Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-29/2025 28.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Gəncə regional vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1940-cı il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 23 avqust 2023-cü il tarixdə, saat 17 radələrində özünə məxsus “B,B1” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Hyundai accent” minik markalı, **- DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Atabəylər prospekti ilə hərəkətdə olarkən “X14” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni sfetofoun və ya nizamlayıcının qadağanedici siqnalı verilən zaman nəqliyyat vasitəsini stop-xətt qarşısında, piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayandırmalı olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobililə svetoforun qırmızı işığında hərəkətini davam etdirərək yolu sağdan sola keçən piyada 2018-ci il təvəllüdlü X5 vuraraq ehtiyatsızlıqdan sonuncuya başın yumşaq toxumalarına sağ alın-gicgah-ənsə nahiyəsində qansızma, baş beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma, gicgah nahiyəsində subdural hematoma, sol ənsə -gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşaiyət olunan qapalı küt kəllə beyin travması,sağ bud sümüyünün qapalı qəlpəli sınığı, sol çiyin, sağ bazu, sağ qalça, sol bud nahiyələrinin qançırları, sağ said nahiyəsinin sıyrığı ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə başın yumşaq toxumalarına sağ alın-gicgah-ənsə nahiyəsində qansızma, gicgah nahiyəsində subdural hematoma, sol ənsə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşaiyət olunan qapalı küt kəllə beyin travması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Mələk Ələsgərovanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək «X14» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barədə müvafiq orqanlara xəbər vermdən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən, yəni CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, təqaüdçüdür. “Hyundai Accent” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomobil rəsmi olaraq öz adına qeydiyyatdadır və onun istifadəsindədir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində o yaşadığı evdən çıxaraq idarə etdiyi **-DM-*** dövlət nömrə nişanlı avtomobili ilə İmamzadə kompleksinə mərhum həyat yoldaşının qəbrini ziyarət etmək üçün getmişdir. O təxminən 15-20 dəqiqə İmamzadə kompleksində olmuşdur. Daha sonra o idarə etdiyi avtomobili ilə yaşadığı evə qayıtmışdır.O, Atabəylər prospekti ilə təxminən 30-40 km/saat sürətlə hərəkət etmiş, işıqfora təxminən 30-40-metr məsafədən işıqforun yaşıl işıq siqnalının yandığını görmüşdür. O piyada keçidinə yaxınlaşan zaman təxminən 5-10 metr məsafədən bir nəfər şəxsin yanında azyaşlı uşaqla piyada keçidinə daxil olduğunu görmüşdür. O əyləcə basmışdır. Həmin şəxslər idarə etdiyi avtomobilin sağ qanadı ilə toqquşaraq yerə yıxılmışdırlar. O idarə etdiyim avtomobili saxlamışdır. O uşağı idarə etdiyi avtomobillə xəstəxanaya aparmaq istəmiş, lakin digər yıxılan şəxs uşağı qucağına alaraq tanımadığı başqa avtomobilə mindirərək aparmışdır. O, hadisənin şokundan bir qədər orada oturmuşdur. Ətrafdan insanlar gəlmişlər və ona köməklik edərək ona su vermişlər. Bir qədər sonra oğlu Zaur gəlmişdir. Onlar birlikdə özavtomobili ilə vurduğu şəxslərin səhətini öyrənmək məqsədi ilə xəstəxanaya getmişlər. Daha sonra o polis idarəsinə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Toqquşma anında onun surəti təxminən 30-40 km/saat olmuş, xəstəxanaya gedən zaman avtomobildən düşməmiş, xəstəxanaya daxil olmamışdır. Onun oğlu Zaur avtomobildən düşərək xəstəxanaya getmiş, vurduğu şəxslərin tanışlarının onu görərək aqressivləşəcəyini düşündüyü üçün avtomobilin içərisində gözləmişdir. Sonda məhkəmədən cəza təyin edilərkən yaşının və səhətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkil) Müdafiəçi2 bildirmişdir ki, təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. Belə ki, əldə edilmiş anten dairəsindən də məlum olur ki, təqsirləndirilən şəxs hadisə baş verdikdən dərhal sonra oğlu ilə birlikdə yaşadığı evə getmişdir. Daha sonra təqsirləndirilən şəxs oğlunun məsləhətindən sonra polisə təslim olmuşdur. Həmçinin nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisinin arasında barışıq əldə olunmuş, bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizə məhkəməyə təqdim edilmişdir. Həmin halın nəzərə alınmasını və iclasın onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər DYP-da inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, o, polis baş serjantıdır. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində 6299 saylı patrul avtomobili ilə 2-ci marşrut xətti üzrə xidmət apararkən Gəncə şəhəri, Atabəylər prospektində “Hundai Accent” minik markalı avtomobilin piyada keçidi ilə yolu keçən bir nəfər kişi cinsli piyadanı və bir nəfər azyaşlı uşağı vurması barədə Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən xidməti məlumat almış və dərhal qeyd edilən hadisə yerinə getmişdir. Hadisə yerində toplaşan şəxslərdən hadisəni kimin törətməsini, uşağ hansı xəstəxanaya aparılmasını soruşmuşdur. İlk öncə “Beynəlxalq” Xəstəxanaya, daha sonra “Mərkəzi Klinika”ya getmişdir və məlum olmuşdur ki, uşaq həmin xətəxanadadır. Həmin vaxt təqsirləndirilən şəxsi xəstəxanada görməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər DYP-da inspektor Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmayil oğlu onun atasıdır. Atası özünə məxsus “Hyundai Accent” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili hərdən bir idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində ona tanışı Elçin adlı şəxs zəng edərək atası Fizulinin idarə etdiyi “Hundai” markalı avtomobil ilə Atəbəylər prospektində piyada vurduğunu, təcili gəlməsini söyləmişdir. O dərhal işdən çıxaraq taksi ilə hadisə baş verən yerə getmişdir. O atasını avtomobilinin yanında oturduğunu görmüşdür. O ətrafda olan şəxslərdən hadisə barədə məlumat almışdır. Ona bildirmişlər ki, xəsarət alan azyaşlı uşaqdır, həmin uşağı “İstanbul” Klinikasına aparmışlar. O atasını avtomobilə əyləşdirib və avtomobili idarə edərək xəstəxanaya gəlmişdir. O atasına avtomobildə oturmasını söyləmiş və özü avtomobildən düşərək xəstəxanaya daxil olmuşdur. O həmin şəxslərin aqressiv reaksiya verəcəyindən qorxduğu üçün atasını avtomobildə gözləməsini istəmiş, xəstəxanada xəsarət alan uşağın atası Ceyhuna qızını atasının avtomobillə vurduğunu söyləmiş və onlara kömək təklif etmişdir. O xəstəxanada təxminən 1 saat gözləmiş, daha sonra Xəstəxanadan çıxaraq atasıyla birlikdə baş vermiş hadisə barədə məlumat vermək üçün Polis İdarəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid1 onun əmisi oğludur və sonuncu ilə bir şirkətdə işləyir. O hər gün Ceyhunla birlikdə ona məxsus “Nissan” markalı avtomobillə işə gedib gəlmişdir. O hər gün Ceyhunu işə aparanda azyaşlı qızı Mələyi baxçaya aparmış, axşam işdən çıxan zaman isə onu babasının evindən götürmüşdür. 23 avqust 2023-cü il tarixdə saat təxnminən 16 radələrində onlar işdən çıxan zaman hər gün olduğu kimi qızını babasının evindən götürməlimiş. O Atabəylər prospektində yerləşən piyada keçidini təxminən 5 metr keçdikdən sonra idarə etdiyi avtomobili saxlamışıdır. Ceyhun avtomobildən düşərək yolun qarşı tərəfində nənəsi ilə gözləyən qızı Mələyi götürməyə getmiş, o isə avtomobilin içərisində gözləmişdir. Aradan təxminən 2-3 dəqiqə keçdikdən sonra o səs-küy eşitmiş və avtomobildən düşmüşdür. O piyada keçidinə doğru gələn zaman Ceyhunun və qızı Mələyin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O nə baş verdiyini soruşan zaman “Hundai” markalı avtomobildən düşən tanımadığı şəxs onları avtomobillə vurduğunu bildirmişdir. O əsəbləşərək həmin şəxsə öz iradlarını bildirmişdir. Ceyhun ayağa qalxaraq yerdə uzanıqlı vəziyyətdə olan qızı Mələyi qucağına alaraq onun avtomobilinə gətirmiş və onlar dərhal X10 xəstəxanasına gətirmişlər. O həmin zaman idarə etdiyi avtomobildə olduğu üçün hadisənin baş vermə anını görməmiş, o avtomobildən düşən zaman qarşı hərəkət hissəsində olan avtomobillər dayanmış, onun zənnincə “Hundai” markalı həmin avtomobil işıqforun qırmızı işıq siqnalında dayanmayaraq hərəkətini davam etdirmişdir. Məhkəməydək ibtidai istintaq dövründə şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunmuş X2 ifadəsindən görünür ki, Mələk Ələsgərova onun nəvəsidir. Şahid1 isə onun oğludur. 23 avqust 2023-cü il tarixdə saat 18 radələrində Ceyhun ona zəng edərək Mələyi yola çıxarmağını işdən çıxdığını bildirmiş, O Mələklə birlikdə yolun kənarına çıxmış və gözləməyə başlamışdır. Ceyhun əmisi oğlu ilə birlikdə gəlmiş və yolun qarşı tərəfində avtomobilindən düşmüşdür. Daha sonra işıqforu vuraraq qırmızı işıq yandıqdan sonra yolu onlar tərəfə keçmişdir. Mələyi götürdükdən sonra yolu digər tərəfə keçməyə başlamışdır. O isə yaşadığı evə doğru getməyə başlamışdır. O bir qədər getdikdən sonra səs eşitmiş və arxaya baxan zaman oğlu Ceyhunun yolda uzanıqlı vəziyətdə olduğunu görmüşdür. O tez oğlunun yanına getmişdir. Ceyhun ona “mama mən yox Mələk” demişdir. O həmin an Mələyin bir qədər aralıda uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Onlar tez Mələyi Ceyhunun əmisi oğlu Emilin avtomobilinə qoyub və xəstəxanaya aparmışlar. Oğlu Ceyhunu və nəvəsi Mələyi vuran avtomobil isə bir qədər aralıda dayanmışdır. O avtomobilin sürücüsünü hadisə yerində görmüş, sürücü avtomobili bir qədər aralıda saxlamışdır. Lakin avtomobilin sürücüsünü xəstəxanada görməmişdir. Məhkəməydək ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunmuş X8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə olan zaman həyat yoldaşı Ceyhunun əmisinin gəlini Şəbnəm Ələsgərova yoldaşı Ceyhunun ayağından xəsarət aldığını, hal-hazırda Mərkəzi klinikada olduğunu bildirmişdir. Onlarla birlikdə X11 getmişdir. O, “Mərkəzi Klinikaya” çatan zaman Ceyhunun orada olduğunu, qızı Ələsgərova Mələyin isə təcili yardım şöbəsində olduğunu görmüşdür. Orada ona qəza baş verdiyini, qızı Mələyi və əri Ceyhunu avtomobil vurduğunu bildirmişlər. Həkimlər qızının vəziyətinin ağır olduğunu, beyninə qan sızdığını, hal-hazırda komada olduğunu bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 avqust 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, icraatında olan HK-164 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v.1) 23 avqust 2023-cü il tarixli, 2597/2023 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.53); xx.xx.2023-cü il tarixli, 2574 nömrəli Gəncə şəhər Nevroloji Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur.(i.v.56) xx.xx.2023-cü il tarixli, 5794 nömrəli Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-6414 nömrəli DYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs BC 124703 nöməli, B kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. 24 avqust 2023-cü il tarixli,72 saylı rəydən görünür ki, cinayət işi üzrə X1 barəsində məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmış, ekspert rəyindən məlum olmuşdur ki, 2018-ci il təvəllüdlü X3 meyitinin məhkəmə-tibbi muayinəsinə və ekspertiza qarşısında qoyulan sualları da nəzərə alaraq, nəticəyə gəlmişdir: 1.X1 meyitinin bədənində aşağıdakı xəsarətlər müəyyən edildi: başın yumşaq toxumalarına sağ alin-gicgah-ənsə nahiyəsində qansızma, baş beyinin yumşaq qişasına, beyin toxumasına, beyin madəciklərinə qansızma, gicgah nahiyəsində subdural hematoma, sol ansə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşaiyət olunan qapalı küt kəllə beyin travması, sağ bud sümüyünün qapalı qəlpəli sınığı.Sol çiyin, sağ bazu, sağ qalça, sol bud nahiyələrinin qançırları,sağ said nahiyəsinin sıyrığı.Qeyd olunan xəsarətlər həyatidir, bərk KUT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə hayat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir.
2. X1 ölümünə səbəb başın yumşaq toxumalarına sağ alın-gicgah-ənsə nahiyəsində qansızma, baş beyinin yumşaq qişasına,beyin toxumasına, beyin mədəciklərinə qansızma, gicgah nahiyəsində subduralhematoma,solənsə -gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı ilə müşaiyət olunan qapalı küt kəllə beyin travması olmuşdur.
3. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər.(i.v.63-67); 06 oktyabr 2023-cü il tarixli, 8/2896 nömrəli məhkəmə-avtotexniki ekspertizası rəyindən məlum olur ki, “Hundai Accent” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X14” Azərbaycan Respublikasının qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 92-94); 17 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Gəncə şəhər BPİ-nin CAİ-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqları zamanı əldə edilmiş anten dairələrinə dair bir ədəd “CD” diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:53:03 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində, 17:54:18 dəqiqədə Gəncə şəhəri, Üzeyir Hacibəyov küçəsi,64-də, 17:58:00 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində, 18:02:14 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində, 18:03:42 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində, 18:23:02 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində, 18:23:36 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində, 18:43:08 dəqiqədə ünvan 2 ünvanında, 18:44:01 dəqiqədə ünvan 3həri, Kəpəz rayonu Sadıllı qəsəbəsində, 19:22:08 dəqiqədə Gəncə şəhəri Rufət mebel ünvanında, 19:43:10 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsində, 21:06:18 dəqiqədə ünvan 6 ünvanında, 21:35:13 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev pr. 1 ünvanında, 21:44:55 dəqiqədə ünvan 8 Gəncə şəhəri A.Cəmil küçəsi 1 ünvanında, 21:54:05 dəqiqədə ünvan 10 ünvanında olmuşdur (i.v.162); xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində 04 mart 2024-cü il tarixdə axtarış elan edilmiş və Təqsirləndirilən şəxs isintaqa təqdim olunanadək cinayət işi üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 18 iyun 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq gəlib özünü istintaqa təqdim etdiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. 18 iyun 2024-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin məcəllənin 263.2 və 264-cü maddələrinə tövsif edilərək istintaqı davam etdirilmişdir (i.v. 176-177); 18 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü CM-nin 263.2-ci maddəsi ilə özünü təqsirli bilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X6 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış və ailəsi ilə razılığa gəlmişdir. Buna görə də, onun heç bir şikayət və tələbi yoxdur. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 "Gəncə Şəhər Birləşmiş Xəstəxanası"-nın 29 sentyabr 2025-ci il tarixli, 18-1-37-5/3- 641/2025 nömrəli tibbi rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs- sağ gözdə keratit. Terminal qlaukoma-sol gözdə GDT artması ilə gedən qlaukoma. Hər iki gözdə artifakiya diaqnozu qoyulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Füzili Kərimovun hadisə yerindən qaçmaması, zərər çəkmiş şəxsi vurduqdan sonra oğlu ilə birlikdə öz avtomobili ilə vurduğu şəxslərin səhhətini öyrənmək məqsədi ilə xəstəxanaya getməsi ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşaraq, bunu məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə zərər çəkmiş şəxs Mələk Ələkbərovanı vurduqdan sonra, özü hadisə yerində qalmayaraq oradan uzaqlaşmış, ilk öncə yaşayış yerinə, daha sonra isə polis şöbəsinə getmişdir. Eləcə də, məhkəmə istintaqı zamanı dindirilmiş şəxslər də, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs hadisə yerində görmədiklərini bildirmişlər. “X14” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “X14” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “X14” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə zərər çəkmiş şəxsi vurduqdan sonra, zərər çəkmiş şəxsə tibbi yardım göstərməyərək, hadisə yerində qalmayaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş tərəfə çatdırmaması, hadisə haqqında dərhal hüquq-mühafizə orqanlarına məlumat verməməsi, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmədən hadisə yerindən getməsi onun əməlində CM-nin 264-cü maddəsinin tərkibini yaratmışdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin həmmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində 04 mart 2024-cü il tarixdə axtarış elan edilmiş və Təqsirləndirilən şəxs isintaqa təqdim olunanadək cinayət işi üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır, bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq gəlib özünü istintaqa təqdim etdiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz Həmin məcəllənin 75.3-cü maddəsinə əsasən: Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan və iş üzrə icraatın dayandırılması müddəti (3 ay 14 gün) nəzrə alınmaqla hökm çıxarılan tarixə həmin maddə üzrə cinayət məsuliyyətinə cəb etmə müddəti keçməmişdir. Odur ki, təqsirləndirilən şəxs qeyd olunan maddələrlə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəllərində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, cinayət nəticəsində ona dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələb yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Məhkəmə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir. İlk öncə Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CMnin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi digər maddəyə mnüasibətdə məhkəmə qeyd edir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə, əsas cəza növü kimi isə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzas təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CMnin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə, Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Həmçinin cəzanın məqsədləri baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən Cəza cinayət törətmiş şəxsə dövlətin məhkəmə orqanları tərəfindən tətbiq edilən məcburi tədbirdir. Cəzanın məqsədləri ədalətin bərpası, məhkum olunmuş şəxsin islah edilməsi, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Ədalətin bərpası dedikdə Cinayət törədən şəxs qanunu pozduğu üçün ədalətli şəkildə məsuliyyət daşımalıdır. Bu, həm cəmiyyətin, həm də zərərçəkənin ədalət hissəsini təmin edir. Məhkumun islahı dedikdə cəza yalnız cəzalandırmaq üçün deyil, həm də həmin şəxsi düzgün davranışa qaytarmaq, onu tərbiyə etmək məqsədi daşıyır. Yəni, cəza bir növ “dərs” rolunu oynayır. Yeni cinayətlərin qarşısının alınması dedikdə bu məqsəd iki hissəyə bölünür, Ümumi profilaktika: Başqaları görsün ki, cinayət cəzasız qalmır və bu onları qorxudaraq cinayətdən çəkindirir. Xüsusi profilaktika: Məhkumun yenidən cinayət törətməsinin qarşısını almaq üçündür. Beləliklə, məhkəmə qeyd edir ki, cəza həm ədalət, həm tərbiyə, həm də təhlükəsizlik vasitəsidir. Azərbaycan qanunvericiliyində cəzanın əsas məqsədi qisas almaq deyil, ədalətli və islahedici təsir göstərməkdir. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti qismən etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə əməlindən səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, yaşının 85-dən çox olmasını, səhətini (sağ gözünün tamamilə görməməsini) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin yaşını və səhətini xüsusi ilə vurğulayaraq qeyd edir ki, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının icraya yönəldilməsi cəzanın məqsədləri baxımdan yuxarıda qeyd edilən prinsiplərə zidd yanaşma hesab oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görədə məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu səbəbdəndə Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması Gəncə şəhər DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş “Hundai Accent” minik markal, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sahibliyinə qaytarılmalı, iş üzrə maddi sübut olan və 1 ədəd CD disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona qəti əsas cəza olaraq təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübut olan və hadisə yerinin görüntüsünü özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materialında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması Gəncə şəhər DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş “Hundai Accent” minik markal, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs sahibliyinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X4, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Orxan Dəmirli