirkətdə mühafizəçi kimi işləyir. O, Təqsirləndirilən şəxs barəsində N1 dekabr N0NN-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə zəng edərək şikayət etmişdir. Şikayəti əsasında izahatını almışlar, həmin izahatını da təsdiq edir. Oğlu Şahid1 N0N0-ci ilin sentyabr ayında İl Qarabağ müharibəsi başlayan ərəfədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən yenidən hərbi xidmətə çağırılması ilə əlaqədar çağırışçı kimi yenidən ordu sıralarına qatılmış və müharibə zamanı Kəlbəcər rayonu istiqamətində gedən aktiv döyüşlərdə iştirak etmişdir. Şahid1 müharibənin bitməsinə səhv etmirsə, 1 həftə qalmış, təxminən N0N0-ci ilin noyabr ayının əvvəllərində mədəsində yaranmış xəstəliklə bağlı xidmətdə olduğu N saylı hərbi hissə tərəfındən Gəncə şəhərində yerləşən N saylı hərbi hospitala göndərilmişdir. Bu barədə özünü həmin xəstəxananın Qastroenterologiya bölməsinin rəisi, tibb xidməti mayoru kimi təqdim edən Təqsirləndirilən şəxs onun istifadəsində olan 055-77563-75 saylı nömrəsinə öz istifadəsində olan ***-***- **-** mobil nömrədən zəng edərək Xəyyamın xəstəxanaya yerləşdirilməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs zəngindən təxminən 1 gün sonra Gəncə şəhərində yerləşən hərbi hospitala yola düşmüşdür. Hərbi hospitala çatdıqdan sonra onu xüsusi karantin relimi ilə əlaqədar xəstəxananın qapısından içəri buraxmadıqlarına görə o, yenidən İlham həkimin ona zəng etdiyi nömrəyə yenidən zəng edib oğlunu görmək istədiyini, lakin onu içəri buraxmadıqlarını bildirdikdə İlham ona qapıda gözləməyini, özünün yanına gələcəyini demişdir. Bir neçə dəqiqə sonra şəxsiyyəti sonradan ona məlum olan və ilk dəfə gördüyü Təqsirləndirilən şəxs yanına gəlib onunla görüşərək Xəyyamın müalicə edilməsi ilə əlaqədar sistem köçürülməsi və sair ilə əlaqədar N00 manat verilməli olduğunu bildirmişdir. O da daha etiraz etməyərək xəstəxananın giriş qapısının önündə həkim Təqsirləndirilən şəxs cibindən N00 manat pul çıxardıb vermişdir. Həmin vaxt o, hospitala tək getmişdir. O, İlham həkimdən Xəyyamın vəziyyəti ilə maraqlandıqda İlham həkim ona Xəyyamın vəziyyətinin yaxşı olduğunu demişdir. Bu söhbətdən təxminən 3-4 gün sonra (tarixi konkret xatırlamır, vətən müharibəsi hələ bitməmişdir) İlham həkim ona yenidən zəng edərək oğlunun vəziyyətinin ağırlaşdığını, müalicəsi üçün təcili 5.000 manat pul verməli olduğunu bildirmişdir. O nə səbəbə müalicə xərclərini dövlətin qarşılamadığını soruşduqda İlham ona dövlətin vəsaitlərinin müharibə xərclərinə yönləndirildiyini, bununla əlaqədar xəstələrin müalicəsi üçün büdcədən vəsait ayrılmadığını demişdir. Bundan sonra o, həmin pulu verməyə razılaşaraq karantin rejimi ilə bağlı evdən çıxa bilmədiyini, ona görə də yaşadığı evə gəlməsini dedikdə İlham həkim onunla razılaşaraq evin ünvanını öyrəndikdən sonra axşam saatlarında gələcəyini demişdir. Təqsirləndirilən şəxs həmin gün səhv etmirsə, gecə saat N1-NN radələrində ona zəng edərək evinin yaxınlığında gözlədiyini, pulu gətirib verməyini bildirmişdir. O da zəngdən sonra küçəyə çıxıb evindən təxminən 60-70 metr uzaqda dayanmış İlham həkimin yanına gəlmişdir. İlham onu hazırda nömrəsini xatırlamadığı səhv etmirsə, “Mercedes” markalı bir taksinin yaxınlığında gözləmişdir. O, İlhamla görüşərək 5.000 manat pul sonuncuya təklikdə vermiş, İlham da pulu qəbul edib cibinə qoymuşdur. Xəyyamın vəziyyətini soruşduqda İlham tələsdiyini, bu barədə ona daha sonra məlumat verəcəyini deyərək taksiyə tərəf gedib maşına minib getmişdir. Bu söhbətdən təxminən 10-15 gün sonra, N0N0-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona yenidən zəng edərək hərbi hospitala dəvət etdikdə, o razılaşaraq 1-N saat sonra Gəncə hərbi hospitalına gəlib məlumat verəcəyini demişdir. O, hərbi hospitala çatdıqdan sonra İlham həkimlə hospitalın qapısında görüşərək onu nə səbəbə çağırdığını soruşduqda İlham 8.000 manat müqabilində Xəyyama əlillik dərəcəsi təyin etdirə biləcəyini demişdir. Belə ki, qeyd etmişdir ki, oğlu Xəyyamın xəsarətləri vardır, baş nahiyyəsində və digər nahiyyə orqanlarında ciddi problemlər yaranmışdır. Buna görə oğluna əlillik dərəcəsi təyin etdirə bilər. Təqsirləndirilən şəxs demişdir ki, Müdafiə Nazirliyində özünə tanış yüksək vəzifələrdə işləyən vəzifəli şəxslər vardır, həmin vəzifəli şəxslərə çatacaq pul müqabilində həmin şəxslərin köməkliyi ilə oğluna əlillik dərəcəsi təyin edirəcəkdir. Veriləcək puldan özünə nəsə çatmayacağını ona bildirmişdir. O da İlhamın bu sözlərindən sonra maddi imkanının zəif olduğunu deyib İlham həkimlə bir qədər danışdıqdan sonra belə razılaşmışlar ki, Xəyyama əlillik dərəcəsi təyin edilməsi ilə bağlı ilkin olaraq 7.000 manat pul versin, məsələ öz həllini tapandan sonra isə 1.000 manat pul verəcəkdir. Beləcə razılaşmışlar. O, İlham həkimə Xəyyamı görmək istədiyini dedikdə, İlham pulu gətirən zaman Xəyyamı da görə biləcəyini demişdir. Bundan sonra o, İlham həkimə pulu ertəsi gün xəstəxanaya gətirəcəyini bildirərək çıxıb getmişdir. Təxminən N gün sonra böyük oğlu ŞahidNla birlikdə Gəncə hərbi hospitalına getmişlər. Onlar ora çatdıqdan sonra Təqsirləndirilən şəxs icazəsi ilə hospitala daxil olmuşlar. Səhv etmirsə, xəstəxananın ikinci mərtəbəsində olan otaqların birində İlham həkim Vüsalla onu qəbul edərək onlardan 7.000 manat pulu almışdır. Həmin vaxt yanlarında başqa kimsə olmamışdır. O, İlham həkimin (onu aldadacağından ehtiyat etdiyi üçün oğlu Vüsala otağa girən aman telefonunda aralarında aparılacaq danışıqları səs yazısı ilə qeydə almağını demişdir. Həmin vaxt İlham həkimlə aralarında keçən danışıqlarda Təqsirləndirilən şəxs ondan əvvəlcədən aldığı 5.000 manatı və həmin vaxt aldığı 7.000 manatı təsdiq etmişdir. Həmin söhbətlərin səs yazısı oğlu Vüsalın telefonunda vardır, həmin səs yazılarını oğlu ŞahidN istintaqa təqdim edəcəkdir. Bundan sonra, o, İlham həkimə Xəyyamla görüşmək istədiyini dedikdə İlham ona N gün sonra gəlib Xəyyamla görüşə biləcəyini demişdir. Bundan sonra Vüsalla birlikdə xəstəxanadan çıxıb evə qayıtmışlar. Təxminən N gün sonra o, xəstəxanaya gedib Xəyyamla görüşmüşdür. Oğlu ilə hal-əhval tutduqdan sonra olanlar barədə məlumat verdikdə Xəyyam ona Təqsirləndirilən şəxs onu aldatdığını, belə ki, müharibə zamanı hər hansı bir xəsarət almadığını, sadəcə mədəsində olan ağrılarla bağlı xəstəxanada müalıcə aldığını, bununla bağlı əlillik dərəcəsi təyin edilə bilməyəcəyini dedikdə, o, aldadıldığını başa düşüb İlham həkimlə görüşərək pulunu geri tələb etmək istəsə də həmin gün İlham xəstəxanada olmadığı üçün sonuncu ilə görüşə bilməyib evə qayıtmışdır. O, İlham həkimə evə çatdıqdan sonra zəng edib pulunu geri istəyən zaman sonuncu ondan nə səbəbə pulu geri istədiyini soruşduqda o, oğlunda hər hansı bir xəsarətin olmadığını, Xəyyamın bu işə razı olmadığını bildirmişdir. İlham isə artıq onun hər şeyi başa düşdüyünü anlayıb, tezliklə pulunu geri qaytaracağını demişdir. O, təxminən 15 gün İlham həkimdən xəbər gözləsə də, heç bir xəbər gəlmədiyinə görə yenidən İlhama zəng edərək danışan zaman sonuncu ona maddi imkanının zəif olduğunu, 1 ay da gözləməyini xahiş etmişdir, o isə razılaşaraq heçnə deməmişdir. O, təxminən N0N1-ci ilin yanvar ayından həmin ilin sonuna qədər Təqsirləndirilən şəxs dəfələrlə zəng edərək eləcə də sonuncunun iş yerinə gedib görüşərək pulunu tələb etsə də, həmin şəxsdən hər hansı məbləğdə pul geri ala bilməmişdir. Sonuncu dəfə səhv etmirsə, N0N1-ci ilin dekabr ayında İlham həkimlə danışan zaman barəsində şikayət edəcəyini dedikdə İlham ona elə bir iş etməməyini, pulunu hissə-hissə hər ay 1.000 manat olmaqla qaytaracağını dedikdə o, razılaşmışdır. N0NN-ci ilin yanvar ayında dəqiq tarixi xatırlamadığı gündə özünü İlham həkimin tanışı Amid adı ilə təqdim edən bir şəxs ***-***- **-** saylı mobil nömrədən oğlunun istifadəsində olan, lakin çox vaxt onda olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Təqsirləndirilən şəxs 1.000 manat pul verdiyini, axşam saatlarında pulu Göygöl avtovağzalına gətirəcəyini, ora gəlib pulu götürməyini bildirmişdir. Axşam saatlarında o, şəxsiyyəti sonradan ona məlum olan Amid adlı şəxslə görüşərək sonuncudan 1.000 manat pul alan zaman Amid ona hər ay 1.000 manat olmaqla pulunu geri ödəyəcəklərini demişdir. O da Amidin İlhamla nə əlaqəsinin olduğunu düzü maraqlanmamış, əsas düşünmüşdür ki, pulu geri qayıtsın. Növbəti ay, yəni N0NN-ci ilin fevral ayında dəqiq tarixi xatırlamadığı gündə Amid ona zəng edərək axşam saatlarında Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən "Aişə" şadlıq sarayının yaxınlığında olacağını, pulu orada götürməyini bildirmişdir. Həmin gün axşam saatlarında o, "Aişə" şadlıq sarayının yanından keçən Topalhəsənli kəndinə gedən yolda Amidlə görüşərək sonuncudan daha 1.000 manat pul almışdır. Beləliklə, o, daha 4 ay Amidlə Göygöl şəhərində görüşərək sonuncudan hər ay 1.000 manat olmaqla daha 4.000 manat, ümumilikdə isə cəmi 6.000 manat pulunu geri almışdır. N0NN-ci ilin sentyabr ayında o, pulu artıq ödəmədiyinə görə yenidən İlham həkimə zəng edən zaman sonuncu ona yerdə qalan pulunu da çatdırması üçün Amidə verdiyini, artıq ona hər hansı məbləğdə pul borcunun qalmadığını, buna görə də hər hansı bir miqdarda pul geri qaytarmayacağını demişdir. O, İlhama 1N.N00 manat pulu şəxsən verdiyini, indi də həmin pulu şəxsən almalı olduğunu, pulunu verməsini, əks halda barəsində şikayət edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona "hara şikayət edirsən et" deyərək pulunu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, Amid adlı şəxslə telefonla danışmış, sonuncu ona bildirmişdir ki, İlham cəmi 6.000 manat pul vermişdir, həmin pulu da ona qaytarmışdır. O da dəfələrlə Təqsirləndirilən şəxsla danışaraq, eləcə də görüşərək pulunu tələb etsə də, sonuncu onun pulunu qaytarmamışdır. Amid barəsində, nəkimi münasibətləri barədə soruşan zaman İlham ona demişdir ki, ona qaytardığı pulları özü deyil, başqa qohumu Amidə inandığı üçün Amidin vasitəsi ilə qaytardığını demişdir. Amid adlı şəxsin soyadını, ata adını bilmir. Daha sonra dediyi kimi, o, Təqsirləndirilən şəxs pulunu qaytarmayacağını artıq dəqiq görüb N1 dekabr N0NN-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermiş, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Yerdə qalan pulumun ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş edir. Zərərçəkmiş şəxs, o cümlədən ifadəsində göstərmişdir ki, bu qeyd olunan hadisə ilə bağlı hər hansı digər hüquq mühafizə orqanına (Gəncə şəhər Nizami rayon polis idarəsi və sair) müraciət etməmişdir. Təqsirləndirilən şəxs ona çox hallarda ***-***-**-** saylı mobil nömrə ilə, bir neçə dəfə isə ***-***-**-** saylı mobil nömrə ilə böyük oğlu Vüsalın istifadəsində olan ***-***-**-** saylı və onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə zəng etmişdir. İlhamla bir çox hallarda o danışmış, yalnız son zamanlar pulu geri ala bilmədiyinə görə oğlu Vüsal da Təqsirləndirilən şəxs zəng edərək danışmışdır. Həmin şəxs ona sms yazmamışdır. Həmin şəxslə olan telefon danışığına dair məlumatlar hadisədən uzun müddət keçdiyi üçün telefonundan silinmişdir. Təqsirləndirilən şəxs N0N0ci ilin noyabr ayının əvvəllərində Gəncə şəhərində yerləşən hərbi hospitalın giriş qapısının önündə N00 manat, həmin vaxtdan təxminən N-3 gün sonra Göygöl şəhəri, Yusif Məmmədəliyev küçəsində yerləşən yaşadığı evinin yaxınlığında 5.000 manat, N0N0-ci ilin noyabr ayının sonlarında Gəncə şəhərində yerləşən hərbi hospitalm N-ci mərtəbəsində bir otaqda 7.000 manat, cəmi 1N.N00 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulun 5.N00 manatını Xəyyamın müalicə xərclərini qarşılamaq adı ilə, 7.000 manatını isə tanıdığı vəzifəli şəxslər vasitəsi ilə Xəyyama əlillik dərəcəsi təyin etdirəcəyi adı ilə ondan almışdır. Əslində isə sonradan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmışdır, hər hansı bir vəzifəli şəxsə də oğlunun müalicəsi, eyni zamanda əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı pul verməmişdir. İlham həkim 1N.N00 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İlham həkim ondan N00 manat və 5.000 manat alan zaman yanlarında heç kim olmasa da, 7.000 manat pulu oğlu ŞahidN yanında vermişdir. Zərərçəkmiş şəxs bundan başqa ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona aralarında baş tutmuş söhbət zamanı Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu demişdir. Lakin konkret olaraq vəzifəli tanışının və ya tanışlarının adını, vəzifəsini ona deməmişdir. Onlar sonradan bilmişlər ki, İlham Rustemov sadəcə dələduzluq edərək onları aldatmışdır, ümumiyyətlə həmin şəxsin belə taniş vəzifəli şəxsləri də yoxdur. 0, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami rayon polis idarəsinə şikayət etməmişdir, Şahid6 tanımır, hər hansı bir münasibəti də olmamışdır. Azərlə İlhamın arasında hansı söhbətlərin olduğunu da bilmir. Təqsirləndirilən şəxs ona tanışı olan Amid adlı şəxs vasitəsi ilə cəmi 6.000 manat pul qaytarmışdır, Hazırda isə ona 6.N00 manat pul qaytarmalıdır. Təqsirləndirilən şəxs həmin məbləği ona qaytarılmasından ötrü Amidə, eləcə də kiməsə verməsini bilmir. Təqsirləndirilən şəxs ona özünü N saylı hərbi hissənin hərbi hospitalın Qastroenteroloq bölməsinin rəisi, tibb xidməti mayoru kimi təqdim etmişdir. Hərbi hospitalda görüşən zaman İlham hərbi formada olmuşdur, hospitaldan kənarda isə həmin şəxsi mülki geyimdə görmüşdür. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ŞahidN da ibtidai istintaqda eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də mühafizəçi işləyir. N0N0ci ilin sentyabr ayında İl Qarabağ müharibəsi başlayan ərəfədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən yenidən hərbi xidmətə çağırılmağı ilə əlaqədar çağırışçı kimi yenidən ordu sıralarına qatılmış və müharibə zamanı Kəlbəcər rayonu istiqamətində gedən aktiv döyüşlərdə iştirak etmişdir. Həmin müharibədə fəal iştirakına görə "Kəlbəcərin azad olunması uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Müharibənin bitməsinə səhv etmirsə, 1 həftə qalmış, təxminən N0N0-ci ilin noyabr ayının əvvəllərində mədəsində və böyrəyində yaranmış ağrılar ilə bağlı xidmətdə olduğu N saylı hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. O, tibb məntəqəsində bir neçə gün saxlanıldıqdan sonra Gəncə şəhərində yerləşən N saylı hərbi hospitala göndərilmişdir. Hospitala yerləşdirildikdən sonra Təqsirləndirilən şəxs adlı həkim onu müayinə edərək mədəsində xora xəstəliyi və bağırsaqlarında xəstəlik olmasını, bir müddət hospitalda qalmalı olduğunu bildirmişdir. O, həmin həkimə atasının mobil nömrəsini verib atasına xəstəxanada olmağı barəsində məlumat verməsini xahiş etmişdir. Hospitalda səhv etmirsə, 1 ay 1 gün qaldıqdan sonra təxminən N0N0-ci ilin dekabr ayının əvvəllərində buraxılmışdır. Hospitalda olduğu müddətdə atası ilə, eləcə də digər ailə əzvləri ilə xüsusi karantin reyimi ilə bağlı görüşə bilməmiş, eləcə də telefonu olmadığına görə əlaqə saxlaya bilməmişdir. Yalnız hospitaldan çıxmağına bir ün qalmış atası xəstəxanaya gələrək onunla görüşmüşdür. O, həmin vaxt atası ilə söhbət edən zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun müalicə xərclərini qarşılamaq və ona əlillik dərəcəsi təyin etdirəcəyi adı ilə atasından hissə-hissə olmaqla cəmi 1N.N00 manat pul vəsaiti almışdır. O, atasına İlham həkimin onları aldatdığını, belə ki, müharibədə hər hansı xəsarət almadığını, əlillik dərəcəsi ala bilməyəcəyini dedikdə atası Qoşqar ilham həkimlə danışıb pulunu geri istəyəcəyini demiş və əsəbləşərək çıxıb getmişdir. Ertəsi gün o, hospitaldan çıxıb N saylı hərbi hissəyə qayıtmışdır. Hərbi hissədə təxminən N0 gün qaldıqdan sonra, təxminən N0N0-ci ilin dekabr ayının sonlarında ordu sıralarından təxris olunaraq evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra atası ilə danışıb İlham həkimdən pulu geri alıb-almadığını soruşduqda atası ona İlham həkimin pulu qaytaracağını söz verdiyini, ona görə də gözlədiyini demişdir. Sonralar atası və böyük qardaşı ŞahidN təxminən N0N1-ci ilin yanvar ayından həmin ilin sonuna qədər İlham həkimə dəfələrlə zənglər edərək, eləcə də iş yerinə gedib görüşərək pulu tələb etsələr də, İlhamdan hər hansı məbləğdə pul geri ala bilməmişlər. Sonuncu dəfə atası Zərərçəkmiş şəxs N0N1-ci ilin dekabr ayında İlham həkimlə danışan zaman barəsində şikayət edəcəni dedikdə İlham pulu hissə-hissə, hər ay 1.000 manat olmaqla qaytaracağını bildirmiş və atası da buna razılaşmışdır. N0NN-ci ilin yanvar ayından-N0NNci ilin iyul ayına qədər atası hər ay İlham həkimin tanışı Amid adlı şəxslə görüşərək hər ay 1.000 manat olmaqla, cəmi 6.000 manat pulunu geri almışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs onlara N ay müddətində hər hansı məbləğdə pul qaytarmadığına görə səhv etmirsə, N0NN-ci ilin sentyabr ayında atası yenidən İlham həkimə zəng edən zaman sonuncu atasına yerdə qalan pulu da Amidə (həmin şəxsin soyadını, ata adını bilmir) verdiyini, artıq hər hansı məbləğdə pul geri qaytarmayacağını dedikdə atası pulu geri qaytarmağını, əks halda şikayət edəcəyini demişdir, lakin İlham həkim atasına "hara şikayət edirsən et" deyərək pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra atası dəfələrlə İlham həkimlə danışaraq, eləcə də görüşərək pulu tələb etsə də, pulu qaytarmayacağını başa düşüb Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini, yerdə qalan pulun geri qaytarılmasında köməklik göstərilməsini xahiş edir. Şahid1 bundan başqa ifadəsində göstərmişdir ki, bu qeyd olunan hadisə ilə bağlı hər hansı digər hüquq mühafizə orqanına (Gəncə şəhər Nizami rayon polis idarəsi və sair) müraciət etməmişlər. Atası Zərərçəkmiş şəxs ona danışdıqlarından sonra bilmişdir ki, Təqsirləndirilən şəxs N0N0-ci ilin noyabr ayının əvvəllərində Gəncə şəhərində yerləşən hərbi hospitalın giriş qapısının önündə N00 manat, həmin vaxtdan təxminən N-3 gün sonra Göygöl şəhəri, Yusif Məmmədəliyev küçəsində yerləşən yaşadıqları evin yaxınlığında 5.000 manat, N0N0-ci ilin noyabr ayının sonlarında Gəncə şəhərində yerləşən hərbi hospitalm N-ci mərtəbəsində bir Otaqda 7.000 manat, cəmi 1N.N00 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulun 5.N00 manatını onun guya müalicə xərclərini qarşılamaq adı ilə, 7000 manatını isə Müdafiə Nazirliyində tanıdığı vəzifəli şəxslər vasitəsi ilə na əlillik dərəcəsi təyin etdirəcəyi adı ilə atasından almışdır. Əslində isə onradan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs atasını aldatmışdır, hər hansı bif vəzifəli şəxsə də onun müalicəsi, eyni zamanda əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı pul verməmişdir. İlham həkim 1N.N00 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İlham həkim atası Zərərçəkmiş şəxs N00 manat və 5.000 manat alan zaman yanlarında heç kim olmasa da, 7.000 manat pulu alan zaman qardaşı ŞahidN orada olmuşdur. Şahid1 habelə ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu demişdir. Lakin konkret olaraq vəzifəli tanışının və ya tanışlarının adını, vəzifəsini deməmişdir. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs sadəcə dələduzluq edərək onları aldatmışdır, ümumiyyətlə İlhamın belə tanış vəzifəli şəxsləri yoxdur. O, eləcə də atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami rayon polis idarəsinə şikayət etməmişlər, Şahid6 tanımır, hər hansı bir münasibəti də olmamışdır. Azərlə İlhamın arasında hansı söhbətlərin olduğunu da bilmir. Təqsirləndirilən şəxs Amid adlı şəxs vasitəsi ilə atasına cəmi 6.000 manat pul qaytarmışdır. Hazırda isə İlham onlara 6.N00 manat pul qaytarmalıdır. Təqsirləndirilən şəxs həmin məbləği atasına qaytarılmasından ötrü Amidə, eləcə də kiməsə verməsini bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki,Zərərçəkmiş şəxs onun qaynatasıdır, o, Zərərçəkmiş şəxs qızı X8 ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs və övladlarının həmin şəxsin barəsində ona danışmalarından sonra tanımış, lakin şəxsən Təqsirləndirilən şəxsla yaxınlığı, münasibəti olmamışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə (hərbi hospital) həkim kimi çalışır. Təqsirləndirilən şəxs N0N0-ci ilin noyabr ayında qaynatası Zərərçəkmiş şəxs övladı, N saylı hərbi hissəyə yerləşdirilmiş Şahid1 müalicə edilməsi və əlillik dərəcəsinin təyin edilməsi adı ilə hissəhissə olmaqla 1N.N00 manat pul vəsaitini almış və Zərərçəkmiş şəxs aldatmışdır. O, həmin vaxt bu proseslərdə konkret olaraq iştirak etməsə də, sonradan bu barədə qaynatasıgildən təbii ki, ətraflı məlumat almışdır. Təqsirləndirilən şəxs qaynatası Qoşqarın pulunu qaytarmadığı üçün o, təxminən N0N1-ci ilin sonlarında tanışı - Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid6 ilə görüşərək bu barədə söhbət açmış, qaynatası Zərərçəkmiş şəxs N saylı hərbi hissənin həkimi Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını, 1N.N00 manat pul vəsaitinin ələ keçirildiyini, hazırda isə Təqsirləndirilən şəxs həmin pul vəsaitini qaynatası Zərərçəkmiş şəxs qaytarmadığını və Zərərçəkmiş şəxs da artıq müxtəlif orqanlara şikayət etmək istədiyini bildirmişdir. Şahid6 tanıdığı üçün müraciət etdiyini, qaynatası Qoşqarın heç pundan xəbərinin olmadığını, bu məsələdə köməklik göstərməyini, rəsmiyyətə salmadan İlhamla görüşməyini xahiş etmişdir. Azər də aralarında tanışlıq münasibəti olduğu üçün bildirmişdir ki, çalışıb Təqsirləndirilən şəxsla görüşər, həmin şəxsdən Qoşqardan aldığı pul vəsaitini qaytarmasını xahiş edər. Həqiqətən də qaynatası Zərərçəkmiş şəxs onun Şahid6lə görüşündən xəbəri olmamışdır, qaynatası Şahid6 tanımır, hər hansı bir münasibəti də olmamışdır. O, görürdü ki, qaynatası artıq çox əsəbləşir, xəstə yaşlı adamdır, müxtəlif orqanlara şikayət etmək istəyir. O da bir qohum kimi qaynatası Qoşqara səbrli olmasını, pulunun gec-tez qaytarılacağını, buna görə əsəbləşməməsini, səhhətini qorumasını bildirmişdir. Bir müddət sonra, Şahid6 ona dediklərindən ona məlum olmuşdur ki, Şahid6 öz tanışı Şahid5la birlikdə Təqsirləndirilən şəxsla telefonla danışaraq görüşmüşdür. Görüş zamanı Azər Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs şikayətçi olmaq istəyir, guya işlədiyi İdarəyə gələrək şikayət etmişdir, özü isə şikayəti həkim kimi tanıdığı üçün rəsmiləşdirməmişdir. Bu arada onu da qeyd edir ki, Şahid6 bu işlə bağlı hər hansı bir maddi maraq güdməmiş, sadəcə aralarında olan tanışlığa görə onu tanıdığı üçün xahişini nəzərə alaraq bu işdə bir insan kimi köməklik etmək istəmişdir. Şahid6 Təqsirləndirilən şəxsla görüşündən sonra, aralarında baş tutmuş razılığa əsasən Təqsirləndirilən şəxs qaynatası Zərərçəkmiş şəxs hər ay 1.000 manat olmaqla 6 ay ərzində cəmi 6.000 manat pulu Şahid5 vasitəsi ilə qaytarmışdır. Yerdə qalan 6.N00 manat pulu isə qaytarmamışdır. O, Amid, Azər barədə, həmin şəxslərin onun xahişi əsasında pulun qaytarılmasındakı rolu barədə qaynatasına lazım bilmədiyi üçün danışmamışdır. Qaynatası da hər ay verilən pulu almış, daha başqa nəsə soruşmamışdır. Onun ümumən bildikləri bu qədərdir. Qaynatası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir, başqa hər hansı digər orqana şikayət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin 31 mart N0N1-ci il tarixli, 389 nömrəli arayışından görünür ki, 1991-ci il təvəllüdlü Şahid1 xx.xx.N009-cu il tarixdən 01.10.10-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində müddətli, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarının mavafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində N0N0-ci ilin noyabr-dekabr aylarında müalicə almış Şahid1 adına açılmış “Xəstəlik Tarixi” sənədlərinin surətindən görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırışçı-əsgəri Şahid1 03 noyabr N0N0-ci il tarixdə N saylı hərbi hissənin (hərbi hospital) Qastroenterologiya bölməsinə “Xora xəstəliyi. Onikibarmaq soğanağının kəskin xorası. Eroziv panqastrit.” diaqnozu ilə daxil olmuş və N0N0-ci ilin noyabr-dekabr aylarında stasionar müalicədə olmuşdur. Şahid1 04 dekabr N0N0-ci il tarixdə N saylı hərbi hissənin Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmişdir, müalicəsi 07 dekabr N0N0-ci il tarixdə başa çatdırılmışdır. Şahid1 müalicəsi N saylı hərbi hissənin Qastroenterologiya bölməsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. 1034483 nömrəli “Hərbi Bilet” və 1-1N65 və 1-N165 nömrəli “Azərbaycan Respublikası Medalının vəsiqəsi” surətlərindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Şahid1 xx.xx.N009-cu il tarixdən hərbi hissəyə göndərilmiş, 01.10.10-cu il tarixdə Müdafiə Nazirinin xx.xx.N0-cu il tarixli, NN3 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində manqa komandiri vəzifəsində xidmətdə olmuş və xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Kəlbəcər istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Şahid1 Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N9 dekabr tarixli, N37N nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli, N50s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə məhkəməistintaqı zamanı baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki,DVD diskdə 1N saniyə olan audioyazı və 03 ədəd fotofayl mövcuddur. Həmin faylı səsləndirmə zamanı aşağıdakı məzmunda bir nəfər kişi cinsindən olan şəxsin danışıqlarını müəyyən etmək mümkün olmuşdur: “Oktay müəllim, sabahın xeyir, nətərsən, qaynına dedin onu, ə, onu bugün şey eliyin verək, ay müəllim, Vallah, məni uje bezar ediblər, qadan alım, vermək lazımdır.” Baxış zamanı 3 ədəd “"İMG-N0N30413-VVA0019”, “İMG- N0N30413A00N0” və “İMG-N0N30413-VVA00N1” faylarında aşağıdakı məzmunda mesajların yazıldığını müəyyən etmək mümkün olmuşdur: “Salam, Orxanmüəllim. Natatsan, Onlar Delir, 1000 Manat Qalb, X11, Versin, onlar Prabli Adamd, Vermai Lazd.” “Xəstəlik Tarixi” tibb sənədlərinin surətindən, eləcə də digər istintaq sənədlərindən görünür ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırışçı-əsgəri Şahid1 03 noyabr N0N0-ci il tarixdə N saylı hərbi hissənin (hərbi hospital) Qastroenterologiya bölməsinə “Xora vəstəliyi. Onikibarmaq soğanağının kəskin xorası. Eroziv panqastrit.” diaqnozu ilə daxil olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissədən daxil olmuş N0 aprel N0N3-cü il tarixli, 405 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, N8-ci ilin iyul ayında hərbi xidmətdə olmağın son yaş həddi ilə Ordu sıralarından ehtiyata buraxılmışdır. 07 avqust N8-ci il tarixdə N saylı Hərbi Hissə komandirinin 161 nömrəli əmri ilə Qastroenterologiya bölməsinin baş ordinatoru vəzifəsinə sınaq müddəti ilə işə qəbul edilmişdir. N saylı hərbi hissə komandirinin N iyun N9-cu il tarixli, 18 nömrəli əmri ilə Rüstəmov XN bölməsinin baş ordinatoru vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli, N76 nömrəli əmri ilə ehtiyatda olan tibb xidməti mayoru Təqsirləndirilən şəxs N saylı hərbi hissənin siyahısına daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli, N81 nömrəli əmri ilə ehtiyatda olan tibb xidməti mayoru Rüstəmov X1 bölməsinin baş ordinatoru vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin N dekabr N0NNci il tarixli, 371 nömrəli əmri ilə ehtiyatda olan tibb xidməti mayoru Rüstəmov X3 bölməsinin həkim-mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli, 409 nömrəli əmrl ilə ehtiyatda olan tibb xidməti mayoru Təqsirləndirilən şəxs səfərbərlikdən ehtiyata təxris edilmiş, N saylı hərbi hissənin siyahısından çıxarılmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş zərəri tam ödmişdir və məhkəmədən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4-cü maddələri ilə aparılan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdir, onunla barışmışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.3 və 178.N.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi nəticəsində vurulmuş zərərin N5 faizi – 3050 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 3N.4,31N.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Yəni, Təqsirləndirilən şəxs tərəfindən CM-in 3N.4,31N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və sonuncunun hərəkətlərində CM-in 3N.4,31N.1-ci maddəsinin tərkib əlamətlərinin yoxdur. Belə ki, CM-in 3N.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. CM-in 31N.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayət məsuliyyəti yaradır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 36-cı bəndinə əsasən vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 31N-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” N0NN-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 31N-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” N0N3-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 3N.4, 31N-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək bildirdi ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.N.3, 178.N.4, N9,178.N.3, N9,178.N.4cü maddələriilə yanaşı, CM-in 3N.4,31N.1-ci maddəsi ilə də ittiham verilmişdir. Lakin, təqsirləndirilən şəxs tərəfindən törədilən əməllərin CM-in 178.N.3, 178.N.4, N9,178.N.3, N9,178.N.4-cü maddələri ilə əhatə olunduğunu nəzərə alaraq ona verilmiş ittihamdan həmin hissədə imtina edərək cinayət təqibinin CM-in 178.N.3, 178.N.4, N9,178.N.3, N9,178.N.4-cü maddələri davam etdirilməsini xahiş etdi. CPM-in: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Bu baxımdan dövlət ittihamçısının vəsatəti təmin olunmaqla Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-in 3N.4,31N.1-ci maddəsi və “vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir” sözləri xaric edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in N9,178.N.3 və N9,178.N.4 maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs CM-nin 178.N.3, 178.N.4, N9,178.N.3, N9, 178.N.4,və 3N.4, 31N.1-ci maddələri ilə verilmiş ittihamın əsasını yalnız bir hadisə - yəni, onun zərərçəkmiş Abbasov X7 İlham Cumalı oğlu barəsində məhkəmədə baxılan cinayət işi üzrə sonuncuya zərərçəkmişin oğluna əlillik düzətmək adı ilə 1NN00 manat pulu vahid niyyətlə hissə-hissə ələ keçirməsi faktı təşkil etmişdir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs həm CM-in 178.N.3, 178.N.4, N9,178.N.3, N9, 178.N.4,və 3N.4, 31N.1-cimaddəsi ilə verilmiş ittiham bir faktla bağlı olmuş, obyektiv cəhətin icrası vahid üsulla törədilmişdir. CM-in N9-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Təqsirləndirilən şəxs qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamın məzmunu ondan ibarətdirki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs oğlunun Xəyyama əlillik dərəcəsi almaq üçün ondan 1NN00 manat pulu vahid niyyətlə hissə-hissə ələ keçirmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayət ittihamının məzmunundan açıq-aşkar görünür ki, o, özünün səlahiyyətli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərin vasitəsilə qeyd edilən məsələdə köməklik etmək imkanına malik olduğunu yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya Zərərçəkmiş şəxs oğlu Xəyyama əlillik dərəcəsi düzəldəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs 1NN00 manat məbləğində pul vəsaitini almış, həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 1NN00 manat məbləğində pul vəsaitini ələ keçirib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin hərəkətlərə dair heç bir səlahiyyəti və real imkanı olmamış, sonuncuların xeyrinə heç bir iş görməmişdir. Məhz bu səbəbdən də ibtidai araşdırma orqanı ona dələduzluqla bağlı cinayət ittihamları irəli sürmüşdür. Belə halda əməl CM-in 178.N.3, 178.N.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda CM-in N9,178.N.3, N9, 178.N.4-cü maddələri ilə də tövsif edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N0N1-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq tərəfindən irəli sürülmüş ittihamın N9 178.N.3, N9 178.N.4 və 3N.4 31N.1-ci maddələrinə dair hissəsi ittihamdan xaric edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər sənədlərlə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 178.N.3 və 178.N.4-cümaddəsi ilə tövsif edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 351.N-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının N3 mart N004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr N005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar N007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Azərbaycan Respublikası CM-nin 73-1.N-ci maddəsinə əsasən bu Məcəllənin 178.N, 179.N 186.N.1, 189-1.N-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu 1NN00 (on iki min iki yüz) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmadığına görə, bundan başqa, onun cinayət nəticəsində vurulmuş ziyanın N5 (iyirmi beş) faizi miqdarında (3050 (üç min əlli) manat) Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 73-1.Nci maddəsi tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxsbarəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan: N3 aprel N0N3-cü il tarixli qərarla könüllü təqdim edilmiş mobil telefonda aşkar edilmiş, 1 ədəd fotoşəkil, 1 ədəd video, 1 ədəd audioyazı və əks olunduğu protokollara əlavə edilmiş şəkillər, o cümlədən, özündə iş üzrə mühüm məlumatları əks etdirən 1 ədəd “CD” DİSK Şahid1 adına açılmış “Xəstəlik tarixi” tibb sənədlərinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349-351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.3 və 178.N.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar: N3 aprel N0N3-cü il tarixli qərarla könüllü təqdim edilmiş mobil telefonda aşkar edilmiş, 1 ədəd fotoşəkil, 1 ədəd video, 1 ədəd audioyazı və əks olunduğu protokollara əlavə edilmiş şəkillər, o cümlədən, özündə iş üzrə mühüm məlumatları əks etdirən 1 ədəd “CD” DİSK Şahid1 adına açılmış “Xəstəlik tarixi” tibb sənədlərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan N0 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-29/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-29/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver